Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-49/2024 26.12.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7 oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1969-cu ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcələsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2001-ci ildə istintaqa dəqiq məlum olmayan tarix və vaxtda zavod üsulu ilə istehsal olunmuş 5,6 mm kiçik kalibrli olmaqla, Marqolin konstruksiyalı tapançalardan və TOZ modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı olan və atəş üçün yararlı 48 ədəd patronları istintaqa məlum olmayan mənbədən əldə edərək yaşadığı ünvan 2 ünvanında saxlamış, 29 aprel 2024-cü il tarixdə saat 12 radələrində Gədəbəy rayon Polis şöbəsinin əməkdaşları tərəfindən mülki silahların saxlanması vəziyyətinin yoxlanılması ilə bağlı Təqsirləndirilən şəxs yaşadığı evdə sonuncunun təqdim etdiyi mülki ov silahlarına baxış keçirilərkən həmin silahların yanından 48 ədəd döyüş sursatı olan patronlar aşkar edilərək götürülmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünü təqsirli bilir. O, ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yaşamaqla kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olur. 1998-ci ildən son illərə qədər heyvandarlıq fəaliyəti ilə məşğul olmuşdur. O, 2000-ci ildə adını bilmədiyi Gədəbəy şəhərində köhnə bazarın qarşısında yerləşən ov mağazasından 48 ədəd olan “Spartivno oxothiçi” yazılmış 5,6 mm kalibrli silaha 1 paçka patronlar almışdır. Həmin patronların qiyməti yadında qalmamışdır. Ona söz vermişdilər ki, həmin patronların istifadə edilməsi üçün polis şöbəsindən silah da verəcəklər. Lakin, bugün sabah yalan vədlər verilərək həmin silah ona verilmədi. Daha sonra o, müddət fərqi 6 ay 1 il olmaqla başqa şəxsin adına rəsmiləşdirməklə polis şöbəsindən 2 ədəd özünə silah almışdır. Həmin silahları heyvanlarının vəhşi heyvanlardan qorunması üçün alaraq çobanlarına vermişdir. Daha sonra çobanların hər hansı bir münaşiqə zamanı istifadə edə biləcəklərini düşünmüş və həmin silahları götürürərək özünə məxsus zirzəmidə dəmir seyfdə saxlamışdır. xx.xx.2024-cü il tarixdə polis işçiləri onun evinə gələrək onda olan silahları yoxlamaq məqsədilə hal şahidlərinin iştirakı ilə baxış keçirdilər. Baxış zaman həmin 2 ədəd ov silahını və qoşa lüllə ov "3 aid 12 ədəd patronu və 48 ədəd 5,6 mm kalibirli patronları könüllü olaraq polislərə təqdim etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, patron saxlamasının qanunsuz olduğunu bilməmişdir. Əgər bilsə idi 1 saat belə özündə saxlamazdı. Polis şöbəsinin əməkdaşlarına özü könüllü təqdim etmişdir. Silahı o vaxtdan özünə məxsus dəmir seyfdə saxlamışdır. Heç bir cinayətdə istifadə olunmamışdır. Patronu 1 paçka almış, 1 paçkada 50 ədəd patron olduğu halda, ondan 48 ədəd olmuş, 2 ədəd isə ola bilərki itmişdir. O, 2013-cü ildən heyvandarlıq fəaliyyətini dayandırmışdır. Silahı verdiyi şəxslər onun heyvanlarına baxan şəxslər olmuşdur. Polislər hər 3 ildən bir gəlib yoxlayıb gedirdilər. Silahları 1 həftə, 10 gün özlərində saxlayıb ona qaytarırdılar. Silahları əldə etməsinin əsas məqsədi hevvanları qoruması olmuşdur. Daha sonra heyvvanların mühafizəsi üçün Gürcüstan Respublikasındna xüsusi itlər gətirtmişdir. Ona görə daha heyvanların qorunmasında silaha ehtiyac qalmamışdır. Özünü təqsirli bilir. Əməlindən peşmandır. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Gədəbəy rayon X10 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 29 aprel 2024-cü il tarixdə saat 11 radələrində xidməti ərazisi olan Gədəbəy şəhəri və Gədəbəy rayonu Yenikənd kəndi ərazisində Gədəbəy rayon X10 Təhlükəsizlik Bölməsinin sahə polis nəfəri Şahid2la birlikdə mülki ov silahlarının saxlanılma qaydasını yoxlayan zaman vətəndaş X5 və X9 onlara məxsus olan qeydiyyatlı mülki ov silahlarını Gədəbəy rayon Yenikənd kənd sakini Təqsirləndirilən şəxs tərəfindən götürülüb özündə saxlanması barədə məlumat vermişlər. O, Gədəbəy rayon Polis Şöbəsinə gəlib bununla bağlı raportla şöbə rəhbərliyinə məruzə etmişdir. Onun raportu araşdırılma aparılması üçün Gədəbəy rayon Polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı Sarxan İsmayılova həvalə edilmişdir. Bundan sonra o, sahə polis nəfəri Şahid2 və Sarxan İsmayılovla birlikdə Təqsirləndirilən şəxs razılığı ilə onun evində mülki ov silahlarına baxış keçirmək üçün getmişlər. Baxış keçirilərkən iki nəfər hal şahidi də dəvət edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs evinin birinci mərtəbəsində yerləşən dəmir şkafdan ağ rəngli kisənin içərisində iki ədəd ov tüfəngini təqdim edib həmin silahlardan birinin qardaşı X4 digərinin isə X8 məxsus olmasını bildirmişdir. Bundan başqa baxış keçirilməsi üçün həmin silahların yanında 48 ədəd yivli ov tünfəngindən atəş açılması üçün nəzərdə tutulmuş patronlar və 12 ədəd ov tüfənginə aid patronları təqdim etmişdir. Təhqiqatçı tərəfindən baxışa təqdim edilmiş iki ədəd ov tüfəngi, 12 ədəd həmin silahlara aid patron və 48 ədəd 5.56 mm-lik patronlar qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, Gədəbəy RPŞ-in ictimai təhlükəsizlik bölməsinin sahə polis nəfəri vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 29 aprel 2024-cü il tarixdə saat 11 radələrində Gədəbəy şəhəri və Gədəbəy rayonu Yenikənd kəndi ərazisində Gədəbəy RPŞ-in ictimai təhlükəsizlik bölməsinin polis sahə rəisi Şahid1lə birlikdə mülki ov silahlarının saxlanılma qaydasını yoxlayan zaman vətəndaş X5 və X9 onlara məxsus olan qeydiyyatlı mülki ov silahlarını Gədəbəy rayon Yenikənd kənd sakini Təqsirləndirilən şəxs tərəfindən götürülüb özündə saxlanması barədə məlumat vermişlər. Bununla bağlı, Gədəbəy rayon polis Şöbəsinə gəlib bununla bağlı raportla şöbə rəhbərliyinə məruzə olundu. Araşdırılma aparılması üçün Gədəbəy rayon Polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı Sarxan İsmayılova həvalə edilmişdir. Bundan sonra o, sahə rəisi Şahid1 və Sarxan İsmayılovla birlikdə Təqsirləndirilən şəxs razılığı ilə onun evində mülki ov silahlarına baxış keçirmək üçün getmişlər. Baxış keçirilərkən iki nəfər hal şahidi də dəvət edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs evinin birinci mərtəbəsində yerləşən dəmir şkafdan ağ rəngli kisənin içərisində iki ədəd ov tüfəngini təqdim edib həmin silahlardan birinin qardaşı X4 digərinin isə X8 məxsus olmasını bildirmişdir. Bundan başqa baxış keçirilməsi üçün həmin silahların yanında 48 ədəd yivli ov tünfəngintən atəş açılması üçün nəzərdə tutulmuş patronlar və 12 ədəd ov tüfənginə aid patronları təqdim etmişdir. Təhqiqatçı tərəfindən baxışa təqdim edilmiş iki ədəd ov tüfəngi, 12 ədəd həmin silahlara aid patron və 48 ədəd 5.56 mm-lik patronlar qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında ifadəsi elan olunmuş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında yaşayır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçilik və ədavəti olmamışdır. 29 aprel 2024-cü il tarixdə saat 12 radələrində Gədəbəy rayon mərkəzində olan zaman polis əməkdaşları ona yaxınlaşıb Təqsirləndirilən şəxs evində baxış keçirəcəklərini deyib onu hal şahidi kimi dəvət etmişlər. Ondan başqa isə Rəşad adlı başqa bir hal şahidi dəvət edilmişdir. Bundan sonra polis əməkdaşlarının və onların iştirakları ilə X2 evinin birinci mərtəbəsində baxış keçirilən zaman Təqsirləndirilən şəxs dəmir şkaftdan ağ rəngli kisənin içərisində iki ədəd ov tüfəngini təqdim edib həmin silhlardan birinin qardaşı X4 digərinin isə X8 məxsus olmasını bildirmişdir. Bundan başqa baxış keçirilməsi üçün həmin silahların yanında 48 ədəd yivli ov tünfəngintən atəş açılması üçün nəzərdə tutulmuş patronlar və 12 ədəd ov tüfənginə aid patronları təqdim etmişdir. Polis əməkdaşları tərəfindən baxışa təqdim edilmiş 02 ədəd ov tüfəngi, 12 ədəd həmin silahlara aid patron və 48 ədəd 5.56 mm-lik patronlar qablaşdırılaraq götürülmüşdür. Şahid4 ibtidai istintaq zamanı Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 29 aprel 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokolundan görünür ki, baxış keçirilən yer Gədəbəy şəhəri, M.Rüstəmov küçəsində yerləşən Təqsirləndirilən şəxs yaşadığı iki mərtəbəli fərdi yaşayış evinin birinci mərtəbəsidir. Evin həyətinə dəmir darvazadan keçməklə daxil olunur. Evin birinci mərtəbəsi zirzəmi kimi istifadə edilir. Hadisə yerinə baxış zamanı Təqsirləndirilən şəxs evin birinci mərtəbəsindəki dəmir seyfddə silah və patronların olmasını bildirmişdir. Birinci mərtəbədəki dəmir saxlanc yerindən ağ rəngli kisəni Təqsirləndirilən şəxs baxışa təqdim etmişdir. Ağ kisənin içərisində iki ədəd biri təklülə biri qoşa lülə ov tüfəngləri, iki ədəd silahların alt tutacaq yerləri, 48 ədəd 5.56 mmlik güllə, 12 ədəd ov tüfənginə aid patonlar aşkar edilməklə götürülmüşdür; - Cinayət işi üzrə təyin olunmuş məhkəmə ballistik ekspertizasının 21 may 2024-cü il tarixli 24/960 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ümumi sayı 48 ədəd olan patronlar, zavod üsulu ilə istehsal olunmuş 5.6 mm kiçik kalibirli olmaqla, Marqolin kontruksiyalı tapançalardan və TOZ modelli yivli tefənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəş üçün yararlıdırlar; - Əməliyyat-tapşırığına cavam məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş 48 ədəd 5.6 mm kalibrli patronların əldə etmə mənbəyi, həmin patronları əldə etməkdə ona hər hansı şəxsin kömək etməsi, həmin patronları satmaq niyyətinin olması, patronları satmaq üçün hər hansı şəxs və ya şəxslərlə əlaqəyə girməsi, onun yaşadığı evdən başqa hər hansı bir yerdə odlu silah və ya komplekt hissələri, döyüş sursatı saxlaması, həmçinin rayon ərazisində başqa cinayətlərdə iştirak etməsi müəyyən edilməmişdir; - Gədəbəy RPŞ-nin 30 iyul 2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1969-cu il təvəllüdlü ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs adına hal-hazıradək xüsusi icazə sistemində mülki qeydə alınmamışdır. Mülki icazə sistemində X3 adına Aİ 14571 nömrəli 32 kalibirli, İJ-17 modelli təklüləli və X6 adına 194903nömrəli 16 kalibirli TOZ-B modelli qoşalüləli silahla qeydə alınmış və onlara verilmiş xüsusi icazə ləğv edilməmişdir; - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 588 - ci (Mülki silahın qeydiyyatı qaydalarının pozulması) maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Aİ 14571 nömrəli, 32 kalibirli, İJ-17 modelli təklüləli silah, 194903 nömrəli, 16 kalibirli TOZ-B modelli, qoşalüləli silah və 08 ədəd həmin silahlara aid patronlar sübutlar siyahısından çıxarılaraq Gədəbəy rayon Polis şöbəsinin X1 göndərilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Naziriyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir; - Gədəbəy RİHB-nın Gədəbəy şəhər İƏD üzrə nümayəndəliyinin verdiyi xx.xx.2024cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə görə qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə—iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 228.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Təsvir edilən maddi hüquq normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib, əməlindən səmimi peşman olmasını, yaşayış yerində müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmə məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, cəza təyin edərkən təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən digər hallarla yanaşı, cəzanı yüngülləşdirən hal olmasını və ağırlaşdıran halın olmamasını nəzərə alınmalı və ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-in 41.2ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs islah işləri cəzasının təyin edilməsi cəzanın qeyd olunan cinayət hüquq normasındakı sosial ədalətin bərpası, eləcə də onun islah olunması və tərbiyəedici funksiya baxımından yetərlidir və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə uyğundur. «Vinter və başqaları Birləşmiş Krallığa qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsi xx.xx.2013-cü il tarixli qərarında qeyd etmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona islah işləri cəzası təyin edilməli, ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə kimi şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq qəti cəza təyin olunmalı, cəza çəkməsinin əvvəli onun qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində olan qətimkan tədbirinin növünün dəyişdirilib-dəyişdirilməməsi məsələsini müzakirə edərək hesab edir ki, hökmün icrasını təmin etmək məqsədilə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı və məhkəmə icraatı dövründə onun barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CM-nin 132.1.4-ci maddəsinə əsasən, iş üzrə maddi sübut Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gədəbəy rayon Polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalıq qalan 01 ədəd zərfdə 40 ədəd 5.6 mm-lik patronlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından hər ay dövlət nəfinə 10 % məbləğində pul tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 01 (bir) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş 02 (iki) il müddətə islah işləri cəzasından 04 (dörd) gün çıxılaraq üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə islah işləri cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gədəbəy rayon Polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalıq qalan 01 ədəd zərfdə 40 ədəd 5.6 mm-lik patronlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №1(042)-49/2024
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-49/2024
26.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver