Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-41/2021 23.12.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon(Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və onların müdafiəçisi X3 iştirakları ilə, xx xxxx 1986-cı il tarixdə Gədəbəy rayоnunda doğulmuş, Aзərbaycan Rеspublikasının vətəndaşı, evli, ünvan 3kir şəhərində “ünvan 3kir Səbəti” bazarında işləyən, 20.05.2013cü il tarixdə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 03 il müddətinə, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 21.11.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 66.5 və 317-2.1-ci maddəsi ilə 03 il 01 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Qaradağ Rayon Məhkəməsinin 09.07.2015-ci il tarixli qərarı ilə 06 ay 23 gün vaxtından əvvəl şərti azad olunmuş, ünvan 1 ünvanında qеydiyyatda оlan və yaşayan, barəsində başqa yеrə gеtməmək haqqında iltizam qətimkan tədbiri sеilmiş Təqsirləndirilən şəxs1 oğlunun və xx xxxx 1991-ci il tarixdə Gədəbəy rayonu, Sarıhasanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Gədəbəy rayonu, Sarıhasanlı kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1. və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə 23 dekabr 2021-ci il tarixdə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 özgə əmlakını gizli yolla talamaq məqsədilə 2019-cu il ilin noyabr ayının əvvəllərində istintaqa dəqiq məlum olmayan tarixdə gecə saat 02 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, Gədəbəy rayonu, Düzyurd kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus evə, yəni, yaşayış sahəsinə qanunsuz daxil olaraq, Zərərçəkmiş şəxs mülkiyyətində olan 1 ədəd 700 manat dəyərində Samsung markalı 49K6550 modelli 0BL9DJ400248 serialı 49 düyümlü və 1 ədəd 160 manat dəyərində Samsung markalı 32 düyümlü LCD modelli televizorları,yəni, ümumilikdə, 860 manat dəyərində özgə əmlakını gizli yolla talamaqla oğurluq etdiyinə görə Azərbaycan Respublikası CM-nin 177.2.1. və 177.2.3-cü maddələri ilə ittiham edilmişdir. Təqsirləndirilən şəxs2 özgə əmlakını gizli yolla talamaq məqsədilə 2019-cu il ilin noyabr ayının əvvəllərində istintaqa dəqiq məlum olmayan tarixdə gecə saat 02 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, Gədəbəy rayonu, Düzyurd kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus evə, yəni, yaşayış sahəsinə qanunsuz daxil olaraq, Zərərçəkmiş şəxs mülkiyyətində olan 1 ədəd 700 manat dəyərində Samsung markalı 49K6550 modelli 0BL9DJ400248 serialı 49 düyümlü və 1 ədəd 160 manat dəyərində Samsung markalı 32 düyümlü LCD modelli televizorları,yəni, ümumilikdə, 860 manat dəyərində özgə əmlakını gizli yolla talamaqla oğurluq etdiyinə görə Azərbaycan Respublikası CM-nin 177.2.1. və 177.2.3-cü maddələri ilə ittiham edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ifadə verərək göstərmişdir ki, ünvan 2 ünvanında yaşayır, hazırda ünvan 3kir şəhərində, “ünvan 3kir Səbəti” bazarında meyvə-tərəvəz satmaqla məşğul olur. Zərərçəkmiş şəxs dayısı oğludur, aralarında əvvəllər düşmənçilik və ədavət olmamışdır. Gədəbəy şəhərində yaşasa da, qohumlarının çoxu rayonun Düzyurd kəndində yaşadığı üçün tez-tez ora gedib-gəlmişdir. 2019-cu ilin noyabr ayının əvvəllərində saat 18 radələrində həmin vaxt ona məxsus olan QAZ 3129 markalı dövlət nömrə nişanını dəqiq xatırlamadığı avtomobillə Düzyurd kəndində yaşayan qohumu Samirgilə getmiş, lakin Samir evdə olmadığına görə geri qayıtmışdır. Zərərçəkmiş şəxs evinin qarşısından keçən zaman darvazanın 2 ədəd qıfıl ilə bağlandığı diqqətini çəkmişdir. Turalgilin evində heç kimin olmadığını və onların ailəvi olaraq Rusiya Federasiyasında yaşadığını əvvəlcədən bilmişdir. Həmin vaxt o, sərxoş halda olmuş və oradan oğurluq etmək niyyətinə düşmüşdür. Lakin, tək olduğuna görə bunu bacarmayacağını fikirləşib, Gədəbəy şəhərinə geri qayıtmış, “dairəvi yol” adlanan yerdə rayonun Şəkərbəy kənd sakini Təqsirləndirilən şəxs2la görüşmüşdür. Daha sonra onunla Şəkərbəy kəndinə gedib orada kafedə yeyibiçdikdən sonra ona oğurluq etmək fikrinin olduğunu bildirərək bu işdə ona kömək etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 əvvəlcə razı olmasa da, sonradan isə razılaşmış və onlar birlikdə onun QAZ-3129 markalı avtomobili ilə gecə saat 02 radələrində Düzyurd kəndinə getmişlər. Avtomobilini Zərərçəkmiş şəxs evindən təxminən 150 metr aralıda yerləşən dərədə saxlamış və sonra piyada evin yanına gəlmişlər. Birlikdə evin həyətyanı sahəsinə dəmir tor çəpərdən atlayıb keçmiş və ikimərtəbəli yaşayış evinə yaxınlaşmışlar. Eevin ikinci mərtəbəsinin plastik pəncərəsini əli ilə güc tətbiq etməklə açmışlar. Daha sonra o, həmin pəncərədən evə daxil olmuş, əvvəlcə evdə pul və qızıl-zinət əşyaları axtarmış lakin, tapa bilmədiyinə görə biri kiçik, digəri isə böyük ölçülü olmaqla evdə olan bir ədəd Samsung və bir ədəd LCD markalı televizoru götürmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs2 onu evin həyətində pəncərənin qabağında gözləmişdir. O, televizorları pəncərədən Təqsirləndirilən şəxs2 vermiş və həmin pəncərə vasitəsilə evdən çıxmışdır. Daha sonra həmin pəncərəni bayır tərəfdən örtmüşdür ki, heç evə daxil olunduğu bilinməsin. O, ev sahibi Zərərçəkmiş şəxs ailəsi ilə birlikdə Rusiya Federasiyasında yaşadığına görə evdən oğurluq olmasını bir müddət heç kimin bilməyəcəyini güman etmişdir. Daha sonra Təqsirləndirilən şəxs2la birlikdə həyətə girdikləri yerdən geri qayıdıb avtomobilin yanına gəlmişlər. Televizorlardan böyük ölçülü olanını maşının salonuna arxa oturacağın üstünə, kiçik ölçülüsünü isə yük yerinə qoymuşdur. Daha sonra təxminən saat 04 radələrində Təqsirləndirilən şəxs2 yaşadığı Şəkərbəy kəndinə aparıb evinə qoymuş və özü evə gəlmişdir. Həmin günün səhəri ekran ölçüsü kiçik olan Samsung markalı televizoru Novo-Saratovka kəndində yaşayan və həmin kənddə kafe işlədən Turac adlı tanışına 400 manat pul borcunun müqabilində vermişdir. Digər LCD markalı televizoru isə həmin gün Bakı şəhərinə aparıb Sədərək ticarət mərkəzində tanımadığı bir nəfərin mağazasında 500 manata satmışdır. O, həmin pulu xəstə uşağının dərmanlarına və digər ehtiyaclarına xərcləmişdir. Həmin hadisədən təxminən ay yarım sonra Zərərçəkmiş şəxs və eləcə də qardaşı Vüsal İsgəndərov qohumlarının vəfatı ilə əlaqədar olaraq, Rusiya Federasiyasından yaşadıqları Düzyurd kəndinə gəlmişlər. Zərərçəkmiş şəxs və Vüsal İsgəndərov gəldikdən bir neçə gün sonra evdən oğurlanmış televizorlara görə polisə şikayət etdiklərini bilmiş, bu xəbəri aldıqdan təxminən 10 gün sonra Gədəbəy RPŞ-ə gələrək televizorları oğurladığını etiraf etmişdir. Daha sonra o, etdiyi əmələ görə Vüsal və Zərərçəkmiş şəxs üzr istəmiş və Vüsal ilə birlikdə əvvəlcə Novo-Saratovkaya, daha sonra isə Bakı şəhəri Sədərək Ticarət Mərkəzinə gedib həmin televizorları geri almışdır. Novo-Saratovka kəndinin giriş hissəsində kafe işlədənTurac adlı şəxsi hadisədən 4-5 ay əvvəl tanımış və ona televizoru öz evindən gətirdiyini bildirib pul borcunun müqabilində vermişdir. Televizorun oğurluq olması barədə Turacın məlumatı olmamışdır. O, törətdiyi etdiyi əməldən peşmandır. Zərərçəkmişdən üzr istəmiş, ona vururlmuş zərəri tamamilə ödəmişdir. Qərar çıxarılarkən himayəsində üç azyaşlı uşağın olmasının nəzərə alınmasını və ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ifadə verərək göstərmişdir ki, Gədəbəy rayonu, Sarıhasanlı kəndində yaşayır. Daimi iş yeri yoxdur. Təqsirləndirilən şəxs1 ilə 2019-cu ilin avqust-sentyabr aylarında Gədəbəy şəhərində tanış olmuşdur. Hadisənin baş verdiyi günün tarixini dəqiq xatırlamır. Təxminən 2019-cu ilin noyabr ayının əvvəlində Təqsirləndirilən şəxs1la Gədəbəy şəhəri dairəvi yol adlanan yerdə təsadüfən görüşmüşdür. Təqsirləndirilən şəxs1 ona övladının xəstə olduğu üçün dərman almağa pul lazım olduğunu demişdir. Həmin vaxt spirtli içki içdiyi üçün orta dərəcəli sərxoş halda olmuş və Mübarizin QAZ-2410 markalı avtomobilinə minmişdir. Maşında oturub söhbət edən zaman Təqsirləndirilən şəxs1 ona pula çox ehtiyacı olduğu üçün qohumunun evindən oğurluq etmək məcburiyyətində qaldığını demiş və onlar avtomobillə Düzyurd kəndinə tərəf getmişlər. Təqsirləndirilən şəxs1 Gədəbəy rayonu, Düzyurd kəndində maşını oğurluq olunan evdən bir qədər aralıda saxlamış və sonra onlar birlikdə metal tordan ibarət hasarı keçib həmin evə yaxınlaşmışlar. O, evin ikinci mərtəbəsinin plastik pəncərəsini güc tətbiq etməklə açmış və Təqsirləndirilən şəxs1 içəri daxil olmaq üçün şərait yaratmışdır. Həmin müddətdə o, evin həyətində gözləmişdir. Təxminən 15-20 dəqiqə sonra Mübariz pəncərədən ona 2 ədəd televizor vermişdir. Televizorları yerə qoymuş və Mübarizin oradan düşməyinə kömək etmişdir. Daha sonra televizorları götürüb avtomobilin yanına gəlmişlər. Təqsirləndirilən şəxs1 televizorlardan böyük ölçülü olanını maşının salonuna arxa oturacağın üstünə, kiçik ölçülüsünü isə yük yerinə qoymuşdur. Daha sonra oradan uzaqlaşmışlar və Təqsirləndirilən şəxs1 onu Sarıhasanlı kəndindəki evinə gətirmişdir. Təqsirləndirilən şəxs1 onunla birlikdə oğurluğa getdiyinə görə televizorları satdıqdan sonra ona pul verəcəyini demişdir. Lakin Təqsirləndirilən şəxs1 uşağının müalicəsi ilə əlaaədar pul lazım olduğuna görə onun təklifini qəbul etməmişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilmişdir və onunla barışıq əldə etmişdir. Öna görə də ona yüngül cəza verilməsini xahiş edir. 16 dekabr 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında itirak etmiş zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə ifadə verərək, bildirmişdir ki, Gədəbəy rayonu, Qarıkənd kəndində yaşayır. Zərər çəkmiş Zərərçəkmiş şəxs onun qardaşıdır. O, işi ilə əlaqədar olaraq Rusiya Federasiyasında yaşayır. Turalın Gədəbəy rayonu, Düzyurd kəndindəki evində anası X7 tək yaşamışdır. 2019-cu ilin oktyabr ayının sonlarında Şamama Sarıyeva da Turalın yanına Rusiya Federasiyasına getdiyinə görə ev boş qalmışdır. 2019-cu ilin dekabr ayının əvvəlində Tural Rusiya Federasiyasından Düzyurd kəndinə gəlmiş və bu zaman evdən bir ədəd Samsung və bir ədəd LCD markalı televizorların oğurlandığını görüb, polisə müraciət etmişdir. Bundan sonra Tural işi ilə əlaqədar olaraq Rusiya Federasiyasına geri qayıtmışdır. Tural hazırda Azərbaycana gələ bilmədiyi üçün ona cinayət prosesində nümayəndəsi kimi iştirak etmək üçün etibarnamə göndərmiş, ona dəymiş maddi ziyan ödənildiyi üçün müraciəti ilə bağlı hazırda heç bir şikayətinin olmadığını bildirmişdir. Təqsirləndirlən şəxslər dəymiş ziyanı ödəmişlər. Ona görə də təqsirləndirlən şəxslərdən şikayəti yoxdur, onları bağışlayır və onlara cəza verilməməsini xahiş edir. Məhkəmə iclasında elan edilmiş Şahid qismində dindirilmə protokolundan görünür ki, Gədəbəy rayonu, Novo-Saratovka kəndində yaşayır. Təqsirləndirilən şəxs1 onun Novo- Saratovka kəndində işlədiyi kafeyə bir neçə dəfə müştəri qismində gəlmiş və onunla orada tanış olmuşlar. Mübarizin kafedə 900 manata qədər borcu yaranmışdır. Borcu yarandıqdan təxminən, 2 ay sonra, 2019-cu ilin noyabr ayında dəqiq tarixini xatırlamadığı bir gündə Təqsirləndirilən şəxs1 həmin kafeyə markasını xatırlamadığı bir ədəd 82 dioqanal ekranlı televizor gətirib borcunun əvəzində ona öz evindən gətirdiyi televizoru vermək istədiyini bildirmişdir. Onlar televizora 400 manat qiymət qoyub razılaşmışlar. Həmin televizoru kafenin anbarına qoymuşdur. Həmin vaxtdan bir neçə ay sonra Təqsirləndirilən şəxs1 ona zəng edib televizorun oğurluq yolu ilə əldə olunduğunu bildirmiş, televizoru sahibinə verməyi ondan xahiş etmişdir. Telefon danışığı zamanı Mübariz ona televizorun qohumu Vüsal adlı şəxsə məxsus olduğunu deyib, bu əməli barədə heç kimə məlumat verməməsini xahiş etmişdir. O, Mübarizi aldadaraq, Vüsalın nömrəsini ondan almış və Vüsala zəng edib televizorun onda olduğunu bildirmişdir. Telefon danışığı zamanı Vüsala televizoru ona Mübarizin satdığını və onun oğurluq olduğunu bilmədiyini demiş və gəlib televizoru aparmasını xahiş etmişdir. Həmin gün Vüsal Mübariz ilə birlikdə gəlib ona televizorun əvəzində 400 manat pul vermiş və televizoru ondan götürmüşlər. Təqsirləndirilən şəxs1 televizoru ona verən zaman həmin televizorun özünə məxsus olduğunu bildirmiş və evindən gətirdiyini demişdir. İşdə olan Ərizələrdən görünür ki, zərər çəkmiş Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə təqsirləndirlən şəxslər tərəfindən vurulmuş zərərin tamamilə ödənilməsi, təqsirləndirlən şəxslərdən şikayət və tələbinin olmamasını bildirmiş, onlara cəza verilməməsini xahiş etmişlər. İşdə olan Hadisə yerinə baxış keçirilməsi haqında protokoldan görünür ki, hadisə yeri Gədəbəy rayonu, Düzyurd kəndində yerləşən Zərərçəkmiş şəxs anası X4 məxsus yaşayış evidir. Ev ikimərtəbəli olmaqla qarşısı genişölçülü və şüşəli çardaqla əhatə olunmuşdur. Evin həyətinə giriş qapısı dəmir materialdan hazırlanmış bir taylı dəmir qapıdır. Həmin qapının və çardağın pəncərələrinin üzərində hər hansı zədələnmə və ya sındırılma əlamətləri aşkar edilməmişdir. Evin həyətinə daxil olduqda sol tərəfdə birmərtəbəli yaşayış evi-mətbəxt yerləşir. Həmin otağın giriş qapısının və pəncərələrinin üzərində hər hansı sındırma və zədələmə izləri aşkar edilməmişdir. Həmin otağın qarşı tərəfində giriş qapısından sağda ikimərtəbəli ev yerləşir. Həmin evin ikinci mərtəbəsinə çıxış evin qarşısındakı taxta materialdan hazırlanmış pilləkəndəndir. Evin ikinci mərtəbəsinə giriş qapısının sol tərəfində hər biri ikitaylı olmaqla plastik materialdan hazırlanmış 2 ədəd pəncərə vardır. Həmin pəncərələrdən birincisi yarımaçılmış vəziyyətdədir və daxili kilidlənmə mexanizmi işləmir. Belə ki, əl ilə itələdikdə pəncərə açılır. Pəncərənin açılan tayının aşağı hissəsində qurumuş palçıq izləri vardır. Həmin pəncərə evin içinə daxil olduqda giriş qapısının sol tərəfindəki birinci otaqda yerləşir ki, həmin otaqda yerləşən yataq dəsti və paltar şkafı səliqəli vəziyyətdədir. Həmin otağın giriş qapısı örtülü vəziyyətdə olsa da daxili kilidi bağlanmamışdır. Evin giriş qapısından içəri daxil olduqda 4 metr eni və 9 metr uzunluğu olan zal yerləşir. Zalın içərisində müxtəlif mebel əşyaları düzülmüşdür. Giriş qapısı ilə üzbəüz zalın digər tərəfində divana bitişik vəziyyətdə mebelin üstündə müxtəlif anten və elektrik naqilləri yerləşir. Zalda olan digər mebel dəstlərinin üzərində kənar təsirlərdən törənməyə xarakterik olan iz aşkar edilməmişdir. Zala daxil olduqda soldan ikinci otağın giriş qapısı ikitaylı olmaqla taxta materialdan hazırlanmışdır. Qapının yuxarı çərçivəsinin cəftə keçən hissəsi sınıqdır. Qapının daxili kilidi bağlı olsa da hər iki tayı yarımaçıq vəziyyətdədir. Lakin otağın içərisində mebel və yataq dəstləri səliqəli vəziyyətdədir. Giriş qapısından sol tərəfdəki otağın da giriş qapısı ikitaylı olmaqla taxta materialdan hazırlanmışdır. Onun da daxili kilidi bağlı vəziyyətdə olmaqla hər iki tayı yarımaçılı vəziyyətdədir. Həmin qapının da yuxarı çərçivəsinin cəftə keçən hissəsi sınıq vəziyyətdədir. Həmin otağa daxil olduqda sol tərəfdə qapağı açıq vəziyyətdə olan kiçik ölçülü sandıq yerləşir. Həmin sandığın içərisindəki və yanındakı geyim əşyaları və yastıqlar dağınıq vəziyyətdədir. Giriş qapısından sağda mebel dəstinin üzərində krosna antenasına məxsus aparat və həmin aparata qoşulmuş naqillər dağınıq vəziyyətdədir. Həmin otağın plastik materialdan hazırlanmış iki ədəd pəncərəsi vardır. Həmin pəncərələrlə üzbəüz dayandıqda sol tərəfdəki üçtaylı pəncərənin orta tayı yarımaçılmış vəziyyətdədir. Pəncərələrin hər ikisində sol tərəfdən qoyulmuş tor yerindədir. Pəncərələrin üzərində kənar əşyaların təsirindən törənə bilən hər hansı iz aşkar edilməmişdir. Giriş qapısı ilə üzbəüz zalın əks tərəfində yerləşən otağın giriş qapısı bağlı vəziyyətdədir və həmin qapının üzərində hər hansı bir iz aşkar edilməmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, 05.12.2019-cu il tarixdə evə gələrkən zalın giriş qapısı ilə üzbəüz divarın qarşısında qoyulmuş mebelin üzərindən bir ədəd “Samsung” markalı televizor, zala giriş qapısından solda yerləşən üçüncü otağın giriş qapısından sağda yerləşən mebelin üzərindən də bir ədəd “Samsung” markalı televizorun oğurlandığını görmüşdür. Baxış zamanı zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və predmet götürülməmişdir. İşdə olan Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 31289 nömrəli ekspert Rəyindən görünür ki, 1 ədəd 2017-ci il də 1200 manata alınmış Samsung markalı 49K6550 modelli OBL9DJ400248 serialı 49 düyümlü televizor 700 manat və 1 ədəd 2013cü il də 300 manata alınmış Samsung markalı 32 düyümlü LCD modelli televizor 160 manatdır. Oğurlanmış televizorların istifadə olunması nəzərə alınmaqla 2019-cu ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 860 manat müəyyən edilmişdir. İşdə olan hökmlər, qərar və Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CMnin 126.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi olmuş və həmin cinayət işi üzrə o, 20.05.2013-cü il tarixdə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 03 il müddətinə azadlıqdan məhrum edilmişdir. Təqsirləndirilən şəxs1 Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 21.11.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 66.5 və 317-2.1-ci maddəsi ilə 03 il 01 ay azadlıqdan məhrum etmə cəzası almış və Qaradağ Rayon Məhkəməsinin 09.07.2015-ci il tarixli qərarı ilə 06 ay 23 gün vaxtından əvvəl şərti azad olunmuşdur. İşdə olan X6 surətindən görünür ki, Təqsirləndirilən şəxs1 və X11 07 oktyabr 2010cu il tarixdə nikah bağlamışlar. İşdə olan Şəxsiyyət Vəsiqələrinin və X2 surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 övladları X8 2007-ci X9 2008-ci və X10 2019-cu il tarixlərdə doğuylmuşlar. İşdə olan Gədəbəy RİHB-nın Şəhər İƏD üzrə Nümayəndəliyindən verilmiş Xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə mənfi xarakterizə edilir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu haqqında məlumat qeydə alınmamışdır. İşdə olan Goranboy RİHB-nın Əmiraslanlı Kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş Xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin qərarı və axtarışda olan şəxsin tutulması haqqında Protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və o, 15 noyabr 2021-ci il tarixdə saxlanılaraq, istintaq təcridxanasına yerləşdirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə tədqiq olunmuş sübutları qiymətləndirərək təqsirləndirilən şəxsin zərər çəkmiş şəxs X12 vurmaması və ona xəsarət yetirməməsi, əslində onun döyülüb xəsarət alması barədə ifadəsini əsaslandırılmayan və məhkəmə iclasında tədqiq olunmuş təkzibolunmaz sübutlarla təsdiq olunmayan şəxsi mülahizəsi hesab edərək özünü müdafiə cəhdi kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinə əsasən oğurluq-özgənin əmlakını gizli olaraq talamadır. Azərbaycan Respublikası CM-nin 177.2.1. və 177.2.3-cü maddələrinə əsasən eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə iclasında təqsirləndirlən şəxslərin, zərərçəkmişin nümayəndəsinin və şahidin ifadələri, istintaq hərəkətlərinin protokolları və ekspertiza rəyi ilə sübut edilmişdir ki, Təqsirləndirilən şəxs1 özgə əmlakını gizli yolla talamaq məqsədilə 2019-cu il ilin noyabr ayının əvvəllərində istintaqa dəqiq məlum olmayan tarixdə gecə saat 02 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, Gədəbəy rayonu, Düzyurd kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus evə, yəni, yaşayış sahəsinə qanunsuz daxil olaraq, Zərərçəkmiş şəxs mülkiyyətində olan 1 ədəd 700 manat dəyərində Samsung markalı 49K6550 modelli 0BL9DJ400248 serialı 49 düyümlü və 1 ədəd 160 manat dəyərində Samsung markalı 32 düyümlü LCD modelli televizorları,yəni, ümumilikdə, 860 manat dəyərində özgə əmlakını gizli yolla talamaqla oğurluq etmiş və bununla da görə Azərbaycan Respublikası CM-nin 177.2.1. və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 özgə əmlakını gizli yolla talamaq məqsədilə 2019-cu il ilin noyabr ayının əvvəllərində istintaqa dəqiq məlum olmayan tarixdə gecə saat 02 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, Gədəbəy rayonu, Düzyurd kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus evə, yəni, yaşayış sahəsinə qanunsuz daxil olaraq, Zərərçəkmiş şəxs mülkiyyətində olan 1 ədəd 700 manat dəyərində Samsung markalı 49K6550 modelli 0BL9DJ400248 serialı 49 düyümlü və 1 ədəd 160 manat dəyərində Samsung markalı 32 düyümlü LCD modelli televizorları,yəni, ümumilikdə, 860 manat dəyərində özgə əmlakını gizli yolla talamaqla oğurluq etmiş və bununla da Azərbaycan Respublikası CM-nin 177.2.1. və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxslər tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənlərin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilm əsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3. və 83.3.4-cü maddələrinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Məcəllənin 15.4 və 126.1-ci maddələrindən görünür ki, Təqsirləndirilən şəxs1 qəsdən ağır cinayət törətdiyinə görə məhkum edilmiş, 09 iyul 2015-ci il tarixdə Qaradağ Rayon Məhkəməsinin Qərarı ilə 06 ay 23 gün əvvəl cəzadan şərti olaraq azad edilmiş və hazırkı cinayəti törətdiyi vaxtda məhkumluğu ödənilməmişdir. Məcəllənin 18.1-ci maddəsinə əssən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Yəni, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivi yaranmış və bu Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdırıcı hal hesab edilməlidir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 65.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin məhkumluğu bu Məcəllənin Xüsusi hissəsinin maddəsində tövsifedici əlamət kimi göstərildikdə, habelə bu Məcəllənin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar olduqda, residivə, təhlükəli residivə və ya xüsusi təhlükəli residivə görə cəza, bu Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan təyin olunur. Məcəllənin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Məcəlləniin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4; 59.1.10; 59.12; 59.1.13 və 59.2-ci maddələrinə əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 himayəsində üç azyaşlı uşağın olmasını, onun cinayətin açılmasında fəal iştirak etməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, bu zərərin miqdarının böyük olmamasını, təqsirini etiraf etməsini, törətdiyi əməldən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası CM-nin 62-ci maddəsində nəzərdə tutulmuş və törədilmiş cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan və onun cəzasını yüngülləşdirən müstəsna hal kimi qiymətləndirir və belə nəticəyə gəlir ki, ona cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmamalıdır. Məhkəmə nəzərə alır ki, təqsirləndirlən şəxs X5 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.1; 59.12; 59.1.13 və 59.2-ci maddələrinə əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, təqsirini etiraf etməsini, törətdiyi əməldən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə işin faktiki hallarına və təqsirləndirilən şəxslərin cəzalarını yüngülləşdirən halları, o cümlədən, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən halların məcmusunu müstəsna hal kimi qiymətləndirərək, Azərbaycan Respublikası CMnin 41.2-ci maddəsinə əsasən, hesab edir ki, şəxsiyyətlərini səciyyələndirən hallar, eləcə də, təyin ediləcək cəzanın onların sonrakı həyat tərzinə, davranışlarına, başqalarına münasibətinə təsiri nəzərə alınmalı, təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində onlara azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək. Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməsini və onun dərhal məhkəmə iclas zalında həbsdən azad edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası CPM-nin 197.1-ci, 197.1.4-cü, 198.1-ci və 198.3-cü maddələrinə əsasən iş üzrə məhkəmə ekspertizasının dəyəri olan 50 manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınaraq, dövlət büdcəsinə keçirilməlidir. Hökmün icrası təqsirləndirlən şəxslərin yaşayış yerləri üzrə İcra və Probasiya Şöbələrinə həvalə edilməlidir. İş mülki iddia və maddi sübut yoxdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1. və 177.2.3.-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdulaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış və iş yerini saat 23:00-dan saat 06:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Gədəbəy və ünvan 3kir rayonlarının ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1. və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 15 noyabr 2021-ci il tarixdən etibarən, yəni, 01 (bir) ay 08 (səkkiz) gün həbsdə olması nəzərə alınmaqla üzərində qəti olaraq, 02 (iki) il 03 (üç) ay 14 (on dörd) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Gədəbəy rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin, qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək, dəyişdirilməsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. İş üzrə ekspertiza xərci olan 50 manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınaraq, dövlət büdcəsinə keçirilsin. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №1(042)-41/2021
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-41/2021
23.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver