Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 1(042)-40/2023 12.10.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Gədəbəy rayonu, Xarxar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, əvvələr məhkum olunmamış, Gədəbəy rayonu, Xarxar kəndində yaşayan, barəsində 10 iyun 2023-cü il tarixdən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 12 oktyabr 2023-cü il tarixdə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 07 oktyabr 2022-ci il tarixdə saat 21 radələrində Gədəbəy rayonu, Xarxar kəndi ərazisində qardaşı arvadı Şahid Zərərçəkmiş şəxs idarə etdiyi “Mitsubishi L 200“ markalı, “H 018642” dövlət qeydiyyat nömrə nişanlı avtomobilin ön sərnişin oturacağında əyləşib söhbət etdiklərini görüb, onlar arasında intim münasibətlərin olmasını bəhanə edərək heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə sonuncunu qəsdən vuraraq, ona sifətin, sol qulağın hemotoması, geniş ölçülü qançırları ilə müşaiyət olunan qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sağ bazunun, döş qəfəsinin, qarının sol baldırın, sağ dizin geniş ölçülü qançırları sağlamlığa qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər və sifətin, sol almacıq nahiyyəsinin hematoması, geniş ölçülü qançırları ilə müşaiyət olunan əng sümüyünün sınığı qismində zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığının uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığa az ağır zərər yetirdiyinə görə Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə ittiham edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ifadə verərək, göstərmişdir ki, ailə üzvlərilə birlikdə Gədəbəy rayonunun Xarxar kəndində yaşayır və heç yerdə işləmir. X6 doğma qardaşıdır. Şahid isə Elçinin həyat yoldaşıdır. Onlarla əvvəllər münasibətləri yaxşı olmasa da, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Nailə ilə Elçin 5 ildir evli olmaqla 2 azyaşlı övladları var. Son vaxtlar Elçin ilə Nailə mütəmadi dalaşmışlar. Həmçinin Nailənin davranışlarından ailə üzvləri şübhələnib, onun Elçinə xəyanət etməsini fikirləşmişlər. Bu barədə söz-söhbətlər ona çatmışdır. 07 oktyabr 2022-ci il tarixdə təxminən saat 21 radələrində atası Şəmşid Məmmədov zəng edərək, qardaşı Elçinin yaşadığı evin yanında olmasını, orada ağ rəngli avtomobilin dayanmasını, Şahid da həmin avtomobilə əyləşməsini bildirib, ora gəlməyisini istəmişdir. Zəhmət kəndindəki fermadan çıxıb, qardaşınən evinin yanına gəlib, orada ağ rəngli, sonradan tanıdığı Zərərçəkmiş şəxs məxsus MİTSUBİSHİ-L 200 markalı, H 018 642 dövlət nömrə nişanlı avtomobilin dayandığını görmüşdür. Avtomobilə bir qədər yaxınlaşdıqda qardaşı arvadı Şahid avtomobilin qabaq oturacağında əyləşib, sürücü tərəfdə əyləşmiş Zərərçəkmiş şəxs cinsiyyət orqanını ağzına alıb, onunla seksual xarakterli hərəkətlər etdiyini görmüşdür. Bu zaman orada olan qardaşı Elçin Məmmədov da Nailə ilə Fuadın seksual xarakterli hərəkətlər etdiklərini görmüşdür. Elçin avtomobilin sol tərəfindən, o, isə sağ sürücü əyləşən tərəfindən yaxınlaşmışdır. Fuad onları görən kimi dərhal avtomobili idarə edərək oradan uzaqlaşmaq istəmişdir. Lakin onlar imkan verməmişdir. Fuad avtomobildən düşüb qaçmaq istəmişdir. O, Fuadı tutub, qaçmasına mane olmuş,Fuadın əynində olan göy rəngli, cins şalvarın qabağının açıq vəziyyətdə olmasını görmüşdür. Buna görə əsəbləşmiş, Fuadı bir neçə zərbə endirmişdir. Bundan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 qaynar xətt nömrəsinə zəng vurmuş, münaqişə olmasını və polis əməkdaşlarının gəlməsini istəmişdir. Onun məlumatından sonra ora Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları gəlmişlər. Törətdiyi əməldən peşmandır. O, hazırda zərərçəkmişlə barışmış, ona vurduğu ziyanı aradan qaldırmışdır. Ona görə də barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək, bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev-30, mənzil 161-də qeydiyyatda olmaqla işilə əlaqədar Gədəbəy şəhəri, X15 küçəsində yaşayır. Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətində SƏTƏM üzrə menecer işləyir. 28 oktyabr 2020-ci il tarixdən Azərbaycan Beynəlxalq Mədən-Əməliyyat Şirkətinə məxsus olan və qeydiyyat şəhadətnaməsi əsasında idarə etməyi üçün verilmiş MİTSUBİSHİ-L 200 markalı, H 018 642 dövlət nömrə nişanlı minik avtombili istifadəsindədir. Gədəbəy rayonu, Xarxar kənd sakini Şahid və onun anası X3 tanıyır. Onlardan 07 aydır kənd təsərrüfat malları aldığına görə tanış olmuş və bu məqsədlə onların mobil telefon nömrələri ilə əlaqə saxlamışdır. Həmin kənd sakinləri olan X4, onun qardaşı Təqsirləndirilən şəxs və onların ataları Şəmşid Məmmədovu hadisədən əvvəl tanımamışdır. Həmin şəxslərlə aralarında əvvəllər heç bir narazılıq, ədavət və yaxud düşmənçilik olmamışdır. İşdəki vəzifəsi şirkətin ərazilərinə nəzarət etmək olmuş və Xarxar kəndi ərazisində Mis-porfir konkart sahəsi olduğu üçün 05-06 oktyabr 2022-ci il tarixdə həmin ərazilərə yol boyu fosforlu əksetdiricilər quraşdırılmışdır. 07 oktyabr 2022-ci il tarixdə təxminən saat 21 radələrində həmin əksetdiriciləri yoxlamaq üçün Xarxar kəndinə istifadəsində olan MİTSUBİSHİ-L 200 markalı, H 018 642 dövlət nömrə nişanlı avtomobil ilə getmişdir. Şahid həyat yoldaşı və digər ailə üzvləri ilə yaşadığı evin alt tərəfindəki avtomobil yolu ilə avtomobillə gedərkən Nailə onu görüb, əli ilə işarə edərək saxlamağını istədiyi üçün avtomobili üzü şirkətin istismar etdiyi yatağa tərəf saxladıqda, Şahid avtomobilinin qabaq sağ sərnişin tərəfindən ona yaxınlaşıb, qapını açaraq, qabaq oturacaqda yanında əyləşmişdir. Onunla salamlaşdıqdan sonra həyat yoldaşı Elçin Məmmədov üçün əvvəllər ondan xahiş etdiyi iş barədə soruşmuşdur. Nailə və anası Gülşəndən kənd məhsulları alarkən Nailə ona həyat yoldaşı Elçinin işsiz, maddi imkanlarının zəif olduğunu deyərək, işlədiyi şirkətdə Elçini işə düzəltməyini xahiş etmişdir. Nailəyə bu işdə kömək edə biləcəyinə söz vermişdir. Şirkətdə iş yeri olduqda ona bu barədə xəbər edəcəyini bildirmişdir. Buna görə də Nailə Elçin üçün iş olub-olmadığı haqda soruşduqda, ona şirkətin kadrlar şöbəsinə yaxınlaşaraq iş olub-olmaması ilə maraqlanmaqlarını bildirmişdir Onunla təxminən 3-4 dəqiqə söhbət etmişlər. Nailə avtomobilin qapısını açıb, yerə düşmək istəyərkən onun açdığı qapının şüşələrini həyat yoldaşı Elçin Məmmədov əlində olan ağac parçası ilə vurub sındırmış və şüşələr Nailənin üzərinə töküldüyü üçün bir qədər onun tərəfə çəkilmişdir. Həmin an Elçin əlində olan ağac parçası ilə avtomobilin qabaq şüşələrini də vurub sındırmışdır. Şahid tərəf çəkilərkən Elçinin onu avtomobildən sürüyüb, yerə salmış və onlar mübahisə etməyə başlamışdırlar. Bu vaxt hadisədən sonra tanıdığı Elçinin qardaşı olan Təqsirləndirilən şəxs avtomobilin digər şüşələrini sındırıb və sağ qabaq oturacağın üzərinə dizi üstə çıxaraq onun sifət nahiyyəsinə yumruq zərbələri endirmişdir. Özünü qorumaq üçün onu geri itələmiş o, avtomobilin salonundan kənara çıxdıqdan sonra yenidən avtomobilin salonuna daxil olub, onun sifətinə bədən nahiyyələrinə zərbələr endirmiş. Sifət nahiyyəsinə dəyən yumruğun təsirindən üzündə güclü ağrı hiss etmiş və huşunu itirmişdir. Həmin an əyləşdiyi tərəfdə olan qapının açılmasını, Eldarın sağ tərəfdən vurarkən qardaşı Elçinin onu çəkərək avtomobildən çölə çıxarmasını hiss etmişdir. Zərbələrin təsirindən ayaq üstə dayana bilmədiyi üçün avtomobildən düşdükdən sonra arxası üstə yerə yıxılmışdır. Bu zaman Təqsirləndirilən şəxs yenidən bədəninin müxtəlif nahiyyələrinə zərbələr endirmiş, ona xəsarətlər yetirmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxs ona vurduğu ziyanı aradan qaldırmışdır. Ona görə də onun barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında elan edilmiş Şahid ifadəsindən görünür ki, ailə üzvlərilə birlikdə Gədəbəy rayonu, Xarxar kəndində yaşayır və fərdi əməklə məşğul olur. X6 ilə 2017-ci il tarixdə evlənmişdir. Həmin evlilikdən Elvin və Elina adlı övladları var. Elçin ilə əvvəllər münasibətləri normal olsa da, axır vaxtlar münasibətləri pozulmuşdur. Mütəmadi olaraq mübahisə edib, yola getmədiklərinə görə onunla boşanmaq qərarına gəlib, bu barədə məhkəməyə müraciət etmişdir. Ondan boşanmaq istədiyinə görə Elçin və onun ailə üzvləri ona başqa şəxslə xəyanət etdiyini düşünməyə başlamışlar. Bakı şəhər sakini olan və X10 Şirkətində işləyən Zərərçəkmiş şəxs 2022-ci ilin yay aylarından tanıyır. X11 əvvəllər ağartı məhsulları satan zaman Zərərçəkmiş şəxs onlara mütəmadi ağartı məhsulları alarkən tanış olmuşlar. Bu səbəbdən Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə onun istifadəmdə olan mobil nömrəyə zəng edərək, süd məhsulları olduqda almışdır. 07 oktyabr 2022-ci il tarixdə saat 21 radələrində Fuad həmin nömrə ilə zəng edərək inək südü olub-olmadığını soruşmuşdur. Ona artıq heyvanları həyat yoldaşı Elçin Məmmədovun başqa yerdə saxlaması səbəbindən süd satmadığını bildirmişdir. Telefonda söhbət zamanı Fuad onun evinin yaxınlığında olmasını və süd almaq üçün gəldiyini demişdir. Fuadın gəlib-gəlmədiyinə baxmaq üçün evin yanındakı yola tərəf çıxdıqda Zərərçəkmiş şəxs idarə etdiyi MİTSUBİSHİ-L 200 markalı, H 018 642 dövlət nömrə nişanlı avtomobillə yolda dayanmasını görüb, avtomobilə yaxınlaşaraq qabaq oturacaqda əyləşib, ona artıq süd satmadığını, lakin qonşuda süd satan şəxslərdən ona alıb, verə biləcəyini demişdir. Həmçinin əvvəllər Zərərçəkmiş şəxs işlədiyi şirkətdə həyat yoldaşı Elçin Məmmədovu işə düzəltməyə kömək etməsini istədiyi üçün ondan bu barədə soruşduqda, Fuad Elçinin şirkətə işə düzəlmək üçün özünə məxsus fotoşəkilini, sənədlərini toplayıb, şirkətin kadrlar şöbəsinə yaxınlaşmalı olduğunu bildirmişdir. Bundan sonra onunla sağollaşıb, avtomobilin qapısını açıb evinə getmək istətən zaman qabaq ön şüşələrin, sağ qapı tərəfdə olan şüşələrin qaynı Təqsirləndirilən şəxs tərəfindən sındırılmasını görmüşdür. Qoruxduğuna görə avtomobilin qapısını örtmək istəsə də, həyat yoldaşı Elçin Məmmədov onu avtomobilin çölündən içərisinə itələyərək başını avtomobilin əl əyləcininin arasına salmışdır. Eldar isə əlində mobil telefon “qoy bunu belə vəziyyətdə çəkim ki, əxlaqsızdır” demişdir. Ayağının qapının arasında qalmasını, ağrı verməsini deyib, Elçindən onu buraxmasını tələb etmişdir. Eldar isə Zərərçəkmiş şəxs döyə-döyə avtomobildən yerə salıb, onun kəmərini və şalvarının qabağını açıb, əlində olan telefonla video görüntülər çəkməyə davam etmişdir. Ona etirazını bildirdikdə Eldar videonu dayandırıb “gəl buraya ikinizi bir yerdə çəkəcəm” demişdir. Ona etiraz edərək, şər-böhtan atmamasını bildirdikdə Eldar əlində olan ağac parçası ilə bədəninin müxtəlif nahiyyələrinə vurmuşdur. Elçinə yalvarıb onu Eldarın əlindən almasını istəmişdir. Elçin onu Eldarın əlindən alıb, kənara çəkdikdə Eldar Fuadın üzərinə hücum edərək onun sifət və baş nahiyyələrinə çoxsaylı yumruq zərbələri endirib, döyməyə başlamışdır. Fuad isə zərbələrin təsirindən huşsuz vəziyyətdə düşüb, ona su verməklərini istəsə də Eldar ilə Elçin ona su verməyib nalayiq söyüşlərlə Fuadı və onu söymşülər. Sonra Eldar telefonla qonşusı X7 və atası X2 zəng edərək oraya gəlməklərini istəmişdir. Təxminən 1-2 dəqiqəyə oraya Zaur ilə Qaçay gəlmişlər və Eldar onlara əxlaqsızlıq edərkən başqa şəxslə tutduqlarını bildirmişdir. Daha sonra oraya anası Gülşən və atası Məzahir də gəlmişdirlər. Elçin vaideyinlərinə onu əxlaqsızlıq edərkən tutmalarını bildirmişdir. Həmin vaxt Zaur ilə Qaçay ünvanına nalayiq sözlər deyərək, mobil telefonla onu və Fuadı çəkmək istəmişlər. Anası Gülşən onlara öz narazılığını bildirdikdə Zaur ilə Qaçay anasın ünvanına təhqiramiz sözlər deyib onunla dalaşmağa başlmışdırlar. Zaur İbrahimov anasın üzərinə hücum edərək onun saçından tutub sürümüşdür. Daha sonra Qaçay anası ilə münaqişə edərək onun üzərinə hücum etmişdir. Həmin vaxt hava qaranlıq olduğu üçün kimin-kimi vurmasını dəqiq görə bilməmişdir. Zaur İbrahimovu döyməmiş və ona heç bir xəsarət yetirməmişdir. Elçin qardaşı Eldarı məsuliyyətdən qutarmaq üçün belə bir izahat vermişdir. Elçin onu döydüyü üçün onu bağışlayacağını düşünüb belə bir izahat vermişdir. Hadisə təxminən 10 dəqiqə dava etmiş və polis əməkdaşlarının gəldiklərini eşidən kimi hər kəs sakitləşmişdir. Bu səbəbdən ətrafda oraya kənar şəxslər toplaşmamışdır. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X5 X14 tərəfindən verilmiş 14 oktyabr 2022-ci il tarixli 580 nömrəli canlı şəxsin ekspertizası Rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər- sifətin, sol qulağın hemotoması, geniş ölçülü qançırları ilə müşaiyət olunan qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sol almacıq nahiyyəsinin hemotoması, qançırı ilə müşaiyət olunan sol əng sümüyünün sınığı, sağ bazunun, döş qəfəsinin, qarının, sol baldırın, sağ dizin, geniş ölçülü qançırları küt əşyaların təsirindən, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 07 oktyabr 2022-ci ilə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən sol almacıq nahiyyəsinin hematoması, geniş ölçülü qançırları ilə müşaiyət olunan sol əng sümüyünün sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az-ağır zərər vurmaya, sifətin sol qulağın hematoması, geniş ölçülü qançırları ilə müşaiyət olunan qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sağ bazunun, döş qəfəsinin, qarının sol baldırın, sağ dizin geniş ölçülü qançırları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterinə, lokalizasiyasına əsasən deməkj olar ki, həmin xəsarəti onun özü-özünə yetirə bilməsi inandırıcı deyildir, onun bədən səthində öz boyu səviyyəsindən yıxılmağa xarakterik xəsarət aşkar edilməmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İdarəsi tərəfindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Gədəbəy RİHB-nın Xarxar Kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilir. İşdə olan Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ərizələrindən görünür ki, onlar barışmış və cinayət işinin icraatına хitam vеrilməsini хahiş еtmişlər. İşdə olan sübutların qiymətləndirilməsi haqqında 22 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs və X6 barəsində Azərbaycan Respublikası İXM-nin 232- 1-ci maddəsi ilə inzibati araşdırılma aparılması qərara alınmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, ekspertin rəyini, istintaq hərəkətlərinin protokollarını tədqiq edib sübut kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 127.2.3-cü maddəsinə əsasən isə eyni əməllər ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məcəllənin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Məcəllənin 73.2-ci maddəsinə əsasən vu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Rеspublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Beləliklə, Təqsirləndirilən şəxs 07 oktyabr 2022-ci il tarixdə saat 21 radələrində Gədəbəy rayonu, Xarxar kəndi ərazisində qardaşı arvadı Şahid Zərərçəkmiş şəxs idarə etdiyi “Mitsubishi L 200“ markalı, “H 018642” dövlət qeydiyyat nömrə nişanlı avtomobilin ön sərnişin oturacağında əyləşib söhbət etdiklərini görüb, onlar arasında intim münasibətlərin olmasını bəhanə edərək, heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə sonuncunu qəsdən vuraraq, ona sifətin, sol qulağın hemotoması, geniş ölçülü qançırları ilə müşaiyət olunan qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sağ bazunun, döş qəfəsinin, qarının sol baldırın, sağ dizin geniş ölçülü qançırları sağlamlığa qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər və sifətin, sol almacıq nahiyyəsinin hematoması, geniş ölçülü qançırları ilə müşaiyət olunan əng sümüyünün sınığı qismində zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığının uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığa az ağır zərər yetirdiyinə görə Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə ittiham edilmişdir. Lakin məhkəmə təqsirləndirlən şəxs, zərərçəkmiş və şahidin ifadələrini, ekspertiza rəyini və işdə olan digər sənədləri təhqiq edərək belə qənaətə gəlir ki, təqsirləndirlən şəxsin bu əməli xuliqanlıq niyyəti ilə törətməsi kimi tövsüf edilməsi üçün zəruri olan hallarnin məcmusu yoxdur. Məhkəmə nəzərə alır ki, təqsirləndirlən şəxs bu əməli xuliqanlıq niyyəti ilə deyil, qardaşı arvadı olan iş üzrə Şahid ilə zərərçəkmuiş Zərərçəkmiş şəxs axşam radələrində əsaslı səbəb olmadan zərərçəkmişə məxsus avtomobildə əyləşmələri və onda həmin şəxslər arasında intim münasibətlərin olmaları haqqında yaranmış şübhələr nəticəsində qisqanclıq zəminində törtəmişdir. Məhkəmə təqsirləndirlən şəxsin bu əməli xuliqanlıq niyyəti ilə törətmədiyi nəticəsinə gələrkən o halı da nəzərə alır ki, Şahid onun qohumudur və təqsirləndirlən şəxs onun barəsində həqiqətə uyğun olmayan hər hansı xoşagəlməz məlumatların yayılmasında maraqlı ola bilməzdi. Bundan başqa, təqsirləndirlən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir və əvvəllər onun tərəfindən xuliqanlıq niyyəti ilə hər hansı əməllərin törədilməsi halı olmamışdır. Ona görə də təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsindən 127.1-ci maddəsinə tövsüf edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən həmin əməlin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olması, təqsirləndirilən şəxsin törətdiyi əməldən pеşman olması, zərərçəkmiş şəхslə barışıq əldə еtməsi nəzərə alınmalı, o, cinayət məsuliyyətindən azad еdilməli və barəsində оlan cinayət işi üzrə cinayət təqibinə хitam vеrilməlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin ləğv edilməsini əsaslı hesab edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1-ci, 197.1.4-cü, 198.1-ci və 198.3-cü maddələrinə əsasən iş üzrə məhkəmə ekspertizasının dəyəri olan 50 manat məhkəmə xərci təqsirləndirilən şəxsdən dövlət büdcəsinin xeyrinə tutulmalıdır. İş üzrə maddi sübut və mülki iddia yохdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Rеspublikası CPMnin 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, QƏRARVERDİ: Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxslə barışdığına, vurulmuş zərəri aradan qaldırdığına görə xitam verilsin və o, cinayət məsuliyyətindən azad еdilsin. Təqsirləndirilən şəxs barəsində sеçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv еdilsin. İş üzrə 50 manat məhkəmə xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Qərardan еlan еdildiyi andan 20 (iyirmi) gün müddətində Gədəbəy Rayоn Məhkəməsi vasitəsilə Gəncə Apеllyasiya Məhkəməsinə apеllyasiya şikayəti və apеllyasiya prоtеsti vеrilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №1(042)-40/2023
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №1(042)-40/2023
12.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver