Məhkəmə qərarları › İş №1(042)-46/2021

Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-46/2021

05.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-46/2021 05.08.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon(Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi Şahid1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X6 iştirakları ilə xx xxxxx 1995-ci il tarixdə Şəmkir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmamış, orta təhsilli, subay, işləməyən, Şəmkir şəhəri, R.Rəhimov küçəsi ev 3-də qeydiyyatda olan və Şəmkir rayonunun Aşağı Seyfəli kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə ittiham edilmişdir ona görə ki, xx xxx 2007-ci il təvəllüdlü, faktiki olaraq 15-15.5 sümük yaşında olan tanışı Zərərçəkmiş şəxs Elburus qızı ilə 21 fevral 2021-ci il tarixdə gecə saat 03 radələrində Gədəbəy rayonu, Qaradağ kəndində idarə etdiyi avtomobildə aralarındakı yaş fərqi iki ildən çox olan on altı yaşına çatmayan Zərərçəkmiş şəxs ilə onun öz razılığı əsasında təbii yolla və arxa keçəcəyindən qeyri-təbii yolla cinsi əlaqədə olmaqla ona arxa keçəcəyi büzən əzələnin cüzi boşalması və arxa keçəcəyin selikli qişasında çatlar ilə müşayiət olunan xəsarətlər yetirməklə ona qarşı seksual xarakterli hərəkətlər etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş, ifadə verərək, göstərmişdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs Elburus qızı onun oxuduğu məktəbdə oxumuşdur. Onu məktəbdə görüb bəyənmişdir. Elnarə həm də dayısı qızı Səmayənin qonşusudur. Səmayəyə Elnarə ilə onu danışdırmasını xahiş etsə də o, buna qarışmaq istəmədiyini bildirmişdir. Elnarə ilə danışa bilmək üçün ona içərisində sim nömrə olan mobil telefon vermişdir. Elnarə ilə bir il danışdıqdan sonra onun evinə anası Laləsəri və xalası Gülüstanı elçi göndərmişdir. Elnarənin valideyinləri onun yaşının az olmasını əsas gətirib onu verməkdən imtina etmişlər. Elnarəni ondan uzaqlaşdırmaq üçün Bakı şəhərinə qohumunun evinə göndərmişlər. Elnarə Bakı şəhərindən gəldikdən sonra onunla danışıb, yenidən elçi göndərmək istədiyini deyəndə Elnarə valideyinlərinin onu verməyəcəyini bildirmiş və qoşulub getməyi təklif etmişdir. 20 fevral 2021-ci il tarixdə saat 21 radələrində evdə olan vaxtı Elnarə anası Səadətin nömrəsi ilə ona zəng edərək hazır olduğunu və gəlib onu götürməyini bildirmişdir. O, özünə məxsus “VAZ-21010” markalı 36-ОХП-623 Rus nömrə nişanlı avtomobili ilə Elnarənin yaşadığı küçəyə getmişdir. Küçəyə çatanda artıq Elnarə onu çöldə gözləmişdir. Avtomobili saxlamış, Elnarə avtomobilin arxa oturacağına əyləşmişdir. Avtomobili Gədəbəy rayonu, Slavyanka kəndində yaşayan xalası qızı Ülviyyənin evinə sürmüşdür. Hamin vaxtı qar yağmış və Yasamal aşırımları buzlu olduğundan 3-4 saata ora çatmışlar. Ülviyyənin evinə girdikdə Şəmkir Rayon Polis Şöbəsindən axtarıldıqlarını demişlər. Buna görə də Elnarəni götürüb oradan Gədəbəy rayonu istiqamətində avtomobili idarə etmişdir. Asfalt yoldan çıxmış və kənd yoluna girmişdir. Təxminən 15-20 dəqiqə torpaq yol ilə getdikdən sonra avtomobili sürüşüb yoldan çıxmışdır. Avtomobili yola çıxara bilməmişdir. Sonra avtomobildə arxa oturacağa oturmuş və Elnarəyə cinsi əlaqədə olmağı təklif etmişdir. Elnarə razılaşmışdır. Onunla avtomobilin arxa oturacağında təbii yola cinsi əlaqədə olmuş və Elnarə hamilə qalmasın deyə avtomobilin arxa oturacağına boşalmışdır. Avtomobil düz dayanmadığı üçün matora yanacaq getməmiş və bu səbəbdən də avtomobili işə sala bilməmişdir. 21 fevral 2021-ci il tarixdə səhər saatlarında onlar yuxudan oyanmış və o, mobil telefonu açmışdır. Qohumları ilə əlaqə saxlayıb vəziyyət barədə öyrənmişdir. Elnarənin atası Elburusun ondan polisə şikayət etdiyini öyrənmişdir. Onlara avtomobilin yoldan çıxdığını və yolda qaldığını demişdir. Tanışı Seymur və qohumu Elvin onların olduğu yerə gəlmişlər. Avtomobili çıxarmaq istəmişlər, lakin qara görə alınmamışdır. Elnarə ilə birlikdə Elvinin avtomobilinə əyləşmişlər. Şəmkir rayon mərkəzi bazarının yanında avtomobildən düşmüşlər. Xalası Gülüstan oraya gəlmiş, onlar birlikdə polis şöbəsinə getmişlər. O, Zərərçəkmiş şəxs xx xxx 2007-ci il təvəllüdlü olmasını bilməmişdir. Elnarə ilə telefonla danışan zaman o, 9-cu sinifə oxuduğunu və 15 yaşının içərisinidə olduğunu demişdir. Elnarəni qaçıran zaman ona zor tətbiq etməmişdir. Elnarə ilə ilk dəfə təbii yolla 21 fevral 2021-ci il tarixdə gecə saat 03 radələrində Gədəbəy rayonu, Qaradağ kəndi ərazisində özünə məxsus “VAZ-21010” markalı 36-ОХП-623 Rus nömrə nişanlı avtomobilin arxa oturacağında cinsi əlaqədə olmuşdur. Onun anasında ağır xərçəng xəstəliyi var. Atası itkin düşmüşdür. O, ailənin yeganə işləyəni və dolandıranıdır. Elnarə ilə də ailə qurmaq məqsədi olmuşdur ki, anası onun ailə qurduğunu görsün. Onlar Elnarə ilə biri-birilərini sevirlər və gələcəkdə ailə qurub evlənəcəklər. Elnarənin ondan şikayəti yoxdur. Ona görə də bu halların qərar çıxarılarkən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs Elburus qızı ifadə verərək, bildirmişdir ki, Şəmkir rayonu, Aşağı Seyfəli kəndi Natiq Abbasov adına Orta Məktəbin 8ci sinfində təhsil alır. Təqsirləndirilən şəxs qonşuları Səmayənin dayısı oğludur. Təxminən bir il əvvəl Səmayə ona yaxınlaşaraq dayısı oğlu Səlimin ondan xoşu gəldiyini və onunla ailə qurmaq istədiyini demiş və ona Səlim ilə telefonla danışa bilməsi üçün mobil telefon vermək istədiyini bildirmişdir. O, bu barədə anası Səadətə demiş və anası ona etiraz edərək yaşının az olduğunu demişdir. Buna baxmayaraq Səmayədən mobil telefon götürmüş və Səlim ilə danışmağa başlamışdır. Onlar təxminən bir il Səlimlə danışmışlar. Sonra anası Səadət bunu bilib, telefonu ondan alıb qırmışdır. O, bir müddət anası Səadətin telefonu ilə axşamlar Səlimlə danışmışdır. İki dəfə Səmayənin yaşadığı evdə Səlimlə görüşmüşlər. Bir dəfə də Səlim hədiyə alıb pəncərələrinin qarşısına qoyub getmişdir. Səlimin anası və xalası onlara elçi getmiş, atası Elburus yaşının az olmasını deyib Səlimlə evlənməsinə etiraz etmişdir. O, Səlimə atasının onu verməyəcəyini bildirmiş və qoşulub getməyi təklif etmişdir. Səlim də onunla razılaşmışdır. 20 fevral 2021ci il tarixdə saat 21 radələrində anası Səadətin telefonundan Səlimin nömrəsinə zəng edərək hazır olduğunu və gəlib onu küçədən götürməsini demişdir. Sonra isə əynini dəyişib otağının pəncərəsindən evin həyətinə düşmüş və oradan küçəyə çıxmışdır. Həmin vaxt Səlim özünə məxsus avtomobillə gəlib qapının qarşısından onu götürmüşdür. O, avtomobildə arxada oturmuş, avtomobildə digər şəxs olmamış, Səlim onu Gədəbəy rayonu, Slavyanka kəndində Səlimin qohumunun evinə aparmışdır. Yol qarlı olduğu üçün onlar gecə çatmışlar. Onlar evə girəndə evdəkilər onları polisin axtardığını demişlər. Buna görə onlar həmin evdə dayanmamış və oradan çıxıb getmişlər. Həmin yer dağlıq yer olmuş və qar yağdığına görə hər tərəf qarla örtülmüş olmuşdur. Onlar oradan asfalt yola çıxmaq istəmiş, lakin avtomobilin təkərləri qara batdığı üçün orada qalmışlar. Gecə saat 03 radələriində Səlim avtomobilin arxa oturacağına gəlib yanında oturmuş və ona cinsi əlaqədə olmağı təklif etmişdir. O, Səlimlə cinsi əlaqədə olacağı təqdirdə onu geri qaytarmayacaqlarını fikirləşmişdir. Ona görə də Səlimə cinsi əlaqədə olmaq üçün razılıq vermiş, arxa oturacaqda uzanmış, Səlim 3-4 dəqiqə ərzində onunla cinsi əlaqədə olmuş, cinsi orqanına boşalaraq üstündən durmuş, avtomobilin arxa oturacağının batdığını görüb ona oturacağı silməsini demişdir. Cinsi əlaqədən sonra kağız dəsmal ilə oturacağın üzərini silmiş, 2-3 dəqiqədən sonra Səlim onu qucağına almış və cinsi orqanını onun cinsi orqanına salmış və arxa keçəcəyinə salmış, 3-4 dəqiqədən sonra arxa keçəcəyinə boşalmış, 2-3 dəqiqədən sonra uzanmış və Səlim onun üstünə uzanaraq cinsi orqanını onun cinsi orqanına salmış, 3-5 dəqiqə onunla cinsi əlaqədə olmuş və içinə boşaldıqdan sonra üzərindən durmuşdur. Səlim kağız dəsmal ilə silinmiş və əynini geyinmişdir. Səlim qabaq oturacağa keçib avtomobili işə salmaq istəmiş, lakin yanacaq bitdiyinə görə avtomobil işə düşməmiş, sonra avtomobilin arxa oturacağına gəlmiş və onlar birlikdə yatmışlar. 21 fevral 2021-ci il tarixdə səhər saatlarında onlar oyanmış, Səlim telefonunu açıb xalası Gülüstana zəng edərək avtomobil yanacağının qurtardığını demişdir. Sonra Səlimin qohumları Elvin və Seymur onların olduğu yerə gəlmiş, onlar Elvinin avtomobilinə minib getmiş, yolda Səlim bazara oxşayan bir yerdə Elvinin avtomobilindən düşmüşdür. Onlar Şəmkir rayonuna getmiş, yolda Səlimin xalası Gülüstan Elvinin avtomobilinə əyləşmiş və onlar polis şöbəsinə gəlmişlər. Səlim onu zorla qaçırmamış, o, özü evdən çıxıb Səlimin avtomobilinə minmişdir. Səlimlə öz razılığı əsasında cinsi əlaqədə olmuşdur. Onun təqsirləndirilən şəxsdən şikayəti yoxdur. Onlar biri-birlərini sevirlər və gələcəkdə ailə quracaqlar. Ona görə də ona cəza verilməməsini xahiş edir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid1 ifadə verərək, bildirmişdir ki, Şəmkir rayonu, Çinarlı qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır. Qızı Zərərçəkmiş şəxs Elburus qızı xx xxx 2007-ci il təvəllüdlü olmaqla 8-ci sinif şagirdidir. 2020-ci ilin yay aylarından qonşusu Səmayə qohumunun onun qızı Elnarə ilə tanış olmaq və telefon verib onunla danışmaq istədiyini bildirmişdir. Lakin o, etiraz edib Elnarənin yaşının az olmasını bildirmişdir. Elnarənin mobil telefon işlətməsini ona zəng gəldikdən sonra bilib əlindən alaraq sındırmışdır. Səlimin anası Laləzər və bibisi Gülüstan elçi gəlsələr də Elnarənin yaşının az olduğunu deyib onlara etiraz etmişlər. Elnarəni yaşadıqları yerdən uzaqlaşması üçün Bakı şəhərinə göndərmişlər. Təxminən 1-2 aydan sonra Elnarə Bakı şəhərindən evlərinə gəlmişdir. 20 fevral 2021-ci il tarixdə saat 19 radələrində əri Elburus ilə evdə oturub çay içən zaman qızı Elnarə yeni aldığı paltarını geyinib onlara göstərib necə olduğunu soruşmuşdur. Onlar paltarın ona yaraşdığını demişdirlər. Bundan sonra Elnarə əynini dəyişmək üçün öz otağına getmiş və qapını arxadan bağlamışdır. Sonra Elnarə gəlmədiyinə görə əri Elburus narahat olub onu səsləmiş, lakin Elnarə cavab verməmiş, otağın qapısı bağlı olmuşdur. Küçə qapısının açıq olduğunu gördükdən sonra baxanda Elnarənin öz otağının pəncərəsindən evin həyətinə düşüb və oradan küçəyə çıxmasını, Elnarənin evdən Səlimlə qoşulub getdiyini bilmişdir. Bundan sonra polisə məlumat vermişdirlər. Elnarə evdə olanda Səlim ilə onun mobil telefonu ilə danışıb və sonra evdən çıxaraq Səlim ilə öz razılığı ilə qoşulub qaçdığını bilmişdir. Bu barədə polisə müraciət etdikdən sonra polis əməkdaşları Elnarə və Səlimi taparaq polis şöbəsinə gətirmişlər. Elnarə polis şöbəsində özünün könüllü olaraq Səlim ilə qoşulub qaçmasını demişdir. Hadisədən sonra Elnarə ona Gədəbəy rayonu ərazisində Səlimə məxsus avtomobilin arxa oturacağında təbii və qeyri-təbii yol ilə cinsi əlaqədə olduqlarını bildirmişdir. Elnarə və Səlim gələcəkdə ailə quracaqlar. Hazırda onlar Təqsirləndirilən şəxs və onun ailəsi ilə barışmışlar, onların barəsində heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında şаhid qismində dindirilmiş X4 ifadə verərərk, bildirmişdir ki, Şəmkir rayonu, Seyfəli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs bacısı Laləzərin oğludur. Səlimin bir yaşı olanda atası Rəşid Gürcüstan Respublikasına gedərək orada itkin düşmüş, Səlim anası Laləzər ilə bir evdə yaşamışdır. Bacısı Laləzər xəstəliyi ilə əlaqədar 2020-ci ilin dekabr ayından 21 fevral 2021-ci il tarixədək olan müddət ərzində Bakı şəhərində müalicə olunarkən, Səlim tək qaldığına görə gedib Səlimə baş çəkmişdir. Hacıyeva X7 qəsəbəsində qardaşı qızı Səmayə ilə qonşuluqda yaşayır. Səlim qardaşı qızı Səmayə vasitəsilə Elnarəni tanımışdır. Təxminən 6 aydır ki, Səlim ilə Elnarə telefonla danışmış və ailə qurmaq istəmişlər. Bacısı Laləzər Bakı şəhərinə getməzdən bir ay əvvəl birlikdə Elnarənin yaşadığı evə gedib anası ilə danışmış, Səlimin Elnarə ilə evlənmək istədiyini demişlər. Səlimin valideyinləri qızlarının yaşının az olduğunu bildirmiş, bundan sonra onlar oradan çıxıb evə getmişlər. Fevral ayının əvvəllərində Səlim anası Laləzərin xəstə olmasına görə ailə qurmaq istədiyini, anasına bir şey olsa heç olmasa, ailə qurmasını görməsini istədiyini və Elnarəni evlənmək məqsədilə qaçıracağını demişdir. O, bunu anası Laləzərə demişdir. Laləzər isə buna razı olmamışdır. 20 fevral 2021-ci il tarixdə saat 19 radələrində bacısı İntizar ilə birlikdə Laləzərin evinə getmişlər. Evdə olan vaxtı saat 20 radələrində Səlim evə gələrək əynini dəyişib evə qayıdacağını deyib çıxmış və evə gəlməmişdir. Təxminən bir saat sonra Elnarənin atası Elburus bacısının evinə gəlmiş və qızı Elnarənin Səlim tərəfindən qaçırıldığını bildirmişdir. Onların yanında Elnarə atası Elburusa zəng edərək Səlimlə öz istəyi əsasında qoşulub getdiyini və qayıtmaq istəmədiyini bildirmişdir. O, Səlimlə əlaqə saxlayıb Elnarəni evə qaytarmasını demək istəmiş, lakin həmin vaxt Səlimə zəng çatmadığına görə bu barədə məlumat verə bilməmişdir. Elnarənin xx xxx 2007-ci il təvəllüdlü olmasını Səlim tərəfindən qaçırılmasından sonra polis əməkdaşları ona bildirmişlər. Həmin vaxta qədər Elnarənin 9-cu sinifdə oxuduğunu və 15 yaşının olduğunu güman etmiş, Elnarənin 15 yaşı olduğunu ona Səlim demişdir. Hadisədən sonra Elnarə ona Gədəbəy rayonu ərazisində Səlimə məxsus avtomobilin arxa oturacağında cinsi əlaqədə olduqlarını bildirmişdir. Məhkəmə iclasında şаhid qismində dindirilmiş Şahid3 X4 ilə eyniməzmunlu ifadə vermişdir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X8 X14 Şəmkir Rayon Şöbəsi tərəfindən verilmiş 21.02.2021-ci il tarixli 180 nömrəli canlı şəxsin ekspertizası Rəyindən görünür ki,

1. Zərərçəkmiş şəxs Elburus qızının bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilmədi.

2. Zərərçəkmiş şəxs Elburus qızının qızlıq pərdəsinin tamlığı pozulmamışdır. Bu cür anatomik-morfoloji qurluşa malik qızlıq pərdəsində qızlıq pərdəsinin tamlığı pozulmadan cinsi əlaqələr mümkündür.

3. Zərərçəkmiş şəxs Elburus qızının arxa keçəcəyində arxa keçəcəyi büzən əzələnin cüzi boşalması və arxa keməcəyin selikli qişasında çatlar aşkar edildi, bu da arxa keçəcəyə yeridilmiş uzunsov küt əşyanın, ola bilsin ki, gərginləşmiş kişi cinsiyyət üzvünün yeridilməsi nəticəsində əmələ gələ bilərdi, əmələ gəlmə müddəti 21 fevral 2021ci il tarixə uyğun gəlir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X8 X14 Şəmkir Rayon Şöbəsi tərəfindən verilmiş 24.02.2021-ci il tarixli 193 nömrəli canlı şəxsin ekspertizası Rəyindən görünür ki,

1. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilmədi. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X8 X16 tərəfindən verilmiş 06.05.2021-ci il tarixli 252 nömrəli canlı şəxsin ekspertizası Rəyindən görünür ki, 1.2. Zərərçəkmiş şəxs Elburs qızının müəyyən edilmiş yaşı 15-15,5 ilə uyğun gəlir. İşdə olan Məhkəmə-Psixoloji Ekspertizasının 03 iyun 2021-ci il tarixli 85 nömrəli Rəyindən görünür ki, Zərərçəkmiş şəxs Elburus qızının emosional halından asılı olaraq ona qarşı törədilən hərəkətlərin mahiyyətini dərk etmək qabiliyyətində olmuşdur. Zərərçəkmiş şəxs Elburus qızı baş vermiş hadisəni düzgün qavrayaraq həmin hadisə barəsində düzgün ifadə verə bilər. Zərərçəkmiş şəxs Elburus qızında psixi xəstəlik ilə əlaqəsi olmayan əqli inkişafın ləngiməsi əlamətləri müşahidə olunmur. Zərərçəkmiş şəxs Elburus qızı özündən uydurmaqla yalan danışmağa və özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmur. Hacıyeva X9 Hüseynov ilə cinsi əlaqədə olan zaman ona qarşı müavimət göstərmək imkanında olmuşdur. İşdə olan qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir RPŞ-nin İB-nin müstəntiqi polis kapitanı Rauf Sadıqov 22 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 24 fevral 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Şəmkir Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli 4(076)-22\2021 saylı qərarı ilə barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, Gədəbəy Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli qərarı ilə onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. İşdə olan Ərizədən görünür ki, Zərərçəkmiş şəxs Elburus qızı təqsirləndirlən şəxslə barışmışdır, ondan şikayəti yoxdur, onunla gələcəkdə ailə quracaqdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İşdə olan Şəmkir RİHB-nin X15 İƏD-dən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İşdə olan Epikrizdən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs anası X1 ağciyərin xərçəngi xəstəliyi var. Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsinə əsasən on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, təqsirləndirilən şəxsin, zərərçəkmişin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri və işdə olan digər sənədlərlə sübut edilmişdir ki, Təqsirləndirilən şəxs xx xxx 2007-ci il təvəllüdlü, faktiki olaraq 15-15.5 sümük yaşında olan tanışı Zərərçəkmiş şəxs Elburus qızı ilə 21 fevral 2021-ci il tarixdə gecə saat 03 radələrində Gədəbəy rayonu, Qaradağ kəndində idarə etdiyi avtomobildə aralarındakı yaş fərqi iki ildən çox olan on altı yaşına çatmayan Zərərçəkmiş şəxs ilə onun öz razılığı əsasında təbii yolla və arxa keçəcəyindən qeyri-təbii yolla cinsi əlaqədə olmaqla ona arxa keçəcəyi büzən əzələnin cüzi boşalması və arxa keçəcəyin selikli qişasında çatlar ilə müşayiət olunan xəsarətlər yetirməklə ona qarşı seksual xarakterli hərəkətlər etmiş və bununla da Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.14-cü və 59.2-ci maddələrinə əsasən cinayət nəticəsində dəymiş ziyanı ödəməsini, zərərçəkmişlə barışıq əldə etməsini, anasının ağır xəstəliyini, ailənin yeganə dolandıranı olmasını, təqsirini səmimi etiraf etməsini, əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs münasibətdə cəzanı yüngülləşdirən halların məcmusuna qiymət verərək, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən şəxsiyyətini səciyyələndirən halları, eləcə də, təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsirini, habelə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, habelə cəzanın ədalətli olması və şəxsin islah olunmasına təsirini təmin etmək məqsədilə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün sayır və hesab edir ki, onun barəsində təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəza şərti olaraq tətbiq edilməldir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məcəllənin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Azərbaycan Respublikası CM-nin 71.3-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində məhkəmə tərəfindən onun üzərinə qoyulmuş vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçırdıqda, o cümlədən elektron nəzarət vasitəsini gəzdirməkdən imtina etdikdə, onu zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmədikdə, bu Məcəllənin 71.1-ci maddəsində göstərilən dövlət orqanının təqdimatı əsasında məhkəmə şərti məhkum etmənin ləğv edilməsi və hökmlə təyin olunmuş cəzanın icra olunması haqqında qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə saat 24-00-dən saat 07-00-dək yaşayış yerini və cəzanın icrası müddətində icra və probasiya qurumuna məlumat vermədən daimi yaşadığı Şəmkir rayonunun hüdudlarını tərk etməmək vəzifələri qoyulmalıdır. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş üzrə maddi sübutlar, məhkəmə xərcləri və mülki iddia yoxdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1 maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 22 fevral 2021-ci il tarixdən 17 may 2021-ci il tarixədək həbsdə və 17 may 2021-ci il tarixdən 05 avqust 2021-ci il tarixədək ev dustaqlığında saxlanılması nəzərə alınmaqla, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq, 1 il 06 ay 16 gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası şərti hesab edilsin və Təqsirləndirilən şəxs 01 (bir) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzanın icrası müddətində icra və probasiya qurumuna məlumat vermədən daimi yaşadığı Şəmkir rayonunun hüdudlarını və iş yerini tərk etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.

Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar