Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-43/2021 04.11.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon(Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxx 1983-cü il tarixdə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, barəsində 03 fevral 2021-ci il tarixdən həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1. və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 04 noyabr 2021-ci il tarixdə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 182.1. və 234.2-ci maddələri ilə ittiham edilmişdir ona görə ki, "xxxx" MMC-nin müqaviləsi əsasında AİMC(X3 Company)-də, yəni Gədəbəy rayonu Qızıl mədənində baş aşbaz işləyən Zərərçəkmiş şəxs1 ilə 19 yanvar 2021-ci il tarixdə Gədəbəy rayonu, Arıxdam kəndində kirayədə yaşadığı evdə iş yoldaşı olan Şahid2 arasında mübahisənin olması və həmin mübahisə zamanı Zərərçəkmiş şəxs1 sonuncunu söyüb təhqir etməsinə və Kamilin barəsində polisə məlumat verməsinə görə 21 yanvar 2021-ci il tarixdən 03 fevral 2021-ci il tarixdək olan müddət ərzində Zərərçəkmiş şəxs1 mütəmadi olaraq zənglər edib Şahid2 üzr istəməli olduğunu, üzr istəmədiyi təqdirdə onu barəsində işlədiyi şirkətə iş yoldaşı olan Şahid1 ilə aralarında qeyri-rəsmi intim münasibətlərində olması haqqında olan rüsvayedici məlumat verəib işdən çıxartdıracağı və güllələyib öldürəcəyi ilə hədələyərək ondan 2000 (iki min) manat pul tələb etmişdir. Bundan başqa o, 2020-ci ilin sentyabr-oktyabr aylarında istintaqa dəqiq tarixi məlum olmayan vaxtda Gədəbəy rayonu, Başkənd adlanan ərazidə yerləşən gölün yaxınlığından baxımsız sahədən yabanı halda bitən çətənə kollarından satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 495,372 qram çəkidə olan narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib yaşadığı evdə və üstündə saxlamış, daşımış və gəzdirmiş, 03 fevral 2021-ci il tarixdə saat 19 radələrində Gədəbəy şəhəri, H.Əliyev prospektində yerləşən “Azərcell Telekom”un binasının qarşısında Gədəbəy RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Gədəbəy şəhəri, 20 yanvar küçəsində yerləşən Gədəbəy Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib onun üzərində şəxsi axtarış aparılan zaman üərindən 5,372 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş və həmin tarixdə yaşadığı ünvan 1 ünvanında yerləşən yaşayış evində axtarış aparılarkən sellofan torbada təmiz çəkisi 490 qram olan qurudulmuş marixuana və bir ədəd əczaçı tərəzisi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 182.1. və 234.2-ci maddələri ilə verilmiş ittihamda özünü qismən təqsirli bilmiş, ifadə verərək, göstərmişdir ki, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, himayəsində əlil uşağı vardır. Uzun müddətdir ki, narkotik vasitənin marixuana növündən siqaretə çəkmə yolu ilə istifadə etmiş, narkotik vasitə olan marixuananı yabanı halda bitən çətənə kollarından yığıb qurudub istifadə etmişdir. Hacıqabul rayonu sakini Zərərçəkmiş şəxs1 əvvəllər tanımamış, onunla hər hansı bir ədavət və düşmənçiliyi olmamışdır. 19 yanvar 2021-ci il tarixdə saat 22 radələrində dostu Elçinlə birlikdə Gədəbəy rayonunun mərkəzi dairəsində olduğu zaman Şahid2 Elçinə zəng edib onu Gədəbəy rayonu, Arıqdam kəndində evə salıb döydüklərini bildirmişdir. Buna görə də dostu Elçinlə birlikdə ona məxsus “Niva” markalı maşınla Gədəbəy rayonu, Arıqdam kəndinə “Ləzzət” kafesinin yanında yerləşən evin qarşısına getmişdir. Evin qarşısına çatdıqda orada polis maşını və bir neçə polis əməkdaşlarının olduğunu görmülər. Həmin vaxt polis əməkdaşları evdən çıxmışlar. Onlar polis əməkdaşlarını görəndən sonra Elçinlə evin həyətinə daxil olmaq istəmiş, bu zaman Səyyaf adlı polis əməkdaşının Kamillə birlikdə həyətdən çıxdıqlarını görüb geriyə qayıtmışdır. Kamili polis maşınına mindirmək istədiklərini görüb onlara yaxınlaşaraq nə baş verdiyini soruşanda Kamil onlara Turalın onu yaşadığı evə çağıraraq onunla “voravskoy” söhbət etdiyini, yaxasından tutub sıxdığını və itələyib divara vurduğunu demişdir. Orada Kamillə danışıb onu sakitləşdirmiş və Kamili də götürüb oradan evinə qayıtmışdır. Bu hadisədən sonra Kamillə birlikdə Turalın yaşadığı evə Elnur adlı Turalın dostunun çağırışı ilə getmiş, bundan başqa iki idəfə Turalın öz çağırışı ilə həmin evə getmişdir. Onların evinə getməkdə məqsədi Turalın Kamili nalayiq sözlərlə təhqir etdiyinə görə Kamildən üzr istəməsi və məsələnin bağlanması olmuşdur. Tural Kamili söyüb təhqir etdiyinə görə Turala Kamildən üzr istəməli olduğunu və 2000 manat pul verməli olduğunu demişdir. Turala bundan başqa həmin pulu vermədiyi təqdirdə Gədəbəy rayonunu tərk etməli olduğunu və deyilənləri etməsə onu öldürməklə hədələmişdir. Bunlara baxmayaraq Tural Kamildən üzr istəməmiş və pulu verməkdən imtina etmişdir. Orada Turala güvəndiyin bir yer var ona görə də sən Kamildən üzr istəmirsən demiş və Turala bu hərəkətinə görə cavab verməli olduğunu demişdir. Belə olan halda, Turala bu hərəkətləri barədə işlədiyi Qızıl Mədəninin rəhbərliyinə məlumat verib onu işdən çıxaracağını bildirmişdir. Bundan sonra Turalın evindən çıxıb getmişdir. Həmin günün səhəri müxtəlif tanımadığı nömrələrdən zəng edən şəxslər Turalın dostları olduğunu və Tural ilə işinin olmamasını demişlər. 01 fevral 2021-ci il tarixdə Kamili götürüb həmin gün saat 20 radələrində Gədəbəy rayonu, Arıxdam kəndində Turalın yaşadığı evə getmişdir. Turalın evinə girməmişdir, həmin vaxt Turalın evindən Hacıqabul rayonundan gəlmiş bir neçə nəfər dostları da olduqlarını görmüşdür. Tural və həmin şəxslərlə evin həyətində oturub söhbət etmişlər. Söhbəti uzatmaq istədikdə həmin şəxslərə “mənim işim var, tələsirəm, əgər sözünüz varsa gedin Şəmkir rayonunda yaşayan xalam oğlu Qulu ilə söhbətinizi edin” deyib və oradan çıxıb getmişdir.Həmin günün axşamı saat 23 radələrində Turala zəng edib ondan “sən həm suçlusan həm güclü?” demişdir. Həmin gündən bir gün sonra Turala zəng vurub bir qədər söhbət etdikdən sonra ondan 2000 manat pulu verib-verməyəcəyini soruşmuşdur. Tural isə telefonu söndürmüşdür. Turaldan 2000 manat pulu onu öldürəcəyi və işdən çıxaracağı ilə hədələyib istəmişdir. Turalı onun barəsində Səadət adlı qadınla olan münasibətləri ilə rüsvay etməklə hədələməmişdir. Bütün bu olanlardan sonra Tural onun barəsində polis şöbəsinə şikayət etmişdir. 03 fevral 2021-ci il tarixdə saat 19 radələrində yaşadığı evdən payız aylarında yabanı halda bitən çətənə kollarından yığıb saxladığı narkotik vasitə olan marixuanadan bir ədəd kibrit qutusuna yığıb və istifadə etmək üçün rayon ərazisində yerləşən meşə sahəsinə getmək üçün evdən çıxmışdır. Bunun üçün də evdən piyada Gədəbəy şəhəri, Heydər Əliyev prospektinə çıxmışdır və həmin prospektdə yerləşən Azərsel Telekomun binasının qarşısı ilə üzü meşəyə tərəf gedəndə polis əməkdaşları gəlib yanında dayanıb və onu polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt üzərində olan kibrit qutusunu atmağa imkan tapa bilməmiş, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Şöbədə olan zaman polis əməkdaşları narkotik vasitənin saxlanmasında, daşınmasında və gəzdirilməsində şübhəli olduğu üçün şöbəyə gətirdiklərini və üzərində şəxsi axtarış aparılacağını demişlər. Bundan sonra müdafiəçi tutumaq hüququ izah edilib və müdafiəçilər siyahısını təqdim etmişlər. Həmin siyahıdan X6 hüquqlarını müdafiə etməsini xahiş etmişdir. Bundan sonra vəkilin və polislərin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə onun üzərində şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış keçirilən zaman üzərində kibrit qutusunda olan narkotik vasitə olan marixuananı cibindən çıxarıb özünü müdafiət etmək məqsədi ilə polis əməkdaşlarının cibinə qoyduqlarını bildirib, kibrit qutusunu təqdim etmiş və içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Polis əməkdaşları kibrit qutusunda olan kütlənin narkotik vasitə olmasını haradan bildiyini soruşanda onlara istifadə etdiyini və tanıdığını demişdir. Həmin vaxt yalan danışmaqla məsuliyyətdən yaxa qurtarmağın mümkün olmayacağnı anlasa da, ona məxsus olduğunu etiraf etməmişdir. Daha sonra həmin narkotik vasitə olan qurudulmuş marixuana tərəzidə çəkilmiş və 8 qram gəlmişdir. Sonra aşkar olunmuş kütlə bir ədəd zərfdə qablaşdırılmışdır və protokol tərtib olunmuşdur. Üzərində şəxsi axtarış aparılandan sonra polis əməkdaşları onun evində axtarış aparılacağını bildirmişlər. Heç bir narazılıq etmədən evində axtarış aparılmasına razılıq vermişdir və ərizə yazmışdır. Bundan sonra isə birlikdə onun razılığı əsasında evində axtarış aparılmışdır. Axtarış aparılarkən evinin ikinci mərtəbəsindəki otaqdan çoxdan oraya qoymuş olduğu bir ədəd lüləsi kəsilmiş ov tüfəngini aşkarlamışlar. Həmin silahı evdə heç kəsin əlinə keçməsin deyə həmin yerə qoymuş və silahın yararsız olduğunu bilmişdir. Axtarış aparılan zaman məsuliyyətdən yaxa qurtarmaq məqsədilə silahın ona məxsus olmadığını və həmin silahı oraya polis əməkdaşlarının yerləşdirdiklərini bildirmişdir. Evin ikinci mərtəbəsindəki bütün otaqları və evin damını axtardıqdan sonra evin birinci mərtəbəsinə axtarış aparılmışdır. Birinci mərtəbədə yerləşən anbar kimi istifadə etdikləri otaqda axtarış zamanı oradan çoxsaylı kibrit çöpləri aşkarlanıb götürülmüşdür. Həmin otağın sağında yerləşən yataq otağında axtarış aparılan zamanı çətənə bitkisinin toxumları aşkarlanmışdır. Narkotik vasitəni siqaretə doldurmaq yolu ilə istifadə etmiş və həmin toxumları hər dəfə çəkdikdə marixuana kütləsinin içərisindən seçib yığmışdır. Toxumları yığmaqda məqsədi onları əzib çəkmək olmuşdur. Bundan sonra birinci mərtəbədə mətbəx kimi istifadə etdiyi sahəyə baxış keçirilərkən orada olan qab rəfindəki stəkanın içərisindən 38 ədəd toxum aşkarlanmışdır. Həmin toxumları da yığıb oraya qoymuşdur. Bundan sonra evinin alt hissəsində yerləşən qarajda axtarış aparılarkən qarajın içində olan kartof quyusu kimi istifadə etdiyi yerdən göy rəngli sellofan torbada kütlə çıxarılmışdır. Həmin vaxt polis əməkdaşları ondan həmin kütlənin nə olduğunu soruşanda onlara çiçək olduğunu sellefona yığdığı üçün çürüdüyünü bildirmişdir. Polis əməkdaşları inanmayıb sellofanın içərisinə baxanda narkotik vasitə olan marixuanaya bənzədiyini dedikdə, özünü müdafiə etmək məqsədilə yenə polis əməkdaşlarının qoyduğunu demişdir. Əslində isə aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuana ona məxsus olmuşdur. Həmin sellofan torbada olan marixuana kütləsini 2020-ci ilin payız aylarında rayonun Başkənd adlanan ərazisində yerləşən gölün yaxınlığındakı baxımsız sahədən şəxsi istifadəsi üçün yabanı halda bitən çətənə kollarından yığıb qurudaraq evinin birinci mərtəbəsində yerləşən qarajın içərisindəki kartof quyusu kimi istifadə etdiyi quyuda gizlətmişdir. Bundan sonra qarajın hər bir yerində axtarış aparılan zaman qarajda olan köhnə işlətmədiyi rəfin üzərində olan bir ədəd əczaçı tərəzisi də aşkarlanıb götürülmüşdür. Polis əməkdaşları həmin tərəzinin kimə məxsus olmasını, haradan və hansı məqsədlə əldə etdiyini soruşduqda, həm özünü müdafiə etmək məqsədilə, həm də qorxudan və əsəbindən həmin tərəzini də polis əməkdaşlarının qoyduğunu bildirmişdir. Əslində həmin tərəzi də ona məxsus olmuşdur. Həmin tərəzini əvvəllər həyətyanı sahələrində saxladığı cücələrə verdiyi yemləri çəkmək üçün almış və heç bir zaman da istifadə etməmişdir. Tərəzinin çəki daşı da sellofanda olmuşdur, üzərində tərəzinin işləməsi üçün olan elektrik daşıyıcısı da olmamışdır. Heç kəsdən narkotik vasitə olan marixuana almamışdır. Narkotik vasitə olan marixuananı yabanı halda bitən çətənə kollarından yığmışdır. Toğrul adlı adam tanımır və onun kimliyi haqqında heç bir məlumatı yoxdur. Həmin kibrit qutularını özünün boşaltmadığını, psixi pozuntulu azyaşlı oğlu var və oğlu həmişə kibrit qutularını cırması səbəbindən həmin kibrit çöplərini sellofan torbalara yığıb həmin yerə qoymuşlar. Həmin tərəzini əvvəllər həyətyanı sahələrində saxladığı cücələrə verdiyi yemləri çəkmək üçün almışdır. Narkotik vasitə olan marixuananı isə 2020-ci ilin sentyabr-oktyabr aylarında Gədəbəy rayonu Başkənd adlanan gölün kənarına getdiyi zaman şəxsi istifadəsi üçün yığmışdır. Narkotik vasitə satmaqla məşğul olmamışdır. Törətdiyi əməldən peşmandır. Zərərçəkmişin ondan şikayəti yoxdur. Ona görə də qərar çıxarılarkən nəzərə alınmasını xahiş edir. Əvvəlki məhkəmə iclasılarında zərərçəkmiş şəxs qismində tanınıb dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verərək, bildirmişdir ki, "xxxx" MMC-də baş aşbaz işləyir. İşlədiyi şirkətlə bağlanmış müqavilə əsasında Gədəbəy rayonunda olan Qızıl mədənində baş aşbazlıq edir. Bununla əlaqədar olaraq Gədəbəy rayonu, Arıqdam kəndində müvəqqəti olaraq kirayədə yaşayır. 19 yanvar 2021-ci il tarixdə şirkətdə yemək paylayıcı işləyən Kamilə qapalı məkandə siqaret çəkməməsini demiş, həmin gün axşam saatlarında kirayədə yaşadığı ünvanda olan zaman Kamil ona zəng edərək evdə olub-olmadığını soruşmuşdur. Ona evdə olduğunu demişdir. Bundan bir neçə dəqiqə sonra Kamil yaşadığı ünvana gəlmişdir. Həmin vaxt yaşadığı ünvanda onunla birlikdə işləyən Səadət adlı qız da yanında olmuşdur. Kamil evə gəldikdə evin mətbəxində oturub yemək yemişdir. Kamili yemək yeməyə dəvət etmiş, lakin, Kamil ona yemək yeməyə gəlmədiyini deyərək, təhqir etmişdir. Kamilə sakit olmağını deyib evdən göndərməyə çalışsa da, o, sakitləşməmişdir. Buna görə də Kamilin qolundan tutaraq evin çöl tərəfinə çıxarmış, daha sonra polisə Kamilin yaşadığı ünvana gələrək münaqişə yaratdığını bildirmişdir. Polis əməkdaşları oraya gəldikdə, Kamil üzr istədiyinə görə şikayətinin olmaması barədə ərizə ilə polisə müraciət etmişdir. Bu hadisədən bir gün sonra əvəllər tanımadığı Ramin adlı şəxs işlədiyi şirkətdə anbardar işləyən dostu Elnura zəng vuraraq görüşmək istədiyini demişdir. Elnur Ramini yaşadığı ünvana dəvət etmişdir. Ramin də Kamil ilə birlikdə evə gəlmişdir. Dördü oturub birlikdə söbhət etmişlər. Söhbət zamanı Ramin ona irad tutaraq “sən nəyə görə Kamil sənin evinə gələn vaxt polis çağırmısan” demişdir. Ona vəziyyəti izah etdikdən sonra mübahisələri bitmişdir. Ramin də daha bu məsələnin qurtardığını demişdir. 21 yanvar 2021-ci il tarixdə yaşadığı ünvanda dostu Elnurla oturub çay içdiyi zaman Elnura zəng gəlmiş, o, telefonla danışıb həmin şəxsə dediyin sözləri Turala çatdıraram demişdir. Elnur telefonu söndürdükdən sonra ona zəng edənin Kamillə gələn Ramin olduğunu, Raminin “Turala deyərsən ya növbəti gün saat 12-ə dək 2000 manat pul verməli, ya da ki Gədəbəy rayonunu tərk etməlidir” sözlərini dediyini bildirmişdir. 22 yanvar 2020-ci il tarixdə Ramin özü ***-***-**-** saylı mobil nömrədən yığaraq ona iki min manat pul verməli olduğunu, yoxsa güllələyib öldürəcəyini demişdir. Ramindən hansı səbəbdən ona pul verməli olduğunu soruşduqda sonuncu “sən 19.01.2021-ci il tarixdə evə polis çağırmısan, bizi rayon içərisində hörmətdən salmısan” demişdir. Raminə polis çağırdığını, daha sonra isə ərizəsini geri götürdüyünü və pul verməyəcəyini bildirmişdir. Bundan sonra mütəmadi olaraq Ramin ona zəng edərək pul tələb etmişdir. Raminin əl çəkmədiyini görüb Elnurla onu yenidən yaşadığı ünvana çağırmışdır. Ramin yenə də Kamil ilə birlikdə evinə gəlmişdir. Həmin vaxt Raminin danışığından və hərəkətlərindən narkotik vasitə qəbul etdiyini hiss etmişdir. Ramin evə gələrkən dostları Bəhruz, Fuad, Ceyhun, Taryel, Tural və İnşallah da evdə olmuşdur. Onlar yenə də Raminlə söbhət edib ona bu məsələni qurtarmasını dedikdə, Ramin pulu təkidlə ona verməli olduğunu bildirmişdir. Dostları bu məsələlərin ona aid olmadığını deyib söhbəti uzatmamasını xahiş etdikdə, Ramin “ mənim vaxtım yoxdur, gedin Şəmkir rayonunda yaşayan xalam oğlu Qulu ilə danışın” demişdir. Ona görə də dostları Bəhruz, Fuad, İnşallah və Ceyhun Şəmkir rayonuna gedərkən Qulu ilə görüşmüşlər. Həmin vaxt Qulu dostlarına bu söhbətin ona aid olmadığını deyib söhbətə qarışmamışdır. Bundan sonra Qulu ***-***-**-** saylı mobil nömrədən zəng etmiş və onda pul olduğunu və həmin pulu Raminin xahişi ilə ondan götürəcəyini demişdir. Həmin vaxt Quluya onda Raminin pulu olmadığını demişdir. Raminin əl çəkmədiyini görüb polisə müraciət etmək məcburiyyətində qalmışdır. Təqsirləndirlən şəxsdən şikayəti yoxdur. Ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadə verərək, bildirmişdir ki, 2006-cı ildən daxili işlər orqanlarında xidmət etməklə 2020-ci ilin sentyabr ayından Gədəbəy Rayon Polis X2 Qrupunun əməliyyat müvəkkili vəzifəsində işləyir. ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı münasibəti olmamışdır. 03.01.2021-ci il tarixdə icraatına ünvan 2 ünvanında yaşayan xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuananın istifadəçisi olması, daimi olaraq üzərində gəzdirməsi, yaşadığı evdə saxlaması, qanunsuz olaraq odlu silah saxlaması haqqında məlumat daxil olmuşdur. Daxil olmuş məlumatla bağlı şöbə rəhbərliyinə məruzə etmiş və təxirəsalınmaz əməliyyat–axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul etmişdir. Həmin tədbirdə Gədəbəy RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid8 və Zərərçəkmiş şəxs2 də iştiraklarının vacib olduğunu onlara demişdir. Bunun üçün də müvafiq əməliyyat tədbirləri keçirmiş və 03 fevral 2021-ci il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs Gədəbəy şəhəri, H.Əliyev prospektində “Azercell Telekomun” qarşısında görmüşlər. Ona yaxınlaşaraq özlərini təqdim edib polis işçiləri olduqlarını bildirərək Gədəbəy RPŞ-ə gətirmişlər. X15 Bayramovu növbətçi hissənin qarşısına gətirib ona hüquqlarını izah etmiş, hüquqlarını müdafiə etmək üçün o, müdafiəçi ilə təmin olunmuşdur. Videoçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində qanunla saxlanılması və daşınması qadağan olunan əşyanın olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs üzərində bir ədəd kibrit qutusunda narkotik vasitə marixuanaya bənzər kütləni təqdim edib həmin kütlənin marixuana olduğunu demiş, qərəzli olaraq həmin kütləni ona polis əməkdaşları verdiyini bildirmişdir. Ondan həmin kütlənin narkotik vasitə olan marixuana olduğunu haradan bildiyini soruşduqda, narkotik vasitənin marixuana növündən siqaretə doldurma yolu ilə istifadə etdiyini ona görə də marixuananı yaxşı tanıdığını demişdir. Bundan başqa, üzərində qanunla qadağan edilmiş əşya və predmet olmadığını bildirmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. Sonra da həmin kibrit qutusunda olan kütlə əczaçı tərəzisində çəkilmiş və kibrit qutusu ilə birlikdə aşkar olunmuş kütlənin ümumi çəkisi 8 qram gəlmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuana çəkildikdən sonra qablaşdırılmış və dəqiq çəkisini müəyyən etmək məqsədilə ekspertizaya göndərilmişdir. Daha sonra müdafiəçisi və Təqsirləndirilən şəxs öz iştirakı ilə onun yaşadığı ünvanda axtarış aparılması üçün oraya getmişlər. Təqsirləndirilən şəxs yaşadığı ünvanda qanunla qadağan edilmiş hər hansı əşya və predmetin evində olmadığını və ona görə də evində axtarış aparılmasına etirazının olmadığını bildirmişdir. Axtarış Təqsirləndirilən şəxs məxsus Gədəbəy şəhəri, Nizami küçəsi,ev 26 ünvanında yerləşən fərdi yaşayış evində aparılmışdır. Axtarış zamanı evin ikinci mərtəbəsində giriş otağının sağında, hamam-tualetin qarşısında yerləşən, yarıtəmirli otağın döşəməsinin altından qara rəngli parçaya bükülü vəziyyətdə olan lüləsi və qundağı kəsilmiş vəziyyətdə olan üzərində E 19295 nömrəsi yazılmış ov tüfəngi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs aşkar edilmiş silahın ona məxsus olmadığını bildirməklə silahı polis əməkdaşlarının oraya qoyduğunu bildirmişdir. Bundan sonra yaşayış evinin birinci mərtəbəsinə baxış keçirilmişdir. Axtarışa evin birinci mərtəbəsində yerləşən girişdən sağdakı zirzəmi kimi istifadə olunan otaqdan başlanılmışdır. Axtarış zamanı həmin otaqdan sellofan torbada olan xeyli miqdarda qutusundan boşaldılmış vəziyyətdə kibrit çöpləri aşkar edilmişdir. Bundan əlavə həmin otaqda olan kibrit qutuları ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində narkotik vasitə olan marixuanaya bənzər kütlə doldurulmuş kibrit qutusu ilə eyni olmuşdur. Həmin kibrit çöpləri və bir ədəd kibrit qutusu sübut əhəmiyyət kəsb etdiyindən müstəntiq tərəfindən götürülmüşdür. Daha sonra həmin otağın sağında yerləşən yataq otağı kimi istifafə olunan otaqda axtarış aparmışlar. Axtarış zamanı otaqda olan rəfdəki qabın içərsindən 195 ədəd toxum aşkar edilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin toxumlar ona məxsusdur, narkotik vasitəni daimi olaraq qəbul etmiş, marixuanaların içərisindən həmin toxumları yığdığını demişdir. Bundan sonra birinci mərtəbədə yerləşən mətbəx kimi istifadə olunan sahədə axtarış aparılarkən orada olan rəfdəki qabın içərisindən də 38 ədəd marixuana toxumu aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin toxumları da marixunanın içərisindən yığdığını bildirmişdir. Evin birinci mərtəbəsinə baxış bununla yekunlaşmışdır. Sonuncu olaraq evin birinci mərtəbəsində yerləşən qarajda axtarış keçirilmişdir. Qarajada axtarış aparılarkən qarajın içərisində yerləşən zirzəmidən bir neçə polietilen torbaların arasından bir ədəd göy rəngli sellofan torbada kütlə aşkar edilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs həmin kütlənin marixuana olduğunu bildirərək kütləni həmin yerə necə gəldiyini bilmədiyini bildirmiş və bir qədər fikirləşdikdən sonra, həmin kütləni də qərəzli olaraq polis əməkdaşlarının gətirdiyini bildirmişdir. Bundan sonra aşkar edilmiş kütlə əczaçı tərəzisinə qoyularaq çəkilmişdir. Aşkar edilmiş kütlə sellofan torba ilə birikdə 498 qram çəkidə olmuşdur. Daha sonra qarajın sol tərəfində yerləşən köhnə rəfin üzərində bir ədəd əczaçı tərəzisi və bir ədəd çəki daşı aşkar edilərək götürülmüşdür. Axtarış zamanı Təqsirləndirilən şəxs evindən aşkar edilmiş silah, sellofan torba ilə birlikdə ümumi çəkisi 498 qram olan marixuanaya bənzər kütlə və narkotik tərkibli çətənə kolu toxumları qablaşdırılaraq ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır və onunla hər hansı bir münasibəti olmamışdır, оnun əvvəllər nаrkоtik vаsitə alması və satması barədə hеç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs Gədəbəy şəhəri, H.Əliyev prospektində saxlayan zaman onun yanında heç kim olmamış, növbətçi hissənin qarşısında üzərində şəxsi axtarış aparılarkən həmin halı iştirak edən əməkdaşlardan başqa heç kəs görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadə verərək, bildirmişdir ki, 2019-cu ildən daxili işlər orqanlarında xidmət etməklə 2020-ci ilin sentyabr ayından Gədəbəy Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı münasibəti olmamışdır. 03 fevral 2021-ci il tarixdə Cinayət Aхtarış Bölməsinin əməliyyat müvəkkili Şahid7 ona bildirmişdir ki, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs, narkotik vasitə olan marixuananın istifadəçisi olması və narkotik vasitəni daimi olaraq üzərində gəzdirməsi haqqında məlumat daxil olmuşdur. Daxil olmuş məlumatla bağlı şöbə rəhbərliyinə məruzə etmiş və təxirəsalınmaz əməliyyat–axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul etmişdir. Həmin tədbirdə iştirakı vacib olduğu deyilmişdir. Bunun üçün də onlar müvafiq əməliyyat tədbirləri keçirmişlər və 03 fevral 2021-ci il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs Gədəbəy şəhəri, H.Əliyev prospektində görmüşlər. Ona yaxınlaşaraq özlərini təqdim edib polis işçiləri olduqlarını bildirərək onu Gədəbəy RPŞ-ə gətirmişlər. X15 Bayramovu növbətçi hissənin qarşısına gətirib ona hüquqlarını izah etmişlər, hüquqlarını müdafiə etmək üçün müdafiəçi ilə təmin olunmuşdur. Videoçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üzərində axtarış keçirilməzdən əvvəl ona üzərində qanunla saxlanılması və daşınması qadağan olunan əşyanın olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs üzərində bir ədəd kibrit qutusunda narkotik vasitə marixuanaya bənzər kütləni təqdim edib həmin kütlənin marixuana olduğunu, həmin kütləni ona polis əməkdaşlarının verdiyini demişdir. Ondan həmin kütlənin narkotik vasitə olan marixuana olduğunu haradan bildiyini soruşduqda, narkotik vasitənin marixuana növündən siqaretə doldurma yolu ilə istifadə etdiyini ona görə də marixuananı yaxşı tanıdığını demişdir. Bundan başqa üzərində qanunla qadağan edilmiş əşya və predmet olmadığını bildirmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, lakin Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. Sonra da həmin kibrit qutusunda olan kütlə əczaçı tərəzisində çəkilmiş və kibrit qutusu ilə birlikdə aşkar olunmuş kütlənin ümumi çəkisi 8 qram gəlmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuana çəkildikdən sonra bir ədəd zərfə qabaşdırılmış və dəqiq çəkisini müəyyən etmək məqsədilə ekspertizaya göndərilmişdir. Daha sonra müdafiəçisi və Təqsirləndirilən şəxs öz iştirakı ilə onun yaşadığı ünvanda axtarış aparılması üçün getmişlər. Təqsirləndirilən şəxs yaşadığı ünvanda qanunla qadağan edilmiş hər hansı əşya və predmetin evində olmadığını və ona görə də evində axtarış aparılmasına etirazının olmadığını bildirmişdir. Axtarış Təqsirləndirilən şəxs məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində aparılmışdır. Həmin ev ikimərtəbəli olmuşdur. Axtarış zamanı evin ikinci mərtəbəsində giriş otağının sağında yerləşən, yarımtəmirli otağın döşəməsinin altından qara rəngli parçaya bükülü vəziyyətdə olan lüləsi və qundağı kəsilmiş vəziyyətdə olan üzərində 819295 nömrəsi yazılmış ov tüfəngi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs aşkar edilmiş silahın ona məxsus olmadığını bildirməklə silahı polis əməkdaşlarının oraya qoyduğunu bildirmişlər. Bundan sonra yaşayış evinin birinci mərtəbəsinə baxış keçirilmişdir. Axtarışa evin birinci mərtəbəsində yerləşən girişdən sağdakı zirzəmi kimi istifadə olunan otaqdan başlanılmışdır. Axtarış zamanı həmin otaqdan sellofan torbada olan xeyli miqdarda qutusundan boşaldılmış vəziyyətdə kibrit çöpləri aşkar edilmişdir. Bundan əlavə həmin otaqda olan kibrit qutuları ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində narkotik vasitə olan marixuanaya bənzər kütlə doldurulmuş kibrit qutusu ilə eyni olmuşdur. Həmin kibrit çöpləri və bir ədəd kibrit qutusu sübut əhəmiyyət kəsb etdiyindən müstəntiq tərəfindən götürülmüşdür. Daha sonra həmin otağın sağında yerləşən yataq otağı kimi istifadə olunan otaqda axtarış aparmışlar. Axtarış zamanı otaqda olan rəfdəki qabın içərsindən 195 ədəd toxum aşkar edilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin toxumlar ona məxsusdur, narkotik vasitəni daimi olaraq qəbul edir, marixuanaların içərisindən həmin toxumları yığdığını bildirmişdir. Bundan sonra birinci mərtəbədə yerləşən mətbəx kimi istifadə olunan sahədə axtarış aparılarkən orada olan rəfdəki qabın içərisindən də 38 ədəd marixuana toxumu aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin toxumları da marixunanın içərisindən yığdığını bildirmişdir. Evin birinci mərtəbəsində baxış bununla yekunlaşmışdır. Sonuncu olaraq evin birinci mərtəbəsində yerləşən qarajda axtarış keçirilmişdir. Qarajada axtarış aparılarkən qarajın içərisində yerləşən zirzəmidən bir neçə polietilen torbaların arasından bir ədəd göy rəngli sellofan torbada kütlə aşkar edilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs həmin kütlənin marixuana olduğunu bildirirək kütləni həmin yerə necə gəldiyini bilmədiyini bildirərək bir qədər fikirləşdikdən sonra aqressiv reaksiya verib həmin kütləni də qərəzli olaraq polis əməkdaşlarının gətirdiyini bildirmişdir. Bundan sonra aşkar edilmiş kütlə əczaçı tərəzisinə qoyularaq çəkilmişdir. Aşkar edilmiş kütlə sellofan torba ilə birlikdə 498 qram çəkidə olmuşdur. Daha sonra qarajın sol tərəfində yerləşən köhnə rəfin üzərində bir ədəd əczaçı tərəzisi və bir ədəd çəki daşı aşkar edilərək götürülmüşdür. Axtarış zamanı Təqsirləndirilən şəxs evindən aşkar edilmiş silah, marixuanaya bənzər 498 qram kütlə və narkotik tərkibli çətənə kolu toxumları qablaşdırılaraq ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Alıyev X7 Vüsal Şir oğlu və Şahid7 ilə eyniməzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirlmiş Şahid2 ifadə verərək bildirmişdir ki, ünvan 5 ünvanında qeydiyyatda olsa da 2014-cü ildən etibarən Gədəbəy rayonunda yaşayır. 27 noyabr 2020-ci il tarixdə "xxxx" MMC-yə ofisiant kimi işə düzəlmişdir. Zərərçəkmiş şəxs1 da orada tanımışdır. İşlədiyi dövrdə Zərərçəkmiş şəxs1 digər iş yoldaşı olan aşbaz köməkçisi olan Səadət adlı qızla qabyuma otağında öpüşdüklərini təsadüfən görmüşdür. Onları gördükdə utanıb oradan çıxmış və bir daha heç kəsə heç bir söz deməmişdir. Həmin Səadət adlı qızla onun tanışı Eşqin bir müddət əvvəl aralarında yaxın münasibətləri olmuşdur. Eşqin ondan Səadətlə birlikdə işlədiyinə görə bir neçə dəfə ondan Tural ilə onun arasında hər hansı bir münasibətin olub–olmadığını soruşsa da Eşqinə bu haqda danışmaq istəmədiyini bildirmişdir. Buna baxmayaraq Eşqin Səadətlə əvvəlki olan münasibətlərinə görə ondan əl çəkmək istəməmiş və Tural ilə Səadətin kirayədə yaşadıqları evə gedib orada Səadətlə Turalın arasında bir şey olub-olmamasını Səadətdən soruşmuşdur. Bundan sonra işdə olan zaman Tural onu manqal otağına dəvət edib orada Eşqinə onunla Səadətin arasında hər hansı bir münasibətin olduğunu deyibdemədiyini ondan soruşmuşdur. Turala Eşqinlə bu haqda söhbət etmədiyini bildirmişdir. Bundan iki gün sonra yəni 19.01.2021-ci il tarixdə Qızıl mədənində olan yeməkxananın manqal otağında siqaret çəkdiyi zaman Tural gəlib onun çiynindən itələyərək otaqdan çıxmağı və siqaret çəkməməyi demişdir. Bu səbəbdən aralarında narazılıq yaranmışdır. Həmin gün Tural işdən çıxarkən ona axşam işdən çıxanda onunla əlaqə saxlamasını və görüşüb söhbət edəcəklərini demişdir. Saat 20:30-da işdən çıxıb Turala zəng edib işdən çıxdığını, harada olmasını və oraya gəlməsini bildirmişdir. Həmin vaxt Tural onu evə çağırmışdır. Onun çağrışı ilə Turalın evinə getmişdir. Evə getdikdə Turalın sərxoş olduğunu və evdə Səadətlə birlikdə olduqlarını görmüşdür. Orada Turalın yanında əyləşib onunla söhbət etmişdir. Söhbətləri zamanı Tural onu təhqir edib alçaldıcı söhbətlər etməyə başlamış, “sən heç kimsən ona görə də manqal otağında siqaret çəkə bilməzsən” sözlərini demişdir. Bu səbəbdən aralarında münaqişə yaranmışdır. Tural telefonla polisə məlumat verib, qapını bağlayıb onun çıxmağına icazə verməmişdir. Aradan bir qədər keçdikdən sonra ora polis əməkdaşları gəlmişdir. Lakin, orada nə o, nə də ki, Tural polisə şikayət ərizəsi yazmamışlar. Polis əməkdaşları gələnə qədər telefonla dostu Elçinə zəng vurub Tural ilə aralarında olanları ona danışmış və onu Gədəbəy rayonu, Arıxdam kəndinə Turalın yaşadığı evin yanına çağırmışdır. Polis əməkdaşları getdikdən sonra Ramin və Elçinlə birlikdə oradan evinə getmişdir. Yolda olanları Elçinə və Raminə ətraflı olaraq danışmışdır. Yolda Ramin polisə şikayət olunmayacağını, bu söhbətin qurtarılmasını demişdir. Raminlə razılaşıb şikayət etməmişdir. 21 yanvar 2021-ci il tarixdə Ramin zəng edərək birlikdə Tural ilə söhbət etməyi demişdir. Bundan sonra Raminlə birlikdə Turalın yaşadığı evə getmişlər. Onlar evə getdikdə Tural digər iş yoldaşları və Turalın öz həmkəndliləri Tural və Taryel ilə evdə olmuşlar. Onlar beşi də oturub söhbət etmişlər. Ramin həmin vaxt Turala Kamili təhqir etdiyinə və onunla kobud davrandığına görə səhf etməsini və etdiyi hərəkətə görə utanmalı olduğunu demişdir. Bundan sonra Tural həmin hərəkətləri sərxoş halda etdiyini deyib səhf etdiyini qəbul etmişdir. Ramin ona “sən get sakitcə öz işinlə ol, Turalın səninlə işi olmayacaq” demişdir. Bundan sonra işə çıxan zaman işdə iş yoldaşlarının yanında Tural ona nəsə desə onunla dalaşacağını demişdir. Onun bu sözlərini Tural eşitdiyinə görə yanvar ayının sonlarına yaxın Turalın Hacıqabul rayonundan qonaq gəlmiş tanışları Raminə zəng edib onu Turalın evinə çağırmışlar. Həmin vaxt Turalın dəvəti ilə Raminlə birlikdə onun evinə getmişlər. Orada evin həyətində Tural ilə aralarında olan narazılıqla bağlı söhbət etmişlər. Turalın öz dostları Turala ona qarşı səhf etdiyini, bundan sonra Turalın evində o da Tural ilə barışıb o, evdən çıxmışdır. Daha sonra Raminlə Turalın arasında nə baş verdiyini bilməmişdir. Raminin Turaldan pul tələb etməsindən onun heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək, bildirmişdir ki, Şəmkir rayonu, Qədim Qala kəndində qeydiyyatda olsa da təxminən üç aydır ki, Gədəbəy rayonu Arıxdam kəndində kirayədə yaşayır. "xxxx" MMC-nin müqaviləsi əsasında Gədəbəy rayonunda yerləşən Qızıl Mədənində aşbaz köməkçisi işləyir. 19.01.2021-ci il tarixdə iş yoldaşı Kamil onun Tural və digər iş yoldaşları ilə birlikdə yaşadıqları evə gəlmişdir. Həmin vaxt evdə Tural və ondan başqa heç kəs olmamışdır. Həmin vaxt öz otağında olmuşdur. Kamil evə gəldikdə Tural qapını açıb onu yemək yeməyə təklif etmişdir. Kamil isə Turala “mən buraya yemək yeməyə gəlməmişəm” deyib onu təhqir etmişdir. Onların arasında münaqişə olmasını görüb evin mətbəxinə keçmişdir. Tural Kamilin söyüş söyməsinə görə onun üz nahiyyəsindən bir sillə vurmuşdur. Bundan sonra Kamil cibindən bıçaq çıxarıb Turalı yenə söymüşdür. Tural da onun əlindən bıçağı alıb kənara atmışdır. Bundan sonra da o, polisə məlumat vermişdir. Polis əməkdaşları gələnə qədər Kamil etdiyi hərəkətə görə peşman olub Turaldan üzr istəmişdir. Bundan sonra Tural polis əməkdaşlarına şikayətinin olmadığını bildirmişdir. Həmin hadisədən bir neçə gün sonra adını sonradan bildiyi Ramin adlı şəxs yaşadıqları evə gəlib Turalı soruşmuşdur. Ona Turalın evdə olmadığını demişdir. 01 fevral 2021-ci il tarixdə evdə olduqları zaman Turala həmin şəxs zəng edib ondan pul tələb etmiş, mobil telefonda Turala “ya Gədəbəy rayonundan çıxmalısan ya da ki, 2000 manat pulu iki gün ərzində mənə çatdırmalısan” demişdir. Bundan sonra Tural ilə Ramin dəfələrlə görüşüb söhbət etmişlər ki, razılığa gəlsinlər. Onlar razılığa gələ bilməmişlər. Sonunda Tural məcbur olub polisə şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirlmiş X8 ifadə verərək, bildirmişdir ki, Hacıqabul rayonu, Kolanı kəndində yaşayır. Dəmirov X18 həmkəndlisi və dostudur, aralarında yaxşı münasibətləri olmuşdur. 24 yanvar 2021-ci il tarixdə həmkəndliləri və dostları İnşallah, Ceyhun və Bəhruzla birlikdə Gədəbəy rayonunda Qızıl mədənində işləyən dostları Zərərçəkmiş şəxs1, Taryel və Tural Zeynalovun yanlarına qonaq getmişlər. Həmin gün axşam saatlarında onların kirayədə yaşadıqları Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən evlərində oturub yemək yeyən zaman Turala zəng gəlmişdir. Tural telefonla danışıb evin həyətinə düşmüşdür. Turalın həyətə düşdüyünü görüb onun arxasınca həyətə çıxmışlar. Həyətə çıxdıqda adını sonradan bildikləri Ramin və Kamil Tural ilə həyətdə söhbət etmişdir. Həyətdə kənardan durub onlara qulaq asmışlar. Lakin onlar arasında nə söhbət etdiyini eşitməmişdir. Bundan sonra Ramin Kamil ilə birlikdə oradan çıxıb getmişlər. O biri gün, yəni, 25.01.2021-ci il tarixdə saat 21 radələrində dostları Bəhruz, Ceyhun və İnşallahla yaşadıqları Hacıqabul rayonuna qayıdarkən Turalın xahişi ilə Raminin xalası oğlu Qulu ilə Şəmkir rayonunda çayxanada görüşmüşlər. Qulu ilə Ceyhun söhbət etmişdir. Qulu pul haqqında söhbət etməsə də Turalın Raminə və dostu Kamilə qarşı səhv etdiyini və ona görə də Tural və Kamildən üzr istəyib onunla razılaşmalı olduğunu demişdir. Məhkəmə iclasında şahid qismində dindirlmiş Şahid4 və Şahid3 da İsmayılov Fuad Səyyad oğlu ilə eyniməzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında elan edilmiş Şahid5 ifadəsindən görünür ki, 24 yanvar 2021-ci il tarixdə həmkəndliləri və dostları İnşallah, Bəhruzla və Fuadla birlikdə Gədəbəy rayonu Qızıl mədənində işləyən dostları Zərərçəkmiş şəxs1, Taryelin və Tural Zeynalovun yanlarına qonaq getmişlər. Həmin gün axşam saatlarında onların kirayədə yaşadıqları Gədəbəy rayonu Arıqdam kəndində yerləşən evlərində oturub yemək yeyən zaman Turala zəng gəlmişdir. Tural telefonla danışıb evin həyətinə düşmüşdür. Turalın həyətə düşdüyünü görüb onun arxasınca həyətə çıxmışlar. Həyətə çıxdıqda görmüşlər ki, adını sonradan bildikləri Ramin və Kamil Tural ilə həyətdə söhbət edirlər. Həyətdə kənardan durub onlara qulaq asmışlar. Həmin vaxt Ramin Turala “mənim səninlə söhbət etməyə vaxtım yoxdur, sən pulu verməlisən, belə söhbət etmək istəyisənsə get Şəmkir rayonuna xalam oğlu Qulu ilə söhbətini elə” demişdir. Bundan sonra Ramin Kamil ilə birlikdə oradan çıxıb getmişlər. Evə çıxdıqda Tural onlara Ramin onu öldürməklə və rüsvay etməklə ondan 2000 (iki min) manat pul tələb etdiyini demişdir. Həmin günün səhəri, yəni, 25.01.2021-ci il tarixdə saat 21 radələrində dostları Bəhruz, Fuad və İnşallahla yaşadıqları Hacıqabul rayonuna qayıdarkən Turalın xahişi ilə Raminin xalası oğlu Qulu ilə Şəmkir rayonunda Turala dediyi məkanda görüşmüşlər. Onlar dördü birlikdə Qulu ilə Şəmkir rayonu ərazisində görüşmüşdür. Qulu ilə görüşən zaman Qulu xalası oğlu Raminlə Turalın arasında olan mübahisə ilə bağlı özlərinin danışıb barışmalı olduqlarını, Turalın Kamil adlı şəxsə qarşı səhv etdiyini və ondan üzr istəməli olduğunu demişdir. Bundan başqa Qulu onun həmin pul mübahisəsinə heç bir dəxli olmadığını bildirmişdir. Onlar Şəmkir rayonu ərazisində ünvanını bilmədikləri yerdə Qulu ilə görüşən vaxt Qulunun yanında bir nəfər arıq cavan oğlan olmuş, həmin şəxsin adını bilməmişlər və onu tanımamışlar. Qulu adlı şəxs pul haqqında söhbət etməsə də Turalın Raminə və dostu Kamilə qarşı səhv etdiyini və ona görə də Tural və Kamildən üzr istəyib onunla razılaşmalı olduğunu demişdir. Məhkəmə iclasında əlavə şahid kimi dindirlmiş X12 ifadə verərək, bildirmişdir ki, iş üzrə ibtidai istintaqı aparmışdır. İstintaq zamanı təqsirləndirlən şəxs, zərərçəkmiş və şahidlər sərbəst ifadələr vermiş, onların ifadələri qanunda nəzərdə tutulmuş qaydada protokollaşdırılmışdır. Təqsirləndirlən şəxs, zərərçəkmiş və şahidlər protokolları oxuduqdan sonra, onları ğz imzaları ilə təsdiq etmişlər. İstintaq hərəkətləri zamanı heç kimə hər hansı bir fiziki və ya psixoloji təzyiq göstərilməmişdir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İşdə olan Şəxsi axtarış və götürmə Protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun əynində olmuş gödəkçənin sol döş cibindən içərisində yaşıl rəngli, kəskin iyli, ilkin baxışdan narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olan bir ədəd kibrit qutusu aşkar olunaraq götürülmüşdür Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış aparılmışdır. Axtarış və götürmə protokolundan görünür ki, axtarış aparılan ev Təqsirləndirilən şəxs məxsus ünvan 2 ünvanında yerləşən iki mərtəbəli fərdi yaşayış evidir. Yaşayış evinin ikinci mərtəbəsində pilləkəndən girilir. Pilləkəndən evin zalına daxil olunur. Evin zalı yarmtəmirlidir. Zaldan Sağ tərəfdə yarımtəmirli bir ədəd otaq sol tərəfdə də eyni qaydada bir ədəd yarım təmirli otaq yerləşir. Zala daxil olduqda qarşı tərəfdə iki ədəd yan-yana yataq otağı yerləşir. Zalın sağ və sol tərəfində yerləşən yarımtəmirli otaqlardan evin dam hissəsinə qalxmaq üçün tavanda kiçik qapaqlar qoyulmuşdur. Axtarış evin zalından başlanılmışdır. Evin zalında təmir əşyaları yığılmışdır. Həmin əşyaların arasında axtarış aparılmışdır. Axtarış zamanı qanunla qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. Daha sonra evin yataq otaqlarında axtarış aparılmışdır. Evin yataq otaqlarında qanunla qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. Bundan sonra zalın sol tərəfində yerləşən yarım təmirli otağa və oradan evin dam hissəsində axtarış aparılmışdır. Axtarış zamanı orada da sübut əhəmiyyətli əşya və predmet aşkar edilməmişdir. Bundan sonra zalın sağ tərəfində yerləşən hamam-tualetə və hama-tualetin qarşısındakı yarımtəmirli otağa oradan da evin damında axtarış keçirilmişdir. Evin hama-tualetində və dam hissəsində qanunla qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. Axtarış zamanı evin ikinci mərtəbəsində giriş otağının sağında yerləşən, yarı təmirli otağın döşəməsinin altından qara rəngli parçaya bükülü vəziyyətdə olan lüləsi və qundağı kəsilmiş vəziyyətdə olan üzərində 819295 nömrəsi yazılmış ov tüfəngi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs aşkar edilmiş silahın ona məxsus olmadığını bildirməklə silahı polis əməkdaşlarının oraya qoyduğunu bildirmişdir. Bundan sonra yaşayış evinin birinci mərtəbəsində axtarış keçirilmişdir. Baxış evin birinci mərtəbəsində yerləşən girişdən sağdakı zirzəmi kimi istifaə olunan otaqdan başlanılmışdır. Axtarış zamanı həmin otaqdan sellofan torbada olan xeyli miqdarda qutusundan boşaldılmış vəziyyətdə kibrit çöpləri aşkar edilmişdir. Həmin kibrit çöpləri və bir ədəd kibrit qutusu sübut əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Daha sonra həmin otağın sağında yerləşən yataq otağı kimi istifafə olunan otaqda axtarış aparılmışdır. Axtarış zamanı otaqda olan rəfdəki qabın içərsindən 195 ədəd toxum aşkar edilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs həmin toxumların ona məxsus olduğunu, narkotik vasitəni daimi olaraq qəbul etdiyini, marixuanaların içərisindən həmin toxumları yığdığını bildirmişdir. Bundan sonra birinci mərtəbədə yerləşən mətbəx kimi istifadə olunan sahədə axtarış aparılarkən orada olan rəfdəki qabın içərisindən 38 ədəd marixuana toxumu aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin toxumları da marixunanın içərisindən yığdığını bildirmişdir. Evin birinci mərtəbəsində axtarış bununla yekunlaşdırılmışdır. Sonuncu olaraq evin birinci mərtəbəsində yerləşən qarajda axtarış aparılmış, qarajada axtarış aparılarkən qarajın içərisində yerləşən zirzəmidən bir ədəd göy rəngli sellofan torbada kütlə aşkar edilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs həmin kütlənin marixuana olduğunu bildirirək kütləni həmin yerə necə gəldiyini bilmədiyini bildirərək aqressiv reaksiya verib sonrada həmin kütləni də qərəzli olaraq polis əməkdaşlarının gətirdiyini bildirmişdir. Bundan sonra aşkar edilmiş kütlə əczaçı tərəzisinə qoyularaq çəkilmişdir. Aşkar edilmiş kütlə sellofan torba ilə birikdə 498 qram çəkidə olmuşdur. Həmin kütlə qablaşdırılaraq ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Həmin torbanın üzəri iştirakçılarla imzalanaraq DİN-in 75 saylı möhürü ilə möhürlənmiş, daha sonra qarajın sol tərəfində yerləşən köhnə rəfin üzərində bir ədəd əczaçı tərəzisi və bir ədəd çəki daşı aşkar edilərək götürülmüşdür. Bununla da axtarış istintaq hərəkəti yekunlaşdırılaraq protokol tərtib olunmuş, axtarış zamanı videoçəkiliş aparıldığı üçün diskə köçürülərək cinayət işi materiallarına əlavə olunmuşdur. Axtarış aparılarkən Samsung Galaxy A51 markalı mobil telefondan istifadə edilməklə video çəkiliş aparılmışdır. İşdə olan Diskə baxış keçirilməsi və götürülməsi haqqında 03.02.2021-ci il tarixli Protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 istintaqa təqdim etdiyi diskə baxış zamanı diskin içərisində 3 ədəd video formatda faylların olması müəyyən edilmişdir. Həmin video görüntünün birincisi 2 dəqiqə 50 saniyə davam edir. Həmin görüntüdə masanın üzərində örtük insan əli, boşqab və araq şüşəsi görünür. Həmin görüntülərdə iki nəfər şəxsin (kişi) telefon danışıqlarının səsləri əks olunmuşdur. Belə ki, həmin danışıqlar dialoq formasında davam edir. Həmin danışıqların məzmunundan Təqsirləndirilən şəxs hədə-qorxu gəlməklə Zərərçəkmiş şəxs1 pul tələb etməsi məlum olur. İşdə olan Diskə baxış keçirilməsi haqqında 29.04.2021-ci il tarixli Protokoldan görünür ki, 03.02.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 istintaqa təqdim etdiyi içərisində üç ədəd dialoq formasında telefon danışığını əks etdirən video yazını əks etdirən diskdəki səs və video yazılar HP markalı kompyuterdə Təqsirləndirilən şəxs nümayiş etdirilmiş, Təqsirləndirilən şəxs və müdafiəçisi X13 video-səsyazısını izlədikdən sonra Təqsirləndirilən şəxs həmin dialoqdakı səslərdən birinin ona, digərinin isə Zərərçəkmiş şəxs1 məxsus olduğunu, Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək ondan pul tələb etdiyini bildirmişdir. İşdə oilan Telefon danışıqlarına dair məlumatları özündə əks etdirən diskə baxış keçirilməsi haqqında 29.04.2021-ci il tarixli Protokoldan görünür ki, məhkəmə qərarı əsasında Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** sayl mobil telelefonuna daxil olan və çıxan zənglər və smslər bağlı Azercell Telekom MMC tərəfindən göndərilmiş diskə “ HP ” markalı kompyuterdə Təqsirləndirilən şəxs və müdafiəçisi Elçin Həsənovun iştirakları ilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***- ***-**-** saylı mobil nömrə ilə cinayət işi üzrə Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***- **-** saylı mobil nömrə arasında 20.01.2021-ci il trarixdə saat 20:52-də 159 saniyə saat 20:56-da 43 saniyə, 21.01.2021-ci il tarixdə saat 19:28-də 24 saniyə, saat 20:21-də 10 saniyə Təqsirləndirilən şəxs məxsus mobil nömrədən çıxan zənglər əsasında 31.01.2021ci il tarixdə saat 21:57-də 227 saniyə 01.02.2021-ci il tarixdə saat 19:49-da 64 saniyə, saat 20:57-də 27 saniyə və 02.02.2021-ci il tarixdə saaat 22:55-də 84 saniyə Təqsirləndirilən şəxs daxil olan zənglər əsasında danışıqlar aparılmış, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan zənglər və “sms”lərdə narkotik vasitələrin dövriyyəsi ilə bağlı hər hansı sübut əhəmiyyətinə malik məlumat aşkar edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X11 Bölməsinin Məhkəmə-bioloji ekspertizasının 04 fevral 2021-ci il tarixli 16/111 №-li nömrəli Rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kibrit qutusunda kütlə.” yazı və imzalar olan kağızı paketdəki, 1 (bir) ədəd kibrit qutusunda, təmiz çəkisi 4,964 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş, olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş marixuanaya bənzər kütlə.” yazılar və imzalar olan sintetik kisədəki, 1 (bir) ədəd göy rəngli polietilen torbada təmiz çəkisi 490 qram bitki mənşəlli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş 38 ədəd çətənə toxumlarına bənzər kütlə.” yazılar və imzalar olan kağız paketdəki, bitki toxumları, narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumları olub, tərkibində narkotik aktivliyə malik komponentlər yoxdur. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş 195 ədəd çətənə toxumlarına bənzər kütlə.” yazılar və imzalar olan kağız paketdəki, bitki toxumları, narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumları olub, tərkibində narkotik aktivliyə malik komponentlər yoxdur. Tədqiqata təqdim edilmiş, olunmuş üzərində “Təqsirləndirilən şəxs əynindən götürülmüş 1 (bir) ədəd qara rəngli gödəkcə” yazılar və imzalar olan qara rəngli polietilin torbadakı, 1 (bir) ədəd qara rəngli gödəkcənin sağ yan, sol yan və bir sol iç döş ciblərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,178 qram, 0,125 qram, 0,105 qram, ümumi təmiz çəkisi 0,408 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş bir ədəd kağız paketdə, bir ədəd sintetik kisədə və bir ədəd qara rəngli polietilen torbadakı qara rəngli gödəkcənin sağ yan, sol yan və bir ədəd sol iç döş ciblərində olan marixuanalar tərkiblərinə görə eynidirlər.Tədqiqata təqdim olunmuş bitki toxumlarının əkin üçün yararlı olub-olmadığını müəyyən etmək ekspert səlahiyyətinə aid deyil. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin məhkəmə-narkoloji ekspertizasının 27 may 2021-ci il tarixli 598 nömrəli Rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin Məhkəmə-Ballistik Ekspertizasının 04 fevral 2021-ci il tarixli 21/98R saylı Rəyindən görünür ki, tədqiqata təqdim edilmiş hamar lüləli ov tüfəngi atəş üçün yararsızdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gədəbəy Rayon Məhkəməsinin 13.02.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib 01 il islah işləri cəzasına məhkum olunmuşdur.Bundan başqa Təqsirləndirilən şəxs Gədəbəy Rayon Məhkəməsinin 02.12.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4 və 69.4-cü maddələri ilə təqsirli bilinib 2000 manat cərimə cəzasına məhkum olunmuşdur.Bundan başqa Təqsirləndirilən şəxs Gədəbəy Rayon Məhkəməsinin 21.08.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 3 il islah işləri cəzasına məhkum olunmuşdur. 20.05.2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisin amnistiya qərarı ilə cəzadan azad edilmişdir. İşdə olan Arayış və X4 surətlərindən görünür ki, 01 iyun 2004-cü il tarixdə doğulmuş X9 və 10 noyabr 2007-ci il tarixdə doğulmuş Bayramov Rahib Ramin oğlu Təqsirləndirilən şəxs himayəsindədirlər. İşdə olan Ərizədən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs1 təqsirləndirlən şəxsdən şikayəti yoxdur. İşdə olan Gədəbəy RİHB-nin Şəhər İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İşdə olan Arayışdan görünür ki, Təqsirləndirilən şəxs övladı Bayramov Rahib Ramin oğlunun sağlamlıq imkanları məhduddur. Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsinə əsasən hədə-qorxu ilə tələb etmə, yəni, zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə-üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma-əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, təqsirləndirlən şəxs ona Azərbaycan Respublikası CM-nin 182.1. və 234.2-ci maddələri ilə verilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, göstərmişdir ki, üzərində və evində aşkar edilmiş narkotik vasitələri satış deyil, özünün istehlak etməsi məqsədi ilə əldə etmiş və saxlamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 mart 2011-ci il tarixli Plenumunun qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İş üzrə ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, təqsirləndirlən şəxsin narkomaniyadan məcburi müalicə edilməsi zərurəti yoxdur. Yəni, uzun müddət narkotik vasitə istehlak edən şəxsin narkomaniyadan müalicə edilməsi zərurətinin olmaması, onun şəxsi istehlak miqdarından xeyli artıq olan belə böyük miqdarda narkotik vasitəni satış məqsədi ilə əldə edərək, saxladığını sübut edir. Bundan başqa, axtarış zamanı təqsirləndirlən şəxsin evində əczaçı tərəzisi də aşkar edilmişdir və bu hal da onun narkotik vasitəni satış məqsədi ilə əldə etdiyi təsdiq edən sübut kimi qiymətləndirlməlidir. Ona görə də məhkəmə təqsirləndirlən şəxs, zərərçəkmiş və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və işdə olan digər sənədləri təhqiq edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 182.1. və 234.2-ci maddələri ilə ittiham edilmişdir ona görə ki, "xxxx" MMC-nin müqaviləsi əsasında AİMC(X3 Company)-də, yəni Gədəbəy rayonu Qızıl mədənində baş aşbaz işləyən Zərərçəkmiş şəxs1 ilə 19 yanvar 2021-ci il tarixdə Gədəbəy rayonu, Arıxdam kəndində kirayədə yaşadığı evdə iş yoldaşı olan Şahid2 arasında mübahisənin olması və həmin mübahisə zamanı Zərərçəkmiş şəxs1 sonuncunu söyüb təhqir etməsinə və Kamilin barəsində polisə məlumat verməsinə görə 21 yanvar 2021-ci il tarixdən 03 fevral 2021-ci il tarixdək olan müddət ərzində Zərərçəkmiş şəxs1 mütəmadi olaraq zənglər edib Şahid2 üzr istəməli olduğunu, üzr istəmədiyi təqdirdə onu barəsində işlədiyi şirkətə iş yoldaşı olan Şahid1 ilə aralarında qeyri-rəsmi intim münasibətlərində olması haqqında olan rüsvayedici məlumat verəib işdən çıxartdıracağı və güllələyib öldürəcəyi ilə hədələyərək ondan 2000 (iki min) manat pul tələb etmişdir. Bundan başqa o, 2020-ci ilin sentyabr-oktyabr aylarında istintaqa dəqiq tarixi məlum olmayan vaxtda Gədəbəy rayonu, Başkənd adlanan ərazidə yerləşən gölün yaxınlığından baxımsız sahədən yabanı halda bitən çətənə kollarından satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 495,372 qram çəkidə olan narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib yaşadığı evdə və üstündə saxlamış, daşımış və gəzdirmiş, 03 fevral 2021-ci il tarixdə saat 19 radələrində Gədəbəy şəhəri, H.Əliyev prospektində yerləşən “Azərcell Telekom”un binasının qarşısında Gədəbəy RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Gədəbəy şəhəri, 20 yanvar küçəsində yerləşən Gədəbəy Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib onun üzərində şəxsi axtarış aparılan zaman üərindən 5,372 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş və həmin tarixdə yaşadığı ünvan 1 ünvanında yerləşən yaşayış evində axtarış aparılarkən sellofan torbada təmiz çəkisi 490 qram olan qurudulmuş marixuana və bir ədəd əczaçı tərəzisi aşkar edilərək götürülmüşdür. Yəni, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.1 və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 18 və 83-cü maddələrinin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir və əmllərində cinayətlərin residivi yaranmır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.14-cü və 59.2-ci maddələrinə əsasən himayəsində iki yetkinlik yaşına çatmayan övladının olması, övladlarırından birinin sağlamlıq imkanlarının məhdud olması, zərərçəkmişin şikayətinin olmaması və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini Təqsirləndirilən şəxs oğlunun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs oğluna münasibətdə cəzanı yüngülləşdirən halların məcmusuna qiymət verərək, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən şəxsiyyətini səciyyələndirən halları, onun əvvəllər bir neçə dəfə məhkum olunduğunu, az ağır cinayət əməllərini törətməkdə ittiham edildiyini, ittiham edildiyi cinayətlərdən birinə görə yalnız azadlıqdan məhrum etmə cəzasının nəzərdə tutulduğunu, eyni zamanda, təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsirini, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, himayəsində iki yetkinlik yaşına çatmayan övladının olması, övladlarırından birinin sağlamlıq imkanlarının məhdud olmasını, zərərçəkmiş ondan şikayətinin olmamasını nəzərə alaraq, habelə cəzanın ədalətli olması və şəxsin islah olunmasına təsirini təmin etmək məqsədilə hesab edir ki, onun barəsində təqsirləndirildiyi maddələrin sanksiyaları həddində qəti olaraq, azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələblərini nəzərə alıb, iş üzrə maddi sübutlar məsələsini həll edərək belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış və tədqiqatdan sonra 4.914 qram, həmin vaxt əynində olan qara rəngli gödəkcənin ciblərindən aşkar edilmiş tədqiqatdan sonra 0.258 qram və axtarış zamanı evindən aşkar edilərək götürülmüş, tədqiqatdan sonra 489.95 qram çəkilərdə qalan narkotik vasitə olan qurudulmuş marixuana, axtarış zamanı evindən aşkar edilərək götürülmüş bir ədəd Çin istehsalı olan əczaçı tərəzisi və çox saylı kibrit çöpləri hökm qanuni qüvvəsinə mindikdən sonra məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 32,4 manat təqsirləndirilən şəxs X5 alınaraq, dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmün icrası Gədəbəy Rayon Polis Şöbəsi, Gədəbəy Rayon İcra və Probasiya Şöbəsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə tapşırılmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPMnin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli onun həbs edildiyi 03 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə ekspertizaların dəyəri olan 32,40 manat məhkəmə xərci Təqsirləndirilən şəxs dövlət büdcəsinin xeyrinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış müxtəlif çəkilərdə olan narkotik vasitələr, əczaçı tərəzisi və kibrit çöpləri hökm qanuni qüvvəsinə mindikdən sonra məhv edilsinlər. Hökmün icrası Gədəbəy Rayon Polis Şöbəsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №1(042)-43/2021
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-43/2021
04.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver