Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-40/2021 22.07.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxx 2001-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu, Düzyurd kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2. və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 22 iyul 2021-ci il tarixdə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1. və 178.2.4-cü maddələri ilə ittiham edilmişdir ki, ona görə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 ilə 2020-ci ilin dekabr ayında dəqiq tarixi istintaqa məlum olmayan vaxtda Gədəbəy şəhəri, H.Əliyev prospektində yerləşən dairədə görüşərək, dəyərini ödəmək niyyəti оlmаdığı halda hissə-hissə ona məxsus olan 162 baş xırdabuynuzlu heyvanları damazlıq saxlayacağı adı ilə aldadıb bir ay müddətində pulunu ödəyəcəyi barədə yalan vəd verərək razılaşmаqlа, etibarından sui-istifadə edib aldadaraq, 2020-ci ilinin dekabr ayının əvvəlində dəqiq tarixi istintaqa məlum olmayan vaxtda 11200 (on bir min iki yüz) manat dəyərində 70 (yetmiş) baş, hər bir başının qiyməti 160 (bir yüz altmış) manat təşkil edən yerli dişi cinsindən olan, biryaşlı, təmiz ət çıxarı 14 kq olan toğlunu Şəmkir rayonu ərazisində yerləşən Çeyrançöl qışlağından həmkəndlisi Şahid2 məxsus Kamaz-5320 yük markalı, **-BB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə yığaraq Qazax rayonu, Daş Salahlı kəndində dəyərindən ucuz qiymətə, yəni hər bir başını 85 (səksən beş) manata həmin kənd sakini Şahid1 satmaqla 5950 (beş min doqquz yüz əlli) manat, daha sonra 2020-ci ilin dekabr ayının ortalarında istintaqa dəqiq tarixi məlum olmayan vaxtda 15920 (on beş min doqquz yüz iyirmi) manat dəyərində hər bir başının qiyməti 160 (bir yüz altmış) manat təşkil edən yerli dişi cinsindən olan, biryaşlı, təmiz ət çıxarı 14 kq olan 26 baş toğlu, hər bir başının qiyməti 320 (üç yüz iyirmi) manat təşkil edən yerli erkək cinsindən olan, iki yaşlı, təmiz ət çıxarı 28 kq olan 14 baş qoçu, hər bir başının qiyməti 160 (bir yüz altmış) manat təşkil edən yerli dişi cinsindən olan, dördyaşlı, təmiz ət çıxarı 14-15 kq olan 26 baş qoyunu və hər bir başının qiyməti 120 (bir yüz iyirmi) manat təşkil edən yerli cinsdən olan, biryaşlı, təmiz ət çıxarı 13 kq olan 26 baş keçini ünvan 2 ünvanından ələ keçirib yenə həmkəndlisi Şahid2 məxsus yük maşınına yığaraq Qazax rayonu, Daş Salahlı kəndinə aparıb, orada dəyərindən aşağı qiymətə yəni, 77 baş heyvanın hər bir başını 65 (altmış beş) manata həmin kənd sakini Şahid1 satmaqla sonuncudan 5000 (beş min) manat alaraq əldə etdiyi pulları şəxsi borclarını ödəməklə, zərərçəkmiş şəxsə ümumilikdə 27120 (iyirmi yeddi min yüz iyirmi) manat yəni, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Gədəbəy rayonu, Düzyurd kəndində yaşayan Zərərçəkmiş şəxs2 ilə 09 dekabr 2020-ci il tarixdə sonuncunun yaşadığı ünvanda görüşərək, dəyərini ödəmək niyyəti оlmаdığı halda, ona məxsus olan 59 (əlli doqquz) baş xırdabuynuzlu heyvanları damazlıq saxlayacağı adı ilə aldadıb 1 ay 15 gün müddətində pulunu ödəyəcəyi barədə yalan vəd verərək razılaşmагlа, etibarından sui-istifadə edib aldadaraq, 10 dekabr 2020-ci il tarixdə 12980 (on iki min doqquz yüz səksən) manat dəyərində 59 (əlli doqquz) baş, hər bir başının qiyməti 220 (iki yüz iyirmi) manat təşkil edən yerli dişi cinsindən olan, biryaşlı, təmiz ət çıxarı 20-21 kq olan qoyunu Gədəbəy rayonu Düzyurd kəndindən Zərərçəkmiş şəxs2 yaşadığı ünvandan həmkəndlisi Şahid2 məxsus Kamaz-5320 yük markalı, **-BB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə yığaraq Qazax rayonu, Daş Salahlı kəndində dəyərindən ucuz qiymətə, yəni hər bir başını 100 (bir yüz) manata həmin kənd sakini Şahid5 satmaqla 5900 (beş min doqquz yüz) manat alaraq əldə etdiyi pulları şəxsi borclarını ödəməklə, zərərçəkmiş şəxsə ümumilikdə 12980 (on iki min doqquz yüz səksən) manat yəni, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ifadə verərək, göstərmişdir ki, Gədəbəy rayonu sakini Zərərçəkmiş şəxs1 əvvəldən tanımışdır. 2020-ci ilin dekabr ayının 1-də telefon vasitəsilə Zülfüqarla danışmış, ona qohumu Səxavətin dostu olduğunu bildirib ondan damazlıq məqsədi ilə 60-70 baş xırdabuynuzlu heyvan istəmiş, heyvanların pulunu isə 2021-ci ilin yanvar ayının 1-də verəcəyini bildirmişdir. Zülfüqar ona əgər Səxavətin dostudursa, Səxavətin ona zəng edərək bu barədə məlumat verməsini demişdir. O, Səxavətə zəng edərək Zülfüqarla danışmasını xahiş etmişdir. Bundan sonra Səxavət Zülfüqara zəng edib onunla dost olduğunu, heyvanları ona satmağını xahiş etmişdir. O, 02 dekabr 2020-ci il tarixdə həmkəndlisi Şahid2 məxsus Kamaz markalı yük maşını ilə Şəmkir rayonu, Ceyrançöl adlanan ərazidə yerləşən Zülfüqara məxsus qışlaq heyvan yatağından 70 baş dişi cinsli birillik xırdabuynuzlu heyvanları Zülfüqarın çobanından təhvil almışdır. Həmin heyvanları alarkən Zülfüqara hər biri üçün 110 manat olmaqla ümumilikdə 7700 manat pul verəcəyini vəd vermiş, həmin heyvanları Şahid2 məxsus Kamaz markalı avtomaşınla Qazax rayonu, Daş Salahlı kəndində yaşayan Seyid adlı heyvan alverçisinin yanına aparmışdır. Hər bir başını 110 manat pula razılaşıb aldığı həmin 70 baş heyvanın hər biri üçün 85 manata razılaşıb satmışdır. Seyid ona həmin gün 5950 (beş min doqquz yüz əlli ) manat pul vermişdir. Həmin pulun üzərindən 300 (üç yüz) manat Şahid2 yolhaqqı vermişdir. Həmin pulun üzərindən 900 (doqquz yüz) manatı da Seyidə olan borcunu vermişdir. Həmin puldan 2700 manatını isə Gədəbəy rayonunda yaşayan Azər adlı şəxsə olan borcuna görə vermişdir. Qalan pulu isə şəxsi məqsədləri üçün xərcləmişdir. Bundan sonra Zülfüqarla yenidən telefon əlaqəsi saxlayıb onda qalan heyvanları da almaq istədiyini demişdir. Zülfüqar da ona problem olmadığını, verəcəyini bildirmişdir. Təxminən dekabr ayının 15- 16-da gedib Gədəbəy rayonu ərazisində heyvan saxladığı yerdə heyvanlara baxmış, Zülfüqarın həyətyanı sahəsində saxladığı 26 baş keçi, 26 baş 6-7 illik dişi qoyun, 26 baş birillik dişi toğlu və 14 baş ikiillik qoç olmaqla 92 baş heyvanları ümumulikdə 10850 (on min səkkiz yüz əlli) manata razılaşıb almışdır. Zülfüqardan keçilərin hər biri 110 (yüz on) manata, qoca qoyunların hər biri 80 (səksən) manata, qoçların hər biri 240 (iki yüz qırx) manata və bir illik damazlıq toğluların hər birinə isə 95 manat verəcəyini vəd verib almışdır. Yenə də eyni qaydada həmin heyvanları həmkəndlisı Şahid2 Kamaz markalı yük maşını ilə yığıb Qazax rayonu, Daş Salahlı kəndində yaşayan Seyid adlı heyvan alverçisinin həyətinə aparmışdır. Lakin Seyid heyvanları almaq istəməmişdir. O, Seyid ilə heyvanların hər biri üçün 65 manata razılaşıb Seyidə satmışdır. Seyidə heyvanları verərkən, artıq onlardan üç başı Kamazın yük hissəsində ölmüş, səkkiz başı gecə kolluqda qalmış və 4 başı isə bir neçə günlük keçinin balası olmuşdur. Buna görə də o, Seyidə 77 baş heyvanın hər biri üçün 65 manat pul alıb ona satmışdır. Seyid ona ümumilikdə 5000 (beş min) manat pul vermişdir. Aldığı 5000 (beş min) manat puldan 300 manatını sürücü Şahid2 vermiş, qalan pulları isə şəxsi məqsədləri üçün xərcləmişdir. 18 dekabr 2020-ci il tarixdə həmkəndlisi İlhamın həyətyanı sahəsində saxladığı heyvanları satdığını eşitmiş və buna görə də İlhamın yaşadığı evə gedib onunla heyvanları nisyə almağa razılaşmışdır. 19 dekabr 2020-ci il tarixdə İlhamın həyətindən 59 baş bir illik toğlularını hər birinə 210 manat pul verəcəyini vəd verib, Turalın maşını ilə Qazax rayonuna aparmışdır. Qazax rayonu, Daş Salahlı kənd sakini Gəraya həmin heyvanları 100 manatdan satmışdır. Gəray heyvanın pulundan ona olan 2900 manat borcunu çıxıb ona üç min manat vermişdir. Heyvanları Zərərçəkmiş şəxs2 alarkən 12390 (on iki min üç yüz doxsan) manat pul verəcəyini vəd verib almışdır. Heyvanları alarkən Zərərçəkmiş şəxs2 pulunun beş min manatını əvvəlcədən verəcəyini, qalan 7390 manatını isə yanvar ayının sonlarında verəcəyini vəd vermişdir. Lakin, heyvanları dəyərindən ucuz satdığına görə və Gəraya olan əvvəlki borcunu verdiyi üçün Zərərçəkmiş şəxs2 yalnız 3000 manat pul vermişdir. Bundan bir neçə gün sonra isə 1000 (min) manat pul tapıb Zərərçəkmiş şəxs2 vermişdir. Qalan 8390 manatını isə verməyə imkan olmadığını bildirmişdir. Həmin heyvanlardan üçü ölmüşdür. Beş başını isə Ceyrançöl yaylağına aparmışdır. Zərəçəkmişlər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 aldadaraq onların heyvanlarını ələ keçirdiyinə görə çox peşman olmuşdur. Barəsində qanunda nəzərdə tutulmuş qərarın çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadə verərək, bildirmişdir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs bir neçə ildir ki, tanıyır. Gədəbəy rayonunda heyvan bazarında alver edən zaman görmüşdür. 2020-ci ilin noyabr ayında bazarda yaxınlaşıb qohumu Səxavətin bibisi oğlu olduğunu bildirib onunla münasibət yaradıb, ondan damazlıq məqsədi ilə 60-70 baş xırdabuynuzlu heyvan istəmiş və heyvanların pulunu isə 2021-ci ilin yanvar ayının 1-də verəcəyini bildirmişdir. Ona əgər Səxavətin bibisi oğludusa, Səxavət zəng edib bu barədə məlumat versin demişdir. Səxavət ona zəng edib Musanın onun qohumu olduğunu bildirib, ona heyvanları satmağını xahiş etmişdir. Səxavətlə telefon danışığı zamanı Musanın qeyd olunan vaxtda pulu verməyəcəyi halda, həmin pulu özünün verəcəyinə dair şifahi razılaşmışlar. Həmin günün sabahı onun Şəmkir rayonu, Ceyrançöl adlanan ərazidə yerləşən qışlaq yatağından 70 baş dişi cinsli xırdabuynuzlu heyvanı çobanları tərəfindən Musaya verilmişdir. Musa dediyinə görə həmin vaxt heyvanları Qazax rayonunda yerləşən qışlaq yatağına aparmışdır. Musa ilə heyvanın bir başını 110 manata razılaşmışlar. Razılaşmalarına əsasən 2021-ci ilin yanvar ayının 1-də Musa ona ümumilikdə 7700 manat pul verməli idi. Heyvanları apardığı vaxtdan təxminən 15 gün sonra o, yanına gələrək yenə heyvan almaq istədiyini bildirmişdir. Onunla razılaşmışdır. Yaşadığı evin həyətində ona yenidən ümumilikdə 92 baş olmaqla 26 baş dişi keçi, 26 baş dişi qoyun, 26 baş dişi toğlu, 14 baş qoç sayıb vermişdir. Keçiləri hər birini 110 manatdan, 26 baş dişi qoyunu hər birini 80 manatdan, 14 baş qoçun hər birini 250 manatdan, 26 baş dişi toğluları hər birini 95 manatdan olmaqla, ümumilikdə 10910 manata razılaşmışlar. Sonra bir qədər güzəşt edərək qiyməti 10850 manata endirmişdir. Həmin vaxt aralarında olan razılaşmaya əsasən 2020-ci ilin dekabr ayının 20-də Musa ona 3500 manat, yanvar ayının 1-də 4200 manat verməklə ilkin 7700 manat borcunu bağlamalı, qalan 10850 manatı isə 2021-ci ilin yanvar ayının sonuna qədər verməli idi. Lakin Musa 2020-ci ilin dekabr ayının 20-də onunla razılaşdığı pulu verməmişdir. Musa ilə görüşüb pulunu istəyən zaman pulunun olmadığını bir neçə günə qohumunun ona Rusiyadan pul göndərəcəyini, həmin pul ilə ona olan borcunu verəcəyini bildirmişdir. O, Musanın Rusiyada yaşayan, adının Xəndan olduğunu bildirdiyi qohumu ilə telefon əlaqəsi saxlamış, Xəndan Musaya pul göndərməyəcəyini bildirmişdir. Daha sonra ikinci dəfə Musaya satdığı 92 baş heyvanı aparan Tural adlı Kamaz sürücüsü ilə əlaqə saxlayan zaman o, heyvanları aparıb Qazax rayonunda adını bilmədiyi heyvan alverçisinə verdiklərini bildirmişdir. Onda olan məlumata görə həmin heyvan alverçisinin adı Gəraydır. Gəray bir neçə dəfə ona zəng edərək Musadan şikayət etməməsini xahiş edərək, pulu hissə-hissə özünün ödəyəcəyini bildirmişdir. O, Musanın qohumu Səxavətə bu barədə məlumat vermiş və o, Musa barəsində polisə şikayət etməyini məsləhət görmüşdür. Musa ondan aldığı heyvanları damazlıq kimi saxlamaq adı ilə nisyə alaraq, həmin heyvanları satıb pul əldə etmiş və həmin pulu şəxsi məqsədləri üçün xərcləmişdir. Təqsirləndirilən şəxs onu aldadaraq dələduzluq yolu ilə 162 baş heyvanlarını almaqla ona ziyan vurmuşdur. Ona ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadə verərək, bildirmişdir ki, Gədəbəy rayonu, Düzyurd kəndində ailə üzvləri ilə birlikdə yaşayır, fərdi əməklə məşğul olub ailəsini saxlayır. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs onun həmkəndlisidir, onu uşaq vaxtından tanıyır. X5 və onun özünə məxsus olan xırdabuynuzlu heyvanları saxlayır. Təqsirləndirilən şəxs 09 dekabr 2020-ci il tarixdə yaşadığı ünvana gəlib ondan heyvan almaq istədiyini bildirmişdir. O, etiraz etməmişdir. 10 dekabr 2020-ci il tarixdə o, yenə də onların evlərinə gəlmişdir. Heyvanlara baxıb hər bir heyvan üçün ona 210 manat pul təklif etmişdir. Ona bu qədər heyvanı neynirsən demiş, o, da həmin heyvanları şəxsi təsərüfatlarında saxlayacağını bildirmişdir. Musa ilə 59 baş qoyunu ümumilikdə 12390 manata razılaşmışlar. Musa heyvanları onun həyətindən Əli adlı bir oğlanla piyada aparıb Miskinli kəndi yolunda həmkəndlisi Şahid2 maşınına yığmışdır. Heyvanları Musaya satarkən onunla razılaşmışlar ki, pulunu 5000 (beş min) manatını heyvanları apardığı gün verəcək, qalan pulunu isə 15.01.2021-ci il tarixədək verəcəkdir. Lakin, o, heyvanları maşına mindirdikdən sonra ona atası Ayazın Qazax rayonunda olduğunu bildirib, heyvanları atasının yanına töküb oradan pulu gətirəcəyini bildirmişdir. Musa dediyi vaxt heyvanların pulunu gətirib verməmişdir. Bundan iki gün sonra Musa onların evinə gəlib 3000 (üç min) manat pulu ona vermiş və 2000 (iki min) manat pulunu da sabah gətirəcəyini demişdir. Daha sonra Musa ona pul gətirməmişdir. Ona görə də Musanın atasına zəng edib pulu hansı səbəbdən gətirmədiyini soruşmuş, atası, indi Musaya zəng edəcəyini və Musanın pulu gətirəcəyini demişdir. Həmin günün axşamı yəni 14.12.2020-ci il tarixdə Musa ona 1000 (min) manat gətirib vermişdir. O biri gün isə daha 1000 (min) manat pul verəcəyini söz verib getmişdir. Bundan sonra Musa ilə danışa bilməmişdir. O, 15 yanvar 2021-ci il tarixdə onun qalan 7390 manatını da verməli idi. Lakin Musa onun nə 1000 (min) manatını, nə də ki, 7390 (yeddi min üç yüz doxsan) manat pulunu verməmiş, nəticədə ona 8390 manat ziyan vurmuşdur. Maraqlandıqda Musanın heyvanları aparıb təsərüfatlarında saxlamadığını, Qazax rayonunda aldığı qiymətdən ucuz sataraq pul əldə etdiyini və həmin pulları da xərc lədiyini eşitmişdir. Təqsirləndirilən şəxs ondan başqa Gədəbəy rayonunda Zülfüqar adlı şəxsi də aldatdığını və onun da heyvanlarını saxlamaq adı ilə aldadıb aparıb satdığını və pulunu vermədiyini eşitmişdir. Təqsirləndirilən şəxs onu aldadaraq dələduzluq yolu ilə 59 baş heyvanlarını almaqla ona ziyan vurmuşdur. Ona ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Şahid4 ifadə verərək, bildirmişdir ki, Gədəbəy rayonu, Düzyurd kəndində yaşayır. Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs tanıyır, onun həmkəndliləridir. Hər iksi ilə münasibətləri normaldır. Heç bir yerdə işləməsə də gündəlik olaraq müxtəlif yerlərdə fəhləlik edib ailəsini saxlayır. 10 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng edib, həmkəndlisi İlham Novruzovdan qoyun aldığını, həmin heyvanları Turalın maşınına yığmaq lazım olduğunu bildirmişdir. O, gedib İlhamın qapısından Musa ilə birlikdə heyvanları çıxarıb yaxınlıqda olan düzənliyə aparmışlar. Orada 59 baş heyvanı Turala məxsus Kamaz markalı avtomobilinin yük hissəsinə yığmışlar. Musa bunun qarşılığında ona 30 manat pul vermişdir. Məhkəmə iclasında Şahid3 ifadə verərək bildirmişdir ki, Gədəbəy rayonu Düzyurd kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs1 tanıyır, atasının bibisinin nəvəsidir. Təqsirləndirilən şəxs da tanıyır, həmkəndlisi olmaqla yanaşı, anasının əmisi nəvəsidir. Musa ilə münasibətləri normal olmuşdur. 01 dekabr 2020-ci il tarixdə Musa onun mobil nömrəsinə zəng edib bildirmişdir ki, onun qohumu Zülfüqardan 70 baş qoyun almaq istəyir. Zülfüqardan xahiş etdin ki, qoyunları ona nisyə versin. O, Zülfüqara zəng edib, qoyunları Musaya verməsini, əgər Musa dediyi vaxt yeddi min yeddi yüz manatı qaytarmasa,həmin pulu özü verəcəyini bildirmişdir. Ona görə də Zülfüqar Musaya 70 baş qoyunu hər birini 110 manatdan satmışdır. Lakin, Musa dediyi vaxt Zülfüqarın pulunu verməmişdir. Bundan sonra dekbar ayında öyrənmişdir ki, Musa Zülfüqardan əlavə olaraq 92 baş qoyunu da nisyə alıb satmaq üçün aparmışdır. Musanın dələduzluq etmək niyyətinin olduğundan onun heç bir məlumatı olmamışdır. Musanın əldə edib satdığı heyvanlardan hər hansı bir gəlir əldə etməmiş, başqa hər hansı bir marağı olmamışdır. Məhkəmə iclasında Şahid1 ifadə verərək bildirmişdir ki, Qazax rayonunda ailə üzvləri ilə birlikdə yaşayır. Daş Salahlı kəndində heyvan alıb satmaqla ailəsini saxlayır. Təqsirləndirilən şəxs təxminən 5-6 aydır ki, tanıyır. 2020-ci ilin sentyabr ayında Gədəbəy rayonunda yerləşən heyvan bazarında Musa atası Ayazla birlikdə ondan 38 baş xırdabuynuzlu heyvan almışdır. Onlar heyvan alarkən onun pulunu bir hissəsini verib qalan pulu bir ay müddətində gözləməyi xahiş etmişdir. Musanın ona 960 manat borcu qalmışdır. 2020-ci ilin dekabr ayında Musa ona zəng edib 70 baş birillik dişi qoyunlarının olduğunu və onları satmaq istədiyini demişdir. O, da Qazax rayonu ərazisində kəndlərinə dönən yolda həmin heyvanlara baxmış, onunla heyvanların hər bir başı üçün 85 manat pul verəcəyinə razılaşıb, ümumilikdə heyvanları 5950 manat pula almışdır. Həmin vaxt Musanın ona olan borcunu da çıxıb Musaya 5000 (beş min) manat pul vermişdir. Bundan sonra Musa ona 600 manat pul verib ondan bir ədəd çoban iti almışdır. Bu heyvanları aldıqdan sonra həmin heyvanları Tovuz və Qazax rayonunda yerləşən heyvan bazarlarında satmışdır. Bundan təxminən 15 gün sonra Musa zəng edib satmağa heyvan gətirdiyini demişdir. Yenə kəndlərinə dönən yolda gəlib heyvanlara baxmışdır. Maşının üzərində heyvanları yaxşı görə bilmədiyinə görə heyvanları həyətinə tökmüşdür. Heyvanlara baxıb ümumilikdə hər bir heyvana 65 manat pul verə biləcəyini demişdir. Musa əvvəlcə razılaşmasa da, sonradan həmin heyvanları ona ümumilikdə 4500 manata satmağa razılaşmışdır. Musaya 4500 manat pul verib heyvanları almışdır. Həmin heyvanları da Qazax və Tovuz rayonunda bazarda satmışdır. Musanın heyvanıları haradan alması haqqında heç bir məlumatı olmamışdır. Musa heyvanları ona satarkən alver etdiyini və həmin heyvanları alıb satdığını demişdir. Məhkəmə iclasında Şahid5 ifadə verərək, bildirmişdir ki, Qazax rayonu, Daş Salahlı kəndində ailəsi ilə birlikdə yaşayır. Heyvan alıb satmaqla pul qazanıb ailəsini saxlayır. Təqsirləndirilən şəxs təxminən bir neçə ildir ki, tanıyır. Musanın atası Ayaz yanında 4-5 il bundan əvvəl bir il çobanlıq etmişdir. 2020-ci ilin yay aylarında Təqsirləndirilən şəxs ondan xırdabuynuzlu heyvan almışdır. Həmin heyvanları ondan nisyə almış və heyvanları satarkən onun atası ilə telefon əlaqəsi saxlayıb atasına bu barədə məlumat vermişdir. Atası da həmin heyvanları Musaya verməsini xahiş etmişdir. Bundan bir neçə ay sonra Musaya zəng edib ona olan borcunu istəmişdir. Musa həmin vaxt ona 10-15 gün vaxt verməsini xahiş etmişdir. 2020-ci illin dekabr ayında Musa ona zəng edib 59 baş qoyunlarının olduğunu və satmaq istədiyini demişdir. Qazax rayonu ərazisində kəndlərinə dönən yolda həmin heyvanlara baxıb heyvanların hər 54 başının bir başı üçün 115 manat, 5 baş qoyuna isə hər biri üçün 50 manat verə biləcəyini demişdir. Musa da onunla razılaşaraq həmin heyvanları ona satmışdır. Heyvanları Təqsirləndirilən şəxsla ümumilikdə 6460 manat pula almağa razılaşmışdır. Həmin vaxt Musanın əvvəldən ona olan 3300 (üç min üç yüz) manat borcunu da çıxıb ona 3100 ( üç min yüz) mana da Musaya vermişdir. Musadan aldığı heyvanları Qazax rayonunda bazarda satmışdır. Musanın heyvanlarını haradan alması haqqında heç bir məlumatı olmamışdır. Musa heyvanları ona satarkən alver etdiyini və həmin heyvanları alıb satdığını demişdir. Təqsirləndirilən şəxs yalnız qeyd etdiyi 59 baş olmaqla bir dəfə heyvan almışdır. Məhkəmə iclasında Şahid2 ifadə verərək, buildirmişdir ki, Gədəbəy rayonu, Düzyurd kəndində ailəsi ilə birlikdə yaşayır. X1 məxsus Kamaz-5320 yük markalı **-BB- *** qeydiyyat nömrəli maşını etibarnamə əsasında idarə edib yük daşımaqla məğul olmuşdur. Təqsirləndirilən şəxs tanıyır, həmkəndlisidir. Zərərçəkmiş şəxs1 Musa onun qoyunlarını aldığı vaxt tanımışdır. Bundan başqa Zərərçəkmiş şəxs2 da tanıyır. 2020-ci ilin noyabr ayının sonlarına yaxın Musa zəng edərək Ceyrançöl qışlağında Zülfüqar müəllimdən heyvan aldığını və gəlib onları maşına yığıb Qazax rayonuna aparmasını demişdir. Bu səbəbdən maşınla Ceyrançöl qışlağına gedib yataqdan 70 baş heyvan yığıb Musa ilə Qazax rayonu, Daş Salahlı kəndinə tanımadığı şəxsin həyətinə aparmışlar. Musa həmin şəxsdən heyvanların pulundan verib bir ədəd ağ rəngli çoban iti də almışdır. Musa orada itə də baxmasını xahiş etmişdir. Musa ilə həmin şəxsin həyətində itə baxmışlar. Həmin şəxs heyvanların qarşılığında Musaya müəyyən qədər pul vermişdir. Pulun məbləğini bilməmişdir. Heyvanları Zülfüqardan hansı qiymətə alıb, hansı qiymətə satdığını da bilməmişdir. Həmin heyvanları Çeyrançöldən Qazax rayonuna aparmaq üçün Musadan 250 manat zəhməthaqqı almışdır. Bundan təxminən 15 gün sonra Musa ona yenidən zəng edib Gədəbəy rayonundan da heyvanları Qazax rayonu Daş Salahlı kəndinə apamasını tapşırmışdır. O, maşını ilə Gədəbəy rayonunda Zülfüqarın yaşadığı evin yaxınlığından heyvanları maşına yığmışdır. Heyvanları maşına yığarkən Musaya burada heyvanların hamısını maşına yığa bilməyəcəyini, heyvanların maşının yük yerinə yerləşməyəcəklərini demişdir. Həmin vaxt Zülfüqar da ona heyvanların maşına yerləşməyəcəyini desə də, Musa onlara məhəl qoymayaraq heyvanların hamısını maşının yük yerinə yığmışdır. Kamazın yük yerinə təxmiən 60-70 heyvan yığmaq mümkün olsa da, Musanın yığdığı heyvanlar isə təxminən 90-100 baş olmuşdur. Həmin heyvanları da Musa ilə birlikdə Qazax rayonu, Daş Salahlı kəndinə aparmışdır. Musa ona 180 manat zəhməthaqqı vermişdir. Heyvanları orada maşından boşaldarkən 3 başı maşında ölmüşdür. Musa yolda olarkən heyvanları satmağa apardığını demişdir. Zülfüqarın heyvanlarını yığıb aparmamışdan təxminən on gün qabaq, yəni 10 dekabr 2020-ci il tarixdə Musa həmkəndlisi Zərərçəkmiş şəxs2 59 baş heyvanları kəndlərinin Miskinli tərəf çıxışında gətirib maşına yığmış, həmin heyvanları da Qazax rayonu, Daş Salahlı kəndinə aparmış, həmin qoyunları Qazax rayonunda Gəray adlı şəxsin həyətinə boşaltmışdır. Bundan sonra Musa ilə heyvan aparmamışdır. Təxminən 20 gündən sonra Musanın Zülfüqarın və İlhamın heyvanlarının pulunu vermədiyini eşitmişdir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İşdə olan Məhkəmə Əmtəəşünaslıq Ekspertizasının 30 aprel 2021-ci il tarixli 9/1909 saylı Rəyindən görünür ki, 96 baş yerli dişi cinsindən olan bir yaşlı təmiz ət çıxarı 14 kq ət olan toğlunun bir başı 160 manat, cəmi 15360 manat, 14 baş erkək cinsindən olan iki yaşlı təmiz ət çıxarı 28 kq ət olan qoçun bir başı 320 manat, cəmi 4480 manat, 26 baş yerli dişi cinsindən olan dörd yaşlı təmiz ət çıxarı 14-15 kq olan qoyunun bir başı 160 manat, cəmi 4160 manat, 26 baş yerli cinsdən olan bir yaşlı təmiz ət çıxarı 13 kq ət olan keçinin bir başı 120 manat, cəmi 3120 manat və 59 baş yerli dişi cinsindən olan bir yaşlı təmiz ət çıxarı 20-21 kq ət olan qoyunun bir başı 220 manat, cəmi 12980 manatdır. Ekspertiza təyini haqqında qərarda göstərilən xırdabuynuzlu heyvanların 2020-ci ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 40.100,00 (qırx min yüz) müəyyən edilir. Həmin xırdabuynuzlu heyvanların ayrı-ayrılıqda qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İdarəsi tərəfindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan və məhkəmə iclasında təhqiq edilmiş Gədəbəy RİHB-nın Düzyurd Kənd İƏD üzrə Nümayəndəsi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakteizə edilir. Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 178.2.2-ci maddəsinə əsasən eyni əməllər təkrar törədildikdə və 178.2.4-cü maddəsinə əsasən xeyli miqdarda ziyan vurmaqla törədildikdə-dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, təqsirləndirilən şəxsin, zərərçəkmişlərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və ekspertiza rəyi ilə sübut edilmişdir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə ünvan 5 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 ilə 2020-ci ilin dekabr ayında dəqiq tarixi məlum olmayan vaxtda Gədəbəy şəhəri, H.Əliyev prospektində yerləşən dairədə görüşərək, dəyərini ödəmək niyyəti оlmаdığı halda hissə-hissə ona məxsus olan 162 baş xırdabuynuzlu heyvanları damazlıq saxlayacağı adı ilə aldadıb bir ay müddətində pulunu ödəyəcəyi barədə yalan vəd verərək razılaşmаqlа, etibarından sui-istifadə edib aldadaraq, 2020-ci ilinin dekabr ayının əvvəlində dəqiq tarixi istintaqa məlum olmayan vaxtda 11200 (on bir min iki yüz) manat dəyərində 70 (yetmiş) baş, hər bir başının qiyməti 160 (bir yüz altmış) manat təşkil edən yerli dişi cinsindən olan, biryaşlı, təmiz ət çıxarı 14 kq olan toğlunu Şəmkir rayonu ərazisində yerləşən Çeyrançöl qışlağından həmkəndlisi Şahid2 məxsus Kamaz-5320 yük markalı, **-BB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə yığaraq Qazax rayonu, Daş Salahlı kəndində dəyərindən ucuz qiymətə, yəni hər bir başını 85 (səksən beş) manata həmin kənd sakini Şahid1 satmaqla 5950 (beş min doqquz yüz əlli) manat, daha sonra 2020-ci ilin dekabr ayının ortalarında dəqiq tarixi məlum olmayan vaxtda 15920 (on beş min doqquz yüz iyirmi) manat dəyərində hər bir başının qiyməti 160 (bir yüz altmış) manat təşkil edən yerli dişi cinsindən olan, biryaşlı, təmiz ət çıxarı 14 kq olan 26 baş toğlu, hər bir başının qiyməti 320 (üç yüz iyirmi) manat təşkil edən yerli erkək cinsindən olan, iki yaşlı, təmiz ət çıxarı 28 kq olan 14 baş qoçu, hər bir başının qiyməti 160 (bir yüz altmış) manat təşkil edən yerli dişi cinsindən olan, dördyaşlı, təmiz ət çıxarı 14-15 kq olan 26 baş qoyunu və hər bir başının qiyməti 120 (bir yüz iyirmi) manat təşkil edən yerli cinsdən olan, biryaşlı, təmiz ət çıxarı 13 kq olan 26 baş keçini ünvan 2 ünvanından ələ keçirib yenə həmkəndlisi Şahid2 məxsus yük maşınına yığaraq Qazax rayonu, Daş Salahlı kəndinə aparıb, orada dəyərindən aşağı qiymətə yəni, 77 baş heyvanın hər bir başını 65 (altmış beş) manata həmin kənd sakini Şahid1 satmaqla sonuncudan 5000 (beş min) manat alaraq əldə etdiyi pulları şəxsi borclarını ödəməklə, zərərçəkmiş şəxsə ümumilikdə 27120 (iyirmi yeddi min yüz iyirmi) manat yəni, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Gədəbəy rayonu, Düzyurd kəndində yaşayan Zərərçəkmiş şəxs2 ilə 09 dekabr 2020-ci il tarixdə sonuncunun yaşadığı ünvanda görüşərək, dəyərini ödəmək niyyəti оlmаdığı halda, ona məxsus olan 59 (əlli doqquz) baş xırdabuynuzlu heyvanları damazlıq saxlayacağı adı ilə aldadıb bir ay 15 gün müddətində pulunu ödəyəcəyi barədə yalan vəd verərək razılaşmаqlа, etibarından sui-istifadə edib aldadaraq, 10 dekabr 2020-ci il tarixdə 12980 (on iki min doqquz yüz səksən) manat dəyərində 59 (əlli doqquz) baş, hər bir başının qiyməti 220 (iki yüz iyirmi) manat təşkil edən yerli dişi cinsindən olan, biryaşlı, təmiz ət çıxarı 20-21 kq olan qoyunu Gədəbəy rayonu Düzyurd kəndindən Zərərçəkmiş şəxs2 yaşadığı ünvandan həmkəndlisi Şahid2 məxsus Kamaz-5320 yük markalı, **-BB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə yığaraq Qazax rayonu, Daş Salahlı kəndində dəyərindən ucuz qiymətə, yəni hər bir başını 100 (bir yüz) manata həmin kənd sakini Şahid5 satmaqla 5900 (beş min doqquz yüz) manat alaraq əldə etdiyi pulları şəxsi borclarını ödəməklə, zərərçəkmiş şəxsə ümumilikdə 12980 (on iki min doqquz yüz səksən) manat yəni, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə təqsirləndirlən şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar yoxdur. Məhkəmə iş üzrə təqsirləndirlən şəxsin Azərbaycan Respublikası CM-nin 59.1.14. və 59.2-ci maddələrinə əsasən cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini, təqsirini səmimi etiraf etməsini, törətdiyi əməldən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini ona təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 56.1. və 56.1.2-ci maddələrinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin etməlidir. Həmin Qərarın 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini, təqsirini səmimi etiraf etməsini, törətdiyi əməldən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirməklə bərabər, onu da nəzərə alır ki, o, zərərçəkmişlərlə barışıq əldə etmək üçün heç bir cəhd etməmiş, zərərçəkmişlər ondan şikayət etmiş və ona ağır cəza verilməsini xahiş etmişlər. Barəsində qanunda nəzərdə tutulan daha ağır cəzanın tətbiq edilməyəcəyi təqdirdə, onun zərərçəkmişlərə vurduğu zərəri aradan qaldırmayacağı ehtimalları vardır. Ona görə də məhkəmənin qənaətinə görə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 178.2.2. və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan daha ağır cəza, yəni, azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, o, dərhal məhkəmə iclas zalında həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, cəza çəkmənin əvvəli 22 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 197.1-ci, 197.1.4-cü, 198.1-ci və 198.3-cü maddələrinə əsasən iş üzrə məhkəmə ekspertizasının dəyəri olan 50 manat Təqsirləndirilən şəxs alınaraq, dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmün icrası Gədəbəy Rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasına həvalə edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2. və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 22 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin, o, dərhal məhkəmə iclas zalında həbs edilsin və həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə ekspertiza xərci olan 50 manat təqsirləndirilən Təqsirləndirilən şəxs alınaraq, dövlət büdcəsinə keçirilsin. Hökmün icrası Gədəbəy Rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №1(042)-40/2021
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-40/2021
22.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver