Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 1(042)-42/2023 03.08.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X5 oğlunun katibliyi, dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs X2, onun qanuni nümayəndəsi X1, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gədəbəy rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxx 2003-cü ildə Gədəbəy rayonu, Sarıhəsənli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Gədəbəy rayonu, Sarıhəsənli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Gədəbəy rayonu Sarıhəsənli kəndinə gedən yolun kənarında qonşusu X2 şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı sifət nahiyəsinə sillə ilə qəsdən vuraraq sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sol göz altını və sol almacıq nahiyəsini əhatə edən dərialtı hematoma, geniş ölçülü qançır və ağlı qişaya massiv qansızma xəsarəti yetirməklə qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, X7 onun qonşusudur və aralarında düşmənçilik yoxdur. 28 iyun 2023-cü il tarixdə saat 14 radələrində iribuynuzlu heyvanlarını örüşə ötürüb geri qayıdırmış. Amil Dərvişov da heyvanlarını örüşə qoyub evlərinə qayıdarkən heç bir səbəb olmadan ona söyüş söymüşdür. O, sillə ilə Amilin sifətinin sol tərəfinə bir dəfə vurmuşdur. Həmçinin o, bildirdi ki, əməlindən səmimi peşmandır. Barışmışılar və icraata xitam verilməsini xahiş edir. Zərər çəkmiş şəxs X7 qanuni nümayəndəsi, atası X1 iştirakı ilə verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Amil oğlu onun qonşusudur və aralarında ədavət yoxdur. 28 iyun 2023-cü il tarixdə saat 14 radələrində inəklərini örüşə ötürüb geri qayıdırmış. Şəkərbəy kəndinə gedən yoldan Sarıhəsənli kəndinə gedən yolayrıcında Babək onu çağıraraq təhqiramiz ifadələr işlətmiş və gözləməsini demişdir. O həmin təhqiramiz sözləri Babəkin özünə demiş, bu vaxt Babək onun üstünə cumaraq sinəsindən əli ilə itələmiş,o setkaya söykənmiş, bir dəfə sol gözünün altına, bir dəfə sifətinin sol tərəfinə yumruqla vuraraq ona xəsarət yetirmişdir. Həmçinin bildirdi ki, onlar barışmışlar, Babəkdən şikayət və tələbi yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəyini və işdə olan aşağıdakı digər yazılı sənədləri tədqiq edib sübut kimi qəbul edir. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan və məhkəmə iclasında tədqiq edilmiş; -məhkəmə Tibbi Ekspertizasının xx.xx.2023-cü il tarixli 272 saylı rəyindən görünür ki, X4 bədən səthində aşkar edilmiş xəsarətlər- sol göz altını və sol almacıq nahiyəsini əhatə edən dərialtı hematoma, geniş ölçülü qançır və ağlı qişaya massiv qansızma küt əşyaların təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 28 iyun 2023-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. -hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Gədəbəy rayonu Sarıhəsənli kəndinə gedən yolun sol kənarıdır. Təqsirləndirilən şəxs mübahisə zamanı Amil Dərvişovu həmin yolun sol tərəfindəki dəmir torlara tərəf itələmiş və həmin yerdə şillə ilə onu qəsdən vuraraq xəsarət yetirmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. - Gədəbəy rayon X3 X6 Poliklinika Şöbəsi tərəfindən verilmiş 12 iyul 2023-cü il tarixli, 6-38/2-587/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs narkoloji və ruhiəsəb xəstəsi kimi qeydiyyatda durmur. - Gədəbəy rayon X3 X6 Poliklinika Şöbəsi tərəfindən verilmiş 17 iyul 2023-cü il tarixli, 6-38/2-600/2023 nömrəli məktubdan görünür ki, X7 narkoloji və ruhi-əsəb xəstəsi kimi qeydiyyatda durmur. - Gədəbəy RHİB Əmiraslanlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə tədqiq olunmuş hər bir sübutu ayrılıqda və bir biri ilə müqayisəli təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla tam təsdiq olunur. Odur ki, onun əməli CM-nin 128-ci maddəsi ilə tövsif edilməlidir. Zərər çəkmiş şəxs X7 məhkəməyə ərizə verərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ondan şikayət və tələbinin olmadığını bildirərək işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-nin 73-cü maddəsinin tələbinə görə, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.2 və 40.2.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-nin 72, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda, o cümlədən zərər çəkmiş şəxslə barışdıqda cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 43.3-cü maddəsinin tələbinə görə, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxslərə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 40.2.2-ci maddəsində nəzərdə tutulmuş hallarda işə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun hadisələrin təsadüfi axarı zəminində böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərər çəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının CM-in 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməli və o cinayət məsuliyyətindən azad olunmalıdır. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 40, 43 və 321.2.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə zərər çəkmiş şəxslə barışdığına, vurulmuş zərəri aradan qaldırdığına görə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №1(042)-42/2023
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №1(042)-42/2023
03.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver