Məhkəmə qərarları › İş №1(042)-41/2023

Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-41/2023

05.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-41/2023 05.10.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon(Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxx 1991-ci il tаriхdя Şəmkir rayonu, Kür qəsəbəsində doğulmuş, Аzərbаycаn Rеspublikаsının vətəndаşı, evli, himayəsində bir övladı olan, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Gədəbəy rayonu, Qoşabulaq kəndində qеydiyyаtdа оlmаqlа yаşаyаn, bаrəsində 01 iyun 2023-cü il tаriхdən bаşqа yеrə gеtməmək hаqqındа iltizаm qətimkаn tədbiri sеçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3. və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 05 oktyabr 2023-cü il tarixdə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 21 noyabr 2022-ci il tarixdə saat 12 radələrində özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə Gədəbəy rayonu, Samanlıq kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin qapısının açıq olmasından istifadə edib içəri qanunsuz daxil olaraq, oradan Zərərçəkmiş şəxs mülkiyyətində olan 635 manat pul, 1 ədəd 2100 manat dəyərində 583 əyarlı 30 qram çəkisi olan yolka tipli qızıl boyunbağı, 1 ədəd 840 manat dəyərində 583 əyarlı 12 qram çəkisi olan yolka tipli qızıl qolbaq,1 ədəd 700 manat dəyərində 583 əyarlı 10 qram çəkisi olan brillyantqaşlı qızıl sırğa-üzük komplekti, 1 ədəd 350 manat dəyərində 583 əyarlı 5 qram çəkisi olan brillyantqaşlı qızıl üzüyü, 1 ədəd 360 manat dəyərində 750 əyarlı 4 qram çəkisi olan qızıl üzüyü və hər birinin çəkisi 2 qram, qiyməti 180 manat olmaqla 360 manat dəyərində 2 ədəd 750 əyarlı qızıl üzüyü, ümumilikdə, 5345 manat dəyərində özgənin əmlakını gizli yolla talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etdiyinə görə Azərbaycan Respublikası CMnin 177.2.3. və 177.2.4-cü maddələrilə ittiham edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ifadə verərək, göstərmişdir ki, Gədəbəy rayonu, Qoşabulaq kəndində qeydiyyat olmaqla yaşayır. Fərdi əməklə məşğul olur, kafel-metlax ustasıdır. Yay aylarında daha çox Qoşabulaq kəndində, qış aylarında isə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük massivi adlanan yerdə yaşayaraq, orada işləyir. Evlidir, bir oğlan övladı var. Zərərçəkmiş şəxs tanıyır, qohumudur. Əvvəllər aralarında düşmənçilik və ədavət olmamışdır. 2021-ci ilin noyabr ayının sonunda dəqiq tarixini xatırlamadığı gündə Bakı şəhərindən Gədəbəy rayonu, Qoşabulaq kəndinə gəlmişdir. Qoşabulağa gedən yol Samanlıq kəndindən keçdiyi üçün saat 12 radələrində yolüstü Zərərçəkmiş şəxs evinə getmişdir ki, onlarla görüşsün. Elçinin evi iki mərtəbəli olsa da, birinci mərtəbədə yaşayış yoxdur. Ona görə də pilləkənlərlə ikinci mərtəbəyə çıxmışdır. Evin qapıları açıq olmuşdur. Lakin evdə heç kim olmamışdır. Həmin vaxt maddi durumu pis olduğu üçün qərara almışdır ki, Elçinin evindən oğurluq etsin. Əvvəllər bir neçə dəfə Elçinin evində olmuşdur və ona görə də onun pulları saxladığı yeri bilmişdir. Ona görə də tez evə girişdən ikinci otağa daxil olub, orada olan şkafın içərisinə baxmışdır. Şkafın şüşəli hissəsində dəmir materialdan olan qabın içində sellofan torbada qızıl-zinət əşyalarının olduğunu görüb, onları götürərək dərhal evə girişdən sağda yerləşən otağın pəncərəsindən çölə çıxmışdır. Elçinin evindən çıxdıqdan sonra evin yaxınlığında yerləşən meşəyə gedib orada oğurladığı qızıllara baxıb görmüşdür ki, torbada iki ədəd qızıl üzük, bir cüt qızıl sırğa və bir ədəd qızıl boyunbağı vardır. Qərara almışdır ki, Bakı şəhərinə geri qayıtsın. Oradan piyada Şahzadə bulağı adlanan yerə gəlmiş, oradan tanımadığı şəxsin idarə etdiyi yol maşını ilə Gədəbəy rayonu, Slavyanka kəndinə, oradan Şəmkir rayonuna, oradan isə Bakı şəhərinə getmişdir. Qızılları Bakı şəhəri, Suraxanı rayonu, Atəşgah məbədinin yaxınlığında yerləşən həmin vaxt kirayə yaşadığı evə aparıb evin həyətində olan dəmir boruların içərisində gizlətmişdir ki, ailə üzvlərinin qızıllardan xəbəri olmasın. Qızılları satmaq üçün əvvəlcə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev metrostansiyası yaxınlığında yerləşən qızıl dükanına yaxınlaşıb qızıl satmaq istədiyini bildirmişdir. Həmin dükanda qızılları almaq üçün ondan şəxsiyyət vəsiqəsi tələb etmişlər. Tutulmamaq üçün şəxsiyyət vəsiqəsini orada təqdim etməmiş və qızılları sata bilməmişdir. Maraqlanıb öyrənmişdir ki, bütün qızıl dükanlarında qızıl alarkən bir qayda olaraq şəxsiyyət vəsiqəsi tələb olunur. Ona görə də tanışı Şahid2 xahiş etmişdir ki, həmin qızılları sonuncunun vasitəsi ilə satsınlar. Şahid2 bildirmişdir ki, qızıllar həyat yoldaşı X2 məxsusdur. Şahid2 xahiş etmişdir ki, qızılları sonuncunun şəxsiyyət vəsiqəsi ilə satsınlar. Şahid2 razılaşmış və onlar birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Fikrət Əmirov, 10 ünvanında yerləşən zərgər sexinə gedib iki ədəd qızıl üzük, bir cüt qızıl sırğa və bir ədəd qızıl boyunbağını, ümumilikdə, 2381 manata satmışlar. Qızılları Şahid2 özününkü olaraq zərgərə təqdim etmiş və həmin şəxs Arzunun şəxsiyyət vəsiqəsinin nömrəsini sənədə yazıb qeyd etmişdir. Oradan çıxdıqdan sonra Arzu pulu ona vermişdir. O, həmin pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Şahid2 həmin əşyaların oğurluq olmasından xəbəri olmamışdır. Törətdiyi əməldən peşmandır. Zərərçəkmişə vurduğu ziyanın bir hissəsini, yəni, cəmi, 4950 manat ödəmişdir. Ona görə də ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək, bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Samanlıq kəndində yaşayır. Yaşadığı ev iki mərtəbəli olmaqla birinci mərtəbə yardımçı otaqlardan ibarətdir, ikinci mərtəbədə yaşayırlar. X5 Bakı şəhərində oxuduğu üçün həyat yoldaşı Şahid1 14 noyabr 2021-ci il tarixdə Bakı şəhərinə oğlunun yanına getmişdir. Ona görə də həmin vaxtdan hadisə baş verən vaxta qədər Gədəbəy rayonu Samanlıq kəndindəki evində tək qalmışdır. Qızıl-zinət əşyalarını və pulu isə sonuncu dəfə həyat yoldaşı Şahid1 14 noyabr 2021-ci il tarixdə Bakı şəhərinə getməmişdən qabaq evin girişindən ikinci otağında şkafa qoymuşdur. Həmin müddətdə pulun və qızılın yerini dəyişdirməmişdir. 20 noyabr 2021-ci il tarixdə bütün günü evdə olmuş, təsərrüfatla məşğul olmuş, evin qapıları açıq olmuşdur. 21 noyabr 2021-ci il tarixdə təxminən saat 01:40-da yuxudan oyanıb evin qapısını bağlamadan tövləyə gedib heyvanlarına yem, ot verib altını təmizləmişdir. Sonra isə evin qapısını kilidləyib həmkəndlisi Laçın Zaman oğlunun idarə etdiyi QAZ 53 markalı yük avtomobili ilə 6 baş iribuynuzlu heyvanını Gədəbəy rayon heyvan bazarına satmağa aparmışdır. Heyvanları satıb saat 11 radələrində evinə qayıtmışdır. Təxminən 1 saatdan artıq müddətdə tövlədə, həyət bacada olub heyvanlarının altını təmizləmiş, yem vermişdir. Daha sonra evin qapısını kilidləyib Tovuz rayonunda yerləşən “Dastan” şadlıq evinə gedib orada keçirilən kiçik toy məclisində iştirak edib saat 19 radələrində evinə geri qayıtmışdır. Toydan qayıtdıqdan sonra yorğun olduğuna və toyda spirtli içki qəbul etdiyinə görə evə gələn kimi heç bir iş görmədən otağına daxil olub yatmışdır. 22 noyabr 2021-ci il tarixdə saat 07 radələrində yuxudan oyandıb evin giriş hissəsindən sağda yerləşən otağa daxil olan zaman həmin otağın pəncərəsinin açıq olduğunu görüb kiminsə evə oğurluğa girməsindən şübhələnmişdir. Digər otağa yəni, evə girişdən ikinci otağa keçib orada olan şkafda arvadının qızıllarını saxladığı dəmir materialdan olan qaba baxıb, qızıl-zinət əşyalarının yerində olmadığını görmüşdür. Bundan başqa şkafda dəftərin arasında olan 635 manat nağd pulun da yerində olmadığını görmüşdür. Həyat yoldaşı Şahid1 ilə telefon əlaqəsi saxlayıb evin hər yerini axtarmışdır. Lakin qızıl-zinyət əşyalarının və 635 manat nağd pulun yerində olmadığını görüb başa düşmüşdür ki, evindən oğurluq olub. Buna görə də DİN-in 102 xidmətinə zəng edib evindən oğurluq olması barədə məlumat vermişdir. Zənn edir ki, oğurluq hadisəsi ya 21 noyabr 2021-ci il il tarixdə, ya da 22 noyabr 2021-ci il tarixdə baş vermişdir. Çünki həmin tarixlərdə gecə saatlarında Gədəbəy rayonu heyvan bazarına, sonra isə Tovuz rayonuna toy məclisinə getmişdir. Həmin vaxt evdə heç kim olmadığına görə evin giriş qapısını kilidləyib getmişdir. Qalan vaxtlarda isə yəni, tövlədə mal-heyvana baxanda, məhlədə işləyəndə, yaxud evinin yaxınlığında yerləşən qaynanası Minayə Məmmədovanın evinə gedəndə evin qapısını kilidləməmişdir. Çünki kənd yeri olduğu üçün kiminsə onun evinə oğurluğa girəcəyini düşünməmişdir. Evdən 3200 manat dəyərində 2003-cü ildə alınmış qadın üçün 1 ədəd Rusiya istehsalı 583 əyarlı 30 qramlıq yolkatipli boyunbağı, 1000 manat dəyərində 2003-cü ildə alınmış qadın üçün 1 ədəd Rusiya istehsalı 583 əyarlı 12 qramlıq yolka tipli qolbaq, 1000 manat dəyərində 2003-cü ildə alınmış 10 qram çəkisi olan qadın üçün Rusiya istehsalı 583 əyarlı brillant qaşlı sırğa üzük komplekti, 700 manat dəyərində 2003-cü ildə alınmış bir ədəd qadın üçün Rusiya istehsalı 583 əyarlı 5 qram çəkisi olan brilliant qaşlı nişan üzüyü, 300 manat dəyərində 2003-cü ildə alınmış qadın üçün 750 əyarlı 4 qram çəkisi olan İtaliya istehsalı üzük, cəmi 400 manat dəyərində 2003-cü ildə alınmış qadın üçün 750 əyarlı İtaliya istehsalı 2 qram çəkisi olan 2 ədəd üzük və 635 manat pul oğurlanmışdır. Bundan başqa, oğurluqla əlaqədar dəfələrlə Gədəbəy rayon mərkəzinə polis şöbəsinə gəlmiş və nəticədə ona maddi zərər dəymişdir. Təqsirləndirlən şəxs oğurladığı əmlakın dəyərini və ona vurduğu ziyanın əvəzini tam ödəməlidir. Əks təqdirdə ona qanunda nəzərdə tutulmuş cəzanın verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək, bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Samanlıq kəndində yaşayır. Yaşadıqları evin birinci mərtəbəsini yardımçı otaqlar kimi istifadə edib, ikinci mərtəbədə yaşayırlar. Zərərçəkmiş Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. 14 noyabr 2021-ci il tarixdə Bakı şəhərində olan X5nin yanına getmişdir.Getməmişdən qabaq qızıl-zinət əşyalarını və lobya satmaqla əldə etdiyi 635 manat nağd pulu evin girişindən ikinci otaqda olan şkafa qoymuşdur. Qızıl-zinət əşyaları dəmir materialdan olan qabda, pul isə dəftərin arasında olmuşdur. 22 noyabr 2021-ci il tarixdə səhər satlarında həyat yoldaşı Zərərçəkmiş şəxs ona zəng edib evdən oğurluq olmasını, qızıl-zinət əşyalarının və 635 manat nağd pulun oğurlanmasını bildirmişdir. Evdən 3200 manat dəyərində 2003-cü ildə alınmış qadın üçün 1 ədəd Rusiya istehsalı 583 əyarlı 30 qramlıq yolka tipli boyunbağı, 1000 manat dəyərində 2003-cü ildə alınmış qadın üçün 1 ədəd Rusiya istehsalı 583 əyarlı 12 qramlıq yolka tipli qolbaq, 1000 manat dəyərində 2003-cü ildə alınmış 10 qram çəkisi olan qadın üçün Rusiya istehsalı 583 əyarlı brillyantqaşlı sırğa üzük komplekti, 700 manat dəyərində 2003cü ildə alınmış bir ədəd qadın üçün Rusiya istehsalı 583 əyarlı 5 qram çəkisi olan brillyiantqaşlı nişan üzüyü, 300 manat dəyərində 2003-cü ildə alınmış qadın üçün 750 əyarlı 4 qram çəkisi olan İtaliya istehsalı üzük, cəmi 400 manat dəyərində 2003-cü ildə alınmış qadın üçün 750 əyarlı İtaliya istehsalı 2 qram çəkisi olan 2 ədəd üzük oğurlanmışdır. Məhkəmə iclasında elan edilmiş Şahid2 ifadəsindən görünür ki, Sabirabad rayonu, Nizami kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Səbail rayonu, 20-ci sahədə müvəqqəti yaşayır və yaşadığı evin yaxınlığında yerləşən kafedə ofisiant işləyir. Təqsirləndirilən şəxs təxminən 3 ildir ki, tanıyır, aralarında düşmənçilik və ədavət olmamışdır. 2021-ci ilin noyabr ayının sonunda dəqiq tarixini xatırlamadığı gündə Təqsirləndirilən şəxs ona zəng edib görüşmək istədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxsla razılaşıb yaşadığı evin yaxınlığında görüşmüşdür. Təqsirləndirilən şəxs ona bildirmişdirdi ki, həyat yoldaşı xəstədir və həyat yoldaşına məxsus qızıl-zinyət əşyalarını satmalıdır, lakin şəxsiyyət vəsiqəsi yoxdur. Ona görə də Təqsirləndirilən şəxs ondan xahiş etmişdir ki, həmin qızılzinyət əşyalarını onun vəsiqəsi ilə öz adından satıb pulu ona versin. Aralarında olan dostluq münasibətinin xətrinə Səbri Məhəmmovla razılaşıb birlikdə Bakı şəhəri, Nəsimi rayonu, 28 May metrostansiyası yaxınlığında yerləşən zərgərlik dükanına getmişdir. Orada qızılları zərgərə təqdim etmiş və zərgər qızıl-zinət əşyalarını, yəni Səbrinin gətirdiyi 1 ədəd qızıl boyunbağı, iki ədəd qızıl üzük və bir ədəd qızıl sırğanı tərəzidə çəkib, ümumilikdə, 2381 manat qiymət müəyyən edərək almışdır. Səbrinin vəsiqəsi olmadığı üçün o, öz vəsiqəsini zərgərə təqdim edib, qızıl-zinət əşyalarının özününkü olduğunu və satmaq istədiyini bildirmişdir. Həmin zərgər qızılların alışı ilə bağlı sənəd yazmış, sənədə onun şəxsiyyət vəsiqəsinin nömrəsini qeyd etmiş, və o, həmin sənədə imza etmişdir. Pulların hamısını Səbri götürüb ona öz minnətdarlığını bildirib ondan ayrılıb getmişdir. Təqsirləndirilən şəxs həmin qızıl-zinət əşyalarının həyat yoldaşına məxsus olduğunu ona bildirmişdir. Təqsirləndirilən şəxs həyat yoldaşının xəstə olduğunu, pula çox ehtiyacı olduğu üçün qızılları satdığını ona bildirmiş və vəsiqəsinin olmadığını deyib onun vəsiqəsi ilə qızılları satmağı xahiş etmişdir. Həmin qızıl-zinət əşyalarının oğurluq olması barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında elan edilmiş Şahid3 оğlunun ifadəsindən görünür ki, ünvan 2 ünvanında yaşayır. ünvan 3ktdə zərgərlik fəaliyyəti ilə məşğul olur, qızıl-zinət əşyalarının alışı və təmiri ilə məşğul olur. Vətəndaşlardan aldıqları qızıl-zinət əşyalarını həmin şəxslərin şəxsiyyət vəsiqəsinə baxaraq müvafiq aktla sənədləşdirib götürür. Şahid2 əvvəllər tanımamış və həmin şəxslə heç bir əlaqəsi olmamışdır. 24 noyabr 2021-ci il tarixdə işlədiyi zərgərlik emalatxanasına sonradan adının Şahid2 olduğunu bildiyi şəxs gələrək ümumi çəkisi 40 qram olan 583 əyarlı qızıl-zinət əşyaları təqdim edib, həmin qızılzinət əşyalarını satmaq istədiyi bildirmişdir. Həmin qızıl-zinət əşyalarına baxıb ümumilikdə, 2381 manata almağa razılaşaraq, qeyd olunan məbləğdə nəğd pulu Şahid2 verib qızılları sonuncudan götürmüşdür. Şahid2 götürdüyü qızıl-zinət əşyalarını müvafiq qaydada sənədləşdirmiş və sonuncu aktı imzalamışdır. Qəbul etdiyi qızıl-zinət əşyalarını ya digər müştəriyə satır, ya da əridib yeni qızıl-zinət əşyası hazırlayır. Həmin hadisədən xeyli müddət keçdiyi üçün Şahid2 qəbul etdiyi qızıl-zinət əşyalarını nə etdiyimi dəqiq xatırlamır. Təqsirləndirilən şəxs tanımır və onunla heç bir əlaqəsi olmamışdır. Şahid2 həmin qızılzinət əşyalarının özünə məxsus olduğunu bildirmişdir. Həmin qızıl zinət əşyalarının oğurluq olması barədə heç bir məlumatı olmamışdır. İşdə olan Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 04 aprel 2023-cü il tarixli 9/1652 saylı Rəyindən görünür ki, 2021-ci ilin noyabr ayına 1 ədəd 1 ədəd Rusiya istehsalı 583 əyarlı 30 qramlıq yolka tipli qızıl boyunbağının orta bazar qiyməti təxminən 2100 manat, 1 ədəd Rusiya istehsalı 583 əyarlı 12 qramlıq yolka tipli boyunbağının orta bazar qiyməti təxminən 840 manat, 1 ədəd Rusiya istehsalı 583 əyarlı 10 qramlıq brillant qaşlı sırğa üzük komplektinin orta bazar qiyməti təxminən 700 manat, 1 ədəd Rusiya istehsalı 583 əyarlı 5 qramlıq brillant qaşlı nişan üzüyünün orta bazar qiyməti təxminən 350 manat, 1 ədəd İtaliya istehsalı 750 əyarlı 4 qramlıq üzüyün orta bazar qiyməti təxminən 360 manat, 1 ədəd İtaliya istehsalı 750 əyarlı 2 qramlıq üzüyün orta bazar qiyməti təxminən 180 manat müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs övladı X3 24 sentyabr 2011-cü il tarixdə doğulmuşdur. İşdə olan Gədəbəy RİHB-nın Qoşabulaq Kənd İƏD üzrə Nümayəndəsi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilirlər. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını və ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 177.2.3. və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni, özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla xeyli miqdarda ziyan vurmaqla törədildikdə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin maddənin Qeyd hissəsinə əsasən Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Beləliklə, məhkəmə iclasında təqsirləndirlən şəxsin, zərərçəkmişin, şahidlərin ifadələri və istintaq hərəkətlərinin protokolları və ekspertiza rəyi ilə sübut edilmişdir ki, Təqsirləndirilən şəxs 21 noyabr 2022-ci il tarixdə saat 12 radələrində özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə Gədəbəy rayonu, Samanlıq kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin qapısının açıq olmasından istifadə edib içəri qanunsuz daxil olaraq, oradan Zərərçəkmiş şəxs mülkiyyətində olan 635 manat pul, 1 ədəd 2100 manat dəyərində 583 əyarlı 30 qram çəkisi olan yolka tipli qızıl boyunbağı, 1 ədəd 840 manat dəyərində 583 əyarlı 12 qram çəkisi olan yolka tipli qızıl qolbaq,1 ədəd 700 manat dəyərində 583 əyarlı 10 qram çəkisi olan brillyantqaşlı qızıl sırğa-üzük komplekti, 1 ədəd 350 manat dəyərində 583 əyarlı 5 qram çəkisi olan brillyantqaşlı qızıl üzüyü, 1 ədəd 360 manat dəyərində 750 əyarlı 4 qram çəkisi olan qızıl üzüyü və hər birinin çəkisi 2 qram, qiyməti 180 manat olmaqla 360 manat dəyərində 2 ədəd 750 əyarlı qızıl üzüyü, ümumilikdə, 5345 manat dəyərində özgənin əmlakını gizli yolla talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmiş və bununla da Azərbaycan Respublikası CM-nin 177.2.3. və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailələsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4; 59.1.13. və 59.2-ci maddələrinə əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağın olmasını, onun zərərçəkmişə vurduğu zərərin bir hissəsini aradan qaldırmasını, təqsirini etiraf etməsini, törətdiyi əməldən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini ona təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə işin faktiki hallarına və təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallara qiymət verərək, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, hesab edir ki, şəxsiyyətini səciyyələndirən halları, eləcə də, təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsiri nəzərə alınmalı, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək. Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələblərini nəzərə alıb, iş üzrə maddi sübutlar məsələsini həll edərək belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış alış aktının cinayət işinə əlavə edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 197.1-ci, 197.1.4-cü, 198.1-ci və 198.3-cü maddələrinə əsasən iş üzrə məhkəmə ekspertizasının dəyəri olan 50 manat məhkəmə xərci təqsirləndirilən şəxsdən dövlət büdcəsinin xeyrinə tutulmalıdır. İş üzrə mülki iddia yохdur. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3. və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 24:00-dan saat 06:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Gədəbəy rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd alış aktının cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə 50 manat məhkəmə xərci Təqsirləndirilən şəxs alınaraq, dövlət büdcəsinə köçürülsün. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar