Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-45/2020 22.10.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəmkir Rayon Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.2000-ci ildə Gədəbəy rayonu, Plankənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Gədəbəy rayonu, Plankənd kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Rеspublikası CM-nin 244-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 244-1.1-ci maddəsi ilə ittiham edilmişdir ona görə ki,tamah niyyəti ilə qumar oyunlarının keçirilməsi məqsədilə Gədəbəy rayonu, Plankənd kəndində yerləşən atası Şahid9 icarəyə götürdüyü ikimərtəbəli ticarət obyektinin ikinci mərtəbəsində bir qrup şəxslərin kartla uduşu qeyri-müəyyənlikdən və təsadüfdən asılı olan pul vəsaitləri barəsində “Poker” növünə aid qumar oyunlarının keçirilməsi üçün şərait yaradaraq, həmin qumar oyunlarından gəlir əldə etməklə qumarxana yəni, qumar oyunlarının keçirilməsi üçün yer təşkil edərək saxlamış, xx xxxx 2020-ci il tarixdə saat 21 radələrində Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin kafeyə baxış keçirilən zaman orada olan şəxslərin qarşısından qumar oyunu üçün istifadə etdikləri 36 ədəd oyun kartları və 27 manat pul, kafedə olan otaqdakı masanın üzərindən 36 ədəd oyun kartları, zalda olan digər masanın üzərindən 36 ədəd oyun kartları, zalda olan digər masanın yanında yerə səpələnmiş halda 36 ədəd oyun kartları aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs Azərbaycan Rеspublikası CM-nin 244-1.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmiş, ifadə verərək, göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. 2019-cu ilin payız aylarında atası Şahid9 həmkəndliləri X1 ona məxsus ikimərtəbəli ticarət obyektini icarəyə götümüşdür. Həmin kafenin birinci mərtəbəsini mağaza kimi istifadə edib orada un və yem satmış. İkinci mərtəbəsini isə o, kafe kimi işlətmişdir. Kiçik qardaşı Şahid10 bəzi vaxtlarda ona köməklik etmişdir. xx xxxx 2020-ci il tarixdə saat 20 radələrində Miskinli kənd sakini Bayram və həmkəndlisi Şahid8la oturub çayın pulunu verməkdən “Bra” növündə kart oyunu oynamağa başlamışdır. Oyun təxminən, yarım saat müddətində davam etmişlər. Təxminən, saat 21 radələrində polis əməkdaşları kafeyə daxil olub oyunu dayandırmalarını və izahat vermək üçün polis şöbəsinə getməli olduqlarını bildirmişlər. Polis əməkdaşları içəriyə daxil olduğu zaman oyunu qurtarıb nöbəti oyuna başlamaq istəmişlər. O, polis əməkdaşlarını gördükdə oyun kartlarını götürüb cibinə qoymuşdur. Lakin polis əməkdaşlarının tələbi əsasında cibinə qoyduğu bir neçə oyun kartını və cibində olan özünə məxsus 27 manat pulu təqdim etmişdir. Bundan sonra onları rayon polis şöbəsinə gətirmişlər. Həmin vaxt yanlarında olmuş Rəsul və İvan onlarla qumar oynamamışdır. Onlar yalnız üçü qumar oynamışdır. O, qumarxana təşkil etməmişdir. Əvvəllər kafedə kart oynayanlardan haqq aımamışdır. Kafedə aşkar edilmiş kart dəstləri kafenin əvvəlki istifadəçilərindən qalmışdır. İbtidai istintaq zamanı müstəntiq ona və şahidlərə təzyiqlər göstərmiş, onlara bu məsələdə ciddi bir şey olmadığını demiş, onlardan yalandan etirafedici izahat və ifadələr almışdır. Bununla belə, törətdiyi əməldən peşmandır və ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Gədədəy Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxx 2020-ci il tarixdə Gədəbəy rayonu, Plankənd kəndi ərazisində Gədəbəy Rayon Polis Şöbəsinin Post Patrul Xidməti tağımın komandiri Şahid1, polis nəfəri Şahid4 və Şahid3la birlikdə xidmətdə olmuşdur. Onlar götərilən tarixdə saat 21 radələrində Gədəbəy rayonu, Plankənd kəndinin mərkəzində yerləşən ikimərtəbəli ticarət obyektinin ikinci mərtəbəsində olan kafedə işıq yandığını görüb, ikinci mərtəbədə olan kafeyə çay içmək üçün daxil olmuşlar. Kafeyə daxil olduqda kafenin ümumi zalında sağa döndükdən sonra sol tərəf başda yerləşən stolda bir neçə şəxsin kartla puldan qumar oynadıqlarını görmüşlər. O, bu barədə dərhal Növbətçi Hissəyə məlumat vermişdir. Onlar kafeyə daxil olduqda orada qumar oynayan, adını sonradan bildiyi, kafeni işlədən Təqsirləndirilən şəxs polis əməkdaşlarını görən kimi stolda olan pulu və oyun kartlarının bir neçəsini götrüb tez cibinə qoymuşdur. Onlar Təqsirləndirilən şəxs stoldan götürdüyü kartları və pulu stolun üstünə qaytarıb qoymasını təkilf etmişlər. Təqsirləndirilən şəxs cibinə qoyduğu kartları və 27 manat pulu cibindən çıxarıb stolun üstünə qoymuşdur. Hadisə yerinə bir qədər sonra Polis Şöbəsinin İstintaq Bölməsinin rəisi Bərzani Abbasov gəlmiş və baxış keçirib, oyun masasında olan Təqsirləndirilən şəxs təqdim etdiyi 27 manat pulu, bir dəst 36 ədəd olan oyun kartını, orada olan otaqdakı stoldan bir dəst 36 ədəd oyun kartını, zaldakı stolun üstündə olan bir dəst 36 ədəd oyun kartını və zaldakı digər stolun yanına tökülmüş bir dəst 36 ədəd oyun kartını götürmüş və bu haqda orada protokol tərtib etmişdir. Həmin vaxt orada tərtib edilmiş protokol ucadan oxunmuş və imzalarla təsdqi olunmuşdur. Bundan sonra orada qumar oynayan adlarını sonradan bildiyi Şahid8, Şahid7, Şahid5 Binət oğlu, Şahid6, X3 və Təqsirləndirilən şəxs araşdrılma aparılması üçün rayon polis şöbəsinə gətirilmişlər. Şöbədə müvafiq sənədləşmə aparımışdır. Saxlanılmış şəxslər törətdikləri əməli etiraf etmişlər. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı bir münasibəti olmamışdır. Sənədləşmə zamanı həmin şəxslərə heç bir qeyri qanuni təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ilə eyniməzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadə verərək, bildirmişdir ki, taksi fəliyyəti ilə məşğul olur. xx xxxx 2020-ci il tarixdə saat 18:30 radələrində Gədəbəy rayonu, Plankənd kəndinin mərkəzində yerləşən Şahid9 icarə əsasında işlətdiyi kafenin birinci mərtəbəsində yeyib içdikdən sonra həmin kafenin ikinci mərtəbəsinə çıxmışdır. Həmin vaxt Şahid9 oğlu Təqsirləndirilən şəxs və əvvəllər tanıdığı Düzyurd kənd sakinləri Rəsul və İvan adlı şəxslərlə oturub çayın pulunun verməkdən “Bra” növündə qumar kart oyunu oynamağa başlamışdır. Bir qədər sonra qonşu kənddə yaşayan Şahid8 da gəlib qumar oynamaq istədiyini dedi və üçü yəni, Mehdi, Elgün və o, oyunu davam etdirmişlər. Oyun təxminən, 30 dəqiqə davam etmişdir. Saat 21 radələrində polis əməkdaşları kafeyə daxil olub oyunu dayandırmaqlarını və izahat vermək üçün polis şöbəsinə getməli olduqlarını bildirmişlər. Polis əməkdaşları içəriyə daxil olduğu zaman Təqsirləndirilən şəxs ortada olan oyun kartlarının bir neçəsini götrüb tez cibinə qoymuş, lakin polis əməkdaşlarının tələbi əsasında polis əməkdaşlarına cibinə qoyduğu bir neçə oyun kartını və 27 manat pulu təqdim etmişdir. Bundan sonra onları rayon polis şöbəsinə gətirmişlər və sənədləşmə aparılmışdır. Sənədləşmə zamanı müstəntiq onlara demişdir ki, qumar oynadıqlarını etiraf etsələr, onlar haqqında heç bir ciddi tədbir görülməyəcək. Ona görə də o və digər şəxslər kafedə puldan qumar oynadıqlarını etiraf etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş ki, Şahid8 ifadə verərək, bildirmişdir ki, Şəmkir regional Meşə Mühafizə və Bərpası İdarəsində meşə gözətçisi vəzifəsində işləyir. xx xxxx 2020-ci il tarixdə saat 19 radələrində yeyib içdikdən sonra Şahid9 icarəyə götürüb işlətdiyi Gədəbəy rayonu, Plankənd kəndinin mərkəzində yerləşən kafeyə gəlmişdir. Həmin vaxt kafedə əvvəllər tanıdığı Təqsirləndirilən şəxs Şahid7la kart oynadıqlarını görmüşdür. O, da onlarla oynamaq istədiyini demişdir. Şahid7 və Təqsirləndirilən şəxs də onlunla razılaşmışdır. Onlar üçü də çayın pulunu verməkdən qumar oynamışlar. Həmin vaxt o, sərxoş olduğundan hansı oyunu oynadıqlarını yadında saxlamamışdır. Təqsirləndirilən şəxs qardaşı Akşin Tağıyev həmin vaxt kafedə olsa da o, qumar oyununa yaxın gəlməmişdir. O, yalnız kafedə oturan müştərilərə qulluq etmişdir. Təxminən, yarım saat oynamışlar ki, bir neçə polis əməkdaşı kafeyə daxil olmuşdur. Onlar polis əməkdaşlarını gördükdən sonra oyunu dayandırmışlar. Oyun kartlarının bir neçəsini isə Təqsirləndirilən şəxs polis əməkdaşlarını gördükdə götürüb tez cibinə qoymuşdur. Daha sonra polis əməkdaşları Təqsirləndirilən şəxs pulu və oyun kartlarını təqdim etməsini tələb etmişlər. Təqsirləndirilən şəxs cibindən bir neçə oyu kartı və 27 manat pulu çıxarıb polis əməkdaşlarına təqdim etmişdir.Bundan sonra onları rayon polis şöbəsinə gətirmişlər və sərxoşluğunu həkim müayinəsindən keçirmişlər. Sənədləşmə zamanı müstəntiq onlara demişdir ki, hər şeyi etiraf etsələr, onlar haqqında heç bir tədbir görülməyəcək. O və digər şəxslər qumar oynadıqlarını təsdiq etmişlər. Buna görə də o, inzibati məsuliyyətə cəlb olunaraq,cərimə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadə verərək, bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 18:30 radələrində dostları Şahid6 və Teymur İsmayılovla birlikdə Gədəbəy rayonu, Plankənd kəndinin mərkəzində yerləşən Şahid9 işlətdiyi kafeyə gəlmişlər. Kafedə Şahid9 oğlu Təqsirləndirilən şəxs, Bayram və Mehdi adlı şəxlərlə kart oynadığını görmüşdür. Lakin nə o, nə də dostları onlarla oturmamış, başqa bir stolun arxasında oturaraq çay içmiş, kart oynamamışlar. Təxminən saat 21 radələrində polis əməkdaşları kafeyə daxil olub Təqsirləndirilən şəxs, Bayram və Mehdinin kart oynadıqlarını görmüş və onların hamısını sənədləşdirilmə aparılması üçün polis şöbəsinə aparmışlar. Halbuki, o, kafedə qumar oynamamışdır. O, həmin kafedə əvvəllər də qumar oyunlarının təşkil edilməsini bilməmişdir. Sənədləşmə zamanı müstəntiq onlara demişdir ki, qumar oynadıqlarını etiraf etsələr, onlar haqqında heç bir ciddi tədbir görülməyəcək. Ona görə də o və digər şəxslər kafedə qumar oynadıqlarını etiraf etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 Azər oğlu ilə Şahid5 ilə eyniməzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadə verərək, bildirmişdir ki, Gədəbəy rayonunun Plankənd kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun qardaşıdır. xx xxxx 2020-ci il tarixdə saat təxminən 17 radələrində atası Şahid9 icarə əsasında işlətdiyi ticarət obyektində müştərilərə qulluq etmişdir. Kafedə olduğu zaman kafenin mətbəxində özü içmək üçün çay hazırlamış və mətbəxi səliqəyə salmışdır. Həmin vaxt qardaşı Təqsirləndirilən şəxs kafenin stollar qoyulmuş hissəsində olmuşdur. Elgünün çayı kiminlə içdiyini və orada qumar oynanıldığını görməmişdir. Təxminən saat 21 radələrində polis əməkdaşları kafeyə gələrək, Rəsul, İvan, Mehdi, Bayram və Elgünü qumar oynadıqlarına görə polis şöbəsinə aparmışlar. Kafedə olan stolların üzərində onlar kafeni icarəyə götürdükləri vaxtdan kart dəstləri olmuşdur. Bu kartlarla müştərilər həmişə çayın və ya yeməyin pulunu ödəməkdən qumar oynamışlar. Onlar kafedə müştərilərə domino da verirlər. Müştərilər bəzən domino ilə də çayın pulunu ödəməkdən oynayırlar. Məhkəmə iclasında şahid qismində dindirlmiş Şahid9 ifadə verərək, bildirmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, lakin heyvandarlıqla məşğul olub ailəsini saxlayır. Təqsirləndirilən şəxs onun oğludur. xx xxxx 2020-ci il tarixdə saat 15 radələrində həkim müayinəsindən keçmək üçün Bakı şəhərinə getmişdir. Gədəbəy rayonu, Plankənd kənd sakini Mehman Ələsgərovdan onlara məxsus ikimərtəbəli ticarət obyektinin açarlarını 2019-cu ilin dekabr ayında un-kəpək satmaq məqəsdi ilə almışdır. Həmin obyekin açarları onda olduğu müddətdə ticarət obyektinin birinci mrtəbəsində un-yem satmışdır. Ticarət obyektinin ikinci mərtəbəsini isə çay içmək üçün istifadə etmişdir. xx xxxx 2020-ci il tarixdə Bakı şəhərinə getdiyi üçün açarları oğlu Təqsirləndirilən şəxs verib getmişdir. O, Bakı şəhərində olduğu zaman axşam saatlarında həyat yoldaşı zəng edib kafedən uşaqları polis əməkdaşlarının apardığını demişdir. Oğlu Elgün isə ondan sonra axşam saatlarında özü zəng edərək kafedən polis əməkdaşlarının onları gətirdiyini bildirmişdir. Daha sonra böyük oğlu İlkin Tağıyevlə danışarkən o, bildirmişdir ki, Elgün kafedə Bayram və Mehdi ilə qumar oynayarkən polis əməkdaşları onları polisə gətirmişdir. Bundan sonra ona məlum olmuşdur ki,həmin gün o,Bakıya getdikdən sonra uşaqlar ticarət obyektinin ikinci mərtəbəsində, yəni, kafe olan hissəsində çayın pulunu ödəməkdən kartla oynamışlar. Həmin yerdə əvvəllər heç vaxt qumar oynaçağa icazə verməmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid kimi dindirlmiş Gədəbəy RPŞ-nin İB-nin müstəntiqi Şahid11 ifadə verərək, bildirmişdir ki, iş üzrə ibtidai istintaqı aparmışdır. İstintaq zamanı müəyyən edilmişdir ki, xx xxxx 2020-ci il tarixdə Gədəbəy rayonu, Plankənd kəndi ərazisində Gədəbəy Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid2, Post Patrul Xidməti taqmın komandiri Şahid1 və polis nəfəri Şahid4 və polis serjantı Şahid3 xidmət zamanı saat 21 radələrində Gədəbəy rayonu, Plankənd kəndinin mərkəzində yerləşən ikimərtəbəli ticarət obyektinin ikinci mərtəbəsində olan kafedə işıqların yandığını görüb, çay içmək üçün daxil olmuşlar. Kafeyə daxil olduqda kafenin ümumi zalında sağa döndükdən sonra sol tərəf başda yerləşən stolda bir neçə şəxsin kartla puldan qumar oynadıqlarını görmüş, dərhal Gədəbəy RPŞ-nin Növbətçi Hissəsinə bu haqda məlumat vermişdir. Onlar kafeyə daxil olduqda orada qumar oynayan Təqsirləndirilən şəxs polis əməkdaşlarını görən kimi stolda olan pulu və oyun kartlarının bir neçəsini götrüb tez cibinə qoymuşdur. Polis əməkdaşları Təqsirləndirilən şəxs stoldan götürdüyü kartları və pulu stolun üstünə qaytarıb qoymasını təkilf etmişlər. Təqsirləndirilən şəxs də bundan sonra cibinə qoyduğu kartları və 27 manat pulu cibindən çıxarıb stolun üstünə qoymuşdur. Hadisə yerinə bir qədər sonra İstintaq Bölməsinin rəisi Bərzani Abbasov gəlmiş və baxış keçirib oyun masasında olan Təqsirləndirilən şəxs təqdim etdiyi 27 manat pulu, bir dəst 36 ədəd olan oyun kartını, orada olan otaqdakı stoldan bir dəst 36 ədəd oyun kartını, zaldakı stolun üstündə olan bir dəst 36 ədəd oyun kartını və zaldakı digər stolun yanına tökülmüş bir dəst 36 ədəd oyun kartını götürmüş və bu haqda orada protokol tərti etmişdir. Həmin vaxt orada tərtib edilmiş protokol ucadan oxunmuş və imzalarla təsdqi olunmuşdur. Bundan sonra orada qumar oynayan adlarını sonradan bildiyi Şahid8, Şahid7, Şahid5 Binət oğlu, Şahid6, X3 və obyekti icarə əsasında işlədən Şahid9 oğlu Təqsirləndirilən şəxs araşdrılma aparılması üçün polis şöbəsinə gətirilmişlər. Polis Şöbəsində müvafiq sənədləşmə aparımışdır.İstintaq zamanı təqsirləndirilən şəxsə və şahidlərə heç bir təzyiq göstərliməmiş və təqsirləndirlən şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 244- 1.1-ci maddəsinin tərkib hissəsi olduğu üçün cinayət işi başlanılmışdır. O, təqsirləndirlən şəxslə eyni kənddə yaşayır. Münasibətləri normal olmuş, aralarında düşmənçilik və ya ədavət olmamışdır. Bununla belə ona məlum olmuşdur ki, təqsirləndirilən şəxs və onun atası Şahid9 şahidlərə təzyiqlər göstərmiş və onlar ibtidai istintaq zamanı verdikləri ifadələri məhkəmə istintaqı zamanı dəyişmişlər. Şahidlər Şahid4 və Şahid3 məhkəməyə teleqram göndərərək, məhkəmə iclasında iştirak etmək imkanlarının olmadıqlarını və ibtidai istintaq zamanı verdikləri ifadələri təsdiq etdiklərini bildirmişlər. Şahid4 məhkəmə iclasında elan edilmiş dindirmə protokolundan görünür ki, Gədədəy Rayon Polis Şöbəsində polis nəfəri vəzifəsində işləyir. xx xxxx 2020-ci il tarixdə Gədəbəy rayonu, Plankənd kəndi ərazisində Gədəbəy Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid2, Post Patrul Xidməti tağımın komandiri Şahid1 və Şahid3la birlikdə xidmətdə olmuşdur. Saat 21 radələrində Gədəbəy rayonu, Plankənd kəndinin mərkəzində yerləşən ikimərtəbəli ticarət obyektinin ikinci mərtəbəsində işıqların yandığını görüb ikinci mərtəbədə olan kafeyə çay içmək üçün daxil olmuşlar. Kafeyə daxil olduqda kafenin ümumi zalında sağa döndükdən sonra sol tərəf başda yerləşən stolda bir neçə şəxsin kartla puldan qumar oynadıqlarını görmüş, dərhal Gədəbəy RPŞ-nin Növbətçi Hissəsinə bu haqda məlumat vermişdir. Onlar kafeyə daxil olduqda orada qumar oynayan, adını sonradan bildiyi, kafeni işlədən Təqsirləndirilən şəxs polis əməkdaşlarını görən kimi stolda olan pulu və oyun kartlarının bir neçəsini götrüb tez cibinə qoymuşdur. Onlar Təqsirləndirilən şəxs stoldan götürdüyü kartları və pulu stolun üstünə qaytarıb qoymasını təkilf etmişlər. Təqsirləndirilən şəxs də bundan sonra cibinə qoyduğu kartları və 27 manat pulu cibindən çıxarıb stolun üstünə qoymuşdur. Hadisə yerinə bir qədər sonra İstintaq Bölməsinin rəisi Bərzani Abbasov gəlmiş və həmin kafeyə baxış keçirib oyun masasında olan Təqsirləndirilən şəxs təqdim etdiyi 27 manat pulu, bir dəst 36 ədəd olan oyun kartını, orada olan otaqdakı stoldan bir dəst 36 ədəd oyun kartını, zaldakı stolun üstündə olan bir dəst 36 ədəd oyun kartını və zaldakı digər stolun yanına tökülmüş bir dəst 36 ədəd oyun kartını götürmüş və bu haqda orada protokol tərti etmişdir. Həmin vaxt orada tərtib edilmiş protokol ucadan oxunmuş və imzalarla təsdqi olunmuşdur. Bundan sonra orada qumar oynayan adlarını sonradan bildiyi Şahid8, Şahid7, Şahid5 Binət oğlu, Şahid6, X3 və obyekti icarə əsasında işlədən Şahid9 oğlu Təqsirləndirilən şəxs araşdrılma aparılması üçün rayon polis şöbəsinə gətirilmişlər. Rayon Polis Şöbəsində həmin şəxslərin sərxoş olub-olmadıqlarını müəyyən etmək üçün müayinədən keçirilmiş və müvafiq sənədləşmə aparımışdır. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı bir münasibəti olmamışdır. Şahid3 məhkəmə iclasında elan edilmiş dindirmə protokolundan görünür ki, Gədədəy Rayon Polis Şöbəsində Əməliyyat-Rabitə Qrupunun operatoru vəzifəsində işləyir. xx xxxx 2020-ci il tarixdə Gədəbəy rayonu, Plankənd kəndi ərazisində Gədəbəy Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid2, Post Patrul Xidməti tağımın komandiri Şahid1 və polis nəfəri Şahid4la birlikdə xidmətdə olmuşdur. Saat 21 radələrində Gədəbəy rayonu, Plankənd kəndinin mərkəzində yerləşən ikimərtəbəli ticarət obyektinin ikinci mərtəbəsində işıqların yandığını görüb ikinci mərtəbədə olan kafeyə çay içmək üçün daxil olmuşlar. Kafeyə daxil olduqda kafenin ümumi zalında sağa döndükdən sonra sol tərəf başda yerləşən stolda bir neçə şəxsin kartla puldan qumar oynadıqlarını görmüş, dərhal Gədəbəy RPŞ-nin Növbətçi Hissəsinə bu haqda məlumat vermişdir. Onlar kafeyə daxil olduqda orada qumar oynayan, adını sonradan bildiyi, kafeni işlədən Təqsirləndirilən şəxs polis əməkdaşlarını görən kimi stolda olan pulu və oyun kartlarının bir neçəsini götrüb tez cibinə qoymuşdur. Onlar Təqsirləndirilən şəxs stoldan götürdüyü kartları və pulu stolun üstünə qaytarıb qoymasını təkilf etmişlər. Təqsirləndirilən şəxs də bundan sonra cibinə qoyduğu kartları və 27 manat pulu cibindən çıxarıb stolun üstünə qoymuşdur. Hadisə yerinə bir qədər sonra İstintaq Bölməsinin rəisi Bərzani Abbasov gəlmiş və həmin kafeyə baxış keçirib oyun masasında olan Təqsirləndirilən şəxs təqdim etdiyi 27 manat pulu, bir dəst 36 ədəd olan oyun kartını, orada olan otaqdakı stoldan bir dəst 36 ədəd oyun kartını, zaldakı stolun üstündə olan bir dəst 36 ədəd oyun kartını və zaldakı digər stolun yanına tökülmüş bir dəst 36 ədəd oyun kartını götürmüş və bu haqda orada protokol tərti etmişdir. Həmin vaxt orada tərtib edilmiş protokol ucadan oxunmuş və imzalarla təsdqi olunmuşdur. Bundan sonra orada qumar oynayan adlarını sonradan bildiyi Şahid8, Şahid7, Şahid5 Binət oğlu, Şahid6, X3 və obyekti icarə əsasında işlədən Şahid9 oğlu Təqsirləndirilən şəxs araşdrılma aparılması üçün rayon polis şöbəsinə gətirilmişlər. Rayon Polis Şöbəsində həmin şəxslərin sərxoş olub-olmadıqlarını müəyyən etmək üçün müayinədən keçirilmiş və müvafiq sənədləşmə aparımışdır. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı bir münasibəti olmamışdır. İşdə olan hadisə yerinə baxış keçirilməsi haqqında xx xxxx 2020-ci il tarixli tarixli protokoldan görünür ki, hadisə yeri, Gədəbəy rayonu, Plankənd kəndinin mərkəz hissəsində yerləşən kafenin ikinci mərtəbəsidir. Həmin kafeyə pilləkənlə qalxıb daxil olduqda sağ tərəfdə mətbəx sol tərəfdə isə zal yerləşir. Zalda beş ədəd stol və ətraflarında oturmaq üçün olan stullar düzülmüşdür. Zalın sol baş hissəsindən otağa daxil olmaq üçün giriş vardır. Həmin otağa daxil olduqda ikinəfərlik yataq dəstinin və qabaq stolunun olduğu görünür. Həmin stolun üstündü bir dəst oyun kartı vardır. Bundan başqa zalda stolun üstündə bir dəst, digər stolun ayağına səpələnmiş vəziyyətdə olan bir dəst kart olmuşdur. Bundan başqqa Təqsirləndirilən şəxs masada Şahid7 və Şahid8la qumar oynadıqları bir dəst oyun kartını və 27 manat pulu təqdim etmiş. Baxış zamanı ümumilikdə hər biri 36 ədəd olan kartlar və 27 manat kağız pul götürülmüş və ayrı-ayrılıqda kağız zərfdə qablaşdırılaraq möhürlənmişdir. İşdə olan hadisə yerinə baxış keçirilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür, Təqsirləndirilən şəxs qumarxana kimi istifadfə etdiyi ticarət obyekti Gədəbəy rayon Plankənd kəndinin mərkəzində, Qalakənd kənd yolunun sağ tərəfində yerləşir. Baxış keçirilən obyekt iki mərtəbəlidir. Obyektin sol hissəsi dəmirlə hasarlanmışdır. Həmin demir hasardan çardağın altına daxil olduqdan sonra sağ tərəfdə yerləşən pillləkəndən kafeyə daxil olduqda solda mətbəx sağ tərəfdə isə zal yerləşir. Zalda beş ədəd stol və ətrafında oturmaq üçün stullar vardır. Göstərilən tarixdə Təqsirləndirilən şəxs işlətdiyi kafedə qumar oynayan şəxslər kafeyə daxil olduqdan sağa döndükdən sonra sol tərəf başda kafenin divarına bitişik olan stolda qumar oynamışlar. İşdə olan Şahid7 ilə Təqsirləndirilən şəxs, Şahid8 ilə təqsirləndirilən şəxs X5, Şahid5 Binnəət oğlu ilə Təqsirləndirilən şəxs vəŞahid6 ilə Təqsirləndirilən şəxs arasında olan üzləşdirilmə protokollarından görünür ki, şahidlər təqsirləndirilən şəxsin qumarxana təşkil etdiyini təsdiq etmişlər. İşdə olan qərardan görünür ki, Təqsirləndirilən şəxs işlətdiyi Gədəbəy rayonu, Plankənd kəndinin mərkəzində yerləşən ikimərtəbəli ticarət obyektinin ikinci mərtəbəsinə baxış zamanı orada qumar oynayan şəxslərin oturduqları yerdə aşkar olunmuş maddi sübut hesab olunan 27 (iyrimi yeddi) manat kağız pul vəsaiti təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olduqdan sonra depozit hesaba keçirilmiş və Gədəbəy Rayon Maliyyə Hissəsinə göndərilmiş, 4 dəst kartlar isə Gədəbəy RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. İşdə оlan Azərbaycan Rеspublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur, yəni, o, əvvəllər məhkum edilməmişdir. İşdə olan Gədəbəy RİHB-nın Plankənd kəndi İƏD-dən verilmiş Xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət хaraktеrizə оlunur. İşdə olan xx xxxx 2020-ci il tarixli axtarışda olan şəxsin müəyyən edilməsi barədə Protokol və xx xxxx 2020-ci il tarixli təqsirləndirilən şəxsin MSY-dən azad olunması və qətimkan tədbiri seçilməsi haqqında Qərardan görünür ki, Təqsirləndirilən şəxs iki gün müddətində tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə tədqiq olunmuş sübutları qiymətləndirərək təqsirləndirilən şəxsin zərər çəkmiş şəxs X6 vurmaması və ona xəsarət yetirməməsi, əslində onun döyülüb xəsarət alması barədə ifadəsini əsaslandırılmayan və məhkəmə iclasında tədqiq olunmuş təkzibolunmaz sübutlarla təsdiq olunmayan şəxsi mülahizəsi hesab edərək özünü müdafiə cəhdi kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını tədqiq edib sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsinə əsasən qumarxana, yəni qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə və ya saxlama –on min manatdan on beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bеləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməmişdir. Lakin məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin qardaşı Şahid10 ifadə verərək, bildirmişdir ki, təqsirləndirlən şəxsin işlətdiyi çayxanadakı stolların üzərində kart dəstləri olmuş, müştərilər əvvəllər də həm kart, həm də domino oyunu vasitəsilə çayın haqqını ödəmək üçün qumar oynamışlar. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı özünü təqsirli bilməməsi, ibtidai istintaq zamanı müstəntiq tərəfindən ona və şahidlərə qeyri-qanuni təzyiqlər göstərilməsini bildirməsi isə iş üzrə ibtidai istintaqı aparmış müstəntiq Şahid11 əlavə şahid qismində dindirilmə ifadəsi ilə təsdiq edilməmişdir. Bundan başqa, hadisə yerinə baxış və üzləşdirilmə protokolları, maddi sübutlar və işdə olan digər sənədlərlə, yəni, çayxanadakı stolların üzərində kart dəstlərinin aşkar olunması, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs və şahidlər tərəfindən pul uduşu üçün qumar oynamlarını etiraf etmələri ilə də təsdiq edilir ki, təqsirləndirilən şəxs tərəfindən müştərilərin cəlb edilməsi üçün çayxana və ya kafe kimi işlədilən yerdə qumar oyunlarının keçirilməsi təşkil edilmiş və saxlanılmışdır. Məhkəmə bu nəticəyə gələrkən o halı da nəzərə alır ki, təqsirləndirlən şəxs son sözündə törətdiyi cinayət əməlini etiraf etmiş və ona yüngül cəza verilməsini xahiş etmişdir. Şahidlərin məhkəmə istintaqı mərhələsində ibtidai istintaq zamanı verdikləri ifadələrlə ziddiyət təşkil edən ifadələr vermələri isə onlara təqsirləndirlən şəxs tərəfindən edilməsi ehtimal olunan təzyiqlərlə izah edilə bilər. Yəni, Təqsirləndirilən şəxs tamah niyyəti ilə qumar oyunlarının keçirilməsi məqsədilə Gədəbəy rayonu, Plankənd kəndində yerləşən atası Şahid9 icarəyə götürdüyü ikimərtəbəli ticarət obyektinin ikinci mərtəbəsində bir qrup şəxslərin kartla uduşu qeyri-müəyyənlikdən və təsadüfdən asılı olan pul vəsaitləri barəsində “Poker” növünə aid qumar oyunlarının keçirilməsi üçün şərait yaradaraq, həmin qumar oyunlarından gəlir əldə etməklə qumarxana yəni, qumar oyunlarının keçirilməsi üçün yer təşkil edərək saxlamış, xx xxxx 2020-ci il tarixdə saat 21 rədələrində Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin kafeyə baxış keçirilən zaman orada olan şəxslərin qarşısından qumar oyunu üçün istifadə etdikləri 36 ədəd oyun kartları və 27 manat pul, kafedə olan otaqdakı masanın üzərindən 36 ədəd oyun kartları, zalda olan digər masanın üzərindən 36 ədəd oyun kartları, zalda olan digər masanın yanında yerə səpələnmiş halda 36 ədəd oyun kartları aşkar olunaraq götürülmüşdür. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsuirləndirilənin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. İş üzrə təqsirləndirlən şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar yoxdur. Məhkəmə iş üzrə təqsirləndirlən şəxsin Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini ona təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə işin faktiki hallarına və təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hala qiymət verərək, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, hesab edir ki, şəxsiyyətini səciyyələndirən hallar, əvvəllər məhkumluğunun olmaması, eləcə də, təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsiri nəzərə alınmalı, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində Təqsirləndirilən şəxs islah işləri növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Yəni, təqsirləndirilən şəxsin iki gün tutulması nəzərə alınmalı, ona təyin edilmiş islah işləri cəzasına hesablanmalıdır. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1. və 99-1.1.2-ci maddələrinə əsasən məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələblərini nəzərə alıb, iş üzrə maddi sübutlar məsələsini həll edərək belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış və Gədəbəy Rayon Maliyyə Hissəsinin depozit hesabına saxlanca verilmiş 27 manatın xüsusi müsadirə edilməsi nəzərə alınmalı, hökm qanuni qüvvəsinə mindikdən sonra Gədəbəy Rayon Polis Şöbəsinin xüsusi saxlanc otağında saxlanılan 4 dəst oyun kartı isə məhv edilməlidir. İş üzrə məhkəmə xərcləri və mülki iddia yохdur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Rеspublikası CPM-nin 346- 347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 01 il müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixə qədət şübhəli şəxs kimi tutulması nəzərə alınmaqla, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə olmanın bir gününün islah işləri cəzasının müddətinə bir günə dörd gün hesablamaqla, ona qəti olaraq, qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 11 ay 22 gün müddətinə islah işləri cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində sеçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Gədəbəy Rayon Maliyyə Hissəsinin depozit hesabına saxlanca verilmiş 27 manat müsadirə edilsin və hökm qanuni qüvvəsinə mindikdən sonra Gədəbəy Rayon Polis Şöbəsinin xüsusi saxlanc otağında saxlanılan 4 dəst oyun kartı məhv edilsin. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan еlan еdildiyi andan 20 (iyirmi) gün müddətində Gədəbəy Rayоn Məhkəməsi vasitəsilə Gəncə Apеllyasiya Məhkəməsinə apеllyasiya şikayəti və prоtеsti vеrilə bilər. Sədrlik еdən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №1(042)-45/2020
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-45/2020
22.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver