Məhkəmə qərarları › İş №1(042)-44/2021

Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-44/2021

19.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-44/2021 19.08.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon(şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1971-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, Аzərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkum olunmamış, fərdi qayda əmək fəaliyyəti ilə məşğul olan, Gədəbəy rayonu, Ərtəpə kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Nuriyev X10 rayonu, Soyuqbulaq kənd sakini Şahid1 24 iyul 2018-ci il tarixdə saat 20 radələrində Şahid3 və qeyriləri tərəfindən oğurlanmasına cəhd edilməsi faktına görə 16 avqust 2018-ci il tarixdə Gədəbəy rayon polis şöbəsinin istintaq qrupunda Azərbaycan Respublikası CM-nin 29, 144.1-ci maddəsi ilə başlanılmış, daha sonra isə ibtidai istintaqı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş istintaq və təhqiqat idarəsinin Ağır cinayətlərin istintaqı şöbəsində davam etdirilməklə baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş Şahid3, X7 və X3 Azərbaycan Respublikası CM-nin 29, 144.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işinin ibtidai istintaqı zamanı 29 avqust 2018-ci il, 24 otyabr 2018-ci il, 24 yanvar 2019-cu il tarixlərdə, məhkəmə istintaqı zamanı isə 12 noyabr 2019-cu il tarixdə şahid qismində dindirilərkən bacısı oğlu Şahin Allahyarovun cinayət məsuliyyətinə cəlb edilməməsi məqsədilə, guya sonuncuya məxsus VAZ-2107 markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobili 24 iyul 2018-ci il tarixdə saat 20 radələrində özünün idarə etməsi, habelə Şahid1 oğurlanmasına cəhd edilməsi cinayətində Şahin Allahyarovun hər hansı formada iştirakının olmaması barədə həqiqətə uyğun olmayan bilə-bilə yalan ifadələr verdiyinə görə Azərbaycan Respublikası CM-nin 297.1-ci maddəsi ilə ittiham edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməmiş, ifadə verərək, göstərmişdir ki, Şahid3 və onun ailəsini tanıyır, əvvəllər aralarında ədavət və düşmənçilik olmamışdır. Əvəllər Şahid1 tanımımamışdır. 24 iyul 2018-ci il tarixdə təxminən saat 20 radələrində kəndin yuxarı hissəsindən bacısı X2 kənd məktəbinin yanında olan hüzür yerinə gedərkən, yolda Şahid3 onun idarə etdiyi bacısı oğlu X4 məxsus VAZ-2107 markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilə əl edib saxlatmış, onu və Fikrət Allahyarovu kəndin yuxarı hissəsinə aparmasını xahiş etmişdir. O, hər ikisini əvvəldən tanıdığı üçün, həm də içkili olduqları üçün aparmaq qərarına gəlmişdir. Kəndin mərkəzində yerləşən mağazanın qarşısında Şahid3 ondan maşını saxlamasını xahiş etmişdir. O, fikirləşmişdir ki, Şahid3 düşüb gedəcəkdir. Şahid3 maşından düşən kimi, əvvəllər tanımadığı Şahid1 tutaraq maşına salmaq istəmişdir. Şahid1 isə ona müqavimət göstərib qışqırmış və bacısı Şahid2 köməyə çağırmışdır. Sonra Şahid1 Şahid3 əlindən qaçmış, o, özü isə bu zaman idarə etdiyi maşınla həmin yerdən uzaqlaşmışdır. Həmçinin Fikrətin özü də səs-küyü görüb qaçmışdır. Şahid3 isə həmin yerdə qalmışdır. Bacısı oğlu Şahin Allahyarov həmin vaxt nəinki avtomobildə, həmçinin cinayət hadisəsinin baş verdiyi yerdə olmamışdır. Şahin Allahyarovun avtomobilini o idarə etmişdir. Elşəni və Fikrəti Soyuqbulaq kəndinə özü aparmışdır. Şahid1 oğurlanmasına cəhd edilməsi faktı üzrə Gədəbəy rayon polis şöbəsinin istintaq qrupunda, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyninin Baş istintaq və təhqiqat idarəsinin Ağır cinayətlərin istintaqı şöbəsində, eləcə də Gəncə Ağır cinayətlər məhkəməsində şahid qismində dindirilərkən o, hadisəni olduğu kimi danışmış, yalan ifadələr verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək, bildirmişdir ki, Gədəbəy rayonu,Soyuqbulaq kəndində yaşayır. İnsan oğyurluğu ilə əlaqədar cinayəti işinin ibtidai istintaqı zamanı təqsirləndirilən şəxs qismində verdiyi 24 oktyabr 2019-cu il və 14 yanvar 2019-cu il tarixli ifadələrində göstərmişdir ki, 24 iyul 2018-ci il tarixdə saat təxminən 20 radalərində qohum toyunda iştirak etdiyi qonşu Pirbulaq kəndindən yaşadığı Soyuqbulaq kəndinə gəlmiş və həmin vaxt içkili olmuşdur. Kəndin içində olan dükandan siqaret alıb küçəyə çıxmış və orada durmuşdur. Həmin vaxt durduğu yerə həmkəndlisi X5 idarə etdiyi “VAZ 2107” markalı **-BX-*** dövlət nömrə nişanlı avtomaşını ilə gəlmiş və maşından düşüb onunla görüşüb söhbət etməyə başlamışdır. Bu zaman əvvəllər tanıdıqları Müşgünazı, bacısı Turanə va sonuncunun iki azyaşlı uşaqlarını görmüşlər. O, Şahinə Müşkünazı sevdiyini demişdir. Şahin ona Müşkanızı qaçırmaqda kömək etməyi söz vermiş, maşınla onu hara lazımsa aparacağını demişdir. O, Fikrət Allahyarovla birlikdə Şahinin maşında Müşgünazı qaçırmağa cəhd etmiş, lakin cəhdləri baş tutmamışdır. Hazırda bildirir ki, əslində maşını Şahin Allahyarov deyil, Təqsirləndirilən şəxs idarə etmişdir. O, həmin işin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs onun xeyrinə ifadə verməsini xahiş etmiş, lakin Təqsirləndirilən şəxs bundan imtina etmişdir. Ona görə də ondan intiqam almaq mədsədilə maşını Təqsirləndirilən şəxs deyil, onun polis orqanlarında işləyən bacısı oğlu Şahin Allahyarovun idarə etdiyini bildirmişdir. Yəni, əslində Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı düzgün ifadə vermişdir. Şahid1 Bahadır qızı məhkəməyə teleqramla müraciət edərək, bildirmişdir ki, o və bacısı X9 məhkəmə iclasında iştirak edə bilməyəklər. İclasın onların iştirakı olmadan keçirilməsini və qərar çıxarılmasını xahiş edir, ibtidai sitintaq zamanı Azərbaycan Respublikası DİN-nin İstintaq İdarəsində verdikləri ifadələri təsdiq edirlər. Şahid1 Bahadır qızının Azərbaycan Respublikası DİN-nin İstintaq İdarəsində verdiyi ifadədən görünür ki, hadisə zamanı avtomobilin kimin tərəfindən idarə edildiyini görməmişdir. X17 Cinayətlər Məhkəməsində məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində verdiyi ifadədən görünür ki, 24 iyul 2018-ci il tarixdə saat 20 radələrində bacısı Turanə, iki uşağı və o Gədəbəy rayonu, Soyuqbulaq kəndində qohum evindən çıxıb nənəsigilə gedərkən yolda dükanın yanında kənd sakini X7nun idarə etdiyi avtomobil onların yanlarına çatanda dayanmış, Şahid3 və Fikrət Allahyarov avtomobildən qəflətən yerə düşərək ona yaxınlaşmış, maşını idarə edən Şahin isə avtomobildən düşməyərək sükan arxasında oturmuşdur. Elşən onun qolundan tutaraq heç bir söz demədən onu avtomobilə tərəf çəkməyə başlamış, Fikrət Allahyarov həm onun qolundan tutmuş, həm də bacısı Turanəyə mane olmuşdur. Fləmin vaxt o, Şahid3 müqavimət göstərərək əlindən çıxmağa çalışanda başına qoyduğu süni saç yerə düşmüş, saçın yerə düşməyinə baxmayaraq Elşən onu zorla maşına mindirməyə çalışmışdır.Bu vaxt bacısı Turanə əvvəlcə onu Fikrətdən aralamış, sonra isə dartaraq onu Elşəndən ayırmağa çalışmış, Elşən isə onun qolunu buraxıb belindən tutaraq onu maşına tərəf çəkib bədəninin bir hissəsini, yəni ayaqlarını avtomobilin salonuna salmiş, lakin o hər iki əli ilə avtomobilin ban hissəsindən tutub özünü saxlamışdır ki, Elşən onu tam olaraq avtomobilin salonuna sala bilməsin. Ona görə də bədəninin baş hissəsi salonun çöl tərəfində qalmışdır.O, həmin vəziyyətdə olanda bacısı Turanə kürəyindən tutub dartaraq onu avtomobildən çölə çıxarmışdır. O, qaçarkən Elşən yenə üstünə gələndə müqavimətini itirmiş və arxası üstə yerə yıxılmiş və Elşən ondan əl çəksin deyə Elşənə xəstə olduğunu demişdir. Buna baxmayaraq Elşən yenə üstünə gəlmək istəyəndə bacısı Turanə Elşənin köynəyindən tutub saxlamış, o, isə hadisə yerindən qaçıb uzaqlaşmış, və bu səbəbdən də Elşən onu qaçıra bilməmişdir. Bacısı Elşəni tutanda görmüşdür ki, X15 Allahyarovun idarə etdiyi maşına minərək hadisə yerindən uzaqlaşmışlar. Şahid X6 Azərbaycan Respublikası DİN-nin İstintaq İdarəsində verdiyi ifadədən görünür ki, hadisə zamanı avtomobilin kimin tərəfindən idarə edildiyini görməmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsində, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadədən görünür ki, 24 iyul 2018-ci il tarixdə saat 20 radələrində bacısı Müşgünaz və uşaqları ilə birlikdə Gədəbəy rayonu, Soyuqbulaq kəndində yaşayan qohum evindən çıxıb nənəsigilə gedərkən yolda dükanın yanında kənd sakini X7nun idarə etdiyi avtomobil onlara çatanda saxlamış və avtomobildən digər kənd sakinləri Şahid3 ilə X8 qəflətən yerə düşərək bacısı Muüşgünaza yaxınlaşmış, maşını idarə edən Şahin Allahyarov isə yerə düşməyərək sükan arxasında oturmuşdur. X12 qollarından tutub dartaraq zorla maşına mindirmək istəmiş, həmin vaxt o, Fikrəti Müşgünazdan aralamış, Elşən isə Müşgünazın qolunu buraxıb belindən tutaraq zorla avtomobilin salonuna salmağa çalışanda Müşgünazın baş hissəsi avtomobilin çöl tərəfində qalmış, bu vaxt o, baciısının kürəyindən tutub dartaraq avtomobildən çıxarmış, Elşən yenə bacısı Müşgünazın üstünə gələndə Müşgünaz müvazinətini itirərək arxası üstə yerə yıxılmış və canını Elşəndən qurtarmaq üçün xəstə olduğunu demişdir. Elşən yenə bacısının üstünə getmək istəyəndə o, Elşənin köynəyindən tutub saxlamış, bu vaxt X15 Allahyarovun idarə etdiyi avtomobilə oturaraq birlikdə hadisə yerindən uzaqlaşmışlar. Elşən isə hadisə yerindən uzaqlaşaraq kəndin içəri tərəfinə getmişdir. O və bacısı Şahid1 əvvəlki ifadələrində hadisə vaxtı VAZ 2107 markalı **-BX-*** qeydiyyat nişanlı avtomobili idarə edən şəxs yerə düşmədiyindən onun kim olduğunu bilmədiklərini ona görə göstərmişlər ki, Şahin Allahyarovun anası onların nənəsigilə gələrək ona, bacısı Müşgünaza yalvararaq xahiş etmişdir ki, oğlu Şahinin cavan olduğunu və polis orqanlarına işə düzəlmək ərəfəsində olduğunu nəzərə alsınlar və polisə şikayət edəndə Şahinin adını çəkməsinlər. Onlar da Şahinin anasının xahişini nəzərə alıb qərarlaşmışlar ki, şikayət ərizələrində və gələcək istintaq proseslərində hadisə vaxtı avtomobilin kim tərəfindən idarə olunduğunu görmədiklərini bildirsinlər. Bu səbəbdən o və bacısı Müşgünaz əvvəllər Şahin Allahyarovun əleyhinə ifadə verməmişlər. Lakin hadisə vaxtı həm o, həm də bacısı Şahid1 həmin avtomobilin Şahin Allahyarov tərəfindən idarə olunduğunu görmüşlər. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-cimaddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İşdə olan Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işinin ibtidai istintaqı zamanı 29 avqust 2018-ci il, 24 otyabr 2018-ci il və 24 yanvar 2019-cu il tarixlərdə şahid qismində verdiyi ifadələrdən görünür ki, hadisə zamanı Şahin Allahyarova məxsus avtomobili o, idarə etmişdir. İşdə olan Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli məhkəmə baxış iclasında şahid qismində dindirilərkən verdiyi ifadədən görünür ki, 24 iyul 2018-ci il tarixdə saat 20 radələrində hadisə zamanı Soyuqbulaq kəndində bacısı oğlu X4 məxsus yaşıl rəngli VAZ-2107 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili o, idarə etmişdir. İşdə olan "xxxx" MMC tərəfindən təqdim edilmiş diskə baxış keçirilməsi haqqında 24 dekabr 2018-ci il tarixli protokolla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrə 24 iyul 2018-ci il tarixdə Gədəbəy rayonu, Ərtəpə kəndinin anten əhatə dairəsində olmuşdur. İşdə olan Gəncə Ağır Cinayətlər məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli hökmündən görünür ki, Şahid3 Azərbaycan Respublikası CM-nin 29, 144.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 6 il 9 ay müddətinə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilmiş, 18 sentyabr 2018-ci il tarixdən 5 aprel 2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu və ev dustaqlığında saxlanıldığı 6 ay 17 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 6 il 2 ay 13 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 4 il sınaq müddəti ilə şərti hesab edilmiş, X8 Azərbaycan Respublikası CM-nin 29, 144.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 6 il 9 ay müddətinə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 67-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya Gədəbəy Rayon Məhkəməsinin 27.11.2014-cü il tarixli hökmü ilə təyin edilmiş 3500 manat cərimə cəzasının həmin məhkəmənin 17.01.2019-cu il tarixli qərarı ilə 10 faiz dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzası ilə əvəz edilmiş və çəkilməmiş həmin cəzası CM- nin 68.1.3-cü maddəsinə əsasən 3 ay müddətinə azadlıqdan məhrumetmə növündə cəzaya bərabər tutulmaqla hazırki cəza ilə tam birləşdirilməklə üzərində qəti olaraq 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 3 il 6 ay sınaq müddəti ilə şərti hesab edilmiş, X7 Azərbaycan Respublikası CM-nin 29, 144.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 8 il müddətinə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 4 il sınaq müddəti ilə şərti hesab edilmişdir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 aprel 2021-ci il tarixli qərarından görünür ki, apellyasiya şikayəti təmin edilməmiş və Gəncə Ağır Cinayətlər Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Gədəbəy RİHB-nın Ərtəpə Kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş Xasiyyətnamədən görünür ki, Nuriyev X10 rayonu, Ərtəpə kəndində yaşayır və müsbət xarakterizə edilir. Azərbaycan Respublikası CPM-nin 142.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, qanuni qüvvəyə minmiş məhkəmə hökmünü tədqiq edib sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 297.1-ci maddəsinə əsasən məhkəmədə və ya ibtidai istintaqda şahid, zərərçəkmiş şəxs tərəfindən yalan ifadə vermə və ya ekspert tərəfindən bilə-bilə yalan rəy vermə, habelə tərcüməçi tərəfindən bilə-bilə yanlış tərcümə etmə-min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya bir ildən iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə iclasında təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs məhkəmədə və ibtidai istintaqda yalan ifadəlıər vermədiyini bildirmişdir. Lakin məhkəmə şahid ifadələrini, o cümlədən şahidlərin ibtidai istintaq və məhkəmə iclaslarında vedikləri ifadələri, təqsirləndirlən şəxsə məxsus mobil telefonun hadisə zamanı hadisənin baş verdiyi Gədəbəy rayonu, Soyuqbulaq kəndunin deyil, Ərtəpə kəndinin anten əhatə dairəsində olması haqqında "xxxx" MMC tərəfindən təqdim edilmiş diskə baxış keçirilməsi haqqında protokolu, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli qanuni qüvvəyə minmiş hökmünü, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 aprel 2021-ci il tarixli qərarını Azərbaycan Respublikası CPM-nin 142.1ci maddəsnə əsasən qiymətləndirərək, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunması, yəni, qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığını nəzərə alaraq, belə nəticəyə gəlir ki, Nuriyev X10 rayonu, Soyuqbulaq kənd sakini Şahid1 24 iyul 2018-ci il tarixdə saat 20 radələrində Şahid3 və qeyriləri tərəfindən oğurlanmasına cəhd edilməsi faktına görə 16 avqust 2018-ci il tarixdə Gədəbəy rayon polis şöbəsinin istintaq qrupunda Azərbaycan Respublikası CMnin 29, 144.1-ci maddəsi ilə başlanılmış, daha sonra isə ibtidai istintaqı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş istintaq və təhqiqat idarəsinin Ağır cinayətlərin istintaqı şöbəsində davam etdirilməklə baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş Şahid3, X7 və X3 Azərbaycan Respublikası CM-nin 29, 144.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işinin ibtidai istintaqı zamanı 29 avqust 2018-ci il, 24 otyabr 2018-ci il, 24 yanvar 2019-cu il tarixlərdə, məhkəmə istintaqı zamanı isə 12 noyabr 2019-cu il tarixdə şahid qismində dindirilərkən bacısı oğlu Şahin Allahyarovun cinayət məsuliyyətinə cəlb edilməməsi məqsədilə, guya sonuncuya məxsus VAZ-2107 markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobili 24 iyul 2018-ci il tarixdə saat 20 radələrində özünün idarə etməsi, habelə Şahid1 oğurlanmasına cəhd edilməsi cinayətində Şahin Allahyarovun hər hansı formada iştirakının olmaması barədə həqiqətə uyğun olmayan bilə-bilə yalan ifadələr vermiş və bununla da Azərbaycan Respublikası CM-nin 297.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. İş üzrə təqsirləndirlən şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar yoxdur. Məhkəmə iş üzrə təqsirləndirlən şəxsin Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini ona təyin ediləcək cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə işin faktiki hallarına və təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların məcmusuna qiymət verərək, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, hesab edir ki, şəxsiyyətini səciyyələndirən hallar, eləcə də, təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsiri nəzərə alınmalı, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində Təqsirləndirilən şəxs ictimai işləri növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübutlar, məhkəmə xərcləri və mülki iddia yoxdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 297.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 320 (üç yüz iyirmi) saat müddətində ictimai işlər növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dayişdirilməsin. Cəzanın icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində, həbsdə saxlanılan şəxs hökmün surətinin ona verildiyi andan 20 gün müddətində, Gədəbəy Rayon Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar