Məhkəmə qərarları › İş №1(042)-48/2020

Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-48/2020

03.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-48/2020 03.09.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə X3 Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X7 və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1956-cı il tarixdə Gədəbəy rayonu, Daşbulaq kəndində doğulmuş, Аzərbaycan Rеspublikası vətəndaşı, оrta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, hazırda Gədəbəy rayonu, Daşbulaq kəndində yaşayan, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materiallarına xx xxxxxxxx 2020-ci il tarixdə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Yekun Protokoluna əsasən X7 xx xxxx 2020-ci il tarixdə saat 17-50 radələrində Gədəbəy rayonunun Daşbulaq kəndi ərazisində aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əlindəki əsa ilə Zərərçəkmiş şəxs vurub ona sağ əlin 1-2-ci barmaqarası nahiyənin əzilmiş-çapılmış yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Ona görə də təhqiqat orqanı tərəfindən X7 barəsində məhkəməyədək sadələşdirilmiş icraat materialı açılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs X7 ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ifadə verərək, göstərmişdir ki, hazırda ailəsi ilə birlikdə Gədəbəy rayonu, Daşbulaq kəndində yaşayır. Fərdi təsərrüfatla məşğul olur. Zərərçəkmiş Zərərçəkmiş şəxs onun qonşusudur. Əvvəllər münasibətləri yaxşı olmuşdur. xx xxxx 2020-ci il tarixdə o, zərərçəkmişin həyətinə gedən yolun həyətlə yol arasında olan künc hissəsindən bir qədər qum götürmüşdür. Zərərçəkmiş buna görə ona iradını bildirmiş, onu söymüş, lakin o, qadın olduğunu nəzərə alaraq, cavab verməmişdir. Həmin gün saat 17-30 radələrində həyətdən küçəyə çıxarkən zərərçəkmişin tövləsinin yanında olan daşları çıxarıb, onun qum götürdüyü yerə basdırdığını görmüş və zərərçəkmişə demişdir ki, daşları çıxarmasın. Bununla əlaqədar mübahisələri yaranmış və zərərçəkmiş ona bir neçə daş atmışdır. Daşlar onun bədəninin müxtəlif yerlərinə dəymişdir. Ona görə də əsəbləşib əlindəki əsa ilə zərərçəkmişi vurmuşdur. Hazırda zərərçəkmişdən üzr istəyir və qərar çıxarılarkən bunun nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək, bildirmişdir ki, Gədəbəy rayonununDaşbulaq kəndində yaşayır. X4 tanıyır. Əvvəllər onunla münasibətləri yaxşı olmuşdur. X8 həyətinə gedən yolun kənarında kanal qazıdığı üçün münasibətləri pisləşmişdir. xx xxxx 2020-ci il tarixdə saat 12 radələrində Fikrət Məmmədovun həyətinə gedən yolun kənarında qazıntı işləri aparmasını görmüş və ona iradını bildirmişdir ki, yolu dağıtmasın. Fikrət Məmmədov isə buna görə onu nalayiq ifadələrlə söymüşdür. Onlar bir qədər mübahisə edib, ayrılmışlar. Həmin gün saat 17-30 radələrində Fikrət Məmmədovun yenidən qazıntı işləri apardığını görmüş və yenə ona iradını bildirmişdir. Onlar arasında mübahisə baş vermişdir. Bu zaman Fikrət Məmmədov əlindəki əsa ilə onun sol əlinin üstünə, başının arxa hissəsinə, sağ əlinin birinci və ikinci barmaqlarının arasına və kürəyinə vurmuşdur. Nəticədə o, xəsarətlər almış və dava baş verən yerdən qaçıb həyətinə getmişdir. Fikrət Məmmədov müalicə edilməsi üçün ona maddi yardım etməmiş və barışığa cəhd göstərməmişdir. Ona hansı cəzanın verilməsini məhkəmənin mülahizəsinə buraxır. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-cimaddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X6 X9 Hüquqi Şəxsinin xx xxxx 2020-ci il tarixli 545 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər-sağ əlin 1- 2-ci barmaqarası nahiyyəsinin kəsilmiş-çapılmış yarası, sol əlin şişkinliyi və əzilmiş səthi yarası, döş qəfəsinin arxa səthinin qançırı küt əşyalatrın təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx xxxx 2020-ci il tarixə uyğun gəlir. Qeyd edilən xəsarətlərdən sağ əlin 1-2-ci barmaqarası nahiyəsinin kəsilmiş-çapılmış yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aid olduğu üçün dərəcələri təyin edilmir və özü-özünə yetirilməsi inandırıcı olmamaqla öz boyu səviyyəsindən yıxılmağa xarakterik deyildir. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İdarəsi tərəfindən verilmiş Tələbnamədən görünür ki, X7 əvvəllər məhkum olunmamışdır. İşdə olan Gədəbəy RİHB-nın Qaradağ kəndi İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, X7 yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İşdə olan Vəsiqənin surətindən görünür ki, X2 İİ qrup əlillik müəyyən edilmişdir. İşdə olan xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, X5 məxsus əsa maddi sübut kimi götürülmüş və saxlanılması üçün Gədəbəy RPŞ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin etirafı, zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibbi ekspertizasının rəyi və işdə olan digər sübutlarla təsdiq edilmişdir ki, X7 xx xxxx 2020-ci il tarixdə saat 17- 50 radələrində Gədəbəy rayonunun Daşbulaq kəndi ərazisində aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əlindəki əsa ilə Zərərçəkmiş şəxs vurub ona sağ əlin 1-2-ci barmaqarası nahiyənin əzilmiş-çapılmış yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir və ona görə də, o, təqsirə görə məsuliyyət prinsipi baxımından cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. İş üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsX1 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar yoxdur. Məhkəmə iş üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsX1 Azərbaycan Respublikası CM-nin 59.1.1. və 59.2-ci maddələrinə əsasən hadisələrin təsadüfi axarı nəticəsində ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini və İİ qrup əlil olmasını ona təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə işin faktiki hallarına və təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların məcmusuna qiymət verərək, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, hesab edir ki, şəxsiyyətini səciyyələndirən hallar, eləcə də, təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsiri nəzərə alınmalı, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində cinayət qanuni ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsX5 cərimə növündə cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələblərini nəzərə alıb, iş üzrə maddi sübutlar məsələsini həll edərək belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış əsa hökm qanuni qüvvəsinə mindikdən sonra X5 qaytarılmalıdır. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1000 manat miqdarında cərimə cəzası təyin edilsin. İş üzrə maddi sübut olan və Gədəbəy RPŞ-nin maddi sübutların saxlanc yerində saxlanılan əsa hökm qanuni qüvvəsinə mindikdən sonra X5 qaytarılsın. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar