Məhkəmə qərarları › İş №1(042)-52/2023

Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-52/2023

16.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-52/2023 16.11.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon(Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxx 1993-cü il tаriхdə Gədəbəy rayonunda doğulmuş, Аzərbаycаn Rеspublikаsının vətəndаşı, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Gədəbəy rayonu, Parakənd kəndində yаşаyаn, bаrəsində 12 avqust 2022-ci il tаriхdən poisin nəzarəti altına vermə qətimkаn tədbiri sеçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayından 09 iyun 2022-ci il tarixədək istintaqa dəqiq məlum olmayan vaxtda Zərərçəkmiş şəxs əri X3 ilə onun yaşadığı evdə qalmalarından istifadə edərək, onunla cinsi əlaqədə olmadığı halda, Zərərçəkmiş şəxs evdən bayıra çıxaracağı, dağın zirvəsindən aşağı atacağı və başını kəsəcəyi ilə hədə-qorxu gəlib, sonuncunu özündən asılı vəziyyətə salaraq, seksual xarakterli hərəkətlər etməyə məcbur etmiş və yaşadığı evdə sonuncu ilə bir neçə dəfə seksual xarakterli hərəkətlər etdiyinə görə Azərbaycan Respublikası CM-nin 151-ci maddəsi ilə ittiham edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ifadə verərək, göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Parakənd kəndində yaşayır və fərdi əməklə məşğul olur. X4 onun doğma xalası oğlu, Zərərçəkmiş şəxs isə Ədalətin qeyri-rəsmi həyat yoldaşıdır. Ədalət və Əminə ailə qurub Gədəbəy rayonu İnəkboğan kəndindəki baba yurdlarında yaşamışlar. Gədəbəy rayonu, Arıqıran kənd sakini mağaza işlədən Araz ona Ədalətin İnəkboğan kəndində qaldığı müddətdə onun mağazasından 125 manatlıq geyim əşyalarını borc alıb pulunu verməməsini bildirmişdir. Buna görə o, Ədalətə onun evinə köçüb həmkəndlilərinin heyvanlarını pul qarşılığında otararaq, borclarını verməsini və dolanmasını təklif etmişdir. Sonuncu onun təklifi ilə razılaşıb Əminə ilə birlikdə onun evinə köçmüş, bir ay 15 gün ərzində onun evində yaşamışlar. Ədalət həmin müddət ərzində kənd sakinlərinin yerinə heyvan otarmış, Əminə isə ev işləri görmüşdür. Ədalət 25 ərzində günə 10 manatdan heyvan otarıb 250 manat qazanmış, borclarını vermişdir. Bu müddət ərzində o, bir neçə dəfə Əminə ilə cinsi əlaqəda olmuşdur. Lakin bu barədə kənd cammatı arasında söhbətlər yarandığını eşitmiş və bundan sonra Əminə və Ədaləti evdən qovmuşdur. Törətdiyi əməldən peşmandır. Zərərçəkmişlə barışmışdır. Qərar çıxarılarkən bu halların nəzərə alınmasını xahiş edir. 02 noyabr 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək, bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Tovuz rayonu, Qovlar şəhərində yaşayır, İİ qrup əlildir. Gədəbəy rayonu, İnəkboğan kənd sakini X4 ilə 2020-ci ildə qeyrirəsmi ailə qurmuşdur. Ədalətlə birlikdə müxtəlif şəxslərə çobanlıq edərək, dolanışıqlarını təmin etmişlər. Gədəbəy rayonu, Parakənd kənd sakini Təqsirləndirilən şəxs əri Ədalətin doğma xalası oğludur. 2022-ci il mart ayının sonlarında Röyal onun əri Ədalətə zəng vuraraq, kəndlərində heyvan növbəsinə getməyi və onun heyvanlarını otarmağı təklif etmişdir. Ədalət Röyalın təklifi ilə razılaşmış və onlar birlikdə Parakənd kəndində Röyalın evinə gəlmişlər. Onlar üç ay müddətində Röyalın evində yaşamış, Ədalət heyvan otarmış, o, isə ev işləri görmüşdür. Orada qaldığı vaxt dəqiq xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs cinsiyyət orqanını çıxarıb, onunla seksual xarakterli hərəkətlər etməsini istəmiş, o, etiraz etdikdə Röyal kənd ərazisində olan dağı ona göstərib, “səni o dağdan atacam, heç kəs yerini bilməyəcək, sənin başını kəsəcəm” kimi sözlər deyib, onu qorxudaraq cinsiyyət orqanını ona öpdürmüşdür. Röyalın ona qarşı belə hərəkətləri orada yaşadığı müddət ərzində davam etmişdir. Evdə qaldığı müddət ərzində Təqsirləndirilən şəxs həmkəndlisi Lılıx adı ilə tanınan X10 həmin evə gəlmiş, Röyal ilə birlikdə spirtli içki qəbul etdikdən sonra evdə heç kimin olmamasından istifadə edərək, Asif onunla cinsi əlaqədə olmaq istədiyini bildirmiş və Röyalın istəyi ilə o, Asif Quliyevlə cinsi əlaqədə olmağa məcbur olmuşdur. 2022-ci ilin may ayında Röyal və Asif evdə birlikdə yeyib-içdikdən sonra onun Ədalətlə birlikdə qaldığı otağa daxil olmuşlar və Asif Röyalın yanında onunla cinsi əlaqədə olmağını istəmişdir. O, etiraz etsə də, Asif onu üzü üstə çarpayıya yıxıb, təbii və qeyri təbii yolla bir dəfə onunla cinsi əlaqədə olmuşdur. Bu barədə Təqsirləndirilən şəxs etiraz etdikdə, sonuncu onu öldürəcəyi, gecə vaxtı çöldə qoyacağı və danışa bilməməsi üçün dilini kəsəcəyi ilə hədələdiyi üçün qorxmuşdur. Röyalın evindən getdikdən sonra anasına məlumat vermiş, daha sonra isə Gədəbəy Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs tərəfindən döyülməsi, seksual xarakterli hərəkətlərə məruz qalması barədə şikayət ərizəsi vermişdir. Hazırda təqsirləndirlən şəxslə barışmışdır. Ondan şikayəti yoxdur. Ona yüngüı cəza verilməsini xahiş edir. Məhkəmə iclasında elan edilmiş Şahid ifadəsindən görünür ki, Gədəbəy rayonu, İnəkboğan kəndində qeydiyyatda olmaqla yaşayır və fəhləliklə məşğul olur. X3 həmkəndlisi, Zərərçəkmiş şəxs isə Ədalətin qeyri-rəsmi arvadıdır. Sonuncular ilə əvvəllər aralarında ədavət, narazılıq olmamışdır. Ədalət nənəsi Lalə Mustafayevanın evində arvadı Əminə ilə birlikdə yaşamışdır. Gədəbəy rayonu, Parakənd kənd sakini Təqsirləndirilən şəxs ilə bir neçə il əvvəl aralarında narazılıq, küsülüllük olsa da lakin, sonradan barışmışlar və münasibətləri yaxşı olmuşdur. Zərərçəkmiş şəxs İnəkboğan kəndində qaldığı müddətdə əxlaqsızlıq etməsini eşitməmiş və görməmişdir. Bundan başqa onun çox funksiyalı mobil telefonu ümumiyyətlə, olmamış, Əminə ilə kiminsə cinsi əlaqədə olması barədə video görməmiş, Röyala belə hər hansı video görüntü göndərməmişdir. Əminə və Ədalət 2022-ci ilin mart ayından iyun ayının əvvəllərinə qədər Təqsirləndirilən şəxs evində qalmışlar. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-cimaddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X9 Gədəbəy Rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli 278 saylı ekspert rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs bədən səthində hər hansı xəsarət aşkar edilməmişdir. Zərərçəkmiş şəxs ilə arxa keçəcək dəliyi vasitəsilə qeyri-təbii yolla cinsi əlaqədə olmağa xarakterik əlamətlər aşkar edilməmişdir. İşdə olan Baxış keçirilmə haqqında protokoldan görünür ki, təqdim edilmiş diskdə olan birinci video 00:50 dəqiqə müddətində davam edir. Həmin görüntüdə Zərərçəkmiş şəxs əynində palıdı rəngli kofta olması görünür. Zərərçəkmiş şəxs üzü görünməyən şəxsin cinsiyyət orqanını öpməsi və müxtəlif xarakterli seksual hərəkətlər etməsi görünür. Video görüntüdə arxa fonda aşıq musiqisi olduğu üçün kənar səslər eşidilmir. Zərərçəkmiş şəxs həmin görüntüdə olan şəxsin özünün olduğunu, videonu çəkən və ona ona cinsiyyət orqanının öpdürən və onun ilə seksual xarakterli şəxsin isə ərinin xalası oğlu olan Təqsirləndirilən şəxs olması hadisənin tarixini dəqiq xatırlamadığını və hadisənin Təqsirləndirilən şəxs yaşadığı evdə olan Təqsirləndirilən şəxs yatdığı otaq olduğunu bildirmiş, Zərərçəkmiş şəxs Röyal Abbbasovun həmin vaxtı onu öldürməklə hələyərək onun cinsiyyət orqanını ilə həmin hərəkətləri etməsini məcbur etdiyini bildirmişdir. İkinci video 00:45 dəqiqə davam edir həmin videoda bir nəfər kişinin çarpayının üzərində üzü üstə uzanmış qadın cinsində olan şəxslə bənzəyən qadının üzərində seksual xakarterli hərəkətlər etməsi, otaqda bir ədəd çarpayı, üç ədəd balış, bir ədəd qırmızı rəngli elektrik sobasının olması, bir nəfər şəxsin həmin videoya çəkməsi və bir nəfər şəxsin əli görünür, videoda arxa fonda musiqi olduğu üçün kənar şəslər eşidilmir. Zərərçəkmiş şəxs çarpayıda üzü üstə uzanmış şəxsin ozü olduğunu, onun uzərində olan şəxsin Gədəbəy rayonu, Parakənd kənd sakini X10 olmasını, həmin otağın Təqsirləndirilən şəxs evində onlar yaşadığı otaq olmasını, həmin gün X11 Abbasov ilə onlar yaşadığı evdə spirtli içki qəbul etdikdən sonra, Təqsirləndirilən şəxs onun ilə cinsi əlaqədə olmağa məcbur etdiyini, onu evdən çıxaracağını bildirmişdir. Asif Quliyevin həmin vaxtı onun ilə qeyri təbii yolla cinsi əlaqədə olduğunu, hadisənin nə vaxt baş verdiyini xatırlamadığını, videonu Təqsirləndirilən şəxs çəkdiyini, digər şəxsin kim olduğunu bilmədiyini göstərmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Goranboy Rayon X6 X2 Şöbəsinin 512 saylı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2002-ci il tarixdən Goranboy RMX-nın poliklinkasının ruhi-əsəb kabinetində “üzvü mənşəli (ağır kəllə beyin travması nəticəsində) şəxsiyyət pozğunluğu intelektual-imnestik enmə qavrama yaddaş zəifliyi” diaqnozu ilə dispanser qeydiyyatında dayanır və İİ qrup əlildir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Psixonevroloji Dispanserinin Məhkəmə-Psixiatrik Ekspertizasının 05 iyul 2022-ci il tarixli, 424 saylı ekspert rəyindən göründüyü kimi Zərərçəkmiş şəxs üzvü mənşəli kəllə beyin travması nəticəsində şəxsiyyət pozğunluğu mnestik pozuntularla XBT 10 (psixi və davranış pozuntuları beynəlxalq təsnifatı 10-cu baxış) F07.0 xəstəliyi keçirməsinə baxmayaraq, həmin xəstəlik əlamətlərinin mülayim ifadəli olması səbəbindən o, baş vermiş hadisələri tam düzgün qavrayıb, həmin hadisələr barəsində tam düzgün rəy verə bilməz. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin Məhkəmə-Psixiatrik Ekspertizasının 10 noyabr 2022-ci il tarixli, 684 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs kəllə-beyin travmasından sonrakı yüngül debillik səviyyəsində ağıl zəifliyi, davranış pozuntuları XBT 10(psixi və pozuntularının bexnəlxalq təsnifatı 10-cu baxış) F70.1 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətlərinin az ifadəli olması səbəbindən ona şamil edilən hazırkı cinayət əməlini törədərkən öz əməlini faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, öz hərəkətlərini idarə etmək imkanına malik olmuş, yəni, anlaqlı olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs əməli AR.CM-nin 21.1 və 2-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərini ölçübbiçmək və hərəkələrini idarə etmək iqtidarındadır. İşdə olan ərizələrdən görünür ki, zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi təqsirləndirlən şəxslə barışmışlar, ondan şıkayət və tələbləri yoxdur. İşdə olan Protokol və Qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 10 avqust 2022ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 12 avqust 2022-ci il tarixdə ona Azərbaycan Respublikası CM-nin 151-ci maddəsi ilə ittiham elan edilmiş, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və MSY-dən azad edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İdarəsi tərəfindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Gədəbəy RİHB-nın Parakənd Kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 151-ci maddəsinə əsasən əmlakının məhv edilməsi, zədələnməsi və ya götürülməsi hədəsi ilə və yaxud zərərçəkmiş şəxsin maddi və ya sair asılılığından istifadə etməklə onu cinsi əlaqəyə girməyə, uşaqbazlığa və ya seksual xarakterli digər hərəkətlərə məcbur etmə-bir ildən iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə istintaqı zamanı təhqiq edilmiş sübutlarla təsdiq edilmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayından 09 iyun 2022-ci il tarixədək istintaqa dəqiq məlum olmayan vaxtda Zərərçəkmiş şəxs əri X3 ilə onun yaşadığı evdə qalmalarından istifadə edərək, onunla cinsi əlaqədə olmadığı halda, Zərərçəkmiş şəxs evdən bayıra çıxaracağı, dağın zirvəsindən aşağı atacağı və başını kəsəcəyi ilə hədə-qorxu gəlib, sonuncunu özündən asılı vəziyyətə salaraq, seksual xarakterli hərəkətlər etməyə məcbur etmiş və yaşadığı evdə sonuncu ilə bir neçə dəfə seksual xarakterli hərəkətlər etmiş və bununla da Azərbaycan Respublikası CM-nin 151-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirlən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 151-ci maddəsi ilə düzgün tövsif edilmişdir və ona görə də, o, təqsirə görə məsuliyyət prinsipi baxımından cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 61.1.7-ci maddəsinə əsasən cinayətin təqsirkar üçün aşkar surətdə köməksiz vəizyyətdə olan şəxsə qarşı törədilməsi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 59.1.12. və 59.2-ci maddələrinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi, təqsirini etiraf etməsi, əməlindən peşman olması və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. Məhkəmə işin faktiki hallarına və təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların məcmusuna qiymət verərək, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, hesab edir ki, şəxsiyyətini səciyyələndirən hallar, eləcə də, təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsiri nəzərə alınmalı, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində Təqsirləndirilən şəxs islah işləri növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübutlar, məhkəmə xərcləri və mülki iddia yoxdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona qazancının 10 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 10 avqust 2022-ci il tarixdən 12 avqust 2022-ci il tarixə qədər tutulması nəzərə alınsın və Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq, 01 (bir) il 11(onbir) ay 26 (iyirmi altı) gün islah işləri cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs qazancından dövlət nəfinə pul tutulmaları aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar