Məhkəmə qərarları › İş №1(042)-53/2020

Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-53/2020

22.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-53/2020 22.10.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon(şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və onların müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxx 1957-ci il tarixdə Gədəbəy rayonu, Zəhmətkənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali savadlı, Gədəbəy Rayonu Zəhmət X24 Məktəbində müəllim işləyən, Gədəbəy rayonu, Zəhmət kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx xxxx 1963-cü il tarixdə Gədəbəy rayonu, Xarxar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu, Zəhmətkənd kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə xx xxxxxxx 2020-ci il tarixdə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi ilə ittiham edilmişdir ona görə ki, Gədəbəy rayonu, Zəhmətkənd bələdiyyəsinin mülkiyyətində olan ümumi istifadə üçün nəzərdə tutulan su bulağının iddiaçı X3 tərəfindən istifadə edilməsinə yaradılan maneələrin aradan qaldırılması barədə Gədəbəy rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(042)-601/2018 saylı qətnaməsinin icrası ilə əlaqədar həyata keçirilən icra tədbiri zamanı xx xxxx 2020-ci il tarixdə saat 15 radələrində onun yaşadığı fərdi yaşayış evinə Gədəbəy rayon İcra Hakimiyyəti Başçısının Zəhmətkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahid11, Gədəbəy rayon Polis şöbəsinin İctimai təhlükəsizlik bölməsinin rəisi, polis polkovnik-leyetnantı Zərərçəkmiş şəxs1, həmin bölmənin polis sahə rəisləri, polis leytenantı Zərərçəkmiş şəxs2, polis kapitanı X6, sahə polis nəfəri polis baş serjantı Zərərçəkmiş şəxs3, Post patrul Xidməti bölüyünün komandiri polis leytenantı Şahid5, həmin bölüyün manqa komandiri, polis serjantı Şahid6, polis nəfərləri, polis kiçik serjantı Şahid4, polis baş serjantı Şahid7, Post patrul Xidməti tağımının polis nəfəri, polis sıravisi Zərərçəkmiş şəxs4 və qeyriləri ilə birlikdə gələn Gədəbəy rayon İcra və Probasiya şöbəsinin rəisi Şahid1, icra məmurları Şahid2 Əsgər oğlu və Şahid3 tərəfindən qanuni qüvəyə minmiş məhkəmə qətnaməsində göstərilən su bulağının Yasəmən Sadıqova tərəfindən istifadə edilməsinə yaradılan maneələrin aradan qaldırılması ilə bağlı göstərişlərin könüllü icra edilməsi barədə edilmiş təkliflə razılaşmayaraq rayon icra və probasiya şöbəsi əməkdaşlarının məcburi icra hərəkətlərini icra etməsinə qəti olaraq etirazını bildirib, onu maneə yaratmaması və qətnamənin icra edilməsi üçün nizamintizama dəvət edən, qətnamənin rayon icra və probasiya şöbəsi əməkdaşları tərəfindən məcburi icrası zamanı ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində hakimiyyət nümayəndəsi kimi qanunvericiliklə müəyyən edilmiş xidməti vəzifələrini yerinə yetirən Gədəbəy rayon polis şöbəsinin İctimai təhlükəsizlik bölməsinin rəisi, polis polkovnikleyetnantı Zərərçəkmiş şəxs1, həmin bölmənin polis sahə rəisi, polis leytenantı Zərərçəkmiş şəxs2, sahə polis nəfəri polis baş serjantı Zərərçəkmiş şəxs3 və Post patrul Xidməti tağımının polis nəfəri, polis sıravisi Zərərçəkmiş şəxs4 üzərinə məcburi icra tədbirinin həyata keçirilməsini dayandırmaq, polis əməkdaşlarını qorxutmaq və xidməti vəzifələrinin icrasına mane olmaq məqsədilə əlində olan balta ilə hücum etmiş, daha sonra zor tətbiq edərək yumruqla vuraraq polis siravisi Zərərçəkmiş şəxs4 sağ əlin və sağ saidin sıyrıqları formasında ağırlıq dərəcəsi təyin edilməyindən sağlamlığa zərər vurmayan bədən xəsarətlərİ yetirib müqavimət göstərmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi ilə ittiham edilmişdir ki, ona görə ki, o, Gədəbəy rayonu Zəhmətkənd bələdiyyəsinin mülkiyyətində olan ümumi istifadə üçün nəzərdə tutulan su bulağının iddiaçı X3 tərəfindən istifadə edilməsinə yaradılan maneələrin aradan qaldırılması barədə Gədəbəy rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(042)-601/2018 nömrəli qətnaməsinin icrası ilə əlaqədar həyata keçirilən icra tədbiri zamanı xx xxxx 2020-ci il tarixdə saat 15 radələrində onun yaşadığı fərdi yaşayış evinə Gədəbəy rayon İcra Hakimiyyəti Başçısının Zəhmətkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahid11, Gədəbəy rayon Polis şöbəsinin İctimai təhlükəsizlik bölməsinin rəisi, polis polkovnik-leyetnantı Zərərçəkmiş şəxs1, həmin bölmənin polis sahə rəisləri, polis leytenantı Zərərçəkmiş şəxs2, polis kapitanı X6, sahə polis nəfəri polis baş serjantı Zərərçəkmiş şəxs3, Post patrul Xidməti bölüyünün komandiri polis leytenantı Şahid5, həmin bölüyün manqa komandiri, polis serjantı Şahid6, polis nəfərləri, polis kiçik serjantı Şahid4, polis baş serjantı Şahid7, Post patrul Xidməti tağımının polis nəfəri, polis sıravisi Zərərçəkmiş şəxs4 və qeyriləri ilə birlikdə gələn Gədəbəy rayon İcra və Probasiya şöbəsinin rəisi Şahid1, icra məmurları Şahid2 Əsgər oğlu və Şahid3 tərəfindən qanuni qüvəyə minmiş məhkəmə qətnaməsində göstərilən su bulağının Yasəmən Sadıqova tərəfindən istifadə edilməsinə yaradılan maneələrin aradan qaldırılması ilə bağlı göstərişlərin könüllü icra edilməsi barədə edilmiş təkliflə razılaşmayaraq rayon icra və probasiya şöbəsi əməkdaşlarının məcburi icra hərəkətlərini icra etməsinə qəti olaraq etirazlarını bildirmiş, onları maneə yaratmamaları və qətnamənin icra edilməsi üçün nizam-intizama dəvət edən, qətnamənin rayon icra və probasiya şöbəsi əməkdaşları tərəfindən məcburi icrası zamanı ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində hakimiyyət nümayəndəsi kimi qanunvericiliklə müəyyən edilmiş xidməti vəzifələrini yerinə yetirən Gədəbəy rayon Polis şöbəsinin İctimai təhlükəsizlik bölməsinin rəisi, polis polkovnik-leyetnantı Zərərçəkmiş şəxs1, həmin bölmənin polis sahə rəisi, polis leytenantı Zərərçəkmiş şəxs2, sahə polis nəfəri polis baş serjantı Zərərçəkmiş şəxs3 və Post patrul Xidməti tağımının polis nəfəri, polis sıravisi Zərərçəkmiş şəxs4 üzərinə məcburi icra tədbirinin həyata keçirilməsini dayandırmaq, polis əməkdaşlarını qorxutmaq və xidməti vəzifələrinin icrasına mane olmaq məqsədilə bir əlində olan balta ilə hücum etmiş, Zərərçəkmiş şəxs1 üzərinə digər əlindəki 1 litrlik plastik butulkanın içərisindəki A-93 markalı benzinin müəyyən hissəsini tökməklə və xidməti geyim formasına əli ilə zədə yetirməklə, eləcə də zor tətbiq edərək yerə yıxmaqla ona başın qançırı və sol əlin sıyrığı formasında ağırlıq dərəcəsi təyin edilməyən sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirməklə müqavimət göstərmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş,ifadə verərək göstərmişdir ki, o, qızı Esmira Məmmədəliyeva və arvadı Təqsirləndirilən şəxs2 ilə birlikdə Gədəbəy rayonu, Zəhmətkənd kəndində yerləşən, özünə məxsus fərdi yaşayış evində yaşayır. Yaşadığı fərdi yaşayış evinin həyətində bulaq vardır. Həmin bulaq yaşadığı ev tikilməmişdən qabaq evin bünövrəsindən axıb Gədəbəy rayonu Qarabulaq kəndinə getmişdir. Lakin yaşadığı fərdi yaşayış evinə çəkdiyi suyu Ələddin Məmmədov kəsdiyindən o, evinin bünövrəsindən axan suyu kəsib özü üçün istifadə etməyə başlamışdır. 2016-cı ildə Gədəbəy rayonu, Qarabulaq kənd sakini Yasəmən Sadıqova onun evinin bünövrəsindən axan sudan istifadə etmək barədə Gədəbəy Rayon Məhkəməsinəmüraciət etmiş və məhkəməişə baxaraq, iddianı təmin etməyib sudan istifadə etmək hüququnu yalnız ona vermişdir. Yasəmən Sadıqova təkrar Gədəbəy Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, sudan istifadə etmək barədə tələb irəli sürmüşdür. X7 tələbi təmin edilməmiş və məhkəmənin qərarı ilə sudan istifadə hüququ ona verilmişdir. 2017-ci ildə X20 İnzibati-İqtisad Məhkəməsinə şikayət edib həmin sudan istifadə tələbini irəli sürmüşdür. Gəncə İnzibati-İqtisad Məhkəməsinin hakimi Kamil Rzayevin qərarı ilə Yasəmən Sadıqovanın iddia tələbi təmin olunmamış və Zəhmətkənd bələdiyyəsinin Yasəmən Sadıqovaya suyun verilməsi ilə bağlı verdiyi sənədə görə Gəncə İnzibati-İqtisad məhkəməsi bələdiyyə sədri mərhum Tofiq Abbasovun əməlinə hüquq qiymət verilməsi ilə bağlı xüsusi qərardad qəbul edərək Gədəbəy rayon prokurorluğuna göndərilmişdir. 2017-ci ildə X20 İnzibati-İqtisad məhkəməsinin qərarından Apelyasiya qaydasında şikayət etmişdir. Gəncə Apelyasiya Məhkəməsi Yasəmən Sadıqovanın şikayətini təmin etməyərək onun xeyrinə qərar qəbul etmişdir. Həmin ilin sonlarında X20 Apelyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət etmiş və Ali Məhkəmə Gəncə Apelyasiya Məhkəməsinin qərarını qüvvədə saxlamışdır. 2018-ci ildə Gədəbəy rayon Məhkəməsinin qərarı ilə onun yaşadığı evin bünövrəsindən axan su ümumi istifadəyə verilmişdir. xx xxxx 2020-ci il tarixdə saat 15:30 radələrində o, arvadı Təqsirləndirilən şəxs2 və qızı Esmira Məmmədəliyeva yaşadığı Gədəbəy rayonu, Zəhmətkənd kəndində yerləşən evdə olarkan, Gədəbəy rayon icra və probasiya şöbəsinin rəisi Şahid1 darvazadan həyətə baxdığını müşahidə etmişdir. O, bayıra çıxdıqda görmüşdür ki, rayon icra və probasiya şöbəsinin əməkdaşları Şahid1 və Tural, eləcə də adlarını tanımadığı polis, yanğından mühafizə və X22 briqadasının əməkdaşları yaşadığı fərdi yaşayış evinin qarşısına toplaşmışlar. Şahid1 ona demişdir ki, məhkəmənin qətanməsində yaşadığı fərdi yaşayış evinin həyətində yerləşən bulaqdan boru çəkilməsi göstərilmişdir. O, Şahid1 sözlərinə etiraz etmişdir ki, Ədliyyə Nazirliyinin İcra Baş idarəsinin rəisi Nürəddin Mustafayevin qəbulunda olmuşdur və qəbulda olarkən ona bildirilmişdir ki, heç kəs onun həyətindən boru çəkə bilməz. Həmin vaxt qızı Esmira Məmmədəliyeva mobil telefonu ilə baş verən hadisəni çəkmək istəmiş və bundan sonra mübahisə yaranmışdır. Onun həyat yoldaşı olan digər Təqsirləndirilən şəxs2əlindəki butulkada olan benzinlə özünü yandırmaq istəmiş, bu zaman benzini polis əməkdaşının da üzərinə dağıtmış, polis əməkdaşları ona mane olmaq istəmiş, qızı ilə arvadı və polis əməkdaşları arasında dava baş vermişdir. Bu zaman, o, da polis əməkdaşlarını vurmağa cəhd etmişdir. Lakin polis əməkdaşları onları saxlamış və polis şöbəsinə gətirmişlər.Törətdiyi əməldən peşmandır. Polis əməkdaşları olan zərərçəkmişlərdən bağışlanmasını, ahıl yasinı və xəstə olmasının nəzərə alınaraq, yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş, ifadə verərək göstərmişdir ki, 2018-ci ildə Gədəbəy Rayon Məhkəməsinin qərarı ilə yaşadığı evin bünövrəsindən axan su ümumi istifadəyə verilmişdir. xx xxxx 2020-ci il tarixdə saat 15 radələrində o, əri Təqsirləndirilən şəxs1 və qızı X8 rayonu, Zəhmətkənd kəndində yaşadığı evdə olarkən Gədəbəy rayon icra və probasiya şöbəsinin rəisi Şahid1 və adlarını tanımadığı polis əməkdşaları darvazadan həyətə daxil olmuşlar. Əri Təqsirləndirilən şəxs1 onlara yaxınlaşıb bildirmişdir ki, onun xeyrinə də sənəd verilmişdir, lakin sonradan məhkəmə Yasəmən Sadıqovanın xeyrinə qətnamə qəbul etmişdir. Şahid1 onlara demişdir ki, məhkəmə Yasəmən Sadıqovanın sudan istifadəsi ilə bağlı qətnamə çıxarmış, qətnamə artıq qüvvəyə minmişdir və onlar həmin qətnaməni icra etməlidirlər. Təqsirləndirilən şəxs1 cavab olaraq bitdimişdir ki, Yasəmən Sadıqovanın sudan istifadəsinə etiraz etmir, yalnız həmin bulağa boru qoşulmasına etiraz edir. Sonra Şahid1 və adını bilmədiyi polis əməkdaşları bayıra çıxmışlar və o, darvazanı həyət tərəfdən bağlamışdır. Bundan başqa Şahid1 demişdir ki, gedib bayırda nə istəyirlərsə etsinlər, onun həyətindən keçməsinlər. Bundan sonra polis əməkdaşı Zərərçəkmiş şəxs4 hasardan düşüb darvazının qapısını açmışdır. O, polis əməkdaşlarına xəbərdarlıq etmişdir ki, həyətə girməsinlər yoxsa özünə qəsd edəcəkdir. Lakin polis əməkdaşları həyətə daxil olmuşlar. O, içərisində benzin olan plastmas butulkanı əlinə alıb özünü yandırmaq istəmişdir. Benzini üzərinə tökmək istədikdə polis əməkdaşları ona mane olmaq istəmişdir. Lakin o, içərisində benzin olan butulkanı vermək istəməmiş, müqavimət göstərmiş, benzin polis əməkdaşı Zərərçəkmiş şəxs1 da üzərinə də tökülmüş, onlar yerə yıxılmışlar. Bunu görən, əri olan digər təqsirləndirilən şəxs də polis əməkdaşları ilə dava etməyə, müqavimət göstərməyə çalışmışdır. Bundan sonra nə baş verdiyini xatırlamamışdır. Polis əməkdaşları onları polis şöbəsinə aparmışlar. Törətdiyi əməldən peşmandır. Polis əməkdaşları olan zərərçəkmişlərdən bağışlanmasını, yasinı nəzərə alınaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Gədəbəy Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi polis polkovnik-leytenantı Zərərçəkmiş şəxs1 ifadə verərək, bildirmişdir ki, Gədəbəy Rayon İcra və Probasiya şöbəsinin xx xxx 2020-ci il tarixli məktubuna əsasən Gədəbəy Rayon Məhkəməsinin icra sənədinin icrası ilə bağlı xx xxxx 2020-ci il tarixə polis naryadının ayrılması nəzərdə tutulmuşdur. Bu məqsədlə xx xxxx 2020-ci il tarixdə saat 15 radələrində o, İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi Zərərçəkmiş şəxs2, İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi Şahid8, İctimai təhlükəsizlik bölməsinin sahə polis nəfəri Zərərçəkmiş şəxs3, Post patrul xidməti bölüyünün taqım komandiri Hikmət Əsgərov, Post patrul Xidməti bölüyündə manqa komandiri Şahid6, Post patrul xidməti bölüyünün polis nəfəri Şahid4, Post patrul xidməti bölüyünün polis nəfəri Şahid7, Post patrul xidməti bölüyünün polis nəfəri Zərərçəkmiş şəxs4, Gədəbəy Rayon İcra və Probasiya şöbəsinin rəisi Şahid1, icra məmurları Şahid2 və Şahid3, X22 briqadasının işçiləri Şahid10 və Şahid9 Gədəbəy rayonu Zəhmətkənd kəndinə getmişlər. Gədəbəy rayon Yanğından Mühafizə hissəsinin əməkdaşları Ramin Əhmədov, İkram Həsənov və Şahid14 onlardan bir qədər sonra həmin yerə gəlmişlər. Saat 15:10-da Gədəbəy rayonu, Zəhmətkənd kənd sakini Təqsirləndirilən şəxs1 yaşadığı fərdi yaşayış evinin qarşısına gəlmiş onu qapıya çıxmışdır. Şahid1 Təqsirləndirilən şəxs1 icra sənədinin icrasının aparılacağı ilə bağlı müvafiq izah vermişdir. Yəni Şahid1 Təqsirləndirilən şəxs1 bildirmişdir ki, bələdiyyə mülkiyyətində olan bulaqdan iddiaçı Yasəmən Sadıqova da istifadə etməlidir, çünki bununla bağlı məhkəmənin qərarı vardır. Həmin vaxt Təqsirləndirilən şəxs1 arvadı Təqsirləndirilən şəxs2 və qızı Esmira Məmmədəliyeva da bayıra çıxmışlar. Təqsirləndirilən şəxs1 ailə üzvləri ilə birlikdə məhkəmə qətnaməsinin icra edilməsindən qəti şəkildə imtina etmişlər. Bundan sonra Şahid1 onlara bildirmişdir ki, qətnamənin icrasından imtina etdiklərindən onlar həmin qətnamənin icrasını məcburi şəkildə aparacaqlar. Şahid1 bu məqsədlə Şahid5 və Şahid4lə birlikdə bulağın yerləşdiyi əraziyə Yasəmən Sadıqovanın yaşadığı evin həyətindən girmək üçün getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs2 yaşadıqları evin həyətinə daxil olub içəridən plastmas butulkada benzin və balta götürüb həyətin içərisindən bulaq tərəfə irəliləmişdir. Təqsirləndirilən şəxs2 Şahid1, Hikmət Əsgərova və Şahid4 qarşı zorakılıqlar edə biləcəyini görüb fərdi yaşayış evinin setkadan olan hasarını polis əməkdaşları qaldırıb həyətə daxil olmaq istəmişlər. Bu vaxt Təqsirləndirilən şəxs2 onların üstünə gəlmiş və demişdir ki, çəpəri çıxartmasınlar. Bunu görən kimi Zərərçəkmiş şəxs4 hasardan aşıb, qapını açması barədə göstəriş vermişdir. Zərərçəkmiş şəxs4 hasardan aşıb darvazanı açmış və onlar içəri daxil olmaq istədikdə Esmira Məmmədəliyeva onlara hücum etmiş və nalayiq söyüşlərlə söymüşdür. Sonra Təqsirləndirilən şəxs2 əlindəki benzini onun üstünə tökməyə başlamışdır. O, dərhal Təqsirləndirilən şəxs2 əllərində tutmuşdur ki, üstünə benzin tökməyi dayandırsın. Bu vaxt Təqsirləndirilən şəxs2 əlindən benzin butulkası yerə düşmüş və onlar hər ikisi yerə yıxılmışlar. Yerdə olarkən Təqsirləndirilən şəxs2 digər əlini tutmuşdur ki, balta ilə ona xəsarət yetirməsin. Həmin vaxt görmüşdür ki, Esmira Məmmədəliyeva taxta qapını Zərərçəkmiş şəxs2 üstünə çırpmış və Zərərçəkmiş şəxs2 sağ qolundan xəsarət almışdır. Zərərçəkmiş şəxs2 Esmira Məmmədəliyevanın həddindən artıq müqavimət göstərməsini görüb onun sifətinə gözyaşardıcı qaz püskürtmüşdür. Zərərçəkmiş şəxs3 və Şahid8 dərhal Esmiranın qollarından tutub post patrul xidməti avtomobilinə aparmışlar. Həmin vaxt X9 Quliyevin sol qolunu dişləyib ona xəsarət yetirmişdir. Bu vaxt digər polis əməkdaşları gəlib Təqsirləndirilən şəxs2 əlindən baltanı almışlar və hər ikisi ayağa qalxmışlar. Ayağa qalxdıqdan sonra Təqsirləndirilən şəxs2 əlindəki kibriti alışdırıb üstünə atmaq istəmişdir, lakin o, kibriti Tahirənin əlindən almışdır. Həmin vaxt Təqsirləndirilən şəxs1 həyətdəki baltanı gedib əlinə almaq istədikdə Zərərçəkmiş şəxs4 qarşısına çıxmışdır. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs4 yumruqla vurub yerə yıxmışdır. Zərərçəkmiş şəxs2 dərhal Təqsirləndirilən şəxs1 sifətinə gözyaşardıcı qaz püskürmüşdür. Lakin Təqsirləndirilən şəxs1 gedib baltanı əlinə almışdır. Bunu görüb Təqsirləndirilən şəxs1 üzərinə cumub əllərindən tutmuş və onu yerə sıxmışdır. Həmin vaxt yanğından mühafizə hissənin əməkdaşı Qəhrəman onlara yaxınlaşmış və baltanı Təqsirləndirilən şəxs1 əlindən almışdır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Esmira Məmmədəliyevanı sakitləşdirdikdən sonra polis avtomobilinə mindirmişlər. Şahid1 icra işini icra sənədində qeyd edilmiş qaydada icra edib qurtarmışdır və icra sənədinin icrası ilə bağlı akt tərtib edilmişdir. Aktı bütün iştiakçıların imzalamasına baxmayaraq borclu Təqsirləndirilən şəxs1 imzalamaqdan imtina etmişdir. Sonra onlar hamısı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Esmira Məmmədəliyeva ilə birlikdə rayon polis şöbəsinə gəlmişlər. Eləcə də polis əməkdaşları Təqsirləndirilən şəxs1 əlində olmuş baltanı, Təqsirləndirilən şəxs2 əlində olmuş balta və benzini götürmüşlər. Hadisə vaxtı o, sol əlindən və təpə nahiyəsindən, Zərərçəkmiş şəxs4 sağ qolundan, Zərərçəkmiş şəxs2 sağ qolundan və Zərərçəkmiş şəxs3 isə sol biləyindən xəsarət almışlar. Hadisə vaxtı polis geyim formasında olmuşdur, yəni mont, köynək, qalstuk və şalvar olmuşdur. Həmin paltarlar zədələnməmiş, benzinə bulaşmışdır. Təqsirləndirilən şəxs1, Esmira Məmmədəliyeva və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2, ona, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 zor tətbiq edərək müqavimət göstərməsinin səbəbi onların xidməti vəzifələrinin icrası ilə bağlı olmuşdur. Belə ki, onlar Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra sənədinin icrası ilə bağlı İcra və probasiya şöbəsinin rəisi Şahid1, icra məmurları Şahid2 və Şahid3 təhlükəsizliyinin təmin edilməsi ilə bağlı icra işinin icra ediləcəyi yerə cəlb edilmişlər. Onlar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Esmra Məmmədəliyevaya qarşı heç bir zorakılıq edilməmişlər. Yalnız onlar xidməti vəzifələrinin icrası ilə bağlı onların zorakılıqla müşayiət edilən müqavimətlərinin qarşısını almağa çalışmışlar. Hazırda təqsirləndirilən şəxslər onlardan üzür istəmişlər. Onları yaşlarını və səhhətlərini nəzərə alaraq bağışlayır və yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs kimi dindirilmişGədəbəy RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsində polis sahə rəisi Zərərçəkmiş şəxs2 ifadə verərək, bildirmişdir ki, Gədəbəy rayon İcra və Probasiya şöbəsinin xx xxx 2020-ci il tarixli məktubuna əsasən Gədəbəy rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(042)-601/2018 saylı icra sənədinin icrası ilə bağlı xx xxxx 2020-ci il saat 15:00-da polis naryadının ayrılması nəzərdə tutulmuşdur. Bu məqsədlə xx xxxx 2020-ci il tarixdə saat 15 radələrində o, İctimai təhlükəsizlik bölməsinin rəisi Zərərçəkmiş şəxs1, İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi Şahid8, İctimai təhlükəsizlik bölməsinin sahə polis nəfəri Zərərçəkmiş şəxs3, Post patrul xidməti bölüyünün taqım komandiri Hikmət Əsgərov, Post patrul Xidməti bölüyündə manqa komandiri, Şahid6, Post patrul xidməti bölüyünün polis nəfəri Şahid4, Post patrul xidməti bölüyünün polis nəfəriı Şahid7, Post patrul xidməti bölüyünün polis nəfəri Zərərçəkmiş şəxs4, Gədəbəy rayon İcra və Probasiya şöbəsinin rəisi Şahid1, həmin şöbənin icra məmurları Şahid2 və Şahid3, X22 briqadasının işçiləri Şahid10 və Şahid9 Gədəbəy rayonu, Zəhmətkənd kəndinə getmişlər. Lakin Gədəbəy rayon Yanğından Mühafizə hissəsinin əməkdaşları Ramin Əhmədov, İkram Həsənov və Şahid14 onlardan bir qədər sonra həmin yerə çatmışlar. Saat 15:10-da Gədəbəy rayonu, Zəhmətkənd kənd sakini Təqsirləndirilən şəxs1 yaşadığı fərdi yaşayış evinin qarşısına gəlmişlər. Orada Təqsirləndirilən şəxs1 bayıra çağırmışlar və Təqsirləndirilən şəxs1 bayıra çıxmışdır. Şahid1 Təqsirləndirilən şəxs1 Gədəbəy rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinin icra sənədinin icrasının aparılacağı ilə bağlı müvafiq izah vermişdir. Yəni Təqsirləndirilən şəxs1 bildirilmişdir ki, bələdiyyə mülkiyyətində olan bulaqdan iddiaçı Yasəmən Sadıqova da istifadə etməlidir, çünki bununla bağlı məhkəmənin qərarı vardır. Həmin vaxt Təqsirləndirilən şəxs1 arvadı Təqsirləndirilən şəxs2 və qızı Esmira Məmmədəliyeva da qapıya çıxmışlar. Təqsirləndirilən şəxs1 ailə üzvləri ilə birlikdə məhkəmə qətnaməsinin icra edilməsindən qəti şəkildə imtina etmişlər. Bundan sonra Şahid1 onlara bildirmişdir ki, qətnamənin icrasından imtina etdiklərindən onlar həmin qətnamənin icrasını məcburi şəkildə aparacaqlar. Şahid1 bu məqsədlə Şahid5 və Şahid4lə birlikdə bulağın yerləşdiyi əraziyə Yasəmən Sadıqovanın yaşadığı evin həyətindən girmək üçün getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs2 yaşadıqları evin həyətinə daxil olub içəridən plastmas butulkada benzin və balta götürüb həyətin içərisindən bulaq tərəfə getmişdir. Təqsirləndirilən şəxs2 Şahid1, Hikmət Əsgərova və Şahid4 qarşı zorakılıqlar edə biləcəyini görüb fərdi yaşayış evinin setkadan olan hasarını polis əməkdaşları qaldırıb həyətə daxil olmaq istəmişlər. Bu vaxt Təqsirləndirilən şəxs2 onların üstünə gəlmiş və çəpəri çıxarmamalarını söyləmişdir. Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs4 bildirmişdir ki, hasardan aşıb, qapını açsın. Zərərçəkmiş şəxs4 hasardan aşıb darvazanı açmışdır və onlar içəri daxil olmaq istədikdə Esmira Məmmədəliyeva onlara hücum etmiş və təhqir edici sözlərlə onları söymüşdür. Sonra Təqsirləndirilən şəxs2 əlindəki benzini Zərərçəkmiş şəxs1 üstünə tökməyə başlamışdır. Zərərçəkmiş şəxs1 dərhal Təqsirləndirilən şəxs2 əllərindən tutmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs2 əlindən benzin butulkası yerə düşmüşdür və onların hər ikisi yerə yıxılmışlar. Yerdə olarkən Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 digər əlini tutmuşdur ki, balta ilə ona xəsarət yetirməsin. O, Zərərçəkmiş şəxs1 kömək məqsədi ilə yaxınlaşarkən Esmira Məmmədəliyeva taxta qapını üstünə çırpmış və o, sağ qolundan xəsarət almışdır. Esmira Məmmədəliyevanın həddindən artıq müqavimət göstərməsini görüb sifətinə göz yaşardıcı qaz püskürtmüşdür. Zərərçəkmiş şəxs3 və Şahid8 dərhal Esmiranın qollarından tutub post patrul xidməti avtomobilinə aparmışlar. Həmin vaxt X9 Quliyevin sol qolunu dişləyib ona xəsarət yetirmişdir. Bu vaxt digər polis əməkdaşları gəlib Təqsirləndirilən şəxs2 əlindən baltanı almışlar və Zərərçəkmiş şəxs1la Təqsirləndirilən şəxs2 ayağa qalxmışlar. Ayağa qalxdıqdan sonra Təqsirləndirilən şəxs2 əlindəki kibriti alışdırıb Zərərçəkmiş şəxs1 üstünə atmaq istəmişdir. Lakin Zərərçəkmiş şəxs1 kibriti onun əlindən almışdır. Həmin vaxt Təqsirləndirilən şəxs1 həyətdəki baltanı gedib əlinə almaq istədikdə Zərərçəkmiş şəxs4 qarşısına çıxmışdır. X21 Əsgərovu yumruqla vurub yerə yıxmışdır. O, dərhal Təqsirləndirilən şəxs1 sifətinə gözyaşardıcı qaz püskürtmüşdür. Lakin Təqsirləndirilən şəxs1 gedib baltanı əlinə almışdır. Zərərçəkmiş şəxs1 bunu görüb Təqsirləndirilən şəxs1 üzərinə gedib onun əllərindən tutmuş və onu yerə sıxmışdır. Həmin vaxt yanğından mühafizə hissənin əməkdaşı Qəhrəman onlara yaxınlaşmış və baltanı Təqsirləndirilən şəxs1 əlindən almışdır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Esmira Məmmədəliyevanı sakitləşdirdikdən sonra polis avtomobilinə mindirilmişdir. Şahid1 icra işini icra sənədində qeyd edilmiş qaydada icra edib qurtarmış və icra sənədinin icrası ilə bağlı akt tərtib edilmişdir. Aktı bütün iştiakçıların imzalamasına baxmayaraq borclu Təqsirləndirilən şəxs1 imzalamaqdan imtina etmişdir. Sonra onların hamısı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Esmira Məmmədəliyeva ilə birlikdə rayon polis şöbəsinə gəlmişlər. Eləcə də polis əməkdaşları Təqsirləndirilən şəxs1 əlində olmuş baltanı, Təqsirləndirilən şəxs2 əlində olmuş balta və benzini götürmüşlər. Hadisə vaxtı o, sağ qolundan, Zərərçəkmiş şəxs1 təpə nahiyəsindən və sol əlindən, Zərərçəkmiş şəxs4 sağ qolundan, Zərərçəkmiş şəxs3 isə sol biləyindən xəsarət almışlar. Hadisə vaxtı əynində polis geyim forması olmuşdur. Həmin paltarlar zədələnməmişdir. Təqsirləndirilən şəxs1, Esmira Məmmədəliyeva və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1, ona, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 zor tətbiq edərək müqavimət göstərməsinin səbəbi onların xidməti vəzifələrinin icrası ilə bağlı olmuşdur. Belə ki, onlar Gədəbəy rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra sənədinin icrası ilə bağlı İcra və probasiya şöbəsinin rəisi Şahid1, icra məmurları Şahid2 və Şahid3 təhlükəsizliyinin təmin edilməsi ilə bağlı icra işinin icra ediləcəyi yerə cəlb edilmişlər.Hazırda təqsirləndirilən şəxslər onlardan üzür istəmişlər. Onları yaşlarını və səhhətlərini nəzərə alaraq bağışlayır və yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Gədəbəy rayon polis şöbəsinin İctimai təhlükəsilik bölməsində polis sahə nəfəri Zərərçəkmiş şəxs3 ifadə verərək, bildirmişdir ki, Gədəbəy rayon İcra və Probasiya şöbəsinin məktubuna əsasən Gədəbəy rayon Məhkəməsinin icra sənədinin icrası ilə bağlı xx xxxx 2020-ci il tarixə, saat 15:00-a polis naryadının ayrılması nəzərdə tutulmuşdur. Bu məqsədlə xx xxxx 2020-ci il tarixdə, saat 15 radələrində o, İctimai təhlükəsizlik bölməsinin rəisi Zərərçəkmiş şəxs1, İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi Şahid8, İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi Zərərçəkmiş şəxs2, Post patrul xidməti bölüyünün taqım komandiri Hikmət Əsgərov, Post patrul Xidməti bölüyündə manqa komandiri Şahid6, Post patrul xidməti bölüyünün polis nəfəri Şahid4, Post patrul xidməti bölüyünün polis nəfəri Şahid7, Post patrul xidməti bölüyünün polis nəfəri Zərərçəkmiş şəxs4, Gədəbəy rayon İcra və Probasiya şöbəsinin rəisi Şahid1, həmin şöbənin icra məmurları Şahid2 və Şahid3, X22 briqadasının işçiləri Şahid10 və Şahid9 Gədəbəy rayonu Zəhmətkənd kəndinə getmişlər. Gədəbəy rayon Yanğından Mühafizə hissəsinin əməkdaşları Ramin Əhmədov, İkram Həsənov və Şahid14 bir qədər sonra həmin yerə gəlmişlər. Saat 15:10-da Gədəbəy rayonu, Zəhmətkənd kənd sakini Təqsirləndirilən şəxs1 yaşadığı fərdi yaşayış evinin qarşısına gəlmişlər. Orada Təqsirləndirilən şəxs1 qapıya çağırmışlar və Təqsirləndirilən şəxs1 qapıya gəlmişdir. Şahid1 Təqsirləndirilən şəxs1 Gədəbəy rayon Məhkəməsinin qətnaməsinin icra sənədinin icrasının aparılacağı ilə bağlı müvafiq izah vermişdir. Yəni Təqsirləndirilən şəxs1 bildirilmişdir ki, bələdiyyə mülkiyyətində olan bulaqdan iddiaçı Yasəmən Sadıqova da istifadə etməlidir, çünki bununla bağlı məhkəmənin qərarı vardır. Həmin vaxt Təqsirləndirilən şəxs1 arvadı Təqsirləndirilən şəxs2 və qızı Esmira Məmmədəliyeva da bayıra çıxmışlar. Təqsirləndirilən şəxs1 ailə üzvləri ilə birlikdə məhkəmə qətnaməsinin icra edilməsindən qəti şəkildə imtina etmişlər. Bundan sonra Şahid1 onlara bildirmişdir ki, qətnamənin icrasından imtina etdiklərindən onlar həmin qətnamənin icrasını məcburi şəkildə aparacaqlar. Şahid1 bu məqsədlə Şahid5 və Şahid4lə birlikdə bulağın yerləşdiyi əraziyə Yasəmən Sadıqovanın yaşadığı evin həyətindən girmək üçün getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs2 yaşadıqları evin həyətinə daxil olub içəridən plasmas butulkada benzin və balta götürüb həyətin içərisindən bulaq tərəfə irəliləmişdir. Təqsirləndirilən şəxs2 Şahid1, Hikmət Əsgərova və Şahid4 qarşı zorakılıqlar edə biləcəyini görüb fərdi yaşayış evinin setkadan olan hasarını polis əməkdaşları qaldırıb həyətə daxil olmaq istəmişlər. Bu vaxt Təqsirləndirilən şəxs2 onların üstünə gəlmiş və çəpəri çıxarmamalarını tələb etmişdir. Bunu görən Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs4 hasardan aşaraq qapını açmasına göstəriş vermişdir. Zərərçəkmiş şəxs4 hasardan aşıb darvazanı açmış və onlar içəri daxil olmaq istədikdə birinci Esmira Məmmədəliyeva üstlərinə cummuş və təhqir edici sözlərlə onları təhqir etmişdir. Sonra Təqsirləndirilən şəxs2 əlindəki benzini Zərərçəkmiş şəxs1 üstünə tökməyə başlamışdır. Zərərçəkmiş şəxs1 dərhal Təqsirləndirilən şəxs2 əllərindən tutmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs2 əlindən benzin butulkası yerə düşmüş və onların hər ikisi yerə yıxılmışlar. Yerdə olarkən Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 digər əlini tutmuşdur ki, balta ilə Zərərçəkmiş şəxs1 xəsarət yetirməsin. Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 kömək məqsədi ilə onlara yaxınlaşarkən Esmira Məmmədəliyeva taxta qapını onun üzünə çırpmış və Zərərçəkmiş şəxs2 sağ qolundan xəsarət almışdır. Esmira Məmmədəliyevanın həddindən artıq müqavimət göstərməsini görüb Zərərçəkmiş şəxs2 Esmiranın sifətinə göz yaşardıcı qaz püskürmüşdür. O və Şahid8 dərhal Esmira Məmmədəliyevanın qollarından tutub post patrul xidməti avtomobilinə aparmışlar. Həmin vaxt Esmira Məmmədəliyeva onun sol qolumu dişləyib xəsarət yetirmişdir. O və Şahid8 Esmira Məmmədəliyevanı avtomobilə mindirib yanında əyləşmişlər. Həyətdə baş verən hadisələri isə görə bilməmiş, lakin sonradan polis əməkdaşları onlar demişlər ki, Təqsirləndirilən şəxs2 kibritlə Zərərçəkmiş şəxs1 yandırmaq istəmiş, Əli Məmmədliyev isə baltanı əlinə alıb Zərərçəkmiş şəxs1 üzərinə cummaq istəmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Esmira Məmmədəliyevanı sakitləşdirdikdən sonra polis avtomobilinə mindirilmişdir. Şahid1 icra işini icra sənədində qeyd edilmiş qaydada icra edib qurtarmışdır və icra sənədinin icrası ilə bağlı akt tərtib edilmişdir. Aktı bütün iştiakçıların imzalamasına baxmayaraq borclu Təqsirləndirilən şəxs1 imzalamaqdan imtina etmişdir. Sonra polis əməkdaşlarının hamısı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Esmira Məmmədəliyeva ilə birlikdə rayon polis şöbəsinə gəlmişlər. Eləcə də polis əməkdaşları Təqsirləndirilən şəxs1 əlində olmuş baltanı, Təqsirləndirilən şəxs2 əlində olmuş balta və benzini götürmüşlər. Hadisə vaxtı o, sol biləyindən, Zərərçəkmiş şəxs1 təpə nahiyəsindən və sol əlindən, Zərərçəkmiş şəxs2 sağ qolundan, Zərərçəkmiş şəxs4 isə sağ qolundan xəsarət almışlar. Hadisə vaxtı əynində polis geyim formas olmuşdur. Həmin paltarlar zədələnməmişdir. Təqsirləndirilən şəxs1, Esmira Məmmədəliyeva və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1, ona, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 zor tətbiq edərək müqavimət göstərməsinin səbəbi onun və digər polis əməkdaşlarının xidməti vəzifələrinin icrası ilə bağlı olmuşdur.Hazırda təqsirləndirilən şəxslər onlardan üzür istəmişlər. Onları yaşlarını və səhhətlərini nəzərə alaraq bağışlayır və yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirlmiş Gədəbəy rayon polis şöbəsinin Post patrul xidməti bölüyündə polis nəfəri Zərərçəkmiş şəxs4 ifadə verərək, bildirmişdir ki, Gədəbəy rayon İcra və Probasiya şöbəsinin xx xxx 2020-ci il tarixli məktubuna əsasən Gədəbəy rayon Məhkəməsinin icra sənədinin icrası ilə bağlı xx xxxx 2020-ci il tarixə, saat 15:00-a polis naryadının ayrılması nəzərdə tutulmuşdur. Bu məqsədlə xx xxxx 2020-ci il tarixdə saat 15 radələrində o, İctimai təhlükəsizlik bölməsinin rəisi polis polkovnik-leytenantı Zərərçəkmiş şəxs1, İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi polis leytenantı Zərərçəkmiş şəxs2, İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi polis kapitanı Şahid8, İctimai təhlükəsizlik bölməsinin sahə polis nəfəri polis baş serjantı Zərərçəkmiş şəxs3, Post patrul xidməti bölüyünün taqım komandiri polis leytenantı Hikmət Əsgərov, Post patrul Xidməti bölüyündə manqa komandiri polis baş serjant Şahid6, Post patrul xidməti bölüyünün polis nəfəri polis serjantı Şahid4, Post patrul xidməti bölüyünün polis nəfəri polis baş serjantı Şahid7, Gədəbəy rayon İcra və Probasiya şöbəsinin rəisi Şahid1, həmin şöbənin icra məmurları Şahid2 və Şahid3, X22 briqadasının işçiləri Şahid10 və Şahid9 Gədəbəy rayonu Zəhmətkənd kəndinə getmişlər. Gədəbəy rayon Yanğından Mühafizə hissəsinin əməkdaşları Ramin Əhmədov, İkram Həsənov və Şahid14 bir qədər sonra həmin yerə gəlmişlər. Saat 15:10-da Gədəbəy rayonu Zəhmətkənd kənd sakini Təqsirləndirilən şəxs1 yaşadığı fərdi yaşayış evinin qarşısına gəlmişlər. Orada Təqsirləndirilən şəxs1 qapıya çağırmışlar və Təqsirləndirilən şəxs1 qapıya çıxmışdır. Şahid1 Təqsirləndirilən şəxs1 Gədəbəy rayon Məhkəməsinin icra sənədinin icrasının aparılacağı ilə bağlı müvafiq izah vermişdir. Yəni Təqsirləndirilən şəxs1 bildirilmişdir ki, bələdiyyə mülkiyyətində olan bulaqdan iddiaçı Yasəmən Sadıqova da istifadə etməlidir, çünki bununla bağlı məhkəmənin qərarı vardır. Həmin vaxt Təqsirləndirilən şəxs1 arvadı Təqsirləndirilən şəxs2 və qızı Esmira Məmmədəliyeva da qapıya çıxmışlar. Təqsirləndirilən şəxs1 ailə üzvləri ilə birlikdə məhkəmə qətnaməsinin icra edilməsindən qəti şəkildə imtina etmişlər. Bundan sonra Şahid1 onlara bildirmişdir ki, qətnamənin icrasından imtina etdiklərindən onlar həmin qətnamənin icrasını məcburi şəkildə aparacaqlar. Şahid1 bu məqsədlə Şahid5 və Şahid4lə birlikdə bulağın yerləşdiyi əraziyə Yasəmən Sadıqovanın yaşadığı evin həyətindən girmək üçün getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs2 yaşadıqları evin həyətinə daxil olub içəridən plastmas butulkada benzin və balta götürüb həyətin içərisindən bulaq tərəfə irəliləmişdir. Təqsirləndirilən şəxs2 Şahid1, Hikmət Əsgərova və Şahid4 qarşı zorakılıqlar edə biləcəyini görüb fərdi yaşayış evinin setkadan olan hasarını polis əməkdaşları qaldırıb həyətə daxil olmaq istəmişlər. Bu vaxt Təqsirləndirilən şəxs2 onların üstünə gəlmiş və çəpəri çıxartmamalarını tələb etmişdir. Bunu görən Zərərçəkmiş şəxs1 ona hasardan aşıb, qapını açması barədə göstəriş vermişdir. O da hasardan aşıb darvazanı açmış və polis əməkdaşları içəri daxil olmaq istədikdə birinci Esmira Məmmədəliyeva onların üstünə cummuş və təhqir edici sözlərlə onları söymüşdür. Sonra Təqsirləndirilən şəxs2 əlindəki benzini Zərərçəkmiş şəxs1 üstünə tökmüşdür. Zərərçəkmiş şəxs1 dərhal Təqsirləndirilən şəxs2 əllərindən tutmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs2 əlindən benzin butulkası yerə düşmüş və onların hər ikisi yerə yıxılmışlar. Yerdə olarkən Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 digər əlini tutmuşdur ki, balta ilə Zərərçəkmiş şəxs1 xəsarət yetirməsin. Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 kömək məqsədi ilə onlara yaxınlaşarkən Esmira Məmmədliyeva həyətdəki taxta qapını onun üzünə çırpmış və Zərərçəkmiş şəxs2 sağ qolundan xəsarət almışdır. Zərərçəkmiş şəxs2 Esmira Məmmədəliyevanın həddindən artıq müqavimət göstərməsini görüb sifətinə göz yaşardıcı qaz püskürmüşdür. Zərərçəkmiş şəxs3 və Şahid8 dərhal Esmira Məmmədəliyevanın qollarından tutub post patrul xidməti avtomobilinə aparmışlar. Həmin vaxt X12 Quliyevin sol qolunu dişləyib ona xəsarət yetirmişdir. Bu vaxt digər polis əməkdaşları gəlib Təqsirləndirilən şəxs2 əlindən baltanı almışlar və Zərərçəkmiş şəxs1la Təqsirləndirilən şəxs2 ayağa qalxmışlar. Ayağa qalxdıqdan sonra Təqsirləndirilən şəxs2 əlindəki kibriti alışdırıb Zərərçəkmiş şəxs1 üstünə atmaq istəmişdir, lakin Zərərçəkmiş şəxs1 kibriti onun əlindən almışdır. Həmin vaxt Təqsirləndirilən şəxs1 həyətdəki baltanı gedib əlinə almaq istədikdə o, Təqsirləndirilən şəxs1 qarşısına çıxmışdır. Əli Məmmədliyev yumruqla vurub onu yerə yıxmışdır. Zərərçəkmiş şəxs2 dərhal Təqsirləndirilən şəxs1 sifətinə gözyaşardıcı qaz püskürtmüşdür. Lakin Təqsirləndirilən şəxs1 gedib baltanı əlinə almışdır. Zərərçəkmiş şəxs1 bunu görüb Təqsirləndirilən şəxs1 üzərinə gedib onun əllərindən tutmuş və onu yerə sıxmışdır. Həmin vaxt yanğından mühafizə hissəsinin əməkdaşı Qəhrəman onlara yaxınlaşmış və baltanı Təqsirləndirilən şəxs1 əlindən almışdır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Esmira Məmmədəliyevanı sakitləşdirdikdən sonra polis avtomobilinə mindirilmişdir. Şahid1 icra işini icra sənədində qeyd edilmiş qaydada icra edib qurtarmışdır. və icra sənədinin icrası ilə bağlı akt tərtib edilmişdir. Aktı bütün iştiakçıların imzalamasına baxmayaraq borclu Təqsirləndirilən şəxs1 imzalamaqdan imtina etmişdir. Sonra onlar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Esmira Məmmədəliyeva ilə birlikdə rayon polis şöbəsinə gəlmişlər. Eləcə də polis əməkdaşları Təqsirləndirilən şəxs1 əlində olmuş baltanı, Təqsirləndirilən şəxs2 əlində olmuş balta və benzini götürmüşlər. Hadisə vaxtı o, sağ qolundan, Zərərçəkmiş şəxs1 təpə nahiyəsindən və sol əlindən, Zərərçəkmiş şəxs2 sağ qolundan, Zərərçəkmiş şəxs3 isə sol biləyindən xəsarət almışdır. Hadisə vaxtı əynində polis geyim forması olmuşdur. Həmin paltarları zədələnməmişdir. Təqsirləndirilən şəxs1, Esmira Məmmədəliyeva və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1, ona, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 zor tətbiq edərək müqavimət göstərmələrinin səbəbi onların xidməti vəzifələrinin icrası ilə bağlı olmuşdur. Hazırda təqsirləndirilən şəxslər onlardan üzür istəmişlər. Onları yaşlarını və səhhətlərini nəzərə alaraq bağışlayır və yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gədəbəy rayonu İcra və probasiya şöbəsinin rəisi Şahid1 ifadə verərək, bildirmişdir ki, xx xxxx 2018-ci il tarixdə Gədəbəy rayonu İcra və probasiya şöbəsinə Gədəbəy rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(042)-601/2018 saylı icra sənədi daxil olmuşdur. Həmin icra sənədinin icrası şöbənin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Şahid2 həvalə edilmişdir. Həmin icra sənədinə əsasən Gədəbəy rayonu Zəhmətkənd kəndində yerləşən ümumi istifadədə olan su bulağının iddiaçı X3 tərəfindən istifadə edilməsinə cavabdeh Təqsirləndirilən şəxs1 tərəfindən yaradılan maneələr aradan qaldırlması nəzərdə tutulmuşdur. Bu məqsədlə Şahid2 tərəfindən tələbin könüllü icrası ilə bağlı Təqsirləndirilən şəxs1 bildiriş göndərilmiş, lakin həmin tələb icra edilməmişdir. Bu səbəbdən tələbin icrası ilə bağlı üç dəfə məcburi icra tədbiri həyata keçirilsə də, tələb müəyyən səbəblərdən icra edilməyərək akt tərtib edilmişdir. Sonuncu dəfə tələbin məcburi icrası xx xxxx 2020-ci il tarixə, saat 15:00-a təyin edilmişdir. İcra sənədinin məcburi icrası ilə bağlı Gədəbəy rayon polis şöbəsinə, Gədəbəy rayon Yanğından Mühafizə hissəsinə, Gədəbəy rayon mərkəzi xəstəxanasına, Gədəbəy rayonu Zəhmətkənd nizibati ərazi dairəsi üzrə nümayəndəliyinə, cavabdeh Təqsirləndirilən şəxs1 və iddiaçı Yasəmən Sadıqovaya məlumat verilmişdir. xx xxxx 2020-ci il tarixdə Gədəbəy rayon polis şöbəsindən əməkdaşlar Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Şahid8, Hikmət İgəndərovdan, Zərərçəkmiş şəxs3, Şahid6, Şahid4, Şahid7 və Zərərçəkmiş şəxs4 ibarət naryad ayrılmış, Gədəbəy rayon Yanğından Mühafizə hissəsindən Ramin Əhmədovdan, Şahid13, Şahid14 ibarət yanğınsöndürən briqadası, Gədəbəy rayon mərkəzi xəstəxanasından feldşer və sürücüdən ibarət X22 briqadası ayrılmışdır. Onlar birlikdə icra məmurları Şahid2 və Şahid3 Gədəbəy rayonu Zəhmətkənd kəndinə getmişlər. Yanğınsöndürən briqadası onlardan sonra Gədəbəy rayonu Zəhmətkənd kəndinə gəlmişdir. Saat 15:10-da Gədəbəy rayonu, Zəhmətkənd kənd sakini Təqsirləndirilən şəxs1 yaşadığı fərdi yaşayış evinin qarşısına gəlmişlər. Həmin yerə icra nümayəndəsi Şahid11 də gəlmişdir. Zəhmətkənd kənd sakinləri Elgün Sadıqov və Qəndab Rzayeva hal şahidi kimi icra işinə cəlb edilmişdilər. Onlara icra işi icra ediləcəyi bulağın başında olmaları bildirilmişdir. Orada Təqsirləndirilən şəxs1 qapıya çağırmışlar və Təqsirləndirilən şəxs1 gəlmişdir. O, Təqsirləndirilən şəxs1 Gədəbəy rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinin icra sənədinin icrasının aparılacağı ilə bağlı müvafiq izah vermişdir. Yəni Təqsirləndirilən şəxs1 bildirmişdir ki, bələdiyyə mülkiyyətində olan bulaqdan iddiaçı Yasəmən Sadıqova da istifadə etməlidir, çünki bununla bağlı məhkəmənin qətnaməsi vardır. Həmin vaxt Təqsirləndirilən şəxs1 arvadı Təqsirləndirilən şəxs2 və qızı Esmira Məmmdəiyeva da bayıra çıxmışlar. Təqsirləndirilən şəxs1 ailə üzvləri ilə birlikdə məhkəmə qətnaməsinin icra edilməsindən qəti şəkildə imtina etmişlər. Bundan sonra o, Təqsirləndirilən şəxs1 və ailə üzvlərinə bildirmişdir ki, qətnamənin icrasından imtina etdiklərindən onlar həmin qətnamənin icrasını məcburi şəkildə aparacaqlar. O, bu məqsədlə Şahid5 və Şahid4lə birlikdə bulağın yerləşdiyi əraziyə Yasəmən Sadıqovanın yaşadığı evin həyətindən girmək üçün getmişlər. Onlar həmin bulağın yerləşdiyi yerə çatdıqdan sonra Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətində bərk qışqırıq səsələri eşitmişlər. Lakin həmin səslərə əhəmiyyət verməyərək bulaqdan Elgün Sadıqovun, Qəndab Rzayevanın və tələbkar Yasəmən Sadıqovanın iştirakı ilə sonuncuya Təqsirləndirilən şəxs1lə bərabər səviyyədə, ölçüdə, hündürlükdə, diametirdə boru ilə su xəttinin verilməsini təmin etmişlər. Geri Təqsirləndirilən şəxs1 yaşadığı fərdi yaşayış evinin qarşısına gəldikdə görmüşlər ki, Zərərçəkmiş şəxs1 üzərinə benzin tökülüb, eləcə də polis əməkdaşları Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 xəsarət almışlar. Bunun səbəbini polis əməkdaşlarında soruşduqda onlar bildirmişlər ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Esmira Məmmədəliyeva onlara müqavimət göstərərək xəsarət yetirmişlər. Təqsirləndirilən şəxs2 əlindəki benzini Zərərçəkmiş şəxs1 üzərinə töküb onu yandırmaq istəmiş, eləcə də Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əllərinə balta alıb Zərərçəkmiş şəxs1 xəsarət yetirmək istəmişlər. Lakin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Esmira Məmmədəliyeva zərərsizləşdirilərək polis avtomobilinə mindirilmişlər. Bundan sonra icra sənədinin icrası ilə bağlı akt tərtib edilmişdir və aktı bütün iştiakçıların imzalamasına baxmayaraq borclu Təqsirləndirilən şəxs1 imzalamaqdan imtina etmişdir. Sonra onların hamısı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Esmira Məmmədəliyeva ilə birlikdə rayon polis şöbəsinə gəlmişlər. Eləcə də polis əməkdaşları Təqsirləndirilən şəxs1 əlində olmuş baltanı, Təqsirləndirilən şəxs2 əlində olmuş balta və benzini götürmüşlər. Hadisə vaxtı o, hər hansı xəsarət almamışdır. Hadisə vaxtı polis əməkadaşları Zərərçəkmiş şəxs2 sağ qolundan, Zərərçəkmiş şəxs1 təpə nahiyəsindən və sol əlindən, Zərərçəkmiş şəxs4 sağ qolundan, Zərərçəkmiş şəxs3 isə sol biləyindən xəsarət almışlar. Təqsirləndirilən şəxs1, Esmira Məmmədəliyeva və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 zor tətbiq edərək müqavimət göstərməsinin səbəbi polis əməkdaşlarının xidməti vəzifələrinin icrası ilə bağlı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmurları Şahid2 və Şahid3, Gədəbəy rayon polis şöbəsinin Post patrul Xidməti bölüyünün əməkdaşları Şahid4, Şahid5, Şahid6, Şahid7 da eyniməzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında şahid qismində dindirlmiş Gədəbəy RİHB-nın Zəhmətkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahid11 ifadə verərək, bildirmişdir ki, 2013-cü ildən Gədəbəy rayonu Zəhmətkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndə vəzifəsində işləyir. Gədəbəy rayon İcra və Probasiya şöbəsinin məktubuna əsasən xx xxxx 2020-ci il tarixə Gədəbəy rayon Məhkəməsinin icra sənədinin icrası nəzərdə tutulmuş və icra işində onun iştrakı da qeyd edilmişdir. Həmin məktubla bağlı xx xxxx 2020-ci il tarixdə saat 15 radələrində o, Gədəbəy rayonu, Zəhmətkənd kənd sakini Təqsirləndirilən şəxs1 yaşadığı evin qarşısına gəlmişdir. Həmin vaxt oraya Gədəbəy rayon İcra və Probasiya şöbəsinin rəisi Şahid1, icra məmurları Şahid2 və Şahid3, Gədəbəy rayon polis şöbəsinin əməkdaşları Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Şahid8, Zərərçəkmiş şəxs3, Hikmət Əsgərov, Şahid6, Şahid4, Şahid7, Zərərçəkmiş şəxs4, X22 briqadasının işçiləri Şahid10 və Şahid9 Gədəbəy rayonu, Zəhmətkənd kəndinə gəlmişlər. Orada Təqsirləndirilən şəxs1 qapıya çağırılmış və Şahid1 Təqsirləndirilən şəxs1 Gədəbəy rayon Məhkəməsinin icra sənədinin icrasının aparılacağı ilə bağlı müvafiq izah vermişdir. Yəni Təqsirləndirilən şəxs1 bildirilmişdir ki, bələdiyyə mülkiyyətində olan bulaqdan iddiaçı Yasəmən Sadıqova da istifadə etməlidir, çünki bununla bağlı məhkəmənin qətnaməsi vardır. Həmin vaxt Təqsirləndirilən şəxs1 arvadı Təqsirləndirilən şəxs2 və qızı Esmira Məmmdəiyeva da çıxmışlar. Təqsirləndirilən şəxs1 ailə üzvləri ilə birlikdə məhkəmə qətnaməsinin icra edilməsindən qəti şəkildə imtina etmişlər. Bundan sonra Şahid1 onlara bildirmişdir ki, qətnamənin icrasından imtina etdiklərindən onlar həmin qətnamənin icrasını məcburi şəkildə aparacaqlar. Şahid1 bu məqsədlə Şahid5 və Şahid4lə birlikdə bulağın yerləşdiyi əraziyə Yasəmən Sadıqovanın yaşadığı evin həyətindən girmək üçün getmişlər. Həmin vaxt onun işi çıxdığından avtomobilinə minib icra nümayəndəliyinə gəlmişdir.Təxminən 40 dəqiqə sonra o, yenidən Təqsirləndirilən şəxs1 yaşadığı evin qarşısına gəldikdə görmüşdür ki, Zərərçəkmiş şəxs1 üzərinə benzin tökülmüşdür, eləcə də Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 xəsarət almışlar. Bunun səbəbini onlardan soruşduqda onlar bildirmişlər ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Esmira Məmmədəliyeva onlara müqavimət göstərərək xəsarət yetirmişlər, Təqsirləndirilən şəxs2 əlindəki benzini Zərərçəkmiş şəxs1 üzərinə töküb onu yandırmaq istəmiş, eləcə də Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əllərinə balta alıb Zərərçəkmiş şəxs1 xəsarət yetrimək istəmişlər. Lakin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Esmira Məmmədəliyeva zərərsizləşdirliərək polis avtomobilinə mindirilmişlər. Bundan sonra icra sənədinin icrası ilə bağlı akt tərtib edilmiş və aktı bütün iştiakçıların imzalamasına baxmayaraq borclu Təqsirləndirilən şəxs1 imzalamaqdan imtina etmişdir. Sonra polis əməkdaşları, hadisə yerinə ondan sonra gəlmiş yanğından mühafizə hissəsinin əməkdaşları, X22 briqadasının əməkdaşları, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Esmira Məmmədəliyeva ilə birlikdə Gədəbəy şəhərinə getmişlər. Hadisə vaxtı o, hər hansı xəsarət almamış, polis əməkadaşları Zərərçəkmiş şəxs2 sağ qolundan, Zərərçəkmiş şəxs1 təpə nahiyəsindən və sol əlindən, Zərərçəkmiş şəxs4 sağ qolundan, Zərərçəkmiş şəxs3 isə sol biləyindən xəsarət almışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gədəbəy RPŞ-nin İctimai təhlükəsizlik Bölməsinin rəisi Şahid8, Gədəbəy RMX-nın X22 Şöbəsinin əməkdaşları Şahid9 və Şahid10 da eyniməzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gədəbəy Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaş Şahid14 ifadə verərək, bildirmişdir ki, Gədəbəy rayon İcra və Probasiya şöbəsinin məktubuna əsasən Gədəbəy rayon Məhkəməsinin icra sənədinin icrası ilə bağlı xx xxxx 2020-ci il tarixə, saat 15:00-a yanğından mühafizə briqadasının ayrılması nəzərdə tutulmuşdur. Bu məqsədlə xx xxxx 2020-ci il tarixdə saat 15 radələrində yanğınsöndürən briqada ilə Gədəbəy rayonu Zəhmətkənd kəndinə getmişlər. İlk öncə onlar rayon İcra və probasiya şöbəsindən daxil olmuş məktubda adı qeyd edilən tələbkar Yasəmən Sadıqovanın yaşadığı evin qarşısına getmişlər. Ora çatdıqda heç kim olmadığından rəhbərlik tərəfindən onlara məlumat verilmişdir ki, Təqsirləndirilən şəxs1 yaşadığı evin qarşısına getmək lazımdır. Onlar da dərhal Təqsirləndirilən şəxs1 yaşadığı evin qarşısına gəlmişlər. Ora çatdıqda görmüşlər ki, evin həyətindən bərk qışqırıq səsləri gəlir. O və digər işçilər dərhal hazır vəziyyətə gəlmişlər ki, birdən yanğın baş verə bilər. Lakin evin həyətinə baxdıqda görmüşlər ki, heç bir yanğın hadisəsi baş verməmişdir. Lakin polis əməkdaşları Təqsirləndirilən şəxs1 və onun arvadı Təqsirləndirilən şəxs2 sakitləşdirməyə çalışırlar. Onlar sakitləşdirildikdən sonra Şahid1 icra işini icra sənədində qeyd edilmiş qaydada icra edib qurtarmış və icra sənədinin icrası ilə bağlı akt tərtib edilmişdir. Sonra polis əməkdaşları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Esmira Məmmədəliyeva ilə birlikdə rayon polis şöbəsinə getmişlər. Məhkəmə iclasında elan edilmiş Gədəbəy Rayon Yanğından Mühafizə Hissəsində növbə rəisi daxili xidmət leytenantı Şahid12 şahid qismində dindirilmə protokolundan görünür ki, xx xxxx 2020-ci il tarixdə saat 15 radələrində yaşadığı Gədəbəy rayonu Zəhmətkənd kəndinə yanğından mühafizə hissəsinin avtomobili gəlmişdir. Həmin vaxt o, kəndin mərkəzində durmuşdur. Bunu görüb elə zənn etmişdir ki, kənddə kiminsə evi yanmışdır. Bu səbəbdən yanğından mühafizə hissəsinin avtomobilinin arxası ilə piyada getmişdir. Həmin avtomobil Zəhmətkənd kənd sakini Təqsirləndirilən şəxs1 yaşadığı evin qarşısında dayanmışdır. O da yanğından mühafizə hissəsinin avtomobilinin yanına gəlib avtmobildə olan şəxslərdən nə səbəbə görə gəlmələrini soruşmuşdur. Həmin şəxslər ona demişlər ki, məhkəmə qətnaməsinin icrası ilə bağlı gəlmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs1 həyətində görmüşdür ki, polis əməkdaşları Təqsirləndirilən şəxs1, onun arvadı Təqsirləndirilən şəxs2 sakitləşdirməyə çalışırlar. Təqsirləndirilən şəxs1 həmin vaxt əlinə balta almışdır və adını sonradan bildiyi polis əməkdaşı Zərərçəkmiş şəxs1 onun əllərindən dərhal tutmuşdur. O da Təqsirləndirilən şəxs1 əlindən baltanı almışdır. Sonra polis əməkdaşları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Esmira Məmmədəliyevanı polis avtomobilinə mindirib aparmışlar. Məhkəmə iclasında elan edilmiş Gədəbəy Rayon Yanğından Mühafizə Hissəsində böyük yanğınsöndürən işləyən Şahid13 şahid qismində dindirilmə protokolundan görünür ki, xx xxxxx 2012-ci il tarixdən hal-hazıradək Gədəbəy rayon Yanğından mühafizə hissəsində böyük yanğınsöndürən vəzifəsində işləyir. Rütbəsi daxili xidmət baş çavuşudur. Gədəbəy rayon İcra və Probasiya şöbəsinin xx xxx 2020-ci il tarixli, 176046-18 nömrəli məktubuna əsasən Gədəbəy rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(042)-601/2018 saylı icra sənədinin icrası ilə bağlı xx xxxx 2020-ci il tarixə, saat 15:00-a yanğından mühafizə briqadasının ayrılması nəzərdə tutulmuşdur. Bu məqsədlə xx xxxx 2020-ci il tarixdə saat 15 radələrində ondan , manqa komandiri, daxili xidmət baş çavuşu Ramin Əhmədovdan, sürücü Şahid14 ibarət yanğın söndürən briqadası Gədəbəy rayonu Zəhmətkənd kəndinə getmişlər. İlk öncə onlar rayon İcra və probasiya şöbəsindən daxil olmuş məktubda adı qeyd edilən tələbkar Yasəmən Sadıqovanın yaşadığı evin qarşısına getmişlər. Ora çatdıqda heç kim olmadığından rəhbərlik tərəfindən onlara məlumat verilmişdir ki, Təqsirləndirilən şəxs1 yaşadığı evin qarşısına getmək lazımdır. Onlar da dərhal Təqsirləndirilən şəxs1 yaşadığı evin qarşısına gəlmişlər. Ora çatdıqda görmüşlər ki, evin həyətindən bərk qışqırıq səsləri gəlir. O və digər işçilər dərhal hazır vəziyyətə gəlmişlər ki, birdən yanğın baş verə bilər. Lakin evin həyətinə baxdıqda görmüşlər ki, heç bir yanğın hadisəsi baş verməmişdir. Lakin polis əməkdaşları Təqsirləndirilən şəxs1 və onun arvadı Təqsirləndirilən şəxs2 sakitləşdirməyə çalışırlar. Onlar sakitləşdirildikdən sonra Şahid1 icra işini icra sənədində qeyd edilmiş qaydada icra edib qurtarmış və icra sənədinin icrası ilə bağlı akt tərtib edilmişdir. Aktı bütün iştiakçıların imzalamasına baxmayaraq borclu Təqsirləndirilən şəxs1 imzalamaqdan imtina etmişdir. Sonra polis əməkdaşları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Esmira Məmmədəliyeva ilə birlikdə rayon polis şöbəsinə getmişlər. İşdə olan Məhkəmə-Tibbi Ekspertizasının xx.xx.2020-ci il tarixli 373 nömrəli Rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlər - başın qançırı, sol əlin sıyrığı küt əşyaların təsirindən törənmişdir, törənmə müddətləri xx xxxx 2020-ci il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. İşdə olan Məhkəmə-Tibbi Ekspertizasının xx.xx.2020-ci il tarixli 374 nömrəli Rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarət - sağ dirsək oynağının sıyrığı küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti xx xxxx 2020-ci il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. İşdə olan Məhkəmə-Tibbi Ekspertizasının xx.xx.2020-ci il tarixli 375 nömrəli Rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 bədən səthində aşkar edilmiş xəsarətlər- sağ əlin və sağ saidin sıyrıqları küt əşyaların təsirindən törənmişdir, törənmə müddətləri xx xxxx 2020-ci il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. İşdə olan Məhkəmə-Tibbi Ekspertizasının xx.xx.2020-ci il tarixli 376 nömrəli Rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədən səthində aşkar edilmiş xəsarətlər- sol saidin qançırı və əzilmiş səthi yarası küt əşyaların təsirindən törənmişdir, törənmə müddətləri xx xxxx 2020-ci il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. İşdə olan Məhkəmə-Tibbi Ekspertizasının xx.xx.2020-ci il tarixli 377 nömrəli Rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədən səthində aşkar edilmiş xəsarət - sağ bazunun qançırı küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti xx xxxx 2020-ci il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. İşdə olan Məhkəmə-Tibbi Ekspertizasının xx.xx.2020-ci il tarixli 378 nömrəli Rəyindən görünür ki, X1 bədən səthində aşkar edilmiş xəsarətlər - sağ budun qançırları küt əşyaların təsirindən törənmişdir, törənmə müddətləri xx xxxx 2020-ci il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. İşdə olan Məhkəmə-Tibbi Ekspertizasının xx.xx.2020-ci il tarixli 379 nömrəli rəyindən görünür ki, X4 bədən səthində aşkar edilmiş xəsarətlər - boyunun qançırı, sağ dirsək oynağının sıyrığı küt əşyaların təsirindən törənmişdir, törənmə müddətləri xx xxxx 2020-ci il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. İşdə olan Materialların Məhkəmə Ekspertizasının xx.xx.2020-ci il tarixli 61148-6/1149 nömrəli Rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 polis formasının geyim paltarlarının və Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X2 geyim paltarlarının üzərlərində kənar lif mikrohissəcikləri vardır. Təqsirləndirilən şəxs1 şalvarının üzərindən tapılmış qırmızı rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə polis formasının şalvarlarının yanlarında olan zolağının tərkib liflərinə uyğun gəlirlər; -Esmira Məmmədəliyevanın koftasının üzərindən tapılmış bozumtul-mavi rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə polis formasının köynəklərinin tərkib liflərinə uyğun gəlirlər; Polis geyim formasının geyim paltarlarının hər birinin rəngi, təbiəti və tərkib lifləri eyni olduğu üçün, Təqsirləndirilən şəxs1 və E.Məmmədəliyevanın geyim paltarlarının üzərlərindən tapılmış liflər hansı şəxsə mənsub olmasını müəyyən etmək mümkün olmamışdır; Yaşar Həsənovun gödəkçəsinin (mont) üzərindən tapılmış qəhvəyi rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs1 köynəyinin tərkib liflərinə uyğun gəlirlər; Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 polis formasının şalvarlarının üzərlərində tapılmış qara rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs1 şalvarının tərkib liflərinə uyğun gəlirlər; Tahirə Məmmdəliyevanın donunun üzərində polis geyim formasının tərkib lifləri yoxdur; Zərərçəkmiş şəxs2 polis geyim formasının üzərində Təqsirləndirilən şəxs1, E.Məmmədəliyevanın və T. Məmmədəliyevanın geyim paltarlarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş, üzərində : “Hadisə zamanı Təqsirləndirilən şəxs2 əlindən alınmış içərisində benzin olan butulka” yazısı olan bükümdə, 1 litrlik plastik butulkanın içərisindəki 190 ml həcmində qırmızımtıl rəngli maye tez alışan neft məhsulu A-93 markalı benzindir. Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 polis formasının geyim paltarlarının və Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X2 geyim paltarlarının üzərində neft məhsullarının və yanacaq-sürtkü materiallarının izləri yoxdur. İşdə olan Kompleks Məhkəmə-Ballistik və Məhkəmə-Trasoloji ekspertizasının xx.xx.2020- ci il tarixli, 3/663 və 3/664 nömrəli Rəyindən görünür ki, - təqdim edilmiş, «1» rəqəmi ilə işarələnmiş predmet kustar üsul ilə hazırlanmış, «2» rəqəmi ilə işarələnmiş predmet zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici-çapıcı, digər tərəfi əzici xassəyə malik, təsərrüfat-məişət təyinatlı baltadır, soyuq silah hesab edilmirlər. - Təqdim edilmiş üzərində "X5 məxsus....” yazıları olan bağlamadan aşkar edilmiş uzunqol köynəyin, üzərində “Zərərçəkmiş şəxs1na məxsus....” yazıları olan bağlamadan aşkar edilmiş gödəkçənin səthində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Üzərində “X5 məxsus...." yazıları olan bağlamadan aşkar edilmiş uzunqol köynəyin səthində olan zədələr fiziki qüvvənin təsirindən yaranmağa xarakterik cırılma zədələridir. Üzərində “Zərərçəkmiş şəxs1 məxsus....” yazıları olan bağlamadan aşkar edilmiş gödəkçənin səthində olan zədə isə fiziki qüvvənin təsirindən yaranmağa xarakterik sökülmə zədəsidir. - Xüsusi ədəbiyyatlarda qeyd edilən xarakterə malik zədələrin yaranma mexanizminin müəyyən olunması ilə bağlı tədqiqat metodu olmadığından fiziki güvvənin təsiri nəticəsində yaranan zədələrin əmələ gəlmə mexanizminin kriminalistik tədqiqat aparılması yolu ilə müəyyən edilməsi mümkün deyil. -Təqdim edilmiş digər geyim əşyalarının səthində trasoloji zədə yoxdur. İşdə olan hadisə yerinə baxış keçirilməsi haqqında xx xxxx 2020-ci il tarixli Protokoldan görünür ki, hadisə yeri Gədəbəy rayonu, Zəhmətkənd kəndində yerləşən Təqsirləndirilən şəxs1 məxsus fərdi yaşayış evidir. Fərdi yaşayış evinin arxa tərəfində su xətti vardır. İşdə olan Şübhəli şəxs Təqsirləndirilən şəxs1 əynində olan paltarlara baxış keçirilməsi və götürülməsi haqqında xx xxxx 2020-ci il tarixli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 hadisə zamanı əynində olmuş bir ədəd ağ və boz zolaqları olan qısa qol köynəyin və bir ədəd qara rəngli şalvarın üzərində hər hansı bir zədə izləri və qanabənzər ləkələr aşkar edilməmişdir. Bundan sonra həmin geyim əşyaları müvafiq qaydada qablaşdırılmış və möhürlənərək götürülmüşdür. İşdə olan Zərərçəkmiş şəxs1 əynində olan xidməti geyim formasına, 2 ədəd baltaya və plasmas butulkaya baxış keçirilməsi və götürülməsi haqqında xx xxxx 2020-ci il tarixli Protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş polis geyim formasının, yəni bir ədəd tünd göy rəngli montun, bir ədəd mavi rəngli uzunqol köynəyin və bir ədəd tünd göy rəngli şalvarın üzərində qanabənzər ləkələr və zədələr olmamışdır. Hadisə vaxtı Təqsirləndirilən şəxs1 əlində olmuş, ümumi uzunluğu 67 santimetr, tutacağı taxtadan olmaqla uzunluğu 60 santimetr, baş hissi dəmirdən olmaqla tiyəsinin eni 16 santimetr, tiyənin qalınlığı 0.1 santimetr və tiyədən çəkiç hissənin son xəttinə qədər uzunluğu 19 santimetr olan baltaya, hadisə vaxtı Təqsirləndirilən şəxs2 əlində olmuş ümumi uzunluğu 37 santimetr, tutacağı çəhrayı və qara rəngli bərk plasmasdan olmaqla uzunluğu 32 santimetr, baş hissi dəmirdən olmaqla tiyəsinin eni 11 santimetr, tiyənin qalınlığı 0.1 santimetr və tiyədən çəkiç hissənin son xəttinə qədər uzunluğu 16 santimetr olan baltaya, hadisə vaxtı Təqsirləndirilən şəxs2 əlində olmuş içərisində benzin olan plasmas butulkaya baxış keçirilmişdir. Bundan sonra həmin geyim əşyaları, baltalar və içəri-sində benzin olan plasmas butulka müvafiq qaydada qablaşdırılmış və möhürlənərək götürülmüşdür. İşdə olan Zərərçəkmiş şəxs3 əynində olan paltarlara baxış keçirilməsi və götürülməsi haqqında xx xxxx 2020-ci il tarixli Protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 hadisə zamanı əynində olmuş polis geyim formasının, yəni 01 ədəd mavi rəngli, qısaqol köynəyin, 01 ədəd tünd göy rəngli şalvarın üzərində qanabənzər ləkələr və zədələr olmamışdır. İşdə olan Zərərçəkmiş şəxs4 əynində olan paltarlara baxış keçirilməsi və götürülməsi haqqında xx xxxx 2020-ci il tarixli Protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 hadisə zamanı əynində olmuş polis geyim formasının, yəni 01 ədəd mavi rəngli, uzunqol köynəyin, 01 ədəd tünd göy rəngli şalvarın üzərində qanabənzər ləkələr və zədələr olmamışdır. İşdə olan Zərərçəkmiş şəxs2 əynində olan paltarlara baxış keçirilməsi və götürülməsi haqqında xx xxxx 2020-ci il tarixli Protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 hadisə zamanı əynində olmuş polis geyim formasının, yəni 01 ədəd mavi rəngli, qısaqol köynəyin, 01 ədəd tünd göy rəngli şalvarın üzərində qanabənzər ləkələr və zədələr olmamışdır. İşdə olan Təqsirləndirilən şəxs2 əynində olan paltarlara baxış keçirilməsi və götürülməsi haqqında xx xxxx 2020-ci il tarixli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 hadisə zamanı əynində olmuş 01 ədəd sarı, tünd göy rəngləri olan don üzərində qanabənzər ləkələr və zədələr olmamışdır. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(042)-601 nömrəli qətnaməsinin surətindən görünür ki, Gədəbəy rayonu, Zəhmətkənd kəndində yerləşən, ümumi istifadədə olan su bulağının iddiaçı X3 tərəfindən istifadə edilməsinə cavabdeh Təqsirləndirilən şəxs1 tərəfindən yaradılan maneələrin aradan qaldırılması qət edilmişdir. İşdə olan xx xxxx 2020-ci il tarixli aktın surətindən görünür ki, Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid2 Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin və Gədəbəy RPŞ-nin əməkdaşları ilə birlikdə xx xxxx 2020-ci il tarixdə Gədəbəy rayonu, Zəhmətkənd kəndində yerləşən, ümumi istifadədə olan su bulağının iddiaçı X3 tərəfindən istifadə edilməsinə cavabdeh Təqsirləndirilən şəxs1 tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə Gədəbəy Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(042)- 601 nömrəli qətnaməsinin icrası ilə əlaqədar icra yerində olarkən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Esmira Məmmədəliyeva tərəfindən icra işinə maneçilik göstərilsə də, icra məmurları icra işini yerinə yetirmiş, polis əməkdaşlarına müqavimət göstərilmişdir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində xx xxxx 2020-ci il tarixdən həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İdarəsi tərəfindən verilmiş Tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İşdə olan Epikrizlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 ÜİX. Gərginlik stenokardoyası, f\s İİİ koronarokardioskeleroz, qan dövranı çatmamazlığı İİ, hipertoniya xəstəliyi İİİ mərhələ, vertebro bazilyar hövzədə qan dövranı çatmamazlığı, xroniki hepatit, xroniki holesistit,xroniki pankreatit, böyrəklərin hipertrofiyası xəstəlikləri var. İşdə olan Gədəbəy RİHB-nın Zəhmət kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş Xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə edilirlər. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə tədqiq olunmuş sübutları qiymətləndirərək təqsirləndirilən şəxsin zərər çəkmiş şəxs X17 vurmaması və ona xəsarət yetirməməsi, əslində onun döyülüb xəsarət alması barədə ifadəsini əsaslandırılmayan və məhkəmə iclasında tədqiq olunmuş təkzibolunmaz sübutlarla təsdiq olunmayan şəxsi mülahizəsi hesab edərək özünü müdafiə cəhdi kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 315-ci maddəsinə əsasən hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə və ya xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı zor tətbiq etmə–iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə iclasında təqsirləndirlən şəxslərin, zərərçəkmişlərin və şahidlərin ifadələri,istintaq hərəkətlərinin protokolları və ekspertiza rəyləri ilə sübut edilmişdir ki, Təqsirləndirilən şəxs1 Gədəbəy rayonu, Zəhmətkənd bələdiyyəsinin mülkiyyətində olan ümumi istifadə üçün nəzərdə tutulan su bulağının iddiaçı X3 tərəfindən istifadə edilməsinə yaradılan maneələrin aradan qaldırılması barədə Gədəbəy rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(042)-601/2018 saylı qətnaməsinin icrası ilə əlaqədar həyata keçirilən icra tədbiri zamanı xx xxxx 2020-ci il tarixdə saat 15 radələrində onun yaşadığı fərdi yaşayış evinə Gədəbəy rayon İcra Hakimiyyəti Başçısının Zəhmətkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahid11, Gədəbəy rayon Polis şöbəsinin İctimai təhlükəsizlik bölməsinin rəisi, polis polkovnik-leyetnantı Zərərçəkmiş şəxs1, həmin bölmənin polis sahə rəisləri, polis leytenantı Zərərçəkmiş şəxs2, polis kapitanı X6, sahə polis nəfəri polis baş serjantı Zərərçəkmiş şəxs3, Post patrul Xidməti bölüyünün komandiri polis leytenantı Şahid5, həmin bölüyün manqa komandiri, polis serjantı Şahid6, polis nəfərləri, polis kiçik serjantı Şahid4, polis baş serjantı Şahid7, Post patrul Xidməti tağımının polis nəfəri, polis sıravisi Zərərçəkmiş şəxs4 və qeyriləri ilə birlikdə gələn Gədəbəy rayon İcra və Probasiya şöbəsinin rəisi Şahid1, icra məmurları Şahid2 Əsgər oğlu və Şahid3 tərəfindən qanuni qüvəyə minmiş məhkəmə qətnaməsində göstərilən su bulağının Yasəmən Sadıqova tərəfindən istifadə edilməsinə yaradılan maneələrin aradan qaldırılması ilə bağlı göstərişlərin könüllü icra edilməsi barədə edilmiş təkliflə razılaşmayaraq rayon icra və probasiya şöbəsi əməkdaşlarının məcburi icra hərəkətlərini icra etməsinə qəti olaraq etirazını bildirib, onu maneə yaratmaması və qətnamənin icra edilməsi üçün nizam-intizama dəvət edən, qətnamənin rayon icra və probasiya şöbəsi əməkdaşları tərəfindən məcburi icrası zamanı ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində hakimiyyət nümayəndəsi kimi qanunvericiliklə müəyyən edilmiş xidməti vəzifələrini yerinə yetirən Gədəbəy rayon polis şöbəsinin İctimai təhlükəsizlik bölməsinin rəisi, polis polkovnik-leyetnantı Zərərçəkmiş şəxs1, həmin bölmənin polis sahə rəisi, polis leytenantı Zərərçəkmiş şəxs2, sahə polis nəfəri polis baş serjantı Zərərçəkmiş şəxs3 və Post patrul Xidməti tağımının polis nəfəri, polis sıravisi Zərərçəkmiş şəxs4 üzərinə məcburi icra tədbirinin həyata keçirilməsini dayandırmaq, polis əməkdaşlarını qorxutmaq və xidməti vəzifələrinin icrasına mane olmaq məqsədilə əlində olan balta ilə hücum etmiş, daha sonra zor tətbiq edərək yumruqla vuraraq polis siravisi Zərərçəkmiş şəxs4 sağ əlin və sağ saidin sıyrıqları formasında ağırlıq dərəcəsi təyin edilməyindən sağlamlığa zərər vurmayan bədən xəsarətlərİ yetirib müqavimət göstərmiş və bununla da Azərbaycan Respublikası CM-nin 315-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş; Təqsirləndirilən şəxs2 Gədəbəy rayonu, Zəhmətkənd bələdiyyəsinin mülkiyyətində olan ümumi istifadə üçün nəzərdə tutulan su bulağının iddiaçı X3 tərəfindən istifadə edilməsinə yaradılan maneələrin aradan qaldırılması barədə Gədəbəy Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(042)-601/2018 nömrəli qətnaməsinin icrası ilə əlaqədar həyata keçirilən icra tədbiri zamanı xx xxxx 2020-ci il tarixdə saat 15 radələrində onun yaşadığı fərdi yaşayış evinə Gədəbəy rayon İcra Hakimiyyəti Başçısının Zəhmətkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahid11, Gədəbəy rayon Polis şöbəsinin İctimai təhlükəsizlik bölməsinin rəisi, polis polkovnik-leyetnantı Zərərçəkmiş şəxs1, həmin bölmənin polis sahə rəisləri, polis leytenantı Zərərçəkmiş şəxs2, polis kapitanı X6, sahə polis nəfəri polis baş serjantı Zərərçəkmiş şəxs3, Post patrul Xidməti bölüyünün komandiri polis leytenantı Şahid5, həmin bölüyün manqa komandiri, polis serjantı Şahid6, polis nəfərləri, polis kiçik serjantı Şahid4, polis baş serjantı Şahid7, Post patrul Xidməti tağımının polis nəfəri, polis sıravisi Zərərçəkmiş şəxs4 və qeyriləri ilə birlikdə gələn Gədəbəy rayon İcra və Probasiya şöbəsinin rəisi Şahid1, icra məmurları Şahid2 Əsgər oğlu və Şahid3 tərəfindən qanuni qüvəyə minmiş məhkəmə qətnaməsində göstərilən su bulağının Yasəmən Sadıqova tərəfindən istifadə edilməsinə yaradılan maneələrin aradan qaldırılması ilə bağlı göstərişlərin könüllü icra edilməsi barədə edilmiş təkliflə razılaşmayaraq rayon icra və probasiya şöbəsi əməkdaşlarının məcburi icra hərəkətlərini icra etməsinə qəti olaraq etirazlarını bildirmiş, onları maneə yaratmamaları və qətnamənin icra edilməsi üçün nizam-intizama dəvət edən, qətnamənin rayon icra və probasiya şöbəsi əməkdaşları tərəfindən məcburi icrası zamanı ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində hakimiyyət nümayəndəsi kimi qanunvericiliklə müəyyən edilmiş xidməti vəzifələrini yerinə yetirən Gədəbəy rayon Polis şöbəsinin İctimai təhlükəsizlik bölməsinin rəisi, polis polkovnik-leyetnantı Zərərçəkmiş şəxs1, həmin bölmənin polis sahə rəisi, polis leytenantı Zərərçəkmiş şəxs2, sahə polis nəfəri polis baş serjantı Zərərçəkmiş şəxs3 və Post patrul Xidməti tağımının polis nəfəri, polis sıravisi Zərərçəkmiş şəxs4 üzərinə məcburi icra tədbirinin həyata keçirilməsini dayandırmaq, polis əməkdaşlarını qorxutmaq və xidməti vəzifələrinin icrasına mane olmaq məqsədilə bir əlində olan balta ilə hücum etmiş, Zərərçəkmiş şəxs1 üzərinə digər əlindəki 1 litrlik plastik butulkanın içərisindəki A-93 markalı benzinin müəyyən hissəsini tökməklə və xidməti geyim formasına əli ilə zədə yetirməklə, eləcə də zor tətbiq edərək yerə yıxmaqla ona başın qançırı və sol əlin sıyrığı formasında ağırlıq dərəcəsi təyin edilməyən sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirməklə müqavimət göstərmiş və bununla da Azərbaycan Respublikası CM-nin 315-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxslər tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsuirləndirilənin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. İş üzrə təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı təqsirini etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, zərərçəkmişlərdən üzr istəməsini, zərərçəkmişlərin onu bağışlamasını, təqsirləndirilən şəxsdə olan xəstəlikləri, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini ona təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı təqsirini etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, zərərçəkmişlərdən üzür istəməsini, zərərçəkmişlərin onu bağışlamasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini ona təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə işin faktiki hallarına və təqsirləndirilən şəxslərin cəzalarını yüngülləşdirən hallara qiymət verərək, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, hesab edir ki, şəxsiyyətlərini səciyyələndirən halları, əvvəllər məhkumluqlarının olmaması, eləcə də, təyin ediləcək cəzanın onların sonrakı həyat tərzinə, davranışlarına, başqalarına münasibətinə təsiri nəzərə alınmalı, təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində onlara azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək. Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələblərini nəzərə alıb, iş üzrə maddi sübutlar məsələsini həll edərək belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd ağ və boz zolaqları olan qısa qol köynək və 01 ədəd qara rəngli şalvar, X5 məxsus 01 ədəd tünd göy rəngli uzunqol kofta, 01 ədəd boz rəngli yupka və 01 ədəd qara rəngli kalqotka, Təqsirləndirilən şəxs2 məxsus bir ədəd sarı, tünd göy rəngləri olan don, Zərərçəkmiş şəxs1 məxsus polis geyim forması, yəni 01 ədəd tünd göy rəngli mont, 01 ədəd açıq mavi rəngli uzunqol köynək, 01 ədəd tünd göy rəngli şalvar, Zərərçəkmiş şəxs2 məxsus polis geyim forması, yəni 01 ədəd açıq mavi rəngli qısaqol köynək və 01 ədəd tünd göy rəngli şalvar, Zərərçəkmiş şəxs3 məxsus polis geyim forması, yəni 01 ədəd açıq mavi rəngli qısaqol köynək və 01 ədəd tünd göy rəngli şalvar, Zərərçəkmiş şəxs4 məxsus polis geyim forması, yəni 01 ədəd açıq mavi rəngli uzunqol köynək və 01 ədəd tünd göy rəngli şalvar hökm qanuni qüvvəsinə mindikdən sonra sahiblərinə qaytarılmalı, 01 ədəd balta və içərisində benzin olan plastmas butulka məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 197.1-ci, 197.1.4-cü, 198.1-ci və 198.3-cü maddələrinə əsasən iş üzrə məhkəmə ekspertizalarının dəyəri olan 320 manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınaraq, dövlət büdcəsinə keçirilməlidir. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş mülki iddia yoxdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı)ay müddətə azadlığın məhdulaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 xx xxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixə qədər 04 ay 13 gün həbsdə olması nəzərə alınmaqla, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq, 01(bir) il 09 (doqquz) ay 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Gədəbəy rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, icra edilmiş məhkəmə qətnaməsinin icrasına maneələr törətməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Gədəbəy rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, icra edilmiş məhkəmə qətnaməsinin icrasına maneələr törətməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd ağ və boz zolaqları olan qısa qol köynək və 01 ədəd qara rəngli şalvar, X5 məxsus 01 ədəd tünd göy rəngli uzunqol kofta, 01 ədəd boz rəngli yupka və 01 ədəd qara rəngli kalqotka, Təqsirləndirilən şəxs2 məxsus bir ədəd sarı, tünd göy rəngləri olan don, Zərərçəkmiş şəxs1 məxsus polis geyim forması, yəni 01 ədəd tünd göy rəngli mont, 01 ədəd açıq mavi rəngli uzunqol köynək, 01 ədəd tünd göy rəngli şalvar, Zərərçəkmiş şəxs2 məxsus polis geyim forması, yəni 01 ədəd açıq mavi rəngli qısaqol köynək və 01 ədəd tünd göy rəngli şalvar, Zərərçəkmiş şəxs3 məxsus polis geyim forması, yəni 01 ədəd açıq mavi rəngli qısaqol köynək və 01 ədəd tünd göy rəngli şalvar, Zərərçəkmiş şəxs4 məxsus polis geyim forması, yəni 01 ədəd açıq mavi rəngli uzunqol köynək və 01 ədəd tünd göy rəngli şalvar hökm qanuni qüvvəsinə mindikdən sonra sahiblərinə qaytarılsın, bir ədəd balta və içərisində benzin olan plastmas butulka məhv edilsinlər. İş üzrə ekspertiza xərci olan 320 manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınaraq, dövlət büdcəsinə keçirilsin. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar