Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 1(042)-41/2022 13.09.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X4 oğlunun katibliyi, dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gədəbəy rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxx 1980-ci ildə Gədəbəy rayonu, Poladlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olmamış, fərdi əməklə məşğul olan, Gədəbəy rayonu, Böyük Qaramurad kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 26 iyun 2022-ci il tarixdə saat 16:00 radələrində Gədəbəy rayonu, Poladlı kənd sakini Təqsirləndirilən şəxs yaşadığı Gədəbəy rayonu, Böyük Qaramurad kəndi ərazisində yerləşən çayxanada aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı həmkəndlisi Zərərçəkmiş şəxs kəllə ilə vuraraq sonuncuya burunun, sol və sağ gözaltı yumşaq toxumaların şişkinliyi, geniş ölçülü qançırları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs uzun müddətdir tanıyır. Onunla aralarında ədavət yoxdur. 26 iyun 2022-ci il tarixdə saat 16 radələrində evindən kənddəki məktəbin yanında olan çayxanaya gəlmişdir. O, çay içib duran zaman cibindən 5 manatlıq əskinası yerə düşmüşdür. Bu zaman Qabil həmin pulu götürüb vermək istəməmiş və mübahisə edərək onu çölə çıxarmışdır. O, pulu Qabildən almış və ona çıxıb getməsini bildirmişdir. Qabil ona əl atan zaman o sağ əli ilə Qabilin burun nahiyəsinə zərbə endirmişdir. Qabilin burnu qanamışdır. Həmin vaxt ətrafa kənar şəxslər yığışmamış və mübahisə 1-2 dəqiqə davam etmişdir. Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır, onunla arasında ədavət yoxdur. 26 iyun 2022-ci il tarixdə saat 16 radələrində Gədəbəy şəhərindən həmkəndlisi Şahid1 maşını ilə yaşadığı kəndə getmişdir. O, Nizami ilə kəndin mərkəzindəki kiçik çayxanaya dönmüş, içəri girib oturmuş və çay sifariş vermişlər. O, cibindən çıxardığı beş manatı tapması ilə bağlı zarafat etmiş, bu vaxt Vasif onun əlindən pulu çəkib almışdır. O Vasifə pulun özünə aid olduğunu, pulu tapmasını zarafatla dediyini bildirmiş, Vasiflə arasında mübahisə yaranmışdır. O, Vasiflə çölə çıxmış, çöldə olan zaman qəflətən Vasif onun burun nahiyəsinə vuraraq xəsarət yetirmişdir. Hadisə zamanı ətrafa kənar şəxslər toplaşmamış və mübahisə 2-3 dəqiqə çəkmişdir. Şahid1 məhkəmə iclasında ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun həmkəndliləridir. 26 iyun 2022-ci il tarixdə saat 16 radələrində o maşını ilə Gədəbəy şəhərindən yaşadığı kəndə gedərkən təsadüfən Qabillə rastlaşmış və onlar birlikdə kəndə getmişlər. O, Gədəbəy rayonu, Böyük Qaramurad kəndində Turalın çayxanasının yanında maşını saxlamış və içəri girib Turala çay sifariş vermişlər. Onlar çayxanaya gələrkən Vasif içəridə olmuşdur. Sonra Vasif durub getmək istəmiş, Qabil Vasifin yerində oturmuş, yerdən 5 manat pul tapdığını demişdir. Vasif həmin pulun onun olduğunu demiş, aralarında mübahisə olmuş, sonra o maşınına minərək getmişdir. Vasifin Qalibi vurmasını görməmişdir. Şahid2 məhkəmə iclasında ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun həmkəndliləridir. Dolanışığını təmin etmək üçün kəndin girişində kiçik çayxana işlədir. 26 iyun 2022-ci il tarixdə saat 16 radələrində Vasif onun işlətdiyi çayxanada çay içən zaman Nizami və Qabil içəri girmişlər. Qabil Vasifin oturduğu yerdən 5 manat pul tapdığını demiş, Vasif həmin pulun ona aid olduğunu dedikdə onlar arasında mübahisə yaranmışdır. Onlar mübahisə edərək çölə çıxmışlar. O çölə çıxdıqda Qabilin burnunun qanadığını görmüşdür. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəyini və işdə olan aşağıdakı digər yazılı sənədləri tədqiq edib sübut kimi qəbul edir. Materialda olan və məhkəmə iclasında tədqiq edilmiş; -məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 295 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər- burunun, sol və sağ gözaltı yumşaq toxumaların şişkinliyi, geniş ölçülü qançırları küt əşyaların təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 26 iyun 2022-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Qeyd olunan xəsarətlərin özü-özünə yetirilməsi inandırıcı olmamaqla öz boyu səviyyəsindən yıxılmaya xarakterik deyil. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. - Gədəbəy rayon X3 X5 Şöbəsi tərəfindən verilmiş 06 iyul 2022-ci il tarixli, 383 və 384 say arayışlardan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs narkoloji xəstə kimi qeydiyyatda durmurlar. - Gədəbəy rayon X3 X5 Şöbəsi tərəfindən verilmiş 05 iyul 2022-ci il tarixli 419 və 420 saylı arayışlardan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs ruhi-əsəb xəstəsi kimi qeydiyyatda durmurlar. - Gədəbəy RHİB Poladlı və Böyük Qaramurad kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunurlar. Məhkəmə araşdırılan sübutları hərtərəfli təhlil edib, qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi onun öz etirafı ilə yanaşı, zərər çəkmiş şəxsin, şahidlərin ifadəsi, eləcə də həmin ifadələri tamamlayan ekspert rəyi ilə tam sübuta yetir. Məhkəmə onun törətdiyi əməlin Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilməsi ilə razılaşır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ondan şikayət və tələbinin olmadığını bildirərək işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-nin 73-cü maddəsinin tələbinə görə, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.2 və 40.2.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-nin 72, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda, o cümlədən zərər çəkmiş şəxslə barışdıqda cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 43.3-cü maddəsinin tələbinə görə, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxslərə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 40.2.2-ci maddəsində nəzərdə tutulmuş hallarda işə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun hadisələrin təsadüfi axarı zəminində böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərər çəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının CM-in 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Material üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 40, 43 və 321.2.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə zərər çəkmiş şəxslə barışdığına, vurulmuş zərəri aradan qaldırdıqlarına görə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №1(042)-41/2022
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №1(042)-41/2022
13.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver