Məhkəmə qərarları › İş №1(042)-45/2025

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №1(042)-45/2025

10.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 1(042)-45/2025 10.07.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Nübar Yusif qızının katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Cinayət Qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Gədəbəy rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əmək ilə məşğul olan, Gədəbəy şəhərində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 25 may 2025-ci il tarixdə saat 08:20 radələrində Gədəbəy şəhərində yerləşən mərkəzi bazarda satış üçün nəzərdə tutuluş yerdə satış yeri ilə bağlı şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı qəsdən Zərərçəkmiş şəxs sifət nahiyəsindən yumruq zərbəsi vuraraq sonuncuya sol göz altının qançırı, burunun şişkinliyi, burun sümüyünün yerdəyişməyən sınığı kimi sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən onun sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, qonşusu Şahid ilə birlikdə Gədəbəy rayon mərkəzi bazarında meyvə və tərəvəz məhsullarının satışı ilə məşğul olur. 25 may 2025-ci il tarixdə saat 08 radələrində o, Gülnar ilə sonuncunun bazarda satış həyata keçirdiyi yerə getmişlər. Həmin yerə getdikdə adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs Şahid yerində boçça və daş yarpızı deyilən bitkilərin satışını həyata keçirdiyini görmüşlər. Bu zaman Gülnar Zərərçəkmiş şəxs həmin yerin ona aid olduğunu və məhsullarını kənara qoyub satmasını xahiş etdikdə Mütəllim Gülnarı təhqir etmiş və Gülnarı kənara itələmiş, həmin gün, saat 08:20 radələrində o, Zərərçəkmiş şəxs nalayiq ifadələr işlətməməsini dedikdə Mütəllim təkrarən Günları söymüş, onun özünü də təhqir etmiş, o da əsəbləşib Zərərçəkmiş şəxs burun nahiyəsinə əli ilə bir dəfə vurmuşdur. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışıq əldə etmiş, ona dəymiş ziyanı tam ödəmişdir, barəsində olan işin icraatına xitam verilməsini xahiş edir. İş üzrə zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs təhqiqat zamanı verdiyi, məhkəmə istintaqı zamanı elan olunmuş izahatından görünür ki, 25 may 2025-ci il tarixdə saat 08 radələrində Gədəbəy şəhərində yerləşən mərkəzi bazarda boçça və daşyarpızı deyilən bitkiləri satmaq üçün bazara getmişdir. Bazarda satış edən zaman olduğu yerin alt tərəfinə avtomobillə mal satmağa gələn tanımadığı qadın həmin yerin özünə məxsus olmasım bildirib onu təhqir etmiş, süpürgələrini isə onun satdığı bitkilərin üzərinə atmışdır. O, süpürgəni bitkilərin üzərindən götürüb kənara atan zaman Təqsirləndirilən şəxs ona yaxınlaşıb burun nahiyəsindən yumruqla vurmuşdur. Həmin vaxt burnu qanadığı üçün polisə məlumat vermişdir. Həmin hadisə zamanı o, heç kəsi vurub xəsarət yetirməmişdir. Hər hansı bir qanunsuz hərəkət etməmişdir. Hadisə 1 dəqiqə davam etməklə ətrafda olan adamların heç birini tanımamışdır. Zərərçəkmiş şəxs ərizə verərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş zərərin ödənildiyini bildirmiş və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Məhkəmə Tibbi Ekspertin 26 may 2025-ci il tarixli 175 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər- sol göz altının qançırı, burunun şişkinliyi, burun sümüyünün yerdəyişməyən sınığı küt əşyanın təsirindən törənmiş, törənmə müddətləri qərarin təsviri hissəsində göstərilən 25 may 2025-ci ıl tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığın qisa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Qasımobv Mütəllim idris oğlunun bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterinə, lokalizasiyasına əsasən həmin xəsarətlərin onun özü- özünə yetirə bilməsi inandırıcı deyildir, onun bədən səthində öz boyu səviyyəsindən yıxılmağa xarakterik xarakterik xəsarət aşkar edilməmişdir. - baxış protokolundan, həmçinin baxış protokoluna əlavə edimiş videogörüntülərdən görünür ki, tərəflər arasında 25 may 2025-ci il tarixdə saat 0820 radələrində təxminən 1 dəqiqə vaxta qədər müddət davam edən müabhisə və dava-dalaş olmuşdur. Mübahisə zamanı Zərərçəkmiş şəxs bitkiləri salmaq üçün durduğu yerə sonradan avtomobillə gələn Şahid avtomobildən satmaq üçün götürdüyü süpürgələri Zərərçəkmiş şəxs göy satığı əraziyə atmış, mübahisə buna görə başlamış və mübahisə zamanı Zərərçəkmiş şəxs həmin süpürgələri kənara atdıqdan sonra oraya yaxınlaşan Təqsirləndirilən şəxs əli ilə Zərərçəkmiş şəxs sifətindən zərbə vurmuşdur, X1 burnu qanamışdır. - Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş 04 iyun 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Gədəbəy rayon Məhkəməsinin 06 fevral 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1, 128-ci maddələri ilə təqsirli bilinərək aylıq qazancından 15 faiz məbləğində pul tutulmaqla 07 ay müddətə islah işləri cəzasına məhkum edilmişdir. - Gədəbəy rayon X2 Hüquqi Şəxs tərəfindən verilmiş 18-1 -38/2-397/2025 saylı 03 iyun 2025-ci il tarixli məktubdan görünür ki. Təqsirləndirilən şəxs və Qsımov Mütəllim idris oğlu narkoloji və ruhi-əsəb xəstəsi kimi qeydiyyatda durmurlar. - Gədəbəy RHİB şəhər kənd İƏD uzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs faktiki yaşadığı Gədəbəy şəhərində mənfi xarakterizə olunmur. - xx.xx.2025-ci il tarixli. 3-13-74/2-8012/2025 №-li əməliyyat tapşırığına cavabından görünür ki, 15 may 2025-ci il tarixdə saat 0820 radələrində Gədəbəy şəhərində yerləşn mərkəzi bazarda-baş vermiş dava zamanı oraya toplaşmış şəxslər bazrada həfətlik satış həyata keçirən kənar rayonlardan öz məshullarını satmağa gələn şəxslər olmaqla onların hadisə barədə dindirlməsi üçün şəxsiyyətlərini müəyyən etmək mümkün olmamış və hadisə ani bir vaxtda, yəni təxminən 1 dəqiqə ərzində baş verdiyindən ora kənar şəxslər toplaşmamışdır. - Gədəbəy rayon Məhkəməsinin 1(041)-8/2014 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmə əsasən Azərbaycan Respublikası CM-nin 221.1, 128-ci maddələri ilə təqsirli bilinib CM-nin 66-cı maddəsinə əsasən qəti olaraq aylıq qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla 07 ay müddətə islah işləri cəzasına məhkum edilmişdir. - Gədəbəy rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 03 iyun 2025-ci il tarixli 2103 saylı məktubun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan cəzasını 27 sentaybr 2014-cü il tarixdə çəkib qurtarmışdır. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli təhqiqat orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxardır. CPM-nin 40.3-cü maddəsində göstərilmişdir ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş (şikayət vermiş) şəxslə barışdığı, ona dəymiş ziyanı tamamilə ödədiyi üçün onun CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirlmiş icraat materialı üzrə cinayət təqibinə CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 37.4, 40.3, 43.1.2, 321, 344-347, 356, 358 və 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirlmiş icraat materialı üzrə cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar