Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-47/2022 17.11.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X5 oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Gədəbəy rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Gədəbəy rayonu, Əmiraslanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, 2-ci Qarabağ müharibəsi iştirakçısı, Gədəbəy rayonu Əmiraslanlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs2 və xx.xx.1996-cı il tarixdə Gədəbəy rayonu, Əmiraslanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Gədəbəy rayonu, Əmiraslanlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Gədəbəy rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək, 04 aprel 2022ci il tarixdə saat 21 radələrində Gədəbəy rayonu, Əmiraslanlı kənd sakini Zərərçəkmiş şəxs məxsus yaşayış evinin zirzəmisinə giriş qapının qıfılını sındırma yolu ilə qanunsuz daxil olaraq saxlanc yeri hesab olunan zirzəmidən Zərərçəkmiş şəxs mülkiyyətində olan 1 ədədinin qiyməti 80 manat olmaqla 320 manat dəyərində 04 ədəd alüminimum materialdan hazırlanmış 40 litrlik su tutarı olan qazanı, 80 manat dəyərində 1 ədəd alüminimum materialdan hazırlanmış 40 litrlik su tutarı olan su qabını və zirzəmiyə bitişik olan qarajın içərisindən 1 ədəd 45 manat dəyərində Türkiyə Respublikasında İnci firmasında istehsal olunmuş QAZEL markalı avtomobilin 75 Voltluq akulmuyatorunu, ümumillikdə 445 manat dəyərində özgə əmlakını gizli yolla talayıb zərərçəkmiş şəxsə ziyan vurmaqla oğurluq etmişdir. Məmmədov X10 özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək 04 aprel 2022-ci il tarixdə saat 21 radələrində Gədəbəy rayonu Əmiraslanlı kənd sakini Zərərçəkmiş şəxs məxsus yaşayış evinin zirzəmisinə giriş qapının qıfılını sındırma yolu ilə qanunsuz daxil olaraq saxlanc yeri hesab olunan zirzəmidən Zərərçəkmiş şəxs mülkiyyətində olan 1 ədədinin qiyməti 80 manat olmaqla 320 manat dəyərində 04 ədəd alüminimum materialından hazırlanmış 40 litirlik su tutarı olan qazanı, 80 manat dəyərində 1 ədəd alüminimum materialından hazırlanmış 40 litrlik su tutarı olan su qabını və zirzəmiyə bitişik olan qarajın içərisindən 1 ədəd 45 manat dəyərində Türkiyə Respublikasında İnci firmasında istehsal olunmuş QAZEL markalı avtomobilin 75 Voltluq akulmuyatorunu, ümumillikdə 445 manat dəyərində özgə əmlakını gizli yolla talayıb zərərçəkmiş şəxsə ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona CM-nin 177.2.1, 177.2.3 və 177.2.4cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilib ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs həmkəndlisidir. Əvvələr aralarında heç bir narazılıq və ədavət baş verməmişir. Təqsirləndirilən şəxs1 həmkəndlisidir. Aralarında heç bir narazılıq və ədavət yoxdur. 2022-ci il aprel ayının əvvəllərində yaşadığı kənddə olan zaman həmkəndlisi Təqsirləndirilən şəxs1 onun yanına gəlmiş, söhbət edərkən Zərərçəkmiş şəxs evinin həyətində olan yardımçı tikilidə iki ədəd yemək bişirmək üçün nəzərdə tutulan aliminum materialından qazan olduğunu bildirmişdir. Ona pul lazım olduğu üçün həmin qazanları oğurlamaq qərarına gəlmişlər və 04 aprel 2022-ci il tarixdə saat 21 radələrində razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 yaşadığı evin qarşısına gəlmişlər. Zərərçəkmiş şəxs yaşayış olmayan evinin qarşısına gəlib evin birinci mərtəbəsində zirzəmi kimi istifadə edilən yerin dəmirdən olan qapısının qıfılını onların evinin yaxınlığından tapdığı dəmir parçası ilə sındırıb qapıları açmışdır. O və Faiq qaraja daxil olub orada olan bir ədəd 40 litrlik alüminum materialından olan su qabını, stolun üstündə olan üç ədəd 40 litrlik alüminum materialından olan qazanı götürmüşlər. Sonra onlar qaraj kimi istfadə edilən yerdən 75 voltluq akulmuyatoru da götürmüşlər. Qazanları Zərərçəkmiş şəxs evinin həyətində olan hamam kimi istifadə edilən yerə yığmışlar. 05 aprel 2022-ci il tarixdə səhər telefonla taksi sürücüsü kimi tanıdığı Gədəbəy rayon Gərgər kənd sakini olan Şahid2 zəng vurmuş, ona dəmir olduğunu, həmin dəmirləri satmaq üçün Gədəbəy şəhəri ərazisində metal qəbul edən yerə aparmasını xahiş etmişdir. Şahid2 onun dediyi ilə razılaşıb idarə etdiyi qırmızı rəngli VAZ-2121 markalı avtomobillə Əmiraslanlı kəndinə Zərərçəkmiş şəxs yaşadığı evin qarşısına gəlmişdir. Qazanları və su flakını avtomobilin yük yerinə yığmışdır. Müqabil ilə birlikdə həmin əşyaları Gədəbəy şəhəri ərazində metal qəbul edən Osman adlı şəxsin yanına gətirmişdir. Osman ilə qazanların və su flakının hər kiloqramını 2 manat 70 qəpiyə razılaşmışdır. Qazanların və su flakının ümumi çəkisi 17 kiloqram gəlmiş, Osman buna görə 45 manat pul vermişdir. Pulu götürüb oradan uzaqlaşmışdır. Şahid2 yol haqqı kimi 8 manat pul vermişdir. Qalan 37 manat pulu isə Təqsirləndirilən şəxs1 ilə yaşadığı kənddə yarı bölmüşlər. 06 aprel 2022-ci il tarixdə saat 10-11 radələrində Gədəbəy şəhərinin mərkəzinə gələn zaman akulmuyatoru çantaya qoyub özü ilə gətirmiş, Gədəbəy şəhərində yerləşən parkın yanında olan VAZ- 21011 markalı adını bilmədiyi metal qəbul edən şəxsə 18 manata satmışdır. Əldə etdiyi pulu özünə götürmüş və şəxsi ehtiyacları üçün xərcləmişdir. Sonra yaşadığı Gəncə şəhəri Sevinc qəsəbəsinə getmişdir. Qazanları oğurlayarkən orada 5000 manat pul olmamışdır. Pul olsaydı, nə üçün o, qazanları və digər əşyaları götürürdü. Ona pul lazım idi. Pulu götürər və oradan uzaqlaşardılar. Əşyalardan 4 ədəd qazan və akkumulyator yenisi alınıb Zərərçəkmiş şəxs qaytarılmışdır. Sahib Rusiyadan gəlməsi üçün çəkdiyi xərcləri də ondan tələb edir. Əməlindən səmimi peşmandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilib ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs2 həmkəndlisidir. Aralarında heç bir narazılıq və ədavət yoxdur. 2022-ci il aprel ayının əvvələrində yaşadığı kənddə olan zaman həmkəndlisi Təqsirləndirilən şəxs2 onun yanına gəlmiş, Zərərçəkmiş şəxs evindən qazan və digər əşyaları oğurlamağı təklif etmişdir. Pul lazım olduğu üçün onun dediyi ilə razılaşmışdır. 04 aprel 2022-ci il tarixdə saat 21 radələrində aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 yaşadığı evin qarşısına gəlmişdir. Birlikdə Zərərçəkmiş şəxs yaşayış olmayan evinin qarşısına gəlmişlər. Evin qarşısında dayanmış, Təqsirləndirilən şəxs2 evin birinci mərtəbəsində qaraj kimi istifadə edilən yerin dəmirdən olan qapısının qıfılını onların evinin yaxınlığından tapdığı dəmir parçası ilə sındırıb qapıları açmışdır. Zirzəmiyə daxil olub orada olan bir ədəd 40 litrlik alüminum materialından olan su qabını, stolun üstündə olan üç ədəd 40 litirlik alüminum materialından olan qazanı və qaraj kimi istfadə edilən yerdən 75 Voltluq akulmuyatoru götürmüşlər. Qazanları Zərərçəkmiş şəxs evinin həyətində olan hamam kimi istifadə edilən yerə qoymuşlar. Sabahısı gün Təqsirləndirilən şəxs2 həmin əşyaları aparmış və ona pul verməmişdir. Oğurluq edərkən 5000 manat pul olmamış və onlar pul oğurlamamışlar. Əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, yaşadığı Gədəbəy rayon, Əmiraslanlı kəndində iki mərtəbəli fərdi yaşayış evi var. Həmin evdə yay aylarında yaşayır. Sonuncu dəfə 17 fevral 2022-ci il tarixdə həmin evə gəlib baş çəkib getmişdir. Hadisə vaxtı o Rusiya Federasiyasında olmuşdur. 09 aprel 2022-ci il tarixdə qardaşı Fizuli Abbasovla telefonla danışan zaman ona evinin qarajı və zirzəmisinin qapısının qıfıllarının sındırılaraq yerinə qoyulmasını bildirmişdir. O, Fizulidən evə və zirzəmiyə baxmasını, hər hansı əşya oğurlanıb-oğurlanmamasını müəyyən etməsini istəmişdir. Fizuli Abbasov zirzəmiyə və qaraja baxmış, 04 ədəd alüminum materialından olan 40 litirlik tutarı olan qazanların, 1 ədəd alüminum materialından olan 40 litir su tutarı olan su qabının və qarajdan saxladığı 01 ədəd QAZEL markalı avtomobilin 75 voltluq akulmuyatorunun yeridə olmadığını bildirmişdir. O, Fizulidən həmçinin zirzəmidə olan qazanın içərisində 3 litirlik bankada saxladığı 5000 manat pulun yerində olub-olmamasını yoxlamasını xahiş etmiş, Fizuli ona zirzəmində 5000 manat pulun yerində olmadığını demişdir. O, Fizuliyə Gədəbəy rayon Polis şöbəsinə gedib şikayət etməyi demiş, Fizuli də şikayət ərizəsi vermişdir. O, Rusiya Federasiyasından Gədəbəy rayonuna qayıtmış, sonra özü Polis şöbəsinə şikayət yazmışdır. Həmçinin bildirdi ki, 5000 manat pulunun olması, onun yeri barədə heç kimin məlumatı olmamışdır. Təqsirləndirilən şəxs2 atası Şahid3 oğlunun onun evindən etdiyi oğurluğa görə ona 04 ədəd qazan, QAZEL markalı avtomobilin 75 Voltluq akulmuyatorunu alıb vermişdir. Əşyaları gətirən zaman su qabı köhnə olduğu üçün qəbul etməmişdir və təzəsini almasını tələb etmişdir. O, pulunun qaytarılmasını tələb edir. Ziyan ödənilərsə, təqsirləndirilən şəxslərdən şikayəti olmaz. Şahid1 ifadəsində göstərdi ki, Gədəbəy şəhəri Dilarə Əliyeva küçəsində metal tulantılarının qəbulu müəssisəsi var. 05 aprel 2022-ci il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs2 qırmızı rəng dövlət qeydiyyat nişanını xatırlamadığı VAZ-2121 markalı avtomobilə onun metal qəbul etdiyi yerə gəlmiş, satmaq üçün alüminum tulantıları olduğunu bildirmişdir. Nazirdən həmin əşyaları gətirməsini istəmişdir. Nazir avtomobilin yük yerindən həmin əşyaları düşürmüşdür. Həmin əşyaları tərəzidə çəkmiş və 22 kiloqram gəlmişdir. Bunun qarşılığında Təqsirləndirilən şəxs2 61 manat pul vermişdir. Təqsirləndirilən şəxs2 pulu aldıqdan sonra çıxıb getmişdir. 07 aprel 2022- il tarixdə axşam tanışı Afail onun istifadəsində olan mobil nömrəyə zəng vurub Nazirin oğurluq etdiyini demişdir. 08 aprel 2022-ci il tarixdə saat 10 radələrində Nazirin atası Şahid3 onun metal qəbul etdiyi yerə gəlmiş, o, da Nazirin ona verdiyi 1 ədəd 25 litrlik alüminium materialından olan qazanı, iki ədəd 40 litrlik tutumu olan alüminumu materialından olan qazanları və bir ədəd 40 litrlik tutumu olan alüminium materialından olan su qabını (flakını) tərəzidə çəkib yenidən ona geri qaytarmış, Sənan isə ona 61 manat pulu qaytarmışdır. Şahid2 ifadəsində göstərdi ki, Gədəbəy rayonu Əmiraslanlı kənd sakini Təqsirləndirilən şəxs2 1 ay bundan əvvəl tanımışdır. O, taksi sürücüsüdür. Nazir də sərnişin kimi onun maşınına minmişdir. 05 aprel 2022-ci il tarixdə saat 09-10 radələrində Təqsirləndirilən şəxs2 ona zəng vurmuş, Əmiraslanlı kəndində satmaq üçün dəmir və digər metal olduğunu, həmin dəmirləri Gədəbəy rayon Ağamalı kəndinə aparmaq lazım olduğunu demişdir. Nazirlə razılaşıb Əmiraslanlı kəndində onun dediyi yerə getmiş, Təqsirləndirilən şəxs2 avtomobilin yük yerini açaraq iki ədəd yas mərasimlərində istifadə edilən qazanları, bir ədəd aliminum materialından olan su qabını, bir ədəd tunc materialından olan qazanı avtomobilin yük yerinə yığmışdır. Avtomobili Gədəbəy şəhəri istiqamətində sürmüşdür. Gədəbəy rayonu, Yenikənd kəndi ərazisində “Mal Bazarı”nın yaxınlığında yerləşən Osman adlı şəxsin metal qəbul etdiyi yerin yaxınlığında Təqsirləndirilən şəxs2 “burada saxla görüm bu alırmı” demiş, o, avtomobili yolun kənarında saxlamışdır. Təqsirləndirilən şəxs2 avtomobildən düşüb yolun digər tərəfinə keçib Osman adlı şəxslə söhbət etmişdir. Sonra gəlib, Nazir avtomobilin yük yerindən həmin əşyaları düşürüb tərəzidə çəkmişdir. Osman adlı şəxs də razılaşmaya əsasən miqdarını bilmədiyi pul məbləğini Təqsirləndirilən şəxs2 vermişdir. Nazir ona yol pulu olaraq 8 manat vermişdir. Birlikdə Gədəbəy şəhərinin mərkəzinə taksilər dayanan yerə gəlmişlər. Sonra Təqsirləndirilən şəxs2 ayrılmışlar bir daha onu görməmişdir. Şahid5 ifadəsində göstərdi ki, Gədəbəy rayon Əmiraslanlı kənd sakini Zərərçəkmiş şəxs qardaşıdır. X9 Federasiyasına getmiş, baş çəkmək üçün ona məxsus Gədəbəy rayonu, Əmiraslanlı kəndində iki mərtəbəli fərdi yaşayış evinin açarlarını nəzarət etmək üçün vermişdir. 09 aprel 2022-ci il tarixdə evə baş çəkməyə gedən zaman qarajının və zirzəmısinin qapısının qıfıllarının sındırılaraq qapının üzərində olmasını, evin həyətində yerləşən hamamın qapısının açıq olmasını, içərisinin dağınıq olmasını görmüşdür. Bu barədə Rusiya Federasiyasında olan qardaşı Zərərçəkmiş şəxs məlumat vermişdir. Qardaşı Zərərçəkmiş şəxs evin birinci mərtəbəsində yerləşən zirzəmiyə baxış keçirməyi, oraya qoyduğu qazanların və qazanın içərisində bankada saxladığı 5000 manat pulun, həmçinin qarajda olan Qazel markalı avtomobilin akulmuyatorunun yerində olub olmadığını müəyyən etməyi bildirmişdir. Qardaşı Zərərçəkmiş şəxs evinin zirzəmisinə və qaraja baxmış, zirzəmiyə qoyulmuş qazanların, qazanın içərisində bankada saxlanılan 5000 manat pulun və qaraj kimi istifadə edilən yerə qoyduğu Qazel markalı avtomobilin 75 Voltluq akulmuyatorun olmadığını müəyyən etmiş və bu barədə Sahibə demişdir. Sonra o, Gədəbəy rayon Polis şöbəsinə getmiş və X9da olduğundan şikayət ərizəsini o yazmışdır. O, həmçinin bildirmişdir şikayət ərizəsi verərkən 5000 manat pulun oğurlandığını yazmamış, bunu ona qardaşı Sahib demişdir. Şahid3 ifadəsində göstərdi ki, Gədəbəy rayonu Əmiraslanlı kənd sakini Təqsirləndirilən şəxs2 onun oğludur. Oğlu Təqsirləndirilən şəxs2 Vətən Müharibəsi iştirakçısı olub, Cəbrayılın-Qubadlının və Laçının azad edilməsində iştirak etmiş, 4 medalla təltif edilmişdir. Təqsirləndirilən şəxs1 həmkəndlisidir. Onlar arasında əvvələr heç bir narazılıq və ədavət olmamışdır. Zərərçəkmiş şəxs həmkəndlisidir. 2022-ci ilin aprel ayının əvvələrində oğlu Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs nəzarətsiz qalmış evinə daxil olmuşlar, oradan 4 ədəd alüminum materialından olan 40 litirlik tutarı olan qazan, 1 ədəd alüminum materialından olan 40 litr su tutarı olan su qabı və qarajdan isə 1 ədəd Qazel markalı avtomobilin 75 Voltluq akulmuyator oğurlamışlar. 07 aprel 2022-ci il tarixdə axşam əmisi oğlu Afail zəng vuraraq Nazirin Osman adlı metal qəbul edən şəxsə bir neçə alüminum materialından olan qazan verdiyini bildirmişdir. 08 aprel 2022-ci il tarixdə saat 10 radələrində Şahid1 metal qəbul etdiyi yerə getmişdir. Şahid1 Nazirin ona verdiyi bir ədəd 25 litirlik alüminium materialından olan qazanı, iki ədəd 40 litirlik tutumu olan alüminium materialından olan qazanı və bir ədəd 40 litirlik tutumu olan alüminium materialından olan su qabını (flakını) tərəzidə çəkib yenidən geri qaytarmışdır. Şahid1 Nazirə verdiyi 61 manat puluda geri qaytarıb əşyaları da götürüb getmişdir. Osmandan təhvil aldığı əşyaları Zərərçəkmiş şəxs təhvil vermək üçün aparmış, Zərərçəkmiş şəxs həmin əşyaların əzilib yarasız hala düşdüyünü deyib qəbul etməmişdir. Sonra o, 4 ədəd qazan və bir ədəd akkumulyator alıb Sahibə vermiş, aldığı su qabını isə qəbul etməyərək Nazirgilin 5000 manat da pul oğurladığını, Rusiyadan gələrkən 1000 manat xərclədiyini və bu pul verildikdə 5000 manat şikayətini geri götürəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs dedikləri yalandır, oğlu Nazir onun evinin zirzəmisindən 5000 manat pul oğurlamamışdır. Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ifadəsində göstərdi ki, Gədəbəy rayonu Əmiraslanlı kənd sakini Təqsirləndirilən şəxs2 qohumudur. 05 aprel 2022-ci il tarixdə yaşadığı kənddə traktorla yer şumlayan zaman Şahid1 onun istifadəsində olan mobil nömrəyə zəng vuraraq Əmiraslanlı kənd sakini olan Nazir adlı şəxsi tanıyıb-tanımadığını soruşmuşdur. Ona Təqsirləndirilən şəxs2 əmisi oğlu, Şahid3 oğlu olduğunu bildirmişdir. Şahid1 Təqsirləndirilən şəxs2 ona qazan və su qabı satdığını demişdir. Osmana məlumatı olmadığını bildirib, atası Sənana məlumat verəcəyini demişdir. Osmanla danışığı bitdikdən sonra Şahid3 zəng vurmuş, Şahid1 ona dedikləri barədə məlumatlandırmışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğurluq etməsi barədə kənd sakinləri danışdıqdan sonra məlumatı olmuşdur. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri tədqiq edib sübut növü kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - hadisə yerinə baxış keçirilməsi haqqında 10 iyul 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Gədəbəy rayon Əmiraslanlı kəndində Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evidir. Evin ətrafı açıqdır. Ev- yolun hərəkət hissəsindən 50 metr kənarda yerləşir. Evin birinci mərtəbəsi zirzəmi və qaraj kimi istifadə edilir. Sağ tərəfdə qırmızı rəngli dəmir qapısı ola zirzəmidir. Zirzəminin hündürlüyü 2 metrdir. Zirzəmidə müxtəlif təyinatlı məişət əşyaları vardır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs sağ tərəfdə əşyalar yığılması üçün nəzərdə tutulmuş yeri göstərərək, qazanların həmin yerə yığılmasını bildirmişdir. Sol tərəfdə qırmızı rəngli qapısı olan qaraj kimi istifadə edilən yerdir. Həmin yer 4,5X2,5 metr ölçüdə döşəməsi torpaq örtüklüdür. Zərərçəkmiş şəxs Qazel markalı avtomobilin akulmuyatorunu qaraja qoyduğunu bildirmişdir. - əşyaya baxış keçirilməsi və götürülməsi haqqında 10 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Şahid1 könüllü olaraq tədqim etdiyi bir ədəd 40 vərəqlik qeydiyyat apardığı dəftərə və 1 ədəd vərəq parçasına baxış keçirilmişdir. Təqdim edilmiş dəftər 40 vərəqlidir. Dəftər metal qəbul edilən şəxslər barədə qeydlər aparılmaq üçün nəzərdə tutulmuşdur. Dəftərin üzərində “metal əlvan anbar” sözləri yazılmışdır. Dəftərin 22 vərəqində “Alüminum yumşaq” yazısı olan bölməsində “VAZ-2107 **-BJ-***” yazısı, onun altında isə “Nazir Sənan” sözləri, qarşı sağ istiqamətdə isə “23 İİİ 2022 10 kq, 01 ədəd qazan, qab-qacaq 27 mm Əmiraslanlı kəndi sözləri” yazılmışdır. Kağız parçasında isə “05.İV.22 taksi X8, 3 ədəd qazan 19 kq*2,70=51m 30 q, 1 əd filaq 4,500*2,70=12 m Gədəbəy Əmiraslanlı” sözləri yazılmışdır. Təqdim edilmiş dəftərin ksero surəti çıxarılaraq foto şəkil çəkilərək protokola əlavə edilmişdir. - 18 aprel 2022-ci il tarixli 198-7312-1222 saylı məktubdan görünür ki, keçirilmiş əməlliyyat axtarış tədbirləri nəticəsində Gədəbəy rayon Əmiraslanlı kənd sakini Zərərçəkmiş şəxs yaşadığı evdən həmin kənd sakinləri Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 04 aprel 2022-ci il tarixdə saat 21 radələrində oğurluq etmələri müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 oğurladığı əşyaları Gədəbəy şəhəri ərazisində metal qəbul edən Şahid1 satması müəyyən edilmişdir. Bundan başqa həmin şəxslər oğurluq edən zaman onları ətrafdan kənar şəxslərin görməsini müəyyən etmək mümkün olmamışdır. Zərərçəkmiş şəxs yaşadığı evin zirzəmisində 5000 manat pulun olubolmasının müəyyən etmək mümkün olmamışdır. Tərəflər arasında əvvələr hər hansı bir ədavət və düşmənçilik olmamışdır. - məhkəmə əmtəəşünaslıq ekspertizasının 12 may 2022-ci il tarixli, 9/2593 nömrəli rəyindən görünür ki, malların orta istismar müddəti və orta istismar intesivliyi parametrlərinə uyğun olaraq normal vəziyyətdə 2022-ci ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 445,00 manat müəyyən edilmişdir. O cümlədən 04 ədəd alüminum materialından olan 40 litr su tutarı olan qazanları 320 manat ( 01 ədədi-80 manat), 01 ədəd alüminum materialından olan 40 litr tutarı olan su qabının 80 manat, 01 ədəd Türkiyə Respublikasında İnci firmasında istehsal olunmuş 75 Ah akkulmuyatorun 45 manat olduğu göstərilmişdir. - ambulator məhkəmə psixiatrik ekspertizasının 26 may 2022-ci il tarixi, 337 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, öz hərəkətlərini idarə etmək imkanına malik olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respubiıkası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 anlaqlığı istisna etməyən psixi pozuntu aşkar edilmədiyi göstərilmişdir. - Gədəbəy rayon İHB-nın Əmiraslanlı kənd İƏD üzrə nümayəndəsinin verdiyi xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunurlar. - Azərbaycan Respublikasının medalının vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 “Vətən müharibəsi iştirakçısı”, “Laçının azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkum olunmamışdır. - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkum olunmamışdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlar ayrı ayrılıqda mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi baxımdan yoxlanılaraq biri digəri ilə müqayisəli təhlil edilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qismən, yəni 04 aprel 2022-ci il tarixdə saat 21 radələrində Gədəbəy rayonu, Əmiraslanlı kənd sakini Zərərçəkmiş şəxs məxsus yaşayış evinin zirzəmisinə giriş qapının qıfılını sındırma yolu ilə qanunsuz daxil olaraq saxlanc yeri hesab olunan zirzəmidən Zərərçəkmiş şəxs mülkiyyətində olan alüminimum materialdan hazırlanmış 40 litrlik su tutarı olan qazanı, 1 ədəd alüminimum materialdan hazırlanmış 40 litrlik su tutarı olan su qabını və zirzəmiyə bitişik olan qarajın içərisindən 1 ədəd 75 Voltluq akulmuyatorunu oğurlamaları barədə etirafedici ifadələri, məhkəmə iclasında alınmış zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətləri protokolları və digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə iclasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı elan olunmuş ittihamın həcminə təsir edə biləcək məqamlar müəyyən edilmişdir. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs məxsus 5000 manat pulu oğurlamaları barədə də ittiham verilmiş, lakin məhkəməyədək icraat zamanı, eləcə də məhkəmə istintaqı zamanı bu ittiham təsdiqini tapmamışdır. Belə ki, cinayət işi materiallarından görünür ki, hazırkı cinayət işinin başlanılması üçün səbəb Gədəbəy rayonu, Əmiraslanlı kənd sakini iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qardaşı Fizuli Abbasovun xx.xx.2022-ci il tarixdə Gədəbəy rayon Polis şöbəsinə verdiyi şikayət ərizəsi olmuş, həmin ərizə ilə Gədəbəy rayonu, Əmiraslanlı kəndində yerləşən qardaşının evindən 4 ədəd qazan və bir ədəd akumlyatorun oğurlanması barədə məlumat verilmişdir. Həmin səbəb əsasında fakt üzrə xx.xx.2022-ci ildə CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. Şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı xx.xx.2022-c il tarixli ifadəsində Rusiya Federasiyasında olan qardaşı Zərərçəkmiş şəxsla danışdığını, qardaşının zirzəmidə bankaların içərisində 5000 manat pul olduğunu bildirdiyini, həmin pulun olmaması barədə qardaşına dediyini, qardaşı Rusiya Federasiyasında olduğundan onun əvəzinə Gədəbəy rayon Polis şöbəsinə gedib ərizə yazdığını qeyd etmişdir. Göründüyü kimi, əgər Şahid5 ifadəsi həqiqəti əks etdirirsə, artıq o, Gədəbəy rayon Polis şöbəsinə şikayət ərizəsi verərkən 5000 manat pulun oğurlanması barədə məlumatlı olmuş, buna baxmayaraq, Şahid5 Gədəbəy rayon Polis şöbəsinə yazdığı ərizədə 5000 manat pulun oğurlandığını qeyd etməmişdir. İbtidai istintaq orqanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı 5000 manat pulun oğurlanması barədə verdiyi ittihamın əsasını zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bu barədə məhkəməyədək icraat zamanı verdiyi ifadələri təşkil etmişdir. Şahid5 ifadəsinə münasibətdə məhkəmə qeyd edir ki, onun 5000 manatın oğurlanması ilə əlaqədar verdiyi ifadəsindəki məlumatlar qardaşı Zərərçəkmiş şəxs sözlərindən alınmış məlumatlardır. O, ifadəsində qardaşı Zərərçəkmiş şəxs 5000 manat pulunun mövcudluğu, onun nə vaxt, hara və necə qoyulmasını görmədiyini bildirmiş, eləcə də S.Məmmədov da ifadələrində 5000 manat pulunun olması, həmin pulu qoyduğu yer barədə özündən başqa digər şəxsin məlumatı olmadığını qeyd etmişdir. Odur ki, Şahid5 ifadəsi də təqsirləndirilən şəxslərə elan olunmuş ittiham üzrə 5000 manat pulun oğurlanmasının təsdiq edilməsi üçün mötəbər sübut kimi istifadə oluna bilməz. Belə ki, Azərbaycan Respublikası CPM-nin 126.3-cü maddəsinə əsasən, şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və ya şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz. Yalnız vəfat etmiş şəxsin sözlərindən alınmış məlumatlar məhkəmənin qərarı ilə istisna olaraq sübut kimi qəbul oluna bilər. Azərbaycan Respublikası CPM-nin 33.3-cü maddəsinə əsasən, cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 33.4-cü maddəsinə əsasən, hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Qeyd olunan hüquq normaları baxımdan məhkəmənin mövqeyi ondan ibarətdir ki, təqsirləndirilən şəxslərin ifadəsi və zərər çəkmiş şəxsin ifadəsi sübut növləridir. Həmin sübut növlərinin heç birinə çox və ya az əhəmiyyət verilməməlidir. Həmin sübutlar digər sübutlarla yoxlanıldıqdan sonra hansının həqiqəti əks etdirməsi nəticəsinə gəlinməsi mümkündür. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Hazırkı iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi 5000 manat pulunun da oğurlanması, eləcə də pulun təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən oğurlandığını təsdiq edən heç bir sübut ittiham tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə olan halda təqsirləndirilən şəxsləri qeyd olunan pul vəsaitinin oğurlanmasında ittiham etmək təqsirsizlik prezumpsiyasına ziddir. Azərbaycan respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 38-ci bəndinin 2-ci və 3-cü hissəsində göstərilmişdir ki, şəxs cinayət qanununun bir maddəsi ilə tövsif olunan bir neçə cinayətin və yaxud çox epizodlu cinayətin törədilməsində təqsirləndirilirsə (məsələn, bir neçə oğurluq və ya davam edən cinayətin bir neçə epizodu) və məhkəmə baxışı nəticəsində bunlardan bəziləri üzrə ittiham təsdiq edilmirsə, bu hallar cinayətin tövsifinin dəyişməsinə səbəb olmadıqda, məhkəmə ittihamın bu hissədə əsassız hesab edilməsi barədə nəticəni və gəldiyi qənaətin motivlərini hökmün təsviri-əsaslandırıcı hissəsində göstərir. İrəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Məhkəmə qeyd etməyi zəruri sayır ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğurluq cinayət əməli törətmələri nəticəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 5445 manat ziyan vurulması nəticəsinə gəlindiyinə görə onlara həm də, Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə də ittiham verilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğurluq cinayət əməlləri nəticəsində zərər çəkmiş şəxs S. Abbasova 5445 manat deyil, 445 manat ziyan vurulduğu təsdiqini tapdığından, CM-nin 177-ci maddəsinin qeyd hissəsində xeyli miqdar 5000 manatdan yuxarı məbləği təşkil etdiyindən, eləcə də məhkəmə qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanı tərəfindən elan olunmuş ittihamdan 5000 manat pulun oğurlanması hissəsi, “xeyli miqdarda ziyan” sözü və CM-nin 177.2.4-cü maddəsi xaric edilməlidir. Məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli ekspert rəyi məhkəmə iclasında tədqiq olunarkən müəyyən olundu ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı elan olunmuş ittihamda oğurlanmış 1 ədəd alüminimum materialdan hazırlanmış 40 litrlik su tutarı olan su qabının qiyməti 110 manat dəyərində qeyd edildiyi halda, ekspert rəyində həmin əşyanın dəyəri 80 manat müəyyən edilmişdir. Məhkəmə ekspert rəyini digər sübutlarla birlikdə təhlil edərək belə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı elan olunmuş ittihamda oğurlanmış 1 ədəd alüminimum materialdan hazırlanmış 40 litrlik su tutarı olan su qabının qiyməti məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi əsas götürülməklə 80 manat dəyərində qəbul edilməli və ittihamda bu hissədə də dəyişiklik edilməlidir. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək, xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Gədəbəy rayonu, Əmiraslanlı kənd sakini Zərərçəkmiş şəxs məxsus yaşayış evinin zirzəmisinə giriş qapının qıfılını sındırma yolu ilə qanunsuz daxil olub saxlanc yeri hesab olunan zirzəmidən Zərərçəkmiş şəxs mülkiyyətində olan 1 ədədinin qiyməti 80 manat olmaqla 320 manat dəyərində 04 ədəd alüminimum materialdan hazırlanmış 40 litrlik su tutarı olan qazanı, 80 manat dəyərində 1 ədəd alüminimum materialdan hazırlanmış 40 litrlik su tutarı olan su qabını və zirzəmiyə bitişik olan qarajın içərisindən 1 ədəd 45 manat dəyərində Türkiyə Respublikasında İnci firmasında istehsal olunmuş Qazel markalı avtomobilin 75 Voltluq akulmuyatorunu, ümumillikdə 445 manat dəyərində özgə əmlakını gizli yolla talayıb zərərçəkmiş şəxsə ziyan vurmaqla oğurluq etmişlər. Odur ki, onların əməli CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə tövsif edilməli, onlar həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Təyin ediləcək cəza və onun həddi ilə bağlı məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxsə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarda daha sonra məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. (həmin qərarın 2-ci bəndi) Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, 2-ci Qarabağ müharibəsində iştirak edərək medallarla təltif olunmasını və zərər çəkmiş şəxsə dəymiş ziyanın qismən ödənilməsini Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə zərər çəkmiş şəxsə dəymiş ziyanın qismən ödənilməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ittiham olunduqları CM-nin 177.2.1 və 177.2.3-cü maddəsinin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə növündə cəzalar nəzərdə tutulmuşdur. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək cəznın nüvünü müzakirə edərkən yüngülləşdirici hallarını olduğunu və onların əməlində cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alır, həmçinin, qeyd edir ki, təqsirləndirilən şəxslər cinayət hadisəsi törədildikdən sonra əməllərindən səmimi peşmançılıq çəkdiyini nümayiş etdirmişlər. Məhkəməyədək icraat zamanı onlar barələrində seçilmiş qətimkan tədbirlərinin şərtlərinə əməl etmiş, cəmiyyətdən təcrid olunma ilə əlaqədar olmayan qətimkan tədbiri seçilməsinə baxmayaraq, hər hansı pozuntu törətməmişlər. Təqsirləndirilən şəxslər yaşayış yerləri üzrə müsbət xarakterizə olunurlar. Hətta, Təqsirləndirilən şəxs2 2-ci Qarabağ müharibəsində iştirak etmiş, medallarla təltif edilmişdir. Təqsirləndirilən şəxslər dəymiş ziyanı qismən ödəmişlər. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən qeyd olunanları, eləcə də törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alıb belə hesab edir ki, onlara ittiham olunduqları CM-nin 177.2.1 və 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi ədalətlidir və cəzanın məqsədlərinə nail olunması üçün yetərlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı 09 aprel 2022-ci il tarixdən 11 aprel 2022-ci il tarixədək şübhəli şəxs kimi tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı 09 aprel 2022-ci il tarixdən 11 aprel 2022-ci il tarixədək tutulduğu 3 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla təyin edilən cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Məhkəmə hökmün icrasını təmin etmək məqsədi ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmasını qanuni və əsaslı hesab edir. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizalarının xərci- 50 manat X3 və X2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP(XİİS) hesabı, adı Dövlət xəzinədarlığı agentliyi, kodu 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ********************, SFİFT BİKCTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************) köçürülməlidir. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344- 347, 349, 351-354, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 il müddətə azadlıgın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 09 aprel 2022-ci il tarixdən 11 aprel 2022-ci il tarixədək tutulduğu 3 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılaraq ona qəti olaraq 11 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gədəbəy rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması növündə cəzasının icrası müddəti cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 il 6 ay müddətə azadlıgın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gədəbəy rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması növündə cəzasının icrası müddəti cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində olan polisin nəzarəti altına vermək qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizalarının xərci- 50 manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP(XİİS) hesabı, adı Dövlət xəzinədarlığı agentliyi, kodu 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ********************, SFİFT BİKCTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************) köçürülsün. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən 20 gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №1(042)-47/2022
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-47/2022
17.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver