Məhkəmə qərarları › İş №1(042)-44/2023

Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-44/2023

07.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-44/2023 07.12.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1973-cü il tarixdə Gədəbəy rayonu, Yenikənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləçməyən, 30 iyun 2015-ci il tarixdə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 03 azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Gədəbəy şəhəri, D.Əliyeva küçəsi, ev 89-da qeydiyyatda olan, barəsində 10 noyabr 2023-ci il tarixdən həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2.-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə ittiham edilmişdir ki, ona görə ki, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Gədəbəy rayonu, Slavyanka kənd sakini Zərərçəkmiş şəxs1 15 aprel 2021-ci il tarixdə dayandırılmış ikinci dərəcə qrup əlillik ilə olan pensiyasını bərpa etdirəcəyi barədə yalan vədlər verib, Zərərçəkmiş şəxs1 inandıraraq sonuncudan 2021-ci ilin may ayında istintaqa məlum olmayan tarixdə və vaxtda Gədəbəy rayonu, Salavyanka kəndi ərazisində yaşadığı evdə 1040 (bir min qırx) manat pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Gədəbəy rayonu, Samanlıq kənd sakini Zərərçəkmiş şəxs2 01 oktyabr 2021-ci il tarixdə dayandırılmış ikinci qrup dərəcə əlillik ilə olan pensiyasını bərpa etdirəcəyi barədə yalan vədlər verib, Zərərçəkmiş şəxs2 inandıraraq sonunucudan 2021-ci ilin sonlarında istintaqa məlum olmayan tarixdə və vaxtda Şəmkir rayonu, Heydər Əliyev prospektində 2800 (iki min səkkiz yüz) manat pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Gədəbəy rayonu, Samanlıq kənd sakini Zərərçəkmiş şəxs2un övladı Haldun Ələkbərovu Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında polis nəfəri vəzifəsinə işə düzəltmək barədə yalan vədlər verib, Zərərçəkmiş şəxs2 buna inanadırmaqla ondan 2022-ci ilin fevral ayından istintaqa məlum olmayan tarixdə və vaxtda Gədəbəy rayonu Mərkəzi bazarının qarşısında 4000 (dörd min) manat manat pulunu ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş, ifadə verərək, göstərmişdir ki, Gədəbəy şəhərində yaşayır. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 30 iyun 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 126.1-ci maddəsi ilə təqsirli bilnərək 03 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Gəncə Apellyasiya Məhkəməsinin 17 avqust 2015-ci il tarixli qərarı ilə cəzası 01 ilə endirilmişdir. 04 aprel 2016-cı ildə cəzasını çəkib bitirmişdir. Gədəbəy rayonu, Slavyanka kənd sakini Zərərçəkmiş şəxs1 onun xırdabuynuzlu heyvanlarına çobanlıq etmiş Məqsəd Bağırovun vasitəsi ilə tanımışdır. 2021-ci ilin yay aylarında heyvan almaq üçün Gədəbəy rayonu, Slavyanka kəndinə getmişdir. Həmin vaxtı orada Məqsədin qaynanası Zərərçəkmiş şəxs1 ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs1 ilə aralarında olan danışıq zamanı 2-ci qrup əlillik dərəcəsi ilə olan pensiyasının kəsilməsini bildirmişdir. Zenfiraya tanışı vasitəsi ilə onun pensiyasını bərpa etdirə biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs1 ilə onun pensiyasını düzəltmək üçün 1200 manata düzəldəcəyini söz vermişdir. Zərərçəkmiş şəxs1 pulu düzəltmək üçün ondan vaxt istəmişdir. Bir necə gün sonra yedindən Zərərçəkmiş şəxs1 yaşadığı evə getmişdir. Ondan 1040 manat, şəxsiyyət vəsiqəsini və pensiya aldığı plastik kartı almışdır. Bundan sonra olan müddət ərzində Zərərçəkmiş şəxs1 pensiyasının düzəlməsi üçün heç bir iş görməmiş və pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Hazırda Zərərçəkmiş şəxs1 aldığı pulu ona qaytarmışdır. Zərərçəkmiş şəxs1 ondan heç bir şikayəti yoxdur. Zərərçəkmiş şəxs2 isə ümumi tanışları Zahidin vasitəsi ilə tanımışdır. Zərərçəkmiş şəxs2 ona 2-ci qrup dərəcəsi ilə olan pensiyasının dayandırılmasını bildirmiş, ondan kömək etməsini istəmişdir. 2021-ci ilin sonlarında Zərərçəkmiş şəxs2 ilə birlikdə onun pensiyasının düzəldilməsi üçün Şəmkir rayonuna getmişdir. Orada Tibbi Sosial Ekspert Komisiyyasının inzibati binasına daxil olmuş, onun sənədlərini qəbul şöbəsinə vermişdir. Binadan çıxdıqdan sonra onu orada gözləyən Zərərçəkmiş şəxs2 yanına gedərək, ondan pensiyasının düzəldilməsi üçün 2800 manat almışdır. Asimə həmin pulu pensiyanını bərpa etdirmək üçün verəcəyini bildirib, yenidən TSEK-nın binasına daxil olmuşdur. Orada pulu cibinə qoyaraq, yenidən Asimin yanına qayıdaraq pulu verdiyini bildirmişdir. Bundan sonra Gədəbəy rayonuna geri qayıtmışlar. Yolda olan zaman Zərərçəkmiş şəxs2 ona oğlunun işsiz olduğunu bildirib,onu hər hansı bir işə düzəlməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs2 onun oğlunu polis orqanlarına işə düzəldə biləcəyini, bunun üçün 5000 manat lazım olduğunu bildirmişdir. Bir müddət sonra Asim, Zahid və o, Gədəbəy rayonu, Mərkəzi bazarının qarşısında görüşmüş, Zərərçəkmiş şəxs2 4000 manaı almışdır. Zərərçəkmiş şəxs2 bir müddət gözləməsini istəmişdir. O, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 adlığı pulları öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Əgər həbsdən azad edilərsə, Zərərçəkmiş şəxs2 da pulunu qaytarmağa söz verir. Təqsirləndirilən şəxs son sözündə özünü təqsirli bilməmiş, barəsində qanunda nəzərdə tutulmuş qərarın çıxarılmasını xahiş etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 məhkəməyə notarial qaydada təsdiqlənmiş ərizə ilə müraciət etmiş, təqsirləndirlən şəxs tərəfindən ona dəymiş zərərin tam ödənildiyini, ondan şikayətinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 2011-ci ildən remator artiler xəstəsi olduğu üçün 2-ci qrup dərəcəsi ilə 259 manat pensiya almışdır. Pensiyası 2021-ci ilin mart–aprel aylarında kəsilmişdir. X3 evində 02 baş iri buynuzlu heyvanı olmuşdur. 2021-ci ilin may ayında dəqiq yadında qalmayan günü Təqsirləndirilən şəxs yanında olan adını bilmədiyi şəxs ilə onların yaşadığı evə gələrək heyvan almaq istədiyini bildirmişdir. Heyvan alqı-satqısı zamanı Fəhrad ilə pensiyanın kəsilməsi barədə söhbət etmişlər. Təqsirləndirilən şəxs “mənim pensiya işləri ilə məşğul olan tanışım var danışıb deyərəm sənin üçün 1500 manata pensiyanı düzəltsin” demişdir. Fəhrada maddi imkanının yaxşı olmadığını 1500 manatı düzəldə bilməyəcəyini bildirmişdir. Fəhrad onun maddi imkanının yaxşı olmadığını nəzərə alaraq 1200 manata razılaşdığını bildirmişdir. Bir necə gün sonra Təqsirləndirilən şəxs pulu almaq üçün onun yaşadığı evə gəlmişdir. Öz ehtiycaları üçün yığdığı puldan 1040 manat pul vermişdir. Qalan 160 manatı isə pensiya kartını aldıqdan sonra verəcəyini bildirmişdir. Fəhrad onun ilə razılaşmışdır. Bir necə gün sonra Təqsirləndirilən şəxs yenidən onun yaşadığı evə gələrək pensiyanın bərpa etdirilməsi üçün ondan şəxsiyyət vəsiqəsini və pensiya kartını almışdır. Sənədləri alan zaman Fəhrad ona “səni pensiyanı düzəlib gələcək 160 manatıda onda alacam” demişdir. Bundan sonra olan müddət ərzində Təqsirləndirilən şəxs ona müxtəlif bəhanələr gətirərək, pensiyanın bərpa ediləcəyini bildirib gözləməsini istəmişdir. Yaşlı qadın olduğu üçün Fəhrad barəsində şikayət edə bilməmişdir. Fəhradın onu aldatdığını başa düşüb DİN-nin 102 xidmətinə məlumat vermişdir. Təqsirləndirilən şəxs ona pensiyasını adını demədiyi tanışın vasitəsi ilə düzəldəcəyini bildirmişdir. Ona şəxsiyyət vəsiqəsini və pensiya aldığı plastik kartını vermişdir. Pulu Fəhrada verən zaman ikisi olmuş, yanılarında başqa şəxs və ya şəxslər olmamışdır. Təqsirləndirilən şəxs pensiyanın bərpa edilməsi üçün heç bir tibb müəssisəsinə və həkim müayinəsinə aparmamışdır. Fəhradın vasitəsi ilə və onun göstərişi ilə pensiyanın bərpa edilməsi üçün abmulator və stasionar qaydada müalicə almamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadə verərək, bildirmişdir ki, Gədəbəy rayonu, Samanlıq kəndində ailə üzvlərilə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur. 2012-ci ildən 2-ci qrup əlillik dərəcəsi ilə 2021-ci ilin sonlarına kimi pensiya almışdır. Gədəbəy rayonu, Yenikənd kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onu qohumu Zahidin vasitəsi ilə tanımışdır. Fəhrad ona pensiya düzəltdirə bilcəyini demişdir. Həmin vaxtı onun 2-ci qrup əlillik dərəcəsi ilə olan pensiyası kəsilmişdir. Maddi imkanı yaxşı olmadığı üçün pensiyasının bərpa etdirilməsinə çalışmışdır. Təqsirləndirilən şəxs onun dayandırılmış peniyasının bərpa etdirilməsi üçün 2800 manat lazım olduğunu bildirmişdir. O, razılaşmış və öz ehtiyacları üçün yığdığı puldan 2800 manat götürüb 2021-ci ilin sonlarında Fəhrad ilə görüşmüş, onunla birlikdə Şəmkir rayonuna Tibbi Sosial Ekspert komisiyasının Şəmkir rayonunda yerləşən filialının qarşısına gəlmişdir. Təqsirləndirilən şəxs binaya girmiş, bir necə dəqiqə sonra geri qayıdaraq ondan 2800 manat almış, TSEK-nın binasına daxil olmuşdur. Bir necə dəqiqədən sonra geri qayıdaraq, pulu verdiyini və onun işinin düzəcəyini bildirmişdir. Birlikdə Gədəbəy rayonuna qayıdarkən aralarında söhbət zamanı ona oğlu Haldunun işsiz olmasını və onu işə düzəltmək istədiyini bildirmişdir.Fəhrad ona oğlunu polis orqanlarına işə düzəldəcəyini bildirib sənədlərini istəmişdir.Oğlunun şəxsiyyət vəsiqəsini Gədəbəy rayonunda görüşüb Fəhrada vermişdir. Fəhrad bir necə gündən sonra zəng edərək, oğlunun işinin hazır olmasını 5000 manat pul verdikdən 2 ay sonra oğlunun işə çıxacağını bildirmişdir. Öz ehtiyacları üçün yığdığı puldan 4000 manat düzəldib 2022-ci ilin fevral ayının ortalarında Gədəbəy rayon Mərkəzi bazarında qaynı Zahidin yanında 4000 manatı ona vermişdir. Fəhrad ona bir müddət sonra oğlunu Şəmkir ya da Gəncə şəhər polis orqanlarına adı çəkmədiyi şəxsin vasitəsi ilə işə düzəldəcəyini bildirmişdir. O, bir necə ay gözləmiş, Fərhadın onu aldatdığını başa düşmüşdür. Fəhraddan bir müddət sonra oğlunun şəxsiyyət vəsiqəsini geri almışdır. Təqsirləndirilən şəxs cəmi, 6800 manat vermişdir. Ona qanunda nəzərdə tutulmuiş cəzanın verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadə verərək, bildirmişdir ki, heç bir yerdə işləmir. fərdi əməklə məşğuldur. X5 qardaşı Nüsrətə görə tanıyır, əvvəllər aralarında heç bir narazılıq və ədavət baş verməmişdir. Gədəbəy rayonu, Samanlıq kənd sakini Zərərçəkmiş şəxs2 bacısının həyat yoldaşıdır, aralarında heç bir narazılıq və ədavət olmamışdır. 2022-ci ilin fevral ayında Zərərçəkmiş şəxs2 Fərhadın onun oğlu Haldunu polisə işə düzəldəcəyini buna görə 4000 manat istədiyini bildirib onun ilə görüşmək üçün Gədəbəy rayon Mərkəzi bazarına getməsini xahiş etmişdir. Asim ilə birlikdə onun idarə etdiyi VAZ-2121 minik markalı avtomobillə Fərhad ilə görüşüb pulu vermək üçün Gədəbəy rayon Mərkəzi bazarına gəlmişlər. Yolda olan zaman Asim ona Fərhad Ələsgərovun 2-3 ay bundan əvvəl onun dayandırılmış 2-ci qrup əlillik dərəcəsi ilə olan pensiyasını bərpa etdirəcəyini öz verib 2800 manat pul almasını bildirmişdir. Bazarın qarşısına çatan zaman Fərhad Ələsgərovun özünə məxsus olan qırmızı rəngli avtomobildə əyləşdiyini görmüşdür. Fərhad avtomobildən düşüb salamlaşmıdır. Zərərçəkmiş şəxs2 onun yanında hamısı 100 manatlıq əskinaslar olmaqla 4000 (dörd min) manat pulu Fərhad Ələsgərova vermişdir. Fərhad pulu alan zaman Asimə oğlu Haldunu 3 ay ərzində siravi polis əməkdaşı kimi işə düzəldəcəyini bildirmişdir. Fərhad Asimdən pulu alan zaman pulu kimə verəcəyini ona puldan nə qədər çatacağı və oğlunun kimin vasitəsi ilə işə düzəldəcəyi barədə heç bir söz deməmişdir. Fərhada pulu verdikdən sonra sağollaşıb ayrılmışdır. Bundan sonra olan müddət ərzində X9 polis əməkdaşı kimi işə düzəltməsini gözləmişdir. Amma X1 işə düzəltməmiş, onun dayandırılmış pensiyasını bərpa etdirməmiş, aldığı pulları geri qaytarmamışdır. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Qazax-Tovuz Regional filialının 01 iyun 2023-cü il tarixli 3-17-1/2-122469/2023 saylı məktubundan görünür ki, Zərərçəkmiş şəxs1 filialdan xx.xx.2021-ci il tarixdən əlilliyə görə əmək pensiyası almışdır. Növbəti komissiya vaxtı olduğu üçün pensiya ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. Hal-hazırda filialdan heç bir növ əmək pensiyası təqaüd və ya sosial müavinət almır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 02 iyun 2023-cü il tarixli 3-17-4/2-14380/2023 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə” müvafiq olaraq Z. Musayevaya xx.xx.2016-cı il tarixdən ümumi xəstəlik səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Lakin əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən sonra əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik altsisteminə Zərərçəkmiş şəxs1 dair yeni göndərişin daxil olmadığı göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Qazax-Tovuz Regional filialının 07 iyul 2023-cü il tarixli 3-17-1/2-151947/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs filialdan xx.xx.2021-ci il tarixdək 2-ci qrup ümumi xəstəlik əlilliyə görə əmək pensiyası almışdır. Növbəti komissiya vaxtı olduğu üçün pensiya ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. Hal-hazırda filialdan heç bir növ əmək pensiyası təqaüd və ya sosial müavinət almır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Qazax-Tovuz Regional filialının 05 aprel 2023-cü il tarixli 3-17-1/2-72152/2023 saylı məktubundan görünür ki, Zərərçəkmiş şəxs2 filialdan xx.xx.2021-ci il tarixdən əlilliyə görə əmək pensiyası almışdır. Hal-hazırda filialdan heç bir növ əmək pensiyası təqaüd və ya sosial müavinət almır. İşdə olan Şəmkir RPŞ-nin xx.xx.2023-cü il tarixli 3-13-110/2-21687/2023 saylı məktubundan görünür ki, Gədəbəy rayonu, Samanlıq kənd sakini X8 xx.xx.2021-ci il tarixdən hal-hazıra kimi DİO-da xidmətə qəbul olunmasına dair Şəmkir RPŞ-də heç bir sənəd qəbulu həyata keçirilməmişdir. İşdə olan Protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 noyabr 2023-cü il tarixdə tutulmuşdur. İşdə olan Zərərçəkmiş şəxs1 notarial qaydada təsdiq edilmiş Ərizəsindən görünür ki, təqsirləndirlən şəxs tərəfindən ona dəymiş zərər tam ödənildiyini və ondan şikayətinin olmadığını bildirmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci ildə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 03 azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Gəncə Apelyyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə CM-nin 62-ci maddəsi tətbiq edilərək azadlıqdan məhrum etmə cəzası 01 ilə endirilmiş, xx.xx.2016-cı il tarixdə Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin qərarı ilə 02 ay 25 gün vaxtından əvvəl şərti azad olunmuşdur. İşdə olan Arayışdan görünür ki, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan övladı X11 2012-ci ildə doğulmuşdur. İşdə olan Gədəbəy RİH Başçısının Şəhər İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 178.2.2-ci maddəsinə əsasən eyni əməllər təkrar törədildikdədörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, təqsirləndirilən şəxsin, zərərçəkmişlərin və şahidin ifadələri və istintaq hərəkətlərinin protokolları ilə sübut edilmişdir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Gədəbəy rayonu, Slavyanka kənd sakini Zərərçəkmiş şəxs1 15 aprel 2021-ci il tarixdə dayandırılmış ikinci dərəcə qrup əlillik ilə olan pensiyasını bərpa etdirəcəyi barədə yalan vədlər verib, Zərərçəkmiş şəxs1 inandıraraq sonuncudan 2021-ci ilin may ayında istintaqa məlum olmayan tarixdə və vaxtda Gədəbəy rayonu, Salavyanka kəndi ərazisində yaşadığı evdə 1040 (bir min qırx) manat pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Gədəbəy rayonu, Samanlıq kənd sakini Zərərçəkmiş şəxs2 01 oktyabr 2021-ci il tarixdə dayandırılmış ikinci qrup dərəcə əlillik ilə olan pensiyasını bərpa etdirəcəyi barədə yalan vədlər verib, Zərərçəkmiş şəxs2 inandıraraq sonunucudan 2021-ci ilin sonlarında istintaqa məlum olmayan tarixdə və vaxtda Şəmkir rayonu, Heydər Əliyev prospektində 2800 (iki min səkkiz yüz) manat pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Gədəbəy rayonu, Samanlıq kənd sakini Zərərçəkmiş şəxs2un övladı Haldun Ələkbərovu Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında polis nəfəri vəzifəsinə işə düzəltmək barədə yalan vədlər verib, Zərərçəkmiş şəxs2 buna inanadırmaqla ondan 2022-ci ilin fevral ayından istintaqa məlum olmayan tarixdə və vaxtda Gədəbəy rayonu Mərkəzi bazarının qarşısında 4000 (dörd min) manat manat pulunu ələ keçirməklə dələduzluq etmiş və bununla da Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərədə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə nəzərə alır ki, təsirləndirlən şəxs ağır cinayət törətdiyinə görə 2015-ci ildə məhkum edilmiş, 04 aprel 2016-cı il tarixdə cəza çəkməkdən azad edilmiş, məhkumluğunun ödənilmədiyi müddətdə yenidən cinayət törətmiş və Azərbaycan Respublikası CM-nin 18.1; 83.1. və 83.3.4-cü maddələrinə əsasən əməlində cinayətlərin residivi var. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən təqsirləndirlən şəxsin əməlində cinayətlərin residivininin olmasını ağırlaşdırıcı hal kimi qiymətləndirilir. Məhkəmə iş üzrə təqsirləndirlən şəxsin Azərbaycan Respublikası CM-nin 59.1.4; 59.1.14. və 59.2-ci maddələrinə əsasən himayəsində azyaşlı övladının olmasını, cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini ona təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məcəllənin 56.1. və 56.1.3-cü maddələrinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçünciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin etməlidir. Həmin Qərarın 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olmasını, cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirməklə bərabər, onu da nəzərə alır ki, onun əməlində cinayətlərin residivi var və zərərçəkmiş Zərərçəkmiş şəxs2 ondan şikayət etmişdir. Ona görə də məhkəmənin qənaətinə görə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan daha ağır cəza, yəni, azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, cəza çəkmənin əvvəli 10 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə məhkəmə xərci, maddi sübut və mülki iddia yoxdur. Hökmün icrası Gədəbəy Rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasına həvalə edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2. və maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 10 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Gədəbəy Rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar