Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-47/2021 26.08.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon(Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi Şahid1 Fərrux qızı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxx 1995-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmamış, subay, orta təhsilli, işləməyən, Gədəbəy rayonu, Qaraməmmədli kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə ittiham edilmişdir ona görə ki, 09 avqust 2020-ci il tarixdə saat 18 radələrində 16 yaşına çatmayan şəxsi, yəni xx xxx 2005-ci il tarixdə Daşkəsən rayonu, Bayan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, Şəmkir rayonu, Nərimanlı kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri, Avtozavod yaşayış massivində yaşayan Zərərçəkmiş şəxs sonuncunun razılığı əsasında evlənmək məqsədilə yaşadığı Gədəbəy rayonu, Qaraməmmədli kəndində yerləşən fərdi yaşayış evinə aparmış və 06 sentyabr 2020-ci il tarixdə saat 18 radələrində aralarındakı yaş fərqi 2 ildən çox olan 16 yaşına çatmayan Zərərçəkmiş şəxs ilə sonuncunun öz razılığı əsasında yaşadığı Gədəbəy rayonu, Qaraməmmədli kəndində yerləşən fərdi yaşayış evində cinsi əlaqədə olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş, ifadə verərək, göstərmişdir ki, 09 mart 2018-ci tarixdən Gədəbəy rayon polis şöbəsində təminat hissəsinin kiçik inspektoru vəzifəsində, polis kiçik serjantı kimi işə qəbul edilmiş, 2019-cu ilin may ayından Gədəbəy rayon polis şöbəsinin müvəqqəti saxlama yerinin konvoy polis nəfəri, polis serjantı vəzifəsini icra etmiş, 04 aprel 2021-ci il tarixdə öz ərizəsi əsasında daxili işlər orqanlarında qulluqdan xaric edilmişdir. 07 iyun 2020-ci il tarixdə günorta saatlarında Gəncə şəhəri, univermaq adlanan ərazidəki kişi və qadın geyimləri satılan dükanda paltar alan zaman Gəncə şəhərində yaşayan Zərərçəkmiş şəxs ilə rastlaşmış və sonuncuya yaxınlaşaraq ona xoşu gəldiyini bildirdirib, mobil telefon nömrəsinə ödəmə aparatı ilə köçürdüyü konturun qəbzini Zərərçəkmiş şəxs vermişdir ki, istəsə ona zəng etsin. Bundan 2 gün sonra Zərərçəkmiş şəxs qəbzdə qeyd olunmuş onun ***-***-**-** mobil nömrəsinə zəng edərək, ondan xoşu gəldiyini, 16 yaşı olduğunu və sevgi münasibətində ola biləcəyini bildirmişdir. Bundan sonra 2020-ci ilin iyun ayının 14, 21 və 28-i tarixlərdə, həftənin bazar günlərində Gəncə şəhərinə gedərək Zərərçəkmiş şəxs ilə söhbət edib, daha sonra yaşadığı Gədəbəy rayonu, Qaraməmmədli kəndinə gəlmişdir. 28 iyun 2020-ci il tarixdə, Zərərçəkmiş şəxs ilə görüşərkən sonuncu ona yaşının 16 deyil, 15 olduğunu, az yaşı olduğuna görə münasibətlərini yekunlaşdıra biləcəklərini bildirmiş, lakin o, Zərərçəkmiş şəxs ilə razılaşmamış, 2 il də gözləyəcəyini bildirmiş və onlar münasibətlərini davam etdirmişlər. Bundan əlavə Zərərçəkmiş şəxs ilə tez-tez telefonla danışaraq bir-birilərinə olan sevgilərindən söhbət etmişlər. 13 iyul 2020ci tarixdə Zərərçəkmiş şəxs zəng edərək ona qarşı olan sevgisi dərindirsə, eləcə də onunla bağlı fikri ciddidirsə, öz ata-anasını yaşadığı evə elçi göndərməsini bildirdikdə, sonuncu ilə razılaşaraq, 19 iyul 2020-ci il tarixdə ata və anasını Zərərçəkmiş şəxs yaşadığı evə elçi göndərmişdir. Elçilik zamanı Zərərçəkmiş şəxs anası Şahid1 qızının onunla evlənməsinə razılıq vermiş, lakin valideynlərinə Lalənin 15 yaşı olması səbəbilə evlilik məsələsini 2 il gözləmək lazım olduğunu bildirmişdir. X13 və anası Şahid2 razılaşdıqdan sonra valideynləri ilə birlikdə Gədəbəy rayonuna qayıtmışdır. Bundan sonra Zərərçəkmiş şəxs ilə Gəncə şəhərində görüşməyə və telefonla danışmağa davam etmişlər. 07 avqust 2020-ci ildə Zərərçəkmiş şəxs ona zəng edərək evlənmək istədiyini, ona qarşı hislərinin səmimi olduğunu, gəlib onu evlənmək məqsədilə aparmasını bildirdikdə, sonuncuya Gədəbəy rayon polis şöbəsində işdə olduğunu, bazar günü gəlib onu aparacağını demişdir. Bundan sonra həftənin bazar günü, 09 avqust 2020-ci il tarixdə, saat 18 radələrində Zərərçəkmiş şəxs zəng edərək Gəncə şəhərinə gəldiyini bildirmiş, saat 19 radələrində sonuncu ilə yaşadığı evin yanındakı aptekdə görüşüb dövlət qeydiyyat nişanını xatırlamadığı, sürücüsünü tanımadığı taksi ilə Gəncə şəhərinin çıxışındakı avtovağzala, oradan isə tanımadığı başqa bir taksini sifariş edib Zərərçəkmiş şəxs özü ilə birlikdə yaşadığı Gədəbəy rayonu, Qaraməmmədli kəndinə gətirmişdir. Valideynləri Zərərçəkmiş şəxs öz övladları kimi qəbul edərək birlikdə yaşamalarına etiraz etməmişlər. Daha sonra o, Zərərçəkmiş şəxs anası Şahid1 zəng edib ailə qurmaq məqsədilə qızını yaşadığı Gədəbəy rayonu, Qaraməmmədli kəndindəki evlərinə gətirdiyini bildirmiş, həmçinin Zərərçəkmiş şəxs özü də anası Şahid1 ilə telefonla danışaraq onu sevdiyi üçün qoşularaq gəldiyini, heç kimin onu zorla aparmadığını bildirmişdir. 10 avqust 2020-ci il tarixdə saat 10 radələrində Şahid1 taksi ilə onun yaşadığı Gədəbəy rayonu, Qaraməmmədli kəndindəki evə gəldikdə Zərərçəkmiş şəxs anası ilə görüşərək bir daha onu sevdiyi üçün ailə həyatı qurmaq məqsədi ilə gəldiyini, heç kim onu zorla gətirmədiyini bildirmişdir. Bundan sonra Şahid1 qızı Zərərçəkmiş şəxs heç bir etiraz etməmiş və onun anası Şahid2 ilə söhbət etmişdir. 09 avqust 2020-ci il tarixdən 06 sentyabr 2020-ci il tarixədək Zərərçəkmiş şəxs yaşadığı evə gəlin gəlsə də, sonuncu ilə heç bir münasibətdə olmamış, 06 sentyabr 2020-ci il tarixdə, saat 17-18 radələrində Zərərçəkmiş şəxs ilə təbii yolla cinsi əlaqədə olmuş, həmin vaxt Lalənin bəkarəti pozulmuşdur. Onun atası ağır xəstədir, ailənin yeganə işləyəni və dolandıranıdır. Onlar Lalə ilə biri-birilərini sevirlər və gələcəkdə nikah bağlayıb, ailə quracaqlar. Lalənin ondan şikayəti yoxdur. Ona görə də bu halların qərar çıxarılarkən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs ifadə verərək, bildirmişdir ki, 07 iyun 2020-ci il tarixdə günorta saatlarında Gəncə şəhəri, univermaq adlanan ərazidəki kişi və qadın geyimləri satılan dükanda paltar alan zaman Gədəbəy rayonu, Qaraməmmədli kənd sakini Təqsirləndirilən şəxs ilə rastlaşmış, sonuncu yaxınlaşaraq ondan xoşu gəldiyini bildirmiş və mobil nömrəsinə ödəmə aparatı ilə yüklədiyi konturun qəbzini vermişdir ki, istəsə ona zəng etsin. Bundan 2 gün sonra o, Təqsirləndirilən şəxs qəbzdə qeyd olunmuş ***-***-**-** mobil nömrəsinə zəng edərək, ondan xoşu gəldiyini, 16 yaşı olduğunu və sevgi münasibətində ola biləcəklərini bildirmişdir. Bundan sonra 2020-ci ilin iyun ayının 14, 21 və 28-i tarixlərində, yəni həftənin bazar günləri Təqsirləndirilən şəxs Gəncə şəhərinə gələrək onunla söhbət etmiş, daha sonra yaşadığı rayona qayıtmışdır. 28 iyun 2020-ci il tarixdə Təqsirləndirilən şəxs yaşının 16 deyil, 15 olduğunu, yaşı ilə əlaqədar münasibətlərimi yekunlaşdıra biləcəyini bildirdikdə Təqsirləndirilən şəxs onunla razılaşaraq, 2 il də gözləyəcəyini bildirmiş və münasibətlərini davam etdirmişlər. Bundan əlavə Xəyalla tez-tez telefonla danışmış, bir- birilərinə olan sevgilərindən söhbət etmişlər. 13 iyul 2020-ci il tarixdə Təqsirləndirilən şəxs zəng edərək ona qarşı olan sevgisi dərindirsə, eləcə də onunla bağlı ciddi fikirdədirsə, öz ata- anasını yaşadıqları evə elçi göndərməsini bildirmiş, sonuncu onunla razılaşaraq 19 iyul 2020-ci il tarixdə öz ata və anasını onların yaşadıqları evə elçi göndərmişdir. Elçilik zamanı anası Şahid1 onun Təqsirləndirilən şəxs ilə evlənməsinə razılıq vermiş, lakin sonuncunun valideynlərinə yaşının az olması səbəbilə evlilik məsələsini 2 il gözləmək lazım olduğunu bildirdikdə Təqsirləndirilən şəxs ata və anası bununla razılaşmış və elçilər Gədəbəy rayonuna qayıtmışlar. Bundan sonra Təqsirləndirilən şəxs ilə Gəncə şəhərində görüşməyə və telefonla danışmağa davam etmişlər. 07 avqust 2020-ci il tarixdə o, Təqsirləndirilən şəxs zəng edərək onu evlənmək məqsədilə aparmasını xahiş etmiş, Təqsirləndirilən şəxs Gədəbəy rayon polis şöbəsində işdə olmasını və bazar günü gəlib onu aparacağını bildirmişdir. Bundan sonra həftənin bazar günü, yəni, 09 avqust 2020-ci il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs ona zəng edərək Gəncə şəhərinə gəldiyini bildirmiş, həmin gün saat 19 radələrində Xəyalla evlərinin yanındakı aptekdə görüşüb dövlət qeydiyyat nişanını xatırlamadığı, sürücüsünü tanımadığı taksi ilə Gəncə şəhərinin çıxışındakı avtovağzala, oradan isə Xəyalın danışdığı tanımadığı taksi ilə sonuncunun yaşadığı Gədəbəy rayonu, Qaraməmmədli kəndinə gəlmişlər. Xəyalın valideynləri onu öz övladları kimi qəbul edərək, birlikdə yaşamalarına etiraz etməmişlər. Daha sonra Təqsirləndirilən şəxs onun anası Şahid1 zəng edərək onu ailə qurmaq məqsədilə öz yaşadığı Gədəbəy rayonu, Qaraməmmədli kəndindəki evə gətirdiyini bildirmiş, həmçinin özü də anası ilə telefonla danışaraq Təqsirləndirilən şəxs sevdiyi üçün qoşularaq gəldiyini, heç kimin onu zorla aparmadığını bildirmişdir. 10 avqust 2020-ci il tarixdə saat 10 radələrində anası Şahid1 onun arxasınca taksi ilə Gədəbəy rayonu, Qaraməmmədli kəndində yerləşən Xəyalın yaşadığı evə gəlmiş və o, anası ilə görüşərək bir daha Xəyalı sevdiyi üçün, ailə həyatı qurmaq məqsədi ilə sonuncunun yaşadığı evə öz istəyi ilə gəldiyini, heç kim onu zorla gətrimədiyini demişdir. Bundan sonra anası Şahid1 heç bir etiraz etməyərək Xəyalın anası Şahid2 ilə söhbət etmişlər. 09 avqust 2020-ci il tarixdən 06 sentyabr 2020-ci il tarixədək Təqsirləndirilən şəxs yaşadığı evə gəlin gəlsə də, sonuncu ilə heç bir münasibətdə olmamış, 06 sentyabr 2020-ci il tarixdə, saat 17-18 radələrində Təqsirləndirilən şəxs ilə təbii yolla cinsi əlaqədə olmuş, həmin vaxt bəkarəti pozulmuşdur. Onun təqsirləndirilən şəxsdən şikayəti yoxdur. Onlar biri-birlərini sevirlər və gələcəkdə ailə quracaqlar. Ona görə də ona cəza verilməməsini xahiş edir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid1 ifadə verərək, bildirmişdir ki, qızı Zərərçəkmiş şəxs yaşadıqları Şəmkir rayonu, X15 Məktəbinin 9-cu sinifini bitirmiş, sonra Gəncə şəhərinə köçdükləri üçün təhsilini davam etdirməmişdir. Təxminən 2020-ci ilin iyul ayında Gədəbəy rayonu, Qızıltorpaq kənd sakini Təqsirləndirilən şəxs ailə üzvləri yaşadıqları evə gələrək qızı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs istədiklərini bildirdikdə, sonuncunun valideynlərinə razılıqlarını bildirərək, Zərərçəkmiş şəxs hələ 15 yaşı olduğunu, 18 yaşı tamam olduqdan sonra ailə həyatı qurmaları və toy etmələri barədə razılaşmışlar. Bundan sonrakı 1-2 ay müddət ərzində qızı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs mobil telefonla bir-biriləri ilə əlaqə saxlayaraq, özləri razılaşmış və qızı Lalə Xəyala qoşularaq ailə həyatı qurmaq məqsədi ilə Gədəbəy rayonu, Qaraməmmədli kəndinə getmişdir. Həmin vaxt qızı Zərərçəkmiş şəxs 18 yaşının tamam olmamasını bilsə də, sonuncu özü könüllü olaraq ailə qurmaq məqsədi ilə qoşulub qaçdığı üçün heç bir tədbir görməmişdir. Hadisənin səhəri günü Gədəbəy rayonu, Qaraməmmədli kəndinə, Təqsirləndirilən şəxs yaşadığı evə gələrək, qızı Zərərçəkmiş şəxs arxasınca gəldiyini söyləmiş və yaşının az olması səbəbilə Gəncə şəhərinə yaşadıqları evə qayıtmalı olduğunu tələb etdikdə, sonuncu ona öz istəyi ilə Təqsirləndirilən şəxs qoşularaq gəldiyini, Xəyalı sevdiyini, əgər onu özü ilə aparsa özünü öldürəcəyini demişdir. Hadisədən təxminən 2 ay sonra qızı Zərərçəkmiş şəxs ilə telefon vasitəsilə əlaqə saxladıqda qızının hamilə olduğunu öyrənmişdir. 04 aprel 2021-ci il tarixdə Zərərçəkmiş şəxs istifadəsində olan mobil telefonla ona zəng edərək səhhətinin pisləşdiyini və Gəncə şəhərində yerləşən “Abbas Səhhət” adına xəstəxanada olduğunu dedikdə, dərhal yanına getmiş, qızı xəstəxanada təbii doğuş nəticəsində ölü uşaq dünyaya gətirmiş və bundan sonra Zərərçəkmiş şəxs özü ilə birlikdə yaşadığı evə aparmışdır. Qızı Zərərçəkmiş şəxs ailə həyatı qurmasına razı olmamış, Təqsirləndirilən şəxs valideynləri onlara elçi gəldikdə bildirmişdir ki, Lalə ilə Xəyalın evlənməyinə narazılıq etmir, lakin Zərərçəkmiş şəxs 18 yaşı tamam olduqdan sonra onlar evlənə bilərlər. Buna baxmayaraq Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs sevdiyi üçün özü qoşularaq ailə həyatı qurmuş və hamilə qalaraq ölü uşaq dünyaya gətirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 15 yaşı olduğu, 16 yaşının tamam olmadığı barədə məlumatlı olmuşdur. X12 heç bir şikayti yoxdur. Onlar gələcəkdə nikah bağlayacaqlar. O, da zərərçəkmişin qanuni nümayəndəsi kimi buna etiraz etmir. Xəyaldan şikayətləri yoxdur və bunun nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şаhid qismində dindirilmiş Şahid2 qız ifadə verərək, bildirmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. Təxminən 2020-ci ilin iyul ayında Xəyal ona Gəncə şəhərində Lalə adlı qızla tanış olduğunu və evlənmək məqsədi ilə onlara elçiliyə getməsini xahiş etmişdir. Bundan sonra o, əri Elsevərlə birlikdə Gəncə şəhəri Avtozavod ərazisində yerləşən Şahid1nm yaşadığı evə gedərək Laləni oğlu Xəyala istəmişdir. Həmin vaxt Lalənin anası və nənəsi həmin evliliyə razı olduqlarını, lakin Lalənin 15 yaşı olduğunu söyləyib 18 yaşı tamam olduqda evlənmələrinə və toy etmələrinə razılıq vermişlər. Bundan 1-2 ay sonra təxminən 2020-ci ilin avqust ayında Lalə oğlu Xəyala qoşularaq yaşadıqları evə gəlmişdir. Lalə könüllü olaraq Xəyalı sevdiyi üçün birlikdə ailə qurmaq məqsədi ilə qoşulub Gədəbəyə gəlmişdir. 2020-ci ilin sentyabr ayında, tarixini dəqiq xatırlamadığım gündə evdə ailə üzvləri ilə kiçik məclis təşkil edib Lalə ilə Xəyalı evləndirmişlər. Həmin gecə oğlu Xəyal Lalə ilə cinsi əlaqədə olaraq onun qızlıq bəkarətini pozmuş və toy gecəsindən təxminən 1 ay sonra Lalənin hamilə olduğu məlum olmuşdur. Xəyalın atası ağır xəstədir. Ailədə yalnız Xəyal işləyir. Xəyalla Lalə gələcəkdə nikah bağlayıb ailə quracaqlar. Ona görə də bu halların nəzərə alınmasını xahiş edir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İşdə olan Hadisə yerinə baxış keçirilməsi haqqında 16 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Elsəvər oğlunun 06 sentyabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs ilə təbii yolla cinsi əlaqədə olduğu yer Gədəbəy rayonu, Qaraməmmədli kəndində yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin 2-ci mərtəbəsində yerləşən yataq otağında, girişdən soldakı 1 nəfərlik çarpayıdır. İşdə olan Məhkəmə Tibbi Ekspertizasının 14 iyun 2021-ci il tarixli 683 saylı Rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində hər hansı xəsarət və xəsarət izi aşkar edilmədi. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti iki həftədən çoxdur. Zərərçəkmiş şəxs arxa keçəcəyində onunla cinsi əlaqəda olmağa dəlalət edən hər hansı bir xəsarət və dəyişiklik aşkar edilmədi. Zərərçəkmiş şəxs 05 aprel 2021-ci il tarixdə saat 18:30 da Gəncə şəhər X4 vaxtından əvvəl (26-27 həftəlik), yetkin olmayan diri oğlan uşağı doğmuş, lakin doğulmuş oğlan uşağı 5 dəqiqə sonra ölmüşdür. İşdə olan Məhkəmə Tibbi Ekspertizasının 08 iyun 2021-ci il tarixli 301 saylı Rəyindən görünür ki, Təqsirləndirilən şəxs Elsəvər oğlunun cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir, xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilmir. İşdə olan Ambulator Məhkəmə-Psixoloji Ekspertizasının 14 iyun 2021 -ci il tarixli 98 nömrəli Rəyindən görünür ki, Zərərçəkmiş şəxs emosional halından asılıı olaraq ona qarşı törədilən hərəkətlərin mahiyyətini dərk etmək qabiliyyətində olmuşdur. O, baş vermiş hadisə barəsində düzgün ifadə vermək qabiliyyətində olmuşdur. Zərərçəkmiş şəxs psixi xəstəliklə əlaqədar olmayan əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Zərərçəkmiş şəxs yalan danışmağa və özündən uydurmağa meyilli deyildir. Rəşidli X9 Məmmədova ilə cinsi əlaqədə olduğu zaman sonuncu ona qarşı müqavimət göstərmək imkanında olmuşdur. İşdə olan Gədəbəy Rayon Polis Şöbəsindən daxil olmuş 23 aprel 2021-ci il tarixli 198-6668-1221 nömrəli məktuba əlavə olunmuş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 2018-ci ildən Azərbaycan Respublikasının Daxili İşlər Orqanlarında çalışmaqla 25 iyun 2019- cu ildən Gədəbəy rayon polis şöbəsinin müvəqqəti saxlama yerinin konvoy polis nəfəri vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs rayon polis şöbəsində işlədiyi dövrdə özünü nizam-intizamlı aparmağa çalışmış, dövləti və xidməti sirri saxlamağı bacaran bir polis əməkdaşı olmuşdur. Xidmətinə aid əmrləri öyrənməyə və rəhbərlik tərəfindən verilmiş tapşırıqları yerinə yetirsə də, lakin dəfələrlə vətəndaşlar tərəfindən əsaslı şikayətlərə zəmin yaratmışdır. Rayon polis şöbəsinin 10 may 2019-cu il tarixli 61 nömrəli və 12.10.2020-ci il tarixli əmrləri ilə ona xidməti vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq elan edilmişdir. Təqsirləndirilən şəxs Gədəbəy rayon polis şöbəsi rəisinin 08 aprel 2021-ci il tarixli Ə213ş/h-198-21 nömrəli əmri ilə öz arzusuna əsasən X7 xaric edilmişdir. İşdə olan Gəncə Şəhər Birləşmiş X10 X5 Mərkəzindən daxil olmuş 12 iyun 2021-ci il tarixli 77 nömrəli məktubdan görünür ki, xx xxx 2005-ci il təvəllüdlü Şəmkir rayonu, Nərimanlı kəndində qeydiyyatda olan Zərərçəkmiş şəxs 04 aprel 2021-ci il tarixdə saat 18:10 radələrində Gəncə şəhəri X8 şəxsiyyətini təsdiq edən sənəd olmadan, adını X2 qeyd etdirərək “H-1.D-0.A-0.26-27 həftəlik hamiləlik, baş gəlişi DQVƏC (dölyanı qişanın vaxtından əvvəl cırılması) doğuşun 2-ci dövrü” diaqnozu ilə daxil olmuş və adına xəstəlik tarixçəsi açılmışdır. Hamilə qadın 04 aprel 2021-ci il tarixdə saat 18:30-da doğuşdan azad olunmuş, zahı qadının şəxsiyyətini təsdiq edən sənəd təqdim edildikdən sonra, Zərərçəkmiş şəxs adına təkrarən ikinci xəstəlik tarixi açılmış və onun azyaşlı olması ilə əlaqədar qanunverciliyə əsasən bu barədə Gədəbəy rayon polis şöbəsinə məlumat verilmişdir. İşdə olan Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx xxx 2005-ci il tarixdə doğulmuşdur. İşdə olan Ərizədən görünür ki, Zərərçəkmiş şəxs təqsirləndirlən şəxslə barışmışdır, ondan şikayəti yoxdur, onunla gələcəkdə ailə quracaqdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İşdə olan Gədəbəy RİHB-nin Qaraməmmədli Kənd İƏD-dən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İşdə olan Epikriz və digər tibbi sənədlərdən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs atası X3 baş beyinin az dərəcəli atrofiyası, sol beynin yarımkürəsində orta beyin arteriya hövzəsində keçirilmiş insultla bağlı kistik ensafalomalasiya ocağı, bilaterial alın payında paraventrikulyar sahədə tək-tək mikroangiopatiya ocaqları xəstəliyi var. Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsinə əsasən on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, təqsirləndirilən şəxsin, zərərçəkmişin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri və işdə olan digər sənədlərlə sübut edilmişdir ki, Təqsirləndirilən şəxs 09 avqust 2020-ci il tarixdə saat 18 radələrində 16 yaşına çatmayan şəxsi, yəni xx xxx 2005-ci il tarixdə Daşkəsən rayonu, Bayan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, Şəmkir rayonu, Nərimanlı kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri, Avtozavod yaşayış massivində yaşayan Zərərçəkmiş şəxs öz razılığı əsasında evlənmək məqsədilə yaşadığı Gədəbəy rayonu, Qaraməmmədli kəndində yerləşən fərdi yaşayış evinə aparmış və 06 sentyabr 2020-ci il tarixdə saat 18 radələrində aralarındakı yaş fərqi 2 ildən çox olan 16 yaşına çatmayan Zərərçəkmiş şəxs ilə onun öz razılığı əsasında yaşadığı Gədəbəy rayonu, Qaraməmmədli kəndində yerləşən fərdi yaşayış evində cinsi əlaqədə olmuş və bununla da Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.14-cü və 59.2-ci maddələrinə əsasən cinayət nəticəsində dəymiş ziyanı ödəməsini, zərərçəkmişlə barışıq əldə etməsini, ailənin yeganə dolandıranı olmasını, təqsirini səmimi etiraf etməsini, əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs münasibətdə cəzanı yüngülləşdirən halların məcmusuna qiymət verərək, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən şəxsiyyətini səciyyələndirən halları, eləcə də, təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsirini, habelə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, habelə cəzanın ədalətli olması və şəxsin islah olunmasına təsirini təmin etmək məqsədilə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün sayır və hesab edir ki, onun barəsində təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəza şərti olaraq tətbiq edilməldir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məcəllənin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Azərbaycan Respublikası CM-nin 71.3-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində məhkəmə tərəfindən onun üzərinə qoyulmuş vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçırdıqda, o cümlədən elektron nəzarət vasitəsini gəzdirməkdən imtina etdikdə, onu zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmədikdə, bu Məcəllənin 71.1-ci maddəsində göstərilən dövlət orqanının təqdimatı əsasında məhkəmə şərti məhkum etmənin ləğv edilməsi və hökmlə təyin olunmuş cəzanın icra olunması haqqında qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə saat 24-00-dən saat 07-00-dək yaşayış yerini və cəzanın icrası müddətində icra və probasiya qurumuna məlumat vermədən daimi yaşadığı Gədəbəy rayonunun hüdudlarını tərk etməmək vəzifələri qoyulmalıdır. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş üzrə maddi sübutlar, məhkəmə xərcləri və mülki iddia yoxdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası şərti hesab edilsin və Təqsirləndirilən şəxs 01 (bir) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzanın icrası müddətində icra və probasiya qurumuna məlumat vermədən daimi yaşadığı Gədəbəy rayonunun hüdudlarını və iş yerini tərk etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №1(042)-47/2021
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-47/2021
26.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver