Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-52/2020 12.11.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəmkir Rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxx 1974-cü il tarixdə Gədəbəy rayonu, Novosaratovka kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, Gədəbəy rayonu, Novosaratovka kəndində yaşayan, xx xxxx 2020-ci il tarixdən barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xx xxxxxx 2020-ci il tarixdə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə ittiham edilmişdir ona görə ki, yaşadığı Gədəbəy rayonu, Novsaratovka kəndində yerləşən yaşayış evinin həyətyanı torpaq sahəsində əkmiş olduğu kartof sahəsinin arasında 2020ci ilin may ayında qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkisi əkib diblərini alaq otlarından təmizləyib, torpağını şumlayıb yumşaltmış, əkin aparıldıqdan sonra suvarıb üzvü və mineral gübrə verməklə aqrotexniki qaydada qulluq edərək, becərib kultivasiya etmiş, xx xxxx 2020-ci il tarixdə Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aqronom mütəxəssisin iştirakı ilə həmin həyətyanı əkin sahəsinə baxış keçirilərkən boyları 23 sm-dən 67 sm-ə qədər olan, xeyli miqdarda, yəni, 10 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilərək kökündən çıxarılıb götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ifadə verərərək, göstərmişdir ki, Gədəbəy rayonu, Novosaratovka kəndində tək yaşayır, rəsmi оlаrаq hеç bir yеrdə işləmir, fərdi əməklə məşğul olur, bir neçə ildir ki, narkotik vasitənin marixuana növündən siqaretə doldurub çəkmə yolu ilə istifadə edir. 2019-cu ilin payız aylarında rayonun Başkənd kəndində yerləşən baxımsız sahədən yabanı halda bitən çətənə kollarından toxum yığmış və həmin toxumları kartof əkən zaman kartof sahəsində basdırmışdır. Toxumlardan cərgə ilə 10 ədəd çətənə kolu bitmişdir. Həmin çətənə kolları bitdikdən sonra kollara qulluq edib, dibini yumşaldıb, gübrələr və su vermişdir. Çətənə kollarına qulluq etməkdə məqsədi onları böyüdüb şəxsi istifadə üçün narkotik vasitə əldə etmək olmuşdur. xx xxxx 2020-ci il tarixdə polis əməkdaşları gəlib həyətyanı sahəsinə baxış keçirmək istədiklərini demişlər. O, polis əməkdaşlarının həyətyanı sahəsinə baxış keçirmələrinə etiraz etməmişdir. Polis əməkdaşları mütəxəssis-aqronumun və iki nəfər hal şahidinin iştirakı ilə əvvəlcə yaşadığı evin birinci mərtəbəsinə baxış keçirmişlər. Oradan dövriyyəsi qadağan olunmuş hər hansı əşya və predmet aşkar edilməmişdir. Daha sonra həyətyanı əkin sahəsinə baxış keçirərkən kartof əkdiyi əkin sahəsində cərgə ilə əkib-becərdiyi və aqrotexniki qaydada qulluq etdiyi çətənə kollarını müəyyən etmişlər. Daha sonra həmin çətənə kollarının hündürlüyü ölçülmüş, bundan sonra, isə, cəmi 10 ədəd mütəxəssis-aqronumun və iki nəfər hal şahidlərinin iştirakı ilə basdırdığı çətənə kolları yerdən çıxarılaraq qablaşdırılmış və möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş, protokolun doğruluğu imzalarla təsdiq olunmuşdur. O, Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən evdə tək yaşayır. Ona görə də narkotik vasitəni əkib-becərməsini yaxın qohumlarından heç kəsin məlumatı olmamışdır. Onun həmin narkotik vasitəni satmaq fikri olmamış, bu barədə hər hansı bir şəxsə heç nə deməmişdir. Ona görə də bu əməli törətməsindən peşman olmasının nəzərə alınmasını, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Şahid2 ifadə verərək bildirmişdir ki, Gədəbəy Rayon Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Gədəbəy rayonunun Novosaratovka kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı münasibəti olmamışdır. xx.xx.2020-ci il tarixdə Cinayət Ахtаrış Bölməsinin əməliyyat müvəkkili Şahid1 ona bildirmişdir ki, Gədəbəy rayonu Novosaratovka kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik vasitə olan çətənə kolları əkməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatla bağlı şöbə rəhbərliyinə məruzə etmiş və təxirəsalınmaz əməliyyat–axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul etmişdir. Həmin tədbirdə onun da iştirakının vacib olduğunu demişdir. Ona görə xx xxxx 2020-ci il tarixdə o və digər polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər və orada qanunla əkilməsi, becərilməsi, saxlanılması və daşınması qadağan oğlunmuş bitki və ya maddənin onun yaşayış sahəsində olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs öz yaşayış sahəsində qanunla əkilməsi, becərilməsi, saxlanılması və daşınması qadağan oğlunmuş bitki və kütlənin olmadığını bildirdikdə, Şahid1 tərəfindən qəbul edilmiş qərar ona elan olunmuş və yaşayış sahəsinə baxış keçirilməsi barədə razılığı alındıqdan sonra, həmin küçə ilə keçən, əvvəllər tanımadıqları iki şəxs baxışda hal şahidi qismində iştirak etməsi üçün dəvət olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində olan kartof kollarının arasında cərgə ilə əkdiyi 10 ədəd müxtəlif ölçülərdə narkotik vasitə olan çətənə kolları aşkar edilmiş, həmin çətənə kolları mütəxəsisaqronomun və iki nəfər hal şahidinin iştirakı ilə ölçülmüş və ölçüləri 23-67 sm olan, cəmi 10 ədəd olan çətənə kolları basdırıldığı yerdən çıxarılaraq sintetik kisəyə qоyulаrаq qаblаşdırılmış və bu barədə protokol tərtib edilərək doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid5 ifadə verərək, bildirmişdir ki,Gədəbəy rayonu Novsaratovka kəndində ailəsi ilə birlikdə yaşayır. Gədəbəy rayonunun Novsaratovka kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır, onun narkotik vasitənin istifadəçisi olmasını, kimdənsə alması və yaşadığı evin həyətində tərkibində narkotik vasitə olan bitkinin becərməsindən xəbəri olmamışdır. xx xxxx 2020-ci il tarixdə təxminən saat 17 radələrində Novosaratovka kəndində mülki geyimdə bir nəfər şəxs ona yaxınlaşmış və özünü təqdim edərək polis işçisi olduğunu, Novosaratovka kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik tərkibli vasitələr əkib-becərməsi barədə məlumat daxil olduğunu, daxil olmuş məlumatın yoxlanılması üçün onun evinə və həyətyanı sahəsinə baxış keçiriləcəyini və hal şahidi kimi iştirak etməsini xahiş etmişdir. O, etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanda ona qadağan oğlunmuş bitki və maddənin yaşayış sahəsində olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs öz yaşayış sahəsində qadağan oğlunmuş bitki və maddənin olmadığını bildirdikdə, ona baxış keçirilməsi barədə qərar elan etmişdir. Sonra da bir neçə polis əməkdaşlarının, aqranomun və onların iştirakları ilə Təqsirləndirilən şəxs yaşayış sahəsinə baxış keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs yaşadığı evin birinci mərtəbəsinə baxış keçirilmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra onun yaşadığı evin həyətində yerləşən əkin sahəsinə baxış keçirilərkən kartof kollarının arasında cərgə ilə əkdiyi 10 ədəd müxtəlif ölçülərdə narkotik vasitə olan çətənə kolları aşkar edilmişdir. Həmin kolların hündürlüyü ölçülmüş, yerdən çıxarılamış və kisəyə qоyulаrаq qаblаşdırılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, onun həyətyanı sahəsindən aşkar edilmiş 10 ədəd bitki narkotik tərkibli çətənə bitkisidir, həmin çətənə bitkisini özü Başkənd adlanan ərazidən yabanı halda bitən çətənə kollarından toxum yığaraq əkmiş, həmin çətənə bitkilərinə qulluq etmiş, dibini boşaltmış suvarmış və aqrotexniki qaydada qulluq etmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid1 dindirmə protokolundan görünür ki,Gədəbəy Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Gədəbəy rayonunun Novosaratovka kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır, onun narkotik vasitənin istifadəçisi olmasını, kimdənsə alması və yaşadığı evin həyətində tərkibində narkotik vasitə olan bitkinin becərməsindən xəbəri olmamışdır. xx.xx.2020-ci il tarixdə xidməti iş yerində olan zaman Gədəbəy rayonunun Novosaratovka kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik tərkibli bitkiləri becərməsi və saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bunun üçün də tərəfindən şöbə rəhbərliyinə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi məqsədi ilə raprot yazılmış, şöbə rəhbərliyi tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilməsi ilə əlaqədar təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verildiyi üçün tərəfindən qərar qəbul olunmuşdur. Qəbul olunmuş qərarın icraası ilə əlaqədar olaraq Gədəbəy rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid2 və axtarış üzrə baş əməliyyat müvəkkili Şahid3, aqranom mütəxəssis X3 iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Təqsirləndirilən şəxs yaşadığı ünvanda ona qanunla əkilməsi, becərilməsi, saxlanılması və daşınması qadağan oğlunmuş bitki və kütlənin onun yaşayış sahəsində olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs öz yaşayış sahəsində qanunla əkilməsi, becərilməsi, saxlanılması və daşınması qadağan oğlunmuş bitki və kütlənin olmadığını bildirdikdə tərəfindən qəbul edilmiş qərar ona elan olunmuş və sonra onun yaşayış sahəsinə baxış keçirilməsi barədə razılığı alındıqdan sonra həmin küçə ilə keçən, əvvəllər tanımadıqları və sonradan adlarını bildiyi Şahid4 və Şahid5 baxışda hal şahidi qismində iştirak etməsi üçün dəvət olunmuşlar. Sonra da adlarını qeyd etdikləri şəxslərin iştirakı ilə yaşayış sahəsinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində olan kartof kollarının arasından cərgə ilə əkdiyi hər birinin ölçüləri 23-67 sm olan cəmi, 10 ədəd çətənə koluna bənzər bitki aşkar olunmuşdur. Aşkar olunmuş çətənə koluna bənzər bitkilər kökündən çıxardılaraq polietilen torbaya qablaşdırılmış və möhürlənmişdir. Bununla bağlı protokol tərtib olunmuş və doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid3 dindirmə protokolundan görünür ki,Gədəbəy Rayon Polis Şöbəsində axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Gədəbəy rayonunun Novosaratovka kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır, onun narkotik vasitənin istifadəçisi olmasını, kimdənsə alması və yaşadığı evin həyətində tərkibində narkotik vasitə olan bitkinin becərməsindən xəbəri olmamışdır. xx.xx.2020-ci il tarixdə Gədəbəy rayonunun Novosaratovka kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik tərkibli bitkiləri becərməsi və saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Şöbə rəhbərliyi tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilməsi ilə əlaqədar təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilmiş, onlar əməliyyat müvəkkilləri Şahid1, Şahid2, aqronom-mütəxəssis X3 iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Təqsirləndirilən şəxs yaşadığı ünvanda ona qanunla əkilməsi, becərilməsi, saxlanılması və daşınması qadağan oğlunmuş bitki və maddənin onun yaşayış sahəsində olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs öz yaşayış sahəsində qanunla əkilməsi, becərilməsi, saxlanılması və daşınması qadağan oğlunmuş bitki və kütlənin olmadığını bildirdikdə qərar ona elan olunmuş və sonra onun yaşayış sahəsinə hal şahidlərinin iştirakı ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində olan kartof kollarının arasından cərgə ilə əkdiyi hər birinin ölçüləri 20-70 sm olan cəmi, 10 ədəd çətənə koluna bənzər bitki aşkar olunmuşdur. Aşkar olunmuş çətənə koluna bənzər bitkilər kökündən çıxardılaraq polietilen torbaya qablaşdırılmış və möhürlənmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid4 dindirmə protokolundan görünür ki, Gədəbəy rayonu Novosaratovka kəndində ailəsi ilə birlikdə yaşayır. Gədəbəy rayonunun Novosaratovka kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır, onun narkotik vasitənin istifadəçisi olmasını, həyətində tərkibində narkotik vasitə olan bitkinin becərməsindən xəbəri olmamışdır. xx xxxx 2020-ci il tarixdə təxminən saat 17 radələrində, o, evinə gedərkən küçədə polis avtomobillərinin dayandığını görmüşdür. Bu zaman mülki geyimdə bir nəfər şəxs ona yaxınlaşmış və özünü təqdim edərək polis işçisi olduğunu, Novosaratovka kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik tərkibli vasitələr əkib-becərməsi barədə məlumat daxil olduğunu və daxil olmuş məlumatın yoxlanılması üçün onun evinə və həyətyanı sahəsinə baxış keçiriləcəyini və hal şahidi kimi iştirak etməsini xahiş etmişdir. O, etiraz etməmişdir. Bundan sonra polis işçiləri ona və digər hal şahidi Şahid5 qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs baxış keçirilməsi barədə qərar elan edilmişdir. Təqsirləndirilən şəxs baxış keçirilməsinə etiraz etməmiş və bununla bağlı razılıq ərizəsi yazmışdır. Sonra da bir neçə polis əməkdaşlarının, aqranomun və onların iştirakları ilə Təqsirləndirilən şəxs yaşayış sahəsinə baxış keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs yaşadığı evin birinci mərtəbəsinə baxış keçirilmişdir. Daha sonra onun yaşadığı evin həyətində yerləşən əkin sahəsinə baxış keçirilərkən kartof kollarının arasında cərgə ilə əkdiyi 10 ədəd müxtəlif ölçülərdə narkotik vasitə olan çətənə kolları aşkar edilmişdir. Həmin kollar sintetik kisəyə qоyulаrаq qаblаşdırılmışdır. Çətənə kolları qablaşıdırılmış həmin bağlamanın üzəri imzalarla təsdiq edilərək möhürlənmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, onun həyətyanı sahəsindən aşkar edilmiş 10 ədəd bitki narkotik tərkibli çətənə bitkisidir. O, Başkənd adlanan ərazidən yabanı halda bitən çətənə kollarından toxum yığaraq əkmiş, həmin çətənə bitkilərinə qulluq etmiş, dibini boşaltmış suvarmış və aqrotexniki qaydada qulluq etmişdir. İşdə olan xx xxxx 2020-ci il tarixli baxış keçirmə və götürmə protokolundan görünür ki, hadisə yeri Gədəbəy rayonu Novosaratovka kəndində Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsidir. Həmin məhəllə Novosaratovka-Novoivanovka yolunun sol kənarında yolun asfalt örtüyündən 100 metr kənarda yerləşir. Həyətyanı sahənin ətrafı dəmir torla əhatə edilmişdir. Əvvəlcə dəmir darvazadan evin həyətinə oradan isə dəmir torla əhatə edilmiş evin həyətyanı əkin sahəsinə daxil olunur. Əvvəlcə 4 (dörd) cərgə kartof əkilməsi müşahidə olunur. 4-cü cərgə kartofdan isə 40 sm məsafədə hər birində 5 kol olmaqla iki cərgə bir-birinə paralel çətənə kolları əkilməsi müşahidə olunur. Birinci cərgə ilə ikinci cərgə arasındakı məsafə 50 santimetrdir. Soldan sağa götürüldükdə birinci kolun hündürlüyü 52 sm, ikinci kolun hündürlüyü 53 sm, üçüncü kolun hündürlüyü 66sm, dördüncü kolun hündürlüyü 37 sm, beşinci kolun hündürlüyü 31 santimetrdir. İkinci cərgədəki kolun soldan sağa götürüldükdə birinci kolun hündürlüyü 67 sm, ikinci kolun hündürlüyü 39 sm, üçüncü kolun hündürlüyü 23 sm, dördüncü kolun hündürlüyü 57 sm, beşinci kolun hündürlüyü 29 santimetrdir. 10 ədəd kol kökündən çıxarılaraq ağ rəngli sintetik kisədə qablaşdırılaraq möhürlənmişdir. Həmin çətənə kollarından sonra yenidən kartof kolları vardır. Əkin sahəsində iş üçün əhəmiyyt kəsb edə biləcək başqa heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin birinci mərtəbəsində baxış keçirilən zaman iş üçün əhəmiyət kəsb edən heç bir şey aşkar edilməmişdir. Baxış zamanı 10 ədəd çətənə kolu ağ rəndli sintetik torbaya qablaşdırılaraq götürülmüşdür. İşdə olan aqronom-mütəxəssis X6 tərəfindən tərtib edilərək imzalanmış rəydən görünür ki, xx xxxx 2020-ci il tarixdə saat Gədəbəy rayonu, Novosaratovka kəndində yaşayan Təqsirləndirilən şəxs evinin həyətyanı torpaq sahəsindən aşkar olunmuş 10(on) ədəd yaş çətənə bitkisi aqrotexniki qaydada qulluq edilmiş halda çətənə bitkisidir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X4 Bölməsinin Məhkəmə-bioloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 16/408 nömrəli Rəyindən məlum olmuşdur ki, Tədqiqata təqdim olunmuş üzərində "........Təqsirləndirilən şəxs həyətyanı sahəsindən götürülmüş 10 ədəd çətənəyəbənzər kollar.” Sözləri yazılmış 1(bir) ədəd sintetik kisədə ümumi sayı 10 ədəd, ümumi təmiz çəkisi 1500 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqranomun (mütəxəssisin) rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 598 nömrəli Rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşdə olan xx xxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus həyətyanı sahədən aşkar edilərək götürülmüş 10 ədəd çətənə bitkisi iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması məqsədilə Gədəbəy RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. İşdə olan xx xxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında və xx xxxx 2020-ci il tarixli azad olunma haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs kimi tutulmuş, xx xxxx 2020-ci il tarixdə azad edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İdarəsi tərəfindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Gədəbəy RİHB-nın Novosaratovka Kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İşdə olan Vəsiqənin surətindən görünür ki, Tağıyev X2 Müharibəsi veteranıdır. İşdə olan Arayışdan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq, Silahlı Qüvvələrin sıralarına manqa komandiri kimi yazılmışdır. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə tədqiq olunmuş sübutları qiymətləndirərək təqsirləndirilən şəxsin zərər çəkmiş şəxs X5 vurmaması və ona xəsarət yetirməməsi, əslində onun döyülüb xəsarət alması barədə ifadəsini əsaslandırılmayan və məhkəmə iclasında tədqiq olunmuş təkzibolunmaz sübutlarla təsdiq olunmayan şəxsi mülahizəsi hesab edərək özünü müdafiə cəhdi kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə iclasında təqsirləndirlən şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və ekspertiza rəyləri ilə sübut edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən yaşayış evinin həyətyanı torpaq sahəsində əkmiş olduğu kartof sahəsinin arasında 2020-ci ilin may ayında qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkisi əkib diblərini alaq otlarından təmizləyib, torpağını şumlayıb yumşaltmış, əkin aparıldıqdan sonra suvarıb üzvü və mineral gübrə verməklə aqrotexniki qaydada qulluq edərək, becərib kultivasiya etmiş, xx xxxx 2020-ci il tarixdə Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aqronom mütəxəssisin iştirakı ilə həmin həyətyanı əkin sahəsinə baxış keçirilərkən boyları 23 sm-dən 67 sm-ə qədər olan, xeyli miqdarda, yəni, 10 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilərək kökündən çıxarılıb götürülmüşdür. Yəni, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsuirləndirilənin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. İş üzrə təqsirləndirlən şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar yoxdur. Məhkəmə iş üzrə təqsirləndirlən şəxsin Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən təqsirini səmimi etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, müharibə veteranı olmasını, könüllü olaraq ordu sıralarına yazılmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini ona təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə işin faktiki hallarına və təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hala qiymət verərək, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, hesab edir ki, şəxsiyyətini səciyyələndirən hallar, əvvəllər məhkumluğunun olmaması, eləcə də, təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsiri nəzərə alınmalı, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək. Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələblərini nəzərə alıb, iş üzrə maddi sübutlar məsələsini həll edərək belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış 10 ədəd çətənə bitkisi hökm qanuni qüvvəsinə mindikdən sonra məhv edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1-ci, 197.1.4-cü, 198.1-ci və 198.3-cü maddələrinə əsasən iş üzrə məhkəmə ekspertizasının dəyəri olan 30 manat 40 qəpik məhkəmə xərci təqsirləndirilən şəxsdən dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş mülki iddia yoxdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) ilmüddətə azadlığın məhdulaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixə qədər şübhəli şəxs kimi tutulması nəzərə alınmaqla, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq, 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gədəbəy rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və narkomaniyadan müalicə kursu keçmək vəzifələri qoyulsun. Cəzanın icrasının müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji dispanserdə qeydiyyata alınsın və 01 il müddətində narkomaniyadan məcburi müalicə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 10 ədəd çətənə kolu hökm qanuni qüvvəsinə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 30,40 manat Təqsirləndirilən şəxs alınaraq, dövlət büdcəsinə keçirilsin. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №1(042)-52/2020
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-52/2020
12.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver