Məhkəmə qərarları › İş №1(042)-5/2023

Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-5/2023

06.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-5/2023 06.07.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon(Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 2006-cı ildə Gədəbəy rayonu, Talakənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı,subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu,Talakənd kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 06 iyul 2023-cü il tarixdə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsi ilə ittiham edilmişdir ona görə ki, o, 18 aprel 2022-ci il tarixdə saat 18 radələrində ailə üzvlərinə məxsus mal-qaranın qonşusu Zərərçəkmiş şəxs məxsus Gədəbəy rayonu, Talakənd kəndində yerləşən evin həyətyanı sahəsinə girməsinə görə sonuncunun qızı ƏlŞahid2 İsə qızı ilə aralarında yaranmış mübahisə zamanı həmin vaxt oraya gəlmiş onun üçün aşkar sürətdə köməksiz vəziyyətdə olan XX.XX.1940-cı il təvəllüdlü Zərərçəkmiş şəxsin əzizi olan digər qızı Şahid1 gözü qarşısında sonuncuya əzab və iztirab verdiyini əvvəlcədən dərk edib arzulayaraq, xüsusi amansızlıqla ağac parçası ilə qəsdən Zərərçəkmiş şəxs sol qolundan vuraraq sağlamlığına sol mil sümüyünün tipik yerinin və sol dirsək sümüyünün bizəbənzər çıxıntısının qapalı sınıqları ilə nəticələnən Аzərbaycan Respublikası Cinayət Мəcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarət yetirməklə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməmiş, ifadə verərərək, göstərmişdir ki, Gədəbəy rayonu, Talakənd kəndində valideyinlərinin himayəsində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Gədəbəy Rayonu Talakənd X7 Məktəbinin 9-cu sinfini bitirib peşə məktəbində təhsilini davam etdirmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs qonşusudur. 16 aprel 2022-ci il tarixdə saat 19 radələrində yaşadığı evdə olduğu zaman yaxınlıqda anası Fərqanənin səsini eşidib, həmin yerə gedərkən meşədən gələn mal-qaralarının Həqiqətin evinin həyətinə girməsinə görə, Fərqanə ilə qonşusu Həqiqətin qızı Zəminə arasında mübahisə yarandığını görmüşdür. Həqiqət və qızları Zəminə və Səadət anasının, onun və qardaşının ünvanına nalayiq söyüşlər söydükləri üçün o, da qarşılıqlı olaraq həmin şəxsləri söymüşdür. Zəminə və digərləri ilə mübahisə etsələr də, aralarında dava-dalaş olmamışdır. Mübahisədən sonra anası və qardaşı ilə birgə evinə getmişdir. Bundan sonra 18 aprel 2022-ci il tarixdə saat 18 radələrində evdə olduğu zaman qonşusu Tamara anası Fərqanəyə zəng edib, malqaralarının çəpərinə yaxınlaşdığını və çəpərə girəcəyini, heyvanları gəlib çəpərindən uzaqlaşdırmalarını bildirmiş, o, dərhal heyvanları gətirmək üçün Tamaranın evinin yanına getmiş, həmin yerə çatanda heyvanlarının küçədə olduğunu görmüş, Zəminənin evinin qarşısına çatanda, o, qarşısını kəsib niyə heyvanlarına baxmadığını söyləmişdir. O, Zəminəyə kartof səpininə başları qarışdığı üçün heyvanların Zəminənin çəpərinə girdiyini bildirsə də, Zəminə səs-küy salaraq onunla mübahisə etmiş, hətta Zəminə onu döyməsini bildirərək üzərimə yerimişdir. O, Zəminəni əli ilə itələyib özündən aralamış, bu zaman Zəminənin bacısı Səadət, sonra anası Həqiqət gəlmiş, hər üçü yerdən daş parçası götürüb, onu daşla və ağacla vuraraq döymüşlər. Zəminə, Səadət və Həqiqət ona daşlar atarkən özünü qorumaq üçün geriyə çəkilmiş, ancaq atılan daş parçalarının biri kürəyinin sol tərəfindən, digəri sağ tərəfindən dəyməklə ona xəsarət yetirmişdir. Zəminə üstünə gəlib qolundan tutmuş, digərləri isə əlləri ilə bədəninin müxtəlif yerlərindən vuraraq onu döymüşlər. Onunla çəkişən zamanı Həqiqəti itələməsi nəticəsində o, yerə yıxılmışdır. Lakin o, Həqiqətin qolunu sındırmamış və Həqiqətə xəsarət yetirmək niyyəti olmamışdır. Həqiqətin qolunda əvvəldən sarğı olmuşdur. O, Həqiqət və qızlarının əlindən çıxıb uzaqlaşarkən qardaşı Təbriz, sonra isə anası Fərqanə gəlmiş, aralarında sözlü mübahisə yaranmış, daha sonra bibisi Gülnaz da həmin yerə gəlmiş, anası Fərqanəni və qardaşı Təbrizi sakitləşdirib evə getmələrini bildirmişdir. Bir qədər sonra onlar evinə getmiş, bununla da mübahisə başa çatmışdır. Hadisə zamanı Zəminə və Səadətin əlləri ilə onu vurmaları və bədənini cırmaları nəticəsində bədən səthində xəsarətlər yaranmışdır. Həmçinin Həqiqət də onu ağacla vurmaq istəmiş, ancaq geri çəkildiyi üçün Həqiqət onu vura bilməmiş, hadisə 15-20 dəqiqə ərzində baş vermiş, hadisəni kənar şəxslərdən bibisi Gülnaz və qonşular görmüşlər. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək, bildirmişdir ki, o, qızları ƏlŞahid2 İsə qızı, Şahid1 İsə qızı, onun əri Şahid4 və oğlu X3 ilə birlikdə Gədəbəy rayonu, Talakənd kəndində yerləşən özünə məxsus evdə yaşayır. Təqaüdçüdür. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs qonşusudur. Onlarla aralarında heç bir düşmənçilik yoxdur. Lakin xeyli müddətdir Mütalibin anası Fərqanə və atası Fəzayılla aralarında şəxsi münasibətlər zəminində narazılıq vardır. Belə ki, üç il əvvəl ona məxsus uzunqulağın Fərqanəyə məxsus uzunqulağı döyməsinə görə aralarında narazılıq olmuş, həmin vaxtdan münasibətləri pozulmuşdur. 16 aprel 2022-ci il tarixdə saat 19 radələrində Fərqanə və ailə üzvlərinə məxsus mal qaraların evinin həyətinə girməsini görmüş, qızı Zəminə heyvanları həyətdən çıxarmış, bu vaxtı Mütalib da gəlib heyvanları aparmışdır. Ancaq Mütalib heyvanları apararkən Zəminənin ünvanına nalayiq söyüşlər söymüş, Zəminə də Mütalibə söydüyü üçün aralarında mübahisə yaranmış, lakin aralarında dava dalaş baş verməmişdir. Mütalib oradan uzaqlaşıb getdiyi üçün mübahisə başa çatmışdır. Lakin 18 aprel 2022-ci il tarixdə saat 18 radələrində qızı Səadətlə birgə evdə olduğu zaman, həyətdə Zəminənin səsini eşidib, küçəyə çıxanda Zəminən yerdə huşunu itirib yıxılmış vəziyyətdə, Mütalibin isə əlində ağacla onun yanında dayandığını görmüş, Mütalibin Zəminəni vurduğunu başa düşüb, onu söymüşdür. Mütalib əsəbləşib, əlindəki ağacla sol qolunun bilək hissəsindən bir dəfə vurmuş, nəticədə ağrı hiss edərək, müvazinətini itirib yerə yıxılmış, həmin vaxt hadisə yerinə Mütalibin qardaşı Təbriz gəlib çatmış, Səadət onu yerdən qaldırarkən Təbriz Səadəti yumruqla alnından vurmuş, Səadət zərbənin təsirindən müvazinətini itirmiş, Səadət də Təbrizi sillə ilə bir dəfə vurmuş, yaranmış səs-küyə qonşuları Nazilə Vəliyeva, Şahid5, Fərqanə, Mütalib və Gülnaz da gəlmişlər. Fərqanə onları nalayiq söyüşlərlə söymüş, qonşular isə ona yardım göstərib, ayağa qaldırmışlar. Mütalib onu vurub xəsarət yetirdiyi təxminən bir metr uzunluğunda ağac parçasını da özü ilə aparmış, o, isə xəsarət aldığı üçün xəstəxanaya getmişdir. Xəstəxanada həkimlər tərəfindən ona tibbi yardım göstərilərkən sol qolunun sındığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs müalicə edilməsi üçün ona maddi yardım etməmiş və barışığa cəhd göstərməmişdir. Ona ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Şahid1 ifadə verərək, bildirmişdir ki, o, Gədəbəy rayonu, Talakənd kəndində anası Zərərçəkmiş şəxs və digər ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, evdar qadındır. Təqsirləndirilən şəxs aralarında heç bir düşmənçilik yoxdur. Lakin xeyli müddətdir ki, Fəzayıl və ailə üzvləri ilə aralarında şəxsi münasibətlər zəminində narazılıq vardır. Fəzayıl və ailə üzvləri ilə aralarındakı narazılıq təxminən 7 il əvvəl onlara məxsus uzunqulağın Fəzayıla məxsus uzunqulağı döyməsi səbəbindən yaranmışdır. Bundan sonra aralarında qonşuluq münasibətləri pozulmuşdur. 16 aprel 2022-ci il tarixdə saat 19 radələrində Fərqanəyə məxsus mal-qara onların çəpərinə keçib əkinə ziyan vurmuş, Zəminə isə heyvanları əkin sahəsindən kənarlaşdırmışdır. Fərqanənin oğlu Mütalib heyvanların çəpərə girməsinə baxmayaraq, üstəlik bacısı Zəminəni də söyüb təhqir etmişdir. O, həmin mübahisənin şahidi olmamış, bu barədə sonradan Zəminədən və anası Həqiqətdən eşitmişdir. 18 aprel 2022-ci il tarixdə saat 18 radələrində evdə olduğu zaman anası Həqiqətin səsini eşidib, küçəyə çıxmış, anası qışqırdığı üçün qaçaraq küçəyə çıxarkən Zəminənin huşunu itirərək yerə yıxıldığını, Zəminənin oğlu Mütalibin isə əlində ağacla anasını vurmaq üçün üstünə getdiyini görmüşdür. Mütalib əlindəki ağacla anasını vurmaq istəyərkən qışqırmış, lakin Mütalib əlindəki ağacla anasının sol qolundan vurmuşdur. O, Mütalibin üzərinə gedərək, anasını vurmasına görə irad bildirmiş, lakin Mütalib yenidən anasını əli itələyərək yerə yıxmış, o, anasını yerdən qaldırmaq istəyərkən Mütalib bu dəfə onu yumruqla alnından vurmuş, Mütalib onu vurduğu üçün yerə yıxılmış, ayağa qalxarkən Mütalibin qardaşı Təbrizin gəldiyini görmüş, Təbriz onu vurmaq istəyərkən qışqırıb qonşuları köməyə çağırmış, onun və anasının səsini eşidən qonşuları Novruz kömək üçün gəlmişlər. Daha sonra Fərqanə, Gülnaz və Fəzayıl gəlmiş, hadisə yerində toplaşan qonşular Təbirizi və Mütalibi aralamış, sonra isə Fərqanə və digərləri onu və ailə üzvlərini söyüb təhqir etmiş, Fəzayıl və Fərqanə övladlarını uzaqlaşdırıb hadisə yerindən getmişlər. Mütalibin anası Həqiqəti ağacla qolundan vurduğu üçün sonuncunun qolu sınmış, onlar hadisə barədə polisə məlumat verərək, eyni zamanda polis şöbəsinə gəlmiş, polis şöbəsinin qarşısında təcili yardım avtomobili gəlib, anasına tibbi yardım göstərərək xəstəxanaya aparmışdır. Hadisə təxminən 10-15 dəqiqə ərzində baş vermiş, hadisədən sonra yaranmış səs küyə qonşular gələrək anası Həqiqətə ilkin yardım göstərmişlər. Məhkəmə iclasında Şahid2 ifadə verərək, bildirmişdir ki, Gədəbəy rayonu, Talakənd kəndində anası Zərərçəkmiş şəxs, bacısı Şahid1 və sonuncunun ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, evdar qadındır. Təqsirləndirilən şəxs qonşusudur. Onlarla aralarında heç bir düşmənçilik yoxdur. Lakin xeyli müddətdir ki, Fəzayıl və arvadı Fərqanə ilə aralarında şəxsi münasibətlər zəminində narazılıq vardır. Onlar arasındakı narazılıq təxminən 7 il əvvəl ona məxsus uzunqulağın Fəzayıla məxsus uzunqulağı döyməsi səbəbindən yaranmışdır. Bundan sonra aralarındakı qonşuluq münasibətləri pozulmuşdur. Belə ki, həmin narazılıq zəminində Fəzayılın arvadı Fərqanə bacısı Səadəti döymüşdür. 16 aprel 2022-ci il tarixdə saat 19 radələrində Fərqanəyə məxsus mal-qara həyətinə keçib əkinə ziyan vurduğunu görüb, heyvanları həyətdən çıxartmış, Mütalib və Təbriz heyvanları aparmaq üçün gəlmiş, lakin aralarında dava-dalaş və mübahisə olmamışdır. 18 aprel 2022-ci il tarixdə saat 18 radələrində evinin qarşısında olduğu zaman yenə də Fərqanə və ailə üzvlərinə məxsus mal qaranın həyətə girdiyini, Mütalibin isə heyvanların arxasınca gəldiyini görmüşdür. O, Mütalibə irad bildirmiş, Mütalib isə onu nalayiq söyüşlərlə söymüşdür. Mütalibin söyüşlərini eşidən qonşusu Kəmalə Həsənova da Mütalibə irad bildirmişdir. Bundan sonra Mütalibin qardaşı Təbriz gəlmiş, Təbrizə Mütalibin ona söyməsini bildirmişdir. Bu zaman Mütalib arxadan yaxınlaşıb qəfil yumruqla boynundan iki dəfə vurduğu üçün zərbənin təsirindən huşunu itirib yıxılmışdır. Ancaq sonradan Mütalib onu vurduğu üçün anası Həqiqətin Mütalibə irad bildirdiyini, bu vaxt Mütalibin anasını ağacla vuraraq, qolunu sındırdığını eşitmiş, özü də xəstəxanada ayılanda anasının qolunun sındığını görmüşdür. Məhkəmə iclasında şahidlər Şahid5, Şahid4 və Şahid3 eyniməzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid8 Calal qızı ifadə verərək, bildirmişdir ki, o, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Talakənd kəndində yaşayır. Təqsirləndirilən şəxs və Şahid9 qardaşı uşaqlarıdır. Zərərçəkmiş şəxs həmkəndlisidir. Onlarla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Lakin qardaşı Şahid7 və ailə üzvləri ilə Zərərçəkmiş şəxs və ailə üzvləri arasında xeyli müddətdir davam edən narazılıq vardır. Onların arasında narazılıq Fəzayıla məxsus mal-qaranın Həqiqətə məxsus evin həyətinə girməsinə görə yaranmışdır. 18 aprel 2022-ci il tarixdə saat 18 radələrində evinin yaxınlığında, yəni, küçədə olduğu zaman evinin aşağı tərəfində səs-küy olduğunu eşidib, həmin yerə baxanda, çökək yerdə qonşusu Nazilənin evinin qarşısında Həqiqət, Zəminə və Səadətin Mütaliblə mübahisə etdiyini görmüş, həmin vaxt Səadətin Mütalibi kürəyindən tutub başını yerə əydiyini, Zəminənin isə Mütalibi ağacla vurduğunu görmüş, Həqiqət isə kənarda dayanıb baxmışdır. O, qışqırıb Mütalibi səsləyib oradan qaçıb yanına gəlməsini bildirmiş, Mütalib həmin şəxslərin əlindən qaçaraq, onun yanına gəlmiş, Səadət və Zəminə isə Mütalibi təqib edərək, arxasınca gedərək daş parçalarını Mütalibin arxasınca atmışlar. Mütalib onun yanına çatandan sonra Zəminə və Səadət dayanmışlar. Bu zaman Fərqanə və Təbriz gəlib çatmış, Zəminə və digərləri ilə Fərqanə və Təbriz arasında sözlü mübahisə yaranmış, hətta bir birilərini nalayiq söyüşlərlə söymüşlər. Lakin Fərqanə və digərlərini sakitləşdirib evinə aparmış, onlar mübahisə yerindən uzaqlaşadan sonra Həqiqətin qolunun sındığını eşitmişdir. O, Həqiqətin qolunun hansı şəraitdə sındığını bilməmişdir. Məhkəmə iclasında şahid Qanuni nümayəndə və Şahid7 eyniməzmunlu ifadələr vermişlər. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasınaəsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə tədqiq olunmuş sübutları qiymətləndirərək təqsirləndirilən şəxsin zərər çəkmiş şəxs X2 vurmaması və ona xəsarət yetirməməsi, əslində onun döyülüb xəsarət alması barədə ifadəsini əsaslandırılmayan və məhkəmə iclasında tədqiq olunmuş təkzibolunmaz sübutlarla təsdiq olunmayan şəxsi mülahizəsi hesab edərək özünü müdafiə cəhdi kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 23 aprel 2022-ci il tаriхli, 208 sаylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər: –sol mil sümüyünün tipik yerinin və sol dirsək sümüyünün bizəbənzər çıxıntısının qapalı sınıqları küt əşyаnın təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 18 aprel 2022-ci il tаriхə uyğun gəlir. Qeyd olunan xəsarətlər sаğlаmlığа аz аğır zərər vurmаyа аiddirlər. -vət. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterinə, lokalizasiyasına əsasən demək olar ki, onun qeyd olunan xəsarətləri özü-özünə yetirə bilməsi inandırıcı deyildir, onun bədən səthində öz boyu səviyyəsindən yıxılmağa xarakterik xəsarət aşkar edilmədi. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X4 Rəyindən görünür ki, Zərərçəkmiş şəxs mil sümüyünün tipik yerindən və dirsək sümüyünün bizəbənzər çıxıntısının sınınğı olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmiş, qərarda göstərilən vaxt, yəni, 18 aprel 2022-ci il tarixdə yarana bilərdi. Dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sаğlаmlığа аz аğır zərər vurmаyа аiddir. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İdarəsi tərəfindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Gədəbəy RİHB-nın Düzyurd Kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 127.2.2-ci maddəsinə əsasən eyni əməllər xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqı zamanı təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Fzayıl oğlu zərərçəkmiş şəxsi vurmadığını, ona hər hansı bir xəsarət yetirmədiyini, mübahisə zamanı onu yalnız itələdiyini və zərərçəkmişin yıxıldığını, zərərçəkmişdə daha əvvəl yaranmış xəsarət olduğunu bildirmişdir. Lakin zərərçəkmiş məhkəmə istintaqı zamanı təqsirləndirlən şəxslə aralarında mübahisə yarandığını və təqsirləndirilən şəxsin ağac parşası ilə sol qolundan vuraraq, ona xəsarət yetirdiyini bildirmişdir. Məhkəmə təqsirləndirlən şəxsin, zərərçəkmişin və şahidlərin ifadələrini, məhkəmə-tibb ekspertizasının, o cümlədən, təkrar məhkəmə-tibb ekspertizasının zərərçəkmişdə olan xəsarətin mübahisənin baş verdiyi 18 aprel 2022-ci il tarixə uyğun gəldiyi haqqında rəyini, həmçinin təqsirləndirlən şəxsin zərərçəkmişi itələdiyini etiraf etməklə, aralarında davanın olmasını təsdiq etdiyini nəzərə alaraq, iş üzrə təhqiq edilmiş sübutlar əsasında formalaşmış daxili inamına əsasən belə nəticəyə gəlir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Fəzail oğlu ona Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsilə ittiham edilən əməli törətmişdir. Bununla belə, məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirlən şəxsin əməlində onun törədiyi əməlin xüsusi amansızlıq kimi tövsüf edilməsi üçün zəruri olan halların məcmusu yoxdur. Məhkəmə bu qənaətə gələrkən nəzərə alır ki, əməlin xüsusi amansızlıqla törədəilməsinin tövsüfü zamanı təqsirləndirilənin bu əməli hər hansı başqa amansızlıq deyil, məhz xüsusi amansızlıq, yəni, müstəsna rəhmsizlik və qəddarlıqla törətməsi sübut edilməlidir. Lakin tərəflər arasında baş vermiş dava qısa zaman kəsiyi ərzində davam etmiş, təqsirləndirlən şəxsin zərərçəkmiş şəxsə onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etməklə xəsarət yetirmək niyyəti və qəsdi müəyyən edilməmişdir. Ona görə də bu hal təqsirləndirlən şəxsə verilmiş ittihamdan xaric edilməlidir. Yəni, təqsirləndirlən şəxs 18 aprel 2022-ci il tarixdə saat 18 radələrində ailə üzvlərinə məxsus mal-qaranın qonşusu Zərərçəkmiş şəxs məxsus Gədəbəy rayonu, Talakənd kəndində yerləşən evin həyətyanı sahəsinə girməsinə görə sonuncunun qızı ƏlŞahid2 İsə qızı ilə aralarında yaranmış mübahisə zamanı həmin vaxt oraya gəlmiş onun üçün aşkar sürətdə köməksiz vəziyyətdə olan 1940-cı il təvəllüdlü Zərərçəkmiş şəxs ağac parçası ilə qəsdən sol qolundan vuraraq, sağlamlığına sol mil sümüyünün tipik yerinin və sol dirsək sümüyünün bizəbənzər çıxıntısının qapalı sınıqları ilə nəticələnən Аzərbaycan Respublikası Cinayət Мəcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarət yetirməklə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Onun əməli Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsuirləndirilənin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. İş üzrə təqsirləndirlən şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.2. və 59.2-ci maddələrinə əsasən yetkinlik yaşına çatmamasını və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini təqsirləndirlən şəxsə təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə işin faktiki hallarına və təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların məcmusuna qiymət verərək, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, hesab edir ki, şəxsiyyətini səciyyələndirən hallar, eləcə də, təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsiri nəzərə alınmalı, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi : Təqsirləndirilən şəxs Fəzəyıl oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdulaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Fəzəyıl oğlunun üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Gədəbəy rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Fəzəyıl oğlunun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar