Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 1(042)-45/2024 12.12.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Salmanov Orxan Aqil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxx 1978-ci il tarixdə Gədəbəy rayonu, Çaldaş kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Gədəbəy rayonu, Çaldaş kəndində yaşayan, barəsində 19 iyul 2024-cü il tarixdən başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham edilmişdir ona görə ki, o, 20 iyun 2024-cü il tarixdə saat 15 radələrində yaşadığı Gədəbəy rayonu, Çaldaş kəndi ərazisində qızı X4 barəsində həmkəndlisi Şahid1 xoşagəlməz ifadələr işlətməsi səbəbindən Şahid1 və onun atası Zərərçəkmiş şəxs ilə söhbət edərkən aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə və münaqişə zamanı Zərərçəkmiş şəxs qəsdən əlində olan ağacla vuraraq, ona sağ dirsək oynağının əzilmiş səthi yarası qismində sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən və sağ saidin yuxarı üçdə birinin şişkinliyi, əzilmiş yarası qismində sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ifadə verərək, göstərmişdir ki, Gədəbəy rayonu, Çaldaş kəndində yaşayır. 20 iyun 2024-cü il tarixdə saat 14-45 dəqiqə radələrində evdən çıxmış, kəndin mərkəzinə yollanmışdır. Yolda kənd icra nümayəndəsi Şahid2 və zərərçəkmiş Zərərçəkmiş şəxsla rastlaşmışdır. Zərərçəkmiş şəxs qızı Şahid1 onun qızı Rəvanə Abbasova haqqında xoşagəlməz şaiyələr yaydığına görə Zərərçəkmiş şəxs irad bildrimiş, bununla əlaqədar mübahisə yaranmış və o, Zərərçəkmiş şəxs əlindən ağacı alaraq, onun sağ qolundan vurmuşdur. Törətdiyi əməldən peşmandır. Hazırda zərərçəkmişdən üzr istəmiş, ona vurduğu ziyanı aradan qaldırmış, onunla barışmışdır. Ona görə də barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. X1 məhkəmə iclasına gəlməmiş, məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə göndərmiş, təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs şikayətinin olmadığını, onunla barışdığını bildirmiş və onun barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə baxış iclasında şahid kimi dindirilmiş Şahid2 ifadə verərək, bildirmişdir ki, 20 iyun 2024-cü il tarixdə saat 14-30 radələrində Gədəbəy rayonu, Çaldaş kəndində Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxsla kəndin mərkəzinə gedərkən Zərərçəkmiş şəxs qızı Səyyarə Abbosova ilə Təqsirləndirilən şəxs arasında mübahisə yaranmış, Zərərçəkmiş şəxs əlindəki ağacla Təqsirləndirilən şəxs vurmuş, o, Təqsirləndirilən şəxsla Şahid1 ayırmağa çalışmış, üzünü çevirdikdə Zərərçəkmiş şəxs yerə yıxıldığını görmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X7 X12 tərəfindən verilmiş 21 iyun 2024-cü il tarixli 253 saylı canlı şəxsin Rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər- sağ saidin şişkinliyi, əzilmiş yarası, sağ dirsək oynağının əzilmiş səthi yarası küt əşyaların təsirindən yaranmış, törənmə müddətləri 20 iyun 2024-cü il tarixə uyğun gəlir. Qeyd olunnan xəsarətlərdən sağ saidin yuxarı üçdə birinin şişkinliyi, əzilmiş yarası sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Digər xəsarətlər isə sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilmir. X2 bədən səthində aşkar edilmiş xəsarətlərin özü-özünə yetirə bilməsi inandırıcı deyildir, eləcə də onun bədən səthində öz boyu səviyyəsində yıxılmağa xarakterik xəsarət aşkar edilmədi. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İdarəsi tərəfindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İşdə olan ərizədən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəхs X8 ilə barışdığını bildirmiş, iş üzrə icraata хitam vеrilməsini xahiş etmişdir. İşdə olan ərizədən görünür ki, zərərçəkmiş şəxs X8 təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs şikayətinin olmadığını, onunla barışdığını bildirmiş və onun barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sazlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma- min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlızın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2. və 128-ci maddələrindən görünür ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Məcəllənin 73.2-ci maddəsinə əsasən CM-nin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Rеspublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Bеləliklə, məhkəmə prоsеsində təqsirləndirilən şəxs və şahidin ifadələri, məhkəmətibb еkspеrtinin rəyi və işin digər halları ilə sübut edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. O, təqsirini еtiraf еtməklə törətdiyi əməldən pеşman olmuş və zərərçəkmiş şəхslə barışıq əldə еdib, ona dəyən zərəri aradan qaldırmışdır. Onun məsuliyyətini ağırlaşdıran hallar yохdur. Ona görə də o, cinayət məsuliyyətindən azad еdilməli və barəsində оlan cinayət işi üzrə cinayət təqibinə хitam vеrilməlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsini əsaslı hesab edir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yохdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Rеspublikası CPMnin 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, qərara aldı : Təqsirləndirilən şəxs Azərbaycan Rеspublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə zərərçəkmiş şəxslə barışdığına, vurulmuş zərəri aradan qaldırğına görə xitam verilsin və o, cinayət məsuliyyətindən azad еdilsin. Təqsirləndirilən şəxs barəsində sеçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv еdilsin. Qərardan еlan еdildiyi andan 20 (iyirmi) gün müddətində Gədəbəy Rayоn Məhkəməsi vasitəsilə Gəncə Apеllyasiya Məhkəməsinə apеllyasiya şikayəti və prоtеsti vеrilə bilər. Sədrlik еdən:Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №1(042)-45/2024
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №1(042)-45/2024
12.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver