Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-42/2020 17.09.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroruDövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxx 1966-cı ildə Gədəbəy rayonu, Spasovka (hazırkı Pirbulaq) kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olmayan, Gədəbəy rayonu, Pirbulaq kəndində qeydiyyatda olmaqla yaşayan, barəsindəbaşqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxxx 2013-cü il tarixdə anadan olmuş Zəhranın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxxx 2017-ci ildən etibarən hər ay 120 manat məbləğində aliment pulun Zərərçəkmiş şəxs ödənilməsinə dair Gədəbəy rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(042)-505/2017 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə həmin rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 20 gün müddətə həbs edilməsinə və ona icra sənədindəki tələbi icra etməsi üçün yeni müddət təyin olunmasına, həmçinin məsuliyyəti barədə xx xxxxxx 2019-cu il,xx xxxxxx 2019-cu il, xx xxxxxx 2020-ci il və xx xxxxxx 2020-ci il tarixlərində rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış, cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni xx xxxxxx 2020ci il tarixədək yaranmış cəmi 2690 manat məbləğində aliment borcunu tələbkara ödəməməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməyərək ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxsona Azərbaycan Respublikası CM-nin 306.1-cı maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki,Zərərçəkmiş şəxs ilə 2012-ci ildə evlənmişlər, lakin nikahlarını rəsmiləşdirməmişlər. Birgə yaşadıqları dövrdə xx xxxxxxx 2013-cü il tarixdə onların Zəhra adlı övladları anadan olmuşdur. Bir müddət mehriban yaşamışlar. Sonra münasibətləri pozulmuş və xasiyyətləri uyğun gəlməmişdir. Bu səbəbdən 2014-cü ildən ayrılmışlar. Gədəbəy rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(042)-505/2017 saylı qətnaməsi ilə xx xxxxxxx 2013-cü il tarixdə anadan olmuş Zəhranın yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan xx xxxxx 2017-ci ildən etibarən hər ay 120 manat məbləğində aliment alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir.Qətnamə qüvvəyə mindikdən sonra Gədəbəy rayon İcra və Probasiya şöbəsindən qeyd edilən alimentin tələbkara ödənilməsi üçün ona rəsmi qaydada bildirişlər və xəbərdarlıqlar göndərilmiş, lakin o, qətnaməni icra edə bilməmişdir. Məhkəmənin qətnaməsi tərəfindən icra olunmadığı üçün icra məmuru onun inzibati məsuliyyətə cəlb olunması haqqında məhkəməyə müraciət etmişdir. Gədəbəy rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsi ilə təqsirli bilinərək 20 gün müddətə inzibati qaydada həbs edilmişdir. Bundan sonra da ona yeni müddət verilsə də, xəbərdarlıqlar göndərilsə də aliment pulunu tam ödəyə bilməmiş, buna görə də xx xxxxxx 2020-cu il tarixədək tələbkar Zərərçəkmiş şəxs 2690 manat məbləğində aliment borcu yaranmışdır. İmkanı olmadığından indiyədək həmin məbləğdən tələbkara heç bir ödəniş edə bilməmişdir. Təqsirləndirilən şəxs cinayət əməli ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Belə ki, zərər çəkmiş şəxsZərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2012-ci ildə ailə qurmuş, lakin nikahlarını rəsmiləşdirməmişlər. Birgə yaşadıqları dövrdə xx xxxxxxx 2013-cü il tarixdə Zəhra adlı övladları anadan olmuşdur. Münasibətləri pisləşdiyindən 2014-ci il tarixdən ayrılmışlar. Uşağı təkbaşına saxlaya bilmədiyindən 2017ci ildə Gədəbəy rayon Məhkəməsinə aliment tələbi ilə müraciət etmiş, məhkəmənin xx xxx 2017-ci il tarixli, 2(042)-505/2017 saylı qətnaməsi ilə xx xxxxxxx 2013-cü il tarixdə anadan olmuş Zəhranın yetkinlik yaşma çatanadək saxlanılması üçün borclu Təqsirləndirilən şəxs xx xxxxx 2017-ci ildən etibarən hər ay 120 manat aliment alınaraq ona ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış, lakin hazırkı vaxtadək Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini icra etməmişdir. Gədəbəy rayon İcra və Probasiya şöbəsindən qeyd edilən alimentin ona ödənilməsi üçün borcluya rəsmi qaydada bildirişlər və xəbərdarlıqlar göndərilmiş, Gədəbəy Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 20 gün müddətə həbs edilmişdir. Buna baxmayaraq borclu yenə də ödəniş etməmişdir. Borclu Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixədək ona 2690 manat məbləğində aliment borcu yaranmışdır. Təqsirləndirilən şəxs qərəzli şəkildə ona aliment pulunu ödəmir və bunu aşkar şəkildə bildirir. Odur ki, qanuni və ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. ŞahidGədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərdi ki, Gədəbəy rayon İcra və Probasiya şöbəsində icra məmuru vəzifəsində çalışır. Təqsirləndirilən şəxs icraatında olan icra işi ilə bağlı borclu şəxs kimi tanımışdır. Gədəbəy rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(042)-505/2017 saylı qətnaməsi ilə xx xxxxxxx 2013-cü il tarixdə anadan olmuş Zəhranın yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu Təqsirləndirilən şəxs xx xxxxx 2017-ci ildən etibarən hər ay 120 manat məbləğində aliment alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir.İcra sənədi icraatına daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icra olunmasına dair bildiriş borcluya göndərilmişdir. Borcluya məhkəmə qərarını icra etməsi üçün dəfələrlə şifahi və rəsmi xəbərdarlıqlar olunmasına baxmayaraq onun tərəfindən məhkəmə qərarı icra olunmamışdır. Qətnamə borclu tərəfindən icra olunmadığından onun inzibati məsuliyyətə cəlb olunması üçün Gədəbəy rayon Məhkəməsinə inzibati protokol verilmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 20 gün müddətinə həbs edilmişdir.“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin tələblərinə əsasən ona icra üçün yeni müddət təyin edilmiş, habelə həmin müddət keçdikdən sonra borclu olduğu alimentin ödənilməsi tərəfindən təmin edilməsə barəsində qanunvericiliyə müvafiq qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq orqana təqdimat veriləcəyinə dair xəbərdarlıqlar olunmuş, lakin borclu yenə də, öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Belə ki, borclu indiyədək tələbkara aliment pulunu tam ödəməmişdir.Borclu Təqsirləndirilən şəxs təqdimat verilənədək, yəni xx xxxxxx 2020-ci il tarixədək tələbkar Zərərçəkmiş şəxs qızma 2690 manat məbləğində aliment borcu yaranmışdır. Borclu indiyədək həmin məbləğdən tələbkara heç bir ödəniş etməmişdir. Bununla da, borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarını icraya yönəldiyi vaxtdan bu günədək qərəzli olaraq icra etməmişdir. ŞahidGədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid2 icra məmuru Şahid1 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işi materiallarında olan aşağıda qeyd edilən sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: -Gədəbəy rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(042)505 saylı qətnaməsindən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı aliment miqdarının artırılması tələbinə dair iddiasına baxılmış, iddia tələbi qismən təmin edilmiş, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(041)304/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş, xx xxxxxxx 2013-cü il doğum tarixli Zəhranın yetkinlik yaşına çatanadək saxlanılıb tərbiyə edilməsi üçün Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xeyrinə tutulan 90 manat alimentin miqdarının artırılması və xx xxxxx 2017-ci il tarixdən başlayaraq hər ay sabit pul məbləğində 120 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. - Gədəbəy rayon İcra şöbəsinin böyük icra məmuru işləmiş Arif Zeynalovun xx.xx.2015-ci il tarixli qərarından və bildirişdən görünür ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(042)505/2017 saylı icra sənədi üzrə icraata başlanılmış, ona icra sənədinin könüllü icrası üçün müddət verilmişdir. -Gədəbəy rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadından görünür ki, Gədəbəy rayon İcra şöbəsinin icra məmuru Şahid2 borclu Təqsirləndirilən şəxsməcburi gətirilməsi barədə təqdimatı təmin edilmişdir. -Gədəbəy rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli inzibati xəta haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 20 gün müddətə inzibati qaydada həbs edilmişdir. -Gədəbəy rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadından görünür ki, Gədəbəy rayon İcra şöbəsinin icra məmuru Şahid2 borclu Təqsirləndirilən şəxsməcburi gətirilməsi barədə təqdimatı təmin edilmişdir. -“xxxxxxxxxxxx” ASC-nin xx xxxx 2019-cu il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına hal-hazırda “xxxxxxxxxxxx” ASC-də mülk, əmanət, hesab, əldə olunan gəlirlərin mənbəyi barədə və təqaüd, müavinət alıb-almaması və işləyib işləməməsi barədə məlumatlar yoxdur. -Gədəbəy rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktublarından və əlavə edilmiş xəbərnamələrdən görünür ki, Təqsirləndirilən şəxs Gədəbəy rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(042)505/2017 saylı icra sənədi üzrə alimentin və yığılmış borcun ödənilməsi, əks halda cinayət məsuliyyəti nəzərdə tutulması barədə xəbərdarlıqlar edilmişdir. -Gədəbəy Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 3(042)-116/2019 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs məcburi qaydada məhkəməyə gətirilməsi qərara alınmışdır. -Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin yanında Dövlət Məşğulluq Xidmətinin xx xxxxxxxx 2019-cu il tarixli 373 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gədəbəy rayon Məşğulluq mərkəzinə müraciət etməmiş, işsiz kimi qeydiyyata alınmamış və işsizlikdən siğorta ödənişi almamışdır. -Gədəbəy Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 3(042)-116/2019 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və ona 20 gün müddətə inzibati qaydada həbs cəzası verilmişdir. -Gədəbəy Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(042)-8/2020 nömrəli qərardadından görünür ki, Gədəbəy rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Şahid1 təqdimatı əsasında borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhkəmə qərarı icra olunanadək məhdudlaşdırılmışdır. -Azərbaycan Respublikası DİN-nin xx xxx 2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olmamışdır. Məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutlara ayrı ayrılıqda və bir biri ilə müqayisəli təhlil edib qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsiniqərəzli olaraq icra etməmişdir. Odur ki, onun əməli Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə tövsif olunmalı, o həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən aşagıdakıların qeyd edilməsini zəruri sayır. Belə ki, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən, habelə Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar yoxdur və məhkəmə cəza təyin edərkən bunu nəzərə alır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibətgöstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Qutsardi İtaliyaya qarşı işində (92-ci bənd) qeyd etmişdir ki, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndində «azadlıq hüququ» bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur; məhkəmənin məqsədi heç kəsin qanunsuz olaraq «azadlıqdan məhrum» edilməməsini təmin etməkdir. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin «azadlıqdan məhrum» edilibedilməmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn sözügedən tədbirin növünə, müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Məhkəmə Təqsirləndirilən şəxs barəsində məhz hansı növ cəza təyini məsələsini müzakirə edərkən qeyd etməyi zəruri hesab edir ki, onun təqsirləndiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına alternativ cərmə, ictimai işlər, islah işləri və azadlığın məhdudlaşdırılması cəzaları nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxsə cərimə cəzasının təyin edilib-edilməməsi məsələsini müzakirə edərkən məhkəmə qeyd edir ki, uşaqların saxlanması üçün təyin edilmiş alimenti ödəməyən vəziyyətdə bir daha maddi ödəniş öhdəliyinin şəxsin üzərinə hökmlə qoyulması ədalətli və işin halına uyğun görünmür. İctimai işlər, islah işləri və azadlığın məhdudlaşdırılması cəzalarından hər hansı birinin təyin edilməsi məsələsini nəzərdən keçirərkən məhkəmə qeyd edir ki, daha səmimiyyət göstərib ibtidai istintaq və məhkəmə mərhələsində ödəniş edən, cəzasını yüngülləşdirən halları olan təqsirləndirilən şəxslərlə ödəniş etməyib belə yüksək aliment borcu yığılan şəxs arasında fərqlilik baxımından hazırki halda təqsirləndirilən şəxsə ictimai işlər, islah işləri və ya azadlığın məhdudlaşdırılması cəzalarından birinin təyin edilməsi cəzanın məqsədinə xidmət etməyəcəkdir. Eləcə də, təqsirləndirilən şəxs aliment ödəməli olduğunu bildiyi ilk vaxtda, sonradan icra məmurları icra sənədini məcburi icraya yönəldərkən, ibtidai istintaq dövründə və məhkəmə baxışının ilkin mərhələlərində, yəni azadlıq hüququ məhdudlaşdırılmamış olanda belə valideynlik öhdəliyinin onun üzərinə qoyduğu məsuliyyəti dərk etməyib, qərəzli şəkildə öz üzərinə yüksək məbləğdə aliment borcu yığmışdırsa, hazırda ona ictimai işlər, islah işləri və azadlığın məhdudlaşdırılması cəzası təyin ediləcəyi təqdirdə aliment borcunu ödəməsi, ondan sonra davamlı olaraq alimenti vaxtlı-vaxtında verəcəyi və bununla da cəzanın məqsədinə nail olunacağı inandırıcı görünmür. Odur ki, məhkəmə qeyd olunanları, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halın olmadığını nəzərə alaraq belə hesab edir ki, ona təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası cəzanın məqsədini təmin edəcəkdir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən az ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkir. Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətdiyindən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində olan qətimkan tədbirinin növünün dəyişdirilib-dəyişdirilməməsi məsələsini müzakirə edərək hesab edir ki, hökmün icrasını təmin etmək məqsədilə onun barəsində ibtidai istintaq dövründə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli, o məhkəmə zalından həbsə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. İşüzrəmaddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxsAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinibona 07 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və o məhkəmə zalından həbsə alınsın. Cəza çəkmə müddətinin əvvəli 17 sentyabr .2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasına həvalə edilsin. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Marif Kazımov
Məhkəmə qərarları › İş №1(042)-42/2020
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-42/2020
17.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver