Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 1(042)-52/2022 10.11.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X1 oğlunun katibliyi, dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1997-ci ildə Gədəbəy rayonu, Düzyurd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, fərdi əməklə məşğul olan, Gədəbəy rayonu Düzyurd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 128-ci maddəsi təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 29 iyun 2022-ci il tarixdə saat 09 radələrində Gədəbəy rayonu, Düzyurd kəndi ərazisində yerləşən örüş sahəsində xırdabuynuzlu heyvanların ona məxsus otlaq sahəsinə girib otlamasına görə aralarında yaranmış şəxsi münasibətlərin pozulması zəminində mübahisə zamanı Zərərçəkmiş şəxs baş və qulaq nahiyyələrinə qəsdən yumruqla vuraraq ona başın və sol qulaq seyvanının hematomaları, geniş ölçülü qançırları, sol yanağın şişkinliyi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bildi və göstərdi ki, Gədəbəy rayonu Düzyurd kəndində yaşayır. Zərərçəkmiş şəxs həmkəndlisi olaraq tanıyır və aralarında düşmənçilik yoxdur. Gədəbəy rayonu Düzyurd kənd ərazisində ona məxsus 0,84 hektar əkin və biçənək sahəsi vardır. Dəfələrlə həmkəndlisi Müzəffərin xırdabuynuzlu heyvanları onun örüş torpaq sahəsinə girir və maddi ziyan vurur. 29 iyun 2022-ci il tarixdə saat 09 radələrində Zərərçəkmiş şəxs yenidən xırdabuynuzlu heyvanlarını onun biçənək sahəsinə salıb otardığını görmüşdür. O, Zərərçəkmiş şəxs yaxınlaşıb biçənək sahəsində heyvanlarını otarmamasını və çıxardıb aparmasını xahiş etmişdir. Buna baxmayaraq Müzəffər onu təhqir etmiş, bununla əlaqədar aralarında mübahisə olmuş, o da əli ilə Müzəffərin sifət nahiyəsinə vurmuşdur. Sonra Müzəffər heyvanlarını onun torpaq sahəsindən çıxarıb getmişdir. R.Rəşad məhkəməyə ərizə təqdim edərək bildirdi ki, o əməlindən səmimi peşmandır. Zərər çəkmiş şəxslə barışmış və ona vurduğu ziyan tam ödənilmişdir. Zərər çəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Odur ki, onun barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Gədəbəy rayonu, Düzyurd kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. xx.xx.2007-ci il təvəllüdlü Şahid onun oğludur. Rzayev Rəşad İlqar oğlu isə qonşusudur. Onunla aralarında əvvəllər heç bir düşmənçilik və ədavəti olmamışdır. Oğlu Şahid 28 iyun 2022-ci il tarixdə saat 09 radələrində yaşadıqları kənd ərazisində yerləşən örüş sahəsində xırda buynuzlu heyvanları otarmışdır. Həmin vaxt oğlu Muradın otardığı heyvanların bir neçəsi Təqsirləndirilən şəxs otlaq sahəsində otlamışdır. Bu zaman Rəşad Rzayev oğlu Murada yaxınlaşaraq onunla mübahisə etmişdir. 29 iyun 2022-ci il tarixdə örüş sahəsində özü heyvanları otaran zaman Təqsirləndirilən şəxs ona yaxınlaşıb heyvanları orada otarmamağı demiş, o isə həmin ərazinin ona məxsus olmadığını bildirmişdir. Bununla əlaqədar onların aralarında mübahisə yaranmışdır. Rəşad mübahisə zamanı yumruqla onun baş və qulaq nahiyyələrinə zərbələr endirmişdir. O, xəsarət almışdır. M.Müzəffər məhkəməyə ərizə təqdim edərək bildirdi ki, təqsirləndirilən şəxslə barışmış və ona vurulmuş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Odur ki, onun barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; - hadisə yerinə baxış keçirilməsi haqqında 01 iyul 2022-ci il tarixli istintaq hərəkəti protokolundan görünür ki, hadisə yeri Gədəbəy rayonu, Düzyurd kənd ərazisində yerləşir. Zərərçəkmiş şəxs baxış zamanı özünün döyüldüyü yeri göstərmişdir. Zərərçəkmiş şəxs döyüldüyü yer dağlıq ərazidən ibarətdir. Hadisə baş verən yerin yaxınlığında tikili yoxdur. - məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 298 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – başın və sol qulaq seyvanının hematomaları, geniş ölçülü qançırları, sol yanağın şişkinliyi Küt əşyaların təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 29 iyun 2022-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərinin xarakterinə, lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətləri özü-özünə yetirə bilməsi inandırıcı deyildir, onun bədən səthində öz boyu səviyyəsindən yıxılmağa xarakterik xəsarət aşkar edilmədi. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməlliyyat və statistik informasiya idarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə araşdırılan sübutları hərtərəfli təhlil edib, qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi onun etirafı ilə yanaşı, zərər çəkmiş şəxsin ifadəsi, eləcə də həmin ifadələri tamamlayan ekspert rəyi ilə və digər dəlillərlə tam sübuta yetir. Məhkəmə onun törətdiyi əməlin Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilməsi ilə razılaşır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək, təqsirləndirilən şəxslə barışdığını, ondan şikayət və tələbinin olmadığını bildirərək işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-nin 73-cü maddəsinin tələbinə görə, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.2 və 40.2.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-nin 72, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda, o cümlədən zərər çəkmiş şəxslə barışdıqda cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 43.3-cü maddəsinin tələbinə görə, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxslərə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 40.2.2-ci maddəsində nəzərdə tutulmuş hallarda işə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun hadisələrin təsadüfi axarı zəminində böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərər çəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının CM-in 128-ci maddəsi ilə olan cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə məhkəmə məsrəfi, mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 40, 43 və 321.2.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqbinə zərər çəkmiş şəxslə barışdığına, vurulmuş zərəri aradan qaldırdığına görə xitam verilsin və cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №1(042)-52/2022
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №1(042)-52/2022
10.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver