Məhkəmə qərarları › İş №1(042)-49/2021

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №1(042)-49/2021

02.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 1(042)-49/2021 02.09.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 2004-cü ildə Gədəbəy rayonu, Dəyəqarabulaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olmamış, Gədəbəy rayonu, Dəyəqarabulaq kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 19 may 2021-ci il tarixdə saat 19.30 radələrində Gədəbəy rayonu, Musayalı kəndində yerləşən örüş sahəsində xırda buynuzlu heyvanları otarmasına görə Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı təpiklə Zərərçəkmiş şəxs sağ əlinin barmağından qəsdən vuraraq ona sağ əlin 1-ci barmağının şişkinliyi ilə muşaiyət olunan distal falanqasının boylama sınığı ilə nəticələnən Azarbaycan Respublikasi CM-nin 126-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarət yetirməklə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Şahid2 iştirakı ilə verdiyi ifadəsində ona Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Gədəbəy rayonu Dəyəqarabulaq kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, ailə üzvlərinə mal-qaraların saxlanılmasında kömək edir. Zərərçəkmiş şəxs tanıyır. Zərərçəkmiş şəxs qonşu Musayalı kənd sakinidir. 19 may 2021-ci il tarixdə saat 19.30 radələrində Gədəbəy rayonu Dəyəqarabulaq kəndinin ərazisindəki meşə torpağında “qaraqaya və ayrım talası” kimi tanınan ərazidə ailəsinə məxsus xırda buynuzlu heyvanları otarırmış. Bu vaxt Zərərçəkmiş şəxs ondan xeyli aralıdan ünvanına nalayiq söyüşlər söydüyünü eşitmiş, o da qarşılıqlı olaraq Alyarı söymüşdür. Alyar ona yaxınlaşaraq heyvanları otlaq sahəsindən çıxarmağı tələb etmiş, o da “heyvanları aparmıram, bura sənin dədənin torpağı deyil, otarıram yaxşı edirəm” deyə cavab vermişdir. Alyar yenidən söyüş söyüb onun üzərinə getmiş, yaxınlıqdakı çəpərdən ağac parçası qırıb götürmüşdür. Əvvəlcə iti Alyarın üzərinə getmiş, Alyar itini vuraraq qorxutmuşdur. Alyar ona yaxınlaşıb əvvəlcə sol əli ilə sifətinin sağ tərəfindən bir dəfə yumruqla vurmuş və sinəsindən tutmuşdur. Bundan sonra Alyar sağ əlindəki ağacla sol ayaq və yan nahiyyəsinə, həmdə kürəyinə 4 dəfə ağacla vuraraq xəsarət yetirmişdir. Alyarla əlbəyaxa olarkən o yıxılmış, Alyar da onun üzərinə yıxılmışdır. Alyar üzərindən qalxarkən o da qalxıb təpiklə Alyarı vurmuşdur. O, atasına zəng edib Alyarın onu döydüyünü demişdir. Atası Ləzim hadisə yerinə gələnə kimi Alyar onu söyərək uzaqlaşmışdır. Hazırda əməlindən səmimi peşmandır. Alyarla barışmışdır. Onların bir birindən şikayət və tələbləri yoxdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Şəmkir rayonu Yeni Həyat kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Musayalı kəndində yaşayır. Yay mövsümündə Gədəbəy rayonunda, qış mövsümündə isə Şəmkir rayonunda yerləşən ailə üzvlərinə məxsus evdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, heyvandarlıq və əkinçiliklə məşğul olur. Təqsirləndirilən şəxs uşaq vaxtlarından tanıyır. Eltac qonşu Dəyəqarabulaq kəndində yaşayır. Eltac və ailə üzvləri ilə onun və ailə üzvlərinin arasında heç bir ədavət və düşmənçilik olmamışdır. 19 may 2021-ci il tarixdə saat 19.30 radələrində örüş sahəsində olarkən Eltacın heyvanlarını onların örüş sahəsində otarmasını görmüşdür. O, Eltaca heyvanlarını kəndin örüş sahəsindən çıxarıb aparmağı bildirmişdir. Eltac “sən mənə nə deyirsən köpəkoğlu, heyvanları çıxartmıram” deyərək onu təhqir etmişdir. Eltacın onu təhqir etməsinə görə aralarında mübahisə yaranmışdır. O, Eltacın üzərinə getmiş, aralarında mübahisə başlamışdır. Mübahisə zamanı əsəbləşib sahədə heyvanları qovmaq üçün götürdüyü təxminən 50 sm uzunluğunda olan ağac parçası ilə Eltacın sol bud hissəsindən bir dəfə vurmuşdur. Eltac da onun üzərinə gedib təpiklə bir dəfə sağ əlinə və yumruqla da bir dəfə sol gözündən vurmuşdur. Eltac onu vurandan sonra qarşılıqlı çəkişmişlər. Bir qədər sonra isə sözlə mübahisə edərək birbirindən aralaşmışlar. O, hadisə nəticəsində sağ əlinin barmağından xəsarət almışdır. Buna baxmayaraq, o, Eltacla barışmışdır. Onun Eltacdan heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən işin icraatına xitam verilməsini xahiş edir. Şahid2 Mahmud oğlu ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Eltac xırdabuynuzlu heyvanları 19 may 2021-ci il tarixdə Gədəbəy rayonu Dəyəqarabulaq kəndinin ərazisindəki meşə torpağında “qaraqaya və ayrım talası” kimi tanınan ərazidə otarmaq üçün aparmışdır. Təxminən saat 19.30 radələrində Eltac ona zəng vuraraq qonşu kənddən olan Alyarın onu döydüyünü bildirmişdir. O, hadisə yerinə gəlmişdir. Bu vaxt Alyar xeyli uzaqda olmuşdur. O, Eltacla Alyarın dalaşmasını görməmişdir. Eltac bildirmişdir ki, 19 may 2021-ci il tarixdə Ayrım talası kimi tanınan yaşadığı kəndin ərazisində xırda buynuzlu heyvanları otaran zaman Alyar həmin ərazidə öz heyvanlarını otarmaq istədiyi üçün onun heyvanlarını ərazidən çıxarmasını tələb etmişdir. Ancaq o, Alyara demişdir ki, “bura sənin ərazin deyil, mən heyvanlarımı burada otara bilərəm”. Alyar Eltacın üzərinə gələrək ağacla onu vurmuş və onlar əlbəyaxa dalaşmışlar. X3 barışmışlar. Onların bir-birindən şikayət və tələbləri yoxdur. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işi materiallarında olan aşağıda qeyd edilən sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: - Gədəbəy rayon MTE və PA şöbəsindən verilmiş 25 may 2021-ci il tarixli, 287 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər: sağ əlin 1-ci barmağının şişkinliyi ilə müşayiət olunan distal falanqasının boylama sınığı küt əşyanın təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 19.05.2021-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin onun öz-özünə yetirə bilməsi inandırıcı deyildir, göstərdiyi şəraitdə ala bilməsi inkar edilmir. - 28 may 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 19 may 2021-ci il tarixdə baş vermiş hadisə yeri dağlıq ərazi olmaqla Gədəbəy rayonu, Musayalı kəndinin aşağı hissəsidir. Hadisə yeri Gədəbəy rayonu Dəyəqarabulaq və Musayalı kəndlərini birləşdirən çökəklikdən yüz metr aşağıda yerləşir. Hadisə yerinə baxış zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onu vuraraq xəsarət yetirdiyi ağac parçasını müəyyən etmək mümkün olmamışdır. Hadisə yerinə baxış keçirilməsi zamanı iki ədəd fotoşəkillər çəkilmiş və hadisə yerinə baxış protokolla rəsmiləşdirilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə araşdırılan sübutları hərtərəfli təhlil edib qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs 19 may 2021-ci il tarixdə saat 19.30 radələrində Gədəbəy rayonu, Musayalı kəndində yerləşən örüş sahəsində aralarında şəxsi münasibətlər zamanı yaranamış mübahisə zamanı Zərərçəkmiş şəxs oğlunu təpiklə vuraraq ona sağ əlin 1-ci barmağının şişkinliyi ilə müşayiət olunan distal falanqasının boylama sınığı ilə nəticələnən Azarbaycan Respublikasi CM-nin 126-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasina səbəb olan xəsarət yetirməklə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Odur ki, onun əməli Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə tövsif edilməlidir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək, Təqsirləndirilən şəxs vurulmuş zərəri aradan qaldırmaqla onunla barışdığını, ondan şikayət və tələbinin olmadığını bildirərək işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, cinayət törədərkən yetkinlik yaşına çatmamasını, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs oğlunun cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-nin 73-cü maddəsinin tələbinə görə, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.2 və 40.2.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-nin 72, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda, o cümlədən zərər çəkmiş şəxslə barışdıqda cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 43.3-cü maddəsinin tələbinə görə, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 40.2.2-ci maddəsində nəzərdə tutulmuş hallarda işə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası CM-nin 127.1 maddəsi ilə cəza təyin edilməsi məsələsini müzakirə edərkən, cəzanı yüngülləşdirən halların olmasını və əməlində cəzanı ağırlaşdıran halın olmadığını, zərər çəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-in 127.1-ci maddəsi ilə olan cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 40, 43 və 321.2.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə zərərçəkmiş şəxslə barışıb, vurulmuş zərəri aradan qaldırdığına görə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar