Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 1(042)-50/2022 20.10.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxx 1969-cu il tariхdə Gədəbəy rayonu, Maarif kəndində doğulmuş, Azərbaycan Rеspublikası vətəndaşı, evli, işsiz, əvvələr məhkum olunmamış, Gədəbəy rayonu, Maarif kəndində yaşayan, 05 iyul 2022-ci il tariхdən barəsində başqa yеrə gеtməmək haqqında iltizam qətimkan tədbiri sеçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 20 oktyabr 2022-ci il tarixdə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 29 may 2020-ci il tarixdə saat 17 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs yaşadığı Gədəbəy rayonu, Maarif kəndindəki evinə gedərək qızı Yeganə Hüseynovanın barəsində xoşagəlməz ifadələr işlətməsini bildirməsi səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəmnində yaranmış mübahisə və münaqişə zamanı Zərərçəkmiş şəxs əvvəlcə təpiklə sağ əlinin üst hissəsinə sonra isə yumurqla alının sağ nahiyyəsinə qəsdən vuraraq, ona sağ əlin arxa səthinin şişkinlik fonunda qançırı qismində sağlamlığa zərərvurmayan və alın nahiyyəsinin sağ yarısının dəri altı hematoması qismində sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurduğuna görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ifadə verərək, göstərmişdir ki, Gədəbəy rayonunun Maarif kəndində yaşayır. Fərdi əməklə məşğuldur. X5 ilə evlidir. Onunla birgə nikahdan övladları Pərviz Məmmədov və Yeganə Hüseynova var. Övladların hər ikisi evlidir və ondan ayrı yaşayırlar. Zərərçəkmiş Zərərçəkmiş şəxs həmkəndlisi Şahid1 qızıdır. Əvvələr aralarında heç bir narazılıq və ədavət olmamışdır. Əksinə oğlu X16 Hacıyevanın oğlu Ramal Məmmədov ilə dostluq münasibətləri olmuşdur. Oğlu Pərviz 2021-ci ilin payız aylarında Zərərçəkmiş şəxs oğlu Ramal Məmmədova kömək edərək, onun təsərrüfatında işləmişlər. Bir müddət sonra X17 Federasiyasına getmişdir. Həmin vaxtdan onların aralarında narazılıq yaranmağa başlamışdır. 22 may 2022-ci il tarixdə axşam saatlarında evə gələn zaman qızı Yeganə Hüseynova ilə əri X8 onların evində olmalarını görmüşdür. Qızı Yeganə ağlaya-ağlaya həmkəndlisi Zərərçəkmiş şəxs onun şərəf və ləyaqətini ləkələyən sözlər danışdığını bildirmişdir. O, arvadı İradə, qızı Yeganə və kürəkəni Elgün Hüseynov birlikdə məsələni aydınlaşdırmaq üçün saat 20 radələrində Zərərçəkmiş şəxs yaşadığı evə getmişlər. Söhbət zamanı zərəçəkmiş onları yenə də təhqir etmiş, bununla əlaqədar mübahisə yaranmışdır. Mübahisə baş verdiyi üçün onların evini tərk edərək evin həyətinə çıxmışlar. Həyətdə mübahisə davam etmiş, mübahisə zamanı Şahid1 sillə ilə onun sağ göz nahiyyəsinə vurmuşdur. O, da yumruqla zərərçəkmişi vurmuş, ona xəsarət yetirmişdir. Bundan sonra, onlar həyətdən çıxıb yaşadıqları evə getmişlər. Aralarında baş verən davadalaş yerinə kənar şəxlər toplaşmamışdır. Mübahisə 15-20 dəqiqə davam etmişdir.Törətdiyi əməldən peşmandır. Hazırda zərərçəkmişdən üzr istəmiş, onunla barışmışdır. Ona görə də barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. 23 sentyabr 2022-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, o, ibtidai istintaq dövründə də təqsirləndirlən şəxsə barışıq təklif etmişdir. Hazırda da onun təqsirləndirlən şəxsdən şikayəti yoxdur və onunla barışır. Zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək, göstərmişdir ki, təqsirləndirlən şəxsdən heç bir şikayəti yoxdur. Qızının tibbi əməliyyat olması ilə əlaqədar məhkəmə prosesində iştirak edə bilməyəcəyinin nəzərə alınaraq, məhkəmə prosesinin iştirakı olmadan keçirilməsini xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəmə baxış iclasında elan edilmiş ifadəsindən görünür ki, o, Gədəbəy rayonu, Maarif kəndində anası Şahid1 ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur. Təqsirləndirilən şəxs Saleh oğlu həmkəndlisidir. Onunla əvvəllər aralarında heç bir narazılıq və ədavət olmamışdır. Təqsirləndirilən şəxs oğlu Pərviz Məmmədov 2021-ci ilin payız aylarında təsərrüfat işlərində oğlu Ramal Məmmədov ilə birlikdə onlara təsərrüfat işlərində kömək etmişdir. Onlar da Pərvizin əmək haqqını vermişlər. Oğlu Ramal təsərrüfat işləri qutardıqdan sonra işləmək üçün Rusiya Federasiyasına getmişdir. Oğlu getdikdən sonra Pərvizin anası X5 onun haqqında əxlaqsız ifadələr işlətməyə başlamışdır. Kənd arasında yayılan söz-söhbəti eşitdikdən sonra onlara xəbərdarlıq etmişdir. Söz-söhbət yaşadıqları evə çatdıqda, anası Şahid1 Natiqin evinə gedərək onun ilə söhbət etmək istədiyini bildirmişdir. 22 may 2022-ci il tarixdə saat 20 radələrində həyətdə təsərrüfatlarında olan heyvanları bağlayan zaman Təqsirləndirilən şəxs, onun arvadı İradə Məmmədova, qızı Yeganə Hüseynova və kürəkəni X14 darvazanı döyərək içəri daxil olmuşlar. Anası Şahid1 onları evə dəvət etmişdir. X1, anası Almazın onu çağırmasını bildirmişdir. Nə baş verdiyini öyərənmək üçün tövlədən onların yanına gələn zaman, Natiq ona qızı Yeganəni təhqir etdiyinə görə iradını bildirmişdir. O, Yeganəni təhqir etmədiyini bildirdikdə, Təqsirləndirilən şəxs ona nalayiq cavab vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs və ailə üzvlərindən evlərini tərk etmələrini tələb etmişdir. Təqsirləndirilən şəxs onun ünvanına nalayiq ifadələr işlədə-işlədə həyətdən çıxan zaman, anası Almaz ona iradını bildirmişdir. Həyətin giriş qapısında Təqsirləndirilən şəxs yumruqla anası Almazın baş nahiyyəsinə zərbə endirmişdir. Natiqin anasını vurmasını görüb, tez onlara yaxınlaşmışdır. Ondan əvvəl gəlini Şahid2 Almazı tutaraq geri çəkmiş, Elgünə səslənərək Natiqi tutmasını demişdir. O, anasını geri çəkmək istəmiş, bu zaman Təqsirləndirilən şəxs təpiklə onun sağ əlinin üstündən vurmuşdur. Onun zərbəsindən əyilmiş, bu zaman Təqsirləndirilən şəxs onun alınının sağ nahiyyəsinə yumruq zərbəsi endirmişdir. Natiqin zərbəsindən sonra özünü itirib divara tərəf yıxılmışdır. Yıxıldıqdan sonra Elgün və arvadı Yeganə Natiqi həyətdən çıxarmışlar. Natiq küçə ilə gedən zaman onu və ailə üzvlərini nalayiq ifadələrlə söyməkdə davam etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid1 ifadə verərək, bildirmişdir ki, o, Gədəbəy rayonu, Maarif kəndində qızı Zərərçəkmiş şəxs və onun gəlini Şahid2 ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur. Təqsirləndirilən şəxs Saleh oğlu həmkəndlisidir. Əvvəllər onunla aralarında heç bir narazılıq və ədavət olmamışdır. Təqsirləndirilən şəxs oğlu Pərviz Məmmədov 2021-ci ilin payız aylarında nəvəsi X7 ilə birlikdə onların təsərrüfat işlərini görməyə kömək etmişdir. Əvəzində Pərvizə əməkhaqqı vermişlər. Nəvəsi Ramal təsərrüfat işləri qutardıqdan sonra işləmək üçün Rusiya Federasiyasına getmişdir. Nəvəsi getdikdən sonra Pərviz daha onların işlərinə köməklik etməmişdir. Nəvəsi getdikdən sonra Pərvizin anası İradə Məmmədova onun qızı Zərərçəkmiş şəxs haqqında əxlaqsız sözlər danışmağa başlamışdır. Qızı Zərərçəkmiş şəxs kənd arasında yayılan söz-söhbəti eşitdikdən sonra onlara xəbərdarlıq etmişdir. Bundan sonra aralarında münaqişə baş verməmişdir. 22 may 2022-ci il tarixdə saat 20 radələrində yaşadığı evdə olan zaman Təqsirləndirilən şəxs, arvadı İradə Məmmədova, qızı Yeganə Hüseynova və kürəkəni X14 onlar yaşadığı həyətə gəlmişlər. Onları evə dəvət etmişdir. X4 Hacıyevanı səsləyərək evə çağırmışdır. Qızı Zərərçəkmiş şəxs nə baş verdiyini öyrənmək üçün tövlədən onların yanına gələn zaman, Natiq ondan qızı Yeganəni nə üçün təhqir etdiyini soruşmuşdur. Zərərçəkmiş şəxs onun qızını təhqir etmədiyini bildirdikdə, Təqsirləndirilən şəxs qızına nalayiq cavab vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs və ailə üzvlərindən evlərini tərk etmələrini tələb etmişdir. Təqsirləndirilən şəxs qızı Zərərçəkmiş şəxs qarşı nalayiq ifadələr işlədə-işlədə həyətdən çıxan zaman, ona iradını bildirmişdir. Həyətin giriş qapısında Təqsirləndirilən şəxs yumruqla onun baş nahiyyəsinə zərbə endirmişdir. Qızı Zərərçəkmiş şəxs Natiqin onu vurmasını görüb, onu Natiqin zərbələrindən qorumaq üçün yanına qaçmışdır. Qızı Zərərçəkmiş şəxs ona kömək etmək istədiyinə görə Təqsirləndirilən şəxs təpiklə onun sağ əlinin üstündən vurmuşdur. Zərbənin təsirindən Nişanə əyilmiş, bu zaman Təqsirləndirilən şəxs yumruqla onun alınından da vurmuşdur. Bundan sonra Natiq həyətdən çıxmış, küçə ilə gedən zaman onları nalayiq sözlərlə söymüşdür. Məhkəmə iclasında Şahid2 Şahid1 ilə eyniməzmunlu ifadə vermişdir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X12 X20 tərəfindən verilmiş 23 may 2022-ci il tarixli 523 nömrəli canlı şəxsin rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər- alın nahiyyəsinin sağ yarasının dəri altı hematoması və sağ əlin arxa səthinin şişinlik fonunda qançırı küt əşyanın təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 22 may 2022-ci ilə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən alın nahiyyəsinin sağ yarasının dəri altı hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Vətəndaş Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin özü-özünə yetirə bilməsi inandırıcı deyildir, eləcə də onun bədən səthində öz boyu səviyyəsində yıxılmağa xarakterik xəsarətlər aşkar edilməməmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İdarəsi tərəfindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barəsində məlumat aşkar edilməmişdir. İşdə olan Gədəbəy RİHB-nın Slavyanka Kənd İƏD üzrə Nümayəndəsi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilir. İşdə olan ərizədən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəхs Zərərçəkmiş şəxs ilə barışdığını bildirmiş, iş üzrə icraata хitam vеrilməsini xahiş etmişdir. İşdə olan ərizədən görünür ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs şikayəti olmadığını bildirmişdir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sazlamlızın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sazlamlıza yüngül zərər vurma- min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlızın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2. və 128-ci maddələrindən görünür ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Məcəllənin 73.2-ci maddəsinə əsasən CM-nin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Rеspublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Bеləliklə, məhkəmə prоsеsində təqsirləndirilən şəxsin özünün еtirafеdici ifadəsi, zərərçəkmişin və şahidlərin ifadələri, məhkəmə-tibb еkspеrtinin rəyi və işin digər halları ilə tam sübut edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. O, təqsirini еtiraf еtməklə əməlindən pеşman olmuş və zərərçəkmiş şəхslə barışıq əldə еdib, ona dəyən zərəri aradan qaldırmışdır. Onun məsuliyyətini azırlaşdıran hallar yохdur. Ona görə də o, cinayət məsuliyyətindən azad еdilməli və barəsində оlan cinayət işi üzrə cinayət təqibinə хitam vеrilməlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsini əsaslı hesab edir. İş üzrə məhkəmə xərci, maddi sübut və mülki iddia yохdur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Rеspublikası CPM-nin 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Rеspublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə zərərçəkmiş şəxslə barışdığına, vurulmuş zərəri aradan qaldırğına görə xitam verilsin və o, cinayət məsuliyyətindən azad еdilsin. Təqsirləndirilən şəxs barəsində sеçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv еdilsin. Qərardan еlan еdildiyi andan 20 (iyirmi) gün müddətində Gədəbəy Rayоn Məhkəməsi vasitəsilə Gəncə Apеllyasiya Məhkəməsinə apеllyasiya şikayəti və prоtеsti vеrilə bilər. Sədrlik еdən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №1(042)-50/2022
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №1(042)-50/2022
20.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver