Məhkəmə qərarları › İş №1(042)-47/2023

Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-47/2023

23.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-47/2023 23.11.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon(Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə 25 avqust 1973-cü il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, ali təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, bаrəsində bаşqа yеrə gеtməmək hаqqındа iltizаm qətimkаn tədbiri sеçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs ilə 2022-ci ilin aprel ayında dəqiq tarixi istintaqa məlum olmayan vaxtda Gədəbəy şəhəri, H.Əliyev prospektində yerləşən kafedə görüşərək, ona Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkətinin Gədəbəy rayonunda yerləşən əməliyyat sahəsindən tullantı metal almaq üçün depozitə pul qoymaq adı ilə aldadaraq, sonuncunu özünə inandırdıqdan sonra vahid niyyətlə əhatə olunan qəsdlə, hissə-hissə 2022-ci ilin aprel ayı ərzində Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkətinin Gədəbəy rayonunda yerləşən əməliyyat sahəsinin giriş hissəsində 5000 (beş min) manat, 7000 (yeddi min) manat və 15000 (on beş min) manat olmaqla, ümumilikdə 27000 (iyrimi yeddi min)manat pulunu ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etdiyinə görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ittiham edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ifadə verərək, göstərmişdir ki, ünvan 2 ünvanında yaşayır, evlidir, himayəsində iki azyaşlı uşağı var. 2020-ci ildə Gədəbəy rayonunda yerlşən X4 Şirkətindən metal tullantılarını almağı barədə razılığa gəlmiş və bundan sonra həmin şirkətdən dəmir alıb Bakı şəhərində satmağa başlamış, şirkətdən bir neçə dəfə nisyə dəmir alıb aparıb satmış, əldə etdiyi pul ilə öz borclarını bağlamış, Qızıl Mədəninə 24000 manat pul borcu yaranmışdır. O, bir neçə dəfə Şirkətə gedib dəmir almaq istəsə də köhnə borcunu ödəmədən ona dəmir sata bilməyəcəklərini demişlər. 2022-ci ilin aprel ayının əvvəllərində Qoşqar adlı şəxsin vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs Gədəbəy rayonuna gəlib şirkətdən dəmir almaq istədiyini demişdir. O, Şirkətə borcu olduğu üçün Zərərçəkmiş şəxs Mədəndən dəmir almaq üçün 30000 manat depozitə pul qoyduğu halda dəmir ala biləcəyəini demişdir. Zərərçəkmiş şəxs onunla birlikdə X4 Şirkətinin ərazisində daxil olub Peymanın yanında bütün tullantı metallara baxış keçirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs bütün şərtlərə razı olub həmin gün Mədəndə ona 5000 manat depozitə qoyması üçün vermişdir. O, Şahid1 yanına gedib, köhnə borcundan 4700 manat ödəmiş və 300 manatını isə ehtiyyacı olduğu üçün özünə götürmüşdür. Daha sonra iki yük maşını ilə təxminən 40 ton dəmiri onun adına sənədləşdirib Zərərçəkmiş şəxs nəğd pula satmışlar. Bu satılmış iki maşın dəmirdən sonra Şirkət dəmr satışını dayandırmışdır. Peyman Nuri ona borcunu ödədikdən sonra yenidən dəmir satacaqlarını demişdir. O da Zərərçəkmiş şəxs borcunun olduğunu bilməməsi üçün yenidən depozit pul qoyulmalı olduğunu deyib ondan 10000 manat istəmişdir. Zərərçəkmiş şəxs əvvəlcə narazılıq etsə də, ona 7000 manat vermişdir. O, da şirkətə gedib həmin pulun 4300 manatını da köhnə borcu kimi ödəmişdir. Bundan sonra onun şirkətə 15000 manat borcu qalmışdır. Zərərçəkmiş şəxs sonuncu dəfə almış olduğu 7000 manat pulun 1700 manatını isə öz şəxsi məqsədləri üçün xərcləmişdir. Bundan sonra şirkət bir neçə maşın dəmir satıb satışı dayandırmışdır. O, Zərərçəkmiş şəxs yalan danışıb onu aldadaraq, əlavə olaraq, 15000 manat da depozit qoyulmalı olduğunu demişdir. Enur onunla razılaşıb gətirib ona Mədən Əməliyyat şirkətinin qarşısında həmin pulu vermişdir. Orada o, Peymanın gəlmiş olduğu Mitsubişi markalı avtomobildə Zərərçəkmiş şəxs verdiyi 15000 manatı Peyman Nuriyə vermişdir. Bundan sonra iki maşın da dəmir oradan çıxmışdır. Dəmirlərin pulunu isə nəğd şəkildə Elnur ona vermişdir və o, pulu ödəmişdir. Ona görə ki, şirkətdən çıxan dəmirlərin qaiməsi onun adına yazılmışdır. Bundan sonra bir müddət şirkət tərəfindən onlara dəmir satılmış və dəmirləri alıb satmaqla məşğul olmuşlar. Bir müddətdən sonra şirkət tərəfindən tullantı metal olmadığı üçün satışı dayandırmışlar. Bundan sonra Zərərçəkmiş şəxs Peyman Nuriyə zəng edib ondan yenidən dəmir verməsini istəmişdir. Peyman da artıq dəmirin olmadığını dedikdə, Zərərçəkmiş şəxs depozitə qoymuş olduğu 27000 manat pulunu Peymandan tələb etmişdir. Peyman Elnura pulunu ondan alcağını dedikdə isə Zərərçəkmiş şəxs şikayət etmişdir. Onun borcları yarandığından işləyə bilməmiş, bu səbəbdən Elnuru aldadıb depozit qoymaq adı ilə ondan 27000 manat almış və həmin pulun 24000 manatını şirkətə ödəmiş, qalan 3000 manatını isə şəxsi məqsədləri üçün xərcləmişdir. Zərərçəkmiş şəxs 27000 manat pulu hissə-hissə olmaqla 2022-ci ilin aprel ayı ərzində üç dəfəyə Gədəbəy rayonuda yerləşən X4 Şirkətinin qarşısında alamışdır. O, etdiyi əməldən peşman olmuş, Zərərçəkmiş şəxs dələduzluq yolu ilə aldığı 27000 manat qaytarmış, onunla barışmışdır. Törətdiyi əməldən peşmandır, zərərçəkmişlə barışmışdır.Yüngül cəza verilməsini xahiş edir. Əvvəlki məhkəmə baxış iclasında Zərərçəkmiş şəxs ifadə verərək, bildirmişdir ki, fərdi qaydada dəmir alış-verişi ilə məşğul olur. Qoşqar adlı Qazax rayon sakini olan tanışı ona Gədəbəy şəhərində X9 Şirkəti olmasını və şirkətdə dəmir qırıntılarının olduğunu bildirdiyi üçün 2022-ci ilin aprel ayında o, Qoşqarla birlikdə Gədəbəy şəhər sakini X3 yanına gəlmişlər. Xaliq ilə söhbət edərək Mədən Əməliyyat Şirkətindən dəmir almaq istədiyini bildirmişdir. O, bu işlərdə Gədəbəy şəhər sakini Təqsirləndirilən şəxs təcürbəsinin olduğunu bildirmişdir. Buna görə də həmin tarixdə Gədəbəy şəhəri, Heydər Əliyev prosektində yerləşən çayxanada Təqsirləndirilən şəxs ilə görüşüb, söhbət edərkən Ceyhun onlara dəmir alqı-satqısı ilə məşğul olmasını, Azərbaycan İnterneyşnl Mayninq Kompani Limied Şirkətindən yalnız onun dəmir tullantıları çıxarıb, sata biləcəyini bildirmişdir. Söhbətlərindən sonra bu işlərdə onlara kömək etməsi üçün Təqsirləndirilən şəxsla birlikdə Gədəbəy rayonu Qızıl Mədən-Əməliyyat şirkətində işləyən və İran İslam Respublikasının vətəndaşı olan Peyman adlı şəxsin yanına getmişlər. Peyman onlara maşın təşkil edərək onları işlənmiş tullantı dəmirlər olan əraziyə aparmışdır. Bundan sonra o, Ceyhunla söhbət edib, dəmirin tonunu 405 manata almağa razılaşmışdır. Ceyhun ona depozit kimi 5000 manat verməyi təklif edib ilkin razılıq üçün vacib olduğunu demişdir. Bundan iki gün sonra şirkətin yerləşdiyi ərazinin qarşısında Ceyhun ilə görüşüb, ona 5000 manat vermişdir. Həmin pulun müqabilində ondan 2 maşın dəmir almışdır. Bundan sonra Ceyhun ilə söhbət edərkən o, Peyman adlı şəxsin pulun hamsını əvvəldən verməyini istədiyini bildirmişdir. Buna görədə söhbətlərindən bir həftə sonra şirkətin qarşısında o, Təqsirləndirilən şəxs 7000 manat vermişdir. Bundan 10 gün sonra Peyman və Ceyhun qalan pulu verməyini tələb etmişlər. Buna görə də o, 15000 manat pulu şirkətin giriş qapısının yanında Peyman adlı şəxsin “Pajero” markalı avtomobilində Ceyhuna vermişdir. Peyman ilə Ceyhun verdiyi pulu maşında saydıqdan sonra gözləməli olduğunu bildirib, növbəti günlərdə cəmi 3 maşın olmaqla metal dəmir tullantıları satmışlar. 20-27 aprel 2022-ci il tarixlərdə cəmi 05 maşın dəmir tullantı almışdır. Aldığı dəmirin hər tonuna 405 (dörd yüz beş) manat pul ödəmişdir. Həmin müddətdən 01 ay keçdikdən sonra ona 01 maşın 6800 kiloqram metallom dəmir və paslanmayan dəmir vermişlər. O, həmin vaxt ödəniş ödəməmişdən əvvəl Ceyhuna verdiyi depozit puldan ödənişi çıxmasını, qalan pulu geri qaytarmasını tələb etmişdir. Həmçinin Peymanla görüşüb bu barədə söhbət etmək istədiyini demiş və Peymanla görüşərək bu barədə ona bildirdikdə Peyman onu tanımadığını demişdir. O, Peymana pulu onun maşnında olmaqla verdiyini, pulları saydığını dedikdə Peyman bu məsələ ilə bağlı Təqsirləndirilən şəxs tanıdığını, onu tanımadığını demişdir. Bundan sonra Peyman onunla söhbət etməmiş, əlaqələrini kəsmişdir. O, Bakı şəhərinə qayıdıb, Təqsirləndirilən şəxs zəng edərək dəfələrlə pulunu geri qaytarmasını tələb etsə də Təqsirləndirilən şəxs verdiyi pulu şirkətə verdiyini və oradan pulu geri ala bilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ona məxus 27000 manat pulu dələduzluq yolu ilə ələ keçirmişdir.Hazırda Ceyhun pulları geri qaytarmış, ondan üzr istəmiş, onlar barışmışlar. Ondan heç bir şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək, bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Qazax rayonu Daşsalahlı kəndində yaşayır. Zərərçəkmiş şəxs təxminən 15 ildir ki, tanıyır. Onunla həmin vaxtdan yaxın münasibəti vardır. Elnur uzun müddətdir ki, tullantı metal alıb zavodlara vermişdir. Onlar külli miqdarda metal satılan yer axataran zaman Gədəbəy rayonu Qızıl Mədənində tullantı metal satıldığını öyrənmişdir. Bundan sonra Elnurla birlikdə Gədəbəy rayonuna gəlmişdir. Gədəbəy rayonunda Xaliq müəlim Ceyhunla onları qarşılamışdır. Həmin vaxt Xaliq Təqsirləndirilən şəxsla onları tanış etmişdir. Söbətləri zamanı Təqsirləndirilən şəxs Gədəbəy rayonu Qızıl mədənindən 200- 300 ton tullantı metal, 70-80 ton mis və digər tullantı metalları çıxaracağını demişdir. Bunun üçün isə ilkin laraq 30000 manat depozitə pul qoymaq lazım olduğunu bildirmişdir. Bundan sonra təxminən 2022-ci ilin aprel ayında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ümumilikdə, üç dəfəyə hissə-hissə olaraq 27000 manat pulu Gədəbəy şəhəri ərazisində vermişdir. Bundan sonra Gədəbəy rayonu Qızıl mədəni ərazisindən təxminən 5-6 maşın dəmirin pulunu da verib satmağa aparmışlar. Sonradan Qızıl mədəni dəmir satışını dayandırmışdır. Dəmir satışı dayandıqdan sonra Zərərçəkmiş şəxs şirkətdən və Ceyhundan depozit adı ilə alınmış 27000 manat pulu tələb etdikdə, həmin pulu Ceyun Səfərov pulu müxtəlif bəhanələrlə qaytarmaqdan imtina etmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid1 ifadəsindən görünür ki, Azərbaycan X4 Şirkətində Təchizat və Logistika İşləri üzrə koordinator işləyir və 2019-cu ildən Azərbaycan Respublikası Gədəbəy rayonunda yaşayır. Milliyyətcə azərbaycanlıdır. Azərbaycan dilində sərbəst danışa yazmağı və oxumağı bacarır. Gədəbəy şəhəri, M.C.Paşayev küçəsi ev 07 də yaşayır. Onun vəzifəsi təchizat şöbəsində şirkət üçün lazımı malları almaqdan ibarətdir. Bundan başqa mədən ərazisində çoxsaylı podraçı şirkətlər fəaliyyət göstərir. Həmin şirkətlərdən biri "xxxx" MMC-dir və həmin şirkətin direktoru Asif Abdullayevdir. Həmin cəmiyyətin fəaliyyəti nəticəsində yaranmış tullantı dəmirləri onlar tullantı metal kimi satırlar. Onların işi həmin tullantıların ərazidən çıxarılmasına nəzarət etməkdən ibarətdir. Gədəbəy şəhər sakini Təqsirləndirilən şəxs 2021-ci ilin ortalarından tanıyır. O, Ceyhunu şirkətdən çıxan tullantı dəmirləri alan kontraktçı kimi tanımışdır. Həmin vaxtdan Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda şirkət ərazisindən nisyə və nəğd olmaqla dəmir aparmışdır. Sonuncu alğ-satqıdan sonra Ceyhunun şirkətiə dəqiq olaraq 24 min manat borcu qalmışdır. X5 isə ilk dəfə dəmir almağa gələndə görmüşdür. Həmin vaxt Ceyhun Elnuru işçisi kimi ona təqdim etmişdir. O, tullantı metalların olduğu yeri və ərazidən çıxarılmalı olan metalları göstərmişdir. Bundan sonra Ceyhun dəmir almağa gəldikdə ilk dəfə köhnə borcundan 4700 manat pul vermişdir. Bundan sonra Ceyhun ona iki maşın dəmir satıb pulunu almışdır. Bundan sonra Ceyhn Səfərov yenidən dəmir almağa gələn zaman ona borcunu ödəmədiyi halda, dəmir sata bilməcəiyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs yenidən gəlib borcundan 4300 manat pul ödəmişdir. Bundan sonra da o, Təqsirləndirilən şəxs şirkət ərazisindən borcunu tam şəkildə bağlamadığı halda, dəmir sata bilməyəcəyini demişdir. Təxminən bir həftə sonra Ceyhun şirkətin girişində gətirib yerdə qalan borcu olan 15000 manat pulu ona vermişdir. O da həmin puldan sonra Təqsirləndirilən şəxs daha 3(üç) maşın dəmir satmışdır. O, dəmir tullantı satmaq üçün Zərərçəkmiş şəxs heç vaxt, heç bir məbləğdə pul almamışdır. Yalnız Elnurun tanışı Təqsirləndirilən şəxs verdiyi pulun qarşılığında həmin pulun dəyərinə düşən qədər dəmir tullantı vermişdir. Zərərçəkmiş şəxs ilə heç bir alqı-satqı etməmişdir. Ceyun Səfərov şirkətin tullantı dəmir məhsullarının satışına kömək etdiyi üçün ondan pul aldıqdan sonra həmin pulun dəyərində ona dəmir tullantı məhsulu satılmışdır. Zərərçəkmiş şəxs 27000 manat pulunu depozit kimi tərəfindən ələ keçirməklə bağlı göstərdikləri tamamilə yalandır. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İşdə olan X2 Kompani Limited Şirkətinin 04 fevral 2023-cü il tarixli 20 nömrəli məktubundan görünür ki, X2 Kompani Limited Şirkətində Təqsirləndirilən şəxs adlı şəxs işləmir və əvvəllər də heç vaxt bu adda Şirkət əməkdaşı olmamışdır. İran İslam Respublikası vətəndaşı Şahid1 hal-hazırda Şirkətdə Təchizat və Logistika şöbəsində Satınalma üzrə bölmə rəhbəri vəzifəsində çalışır. X2 Kompani Limited Şirkətinin fəaliyyət sahəsinə tullantı metalların alqı-satqısı aid deyildir. Şirkət ərazisində yaranan tullantıların ərazidən təmizlənməsini, Şirkət ərazisində çalışan podratçı təşkilatlar özləri həyata keçirir. Belə ki, podratçı şirkətlər daşınma işlərini həyata keçirən zaman onlara məxsus ağır texnikaların, yük maşınlarının təmiri zamanı yaranan tullantı metallar ərazidə çirklilik yaratmaması və digər proseslərə əngəl yaratmaması üçün ərazidən təmizlənməsi üçün öhdəlikləri vardır. Şirkətdə tullantı dəmirlərin alğı-satqısı ilə əlaqədar olaraq heç bir depozit hesabı mövcud deyil, bununla əlaqədəar olaraq heç vaxt heç bir depozit müqaviləsi bağlanmamışdır. X2 Kompani Limited Şirkətində Təqsirləndirilən şəxs eləcə də Zərərçəkmiş şəxs adına heç vaxt heç bir məbləğdə depozit hesabı açılmamışdır. Ümumiyyətlə belə bir iş praktikası Şirkət tarixində heç vaxt olmamışdır. İşdə olan Аzərbаycаn Rеspublikаsı DİN-nin Bаş Əməliyyаt və Stаtistik İnfоrmаsiyа İdаrəsindən аlinmiş Tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsi tərəfindən 24 iyun 2008-ci il tarixdə CMnin 179.3.2-ci maddəsi ilə təqsirli bilinib 07 il şərti olaraq azadlıqdan məhrum etmə cəzasına məkum edilmiş, ona 02 il sınaq müddəti təyin edilmişdir. İşdə olan Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 24 iyun 2008-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs “Finca Azərbaycan” QBKT-nin külli miqdarda pulunu mənimsəməkdə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə 07 il azadlıqda məhrum edilmiş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsində əsasən cəzası şərti olaraq tətbiq edilmiş, 02(iki) il sınaq müddəti təyin edilmiş, qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilmişdir. İşdə olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş zərəri ödəmişdir. Onunla barışdığı üçün onun barəsində heç bir şikayətinin yoxdur. İşdə olan Şəxsiyyət Vəsiqələrinin surətlərindən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs övladları X6 12 oktyabr 2010-cu il tarixdə, X7 isə 07 avqust 2010-cu il tarixdə doğulmuşdur. İşdə olan Gədəbəy RİHB-nin Şəhər İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayiş yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Azərbaycan Respublikasi Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarini, ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. Azərbaycan Respublikasi CM-nin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə-min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin maddənin 178.2. və 178.2.4-cü maddələrinə əsasən eyni əməllər xeyli miqdarda ziyan vurmaqla törədildikdə-dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məcəllənin 177-ci maddəsinin Qeydinə əsasən Məcəllənin 177-182-ci, 185-187-ci və 189- 1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Beləliklə, təqsirləndirilən şəxsin, zərərçəkmişin və şahidlərin ifadələri və işdə olan digər sənədlərlə sübut edilmişdir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs ilə 2022-ci ilin aprel ayında dəqiq tarixi istintaqa məlum olmayan vaxtda Gədəbəy şəhəri, H.Əliyev prospektində yerləşən kafedə görüşərək, ona Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkətinin Gədəbəy rayonunda yerləşən əməliyyat sahəsindən tullantı metal almaq üçün depozitə pul qoymaq adı ilə aldadaraq, sonuncunu özünə inandırdıqdan sonra vahid niyyətlə əhatə olunan qəsdlə, hissə-hissə 2022-ci ilin aprel ayı ərzində Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkətinin Gədəbəy rayonunda yerləşən əməliyyat sahəsinin giriş hissəsində 5000 (beş min) manat, 7000 (yeddi min) manat və 15000 (on beş min) manat olmaqla, ümumilikdə 27000 (iyrimi yeddi min)manat pulunu ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmuş və bununla da Azərbaycan Respublikasi CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Yəni, istintaq orqani tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasi CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir və ona görə də, təqsirə görə məsuliyyət prinsipi baximindan cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandirilmalidir. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin cinayət olmasini aradan qaldiran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə nəzərə alir ki, Azərbaycan Respublikasi CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqinda tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalidir, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarina, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalidir. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikasi CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, o cümlədən, cəzani yüngülləşdirən və ağirlaşdiran hallari, habelə təyin olunmuş cəzanin onun islah olunmasina və ailəsinin həyat şəraitinə təsirini nəzərə alir. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqinda” Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 sayli Qərarinin 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzalarin təyin edilməsinə fərdi yanaşilmali, cinayət qanunun vəzifələri və cəzanin məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarinin həyata keçirilməsi sözsüz təmin etməlidirlər. Həmin Qərarin 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyasi azadliqdan məhrumetmə ilə yanaşi yüngül cəza növləri də nəzərdə tutursa, hökm çixarilarkən azadliqdan məhrumetmə cəzasi təyin edildikdə bu qərar hökmdə əsaslandirilmalidir. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasi CM-nin 61-ci maddəsində nəzərdə tutulan ağirlaşdirici hallar yoxdur. Məhkəmə iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasi CM-nin 59.1.4 və 59.1.13-cü maddələrinə əsasən himayəsində azyaşlı uşağının olması və cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə işin faktiki hallarina və təqsirləndirilən şəxsin cəzasini yüngülləşdirən hallarin məcmusuna qiymət verərək, Azərbaycan Respublikasi CM-nin 41.2-ci maddəsinə əsasən, hesab edir ki, şəxsiyyətini səciyyələndirən hallar, eləcə də, təyin ediləcək cəzanin onun sonraki həyat tərzinə, davranişina, başqalarina münasibətinə təsiri nəzərə alinmali, təqsirləndirildiyi maddənin sanksiyasinda nəzərdə tutulan hədd daxilində Təqsirləndirilən şəxs cərimə növündə cəza təyin edilməlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqinda iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməsini məqsədə müvafiq hesab edir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yохdur. Hökmün icrasi Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə yuxarida göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasi Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasi Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4000 manat miqdarinda cərimə cəzasi təyin edilsin. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş başqa yerə getməmək haqqinda iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alan kimi dəyişdirilməsin. Hökmün icrasi Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə tapşirilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar