Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-48/2021 23.09.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, onun qanuni nümayəndəsi Gədəbəy rayonu İcra Hakimiyyəti Başçısının yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın nümayəndəsi X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olmamış, orta təhsilli, evli, himayəsində üç azyaşlı uşaq olan, 2-ci Qarabağ müharibəsi iştirakçısı, hazırda işləməyən, Gədəbəy rayonu, Qumlu yaşayış massivində pasport qeydiyyatında olan və həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 151-ci və 152.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs on altı yaşına çatmayan şəxslə qeyri-təbii yolla cinsi əlaqədə olub seksual xarakterli hərəkətlər etmiş və bundan sonra digər zərər çəkmiş şəxsin sair asılılığından istifadə etməklə onu cinsi əlaqəyə girməyə məcbur etmişdir. Belə ki, o, 19.02.2021-ci il tarixdən 15.05.2021-ci il tarixədək olan müddət ərzində dəqiq tarixi istintaqa məlum olmayan vaxtda aralarında iki yaş fərqi olmaqla xx.xx.2005-ci il təvəllüdlü on altı yaşına çatmamış Zərərçəkmiş şəxs2 ilə sonuncunun razılığı əsasında yaşadığı Gədəbəy rayonu, Qumlu kəndində özünə məxsus olan “VAZ-21074 minik” markalı, **-OL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə qeyri-təbii yola cinsi əlaqədə olub seksual xarakterli hərəkətlər etmişdir. Bundan başqa o, 2021-ci ilin aprel ayında istintaqa dəqiq tarixi məlum olmayan vaxtda Zərərçəkmiş şəxs2 onunla birlikdə olan zaman çəkmiş olduğu çılpaq fotoşəkillərini və sonuncunun ona “İnstagram” sosial şəbəkəsində atdığı yarımçılpaq halda olan fotoşəkillərini anası Zərərçəkmiş şəxs1 göstərərək, onunla cinsi əlaqədə olmadığı halda həmin şəkilləri yayıb qızını rüsvay edəcəyi ilə hədələyib Zərərçəkmiş şəxs1 özündən asılı vəziyyətə salaraq cinsi əlaqəyə girməyə məcbur etmiş və Gədəbəy rayonu ərazisində yerləşən “Göyəlli bulağı” adlanan yerdə sonuncu ilə bir dəfə təbii yolla cinsi əlaqədə olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 151ci və 152.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 ilə 2021-ci ilin fevral ayından “İnstagram “ sosial şəbəkəsində tanış olmuşlar. Zərərçəkmiş şəxs1 Elnarənin anası kimi tanımışdır. Zərərçəkmiş şəxs2 tanıyandan sevgili münasibətində olmuşlar. “İnstagram”da danışan zamanı öz mobil nömrəsini Elnarə ona vermişdir. Elnarədən anasının onların münasibətini bilib-bilmədiyini soruşmuş, Elnarə isə ona anası Günayın bu barədə məlumatının və razılığının olduğunu demişdir. Zərərçəkmiş şəxs2 24 fevral 2021-ci il tarixdə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə kimin olmasını demədiyi ***-***-**-** saylı mobil nömrədən “Whatsapp” vasitəsilə mesaj yazmışdır. Yazışma zamanı Zərərçəkmiş şəxs2 Gəncə şəhərində olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs2 ilə yazışanda alt paltarında olan zaman özünün çəkdiyi fotoşəkilləri ona atmışdır. Zərərçəkmiş şəxs2 ilə müxtəlif mövzularda danışmışlar. O, Elnarə ilə öpüşüb qucaqlaşsa da, onunla cinsi əlaqədə olmamışdır. Elnarə 26 fevral 2021-ci il tarixdə Gədəbəy rayonuna gələcəyini bildirmiş, Elnarə ilə gəzməyə anası Zərərçəkmiş şəxs1 xəbəri və razılığı ilə aparmışdır. Elnarəyə zəng vurarkən telefonu bir dəfə anası Zərərçəkmiş şəxs1 götürmüş, bundan sonra Günayla danışmağa başlamışlar. Günaya bir-birilərini görməyi təklif etmişdir. Günay imkan olanda görüşərik demiş, təxminən aprel ayının sonlarında Günay ona Elnarəni Kür qəsəbəsində yaşayan anası evinə aparmağı demişdir. Onun “VAZ-21074 minik” markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Elnarəni və anası Günayı Kür qəsəbəsinə aparmışdır. Günayın anası evdə olmadığı üçün Elnarəni onların yaşadığı binanın qarşısında düşürüb geri qayıtmışlar. Gədəbəy rayonunda olan zaman Günay əri Yaşarın evdə olduğunu, evə gedə bilməyəcəyini bildirmişdir. Günayın razılığı ilə avtomobillə onu “Göyəlli bulağı” adlanan yerə aparmış, avtomobilin arxa oturacağında oturan Günayla intim yaxınlıq eləməyə başlamışdır. O, Günaya fotoşəkillərlə hədələməmiş, onu cinsi əlaqədə olmağa məcbur etməmişdir. Hər ikisinin istəyi ilə təbii yolla cinsi əlaqədə olmuşlar. Cinsi əlaqədə olduqdan sonra Günay evinə gedə bilməyəcəyini bildirdiyi üçün birlikdə səhərə qədər onun avtomobilində qalmışlar. Səhərə yaxın Günay rəfiqəsi evinə gedəcəyini demiş, onu Qumlu kənd məktəbindən bir qədər yuxarıda avtomobildən düşürmüşdür. O, həmçinin bildirdi ki, Zərərçəkmiş şəxs2 neçə yaşının olması barədə heç bir məlumatı olmamışdır. Günayın Xəlilovanın onda heç bir fotoşəkili olmamışdır. Zərərçəkmiş şəxs1 qızı Elnarəni fotoşəkilləri ilə hədələməmişdir. Günay könüllü olaraq onunla cinsi əlaqədə olmuşdur. Zərərçəkmiş şəxs2 ilə fotoşəkillərini Zərərçəkmiş şəxs2 ilə münasibəti olduğu 19 fevral 2021-ci il tarixdən 16 may 2021-ci il tarixədək olan müddət ərzində Gədəbəy rayonu ərazisində yerləşən “Göyəlli bulağı” adlanan yerdə onun idarə etdiyi “VAZ-21074 minik” markalı ** OL *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağında çəkdirmişlər. Şəkillərin çəkilməsi barədə Zərərçəkmiş şəxs2 məlumatı və razılığı olmuşdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Gədəbəy rayonu Qumlu kəndində yaşayır, heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur. X1 onun qızıdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 2021-ci ilin mart ayının 26-da yaşadıqları evdə olan zaman birlikdə istifadə etdikləri ***-***-**-** saylı mobil nömrəsi olan telefonun qara siyahısında Təqsirləndirilən şəxs nömrəsini görmüşdür. Təqsirləndirilən şəxs qızı Elnarəyə zəng vuran zaman telefonu o götürmüş, ondan qızı ilə danışmamağı tələb etmişdir. Təqsirləndirilən şəxs qızı Elnarənin 15 yaşının olmasını və qızının məktəbə gedib-gəldiyini bildirmişdir. Kamil ona qızı Elnarəni çox istədiyini demişdi. Aprel ayının 17-də səhər Elnarə yaşadıqları evdən çıxaraq Kamillə birlikdə getmişdir. O, Elnarənin istifadəsində olan mobil nömrəyə zəng vursa da, Elnarə telefona cavab verməmişdir. Ona görə də, Kamilin istifadəsində olan mobil nömrəyə zəng vurmuşdur. Telefonu Elnarə açmış, ona “nədi, nə olub sən niyə imkan vermirsən beş dəqiqə oturaq, hələ burdayıq get işinlə məşğul ol” demişdir. Qızının gəlmədiyini görüb Kamilin yaşadığı evə getmişdir. Kamilin atası Çingizə baş verən hadisə barədə demişdir. Bu vaxt Kamil atasına zəng vuraraq, “mənə belə elədiz ay Günay, sən belə elədin hamıya dedin” demişdir. Kamilin anası Ceyran ona Kamilin evli olduğunu və üç uşağının olmasını demişdir. Çingiz Əliyevin tanışı olan bir nəfər taksi sürücüsünün avtomobili ilə birlikdə onların arxasınca gedən zaman Dəyirmandağ kəndi ərazisində onlar ilə qarşılaşmışlar. Kamil orada avtomobili saxlamamışdır. Qızı Elnarə mobil telefon vasitəsi ilə onların arxasınca gəlməsini istəmişdir. Gədəbəy şəhəri stadion adlanan yerdə taksidən düşüb Kamilin avtomobilinə minmişdir. Kamil avtomobildə onları kənd ərazisində gəzdirmişdir. Elnarəni evə aparmaq istəsə də, Elnarə buna razı olmamışdır. Həmin günü sabaha qədər qızı Elnarə ilə birlikdə Kamilin avtomobilində onun yanında Misdər adlanan yerdə qalmışdır. Səhər Kamil onları yaşadıqları kəndə gətirib düşürmüşdür. 22 aprel 2021-ci il tarixdə Elnarəni həkimdən gətirən zaman Kür qəsəbəsinə anası Gülnarə Qasımovanın evinə getmişdir. Anası Gülnarə həmin vaxtı evdə olmadığı üçün Təqsirləndirilən şəxs yanında olan Amin adlı şəxslə oraya gəlmişdir. Evdə olan zaman Kamil ondan özü ilə alıb gətirdiyi spirtli içki içməsini tələb etsə də, bundan imtina edən zaman masanın yanından qızı Elnarənin yarıçılpaq halda onun qucağında olan fotoşəkilini və Elnarənin tək yarıçılpaq halda olan fotoşəkillərini göstərib onunla spirtli içki içməyi tələb etmişdir. Kamil Elnarə ilə digər otaqda olan zaman Amin onun halının yaxşı olmamasını görüb nə baş verdiyini soruşmuşdur. Aminə Təqsirləndirilən şəxs onun qızının onunla birlikdə olan zaman çılpaq halda şəkillərini çəkməsini, həmin fotoşəkillər ilə onu hədələməsini demişdir. Sonra Aminin təkidi ilə Kamil oradan çıxıb getmişdir. Aprel ayının sonlarında Kamil yenidən Elnarəni aparmışdır. Onların arxasınca gedib ara küçələrdə Kamilin avtomobilini görmüşdür. Kamil avtomobilin qapısını açıb ondan oturmasını istəmişdir. Elnarəyə evə getməsini desə də, Elnarə gəlməkdən imtina etmişdir. Elnarə gəlmədiyi üçün o da Kamilin avtomobilinə əyləşmişdir. Kamil onları Gədəbəy rayonunda yerləşən “Göyəlli bulağı“ adlanan yerə aparmışdır. Orada avtomobildə söhbət zamanı Elnarə Kamilin sözündən sonra incimiş və onunla getməyi qəbul etmişdir. Təxminən aprel ayının sonlarında Kamilin avtomobili ilə qızı Elnarəni Kür qəsəbəsinə aparıb anası Gülnarənin evinə yaxın bir yerdə düşürmüşlər. Geri qayıdan zaman Kamildən avtomobili saxlamağı istəmişdir. Kamil avtomobili saxlamış, arxa oturacaqda onun yanında oturub ona əxlaqsız təkliflər etmişdir. Oradan “Göyəlli bulağı” bulağına gəlmişlər. Kamil orada “mənimlə cinsi əlaqədə ol, bundan sonra sənin qızınla danışmayacam, görüşməyəcəm, sənə kişi sözü verirəm” demişdir. Kamilin qızının şəkillərini yayacağından və adının rayonda əxlaqsız kimi çıxacağından qorxduğu üçün onunla cinsi əlaqədə olmağa məcbur qalmışdır. O, Kamillə bir dəfə təbii yolla cinsi əlaqədə olmuşdur. Sonra Kamil onu evinə gətirmişdir. Bundan sonra Kamillə bir neçə dəfə telefonla danışmış, Kamil onunla yenidən görüşməyi təklif etmişdir. 16 may 2021-ci il tarixdə isə gecə saat 03 radələrində qızı Elnarə yenidən Kamilin yanına getmişdir. Bunu öyrəndikdə mobil telefonla Kamilin nömrəsinə zəng vurub qızı Elnarəni geri qaytarmasını istəmişdir. Kamilin qızı gətirməyəcəyini görüb ona “gəlib sənin evini başına uçuracam” demişdir. Piyada Kamilin evi tərəfə getmişdir. Yolda olan zaman Kamilin avtomobilini görmüşdür. Kamil onun gəldiyini görüb avtomobili sürüb oradan uzaqlaşmışdır. O, Kamilin evinə gəlmiş, qapını Kamilin atası açmışdır. Orada olan Pərvin zəng vurub Kamili çağırmış, Kamil onları maşına mindirib aparmışdır. Sonra, o, Gədəbəy rayon Polis şöbəsinə şikayət etməyə məcbur olmuşdur. O, Kamildən şikayətçidir. Onun qanuni cəza almasını tələb edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi X3 iştirakı ilə verdiyi ifadəsində göstərdi ki, Gədəbəy rayonu Qumlu kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Gədəbəy rayonu 2 nömrəli tam orta məktəbdə 9-cu sinifdə təhsil alır. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 2021-ci ilin fevral ayının 19-da istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrədən zəng gəlmişdir. Telefon danışığı zamanı ondan kim olmasını soruşmuşdur. Həmin şəxs özünü Kamil kimi təqdim etmişdir. Bir müddət Kamil ilə ***-***-**-** saylı mobil nömrə ilə və “İnstagram” sosial şəbəkəsində danışmışdır. Kamil ona ilk dəfə zəng edən zaman anası Günayla birlikdə Şəmkir rayonunda olmuşlar. Şəmkir rayonundan Gədəbəy rayonuna gəldikdən sonra bu ilin fevral ayının sonlarında gecə Kamil anası ilə birgə istifadələrində olan mobil nömrəyə zəng etmişdir. Kamil ona evlərinin yaxınlığındakı bulağın yanında olduğunu bildirib oraya gəlməsini demiş, o razılaşmış, Kamillə görüşmək üçün həmin yerə getmişdir. Kamilin idarə etdiyi “VAZ-21074 minik” markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobilində arxa oturacaqda əyləşmişdir. Kamilin idarə etdiyi avtomobildə 20-30 dəqiqə rayon ərazisində gəzdikdən sonra onu yaşadığı evin qarşısında düşürmüşdür. O, könüllü olaraq Kamillə dəfələrlə görüşmüşdür. İlk görüşlərindən təxminən bir həftə sonra gecə evlərindən çıxıb Kamilin avtomobilində arxa oturacaqda əyləşmişdir. Kamil onu maşın ilə evlərinin yanına aparmışdır. Kamil avtomobili orada saxlayıb arxa oturacağa onun yanına keçmişdir. İlk dəfə onu qucaqlayıb özündən öpmüşdür. Öpüşdükdən sonra Kamil onu evlərinin qarşısında düşürüb aralarında olanları heç kəsə deməməyi tapşırmışdır. Görüşdən təxminən 15 gün sonra anası Günayla birlikdə Gəncə şəhərinə, nənəsi Gülnarə əməliyyat olduğu üçün onun yanına getmişdir. Gəncə şəhərində olan zaman “İnstagram” sosial şəbəkəsinə girmişdir. Kamil onunla birlikdə çəkdirmiş olduğu foto şəkilləri ona göndərmişdir. X16yev ona yazdığı mesajlarında onunla cinsi əlaqəyə girməyi təklif etmişdir. Kamil ilə yazışan zaman ona çılpaq halda olan fotoşəkillərini göndərməsini istəmişdir. Buna görə də alt paltarında olan zaman özünün çəkdiyi fotoşəkilləri Kamilə göndərmişdir. 26 fevral 2021-ci il tarixinə kimi Gəncə şəhərində qalmışlar. Sonra anası ilə birlikdə Gədəbəy rayonuna yaşadıqları evə qayıtmışlar. Novruz bayramı günü Kamil yenidən ona görüşməyi təklif etmişdir. Həmin gün evlərində qonaqlar olması səbəbindən və atası Yaşarın işdə olmasından istifadə edib Kamilin istəyi ilə onunla görüşmüşdür. Həmin gecə Kamil idarə etdiyi “VAZ-21074 minik” markalı avtomobili ilə götürüb gəzən zaman ona cinsi əlaqədə olmağı təklif etmişdir. O razılaşmış və öz istəyi ilə Kamillə qeyri təbii yolla cinsi əlaqədə olmuşdur. Kamil onunla cinsi əlaqədə olduqdan sonra onu yaşadığı evə gətirib düşürmüşdür. Aralarında olan münasibət beləcə davam etmişdir. Kamil onunla iki -üç dəfə maşında qeyri təbii yolla cinsi əlaqədə olmuşdur. 17 aprel 2021ci il tarixdə Kamilin dostu olan Əli adlı şəxsin ad günün qeyd etmək üçün o, Kamil, Əli, Əlinin sevgilisi Bahar və Baharın anası ilə birlikdə Gədəbəy rayon Başkənd adlanan yerə getmişlər. Əlinin ad gününü qeyd edib saat 21 radələrində geri qayıtmışlar. Geri qayıdan zaman Gədəbəy rayonunun mərkəzində anası Günayın, Kamilin atası Çingizin və anası Rənanın onların qarşısına gəldikləri avtomobil ilə rastlaşmışlar. Kamil maşını saxlamaq istəmiş, lakin, o, imkan verməmişdir. Kamil məktəbin yaxınlığında maşını saxlamış, o, isə anasına zəng vuraraq onu yanlarına çağırmışdır. Həmin vaxt anası Günay gəlmiş və Kamilin avtomobilinə əyləşmişdir. Onlar əvvəlcə Baharı sonra isə Əlini evlərinə düşürmüşlər. X12 avtomobilində atasının evdə olduğunu, buna görə də evə gedə bilməyəcəklərini bildirmişdir. Səhər açılana qədər Kamilin babası yaşadığı küçədə qalmışlar. Həmin günün səhəri yaşadıqları evə gəlmişlər. Təxminən may ayının əvvəllərində Kamil yenə də ona zəng edib görüşməyi təklif etmişdir. Kamilin təklifi ilə dəqiq tarixini xatırlamadığı gün gecə yenə evdən çıxıb Kamilin maşınına əyləşmişdir. Kamil onu yaşadıqları küçəyə aparmışdır. Təqsirləndirilən şəxs avtomobili saxlamış onlar yenidən qeyri təbii yolla cinsi əlaqədə olmuşlar. 09 may 2021-ci il tarixədək onların görüşməsi davam etmişdir. Həmin tarixdə Kamildən ayrılmışdır. Telefonu və nömrəni qırmışdır. X16 vasitəsilə ona telefon göndərmiş, 16 may 2021-ci il tarixdə gecə Kamil Əlinin ona verdiyi mobil telefona zəng vuraraq görüşməsini tələb etmişdir. Həmin gün saat 04 radələrində yaşadıqları evin pəncərəsindən düşüb bulağın yanına getmişdir. Evin yaxınlığında onu gözləyən Təqsirləndirilən şəxs avtomobilinə əyləşmişdir. Kamilin yaşadığı küçəyə gedib orada 20 dəqiqə birlikdə söhbət etmişlər. Söhbət zamanı anası Günay zəng vurub “gəl evə yoxsa mən ora gələcəm gəlib, o evi başınıza uçuraçam” demişdir. Təxminən 15 dəqiqə sonra anası Günay oraya gəlmişdir. Oradan Kamilin yaşadığı evə gedib onun valideyinləri ilə söhbət etmişdir. Kamil anasının onun evinə getdiyini görüb anasının arxasınca getmişdir. 10 dəqiqə sonra anası Günay, Kamil və Pərvin birlikdə evdən çıxıb gəlmişlər. Anası Günay avtomobildə əyləşib onu sakitləşdirmək istəmişdir. Əsəbi olduğu üçün anası Günay ilə mübahisə etmişdir. Oradan anası Günay ilə birlikdə yaşadıqları evə gəlmişlər. Evdə anası Günay ilə yenidən mübahisə etmişlər. Bir qədər sonra evlərinə polis gəlmişdir. 16 may 2021-ci il tarixdə polis əməkdaşları onları polis şöbəsinə gətirmişlər. O, Kamildən şikayətçidir və qanunla cəzalanmasını xahiş edir. Şahid2 ifadəsində göstərdi ki, Gədəbəy rayonunda yerləşən AİMC-də fəhlə işləyir. Təqsirləndirilən şəxs 2-ci Qarabağ müharibəsində tanımışdır. Zərərçəkmiş şəxs2 və onun anası Zərərçəkmiş şəxs1 həmkəndli olaraq tanıyır. 17 aprel 2021-ci il tarixdə onun ad gününü qeyd etmək üçün Kamildən onları Başkənd adlanan yerə aparmasını xahiş etmiş, onun sevdiyi qız olan Şahid1 və Elnarə ilə birgə Kamilin idarə etdiyi “VAZ-21074 minik” markalı avtomobillə Başkənd adlanan yerdəki gölün kənarına getmişlər. Onlar özləri ilə apardıqları yeməkdən yemiş, ad günü tortunu kəsib bir qədər də gəzdikdən sonra həmin gün təxminən saat 18 radələrində geri qayıtmışlar. “Dadaş” marketin qarşısında Elnarənin anası Zərərçəkmiş şəxs1 Kamilin atası Çingizlə birlikdə başqa avtomobillə onların olduğu avtomobilə saxla işarəsi vermişlər. Elnarə Kamilə avtomobili saxlamağa imkan verməmiş, Kamildən avtomobili saxlamasını istəsə də, Elnarə buna razı olmamış, oradan Kamilin yaşadığı evin yaxınlığına getmişlər. Kamilin yaşadığı evin yaxınlığında Zərərçəkmiş şəxs1 avtomobilə əyləşmişdir. Sonra Baharı yaşadığı evə düşürüb geri qayıdan zaman yaşadıqları evin yaxınlığında o, avtomobildən düşüb getmiş, Kamil, Elnarə və Günay avtomobildə qalmışlar. Bundan sonra onların hara getmələrini bilməmişdir. Zərərçəkmiş şəxs2 15 yaşının olması barədə heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs ona Zərərçəkmiş şəxs2 heç bir fotoşəkilini göstərməmiş, Kamilin Zərərçəkmiş şəxs1 hədələməsi barədə heç bir məlumatı olmamış, Təqsirləndirilən şəxs və Elnarə Allahverdiyavanın cinsi əlaqədə olmaları barədə də heç bir məlumatı olmamışdır. Şahid1 Şahid2 ifadəsinə uyğun ifadə verdi. Şahid Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır. Onunla arasında dostluq münasibətləri var. Zərərçəkmiş şəxs1 və onun qızı Zərərçəkmiş şəxs2 isə əvvələr tanımamışdır. Onları Təqsirləndirilən şəxs ilə Şəmkir rayon Kür qəsəbəsinə gedən zaman tanımışdır. 2021-ci ilin aprel ayının sonlarında Təqsirləndirilən şəxs Gədəbəy rayonunda onun işlədiyi maşın yuma sexinə gələrək onunla Şəmkir rayon Kür qəsəbəsinə adını demədiyi tanışının evinə qonaq getməyi təklif etmişdir. Onun təklifini qəbul etmiş və Kamilin idarə etdiyi “VAZ-21074 minik” markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir rayon Kür qəsəbəsinə getmişlər. Kür qəsəbəsində tanımadığı binada bir mənzilə daxil olmuşlar. Orada onları adını sonradan bildiyi Zərərçəkmiş şəxs2 qarşılamışdır. Evin qonaq otağına daxil olduqdan bir qədər sonra Elnarənin anası Zərərçəkmiş şəxs1 onlara çay gətirmişdir. Orada Kamil, Elnarə və Günay birlikdə söhbət etmişlər. Bir müddət sonra Elnarə və Kamil digər otağa keçmişlər. Həmin qonaq otağında Zərərçəkmiş şəxs1 ilə qalmışdır. Zərərçəkmiş şəxs1 narahatçılıq keçirdiyini hiss etdiyi üçün ondan nə baş verdiyini soruşmuşdur. Zərərçəkmiş şəxs1 ona Təqsirləndirilən şəxs qızı Elnarənin onunla birlikdə olan zaman yarıçılpaq şəkillərini çəkməsini bildirmişdir. Bundan başqa Zərərçəkmiş şəxs1 ona heç nə deməmişdir. Təxminən 30 dəqiqə sonra Kamil qonaq otağına gəlib bir qədər dayanıb və yenidən Elnarənin yanına geri qayıtmışdır. Sonra Kamil və o səhərə yaxın Kür qəsəbəsindən çıxıb gəlmişlər. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 onunla cinsi əlaqəyə girməyə məcbur etməsi barədə heç bir məlumatı olmamışdır. Kamil ona Elnarənin və anası Günayın heç bir fotoşəkilini göstərməmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəylərini tədqiq edib sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 X11 Gədəbəy rayon Şöbəsi tərəfindən verilmiş 18.05.2021-ci il tarixli 249 nömrəli ekspert rəyindən görünür ki, 2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlər - sağ saidin və qarının ön divarının qançırları - küt əşyaların təsirindən törənmiş, törənmə müddətləri müayinə olunan göstərdiyi 16 may 2021-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aid olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs2 qızlıq pərdəsinin tamlığı pozulmamışdır. Zərərçəkmiş şəxs2 arxa keçəcək dəliyinin sinktorlarında cüzi boşalma və şüavari qışırlarında hamarlaşma aşkar edilmişdir ki bu da onunla arxa keçəcək dəliyi vasitəsilə cinsi əlaqədə olunmağa dəlalət edir. Hal-hazırda arxa keçəcək dəliyi vasitəsi ilə qeyri-təbii yolla cinsi əlaqədə olunmanın tarixini təyin etmək mümkün deyildir. Zərərçəkmiş şəxs2 bədən səthində zorlamaya xarakterik xəsarət aşkar edilməmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 X11 Gədəbəy rayon Şöbəsi tərəfindən verilmiş 18.05.2021-ci il tarixli 248 nömrəli ekspert rəyindən görünür ki, 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlər- alt dodağın sıyrığı və selikli qişanın qançırı –küt əşyanın təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən, 16 may 2021-ci il tarixinə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aid olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlərin özü-özünə yetirə bilməsi inandırıcı deyildir, onun bədən səthində öz boyu səviyyəsində yıxılmağa xarakterik xəsarət aşkar edilməmişdir. - Gəncə şəhər Psixonevroloji Dispanserdən alınmış ambulator məhkəmə-psixoloji ekspertizasının 14 iyun 2021-ci il tarixli 97 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 emosional halından asılı olaraq ona qarşı törədilən hərəkətlərin mahiyyətini dərk etmək qabiliyyətində olmuşdur. Zərərçəkmiş şəxs2 həmin hadisə barəsində düzgün ifadə vermək qabiliyyətindədir. Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 psixi xəstəlik ilə əlaqədar olmayan əqli inkişafda gerilik əlamətləri müşahidə olunmur. Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 yalan danışmağa və özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunur. - “Samsung Galaxy A 6” markalı mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, keçirilmiş baxış zamanı mobil telefonun “Qalereya” bölməsində Təqsirləndirilən şəxs 18 aprel 2021-ci il tarixdə Gədəbəy rayonu Başkənd adlanan ərazidə birlikdə çəkdirdikləri fotoşəkillərin, mobil telefonunun “Mənim fayıllarım” bölməsində şəkillər qovluğunda Zərərçəkmiş şəxs2 yarıçılpaq halda Təqsirləndirilən şəxs quçaqlaşmasını və dodaq-dodağa öpüşməsini əks etdirən fotoşəkillərin, həmçinin Zərərçəkmiş şəxs2 yarıçılpaq “Selfi edərək” çəkdiyi fotoşəkillərin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs mobil telefonunda “Whatsapp” mobil tətbiqində olan ***- ***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə yazdığı mesajlara baxış keçirilmiş, “Whatsapp” mobil tətbiqində olan yazışmalardan 24 fevral 2021-ci il tarixdən 26 fevral 2021-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ilə cinsi əlaqədə olmaq barədə aralarında yazışmaların olduğu görünür. Yazışmalarda Təqsirləndirilən şəxs Elnarə Allahvediyevaya heç bir hədə qorxu gəlmədiyi və ondan məcburən heç nə tələb etmədiyi görünür. - Məhkəmə kompüter-texniki ekspertizasının 30 iyun 2021-ci il tarixli, 5/563 nömrəli ekspert rəyindən görünür ki, 1.Təqdim edilmiş bir ədəd sensor ekranlı “Android 10” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy A 6” markalı “SM-A600FN/DS” modelli “ **********91951, **********91959” İMEİ kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. 2. Tədqiq olunan “Samsung Galaxy A 6” markalı “SM-A600FN/DS” modelli mobil telefonun yaddaşında (kontaktlar, zənglər, SMS mesajlar, foto, video, audio fayllar, “WhatsApp” proqram təminatı, “İnstagram”, “imo”, “Telegram” sosial şəbəkələri vasitəsilə aparılmış məlumat mübadilələri və sairə fayllar) mövcud olan və pozulmuş məlumat müəyyən olundu. 3. Təqdim edilmiş “Samsung Galaxy A 6” markalı “SM-A600FN/DS” modelli mobil telefonun daxilində bir ədəd “SİM” danışıq kartı “Azercell”, bir ədəd “SİM” danışıq kartı “Bakcell” mobil operatoruna aid, qoruyucu üzlüyünün daxilində olan bir ədəd “SİM” danışıq kartı isə “Azercell” mobil operatoruna aid olması müəyyən edildi. 4.Təqdim edilmiş “ Samsung Galaxy A 6 ” markalı “SM-A600FN/DS” modelli mobil telefonun daxilində iki ədəd “SİM” danışıq kartlarının və qoruyucu üzlüyün daxilində olan bir ədəd “SİM” danışıq kartının yaddaşlarında məlumatlar müəyyən olundu. - İş üzrə maddi sübut yaddaş qurğusuna baxış keçirilməsinə dair istintaq hərəkəti protokolundan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, yaddaş qurğusu “HP” markalı olmaqla 32 GB ölçüdədir. Yaddaş qurğusunun içərisində 15 ədəd fayl qovluğu vardır. Yaddaş qurğusunda Təqsirləndirilən şəxs mobil telefonunun yaddaşında Zərərçəkmiş şəxs2 yarıçılpaq halda Təqsirləndirilən şəxs ilə quçaqlaşmasını və dodaqdodağa öpüşməsini əks etdirən fotoşəkillər, həmçinin Zərərçəkmiş şəxs2 yarı çılpaq “Selfi edərək” çəkdiyi foto şəkillərin və Gədəbəy rayon Başkənd adlanan yerdə çəkdirdikləri foto şəkillərin olması müəyyən edilmişdir. Yaddaş qurğusuna baxış zamanı ***-***-**-**, ***-***- **-** saylı mobil nömrə ilə Zərərçəkmiş şəxs2 və anası Zərərçəkmiş şəxs1 birgə istifadələrində olmuş ***-***-**-** saylı mobil nömrə arasında mütəmadi danışıqlar olmuş və “sms” lər daxil və xaric olması görünür. Yaddaş qurğusunda “Whatsapp” mobil tətbiqində ola yazışmalara baxış keçirilən zaman ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə yazdığı mesajlara baxış keçirildi. Baxış zaman həmin mesajların Təqsirləndirilən şəxs mobil telefonuna baxış zamanı aşkar edilmiş mesajlar ilə eyni məzmunlu olması müəyyən edilmişdir. - İş üzrə maddi sübut diskə baxış keçirilməsi haqqında istintaq hərəkəti protokolundan görünür ki, X2 09 iyun 2021-ci il tarixli 11798 nömrəli məktubla daxil olmuş 1 ədəd diskə istifadəsində olan “DELL İNSPİRON” markalı kompyuterə salınaraq keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-**, ***-***-**-** saylı mobil nömrə ilə Zərərçəkmiş şəxs2 və anası Zərərçəkmiş şəxs1 birgə istifadələrində olmuş ***- ***-**-** saylı mobil nömrə arasında mütəmadi danışıqlar olmuş, “sms” lər daxil və xaric olunmuşdur. Daxil və xaric olunan zənglər və smslərdən görünür ki, 27.03.2021-ci il tarixdə saat 11:07:39-da ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Ay Kamil narahatam teli ac ma bir söz de geceni yatmamışam niye”, həmin tarixdə saat 11:07:41-da “meni incidsen”, saat 11:08:49-da “ menim telefonmun üzunü görmüşdün de idi qardaşımın köhne telfona taxdım”, saat 17:37:04-də “Heyvannnnnnnnnnnn küsdüm”, 04.04.2021-ci il tarixdə məzmunu olmayan mesajlar yazılmışdır. ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə yazılmış mesajların məzmununda Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadələr olduğu üçün yazılması mümkün olmadı. 16.05.2021-ci il tarixdə saat 04:20:01-de “Elnare bax nenengil bilmir gel cehennem ol hamı bilecek sonra pis olacaq”,16.05.2021-ci il tarixdə saat 04:20:21-də “Sabah yene gorüşersiz gel ananı tapaq”, 16.05.2021-ci il tarixdə saat 04:22:54-də “Gel”, 16.05.2021-ci il tarixdə saat 04:25:01-də “Birden kamilgilin evine geder anna” kimi mesajlaşmaların daxil və xaric olması aşkar edilmişdir. - Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olmamışdır. -Gədəbəy rayon 2 saylı tam orta məktəbin direktorunun 01.06.2021-ci il tarixli arayışından görünür ki, Zərərçəkmiş şəxs2 2020-2021-ci il tədris ilində həmin məktəbin 9cu sinfində oxuyur. - doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 09.04.2005-ci il təvəllüdlü X8, 22.04.2016-cı il təvəllüdlü X7 və 15.06.2017-ci il təvəllüdlü X9 adlı üç azyaşlı uşaq var. Məhkəmə Təqsirləndirilən şəxs on altı yaşına çatmayan Zərərçəkmiş şəxs2 ilə qeyri-təbii yolla cinsi əlaqədə olmaması, Zərərçəkmiş şəxs1 qarşı hər hansı bir hədəqorxu gəlməməsi və Zərərçəkmiş şəxs1 könüllü olaraq onunla cinsi əlaqədə olması barədə bildirdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla tam təkzib olunur. Belə ki, Zərərçəkmiş şəxs2 həm məhkəməyədək icraat zamanı, həm də məhkəmə istintaqında verdiyi ifadələrində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 ilə “Whatsapp” mobil tətbiqi vasitəsilə yazışan zaman sonuncuya təbii və qeyri-təbii yolla cinsi əlaqədə olmağı və digər seksual xarakterli hərəkətlər etməyi təklif etdiyini, bu barədə xeyli yazışmalar apardıqlarını, Zərərçəkmiş şəxs2 qeyri-təbii yolla cinsi əlaqədə olmağa razılaşdığını, sosial şəbəkə vasitəsilə yarıçılpaq vəziyyətdə şəkillərini Təqsirləndirilən şəxs göndərdiyini, görüşən zamanı da hər ikisi yarıçılpaq vəziyyətdə fotoşəkillərini çəkdiklərini bildirmiş, eləcə də, məhkəmə-tibbi ekspertizasının rəyində Zərərçəkmiş şəxs2 arxa keçəcək dəliyinin sinktorlarında cüzi boşalma və şüavari qışırlarında hamarlaşma aşkar edildiyi qeyd edilmişdir ki, bu da onunla arxa keçəcək dəliyi vasitəsilə cinsi əlaqədə olunmağa dəlalət edir. Zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, mobil telefona və yaddaş qurğusuna baxış keçirilməsi barədə protokollar da Təqsirləndirilən şəxs 16 yaşına çatmayan Zərərçəkmiş şəxs2 ilə qeyri-təbii yolla cinsi əlaqədə olmasını tam təsdiq edir. Təqsirləndirilən şəxs ifadələrində Zərərçəkmiş şəxs1 ilə sonuncunun öz razılığı əsasında cinsi əlaqədə olduğunu, ona qarşı heç bir hədə-qorxu gəlmədiyini bildirməklə öz müdafiəsi ilə bağlı gətirdiyi dəlillər də məhkəmə istintaqı zamanı təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 151-ci və 152.1-ci maddələri ilə tövsif edilməli, həmin maddələrlə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmə məsələsini həll edərkən aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edirki, cəza təyin edilərkən CM-nin qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri mütləq nəzərə alınmalıdır. Belə ki, bu prinsiplərə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (CM-in 5.1, 7.1 və 8.1-ci maddələri). Məhkəmə, cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Eyni zamanda, məhkəmə tərəfindən cəza təyin edilərkən, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin edilmiş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ədalətli cəza təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarda daha sonra məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. (həmin qərarın 2-ci bəndi) Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibətgöstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Himayəsində üç nəfər azyaşlı uşağın olmasını, 2-ci Qarabag müharibəsində iştirak etməklə medallara layiq görülməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən nəzərə alınmalı olan bir sıra xüsusi halların qeyd edilməsini zəruri sayır. Məhkəmədə sübutların tədqiqi ilə müəyyən olundu ki, təqsirləndirilən şəxsə istinad edilən cinayət hadisələrinin baş verməsində zərər çəkmiş şəxslərin davranışları da şərait yaratmışdır. Belə ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 dəfələrlə yaşadığı evdən ondan gizlin getməsini, habelə Təqsirləndirilən şəxslə görüşməsini bilə-bilə valideynlik vəzifəsini yerinə yetirməkdə etinasız davranış nümayiş etdirmiş, hətta Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxslə görüşməsinə bəzi hallarda razılıq vermişdir. Zərərçəkmiş şəxs2 isə hətta Təqsirləndirilən şəxs evli olduğunu bildiyi halda belə onunla qeyri təbii yolla cinsi əlaqədə olmağa razılıq vermişdir. Zərərçəkmiş şəxs1 isə Təqsirləndirilən şəxs ona qızı ilə əlaqədar fotoşəkillər göstərdiyi halda, ərini və hüquq mühafizə orqanlarını bu barədə məlumatlandırmaq əvəzinə, Təqsirləndirilən şəxslə təklikdə Gədəbəy rayonu “Göyəlli bulağı” deyilən yerə gedib sonuncu ilə könüllü cinsi əlaqədə olmuşdur. Zərər çəkmiş şəxslərin belə davranışları da Təqsirləndirilən şəxs tərəfindən ona istinad edilən cinayət əməllərinin törədilməsinə şərait yaratmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməllərinə haqq qazandırılmadan zərər çəkmiş şəxslərin qeyd olunan davranışları da nəzərə alınmalıdır. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza tədbiri seçilməsi məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, cəza təyin edərkən onun şəxsiyyətini səciyyələndirən hallar, əməlində cəzanı yüngülləşdirən halın olması və cəzanı ağırlaşdıran halın olmaması, eləcə də cinayət hadisələrinin törədilmə mexanizmi, zərər çəkmiş şəxslərin cinayətlərin baş verməsinə şərait yaradacaq davranışları, təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin sonrakı həyat tərzinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ayrı-ayrı hərəkətləri ilə cinayət qanununun iki müxtəlif maddəsində, yəni CM-nin 151 və 152.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətdiyindən, bu cinayətlərə görə əvvəllər məsuliyyətə cəlb olunmadığından, eləcə də cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçmədiyindən ona həmin maddələrlə ayrı -ayrılıqda, CM-nin 151-ci maddəsinin sanksiyası həddində islah işləri cəzası, CM-nin 152.1-ci maddəsinin sanksiyası həddində isə azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, sonra təyin edilmiş cəzaları cinayətlərin məcmusu qaydasında toplamaqla ona qəti azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək islah işləri cəzası təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə toplanılarkən Azərbaycan Respublikası CM-nin 68.1-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 68.1-ci və 68.1.3-cü maddəsinə əsasən, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə islah işlərinin dörd günü bərabər tutulur. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli şübhəli şəxs kimi saxlanıldığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi və ya ləğvi üçün əsaslar olmadıgından və hökmün icrasının gələcəkdə təmin edilməsi məqsədilə hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1, 132.1.5, 132.1.6 və 132.1.7-ci maddələrinə əsasən, iş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs məxsus bir ədəd "xxxx" markalı mobil telefon qanuni sahibinə qaytarılmalı, X2 daxil olmuş bir ədəd disk və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə kompyuter-texniki ekspertizasından daxil olmuş bir ədəd yaddaş qurğusu cinayət işi materiallarında saxlanmalıdır. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertiza xərci - 60 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP(XİİS ) hesabı, adı Dövlət xəzinədarlığı agentliyi, kodu 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ********************, SFİFT BİKCTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************) köçürülməlidir. Hökmün icrası Gədəbəy rayon Polis şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasına həvalə edilsin. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344- 347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 2 il müddətə islah işləri cəzası, Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs təyin edilmiş 20 faizi dövlət nəfinə tutulmaqla 2 il müddətə islah işləri cəzası azadlıqdan məhrum etmənin bir gününə islah işlərinin dörd günü hesablanmaqla 6 ay azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq CM-nin 66.1 və 66.2-ci maddələrinə əsasən, təyin edilmiş 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə qəti olaraq 07 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 18 may 2021-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutlar – Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung Galaxy A 6” markalı mobil telefon qanuni sahibinə qaytarılsın. Maddi sübutlar bir ədəd disk və bir ədəd yaddaş qurğusu cinayət işi materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertiza xərci- 60 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP(XİİS ) hesabı, adı Dövlət xəzinədarlığı agentliyi, kodu 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ********************, SFİFT BİKCTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************) köçürülsün. Hökmün icrası Gədəbəy rayon Polis şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətinə, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə protest və şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №1(042)-48/2021
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-48/2021
23.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver