Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 1(042)-50/2025 11.12.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 qızının katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə xx.xx.1996-cı il tarixdə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şəmkir şəhəri, Səməd Vurğun küçəsi, ev 77-də qeydiyyatında olmaqla faktiki olaraq Şəmkir şəhəri, Leyla Bədirbəyli küçəsində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Gədəbəy rayonu, Arısu kənd sakini Zərərçəkmiş şəxs Şəmkir rayonu, “Kraz yolu” yaşayış massivində yerləşən atası Şahid məxsus fərdi yaşayış evinə qaz və işıq sayğaclarının quraşdırılması barədə yalan vədlər verib Zərərçəkmiş şəxs inandıraraq, 08 avqust 2024-cü il tarixdə saat 17:07 dəqiqədə Gədəbəy rayonu Miskinli kəndi ərazisində yerləşən Ümid marketində olan “mpay” ödəmə terminalından 1000 (bir min) manat pulu istifadəsində olan “5243 7544 4155 4811” saylı plastik kart hesabına göndərtdirməklə ələ keçirib dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirlmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Şəmkir şəhəri, Səməd Vurğun küçəsi, ev 77-də qeydiyyatında olmasına baxmayaraq faktiki olaraq Şəmkir şəhəri, Leyla Bədirbəyli küçəsində ailə üzvləri ilə birlikdə yaşayır. 2024-cü ilin avqust ayının əvvəllərində Zərərçəkmiş şəxsla telefonla danışdıqları vaxt Çapay Zərərçəkmiş şəxs Çapay Şəmkir rayonu, “Kraz yolu” yaşayış massivində yerləşən, atası Şahid məxsus fərdi yaşayış evinə qaz və işıq sayğaclarının quraşdırılması üçün ondan kömək göstərməsini xahiş etmimş, o, yalan danışıb kömək edəcəyini, buna görə 1000 manat pul lazım olmasını demiş, Çapay onunla razılaşmışdır. O, istifadəsində olan, hazırda xatırlamadığı plastik kart hesabını “Whatsapp” tətbiqi vasitəsi ilə Çapaya göndərmişdir. Çapay 08 avqust 2024-cü il tarixdə onun göndərdiyi kart hesabına 1000 manat pulu göndərmiş və bu barədə ona zəng edib məlumat vermişdir. Hazırda əməlindən peşmandır, Çapaya vurduğu ziyanı tamamilə qaytarıb ödəmiş, sonuncu onunla barışmışlar. Barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirlmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Gədəbəy rayonu, Arısu kəndində yaşayır. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 2024-cü ilin avqust ayının əvvəllərində o, Teymurla tanış olmuş, mobil telefonla danışdıqları vaxt atasının Şəmkir rayonu, “Kraz yolu” deyilən yaşayış massivində tikilmiş evinə qaz və işıq sayğaclarının quraşdırılması barədə söhbətləri olmuş, Teymur 1000 manat müqabilində bu məsələni həll edəcəyini demiş, o da inanmışdər. Teymur “Whatsapp” proqramı vasitəsi ilə ona öz bank kartının nömrəsini göndərmiş, özü işdə olduğu üçün o, Teymurun kart nömrəsini atası Eldara göndərmişdir. 08 avqust 2024-cü il tarixdə atası Eldar Gədəbəy rayonunun Miskinli kəndi ərazisindəki “Ümid market”də quraşdırılmış ödəmə terminalı vasitəsi ilə Teymrun kartına 1000 manat pulu göndərişdir. Bir müddət keçdikdən sonra Teymurun onu aldtdığını bilmiş, bu haqda polisə şikayət etişdir. Hazırda Teymur onun 1000 manat pulunu qaytarıb verdiyi üçün təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Teymurun barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid da eynui məzmunlu ifadə verib yuxarıda göstərilənləri bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: Qəbzdən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 17:07-də Gədəbəy rayonu, Miskinli kəndində yerləşən “Ümid” marketdə olan ödəmə terminalı vasitəsilə 1000 (bir min) manat pul "xxxx" ASC tərəfindən verilmiş “5243********4811” saylı kart hesabına köçürülmüşdür. DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs tərəfindən verilmiş 14 avqust 2025-ci il tarixdə ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona vurduğu 1000 manat zərəri tam ödəmişdir, o, Təqsirləndirilən şəxsla barışmışdır, onun barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 73-1.1-ci maddəsinə əsasən, bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə istintaqı zamanı dövlət ittihamçısı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanı zərərçəkmiş şəxsə tamamilə ödəməsini və zərərçəkmiş şəxslə barışmasını nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli onun Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəlləsnin 43.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, onun barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3, 43.1.2, 321, 384.1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №1(042)-50/2025
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №1(042)-50/2025
11.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver