Məhkəmə qərarları › İş №1(042)-42/2024

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №1(042)-42/2024

25.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 1(042)-42/2024 25.07.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X1 oğlunun katibliyi, dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gədəbəy rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxx 1979-cu ildə Gədəbəy rayonu, Xar-Xar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Gədəbəy rayonu, Xar-Xar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 14 iyun 2024-cü il tarixdə saat 22 radələrində Gədəbəy rayonu, Xar-Xar kəndi ərazisində yerləşən evinin mətbəxində aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs təpiklə vuraraq ona başın dərialtı hematomaları və qançırları, əli ilə vuraraq sağ gözaltının qançırı, boyunun, sağ qulaq seyvanının sıyrıqları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən onun sağlamlığına yüngül zərər vurmuşdur. Cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun arvadıdır. Son zəng günü yığıncaqda iştirak etmiş, orada spirtli içki qəbul etmiş, evə gəlmiş və evdə yatmışdır. Bir müddət sonra onu evdə arvadı və qızı oyatmış, arvadı ona xatırlamadığı bir söz demiş, bundan sonra aralarında narazılıq yaranmış və şəxsi münasibətlər zəminində Zərərçəkmiş şəxs bir dəfə təpik və bir dəfə də yumruq vurmuşdur. Həmçinin o, bildirdi ki, əvvəllər belə hal olmamış, hazırda arvadı ilə barışmış və bir yerdə yaşayır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, son zəng günü o və qızı qonşularında olan son zəng tədbirində iştirak etmiş və gecə saat 11 radələrində evə gəlmişdir. Evə gəldikdə əri Təqsirləndirilən şəxs evdə yatmasını görmüşdür. Bir müddət sonra ərinin yanında işlədiyi Nemət evlərinə gəlmiş və ərini işə aparmaq üçün çağırmışdır. O, Nemətə ərinin yatmasını, onu oyada bilməyəcəyini və ərini gəlib özü oyatmasını bildirmiş, bundan sonra Xalid oyanaraq “nə üçün elə deməsini” bildirərək onunla dalaşmışdır. Həmçinin bildirdi ki, ona bir dəfə təpik dəyməsini hiss etmişdir. Hazırda barışmışlar, Xaliddən şikayət və tələbi yoxdur. Şahid ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan olunmuş ifadəsində göstərmişdir ki, dolanışığını təmin etmək üçün fermer təsərrüfatı ilə məşğuldur. Gədəbəy rayon Xar-Xar kənd sakini Təqsirləndirilən şəxs Mətləb oğlu ilə yaxındır, onun yanında çoban işləyir. xx.xx.2024-cü il tarixdə son zəng günü olduğundan Xalid kəndə gedəcəyini demiş və getmişdir. Həmin gün telefonuna zəng çatmadığından o, saat 22 radələrində Xalidin evinə getmişdir. Xalidin həyat yoldaşı Aliyə Xalidin yatmasını, gəlib özünün oyatmağını bildirmişdir. O, mətbəxə keçərək Xalidi oyatmış və çölə çıxmışdır. O, darvazanın ağzına çatanda içəridən səs-küy gəldiyini eşitmiş və qayıdıb evə girmişdir. Evə girən zaman Xalidlə Aliyənin mətbəxdə divanın üstündə dalaşmasını görmüşdür. Xalid həmin vaxt Aliyəni vurmuş, o, da onları aralamışdır. Xalid həmin vaxt içkili halda olmuşdur. Onları araladıqdan sonra Xalidi özü ilə aparmış və sürünün yanına yaylağa getmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəyini və işdə olan aşağıdakı digər yazılı sənədləri tədqiq edib sübut kimi qəbul edir. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan və məhkəmə iclasında tədqiq edilmiş; - Məhkəmə tibbi ekspertizasının xx.xx.2024-ci il tarixli 241 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər-başın dərialtı hematomaları və qançırları, sağ gözaltının qançırı, boyunun, sağ qulaq seyvanının sıyrıqları küt əşyaların təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 14 iyun 2024cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Qeyd olunan xəsarətlərin özüözünə yetirilməsi inandırıcı olmamaqla öz boyu səviyyəsindən yıxılmaya xarakterik deyil. - xx.xx.2024-cü il tarixli, 3-13-74/2-11008/2024 N°-li əməliyyat tapşırığına cavabından görünür ki, 14 iyun 2024-cü il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs yaşadığı Gədəbəy rayonu, Xar-Xar kəndindəki evində aralarında yaranmış şəxsi münasibətlərin pozulması zəminində mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs qəsdən vuraraq sonuncuya xəsarət yetirmişdir. Onlar arasında olan mübahisə 2-3 dəqiqə davam etmiş, bu zaman mübahisə qısa müddətə evin içərisində baş verdiyindən ətrafa kənar şəxslər toplaşmamışdır. Hadisənin şahidi Şahid olmuşdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. - Gədəbəy rayon X2 Hüquqi Şəxs tərəfindən verilmiş 24 iyun 2024-ci il tarixli 18-1- 38/2-492/2024 nömrəli və 27 iyun 2024-ci il tarixli 18-1-38/2-504/2024 nömrəli məktublardan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs narkoloji və ruhi-əsəb xəstəsi kimi qeydiyyatda durmurlar. - Materiala əlavə edilmiş Gədəbəy RHİB Xar-Xar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs müsbət xarakterizə olunurlar. Məhkəmə tədqiq olunmuş hər bir sübutu ayrılıqda və bir biri ilə müqayisəli təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla tam təsdiq olunur. Odur ki, onun əməli CM-nin 128-ci maddəsi ilə tövsif edilməlidir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ondan şikayət və tələbinin olmadığını bildirərək işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-nin 73-cü maddəsinin tələbinə görə, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.2 və 40.2.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-nin 72, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda, o cümlədən zərər çəkmiş şəxslə barışdıqda cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 43.3-cü maddəsinin tələbinə görə, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxslərə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 40.2.2-ci maddəsində nəzərdə tutulmuş hallarda işə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun hadisələrin təsadüfi axarı zəminində böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərər çəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının CM-in 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməli və o cinayət məsuliyyətindən azad olunmalıdır. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 40, 43 və 321.2.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə zərər çəkmiş şəxslə barışdığına, vurulmuş zərəri aradan qaldırdığına görə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar