Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-48/2022 20.10.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon(Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxx 1981-ci il tаriхdə Gədəbəy rayonu Qaradağ kəndində doğulmuş, Аzərbаycаn Rеspublikаsının vətəndаşı, evli, himаyəsində üç azyaşlı övlаdı оlаn, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Gədəbəy rayonu, Qaradağ kəndində yаşаyаn, bаrəsində 26 iyul 2022-ci il tаriхdən bаşqа yеrə gеtməmək hаqqındа iltizаm qətimkаn tədbiri sеçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 20 oktyabr 2022-ci il tarixdə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 06 iyun 2022-ci il tarixdə saat 08 radələrində Gədəbəy rayonu, Qaradağ kəndi ərazisində yerləşən əkin sahəsində fəhlə işləyən Şahid2 məxsus ulağın Zərərçəkmiş şəxs əkin sahəsinə girməsi səbəbindən sonuncu ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə və münaqişə zamanı Zərərçəkmiş şəxs qəsdən yumruq və təpiklə vuraraq, ona başın tüklü hissəsinin təpə nahiyyəsinin əzilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurduğuna görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməmiş, ifadə verərək, göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Qaradağ kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur. Zərərçəkmiş Zərərçəkmiş şəxs həmkəndlisi və qohumudur. Zərərçəkmiş şəxsla qonşudur. Elxanın həmin ərazidə onun anası Şahid3 ilə yol üstündə mübahisələri vardır. Ona görə də Elxanla münasibətləri yaxşı deyil. 06 iyun 2022-ci il tarixdə təxminən saat 08 radələrində Gədəbəy rayonu, Qaradağ kəndi ərazisində ona məxsus əkin sahəsində işləyən fəhlələr Şahid2 və Şahid1 ondan su gətirməsini xahiş etmişlər. Həmin əkin sahəsi evinin yaxınlığında Gədəbəy-Şəmkir avtomobil yolunun Şəmkir rayonu istiqamətində sağ tərəfində yerləşir və zərərçəkmişə məxsus əkin sahəsi ilə qonşudur. Evindən su gətirib fəhlələrin yanına gələn zaman zərərçəkmişin fəhlələrlə ucadan qışqırıb səs-küy saldığını, Şahid2 hədələdiyini eşitmişdir. Zərərçəkmiş danışığından başa düşmüşdür ki, fəhlələrin işlətdiyi ulaq zərərçəkmişin əkin sahəsinə girib ayaqlamışdır. Lakin zərərçəkmişin əkin sahəsinə baxıb hər hansı bir ziyan vurulmadığını görmüşdür. Həmin vaxt zərərçəkmiş ondan təxminən 10-15 metr məsafədə avtomobil yolunun kənarında dayanmışdı. O, zərərçəkmişə irad bildirmişdir ki, fəhlələri söyməsin. Zərərçəkmiş isə onu nalayiq söyüşlərlə söyüb təhqir etmişdir. O, əsəbləşərək zərərçəkmişin yanına qalxmışdır. Zərərçəkmişin dayandığı yer əkin sahəsindən bir qədər hündürdə, avtomobil yolunun kənarında olmuşdur. O, zərərçəkmişə yaxınlaşan zaman bir-birinin paltarının yaxasından tutub çəkişmişlər və çəkişmə zamanı hər ikisinin ayağı sürüşmüş, onlar əkin sahəsinə tərəf yuvarlanmışlar. Həmin vaxt Şahid1 yaxınlaşıb onları ayırmışdır. Zərərçəkmiş yenidən nalayiq söyüşlər söyərək ona tərəf gəlmək istəyərkən, Şahid1 onu tutmuş və dalaşmalarına imkan verməmişdir. Zərərçəkmiş uzaqlaşaraq yolun kənarında dayanan Qazel markalı avtomobilinə tərəf getmişdir. Zərərçəkmiş oradan uzaqlaşarkən anası Şahid3 hadisə yerinə gəlmiş və uzaqdan səsləyərək, ona iradını bildirmişdir. O, zərərçəkmiş Zərərçəkmiş şəxs döyməmiş, onu təpik və yumruqla vurmamışdır. Hadisə zamanı zərərçəkmişlə bir-birinin yaxasından tutub çəkişmişlər, çəkişən zaman dayandıqları yer düz olmadığı üçün hər ikisi müvazinətini itirərək yıxılıb təxminən 7 metr otluqda yuvarlanmışlar. Ola bilsin ki, zərərçəkmiş Zərərçəkmiş şəxs həmin xəsarətləri otluqda yuvarlanan zaman almışdır. Hadisə təxminən 2-3 dəqiqə davam etmiş, oraya kənar şəxslər toplaşmamışdır. Hadisəni Şahid2 və Şahid1 görmüşlər. Anası Şahid3 isə hadisə yerinə Şahid1 onları ayırdıqdan sonra gəlmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək, bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonunun Qaradağ kəndində yaşayır. Fərdi əməklə məşğuldur. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs həmkəndlisi və qohumudur. Əvvəllər aralarında düşmənçilik və ədavət olmamışdır. Təqsirləndirlən şəxsin ata yurdu onun evinin qonşuluğunda yerləşir. 2018-ci ilin yaz aylarından Zabilin anası Şahid3 ilə yol üstündə problemləri yaranmağa başlamışdır. Bununla bağlı Təqsirləndirilən şəxsla da münasibətləri pisləşmişdir. Örüş sahəsi üstündə Zabilin anası Şahid3 ilə məhkəmə mübahisələri hal-hazırda davam edir. 06 iyun 2022-ci il tarixdə saat 08 radələrində özünə məxsus Qazel markalı yük avtomobili ilə heyvanlarının yanına getmişdir. Gədəbəy-Şəmkir avtomobil yolu ilə hərəkət edərkən Qaradağ kəndi ərazisində yolun sağ tərəfində ona məxsus əkin sahəsində günəmuzd işləyən həmkəndliləri Şahid2 və Şahid1 ulaqla işləyərkən onun məhsulunu zay etdiklərini görmüşdür. Həmin ərazidə onun və Təqsirləndirilən şəxs əkin sahələri qonşuluqda yerləşir. O, avtomobilindən düşüb Şahid1 və Şahid2 əkin sahəsini zay etdikləri üçün iradını bildirmişdir. Həmin vaxt təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs evindən çıxıb ora gəlmiş, onu nalayiq söyüşlərlə söymüşdür. O, fəhlələrdən onun yerinə keçib-keçmədiklərini soruşmuş, onlar həqiqətən də onun yerinə keçdiklərini demişlər. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs onun əkin sahəsinə girərək yerə baxmışdır. O, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs yaxınlaşıb fəhlələrin əkin sahəsindən keçdikləri yeri göstərmək istəyərkən, o, köynəyinin yaxasından tutaraq yumruqla ürəyinin üstündən vurmuşdur. Həmin vaxt özünü pis hiss edib yerə çökmüşdür. Yerə çökdükdən sonra təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təpiklə alnının sol tərəfindən vurmuşdur. Daha sonra təqsirləndirlən şəxs yumruq və təpiklə onun bədəninin müxtəlif nahiyyələrinə, o cümlədən başına, burnuna, qarnına, ayaqlarına çoxsaylı yumruq və təpik zərbələri vurmuşdur. Yerdən qalxmağa çalışsa da, təqsirləndirlən şəxs imkan verməmişdir. Həmin vaxt Şahid1 qaçaraq gəlib onları ayırmışdır. O, yerdən qalxmış, gedib avtomobilinə minmişdir. Oradan polisə zəng edib hadisə barədə məlumat vermişdir. Avtomobildə yaranmış texniki nasazlıq səbəbindən mühərriki işə sala bilmədiyi üçün oğlu Şahid5 zəng edib gəlib onu aparmasını xahiş etmişdir. Bir qədər sonra Şahid5 gəlib onu Gədəbəy Rayon Polis Şöbəsinə gətirmişdir. Hadisə təxminən 5 dəqiqə davam etmiş, bu zamanı səs-küy olmamışdır. Təqsirləndirilən şəxs müalicə edilməsi üçün ona maddi yardım etməmiş və barışığa cəhd göstərməmişdir. Ona ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadə verərək, bildirmişdir ki, Gədəbəy rayonunun Qaradağ kəndində yaşayır. Zərərçəkmiş şəxs atası, Təqsirləndirilən şəxs isə həmkəndlisidir. 06 iyun 2022-ci il tarixdə saat 08 radələrində yaşadığı evdə olarkən atası Zərərçəkmiş şəxs ona zəng edərək Təqsirləndirilən şəxsla əkin sahəsində dalaşdığını, xəsarət aldığını və avtomobilinin mühərrikinin işə düşmədiyini demiş, gəlib onu xəstəxanaya aparmasını xahiş etmişdir. O, dərhal avtomobili ilə atası Zərərçəkmiş şəxs yanına getmişdir. Ora gedərkən atası Zərərçəkmiş şəxs Gədəbəy-Şəmkir avtomobil yolunun kənarında Qazel markalı avtomobilində əyləşdiyini, başından və üzündən qan axdığını görmüşdür. Atası Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onu vurduğunu bildirmişdir. O, atası Zərərçəkmiş şəxs Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid1 ifadə verərək, bildirmişdir ki, Gədəbəy rayonu, Qaradağ kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, günəmuzd fəhləlik edir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır, hər ikisi həmkəndlisidir. Onların heç biri ilə düşmənçilik və ədavəti yoxdur. 06 iyun 2022-ci il tarixdə saat 08 radələrində Gədəbəy rayonu, Qaradağ kəndi ərazisində Gədəbəy-Şəmkir avtomobil yolunun sağ tərəfində Təqsirləndirilən şəxs məxsus əkin sahəsində Şahid2 ilə birlikdə fəhləlik edib kartof şitillərinin dibini boşaltmışdır. Onlar kartof sahəsində ulaqla işləmişlər. Təqsirləndirilən şəxs əkin sahəsi ilə yanaşı Zərərçəkmiş şəxs əkin sahəsi yerləşir və onların münasibəti yaxşı deyil. Zərərçəkmiş şəxs Qazel markalı avtomobili ilə əkin sahəsinin yaxınlığından keçərkən avtomobildən düşüb Şahid2, guya, ulağın onun əkin sahəsinə girdiyini bildirib, onu hədələmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs yaxınlaşaraq, Zərərçəkmiş şəxs Şahid2 üstünə qışqırdığını görmüş və ona iradını bildirmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs nalayiq söyüşlərlə söymüşdür. Təqsirləndirilən şəxs əsəbləşib Elxanın üstünə getmiş, onun yaxasından tutmuş və onlar çəkişməyə başlamışlar. Onlar çəkişərkən ayaqları sürüşüb otluğa yıxılmışlar. O, yaxınlaşıb onları ayırmışdır. Onları ayırarkən Zərərçəkmiş şəxs başından qan axdığını görmüşdür. Onlara yaxınlaşarkən Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs yerdə çəkişmiş, Zabil Elxanın üstündə olmuşdur. Hadisə təxminən 3 dəqiqə davam etmiş, oraya kənar şəxslər toplaşmamış, səs-küy olmamışdır. Hadisədən sonra Təqsirləndirilən şəxs anası Şahid3, həyat yoldaşı və xalası Nüşabə oraya gəlmişlər. Lakin onlar gələn zaman artıq dava-dalaş bitmişdir, onlar hadisəni görməmişlər. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid2 ifadə verərək, bildirmişdir ki, Gədəbəy rayonunun Qaradağ kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, günəmuzd fəhləlik edir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır, hər ikisi həmkədliləridir. Onların heç biri ilə düşmənçilik və ədavəti yoxdur. 06 iyun 2022-ci il tarixdə saat 08 radələrində Gədəbəy rayonu, Qaradağ kəndi ərazisində Gədəbəy-Şəmkir avtomobil yolunun sağ tərəfində Təqsirləndirilən şəxs məxsus əkin sahəsində Şahid1 ilə birlikdə işləmişlər. Orada Təqsirləndirilən şəxs əkin sahəsi ilə yanbayan Zərərçəkmiş şəxs əkin sahəsi yerləşir və onların münasibətləri yaxşı deyildir. Onlar sahədə işlədikləri zaman Zərərçəkmiş şəxs Qazel markalı avtomobili ilə əkin sahəsinin yaxınlığından keçmiş və ulağın onun əkin sahəsinə keçdiyini görmüşdür. Zərərçəkmiş şəxs avtomobilindən düşərək, təxminən, 40 metr məsafədə avtomobil yolunun kənarında dayanaraq onu sözlə hədələmişdir. O, Zərərçəkmiş şəxs cavab vermədən işinə davam etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs öz evindən onlara su gətirmiş, Zərərçəkmiş şəxs onu hədələdiyini eşitmiş və buna görə ona iradını bildirmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs da nalayiq söyüşlərlə söymüşdür. Zabil əsəbləşib Elxanın üstünə gedərək onun yaxasından tutmuş və onlar çəkişmişlıər. Bu zaman ayaqları sürüşüb otluğa yıxılmışlar. Şahid1 onlara tərəf gedib sakitləşdirmiş, onları ayırmışdır. Bundan sonra Elxan öz avtomobilinə tərəf getmişdir. Hadisədən sonra Zabilin anası Şahid3 oraya gəlmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid3 ifadə verərək, bildirmişdir ki, Gədəbəy rayonunun Qaradağ kəndində yaşayır. Təqsirləndirilən şəxs onun oğlu, Zərərçəkmiş şəxs isə qonşusudur. Zərərçəkmiş şəxsla aralarında yol üstündə məhkəmə mübahisəsi vardır. Ona görə də Zərərçəkmiş şəxsla münasibətləri yaxşı deyil. 06 iyun 2022-ci il tarixdə sat 08 radələrində Gədəbəy rayonu, Qaradağ kəndində oğlu Zabilin evinin həyətində olan zaman əkin sahəsindən Zərərçəkmiş şəxs səsinin gəldiyini eşitmişdir. Çölə çıxan zaman Zərərçəkmiş şəxs əkin sahəsinin yanında dayanaraq, Zabili nalayiq söyüşlərlə söydüyünü, görmüşdür. Zərərçəkmiş şəxs danışığından başa düşmüşdür ki, guya onların əkin sahəsində işləyən fəhlələrin ulağı Elxanın əkin sahəsinə girmişdir. Həmin vaxt Elxan və Zabil bir-birinin yaxasından tutub çəkişmişlər, çəkişən zaman Elxanın ayağı ilişərək otluqda sürüşüb yıxılmışdır. Məhkəmə iclasında elan edilmiş Şahid4 ifadəsindən görünür ki, o, Gədəbəy rayonunun Qaradağ kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır, hər ikisi həmkəndliləridir. Zərərçəkmiş şəxsla münasibətləri normal olsa da, Təqsirləndirilən şəxsla aralarında torpaq üstündə məhkəmə mübahisəsi vardır. 06 iyun 2022-ci il tarixdə saat 08 radələrində özünə məxsus avtomobili ilə Gəncə şəhərinə gedərkən yolun Qaradağ kəndi ərazisindən keçən hissəsində Gədəbəy-Şəmkir avtomobil yolunun sağ tərəfində Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs əkin sahəsində bir-birinin yaxasından tutub çəkişdiklərini görmüşdür. Təqsirləndirilən şəxsla münasibəti yaxşı olmadığına görə onlara yaxınlaşmadan yoluna davam edib getmişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaxasından tutub çəkişdiklərini görmüşdür. Onlar təxminən ondan 20 metr məsafədə olmuşlar. O, avtomobilindən düşmədən yoluna davam edib getmiş və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yumruq və təpik zərbələri ilə vurduğunu görməmişdir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-cimaddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X4 X5 Şəmkir Rayon Şöbəsi tərəfindən verilmiş 06 iyun 2022-ci il tarixli 597 nömrəli canlı şəxsin ekspertizası Rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – başın tüklü hissəsinin təpə nahiyyəsinin əzilmiş yarası, alın nahiyyəsinin şişkinlik fonunda qançırı, burun nahiyyəsinin qançırı, alt dodağın kayma hissəsinin (dodaq haşiyəsinin) sıyrığı küt əşyaların təsirindən törənmiş, törənmə müddətləri 06 iyun 2022-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə başın tüklü hissəsinin təpə nahiyyəsinin əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, alın nahiyyəsinin şişkinlik fonunda qançırı, burun nahiyyəsinin qançırı, alt dodağın kayma hissəsinin (dodaq haşiyəsinin) sıyrığı isə həm ayrı-ayrılıqda, həm də birlikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. Vətəndaş Zərərçəkmiş şəxs bədən səthində özü-özünə yetirilməyə və öz boyu hündürlüyündən yıxılmağa xarakterik xəsarətlər aşkar edilməmişdir. İşdə olan və məhkəmə iclasında təhqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X4 X5 Şəmkir Rayon Şöbəsi tərəfindən verilmiş 15 avqust 2022-ci il tarixli 07/Ə nömrəli canlı şəxsin ekspertizası Əlavə Rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – başın tüklü hissəsinin təpə nahiyyəsinin əzilmiş yarası, alın nahiyyəsinin şişkinlik fonunda qançırı, burun nahiyyəsinin qançırı, alt dodağın kayma hissəsinin (dodaq haşiyəsinin) sıyrığı küt əşyaların təsirindən törənmişlər, yetirilmiş zərbələr (yumruq, təpik,hər hansı küt əşya) nəticəsində əmələ gələ bilərdilər. Qeyd olunan xəsarətlərin lokolizasiyasına,sayına (bədənin yalnız baş nahiyyəsində yerləşməsinə, digər nahiyyələrdə diz, dirsək və s. nahiyyələrdə olmamasına) əsasən demək olur ki, həmin xəsarətlər Zərərçəkmiş şəxs öz boyu hündürlüyündən yıxılması nəticəsində, eləcə də Təqsirləndirilən şəxs göstərdiyi şəraitdə əmələ gəlməsi inandırıcı deyildir. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İdarəsi tərəfindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs övladları Qurbanlı Əfsanə 11 oktyabr 2009-cu il tarixdə, Qurbanlı Pərvanə 09 may 2012-ci il tarixdə və Qurbanov Pərvin 12 yanvar 2017-ci il tarixdə doğulmuşlar. İşdə olan Gədəbəy RİHB-nın Qaradağ Kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Beləliklə, təqsirləndirlən şəxs ittiham edildiyi cinayət əməlini törətmədiyini, zərərçəkmişi vurmadığını, ona xəsarət yetirmədiyini bildirmiş, eyni zamanda, göstərilən tarixdə onunla aralarında mübahisə yarandığını, bir-biriləri ilə dava etdiklərini, bu zaman yıxıldıqlarını və birlikdə bir neçə metr aşağı yuvarlandıqlarını etiraf etmişdir. Zərərçəkmiş isə həm ibtidai, həm də məhkəmə istintaqı zamanı təqsirləndirlən şəxsin onu ayaq və əllə vuraraq, xəsarət yetirdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş şahidlər Şahid2 və Şahid1 da təqsiləndirlən şəxslə zərərçəkmişin dava etdiklərini, yıxılaraq, yuvarlandıqlarını bildirmişlər. Şahidlərdən Şahid1 isə təqsirləndirlən şəxslə zərərçəkmişi araladığını və bu zaman zərərçəkmişn başından və üzündən qan gəldiyini bildirmişdir. Məhkəmə nəzərə alır ki, aparılmış tibbi ekspertizanın rəyinə əsasən məhz başın tüklü hissəsinin təpə nahiyyəsinin əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilmişdir. İş üzrə dindirilmiş digər şahidlər də zərərçəkmişin başında və üzündə xəsarətlər olduğunu təsdiq etmişlər. Yəni, tərəflər arasında davanın baş verməsi və bu zaman zərərçəkmişin sağlamlığına yüngül dərəcəli zərərin vurulması halları sübutlarla təsdiq edilmişdir. Bu zərərin əl-ayaq zərbələri və ya yerə yıxılma nəticəsində yetirilməsi halının müəyyən edilməsi isə ittihamın mahiyyəti deyil, yalnız məzmunu baxımından əhəmiyyət kəsb edə bilərdi. Yəni, məhkəmə istintaqı zamanı təhqiq edilmiş sübutlarla təsdiq edilmişdir ki, Təqsirləndirilən şəxs 06 iyun 2022-ci il tarixdə saat 08 radələrində Gədəbəy rayonu, Qaradağ kəndi ərazisində yerləşən əkin sahəsində fəhlə işləyən Şahid2 məxsus ulağın Zərərçəkmiş şəxs əkin sahəsinə girməsi səbəbindən sonuncu ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə və münaqişə zamanı Zərərçəkmiş şəxs qəsdən yumruq və təpiklə vuraraq ona başın tüklü hissəsinin təpə nahiyyəsinin əzilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər yetirmiş və bununla da Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirlən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir və ona görə də, o, təqsirə görə məsuliyyət prinsipi baxımından cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. İş üzrə təqsirləndirlən şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar yoxdur. Məhkəmə iş üzrə təqsirləndirlən şəxsin Azərbaycan Respublikası CM-nin 59.1.4-cü və 59.2-ci maddələrinə əsasən himayəsində üç yetkinlik yaşına çatmayan övladlarının olmasını,yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini ona təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə işin faktiki hallarına və təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların məcmusuna qiymət verərək, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, hesab edir ki, şəxsiyyətini səciyyələndirən hallar, eləcə də, təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsiri nəzərə alınmalı, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində Təqsirləndirilən şəxs islah işləri növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübutlar, məhkəmə xərcləri və mülki iddia yoxdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona qazancının 10 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 06 ay müddətə islah işləri cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs qazancından dövlət nəfinə pul tutulmaları aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №1(042)-48/2022
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-48/2022
20.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver