Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-42/2021 04.11.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon(Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və onların müdafiəçisi Müdafiəçi iştirakları ilə, 12 iyun 1996-cı ildə Gədəbəy rayonu, Moruxlu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndаşı, subay, оrtа təhsilli, Gədəbəy-Şəmkir rayonları ərazisində çoban işləyən, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə məhkum edilmiş, Gədəbəy rayonu, Moruxlu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində 10 dekabr 2020-ci il tarixdən başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 oğlunun; xx xxxxx 1970-ci il tarixdə Goranboy rayonu, Qarasuçu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Gədəbəy-Göranboy rayonları ərazisndə çoban işləyən, məhkumluğu olmayan, Goranboy rayonu, Qarasuçu kəndində yaşayan, barəsində 10 mart 2021-ci il tarixdən başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3; xx xxxxxx 1982-ci il tarixdə Şəmkir rayonu, Şiştəpə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, Gədəbəy-Şəmkir ərazilərində çoban işləyən, məhkumluğu olmayan, Şəmkir rayonu, Şiştəpə kəndində yaşayan, barəsində 05 mart 2021-ci il tarixdən başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1. və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə 04 noyabr 2021-ci il tarixdə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1. və 177.2.3-cü maddələri ilə ittiham edilmişdir ona görə ki, 04 dekabr 2020-ci il tаriхdə sааt 04 radələrində özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, Zərərçəkmiş şəxs Polad oğluna məxsus Gədəbəy rayonu, Moruxlu kəndində yerləşən evinin həyətindəki saxlanc yeri hesab olunan tövləyə giriş qapısını açma yolu ilə qanunsuz daxil olaraq, oradan Zərərçəkmiş şəxs mülkiyyətində olan hər bir başının qiyməti 228 manat təşkil edən 456 manat dəyərində 2 baş yerli dişi cinsli, bir yaşlı, təmiz ət çıxarı 19 kq olan quzunu və hər bir başının qiyməti 252 manat təşkil edən 504 manat dəyərində 2 baş, yerli erkək cinsli, bir yaşlı, təmiz ət çıxarı 21 kq olan quzunu, ümumilikdə 960 manat dəyərində özgə əmlakını gizli yolla talamaqla oğurlamışdır. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1. və 177.2.3-cü maddələri ilə ittiham edilmişdir, ona görə ki, 04 dekabr 2020-ci il tаriхdə sааt 04 radələrində özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək Zərərçəkmiş şəxs Polad oğluna məxsus Gədəbəy rayonu, Moruxlu kəndində yerləşən evinin həyətindəki saxlanc yeri hesab olunan tövləyə giriş qapısını açma yolu ilə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs mülkiyyətində olan hər bir başının qiyməti 228 manat təşkil edən 456 manat dəyərində 2 baş yerli dişi cinsli, bir yaşlı, təmiz ət çıxarı 19 kq olan quzunu və hər bir başının qiyməti 252 manat təşkil edən 504 manat dəyərində 2 baş, yerli erkək cinsli, bir yaşlı, təmiz ət çıxarı 21 kq olan quzunu, ümumilikdə 960 manat dəyərində özgə əmlakını gizli yolla talamaqla oğurlamışdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1. və 177.2.3-cü maddələri ilə ittiham edilmişdir ona görə ki, 04 dekabr 2020-ci il tаriхdə sааt 04 radələrində özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Ələddən oğlu ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək Zərərçəkmiş şəxs Polad oğluna məxsus Gədəbəy rayonu, Moruxlu kəndində yerləşən evinin həyətindəki saxlanc yeri hesab olunan tövləyə giriş qapısını açma yolu ilə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs mülkiyyətində olan hər bir başının qiyməti 228 manat təşkil edən 456 manat dəyərində 2 baş yerli dişi cinsli, bir yaşlı, təmiz ət çıxarı 19 kq olan quzunu və hər bir başının qiyməti 252 manat təşkil edən 504 manat dəyərində 2 baş, yerli erkək cinsli, bir yaşlı, təmiz ət çıxarı 21 kq olan quzunu, ümumilikdə 960 manat dəyərində özgə əmlakını gizli yolla talamaqla oğurlamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ifadə verərək göstərmişdir ki, Gədəbəy rayonunun Moruxlu kəndində yaşayır. Zərərçəkmiş Zərərçəkmiş şəxs Polad oğlunu tanıyır, onunla araların da heç bir düşmənçilik və ədavətləri olmamışdır. 03 dekabr 2020-ci il tarixdə tanışları Şəmkir rayonu, Şiştəpə kənd sakini Naim və Goranboy rayonu, Qarasuçu kənd sakini Vahid ilə birlikdə Naimə məxsus VAZ-2106 markalı **-CH-*** nömrəli boz rəngli maşınla Bakı şəhərindən Gədəbəy rayonuna gəlmişlər. Rayona çatdıqdan sonra, təxminən saat 20 radələrində onlar yolda mağazadan kolbasa, çörək və araq alıb Moruxlu kəndinə gedən yolun kənarında maşını saxlayıb yeyib-içmişlər. Onların pulu qurtardığına görə Vahid kənddən quzu oğurlayıb satmağı və yolpulu etməyi təklif etmişdir. Onlar Vahidin təklifini qəbul etmişlər. O, həmkəndlisi Fərhadın heyvanları olduğunu bilidi. 03 dekabr saat 23 radələrində Naimə məxsus avtomobili yaşadığı Moruqlu kəndinə Fərhadın evinə tərəf sürmüş, Fərhadın evinə çatmamış çayın kənarında maşını saxlamışlar. Hər üçü maşından düşüb Fərhadın evinə tərəf gəlmişlər. Fərhadın evinin əkin sahəsinə daxil olub oradan tövləyə tərəf getmişlər. Tövlənin qapısında qıfıl olmamışdır. Naim tövlənin qarşısında gözləmiş, o, Vahidlə tövləyə daxil olmuşdur. Tövlədə iribuynuzlu mal-qara, qapıdan daxil olduqda sol tərəfdə isə dörd baş toğlu olmuşdur. Vahidlə həmin heyvanları çölə çıxarmış, maşının yanına kimi heyvanları aparmışdır. Həmin dörd baş quzunun iksini maşının yük hissəsinə, iksini isə maşının arxa oturacağına mindirmişlər. Daha sonra maşına minib Şəmkir-Gədəbəy yolu ilə hərəkət edib Yasamal aşırımlarında yerləşən Qafar Bulağının yanında maşını saxlayıb yatmışlar. Saat 06 radələrində oyanıb yollarına davam etmişlər və birbaşa Yevlax rayonuna getmişlər. Həmin oğurladıqları heyvanları Vahid əlillər binası adlanan yerdə maşından düşürüb həyətə salmışdır. Sonra birlikdə həmin heyvanları Yevlax rayonunda tanımadıqları qəssaba satmışlar. Vahid həmin puldan ona 100 manat vermiş, Naimə nə qədər pul verdiyindən isə xəbəri olmamışdır. Daha sonra o, Bakı şəhərinə, Naim isə Şəmkir rayonuna qayıtmışdır. Törətdiyi əməldən peşmandır. Zərərçəkmişdən üzür istəmişdir. Ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş, ifadə verərək göstərmişdir ki, Goranboy rayonunun, Qarasuçu kəndində yaşayır. Təqsirləndirilən şəxs2 2019-cu ilin yaz aylarında onun yaşadığı kənddə çobanlıq edərkən tanımışdır. Həmin vaxt Naim də heyvan saxlamışdır. Çoban işlədiyi yataq sahibi öz heyvanlarını satdığı üçün işsiz qalmış, bu səbəbdən də Naim onu yanına çoban kimi götürmüşdür. 03 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2la birlikdə Bakı şəhərində olarkən tanışı Təqsirləndirilən şəxs1 da Naimlə tanış etmişdir. Təqsirləndirilən şəxs1 ilə 2020-ci ilin yay aylarında Tovuz rayonu Əyyublu kəndində fəhləlik etdiyi zaman tanış olmuşdur. Həmin gün Bakı şəhərindən Təqsirləndirilən şəxs2 məxsus VAZ-2106 markalı **-CH-*** nömrəli avtomaşınla Gədəbəy rayonuna gələn zaman yolda mağazadan araq və kolbasa almışlar. Gədəbəy rayonuna çatdıqda saat təxminən 20 radələri olmuşdur. Azadın yaşadığı Gədəbəy rayon Moruxlu kəndinin yaxınlığında oturub kolbasa ilə araq içmişlər. Naim sərxoş olduğuna və yolu tanımadığına görə maşını Azad idarə etmişdir. Həmin vaxt o, pullarının qurtardığını və buna görə bir şey oğurlayıb satıb yolpulu etməklərini onlara demişdir. Bu zaman Azad ona həmkəndlisi Fərhadın həyətində quzu saxladığını bildirmiş və oğurlamağı təklif etmişdir. Azad maşını Fərhadın evinin yaxınlığına sürüb orada saxlamışdır. 03 dekabr 2020-ci il tarixdə saat təxminən 23 radələrində Azadla maşından düşüb heyvanları götürməyə getmişdir. Heyvanları çıxarmaq üçün Azad tövləyə daxil olmuş, o, isə tövlənin qabağında dayanıb Azadı gözləmişdir. Azad heyvanları tövlədən çıxarmış, həmin vaxt Azada kömək edərək hayvanları qarşılarında maşının yanına gətirmişlər. Həmin vaxt Naim onları maşının yanında gözləmişdir. Naim onlara kömək etmiş və heyvanları maşına yığmışlar. Onlar dörd baş oğurladıqları quzuların iki başını maşının yük yerinə, iki başını isə maşının arxa oturacağına yerləşdirmişlər. Bundan sonra Azad maşını idarə etmiş, Naim arxa oturacaqda ,o, isə qabaq oturacaqda əyləşmişdir. Bundan sonra onlar maşınla həmin heyvanları onun təklifi ilə Yevlax rayonuna aparmışlar. Gecə Yevlax rayonuna gedərkən Şəmkir rayonunda olan hərbi vəziyyət postunda onları saxlamamaları üçün Şəmkir rayonunun Yasamal aşırımlarında yerləşən “Qafar bulağının” yanında maşını saxlayıb səhərin açılmasını gözləmişlər. Bundan sonra Yevlax rayonuna, onun ikinci arvadının evinə getmişlər. Oturub çay içərkən telefonla yaxınlıqda yaşayan adını bilmədiyi bir qadınla qurbanlıq heyvan alması üçün onunla danışmışdır. Bundan sonra həmin qadın gəlib heyvanlara baxmış, lakin heyvanları nisyə istədiyinə görə onunla razılaşmamışdır. Bundan sonra Naimin maşını ilə heyvanları Yevlax rayonunda yerləşən heyvan bazarına satmaq üçün aparmışlar. Bazarda da heyvanları sata bilməmişlər. Bundan sonra Azad tanımadığı bir qəssabla heyvanların hər birini 155 manat pula razılaşıb ona satmışdır. Həmin qəssabı qaynı Ruslan tanımışdır. Qəssab heyvanlar üçün onlara verməli olduğu pulun 100 manatını Azada vermiş, Azad da 100 manat pulu götürüb Bakı şəhərinə getmişdir. Naim isə Şəmkir rayonunda işi olduğunu demiş, o, arvadı Saradan 20 manat borc pul alıb, maşına benzin töküb yaşadığı Şəmkir rayonuna getmişdir. Qalan 520 manat pulu da 3 gün sonra qaynı Ruslan həmin qəssabdan alıb ona gətirib vermişdir. Arvadı Sara və qaynı Ruslan həmin heyvanların oğurluq olmasını bilməmişlər. Naim onların evlərində olarkən heyvanların ona məxsus olmasını demişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmişdən üzür istəmişdir. Ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ifadə verərək göstərmişdir ki, Şəmkir rayonunun, Şiştəpə kəndində yaşayır. Təqsirləndirilən şəxs3 2019-cu ilin yaz aylarında yaşadığı kənddə çobanlıq edərkən tanımışdır. Həmin vaxt o, da heyvan saxlamışdır. Vahidin çoban işlədiyi yataq sahibi öz heyvanlarını satdığı üçün Vahid işsiz qalmışdır. Bu səbəbdən Vahidi yanına çoban kimi götürmüşdür. 03 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs3lə birlikdə Bakı şəhərində olarkən Təqsirləndirilən şəxs1 da onun vasitəsi ilə tanımışdır. Bundan sonra Bakı şəhərində özünə məxsus olan VAZ-2106 markalı **-CH-*** nömrəli avtomaşınla Gədəbəy rayonuna gələn zaman, yolda mağazadan araq və kolbasa almışlar. Gədəbəy rayonuna çatdıqda saat təxminən 20 radələri olmuşdur. Azadın yaşadığı Gədəbəy rayonu, Moruxlu kəndinin yaxınlığında oturub kolbasa ilə araq içmişlər. Sərxoş olduğuna görə maşını Azad idarə etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs3 pullarının qurtardığını buna görə bir şey oğurlayıb satıb yol pulu etmək istədiyini demişdir. Bu zaman Azad ona həmkəndlisi Fərhadın həyətində quzu saxladığını bildirmiş və onları oğurlamağı təklif etmişdir. Azad maşını Fərhadın evinin yaxınlığına sürüb orada saxlamışdır. 03 dekabr 2020-ci il tarixdə saat təxminən 23 radələrində Vahidlə Azad maşından düşüb heyvanları götürməyə getmişlər. Aradan təxminən 10 dəqiqə keçdikdən sonra onların heyvanları qarşılarında gətirdiklərini görmüşdür. Maşından düşüb onlara kömək etmiş və heyvanları maşının yanına gətirib maşına yığmışlar. Onlar dörd baş oğurladıqları quzuların iki başını maşının yük yerinə, iki başını isə maşının arxa oturacağına yerləşdirmişlər. Bundan sonra Azad maşını idarə etmiş və həmin heyvanları Vahidin təklifi ilə Yevlax rayonuna aparmışlar. Gecə Yevlax rayonuna gedərkən Şəmkir rayonunda olan hərbi vəziyyət postunda onları saxlamamaları üçün Şəmkir rayonunun Yasamal aşırımlarında yerləşən “Qafar bulağının” yanında maşını saxlayıb səhərin açılmasını gözləmişlər. Bundan sonra Yevlax rayonuna, Vahidin ikinci arvadının evinə getmişlər. Onlar orada oturub çay içərkən Vahid telefonla kimləsə danışmış, sonra tanımadığı bir nəfər şəxs gələrək heyvanlara baxmış, lakin həmin şəxslə razılaşmamışlar. Onun Şəmkir rayonunda təcili işi olması səbəbindən heyvanları orada Vahidin evinin yaxınlığında düşürüb Vahidin arvadı Saradan 20 manat borc pul alıb maşınına benzin töküb Şəmkir rayonuna qayıtmışdır. Şəmkir rayonuna qayıtdıqdan iki gün sonra Vahidin istifadəsində olan hazırda xatırlamadığı mobil nömrəsinə zəng vurub ondan qoyunları neynədiklərini soruşmuşdur. Vahid də qoyunları satdığını lakin, pullarını almadığnı demişdir. Azad isə 150 manat pul götürüb Bakı şəhərinə getmişdir. Bundan sonra onların heç biri ilə telefon əlaqəsi olmamışdır. Hadisədən iki-üç ay sonra onu polis əməkdaşlarının axtardığını bilib, könüllü olaraq Gədəbəy Rayon Polis X2 gəlmişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş və onunla barışıq əldə etmişdir. Öna görə də ona yüngül cəza verilməsini xahiş edir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş zərərçəkmiş X5 ifadə verərək, bildirmişdir ki, Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi, GAZ yataqxanası otaq 508 ünvanında qeydiyyatda olsa da uzun müddətdir ki, Gədəbəy rayonu, Moruxlu kəndində ailə üzvləri ilə yaşayır. Şəxsi təsərüfatında iri və xırdabuynuzlu heyvanlar saxlayır. Onun həyətyanı sahəsində iki ədəd bitişik tövləsi vardır. Həmin tövlənin böyük olanında 7 baş iri buynuzlu mal-qara və 4 baş ətlik üçün quzu, digər tövlədə isə 8 baş qoyun və onların 6 baş balaca quzularını saxlayır. 03 dekabr 2020-ci il tarixdə həmişəki qaydada saat 12 radələrində tövləyə gedib heyvanların yemlərinə nəzarət edib, qapısını çəkib örtmüş və çöldən bağlamışdır. Qapıları bağlayarkən qıfıl vurmamışdır. Sabahı gün saat 05 radələrində bazara öz maşını ilə başqa kənddən olan şəxslərin heyvanlarını aparmaq üçün yuxudan durmuş və həmin vaxt tövəlnin rəzəsinin açıq olduğunu görüb, axşam açıq qoyduğunu fikirləşmişdir. Ona görə də təkrar bağlayıb bazara getmişdir. 04 dekabr saat 13 radələrində o, bazardan qayıdıb heyvanları sulamaq üçün həyətə buraxmışdır. Həmin vaxt görmüşdür ki, ətlik üçün saxladığı dörd baş quzu yoxdur. O, tez həyətyanı sahəyə baxmış, lakin, heyvanları tapa bilməmişdir. Heyvanları axtarakən tövlənin arxa tərəfində yerləşən dəmir tordan olan qapımın açıq olduğunu görmüşdür. O, əvvəlcə fikirləşmişdir ki, yəqin, səhər saatlarında heyvanları yoldaşı yemləyərkən qapıları açıq qoyub həmin heyvanlar qapıdan çıxıb getmişlər. O, bir qədər heyvanları axtardıqdan sonra arvadı Rəna Məhəmmədova soruşmuşdur ki, toğlular haradadır. O da bildirmişdir ki, səhər heyvanları yemləyəndə heyvanlar tövlədə olmamış və o, düçünmüşdür ki, heyvanları satmağa aparmışdır. Ona görə də ona heç nə deməmişdir. Bundan sonra heyvanların oğurlandığını başa düşmüş və DİN-nin 102 xidmətinə məlumat vermişdir. O, həmin dörd quzunu ətlik üçün hər birini 150 manat pula almış və üç ay onlara yem verib böyütmüşdür. Hazırda onların hər birinin qiyməti 180 manatdır. Ona cəmi, 720 manat maddi ziyan dəymişdir. Təqsirləndirlən şəxslərdən Naim Məmmədov ona dəymiş ziyanı ödəmişdir. Ona görə də təqsirləndirlən şəxslərdən şikayəti yoxdur və onları bağışlayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək, bildirmişdir ki, Gədəbəy rayonu, Moruxlu kəndində ailə üzvləri ilə yaşayır. Şəxsi təsərrüfatlarında iri və xırdabuynuzlu heyvanlar saxlayırlar. 03 dekabr 2020-ci il tarixdə məlum olmuşdur ki, ətlik üçün saxladıqları dörd baş quzu yoxdur. Heyvanları axtarakən tövlənin arxa tərəfində yerləşən dəmir tordan olan qapının açıq olduğunu görmüşlər və məlum olmuşdur ki, heyvanları oğurlayıblar. Bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişlər. Məhkəmə iclasında elan edilmiş Şahid2 şahid qismində dindirilmə protokolundan görünür ki, Yevlax şəhərində yaşayır. Təqsirləndirilən şəxs3 tanıyır, belə ki, 2012-ci il tarixdə ailə həyatı qurmuşlar, birgə nikahlarından bir qız övladları olmuşdur. Vahidin dostu Təqsirləndirilən şəxs2 da təxminən bir ildən artıqdır ki, tanımışdır. 2020-ci ilin yay aylarında Vahid Naimə məxsus fermada çobanlıq edərkən Vahidin yanına gedəndə görüb onu tanımışdır. Təqsirləndirilən şəxs1 isə əvvəllər tanımasa da 05.12.2020-ci il tarixdə yaşadığı evə Vahidlə birlikdə heyvan gətirdikdə tanımışdır. Vahid, Naim və Azad 05.12.2020-ci il tarixdə yaşadığı evə gələrək satmaq üçün Naimə məxsus fermadan 4 baş heyvan gətirmişlər. Bundan sonra Vahid qardaşı Ruslana zəng edib Naimə məxsus heyvanları satmaq istədiyini demişdir. Bu zaman Vahid ondan heyvanları maşından düşürməyə bir yer tapmasını xahiş etmişdir. Vahidə evlərinin yaxınlığında yerləşən köhnə istifadə edilməyən dövlət binasının həyətinə salmağını demişdir. Bundan sonra qardaşı Ruslan da oraya gəlmiş və onlar birlikdə getmişlər. Aradan bir iki saat keçdikdən sonra Vahidgil bir qəssabla gəlib heyvanları aparmışdır. Həmin gün Naim ondan 20 manat borc pul alıb Şəmkir rayonuna getmək istədiyini demişdir. Bundan başqa Naim Vahidə onun 20 manat pulunu və əvvəldən ona olan borcunu heyvanların pulunu aldıqdan sonra verməsini demişdir. Bundan iki üç gün sonra Vahid gətirib Naimin ona olan 170 manat borcunu qaytarmışdır. Hadisədən təxminən 10-15 gün sonra bilmişdir ki, Vahid, Naim və Azad həmin heyvanları oğurlayıb satmışlar. Heyvanı gətirdikləri zaman heyvanların oğurluq olmasından xəbəri olmamışdır. Təqsirləndirilən şəxs2 ona 170 manat pul borcu olmuşdur. Vahid də yalnız həmin pulu vermişdir. Məhkəmə iclasında elan edilmiş Şahid3 şahid qismində dindirilmə protokolundan görünür ki, Yevlax şəhərində yaşayır, Təqsirləndirilən şəxs3 tanıyır. Bacısı Sara ilə 2012-ci il tarixdə ailə həyatı qurmuşdur. Onların birgə nikahlarıdan bir qız övladları olmuşdur. Vahidin dostu Təqsirləndirilən şəxs2 da təxminən bir ildir ki, tanımışdır. 2020-ci ilin payız aylarında X16 rayonunda tanış olmuşlar. Naimi fermer kimi tanımışdır. Təqsirləndirilən şəxs1 isə əvvəllər tanımasa da 05.12.2020-ci il tarixdə Vahidi evə çağırarkən görüb tanımışdır. 05.12.2020-ci il tarixdə Vahid zəng edərək Naimə məxsus fermadan 4 baş heyvan gətirdiyini və onu tanış qəssaba satmaq istədiyini demişdir. Bu səbəbdən bacısı Saranın evinə gəlmişdir. Ora gəldikdə Vahid, Naim və Azadın orada olduqlarını görmüşdür. Onlarla oturub çay içdikdən sonra Naimə məxsus VAZ-2106 markalı maşınla Yevlax bazarına getmişlər. Bazara gedərkən hayvanları aparmamışlar, heyvanları evin yaxınlığında olan istifadəsiz tikilinin həyətində saxlamışlar. Yevlax bazarında olarkən Azadın tapdığı qəssabla razılaşıb heyvanları ümumilikdə 500 manata satmışlar. Əvvəlki qəssablarla Naim ucuz istədiklərinə görə verməmişdir. Həmin qəssabla onların aralarında 200 manat pul qalmışdır. Vahid xahiş etmişdir ki, Ruslan onun qaynıdır. Pulu iki üç gün müddətində Rusalna verməsini demişdir. Bundan sonra onlar birlikdə heyvanların yanına gəlmişlər. Orada dörd baş heyvan görmüşlər. Həmin heyvanların ikisi erkək, ikisi isə dişi olmuşdur. Qəssab özünə məxsus olan “Muravey” motosikli ilə heyvanları aparmışdır. Bundan bir neçə gün sonra isə qəssabın onlara qalmış olan 200 manat borcunu gətirib Vahidə vermişdir. Bundan təxminən bir qədər sonra Vahidi polis axtaran zaman heyvanları onların oğurladıqlarını bilmişlər. Həmin heyvanları gətirib satılan zaman oğurluq olmasını bilməmişdir. Yalnız Vahidi polis əməkdaşları axtaran zaman heyvanları onların oğuruq yolu ilə əldə etdiklərini bilmişdir. Heyvanları satan zaman onlar həmin heyvanları Naimin fermasından gətirdiklərini bildirmişlər. İşdə olan Hadisə yerinə baxış keçirilməsi haqqında 04 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Gədəbəy rayonu, Moruxlu kəndində yaşayan Zərərçəkmiş şəxs həmin kənddə yaşadığı evin həyətyanı sahəsində yerləşən evin tövləsidir.Tövlə evin həyətinə daxil olduqda həyətin sonunda sol tərəfdə yerləşir. Tövlənin sağ tərəfində ev sol tərəfində isə əlavə olaraq kiçik tövlə yerləşir. Həmin tövlənin qarşısında talvar yerləşir.Talvarın altına iki hissədən giriş vardır. Girişin biri evin həyətinə digəri isə həyətyanı əkin sahəsinə açılır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, böyük tövlənin qapısını heç vaxt qıfılla bağlamamışdır. Həmin tövlədə iribuynuzlu mal-qara saxlamaqla yanaşı 4 baş xırda bynuzlu toğluları da ətlik üçün saxlamışdır. 04 dekabr 2020-ci il tarixdə saat 13 radələrində tövləyə daxil olarkən toğluların oğurlandığını aşkar etmişdir. Baxış zamanı tövlənin qapılarında və pəncərəsində hər hansı zorakılıq əlamətləri aşkar edilməmişdir. İşdə olan Məhkəmə əmtəəşünaslıq ekspertizasının 21.01.2021-ci il tarixli 9/6021 saylı ekspert Rəyindən görünür ki, ekspertiza təyini haqqında göstərilən xırdabuynuzlu heyvanların 2020-ci ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 960,00 manat müəyyən edilir. -2 baş yerli dişi cinsdən olan bir yaşlı, təmiz ət çıxarı 19 kq olan quzu – 456,00 (2x228) manat; -2 baş erkək cinsindən olan bir yaşlı, təmiz ət çıxarı 21 kq olan quzu – 504,00 (2x252) manat. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Gədəbəy rayon Məhkəməsinin 21.05.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 67.1-ci maddələri ilə təqsirli bilinib 01 il 07 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinmiş və ona qəti olaraq 01 il 07 ay müddətinə azadlığın məhdudlaşdırlıması cəzası təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Rusiya Federasiyası Novqorod Vilayətinin Çudovski Rayon Məhkəməsinin 24.03.2016-cı il tarixli hökmü ilə Rusiya Federasiyasının CM-nin 186-cı maddəsinin birinci hissəsi ilə 03 il 04 ay azadlığdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış Tələbnamədən görünür ki, Quliyev X4 Rayon Məhkəməsinin 27 iyul 2016-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib 02 il azadlığdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İşdə olan Ərizədən görünür ki, X3 04 dekabr 2020-ci il tarixdə ona məxsus 4 baş quzularının oğurlanması zamanı ona dəyən ziyanın 720 manatını Təqsirləndirilən şəxs2 Sadiq oğlunun yaxın qohumları tərəfindən ödənildiyini, ona görə də Təqsirləndirilən şəxs2 Sadiq oğlunun məsuliyyətə cəlb olunmasını istəmədiyini bildirmişdir. İşdə olan Şəxsiyyət Vəsiqəsinin sürətindən görünür ki, X6 övladı X11 06 mart 2013cü il tarixdə doğulmuşdur. İşdə olan Protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 08 mart-10 mart 2021-ci il tarixdlərdə Gədəbəy Rayon Piolis Şöbəsinin MSY-də saxlanılmışdır. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin qərarı və axtarışda olan şəxsin tutulması haqqında Protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiti ilə əvəz edilmiş və o, 18 avqust 2021-ci il tarixdə saxlanılaraq, istintaq təcridxanasına yerləşdirilmişdir. İşdə olan Gədəbəy RİHB-nın Moruxlu Kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş Xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə mənfi xarakterizə edilir. İşdə olan Goranboy RİHB-nın Hazırəhmədli Kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş Xasiyyətnamələrdən görünür ki, X7 yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İşdə olan Şəmkir RİHB-nın Şiştəpə Kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş Xasiyyətnamələrdən görünür ki, X12 yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə tədqiq olunmuş sübutları qiymətləndirərək təqsirləndirilən şəxsin zərər çəkmiş şəxs X8 vurmaması və ona xəsarət yetirməməsi, əslində onun döyülüb xəsarət alması barədə ifadəsini əsaslandırılmayan və məhkəmə iclasında tədqiq olunmuş təkzibolunmaz sübutlarla təsdiq olunmayan şəxsi mülahizəsi hesab edərək özünü müdafiə cəhdi kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinə əsasən oğurluq-özgənin əmlakını gizli olaraq talamadır. Azərbaycan Respublikası CM-nin 177.2.1. və 177.2.3-cü maddələrinə əsasən eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə iclasında təqsirləndirlən şəxslərin, zərərçəkmişin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və ekspertiza rəyləri ilə sübut edilmişdir ki, Təqsirləndirilən şəxs1 04 dekabr 2020-ci il tаriхdə sааt 04 radələrində özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, Zərərçəkmiş şəxs Polad oğluna məxsus Gədəbəy rayonu, Moruxlu kəndində yerləşən evinin həyətindəki saxlanc yeri hesab olunan tövləyə giriş qapısını açma yolu ilə qanunsuz daxil olaraq, oradan Zərərçəkmiş şəxs mülkiyyətində olan hər bir başının qiyməti 228 manat təşkil edən 456 manat dəyərində 2 baş yerli dişi cinsli, bir yaşlı, təmiz ət çıxarı 19 kq olan quzunu və hər bir başının qiyməti 252 manat təşkil edən 504 manat dəyərində 2 baş, yerli erkək cinsli, bir yaşlı, təmiz ət çıxarı 21 kq olan quzunu, ümumilikdə 960 manat dəyərində özgə əmlakını gizli yolla talamaqla oğurlamış və bununla da Azərbaycan Respublikası CM-nin 177.2.1. və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir; Təqsirləndirilən şəxs3 04 dekabr 2020-ci il tаriхdə sааt 04 radələrində özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək Zərərçəkmiş şəxs Polad oğluna məxsus Gədəbəy rayonu, Moruxlu kəndində yerləşən evinin həyətindəki saxlanc yeri hesab olunan tövləyə giriş qapısını açma yolu ilə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs mülkiyyətində olan hər bir başının qiyməti 228 manat təşkil edən 456 manat dəyərində 2 baş yerli dişi cinsli, bir yaşlı, təmiz ət çıxarı 19 kq olan quzunu və hər bir başının qiyməti 252 manat təşkil edən 504 manat dəyərində 2 baş, yerli erkək cinsli, bir yaşlı, təmiz ət çıxarı 21 kq olan quzunu, ümumilikdə 960 manat dəyərində özgə əmlakını gizli yolla talamaqla oğurlamış və bununla da Azərbaycan Respublikası CM-nin 177.2.1. və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir; Təqsirləndirilən şəxs2 04 dekabr 2020-ci il tаriхdə sааt 04 radələrində özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Ələddən oğlu ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək Zərərçəkmiş şəxs Polad oğluna məxsus Gədəbəy rayonu Moruxlu kəndində yerləşən evinin həyətindəki saxlanc yeri hesab olunan tövləyə giriş qapısını açma yolu ilə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs mülkiyyətində olan hər bir başının qiyməti 228 manat təşkil edən 456 manat dəyərində 2 baş yerli dişi cinsli, bir yaşlı, təmiz ət çıxarı 19 kq olan quzunu və hər bir başının qiyməti 252 manat təşkil edən 504 manat dəyərində 2 baş, yerli erkək cinsli, bir yaşlı, təmiz ət çıxarı 21 kq olan quzunu, ümumilikdə 960 manat dəyərində özgə əmlakını gizli yolla talamaqla oğurlamış və bununla da Azərbaycan Respublikası CM-nin 177.2.1. və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmiş; Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxslər tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənlərin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 18.1. və 18.4.4-cü maddələrinin tələblərini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əməlləri ilə cinayətlərin residivi yaranmamış və onların əməllərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı təqsirini etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, zərərçəkmişdən üzr istəməsini, zərərçəkmişin onu bağışlamasını ona təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı təqsirini etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, zərərçəkmişdən üzür istəməsini, zərərçəkmişin onu bağışlamasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini ona təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4.; 59.1.13. və 59.2-ci maddələrinə əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı övladının olmasını, məhkəmə istintaqı zamanı təqsirini etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, zərərçəkmişdən üzür istəməsini, zərərçəkmişə vurulmuş ziyanı ödəməsini, zərərçəkmişin onu bağışlamasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini ona təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə işin faktiki hallarına və təqsirləndirilən şəxslərin cəzalarını yüngülləşdirən hallara qiymət verərək, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, hesab edir ki, şəxsiyyətlərini səciyyələndirən halları, əvvəllər məhkumluqlarının olmaması, eləcə də, təyin ediləcək cəzanın onların sonrakı həyat tərzinə, davranışlarına, başqalarına münasibətinə təsiri nəzərə alınmalı, təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində onlara azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək. Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 197.1-ci, 197.1.4-cü, 198.1-ci və 198.3-cü maddələrinə əsasən iş üzrə məhkəmə ekspertizasının dəyəri olan 50 manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 alınaraq, dövlət büdcəsinə keçirilməlidir. Hökmün icrası təqsirləndirlən şəxslərin yaşayış yerləri üzrə İcra və Probasiya Şöbələrinə həvalə edilməlidir. İş mülki iddia və maddi sübut yoxdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1. və 177.2.3.-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdulaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Gədəbəy rayonlarının ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1. və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 08 mart 2021-ci il tarixdən 10 mart 2021-ci il tarixədək tutulması və 18 avqust 2021-ci il tarixdən həbsdə olması, yəni, cəmi, 02 (iki) ay 19 (on doqquz) gün tutulması və həbsdə olması nəzərə alınmaqla Təqsirləndirilən şəxs3 üzərinə qəti olaraq, 02 (iki) il 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Goranboy rayonlarının ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1. və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Gədəbəy-Şəmkir rayonlarının ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməsin. İş üzrə ekspertiza xərci olan 50 manat təqsirləndirilən şəxslərdən alınaraq, dövlət büdcəsinə keçirilsin. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsi, Göranboy Rayon İcra və Probasiya Şöbəsi və Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №1(042)-42/2021
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-42/2021
04.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver