Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-40/2022 22.12.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X14 oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs və müdafiəçisi Gədəbəy rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci ildə Gədəbəy rayonu, Pirbulaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Gədəbəy rayonu, Pirbulaq kəndində qeydiyyatda olmaqla Şəmkir rayonu, Dağ Cəyir kəndində yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 17 iyun 2015-ci il tarixdən başlayaraq 19 sentyabr 2008-ci il təvəllüdlü Akşinin və 08 yanvar 2010-cu il təvəllüdlü Nərminin yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün hər ay, hər uşaq üçün 75,00 manat olmaqla, cəmi 150,00 manat məbləğində aliment pulunun Zərərçəkmiş şəxs verilməsinə dair Gədəbəy rayon Məhkəməsinin 16 iyul 2015-ci il tarixli, 2(041)-811/2015 nömrəli qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə həmin məhkəmənin 14 iyun 2019-cu il tarixli, 3(042)-92/2019 nömrəli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsi ilə təqsirli bilinərək 20 gün müddətində inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddət təyin olunmasına, ona məsuliyyəti barədə 29 iyul 2019-cu il tarixdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilənədək, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 2019-cu ilin sentyabr ayıda daxil olmaqla 7200,00 manat məbləğində ziyan vurmaqla məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməkdən yayınmaqla ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 306.1-cı maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, fərdi əmək fəaliyyəti ilə məşğul olur. Bundan başqa qeyd etmişdir ki, Zərərçəkmiş şəxs ilə 2006-cı ildə evlənmiş, birgə nikahlarından Akşin və Nərmin adlı övladları doğulmuş, evli olduqları müddətdə bir yerdə yaşamaqları mümkün olmadığından ayrılmış, həmin vaxtdan da Zərərçəkmiş şəxs övladları ilə birlikdə yaşamış, 2015-ci ildə ona qarşı aliment tələbinə dair Gədəbəy rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin 16 iyul 2015-ci il tarixli, 2(041)-811/2015 saylı qətnaməsi ilə iddia təmin edilərək əvvəli 17 iyun 2015-ci il tarixdən hesablanmaqla, hər ay, bir uşaq üçün 75,00 manat olmaqla, iki uşağa cəmi 150,00 manat sabit pul məbləğində aliment ondan tutularaq övladları 19 sentyabr 2008-ci il təvəllüdlü Akşinin və 08 yanvar 2010-cu il təvəllüdlü Nərminin yetkinlik yaşına çatana kimi saxlanması üçün Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmiş, bununla əlaqədar Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmurları ona bildiriş təqdim etməklə qətnamənin icrasını tələb etmişdilər. O, isə maddi imkanı yüksək olmadığından məhkəmə aktını icra etməmiş, icra məmuru aliment borcunun ödənilməsi ilə əlaqədar ondan izahatlar almış, hətta həmin məhkəmənin 14 iyun 2019-cu il tarixli, 3(042)-92/2019 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsinə əsasən təqsirli bilinərək 20 gün müddətində inzibati həbs edilmişdir. Bundan sonra icra məmuru məhkəmə aktının icrasını təmin etməsinə dair ona müddət təyin etməklə rəsmi xəbərdarlıq versə də o, alimenti ödəməmişdir. Təqsirləndirilən şəxs istinad edilən cinayət əməli ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Belə ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2006-cı ildə evlənmiş, birgə nikahlarından X17 və X13 doğulmuşdur. Evli olduqları müddətdə bir yerdə yaşamaqları mümkün olmadığından ayrılmışlar və həmin vaxtdan da uşaqları ilə birlikdə yaşamışdır. O isə övladlarının saxlanması ilə əlaqədar ona maddi köməklik göstərmədiyindən aliment tələbinə dair Gədəbəy rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin 16 iyul 2015-ci il tarixli, 2(041)-811/2015 saylı qətnaməsinə əsasən iddia təmin edilərək əvvəli 17 iyun 2015-ci il tarixdən hesablanmaqla, hər ay, bir uşaq üçün 75,00 manat olmaqla, iki uşağa cəmi 150,00 manat sabit pul məbləğində aliment Təqsirləndirilən şəxs tutularaq 19 sentyabr 2008-ci il təvəllüdlü Akşinin və 08 yanvar 2010-cu il təvəllüdlü Nərminin yetkinlik yaşına çatana kimi saxlanması məqsədilə ona ödənilməsi qət edilmişdir. Qətnamənin icrası ilə Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmurları məşğul olmuş, bununla əlaqədar borcluya bildiriş təqdim edilmiş, sonuncu isə alimenti ödəməkdən imtina edərək icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün həmin məhkəmənin 14 iyun 2019-cu il tarixli, 3(042)-92/2019 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1 ci maddəsinə əsasən təqsirli bilinərək 20 gün müddətində inzibati həbs edilmişdir. İcra məmuru alimentin ödənilməsi ilə əlaqədar ona rəsmi xəbərdarlıq verilməsinə baxmayaraq o, alimenti ödəməmiş, uzun müddətdir ki, fərdi əməklə məşğul olmaqla xeyli miqdarda pul qazanmasına baxmayaraq məhkəmə aktını qərəzli olaraq icra etməmişdir. Şahid Gədəbəy rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini icra edən Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəli 17 iyun 2015-ci il tarixdən hesablanmaqla, hər ay, bir uşaq üçün 75,00 manat olmaqla, iki uşağa cəmi 150,00 manat sabit pul məbləğində aliment tutularaq 19 sentyabr 2008-ci il təvəllüdlü Akşinin və 08 yanvar 2010-cu il təvəllüdlü Nərminin yetkinlik yaşına çatanadək saxlanması üçün Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Gədəbəy rayon Məhkəməsinin 16 iyul 2015-ci il tarixli, 2(041)-811/2015 saylı qətnaməsi icra edilməsi ilə bağlı Gədəbəy rayon icra və probasiya şöbəsinə daxil olmuş, icra sənədi icraata qəbul edilərək 21 avqust 2015-ci il tarixdə icraata başlanma haqqında qərar qəbul edilmiş, aliment tələbinin təmin edilməsi ilə əlaqədar borcluya bildiriş təqdim edilmiş, məhkəmə qətnaməsi üzrə aliment borcu ödənilmədiyindən aidiyyəti orqanlara verilmiş sorğulara alınmış cavablaradan onun adına olan əmlakları aşkar etmək mümkün olmamış, müxtəlif tarixlərdə İcra və probasiya şöbəsinə dəvət olunaraq borcludan izahatlar almış, qanunun tələbləri və məsuliyyəti ona izah edilmiş, o, isə izahatlarında fərdi əməklə məşğul olduğunu bildirsə də alimenti ödəməmiş, üzərindən uzun müddət keçməsinə baxmayaraq məhkəmə aktını qərzəli icra etməməklə icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən üzrsüz səbəbdən yayındığından həmin məhkəmənin 14 iyun 2019-cu il tarixli, 3(042)-92/2019 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsinə əsasən təqsirli bilinərək 20 gün müddətində inzibati həbs edilmiş, qətnaməni icra etməsindən ötrü ona yeni müddət təyin edilsə də hərəkətlərini davam etdirməklə məhkəmə aktını qərəzli olaraq icra etməmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəli 17 iyun 2015-ci il tarixdən hesablanmaqla, hər ay, bir uşaq üçün 75,00 manat olmaqla, iki uşağa cəmi 150,00 manat sabit pul məbləğində aliment tutularaq 19 sentyabr 2008-ci il təvəllüdlü Akşinin və 08 yanvar 2010-cu il təvəllüdlü Nərminin yetkinlik yaşına çatanadək saxlanması üçün Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Gədəbəy rayon Məhkəməsinin 16 iyul 2015-ci il tarixli, 2(041 )-811/2015 saylı qətnaməsi icra edilməsi ilə bağlı Gədəbəy rayon icra və probasiya şöbəsinə daxil olmuş, icra sənədi icraata qəbul edilərək 21 avqust 2015-ci il tarixdə icraata başlanma haqqında qərar qəbul edilmiş, aliment tələbinin təmin edilməsi ilə əlaqədar borcluya bildiriş təqdim edilmiş, məhkəmə qətnaməsi üzrə aliment borcu ödənilmədiyindən aidiyyəti orqanlara verilmiş sorğulara alınmış cavablaradan onun adına olan əmlakları aşkar etmək mümkün olmamış, müxtəlif tarixlərdə İcra və probasiya şöbəsinə dəvət olunaraq borcludan izahatlar almış, qanunun tələbləri və məsuliyyəti ona izah edilmiş, o, isə izahatlarında fərdi əməklə məşğul olduğunu bildirsə də alimenti ödəməmiş, üzərindən uzun müddət keçməsinə baxmayaraq məhkəmə aktını qərzəli icra etməməklə icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən üzrsüz səbəbdən yayındığından həmin məhkəmənin 14 iyun 2019-cu il tarixli, 3(042)-92/2019 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 20 gün müddətində inzibati həbs edilmiş, qətnaməni icra etməsindən ötrü ona yeni müddət təyin edilsə də hərəkətlərini davam etdirməklə məhkəmə aktını qərəzli olaraq icra etməmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işi materiallarında olan aşağıda qeyd edilən sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: - Gədəbəy rayon Məhkəməsinin 16 iyul 2015-ci il tarixli 2(041)-811/2015 nömrəli qətnaməsindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2008-ci il tarixdə doğulmuş X10 və xx.xx.2010-cu ildə doğulmuş X5 atasının X6 olması faktı müəyyən edilmiş, X2 17 iyun 2015-ci il tarixdən başlayaraq xx.xx.2008-ci il tarixdə doğulmuş Akşinin və xx.xx.2010-cu ildə doğulmuş Nərminin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində hər bir uşaq üçün 75 (yetmiş beş) manat, cəmi 150 (yüz əlli) manat miqdarənda alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. - Gədəbəy rayon İcra və Probasiya şöbəsinin 02 avqust 2016-ci il tarixli, 03 aprel 2017-ci il tarixli və 04 iyul 2017-ci il tarixli xəbərdarlıqlarından görünür ki, X3 aliment borcunu ödəməyəcəyi təqdirdə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunması üçün Gədəbəy rayon Məhkəməsinə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. - Gədəbəy rayon Məhkəməsinin 21 avqust 2017-ci il tarixli 8(042)-125/2017 nömrəli qərardadından görünür ki, xx.xx.1981-ci ildə Gədəbəy rayonu, Pirbulaq kəndində anadan olmuş və həmin kənddə qeydiyyatda olan borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti-məhkəmə qərarı icra olunanadək məhdudlaşdırılmışdır. - Gədəbəy rayon Məhkəməsinin 14 iyun 2019-cu il tarixli 3(042)92/2019 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinmiş və ona 20 gün müddətə inzibati həbs növündə inzibati tənbeh təyin edilmişdir. - xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli xəbərdarlıqlardan görünür ki, X6 cinayət məsuliyyətinə cəlb olunması barədə xəbərdar edilmişdir. - Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X8 xx.xx.2015-ci il tarixdə, X9 xx.xx.2015-ci il tarixdə, X11 xx.xx.2014-cü il tarixdə Şəmkir rayonunda doğulmuşlar. Ataları qrafasında X7, anaları qrafasında X12 qeyd edilmişdir. - 11514, 20093 və 14767 nömrəli qəbzlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı Gədəbəy rayon Məhkəməsinin 16 iyul 2015-ci il tarixli, 2(041)-811/2015 nömrəli icra sənədi aliment borcundan 2300 manat məbləğində ödəniş etmişdir. Məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutlara hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Odur ki, onun əməli Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə tövsif olunmalı, o həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən aşağıdakıların qeyd edilməsini zəruri sayır. Belə ki, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı icra sənədi üzrə yığılmış aliment borcundan qismən ödəniş etməsini və himayəsində üç azyaşlı uşağın olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar yoxdur və məhkəmə cəza təyin edərkən bunu da nəzərə alır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Qutsardi İtaliyaya qarşı işində (92-ci bənd) qeyd etmişdir ki, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndində «azadlıq hüququ» bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur; məhkəmənin məqsədi heç kəsin qanunsuz olaraq «azadlıqdan məhrum» edilməməsini təmin etməkdir. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin «azadlıqdan məhrum» edilib-edilməmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn sözügedən tədbirin növünə, müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Məhkəmə Təqsirləndirilən şəxs barəsində məhz hansı növ cəza təyini məsələsini müzakirə edərkən qeyd etməyi zəruri hesab edir ki, onun təqsirləndiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına alternativ cərimə, ictimai işlər, islah işləri və azadlığın məhdudlaşdırılması cəzaları nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxsə cərimə cəzasının təyin edilib-edilməməsi məsələsini müzakirə edərkən məhkəmə qeyd edir ki, uşaqların saxlanması üçün təyin edilmiş alimenti ödəməyən vəziyyətdə bir daha maddi ödəniş öhdəliyinin şəxsin üzərinə hökmlə qoyulması ədalətli və işin halına uyğun görünmür. İctimai işlər və islah işlərindən hər hansı birinin təyin edilməsi məsələsini nəzərdən keçirərkən məhkəmə qeyd edir ki, daha səmimiyyət göstərib ibtidai istintaq və məhkəmə mərhələsində ödəniş edən, cəzasını yüngülləşdirən halları olan təqsirləndirilən şəxslərlə ödəniş etməyib belə yüksək aliment borcu yığılan şəxs arasında fərqlilik baxımından hazırki halda təqsirləndirilən şəxsə ictimai işlər və islah işləri cəzalarından birinin təyin edilməsi cəzanın məqsədinə xidmət etməyəcəkdir. Eləcə də, təqsirləndirilən şəxsin himayəsində üç yetkinlik yaşına çatmayan uşaq vardır. Ona azadlıqdan məhrum etmə cazasının təyin edilməsi uşağın sağlamlığı və saxlanılması üçün mənfi nəticələrə gətirib çıxara bilər. Odur ki, məhkəmə qeyd olunanları, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halın olmasını nəzərə alaraq belə hesab edir ki, ona təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, digər vəzifələrlə yanaşı, ona cəza çəkdiyi müddətdə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş və yığılmış aliment borc məbləğini ödəmək vəzifəsi də tapşırılmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası cəzanın məqsədini təmin edəcəkdir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmiş, xx.xx.2022-ci ildə faktiki olaraq qərar əsasında saxlanaraq Penitensiar Xidmətin 2 saylı təcridxanasına təhvil verilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən 22.12. 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlandığı 64 gün müddət həbsdə saxlamanın bir günü azadlıgın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla təyin edilən cəzadan çıxılmalıdır. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində olan qətimkan tədbirinin növünün dəyişdirilib-dəyişdirilməməsi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı onun barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozmamış, eləcə də mövcud qətimkan tədbiri hökmün icrasının təmin edilməsinə maneə yaratmadığından barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Hökmün icrası Şəmkir rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib ona 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 oktyabr 2022-ci il tarixdən 22 dekabr 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlandığı 64 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılaraq ona qəti olaraq 01 il 07 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şəmkir rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, cəza çəkdiyi müddətdə aliment borcunu ödəmək vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməsin. Hökmün icrası Şəmkir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №1(042)-40/2022
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-40/2022
22.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver