Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-5/2025 13.03.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımov Fuad Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon(Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxx 1998-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Rеspublikası vətəndaşı, subay, işləməyən, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1-da qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Ədliyyə Nazirliyinin PX-nin 2 saylı İstintaq Təcridxanasında saхlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 2018-ci ilin avqust-sentyabr aylarında istintaqa dəqiq məlum olmayan tarix və vaxtda Gədəbəy rayonu, Novo-Saratovka kəndi ərazisində çay kənarında yerləşən baxımsız sahədən yabanı halda bitən çətənə kollarından satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni, 30.44 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamış, gəzdirmiş və daşımış, 01 fevral 2024-cü il tarixdə saat 17:20 dəqiqədə Gədəbəy rayonu, Novo- Saratovka kəndi ərazisində Gədəbəy Rayon Polis X4 Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, Gədəbəy rayonu, Novo- Saratovka kəndində yerləşən Gədəbəy RPŞ-nin X6 Bölməsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılan zamanı əynində olan qara rəngli içi qırmızı gödəkçənin sol iç cibindən bir ədəd qara rəngli sellofan bükülüdə kustar üsulla hazırlanmış həmin çəkidə narkotik vasitə olan qurudulmuş maruixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə verilmiş ittihamda özünü təqsirli bilmiş, ifadə verərək, göstərmişdir ki, o, ünvan 1 ünvanında ailə üzvləri ilə birgə yaşamışdır, rəsmi olaraq heç yerdə işləməmiş, fərdi əməklə məşğul olmuşdur. 2018-ci ilin avqust-sentyabr aylarında İlkinlə birlikdə Gədəbəy rayonuna qonaq gəlmiş, Novo-Saratovka kəndi ərazisində olan zaman çay kənarında yabanı halda bitmiş çətənə kollarını görüb tanımış və həmin narkotik tərkibli bitkilərdən yığıb şəxsi istifadəsi üçün özü ilə Bakı şəhərinə aparmış, bitkiləri yaşadığı evin yaxınılğındakı yarımtikilinin içərisində sərib qurutmuş, qurudulmuş kütləni bir torbaya yığıb həmin yarımtikilidə gizlətmişdir. O, 2019-cu ilin yanvar ayında oğurluq etdiyinə görə həbs edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasını çəkib qurtarmış, azad edildikdən sonra narkotik vasitəni gizlətdiyi tikiliyə baxdıqda kütlənin orada olmasını görmüşdür. 31 yanvar 2024-cü il tarixdə vatsap vasitəsi ilə Gədəbəy rayonu, Saratovka kənd sakini İlkinlə danışan zaman sonuncu onu qonaq çağırmışdır. O da İlkinin dəvətinə görə gizlətdiyi marixuananı da götürüb əyninə geyindiyi qara rəngli gödəkçənin iç cibinə qoymuş, Gədəbəy rayonuna gəlmişdir. O, 01 fevral 2024-cü il tarixdə saat 12 radələrində İlkingilin yaşadığı evə çatmış, həmin gün İlkinlə qartopu oynayan zaman əynində olan gödəkçəsi su olduğu üçün gödəkçəni soyununb sobanın kənarından asmış, əyninə geyimək üçün İlkinin qara rəngli iç tərəfi qırmızı olan gödəkçəsini götürmüş, cibində olan kütləni götürüb əyninə geyindiyi qeyd olunan gödəkçənin iç cibinə gizlətmişdir. Həmin gün saat 17 radələrində Gədəbəy rayonu, Novo Sartovka kəndinin mərkəzindən mağazadan İlkin Məmmədovun yaşadığı evə gedən zaman aralıq yolda polis əməkdaşları onu saxlayıb polis bölməsinə dəvət etmişlər. Orada onu müdafiəçi ilə təmin edib üzərində şəxsi axtarış aparmışlar. Şəxsi axatrış zamanı gödəkçənin cibindən marixuana aşkar edilmiş və götürülmüşdür. Əməlindən peşmandır, ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək, bildirmişdir ki, Gədəbəy RPŞ-nin X6 Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Bakı şəhəri, Pirallahı rayonu sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır, onun narkotik vasitənin istifadəçisi olmasını və kimdənsə alması barədə heç bir məlumatı olmamışdır. 01 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Gədəbəy rayonu ərazisində narkotik vasitə saxlamasında və üzərində daşımasında şübhəli olması, onun, narkotik vasitə vasitə istifadə etdiyi üçün üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, o, əməliyyat müvəkkili Şahid1la birlikdə keçirilən əməliyyat tədbirində iştirak etmişdir. 01 fevral 2024-cü il tarixdə saat təxminən 17:20-də Təqsirləndirilən şəxs Gədəbəy rayonu, Novo Saratovka kəndi ərazisində görmüş, ona yaxınlaşaraq, polis işçiləri olduqlarını bildirmiş, onu polis bölməsinə gətirmişlər. Bölmədə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, onun əynində olan gödəkçənin cibində olan qara rəngli sellofana bükülüdə marixuanaya aşkar edilmişdir. Təqsirləndirilən şəxs marixuananı bir neçə il əvvəl Gədəbəy rayonu, Novo-Saratovka kəndi ərazisində çay kənarından toplamasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək, bildirmişdir ki, Gədəbəy RPŞ-nin X6 Bölməsinin sahə polis nəfəri vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. 01 fevral 2024-cü il tarixdə saat təxminən 17:20 radələrində Gədəbəy rayonu, X6 Bölməsinin inzibati binasında növbəti hissənin qarşısında olan zaman baş təhqiqatçı Rövşən Hüseynov Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunusuz dövriyyəsində şübhəli şəxs qismində əməliyyat müvəkilləri Şahid1 və Şahid2 tərəfindən gətirildiyini və həmin şəxsin üzərində şəxsi axtarış aparılan zamanı videoçəkiliş etməsini ona demişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkçənin cibindən sellofana bükülmüş qurudulmuş marixuanaya bənzər yaşıl rəngli kütləni təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlənin marixuana olduğunu, həmin kütləni bir neçə il öncə Gədəbəy rayonu, Novo-Saratovka kəndi ərazisində çay kənarından toplamasını bildirmişdir. İş üzrə şahid olan Şahid1 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilən ifadəsindən görünür ki, o, Gədəbəy RPŞ-nin X6 Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Bakı şəhəri, Pirallahı rayonu sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamış, onun narkotik vasitənin istifadəçisi olmasını və kimdənsə alması barədə heç bir məlumatı olmamışdır. 01 fevral 2024-cü il tarixdə xidməti iş otağında olan zaman ona Bakı şəhəri, Pirallahı rayonu sakini Təqsirləndirilən şəxs Gədəbəy rayonu ərazisində narkotik vasitə saxlaması və üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. O, şöbə rəhbərliyinə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi məqsədi ilə raprot yazılmış, şöbə rəhbərliyi tərəfindən Təqsirləndirilən şəxs Gədəbəy RPŞ-niin X6 Bölməsinə gəirilərək üzərində şəxsi axtarış keçirilməsi barədə qərar qəbul olunmuşdur. Həmin qərarın icrası ilə əlaqədar əməliyyat müvəkkili Şahid2 iştirakı ilə müvafiq əməliyyat tədbirləri keçirmiş və xx.xx.2024-cü il tarixdə saat təxminən 17:20-də Bakı şəhəri, Pirallahı rayonu sakini Təqsirləndirilən şəxs Gədəbəy rayonu, Novo Saratovka kəndi ərazisində görmüşlər. Onlar Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib polis işçiləri olduqlarını bildirərək onu Gədəbəy Rayon Polis X4 Polis Bölməsinə gətirmişlər. Polis Bölməsində təhqiqatçının otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli içi qırmızı rəngli olan gödəkçənin sol iç cibində olan qara rəngli sellofana bükülüdə olan qurudulmuş marixuanaya bənzər yaşıl rəngli kütləni təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlənin marixuana olduğunu, həmin kütləni bir neçə il öncə Gədəbəy rayonu, Novo- Saratovka kəndi ərazisində çay kənarından toplamasını bildirmişdir. İş materiallarında olan 01 fevral 2024-cü il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun əynində olan qara rəngli içi qırmızı gödəkçənin sol cibindən qara rəngli sellofana bükülü vəziyyətdə yaşıl rəngli ilk baxışdan narkotik vasitə olan marixuanaya bənzər 51.4 qram çəkidə kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan məhkəmə bioloji ekspertizasının 02 fevral 2024-cü il tarixli 16/169 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vətəndaş Təqsirləndirilən şəxs...” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd polietilen torbada olan digər qara rəngli polietilan torbada təmiz çəkisi 30,44 qram bitki mənşəlli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır (30,44 qram qurudulmuş marixuanadan 0,05 qramı ekspertiza tədqiqatına sərf edilmiş, 30,39 qram qurudulmuş marixuana qalmışdır). İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 01 may 2024-cü il tarixli 739 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan protokollardan görünür ki, Təqsirləndirilən şəxs оğlu 01 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə şübhəli olduğundan şübhəli şəxs qismində tutulmuş, 03 fevral 2024-cü il tarixdə o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmiş və eyni tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək, Gədəbəy Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerindən azad edilmişdir. İş materiallarında olan Ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-ü il tarixli 285 saylı rəyindən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxsunda müşahidə edilən xaraterioloji xüsusiyyətlərlə (şəxsiyyətin tək-tək psixoatrik çizgiləri) baxmayaraq onda hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəasliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi əlamətləri aşak edilməmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs anlaqlılığı istisan etməyən psixi pozuntu aşkar edilməmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və ya 22-ci maddələrinin təsiri altına düşmür. Onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. İş materiallrında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.5-ci maddələri ilə təqsirli bilinərək, 01 il 05 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, bundan başqa Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir, məhkumluğu yoxdur. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 18 aprel 2025-ci il tarixli 4(042)-17/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan axtarışda olan şəxsin müəyyən edilməsi barədə 18 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 aprel 2024-cü il tarixdə saxlanılaraq Gədəbəy RPŞ-ə gətirilmişdir. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Beləliklə, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinin törədilməsi, həmin əməlin törədilməsində onun təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla öz təsdqini tapır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır, onun əməlinin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olaraq törətdiyi əməli etiraf etməsini iş üzrə onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs münasibətdə cəzanı yüngülləşdirən halların məcmusuna qiymət verərək aşkar edilmiş narkotik vasitənin miqdarını, onun əvvəllər də cinayət törətməkdə təqsirli bilinib məhkum olunduğunu, eyni zamanda, təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsirini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cəzanın ədalətli olması və onun islah olunmasına təsirini təmin etmək məqsədilə hesab edir ki, onun barəsində təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, o, CM-nin 69.3-cü maddəsinə əsasən onun ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 02 gün müddət təyin edilən cəzadan çıxılmalı, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 17 aprel 2024-cü il tarixdən hesablanmalı, o, narkomaniyadan məcburi müalicə edilməli, narkoloji kabinetdə qeydiyyata alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri onun cəzaçəkmə müddətinin sonuna qədər dəyişdirilmədən saxlanılmalı. Bunab başqa, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan, Gədəbəy RPŞ-nin Saxlanc anbarında saxlanılan 30,39 qram olan qurudulmuş marixuana məhv edilməli, məhkəmə xərci- aparılmış ekspertiza tədqiqatının dəyi olan 32,4 məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPMnin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 11 (on bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 fevral 2024-cü il tarixdən 03 fevral 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş 11 (on bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində 10 (on) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin əvvəli 17 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə edilsin, narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri onun cəzaçəkmə müddətinin sonuna qədər dəyişdirilmədən saxlanılsın İş üzrə maddi sübut olan, Gədəbəy RPŞ-nin Saxlanc anbarında saxlanılan 30,39 qram qurudulmuş marixuana məhv edilsin. İş üzrə məhkəmə xərci- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə keçirilsin. Hökm elan olunduğu andan 20 gün müddətində, həbsdə saxlanılan şəxs hökmün surətinin ona verildiyi andan 20 gün müddətində, Gədəbəy Rayon Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Fizuli Mirzəqulyev
Məhkəmə qərarları › İş №1(042)-5/2025
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-5/2025
13.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver