Məhkəmə qərarları › İş №1(042)-5/2022

Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-5/2022

10.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-5/2022 10.03.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon(Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə Fizuli oğlu, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X6 iştirakları ilə xx xxxxx 1986-cı il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, орта тəhsilli, subay, məhkum olunmamış, fərdi əməklə məşğul оlаn, Gədəbəy rayonu, Alnabat kəndində yaşayan, bаrəsində başqa yerə getməmək barəsində iltizam qətimkan seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi 05.09.2014-ci il tarixdən hesablanmaqla 24.04.2011-cu il təvəllüdlü X2 və 05.07.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 70 manat, cəmi 140 manat sabit pul məbləğində alimentin alınaraq Palut (Əliyeva) Şövqün Fizuli qızına verilməsinə dair Gədəbəy Rayon Məhkəməsinn 20.10.2014-cü il tarixli, 2(041)-968/2014 №-li qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Gədəbəy Rayon Məhkəməsinin 23.02.2016-ci il, 23.04.2018-ci il və 24.05.2019-cu il tarixli qərarlarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək müvafiq olaraq 30 gün, 15 gün və 20 gün müddətinə inzibati qaydada həbs olunmasına və icra sənədindəki tələbləri icra etməsi üçün ona 18.05.2015-ci il, 28.06.2019-cu il, 14.08.2019-cu il, 11.05.2020-ci il tarixllərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimatda göstərilən 05.06.2021-ci il tarixədək 11340 manat borcunu tələbkara ödəməməklə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmiş, bununla da zərərçəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vurmaqla yanaşı ədalət mühakiməsinin mənafeyinə xələl gətirdiyinə görə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə ittiham edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş, ifadə verərək, göstərmişdir ki, 2010-cu ildə Zərərçəkmiş şəxs ilə ailə qurmuşdur. Birgə nikahdan 2 qızları, yəni 24.04.2011-ci il təvəllüdlü Hüseynova Nərmin və 05.07.2012-ci il təvəllüdlü Hüseynova Nuray anadan olmuşlar. Birlikdə təxminən 4 il yaşamışlar. Sonra birlikdə Şəmkir şəhərinə köçərək kirayə ev tutmuşlar. Zərərçəkmiş Zərərçəkmiş şəxs ona xəyanət etdiyi üçün münasibətləri pozulmuş, onlar ayrımışlar. Zərərçəkmiş şəxs ondan alimentin alınması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və Gədəbəy Rayon Məhkəməsinin 20 oktyabr 2014-cü il tarixli qətnaməsinə əsasən ondan 05 sentyabr 2014cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 70 manat, cəmi, 140 manat məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru ondan alimentin ödənilməsini tələb etmişdir. Lakin Şövqün ona xəyanət etdiyi üçün acıqlı olduğundan heç bir ödəniş etməmişdir. Bu səbəbdən Gədəbəy Rayon Məhkəməsinin qərarları ilə 23.02.2016-cı il, 23.04.2018-ci il və 24.05.2019-cu il tarixlərdə müvafiq olaraq 30 gün, 15 gün və 20 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Ona məlumdur ki, 05.06.2021-ci il tarixədək onun aliment borcu 11340 manat təşkil edir. Zərərçəkmiş şəxs yeni ailə qurub və Türkiyəyə köçmüşdür. O, əsasən fəhlələik edir, həyətlərində kartof əkir, bağları da vardır, fəhlə kimi işləyən zaman qazancı hər ay üçün təxminən 200-300 manat olmuşdur. Hazırda ona vaxt verilərsə mülkiyyətində olan torpaq sahəsini satıb, borcunu ödəmyə çalışar. Məhkəmə iclasında zərərçəkmiş Palut (Əliyeva) Şövqün Fizuli qızının nümayəndəsi Nümayəndə Fizuli oğlu ifadə verərək, bildirmişdir ki, baıcısı Palut (Əliyeva) Şövqün Fizuli qızı hazırda Türkiyədə yaşayır. Bacısı Şövqün 2010-cu ildə Təqsirləndirilən şəxs ilə ailə qurmuş və onlar 2014-cü ilə qədər yaşamışlar. Birgə nikahdan iki uşaqları 24.04.2011-ci il təvəllüdlü X5 və 05.07.2012-ci il təvəllüdlü X7 anadan olmuşlar. Təqsirləndirilən şəxs ailəsinə və uşaqlarına baxmamışdır.Zərərçəkmişlə çox pis davranmış, uşaqların böyüdülməsi üçün heç bir köməklik etməmişdir. Bu səbəbədən bacısı Təqsirləndirilən şəxs ayırılmış və uşaqların saxlanılması üçün alimentin alınmasına görə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Gədəbəy Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən Təqsirləndirilən şəxs hər ay hər uşağa görə 70 manat, cəmi, 140 manat məbləğində alimentin tutularaq bacısı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Həmin icra sənədi Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. Lakin Təqsirləndirilən şəxs uzun illər dövründə maddi imkanı olduğu, fərdi əməklə məşğul olduğu halda qərəzli olaraq alimenti ödəməkdən yayınmışdır. O, Gədəbəy Rayon Məhkəməsinin qərarları ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək müvafiq olaraq 30 gün, 15 gün və 20 gün müddətinə inzibati qaydada həbs edilmiş, lakin bundan nəticə çıxarmamışdır. Təqsirləndirilən şəxs borcu 11340,00 manat təşkil edir. Təqsirləndirilən şəxs hazırkı vaxta qədər də borcunu ödəməkdən yayınır. Ona görə də ona ağır cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin rəisi Şahid1 ifadə verərək, bildirmişdir ki, Gədəbəy Rayon Məhkəməsinin 20.10.2014-cü il tarixli 2(041)-968/2014 saylı qətnaməsi üzrə verilmiş icra sənədinə əsasən Təqsirləndirilən şəxs 05.09.2014-cü il tarixdən başlayaraq X2 və X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 70 manat, cəmi 140 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Gədəbəy Rayon İcra və Probasiya Şöbəsində 05.12.2014-cü il tarixdə başlanılmış icraat zamanı tələbin icrasını təmin etmək məqsədi ilə borcluya bildiriş göndərilmiş, lakin tələb yerinə yetirilməmişdir. Təqsirləndirilən şəxs Gədəbəy Rayon Məhkəməsinin 14.08.2020-ci il, 23.04.2018-ci il və 24.05.2019-cu il tarixli qərarlarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək müvafiq olaraq 30 gün, 15 gün və 20 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati tənbehdən sonra icra tələbini icra etməsi üçün məsuliyyəti elan olunmaqla yeni müddət verilmişdir. O, icra sənədi üzrə 05.06.2021-ci il tarixədək tələbkara ödəməli olduğu 11340 manat aliment pulundan heç bir ödəniş etməmişdir. İcraat zamanı Təqsirləndirilən şəxs dəfələrlə xəbərdar edilməsinə, inzibati məsuliyyətə cəlb olunmasına, onunla profilaktik söhbətlər aparılmasına baxmayaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasını təmin etməmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin başlanması məsələsinə baxılması üçün təqdimat Ədliyyə Nazirliyi İstintaq idarəsinə göndərilmişdir. Məhkəmə iclasında şаhid qismində dindirilmiş Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid3 Şahid1 ilə eyniməzmunlu ifаdə vеrmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid2 ifadə verərək, bildirmişdir ki, övladı Palut (Əliyeva) Şövqün Fizuli qızı hazırda Türkiyədə yaşayır. Şövqün 2010-cu ildə Təqsirləndirilən şəxs ilə ailə qurmuş və onlar 2014-cü ilə kimi yaşamışlar. Birgə nikahdan 24.04.2011-ci il tarixdə X5 və 05.07.2012-ci il tarixdə X7 anadan olmuşlar. Təqsirləndirilən şəxs ailəsinə və uşaqlarına baxmamış, uşaqların böyüdülməsi üçün heç bir köməklik etməmişdir. Bu səbəbədən Şövqün Təqsirləndirilən şəxs ayırılmağı və uşaqların saxlanılması üçün alimentin alınmasından ötrü məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Gədəbəy Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 05.09.2014-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 70 manat, cəmi, 140 manat məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Həmin icra sənədi Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. Lakin Təqsirləndirilən şəxs maddi imkanı olduğu, fərdi əməklə məşğul olduğu halda, qərəzli olaraq alimenti ödəməkdən yayınmışdır. Gədəbəy Rayon Məhkəməsinin 23.04.2019-cı il, 23.04.2018-ci il və 24.05.2019-cu il tarixli qərarları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək müvafiq olaraq 30 gün, 15 gün və 20 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Təqsirləndirilən şəxs alimentin borcu 11340 manatdır.Təqsirləndirilən şəxs hazırkı vaxta qədər də borcunu ödəməkdən yayınır. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 20.10.2014-cü il tarixli 2(041)-968/2014 saylı qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 05.09.2014-cü il tarixdən başlayaraq iki uşağın saxlanılması üçün hər ay hər uşağa görə 70 manat, cəmi 140 manat məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İşdə olan 05.12.2014-cü il tarixli qərardan görünür ki, 02.12.2014-cü il tarixli icra vərəqəsi üzrə könüllü icra edilməsi üçün Təqsirləndirilən şəxs 10 gün vaxt verilmişdir. Lakin borclu Təqsirləndirilən şəxs ona müəyyən vaxtın verilməsinə, yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən icra etməmişdir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 23.02.2016-ci il, 23.04.2018-ci il və 24.05.2019-cu il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək müvafiq olaraq 30 gün, 15 gün və 20 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Məşğulluq Agentliyi 21 saylı ərazi X8 22.11.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs yalnız 19.04.2020-ci il tarixdən işaxtaran şəxs kimi qeydiyyatda alınmışdır. İşdə olan Gədəbəy RİHB-nın X15 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 21.06.2019-cu il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin kənddə anası ilə bir təsərrüfatda yaşayırlar. İşdə olan 18.05.2015-ci il, 28.06.2019-cu il, 14.08.2019-cu il, 11.05.2020-ci il tarixli xəbərdarlıqlardan və 17.06.2019-cu il tarixli bildirişdən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini icra edilmədiyi təqdirdə barəsində Azərbaycan Respublikası CMnin 306.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunması barədə izah edilmişdir. İşdə olan X16 X10 və Tutulmuş şəxsin Azad edilməsi Haqqında Qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 30 oktyabr 2021-ci il tarixdə tutulmuş və 31 oktyabr 2021-ci il tarixdə azad edilmişdir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 06 yanvar 2021-ci il tarixli Qərarından görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmişdir. İşdə olan X16 X4 görünür ki, Təqsirləndirilən şəxs 25 yanvar 2022-ci il tarixdə tutulmuş və Gədəbəy RPŞ-nin MSY-ə yerləşdirilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İşdə olan Gədəbəy RİHB-nin Alnabat Kənd İƏD üzrə Nümayəndəsi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə- iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə istintaqı zamanı təqsirləndirlən şəxsin, zərərçəkmiş şəxsin nümayədəsi və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cavabdeh kimi 05.09.2014-ci il tarixdən hesablanmaqla 24.04.2011-cu il təvəllüdlü X2 və 05.07.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 70 manat, cəmi 140 manat sabit pul məbləğində alimentin alınaraq Palut (Əliyeva) Şövqün Fizuli qızına verilməsinə dair Gədəbəy Rayon Məhkəməsinn 20.10.2014-cü il tarixli, 2(041)-968/2014 №-li qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Gədəbəy Rayon Məhkəməsinin 23.02.2016ci il, 23.04.2018-ci il və 24.05.2019-cu il tarixli qərarlarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək müvafiq olaraq 30 gün, 15 gün və 20 gün müddətinə inzibati qaydada həbs olunmasına və icra sənədindəki tələbləri icra etməsi üçün ona 18.05.2015-ci il, 28.06.2019-cu il, 14.08.2019cu il, 11.05.2020-ci il tarixllərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimatda göstərilən 05.06.2021-ci il tarixədək 11340 manat borcunu tələbkara ödəməməklə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmiş, zərərçəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vurmaqla yanaşı, ədalət mühakiməsinin mənafeyinə xələl gətirmiş və bununla da Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Ona görə də o, təqsirə görə məsuliyyət prinsipi baxımından cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1. və 56.1.2-ci maddələrinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda, məhkəmə nəzərə alır ki, təqsirləndirilən şəxs borcunu uzun müddət ərzində, qərəzli olaraq ödəməmiş, zərərçəkmişlə barışmağa cəhd göstərməmişdir. Onun barəsində qanunda nəzərdə tutulan daha ağır cəzanın tətbiq edilməyəcəyi təqdirdə zərərçəkmişin borcunun ödənilməyəcəyi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmasının və ədalət mühakiməsinin nüfuzunun bərpa edilməsinin mümkün olmayacağı ehtimalı vardır. Ona görə də məhkəmənin qənaətinə görə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan daha ağır cəza, yəni, azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, cəza çəkməsinin əvvəli onun tutulduğu 25 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2; 158.2.1. və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. Yəni, təqsirləndirilən şəxsin 30 oktyabr 2021-ci il tarixdən 31 oktyabr 2021-ci il tarixə qədər tutulması nəzərə alınmalı və təyin edilmiş cəzadan çıxarılmalıdır. İş üzrə maddi sübutlar, məhkəmə xərcləri və mülki iddia yoxdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 30 oktyabr 2021-ci il tarixdən 31 oktyabr 2021-ci il tarixə qədər tutulması nəzərə alınsın və üzərində qəti olaraq, 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 25 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Gədəbəy Rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar