Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-52/2021 09.12.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxx 1989-cu il tarixdə Gədəbəy rayonu Qoşabulaq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Gədəbəy rayonu, Qoşabulaq kəndində yaşayan, barəsində 26 iyul 2021-ci il tarixdən başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ittiham edilmişdir ona görə ki, o, 15 mart 2021-ci il tarixdə saat 14:30 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan VAZ-21154 minik markalı, **-RM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gədəbəy-Şəmkir avtomobil yolunun 1-ci kilometrliyində, rayonun Arıxdam kəndindən keçən hissəsində saatda 60 kilоmеtr sürətlə hərəkətdə оlarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1ci hissəsinin tələblərini pоzaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün оlan tədbirləri görməli оlduğu və həmin tələblərə riayət еtməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, buna əməl еtməyərək, Gədəbəy Rayon Mərkəzi Bazarının bərabərliyində yolun sol tərəfindən sağ tərəfinə keçən piyada X5 yolun sağ tərəfində asfalt yolun ehtiyat hissə ilə birləşdiyi yerdə vuraraq, ona sol dizin sıyrığı qismində sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən, sağ baldırın əzilmiş-sıyrılmış yarası qismində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran, başın hematoması, əzilmiş yarası ilə müşaiyət olunan qapalı kəllə beyin travması, baş beyin maddəsinə və qişalarına qansızma, döş qəfəsinin qapalı küt travması, sağ ağ ciyərin zədələnməsi nəticəsində törənmiş daxili qanaxma, sağ 4-5-ci qabırğaların qəlpəli sınığı, sağ saidin əzilmiş yarası ilə müşaiyət olunan sağ said sümüklərinin açıq sınıqları qismində həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarətləri yetirərək, sağ ağ ciyərin zədələnməsi nəticəsində törənmiş daxili qanaхma səbəbindən Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ehtiyyatsızlıqdan Darçın Hüseynovanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş, ifadə verərək, göstərmişdir ki, Gədəbəy rayonu, Qoşabulaq kəndində yaşayır. VAZ-21154 markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomoblini BC kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etmişdir. 15 mart 2021-ci il tarixdə əmisi Şahid5 və həyat yoldaşı Şahid4 qızı ilə birlikdə ona məxsus VAZ 21154 markalı avtomobil ilə Gədəbəy şəhərindən Qoşabulaq kəndinə getmişdir. Avtomobili özü idarə etmiş, əmisi Şahid5 avtomobilin qabaq oturacağında, onun həyat yoldaşı Şahid4 isə arxa oturacaqda əyləşmişdir. Yolun Arıqdam kəndinin ərazisində Gədəbəy Rayon Bazarının qarşısından keçən hissəsinə çatan zaman təxminən saat 14:30-da iki qadının yolun əks tərəfində üzü Gədəbəy şəhəri istiqamətində dayanmış “Ford” markalı avtomobilin arxasından çıxıb yolu keçmək istədiklərini görmüşdür. Həmin vaxt avtomobili təxminən 50-55 km/saat sürətlə idarə etmişdir. O, bədbəxt hadisə baş verməməsi üçün əyləci basaraq, sükanı sağa doğru çəkmişdir. Qadınlardan biri cəld şəkildə qaçaraq yolu keçmişdir. Avtomobilin sol tərəf qabaq təkəri asfaltdan çıxan zaman avtomobilinin sol qabaq qanadı qadını vurmuş və qadın yıxılmışdır. Avtomobilin ön şüşəsinin sol tərəfi çatlamışdır. O, təxminən 3-4 metr aralıda maşını saxlayıb düşmüş və qadının vurulduğu yerdə asfaltın üzərinə yıxıldığını görmüşdür. Qadına yaxınlaşıb dərhal onu yerdən qaldırmaq istəsə də, gücü çatmamışdır. Hadisə baş verən zaman avtomobilində olan əmisi arvadı Şahid4 ona kömək etmək istəsə də, onlar həmin qadını yerdən qaldıra bilməmişlər. Dərhal təcili tibbi yardım xidmətinə zəng edib kömək çağırmışdır. Təxminən 10 dəqiqə keçməsinə baxmayaraq həkimlər gəlmədiyi üçün təkrar təcili tibbi yardıma zəng edib, bir daha xəstənin vəziyyətinin pis olduğunu bildirib kömək çağırmışdır. Daha sonra baş vermiş hadisə barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bir qədər sonra həmin yerə polis əməkdaşları və təcili tibbi yardımın həkimləri gəlmişdir. Həkimlər mərhum Darçın Hüseynovanın nəbzini yoxlayıb ona iynə vuraraq yaşadığını demişlər. Lakin zərərçəkmiş xəstəxanaya aparılarkən yolda vəfat etmişdir. Hadisə baş verən zaman içkili olmamışdır. O, zərərçəkmişin dəfn xərclərində zərərçəkmişin qohumlarına yardım göstərmiş və zərərçəkmişin hüquqi varisinin ondan şikayəti yoxdur. Onun qardaşı şəhid olmuşdur. Qərar çıxarılarkən bu halların nəzərə alınmasını xahiş edir. 11 noyabr 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi kimi dindirilmiş X7 ifadə verərək, bildirmişdir ki, Gədəbəy rayonu, İnəkboğan kəndində yaşayır. X6 anasıdır. Anası X10 rayonu, Parakənd kəndində tək yaşamışdır. 15 mart 2021-ci il tarixdə qohumları zəng edib X15nın yol-hadisəsində yaralandığını, daha sonra isə dünyasını dəyişdiyini bildirmişlər. Həmin vaxt Bakı şəhərində olmuş, dərhal Gədəbəy rayonuna geri qayıtmışdır. Sonradan ona məlum olmuşdur ki, 15 mart 2021-ci il tarixdə saat təхminən, 14:30 radələrində Gədəbəy rayonu, Qoşabulaq kənd sakini Sadıqov X8 Rayon Mərkəzi Bazarının qarşısında idarə еtdiyi VAZ-21154 markalı, **-RM- *** dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən anasını vurmuş və anası Gədəbəy rayon Mərkəzi Xəstəxanasına aparılan zaman aldığı xəsarətlərdən yolda ölmüşdür. Baş vermiş hadisə ilə bağlı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirlən şəxs ona maddi yardım etmişdir və onlar barışmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək, bildirmişdir ki, Gədəbəy rayonu, Parakənd kəndində yaşayır. X2 onun bacısı olmuşdur. 15 mart 2021-ci il tarixdə Darçın Hüseynova Gədəbəy rayon bazarının qarşısından yolu keçən zaman Gədəbəy rayonu Qoşabulaq kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 21154 markalı **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə onu vurmuş və o, Gədəbəy Rayon Xəstəxanasına aparılan zaman yolda ölmüşdür. Hadisədən sonra Təqsirləndirilən şəxs etdiyi əməldən səmimi peşmançılıq hissi keçirərək yas xərclərini və qəbirüstü abidənin maddi xərclərini ödəmişdir. Təqsirləndirilən şəxs yas mərasimi üçün ona ümumilikdə 3500 manat ödəmişdir, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadə verərək, bildirmişdir ki, Gədəbəy rayonu, Qoşabulaq kəndində yaşayır. 15 mart 2021-ci il tarixdə qardaşı oğlu Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21154 markalı **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Gədəbəy şəhərindən yaşadıqları Qoşabulaq kəndinə getmişdir. Avtomobili Rövşən idarə etmişdir. Avtomobildə ondan başqa həyat yoldaşı Şahid4 da olmuşdur. O, avtomobilin qabaq oturacağında, həyat yoldaşı Şahid4 isə arxa oturacaqda əyləşmişdir. Yolun Arıqdam kəndinin ərazisində Gədəbəy Rayon Bazarının qarşısından keçən hissəsinə çatan zaman təxminən saat 14:30-da bir nəfər qadının qəflətən yolu soldan sağa keçmək istədiyini görmüşdür. Rövşən qadını görən zaman əvvəlcə səs siqnalından istifadə etmiş, həmin vaxt qadın özünü itirərək maşına doğru qaçmağa başlamışdır. Rövşən qadını vurmamaq üçün maşınının sürətini azaldaraq, avtomobili yolun sağ hissəsinə torpaq yola doğru çəkmişdir. Rövşən qadını vurmamaq üçün səs siqnalından istifadə edərək avtomobilin sürətini tamamilə azaltmışdır, lakin qadının başı avtomobilin sol tərəf çiyin dayağının yuxarı hissəsinə dəymiş və avtomobilin ön şüşəsinin sol tərəfi çatlamışdır. Rövşən qadını vurduğu yerdən təxminən 2 metr aralıda avtomobili saxlamış və onlar maşından düşmüşlər. Sonradan adının X6 olduğunu bildikləri həmin qadın vurulduğu yerdə asfaltın üzərinə yıxılmış vəziyyətdə olmuşdur. Ona yaxınlaşıb nəbzini yoxlayıb yaşadığını müəyyən etmişlər. Onlar dərhal təcili tibbi yardıma zəng edib kömək çağırmışlar. Lakin zərərçəkmiş xəstəxanaya aparılarkən vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək, bildirmişdir ki, Gədəbəy rayonu, Qoşabulaq kəndində yaşayır. 15 mart 2021-ci il tarixdə qaynı oğlu Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21154 markalı **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Gədəbəy şəhərindən yaşadıqları Qoşabulaq kəndinə getmişlər. Avtomobildə ondan başqa həyat yoldaşı Şahid5 da olmuşdur. Avtomobilin salonunda arxa oturacaqda əyləşmişdir.Həyat yoldaşı Şahid5 isə qabaq oturacaqda əyləşmişdir. Yolun Arıqdam kəndinin ərazisində Gədəbəy Rayon Bazarının qarşısından keçən hissəsinə çatan zaman təxminən saat 14:30-da qəflətən Rövşən və Hafizin qışqırıq səsini eşitmişdir. Həmin vaxt qucağında saxladığı torta baxdığına görə hadisənin necə baş verdiyini görməmişdir. Rövşən və Hafizin qışqırıq səsindən sonra yola baxan zaman Rövşənin bir nəfər qadının yerə yıxıldığını görmüşdür. Hadisə zamanı Rövşən maşını asta sürətlə idarə etmiş və qadını vurduğu yerdən, təxminən 1,5 metr məsafədə avtomobili saxlamışdır. Avtomobildən düşüb dərhal həmin qadına yaxınlaşmışlar. Rövşən onun nəbzini yoxlayıb yaşadığını demiş və dərhal təcili tibbi yardıma zəng edib kömək çağırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 Şamil oğlu ifadə verərək, bildirmişdir ki, Gədəbəy rayonu, Parakənd kəndində yaşayır. 15 mart 2021-ci il tarixdə əmisi oğlu Şahid3 Niva markalı, **-BA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Şəmkir rayonuna gedib qayıtmışdır. Yolun Arıxdam kəndindən keçən hissəsində avtomobilin salonunda arxa oturacaqda oturan Şahid2 və Darçın Hüseynova adlı həmkəndliləri sürücü Sübhandan Gədəbəy Rayonu Mərkəzi Bazarının qarşısında avtomobili saxlamasını xahiş etmiş və bazarlıq edəcəklərini demişlər. Şahid3 idarə etdiyi avtomobili bazarın qarşısında Gədəbəy şəhəri istiqamətində yolun sağ ehtiyat hissəsinə çəkib saxlamışdır. Bazarda işi olmadığına görə o, avtomobildən düşməmiş, Sübhan isə avtomobildən düşərək, oturacağı qabağa çəkmiş və qadınların avtomobildən düşməsi üçün kömək etmişdir. Avtomobildən əvvəlcə Sevinc sonra isə Darçın düşmüşdür. Hadisənin necə baş verdiyini görə bilməmiş, yalnız Şahid2 qışqırıq səsinə çevrilib yola baxanda, Darçın Hüseynovanı yolun ortasında bir qədər bazara tərəf yerdə uzanıqlı vəziyyətdə görmüşdür. Tez avtomobildən düşmüş və onlara tərəf getmişdir. Həmin hadisəni törədən qara rəngli VAZ-21154 markalı avtomobilin sürücüsü onlara yaxılaşaraq kömək etmələrini xahiş etmiş və təcili tibbi yardıma zəng etmişdir. Sonra sürücü ilə birlikdə Darçın Hüseynovanı təcili tibbi yardım avtomobilinə qoymuş və özü də maşına minmişdir. Yolda Arıxdam körpüsünü keçdikdən sonra Darçın Hüseynova aldığı olduğu xəsarətlərdən ölmüşdür. Hadisədən əvvəl Şahid3 avtomobili saxlayan zaman onların qarşısında və arxasında hər hansı bir avtomobil olmamış, Sevinc və Darçın Sübhanın avtomobilindən düşərək bir başa yolu keçməyə başlamışlar, avtomobilin arxasına keçməmişlər. Məhkəmə iclasında elan edilmiş Şahid3 ifadəsindən görünür ki, Gədəbəy rayonu, Parakənd kəndində yaşayır. 15 mart 2021-ci il tarixdə günorta saatlarında özünə məxsus Niva markalı, **-BA-*** dövlət nömrə nişanlı avtomobili ilə həmkəndlisi Darçın Hüseynova və qohumu Şahid2 ilə birlikdə Şəmkir rayonundan dəfn mərasimindən yaşadıqları Gədəbəy rayonu, Parakənd kəndinə geri qayıtmışlar. Təxminən saat 14:30-da avtomobili Şahid2 və Darçın Hüseynovanın xahişi ilə Gədəbəy Rayonu Mərkəzi Bazarının qarşısında yolun sağ ehtiyat hissəsində saxlamışdır. Onlar bazardan nəsə almaq istədiklərini bildirmişlər. Avtomobili ikiqapılı olduğuna görə sol tərəf qapını açmış, özü avtomobildən düşüb onların da düşməsinə şərait yaratmışdır. Avtomobildən əvvəlcə Sevin Qarayeva, daha sonra isə Darçın Hüseynova düşmüşlər. Qapını bağlayıb sükanın arxasında oturmaq istəyərkən qəflətən səs eşidib geri çevrilmiş və Darçın Hüseynovanın asfaltın ortasında yerə yıxıldığını görmüşdür. Bir qədər kənarda qara rəngli VAZ-21154 markalı, **-RM-*** dövlət nömrə nişanlı avtomobilin dayandığını görmüşdür. Həmin avtomobilin Darçın Hüseynovanı vurduğunu başa düşmüşdür. Həmin vaxt avtomobilin sürücüsü və avtomobildə olan biri kişi və qadın olmaqla Darçının yanına gəlib onu yerdən qaldırmağa çalışmışlar. Bir qədər sonra təcili yardım gəlmiş və Darçın Hüseynovanı xəstəxanaya aparışlar. Hadisə yerində Darçına baxan zaman onun vəziyyətinin çox pis olduğunu görmüş və onun son dəqiqələrini yaşadığını başa düşmüşdür. Hadisədən əvvəl Şahid2 yolu cəld bir şəkildə keçmiş, Darçın Hüseynova isə yolu ondan arxada keçərkən qara rəngli VAZ 21154 markalı **-RM-*** dövlət nömrə nişanlı avtomobil onu vurmuşdur. Həmin vaxt onun avtomobilin arxasında və qabağında avtomobil olmamış, qadınlar sol qapından düşmüşlər, hadisə baş verən zaman səs siqnalı eşitməmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid2 ifadəsindən görünür ki, Gədəbəy rayonunun Parakənd kəndində ailə üzvləri ilə birlikdə yaşayır. X6 həmkəndlisi olmuşdur. 15 mart 2021-ci il tarixdə günorta saatlarında qohumu Şahid3 Niva markalı avtomobili ilə Şəmkir rayonundan dəfn mərasimindən qayıtmışdır. Yolun Gədəbəy rayonu, Arıqdam kəndi ərazisindən keçən hissəsində avtomobilin sürücüsü Sübhandan bazarlıq etmək üçün bazarın qarşısında saxlamağı xahiş etmişdir. Həmin vaxt Darçın Hüseynova da bazardan nəsə almaq istədiyini demiş və onunla birlikdə bazara getmək istədiyini bildirmişdir. Sübhan avtomobili Gədəbəy şəhəri istiqamətində torpaq yola, yəni, sağ tərəfə çəkib bazarın qarşısında saxlamışdır. Sonra sürücü Sübhan Niva markalı avtomobil iki qapılı olduğuna və qabaq sağ oturacaqda Saməddin oturduğuna görə avtomobildən yerə düşərək onların düşməsi üçün şərait yaratmışdır. Avtomobildən əvvəlcə özü düşmüş, sağ tərəfə baxarkən Gədəbəy şəhəri istiqamətindən qara rəngli bir maşının yüksək surətlə gəldiyini görmüş, tez qaçaraq yolu bazar tərəfə keçmişdir. Asfaltı keçdikdən dərhal sonra bərk səs gəldiyini eşidib geri çönmüş və Darçın Hüseynovanın asfaltın ortasına yıxıldığını və Darçından təxminən 2-3 metr kənarda həmin qara maşının dayandığını görmüşdür. Həmin vaxt qara rəngli avtomobilin Darçını vurduğunu başa düşmüşdür. Avtomobilin sürücüsü və avtomobildə olan iki nəfər, biri kişi biri qadın olmaqla sərnişin qaçaraq Darçın Hüseynovun yanına getmişlər. X11 yerdən qaldırmağa çalışmışlar, lakin yerdən qaldıra bilmədikləri üçün təcili tibbi yardıma zəng etmişlər. Daha sonra həkimlər və polislər gəlmişlər. Darçın Hüseynovaya yaxınlaşan zaman onun son dəqiqələrini yaşadığını hiss etmişdir. Hadisə baş verən zaman səs siqnalı eşitməmiş, yalnız vurulma səsini eşitdiyi üçün geriyə çbaxanda Darçının yolun ortasında yıxıldığını görmüş, avtomobilin Darçını hansı şəraitdə və necə vurmasını görməmişdir. Təqsirləndirilən şəxs ifadəsində düzgün hadisəni təsvir etməmiş, o və Darçın Ford markalı avtomobilin arxasından çıxaraq yolu keçməmişlər, Sübhana məxsus Niva markalı avtomobilin sürücü tərəfdən, yəni, sol qapıdan düşüb yolu keçmişlər. Həmin vaxtı Sübhanın avtomobilinin qarşısında və arxasında başqa avtomobil olmamışdır. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İşdə olan X17 Protokolundan görünür ki, hadisə Gədəbəy-Şəmkir avtomobil yolunun 1-ci kilometrliyində, rayonun Arıxdam kəndindən keçən hissəsində Gədəbəy rayon mərkəzi bazarının qarşısında baş vеrmişdir. Sürücü Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21154 minik markalı, **-RM-*** dövlət qеydiyyat nişanlı avtоmaşını ilə Şəmkir rayonu istiqamətdə hərəkətdə olarkən Gədəbəy rayon Mərkəzi bazarının bərabərliyində yolu keçən piyada X5 yolun sağ tərəfində asfalt yolun ehtiyat hissə ilə birləşdiyi yerdə vurmuşdur. Avtоmaşının hərəkəti istiqamətində sağ tərəfdə 4 metr enində, sol tərəfdə isə 2 metr ehtiyyat hissə vardır. Yol asfalt örtüklü olmaqla yoxuşdur, çökəklik və çala çuхur yохdur. Hadisə baş vеrən zaman gündüz, yağışsız, dumansız, yоl quru, görünüş kiфayət qədər оlmuşdur. Avtоmaşının təkərlərindən hadisə yеrində asfalt üzərində 14 metr səthi şin izləri vardır. Hadisə baş vеrən yеr yaşayış məntəqəsi hеsab оlunur. Ona görə də həmin yerdə sürət həddi 60 km/ saatdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X16 Gədəbəy Rayon Şöbəsinin 15.03.2021-ci il tarixli 04 nömrəli ekspertiza Rəyindən görünür ki, X1 meyitinin bədənində aşkar edilmiş xəsarətlərbaşın hematoması, əzilmiş yarası ilə müşaiyət olunan qapalı kəllə beyin travması, baş beyin maddəsinə və qişalarına qansızma, döş qəfəsinin qapalı küt travması, sağ ağ ciyərin zədələnməsi nəticəsində törənmiş daxili qanaxma, sağ 4-5-ci qabırğaların qəlpəli sınığı, sağ saidin əzilmiş yarası ilə müşaiyət olunan sağ said sümüklərinin açıq sınıqları, sağ dizin sıyrığı, sağ baldırın əzilmiş sıyrılmış yarası küt əşyaların təsirindən, ola bilsin qərarın təsviri hissəsində göstərilən 15 mart 2021-ci il tarixli avtomobil qəzası-avtomobilin piyadanı vurması nəticəsində törənmişlər. Qeyd olunan xəsarətlərdən başın hematoması, əzilmiş yarası ilə müşaiyət olunan qapalı kəllə beyin travması, baş beyin maddəsinə və qişalarına qansızma, döş qəfəsinin qapalı küt travması, sağ ağ ciyərin zədələnməsi nəticəsində törənmiş daxili qanaxma, sağ 4-5-ci qabırğaların qəlpəli sınığı, sağ saidin əzilmiş yarası ilə müşaiyət olunan sağ said sümüklərinin açıq sınıqları həyat üçün təhlükəli olan sağlamlığa ağır zərəvurma, sağ baldırın əzilmiş sıyrılmış yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya, sağ dizin sıyrığı isə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malikdirlər. X1 ölümünə səbəb sağ ağ ciyərin zədələnməsi nəticəsində törənmiş daxili qanxama olmuşdur. Mərhumun ölümü ilkin meyit əlamətlərinin inkişafına əsasən demək olar ki, meyitin müayinəsindən 2-4 saat əvvəl müddətə baş vermişdir. X1 meyitinin bədənində aşkar olunmuş xəsarətlər avtomobilin piyadanı vurması nəticəsində törənə bilərdilər. İşdə olan nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi məqsədilə aparılan 15 mart 2021-ci il tarixli 102 saylı sərxoşluq vəziyyətinin tibbi müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı ayıq olmuşdur. İşdə olan AE 329580 seriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs avtomobili idarə etmək üçün BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 24 may 2021-ci il tarixli 8/1002 saylı məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının Rəyindən görünür ki, VAZ-21154 markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Qeyd: İstintaq tərəfindən qərarda yolun yoxuşlu olduğu göstərilmiş, lakin yoxuşluluğun dərəcəsi müəyyən edilməmişdir. Ona görə də tədqiqat yolun düz vəziyyətinə uyğun aparılmışdır. Qeyd edilir ki, yoxuşlu yolda nəqliyyat vasitəsinin sabitləşmiş yavaşıması artdığından avtomobilin dayanma yolu azalmış olur və onun hadisənin qarşısını almaq imkanı da artacaqdır və bu halda rəyin nəticəsi dəyişməyəcəkdir. İşdə olan Ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisinin Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs qardaşı X12 14 sentyabr 2003-cü il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən aldığı güllə yarasından vəfat etmişdir və o, şəhid ailəsi üzvüdür. İşdə olan Gədəbəy RİHB-nın Qoşabulaq Kəndi İƏD-ü üzrə Nümayəndəsi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış eri üzrə müsbət xarakterizə edilir. Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda-üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 15 mart 2021-ci il tarixdə saat 14:30 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan VAZ-21154 minik markalı, **-RM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gədəbəy-Şəmkir avtomobil yolunun 1-ci kilometrliyində, rayonun Arıxdam kəndindən keçən hissəsində saatda 60 kilоmеtr sürətlə hərəkətdə оlarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pоzaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün оlan tədbirləri görməli оlduğu və həmin tələblərə riayət еtməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, buna əməl еtməyərək, Gədəbəy Rayon Mərkəzi Bazarının bərabərliyində yolun sol tərəfindən sağ tərəfinə keçən piyada X5 yolun sağ tərəfində asfalt yolun ehtiyat hissə ilə birləşdiyi yerdə vuraraq, ona sol dizin sıyrığı qismində sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən, sağ baldırın əzilmiş-sıyrılmış yarası qismində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran, başın hematoması, əzilmiş yarası ilə müşaiyət olunan qapalı kəllə beyin travması, baş beyin maddəsinə və qişalarına qansızma, döş qəfəsinin qapalı küt travması, sağ ağ ciyərin zədələnməsi nəticəsində törənmiş daxili qanaxma, sağ 4-5-ci qabırğaların qəlpəli sınığı, sağ saidin əzilmiş yarası ilə müşaiyət olunan sağ said sümüklərinin açıq sınıqları qismində həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarətləri yetirərək, sağ ağ ciyərin zədələnməsi nəticəsində törənmiş daxili qanaхma səbəbindən Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ehtiyyatsızlıqdan Darçın Hüseynovanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsini etmiş və bununla da Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Ona görə də o, təqsirə görə məsuliyyət prinsipi baxımından cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Azərbaycan Rеspublikası CM-nin 59.1.1; 59.1.12; 59.1.13. və 59.2-ci maddələrinə əsasən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayətin törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, cinayət nəticəsində dəymiş ziyanı ödəməsini, şəhid ailəsi üzvü olmasını, təqsirini etiraf etməsini, əməlindən peşman olmasını təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs münasibətdə cəzanı yüngülləşdirən halların məcmusuna qiymət verərək, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən şəxsiyyətini səciyyələndirən halları, eləcə də, təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsirini, habelə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun vurulmuş ziyanın aradan qaldırılmasına yönəlmiş hərəkətlər etməsini, habelə, cəzanın ədalətli olması və onun islah olunmasına təsirini təmin etmək məqsədilə, təqsirləndirlən şəxsin cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün sayır və hesab edir ki, onun barəsində təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəza şərti olaraq tətbiq edilməldir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələblərinə əsasən nəzərə alır ki, iş üzrə maddi sübut kimi tanınmış VAZ-21154 minik markalı, ** RM *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil sahibi Təqsirləndirilən şəxs qaytarılmışdır. İş üzrə ekspertiza xərci olan 100 manat Təqsirləndirilən şəxs alınaraq, dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPMnin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası şərti hesab edilsin və Təqsirləndirilən şəxs 01 (bir) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının dəyəri 100 (yüz) manat məhkəmə xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilsin. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №1(042)-52/2021
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-52/2021
09.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver