Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-46/2023 23.11.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X6 oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 Əlim oğlunun, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Şəmkir Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.2005-ci ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Gədəbəy rayonu Novosaratovka kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, müddətli həqiqi hərbi xidmətdə olan, barəsində komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Gədəbəy rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə tanışları X13, X14 və X12 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup təşkil edərək 05 fevral 2022-ci il tarixdən 06 fevral 2022-ci il tarixə keçən gecə Zərərçəkmiş şəxs1 məxsus olan Gədəbəy rayonu Novosaratovka kəndi ərazisində yerləşən fermanın giriş qapısının qıfılını sındırma yolu ilə qanunsuz daxil olub saxlanc yeri hesab olunan fermadan Zərərçəkmiş şəxs1 çobanı X3 mülkiyyətində olan 01 ədəd 70 manat dəyərində Türkiyə istehsallı “Eurolux” firmasından olan elektrik yemək isidən sobanı, 01 ədəd 80 manat dəyərində Türkiyə istehsallı “Galaxy” firmasından olan elektrik çörək bişirəni, 01 ədəd 40 manat dəyərində 07 litrlik Türkiyə istehsallı “Galaxy” firmasından olan elektrik samovarı, 01 ədəd 60 manat dəyərində Türkiyə istehsallı” Galaxy” firmasından olan elektrik qazanı, 01 ədəd 40 manat dəyərində Türkiyə istehsallı “Galaxy” firmasından olan 3 gözlü yemək bişirən qaz piltəsini, 01 ədəd 8 manat dəyərində Rusiya Federasiyasında alüminium materialından hazırlamış 3 litr su tutarı olan qazanı, 01 ədəd 10 manat dəyərində Rusiya Federasiyasında alüminium materialında hazırlanmış 4 litirlik su tutarı olan qazanı və Zərərçəkmiş şəxs1 mülkiyyətində olan 350 manat dəyərində 700 metr uzunluğunda AS-32 markalı alüminum materialından olan elektirik naqilini ümumilikdə 658 manat dəyərində özgə əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu Novosaratovka kəndində yaşayır və fərdi əməklə məşğul olur. Gədəbəy rayonu Qızıltorpaq kəndində yaşayan Zərərçəkmiş şəxs1 yaşadığı Novosaratovka kəndinin ərazisində heyvan saxlamasını oradan yaylaq kimi istifadə etməsini bilmişdir. Tovuz rayonu Öskən kənd sakini X12 onun ana babası ilə eyni kənddə yaşayıb və sonuncunun VAZ-2107 markalı avtomobil ilə taksilik etdiyinə görə mütəmadi olaraq yaşadığı kəndə gedib-gəldiyini bilmişdir. Buna görə həmkəndlisi X13, X14 və X12 ilə birlikdə oturub çay içmişlər. Həmçinin Emin, Rasim və Yusif ilə birlikdə sonuncuya məxsus “VAZ-2107” markalı avtmobillə kafedə yandırmağa meşədən quru odun yığıb gətirmək üçün meşəyə getmişlər. Yusif söhbət zamanı ailəsində probleminin, uşağının xəstəliyi səbəblərindən pula ehtiyacının olduğunu demişdir. Birlikdə meşəyə odun gətirməyə gedən zaman Rasim, Zərərçəkmiş şəxs1 fermasına gedən yüksək gərginlikli alminium materialdan olan elektrik naqilini göstərib “ay Yusif bax, bu məftili kəsək aparıb sataq sənin də problemini, öz problemimizi də həll edək” demişdir. 05 fevral 2022-ci ildə saat 22:00 radələrində o, Rasim və Emin birlikdə Rasimin istifadəsində olan kafedə oturarkən Yusif oraya gəlmişdir. Birlikdə oturarkən yenə də uşağının xəstə olması, pula ehtiyacı olması barədə söhbətlər etmişdir. Həmin gecə saat 00-30 radələrində o, Rasim və Eminlə birlikdə Yusifin idarə etdiyi VAZ-2107 markalı avtomobillə Novosaratovka kəndinin ərazisindəki Zərərçəkmiş şəxs1 məxsus olan yatağın yanına gəlmişlər və Yusif yaxınlıqda maşını saxlamışdır. Yusif əlində olan kəlbətinlə üzərindən elektrik naqili keçən və üzərində pilləkanları olan dəmir borudan olan dirəyə çıxıb əlindəki kəlbətinlə dirəyin üstündən keçən 700 (yeddi yüz) metr uzunluğunda olan elektrik naqilini hissə-hissə kəsib yerə atmışdır. Rasim, Zülfüqar və Emin isə naqilləri Yusifin idarə etdiyi avtomobilin yük yerinə yığmışlar. Həmçinin fermanın həyətində olan iki ədəd alminium qazanları da götürüb avtomobilin yük yerinə qoymuşlar. xx.xx.2022-ci ildə saat 04:00 radələrində fermada işlərini yekunlaşdırıb əvvəl kafedə çay içmişlər. Rasim, Eminlə Yusifin idarə etdiyi avtomobilə oturub, alminium naqilləri Tovuz rayonunda metal alveri ilə məşğul olan şəxslərə vermək üçün getmişlər. Həmin günü axşamı evinə getməmişdir. Rasim Əliyevin icarə əsasında işlətdiyi özünün isə ofisiant kimi işlədiyi Paşanın kafesi adlanan kafedə olan zaman Rasim Əliyev və Emin Musayev kafeyə qayıdarkən Zərərçəkmiş şəxs1 fermasından əldə etdikləri əşyaları Tovuz rayonunda 60 manata satdıqlarını demişlər. Rasim ona 5 manat verib “60 manata satdıq 5 manatdı da sənindir, al cibinə qoy“ demiş və o, həmin 5 manatı şəxsi ehtiyaclarım üçün xərcləmişdir. Birlikdə oğurluq etdiyi şəxslər onun Novosaratovka kənd tam orta məktəbində 10-cu sinifdə təhsil almağını, yetkinlik yaşına çatmadığını bilmişlər. Lakin, onu aldatmamışlar, o, oğurluq etməyə öz istəyi ilə getmişdir. Gədəbəy rayonu, Novosaratovka kəndində yaşayan Zərərçəkmiş şəxs3 həmkəndlisi kimi tanımış, onunla aralarında heç bir narazılıq və ədavət baş verməmişdir. Gədəbəy rayonu, Novosaratovka kəndində yaşayan X9, X5 həmkəndlisi kimi tanıyır, aralarında heç bir narazılıq və ədavət baş verməmişdir. Təxminən 2022-ci ilin yanvar ayının sonlarında Rasim Əliyevin icarə əsasında işlətdiyi Novosaratovka kəndindi ərazində yerləşən Paşanın kafesi adlanan yerdə olan zaman Rauf Quliyev sərxoş halda Zərərçəkmiş şəxs3 kafesinin həyətində anbar kimi yerdə saxladığı tikilidə olan gübrələri aparıb satmağı təklif etmişdir. Yusif Əhmədov da onun dediyi ilə razılaşmışdır. Rauf Quliyevə və Yusif Əhmədova aparmamamağı, Müseyibin gübrəsi olduğunu, sonradan bilinsə Müseyibə deyəcəyini bildirsə də onlar qulaq asmamışlar. Rauf Quliyev cibindən bir ədəd plastik kart çıxararaq “kimə satsaq deyəcəm ki öz kartıma verilən gübrələrdi satıram” demişdir. Yusif Əhmədov idarə etdiyi VAZ-21074 markalı avtomobili oraya vermişdir. Rauf və Yusif oradan hər biri 50 kiloqram olan iki kisə gübərəni avtomobilin yük yerinə yığmışlar. X21 Quliyev ilə birlikdə avtomobili idarə edərək oradan getmişlər. Həmin günü gübrəni satmaq istəsələr də sata bilməmişdirlər. Sabahısı günü yaşadığı kənddə yerləşən Quşçu küçəsində yaşayan Elnur adlı şəxsə satmışlar. Gübrəni aparılan günün sabahısı bu barədə Rasim Əliyevə məlumat vermişdir. X2 yanında kafenin həyətindən gübrəni apardıqları üçün irad bildirmişdir. Bundan sonra orada baş verənlər barədə heç bir məlumatı olmamışdır. Onun yanında Yusif Əhmədov və Rauf Quliyev avtomobilin yük yerinə iki kisə gübrə yığmışlar sonradan oradan nə qədər gübrə aparılması barədə heç bir məlumatı olmamışdır. Yusif Əhmədov həmin gübrələrin Rauf Quliyevə deyil, Zərərçəkmiş şəxs3 məxsus olmasını bilmişdir. Həmin gübrələrin götürülməsində heç bir iştirakı olmamışdır. Gübrələrin satışından heç bir pul məbləği almamışdır. Ona pul çatacağı ilə bağlı məlumat verilməmişdir. Rasim Əliyev, Emin Musayev və Yusif Əhmədovla birlikdə Zərərçəkmiş şəxs1 fermasından oğurluq etmişdir. Həmin oğurluq hadisəsində ona heç bir hədə qorxu gəlinməmiş, aldadılmamışdır, ona əvvəlcədən hər hansı bir vədlər verilməmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Tovuz rayonu, Çeşməli kəndində yaşayır və Gədəbəy rayonu, Tikdaş kənd sakini Zərərçəkmiş şəxs1 məxsus olan fermer təsərrüfatında çobanlıq edir. Yaz-yay aylarında Gədəbəy rayonu Novosaratovka kəndi ərazisində Zərərçəkmiş şəxs1 məxsus fermada heyvan saxlayır və fermadakı olacaqda yaşayır. Heyvanlar 2021-ci ilin oktyabr ayından qış otlaq sahəsi olan Tovuz rayon ərazisində yerləşən Ceyran çöl qış otlaq sahəsinə aparmış və Akifə məxsus fermada heç kim qalmamışdır. Fermanın qapıları bağlı olmaqla Akif hərdən fermaya baş çəkmək üçün getmişdir. 07 fevral 2022-ci il tarixdə günorta saatlarında Akif həmin fermaya baş çəkmək üçün getmiş və fermaya çəkdiyi aliminum materialından olan elektirik naqilinin kəsilib oğurlanmasını, fermaya baxış keçirərkən yaşadıqları otağın bir pəncərəsinin qırılmasını görmüşdür. Bu barədə ona məlumat vermişdir. Onun bir ədəd elektrik yemək isidən, bir ədəd elektrik samovar, bir ədəd elektrik çörək bişirən, bir ədəd elektrik qazan və bir ədəd yemək bişirmək üçün nəzərdə tutulmuş üç gözlü qaz plitəsi, bir ədəd aliminum materialından hazırlamış, 3 litir su tutarı olan, itlərə yem vermək üçün istifadə etdiyi qazan və bir ədəd 4 litrlik su tutarı olan, itlərə yem vermək üçün istifadə etdiyi alimunum qazan oğurlanmışdır. Ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxslərdən şikayət və tələbi yoxdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 göstərdi ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Tikdaş kəndində yaşayır və fərdi əməklə məşğul olur. Gədəbəy rayon Novosaratovka kəndi ərazisində özünə məxsus ferma olmaqla yaz-yay aylarında orada özünə və heyvanlarına çobanlıq edən Zərərçəkmiş şəxs2 məxsus heyvanları orada saxlamışlar. Heyvanlar 2021-ci ilin oktyabr ayından qış otlaq sahəsi olan Tovuz rayon ərazisində yerləşən Ceyran çöl qış otlaq sahəsinə aparıdıqdan sonra fermada heç kim olmamış, fermanın qapıları bağlı olmuşdur. Bəzi vaxtlar fermaya baş çəkmək üçün gedibgəlmişdir. 07 fevral 2022-ci il tarixdə günorta saatlarında fermaya baş çəkmək üçün getmiş və fermaya çəkdiyi aliminum materialından olan elektrik naqilinin kəsilməsini aşkar etmişdir. Sonra fermaya baxış keçirib, çobanın yaşaması üçün nəzərdə tutulmuş otağın bir pəncərəsinin qırıldığını, digər olacağın qapısının qıfılının qırıldığını və qapının açıq olduğunu, açıq qapıdan girdiyində həmin otaqdan çoban Zərərçəkmiş şəxs2 məxsus olan bir ədəd televizorun, bir ədəd yemək bişirmək üçün nəzərdə tutulmuş üç gözlü qaz sobasının, bir ədəd elktirik çaynikinin və bir ədəd elektrik nəhrə aparatının yerində olmadığını görmüşdür. O, bu barədə Gədəbəy rayon X18 X8 müraciət etmişdir. 2005-ci ildə çəkdiyi aliminum materialından olan elektirik naqilinin ümumi uzunluğu 700 metr olmuş və ona 800 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslərdən şikayət və tələbinin olmadığını bildirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə göndərərək, ona dəymiş ziyanın ödənildiyini və şikayətinin olmadığını bildirmişdir. Şahid6 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Novosaratovka kəndində yaşayır və fərdi əməklə məşğuldur. Zərərçəkmiş şəxs3 həmkəndlisidir. Tovuz rayon Öskən kənd sakini X7 əvvəllər tanımamış və sonuncular ilə arasında ədavət, narazılıq baş verməmişdir. Yaşadığı kəndin ərazində payızlıq taxıl məhsulu əkmiş və həmin sahəyə gübrə vermək lazım olduğu gübrə satışı ilə məşğul olan şəxslərə bu barədə məlumat vermişdir. 2022-ci ilin yanvar ayında həmkəndlisi olan Arıx ləqəbli Rauf Quliyev ona zəng edərək azotdu ağ gübrə olmasını, bir kisəsini 25 manata verdiyini bildirmişdir. Raufla öz aralarında danışıb, kisəsinin birini 20 manatdan olmaqla almağa razılaşmışdır. Həmin gün hava qaralan vaxtı Rauf həmin gün tanış olduğu Yusif Əhmədov və yanlarında olan bir nəfər tanımadığı şəxslə birlikdə göy rəngli VAZ-21074 markalı avtomobilə evinə gəlmişlər. Yusifin taksi sürücüsü kimi gəlməsini başa düşmüş və Rauf Quliyev 3 ədəd 50 kiloqramlıq kisədə olan gübrələri həmin avtomobilin yük yerindən düşürərək onun yaşadığı evin həyətinə yığmışlar. 3 kisə gübrə üçün Raufa 60 manat pul vermişdir. Bundan bir-iki gün sonra Rauf ona zəng edərək yenidən gübrə lazım olubolmadığını soruşmuş və o, iki kisə gübrə lazım olduğunu demişdir. Bundan 2 gün sonra Rauf taksi sürücüsü Yusif Əhmədovun idarə etdiyi göy rəngli VAZ-21074 markalı avtomobilə yenidən onun ünvanına 2 ədəd 50 kiloqramlık kisədə azot gübrəsi gətirmişdir. Raufdan nə üçün axşam vaxtı gətirdiyini soruşduqda sonuncu ona Rasim Əliyevin işlətdiyi kafedə kababçı işlədiyini sonuncunun iş vaxtı ona getməyə icazə vermədiyini bildirmişdir. Həmin iki kisə gübrə üçün Raufa 40 manat pul vermişdir. Bundan 20-25 gün sonra Rasim Əliyev və Emin Musayev yaşadığı evə gələrək Rauf Quliyevin ona satdığı gübrələri həmkəndliləri Paşa ləqəbli Zərərçəkmiş şəxs3 məxsus anbardan oğurlanılaraq ona satılmasını bildirib, həmin gübrələri geri verməsini istəmişlər. Gübrələr üçün Rauf Quliyevə 100 manat pul verdiyini həmin pulu geri aldıqdan sonra gübrələri qaytaracağını bildirmişdir. Bundan bir müddət sonra Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşları evinə gəlib, Rauf Quliyevdən əldə etdiyi gübrələrin oğurluq olmasını bildirmişdir. Bundan başqa Rauf Quliyev ona gübrələrin onun pay torpaq sahəsinə dövlət tərəfindən verildiyini bildirmişdir. Ümumilikdə 5 ədəd 50 kiloqramlıq kisədə istehsal firması yadında qalmayan azot gübrəsini Raufdan almış və sonuncunun başqa kiməsə gübrə satmaları barədə məlumatı olmamışdır. Rauf Quiyev gübrələri gətirən zaman hava qaranlıq olduğu üçün Yusifin avtomobilinin arxa oturacağında əyləşmiş digər şəxsin kim olmasını görməmişdir. Şahid7 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Tovuz rayonu Əyyublu kəndində yaşayır, ailəsinin dolanışığı üçün fərdi əməklə məşğul olur. Köhnə dəmir və metalların alqı satqısı ilə məşğul olur. Gədəbəy rayonunun Novosaratovka kəndində yaşayan X11, X9 və Tovuz rayonu Öskən kənd sakini X7 əvvəllər tanımamış, onlarla heç bir münasibəti, ədavət və düşmənçiliyi olmamışdır. 06 fevral 2022-ci ildə həmkəndlisi və yaxın dostu Ramin Mehman özünün istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən onun istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng edərək aliminium metal olduğunu, alıbalmayacağını soruşmuşdur. Əvvəl pulu olmadığı üçün ala bilməyəcəyini dedikdə Ramin eybi yoxdur pulunu sonra da verə bilərsən demişdir. Ramin həmkəndlisi və yaxını olduğuna görə ona inanmışdır. Həmin vaxt Ramin yanında olan həmin gün ilk dəfə gördüyü Rasim adlı şəxsin idarə etdiyi VAZ-2107 markalı avtomobillə Əyyublu kəndində yanına gəlmişdir. Raminlə gələn Rasim adlı şəxsin gətirmiş olduğu əzilmiş vəziyyətdə olan aliminium məftilləri və iki ədəd 3-4 letrlik alminium qazanları çəkmiş, həmin aliminum metalın çəkisi cəmi 48 (qırx səkkiz) kq olmuşdur. Həmin 48 (qırx səkkiz) kq aliminium üçün mən Raminlə gələn Rasim adlı şəxsə 96 (doxsanaltı manat pul vermişdir. Sonra Rasimdən aldığı aliminum məftili və qazanları həmin gün Gəncə şəhərinə aparmış, orada metal alqısatqısı ilə məşğul olan Eldəniz adlı şəxsə 150 (yüz əlli) manata satmışdır. Sonra qayıdıb yaşadığı kəndə Əyyublu kəndinə gəlmişdir. Rasim adlı şəxsin gətirib satmış olduğu aliminium məftilin və iki ədəd aliminium qazanın oğurluq olmasını bilməmişdir. Şahid8 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Tovuz rayonu Əyyublu kəndində yaşayır, heç bir yerdə işləmir, ailəsinin dolanışığı üçün avtomobil təmiri ilə məşğul olur. Gədəbəy rayonu Novo Saratovka kəndində yaşayan X9 iki il əvvəl avtomobilini yanına təmir gətirən zaman tanımışdır. 06 fevral 2022-ci il tarixdə təxminən saat 10 radələrində Rasim Əliyev VAZ-2107 markalı avtomobillə işlədiyi sexə gəlmişdir. Söhbət əsnasında köhnə aliminium metal tullantılarının olduğunu deyib metal alqı-satqısı ilə məşğul olan şəxs axtardığını demişdir. Həmin vaxt istifadəsində olan 051-505-81051 saylı mobil nömrədən tanışı Şahid7 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək aliminium metal olduğunu və alıb-almadığını soruşmuşdur. Həmin vaxt avtomobil sahibi onun sexində qalmış, Rasimlə birlikdə onun idarə etdiyi VAZ-2107 markalı avtomobillə Əyyublu kəndinə Yusifin yanına getmişdir. Yusif Raminin gətirmiş olduğu əzilmiş vəziyyətdə olan aliminium məftilləri və iki ədəd 3-4 litrlik aliminium qazanları çəkmiş, həmin aliminium metalın çəkisi 48 kiloqram olmuşdur. Həmin 48 kiloqram aliminium üçün Rasimə 96 manat pul vermişdir. Sonra Rasim onu gətirib sexinə düşürüb getmişdir. Rasim adlı şəxsin gətirib Yusifə satmış olduğu aliminium məftilin və iki ədəd aliminium qazanın oğurluq olmasını bilməmişdir. Məhkəmə iş üzrə dindirilmiş və ifadəsi elan olunmuş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını və digər sənədləri tədqiq edib sübut növü kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - hadisə yerinə baxış keçirilməsi haqqında 07 fevral 2022-ci il tarixli istintaq hərəkəti protokolundan görünür ki, hadisə yeri Gədəbəy rayonu Novo Saratovka kəndində yerləşən vətəndaş Zərərçəkmiş şəxs1 məxsus fermadır. Hazırda fermada yaşayış və mal-qara yoxdur. Fermanın 35 met uzunluğunda çardağı vardır, çardağın hər iki baş tərəfində yaşayış üçün otaqlar vardır. Çardağın sol tərəfində olan otağın qapısının qıfılı sındırılmış vəziyyət olmaqla açıq vəziyyətdədir. Həmin otağın içərisində 2 ədəd dəmir çarpayı və məişət əşyaları vardır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 həmin otaqdan 1 ədəd televizor, 1 ədəd elektrik sobası, 1 ədəd elektrik qazanı, 1 ədəd samovar, 1 ədəd qaz peçi və çardağın qarşısından fermaya dəmir dirəklərlə çəkilmiş 750-800 metr uzunluğunda elektrik naqilinin kəsilib oğurlandığını bildirmişdir. Hadisə yerinə baxış keçirilən zaman hadisənin yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur. - İfadənin yerində yoxlanılması haqqında 05 mart 2022-ci il tarixli istintaq hərəkəti protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 iştirakı ilə hadisə yerində ona məxsus fermadan kəsilib aparılmış elektrik naqillərinin kəsildiyi yerlər ölçülmüş və 700 metr uzunluğunda AC-35 markalı içərisi aliminium olan elektrik naqilinin kəsilməsi müəyyən edilmiş, eyni zamanda Zərərçəkmiş şəxs1 fermada olan yaşayış otağından çobanı Zərərçəkmiş şəxs2 məxsus məişət əşyalarının oğurlandığı yerləri ardıcıl olaraq göstərmişdir. - məhkəmə-əmtəəşünaslıq ekspertizasının 29 aprel 2022-ci il tarixli 9/2197 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunmuş nümunəyə əsasən üzərində markalanma yazısı olmayan, izoliyasyasız, 7 damarı burulmuş məftil şəkillərində olan, alüminum əsaslı ərintidən hazırlanmış AC-35 tipli, 700 metr uzunluğunda elektirik naqilinin 2022-ci ilin fevral ayına olan bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 290.00 manat müəyyən olunur. O cümlədən; 01 ədəd Türkiyə istehsalı Eurolux firmasından olan elektirik yemək isidən- 70, 00 manat, 01 ədəd Türkiyə istehsalı Qalaxy firmasından olan elektirik çörək bişirən – 80,00 manat, 01 ədəd Türkiyə istehsalı Qalaxy firmasından olan, 07 litrlik samovar – 40,00 manat, 01 ədəd Türkiyə istehsalı Qalaxy firmasından olan elektirik qazan – 60, 00 manat, 01 ədəd Türkiyə istehsalı Qalaxy firmasından olan 03 gözlü yemək bişirən qaz piltəsi – 40, 00 manat. Qeyd olunan xüsussatla müvafiq qaydada aparılmış tədqiqat nəticəsində, Respublikada yerləşən ticarət mərkəzlərində, yerli internet saytlarında mövcüd olan qiymətlərdən, eləcədə mərkəzdə olan məlumatlardan istifadə etməklə, ekspertiza tədqiqatına təqdim edilmiş nümunə əsasında üzərində markalanma yazısı olmayan, izolasiyasız, 7 damarla burulmuş, məftillər şəklində olan aliminum əsaslı ərintidən hazırlanmış AC-35 tipli, 700 metr uzunluğunda eletirik naqilinin 2022-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 350,00 (700 x 0,50) manat, təqdim edilməyən istifadə olunmuş 5 adda malların nəzəri qaydada ümumi qiymətləri təxminən 290,00 manat müəyyən olunmuşdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olmamışdır. Məhkəmə tədqiq olunmuş sübutları ayrı-ayrılıqda və bir-biri ilə müqayisəli təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi onun qismən etirafı ilə yanaşı, məhkəmə iclasında alınmış zərər çəkmiş şəxslərin, şahidlərin ifadələri, elan olunaraq tədqiq olunmuş ekspert rəyləri, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş mötəbər sübutların məcmusu ilə təsdiq edilir. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilməsi ilə razılaşır. Ona görə də o, həmin maddələrlə təqsirli bilinməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edilib-edilməməsi, təyin ediləcək cəzanın növü və həddi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə dəymiş zərərin ödənilməsini, cinayət əməlini yetkinlik yaşına çatmadığı vaxtda törətməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hal yoxdur. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təyin edilməsi nəzərdə tutulan cəzalar cəzanın məqsədini təmin edir. Məhkəmə qeyd etməyi zəruri sayır ki, Təqsirləndirilən şəxs cinayət törədərkən yetkinlik yaşına çatmadığından ona cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 84-92-ci maddələrində nəzərdə tutulan xüsusiyyətlər də nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsinin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs hərbi qulluqçudur. Azərbaycan Respublikası CM-nin 52-1.6-cı maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması hərbi qulluqçulara, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, habelə Azərbaycan Respublikası ərazisində daimi yaşayış yeri olmayan şəxslərə təyin edilmir. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilə bilməz, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi isə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı hallar, eləcə də əməlində cəzanı yüngülləşdirən halların olması, cəzanı ağırlaşdıran halların olmaması baxımından ədalətli deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hansı cəzanın təyin edilməsi məsələsini müzakirə edərkən müstəsna hallar müəyyən edilmişdir ki, bu da ona təqsirli bilindiyi cinayət qanunu normasının sanksiyasında nəzərdə tutulmamış daha yüngül cəza təyin edilməsinə əsas verir. Belə ki, Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini yetkinlik yaşına çatmadığı bir vaxtda törətmiş, cinayət nəticəsində vurulmuş ziyanı tam olaraq aradan qaldırmışdır. Zərər çəkmiş şəxslərin ondan şikayət və tələbləri yoxdur. Eləcə də, Təqsirləndirilən şəxs hazırda həqiqi hərbi xidmətdədir. Onun şəxsiyyətinin təhlükəliliyi aradan qalxmış, yüngül cəza verilərsə islah olunmasına kifayət qədər şərait yaranmışdır. Təyin ediləcək cəzanın əsas məqsədlərindən biri şəxsin islah olunmasıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə ona təqsirli bilindiyi cinayət qanunun normasının sanksiyasında nəzərdə tutulmamış daha yüngül cərimə cəzası təyin edilməsi, həm onun islah olunması, həm də hərbi xidmətinin daha nümunəvi davam etdirilməsi baxımından ədalətlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirlməməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs hərbi xidmətdə olduğu hərbi hissə komandanlığına həvalə edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs 400 manat məbləğində cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində olan komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs hərbi xidmətdə olduğu hərbi hissə komandanlığına həvalə edilsin. Hökmdən 20 gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №1(042)-46/2023
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-46/2023
23.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver