Məhkəmə qərarları › İş №1(042)-53/2021

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №1(042)-53/2021

02.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 1(042)-53/2021 02.12.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxx 1940-cı ildə Gədəbəy rayonu, Cəfərli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmamış, orta təhsilli, evli, pensiyaçı, Yevlax rayonu Tanrıqulular kəndində pasport qeydiyyatında olan və ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 02 dekabr 2021-ci il tarixdə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 26 may 2021-ci il tarixdə saat 18 radələrində Gədəbəy rayonu, Nağılar kəndində yerləşən ata mülkü olan evin eyvanında qardaşı qızı Zərərçəkmiş şəxs ilə əvvəlcədən aralarında həmin evə görə şəxsi münasibətlərin pozulması zəminində baş vermiş narazılıqlara və Zərərçəkmiş şəxs evdən çıxıb getməsini bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı istintaqa məlum olmayan məişət təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs ağız nahiyyəsinə qəsdən vuraraq, ona üst dodağın ağız boşluğuna açılan deşilmiş-kəsilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurduğuna görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ifadə verərək, göstərmişdir ki, о, ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, təqaüdçüdür. Zərərçəkmiş şəxs onun qardaşı qızıdır. Onunla heç bir düşmənçiliyi yoxdur. Ancaq aralarında mülk üstündə ədavət yaranmışdır. O, əvvəllər Rusiya Federasiyasının Moskva şəhərində yaşamış, 1989-cu ildə Rusiya Federasiyasından köçüb Azərbaycana gəlmiş və Yevlax rayonu, Tanrıqulular kəndində yaşamağa başlamışdır. Ancaq həmin illərdə mütamadi olaraq Gədəbəy rayonuna gəlib getmiş, Azərbaycana köçüb gəlməmişdən əvvəl, yəni, 1985-ci ildə anası Prüzə vəfat etmişdir. Anası vəfat etdikdən sonra Gədəbəy rayonunda yerləşən ata mülkü olan evində heç kim yaşamamış, ancaq anası da vəfat edəndən sonra ev ona qalmışdır. Qardaşı Bəhram da Mingəçevir şəhərində yaşamışdır, ancaq bəzi vaxtlarda o, da Gədəbəy rayonunda yerləşən evinə gəlib getmişdir. 2018-ci ildə Şükufə ilə aralarında mülk üstündə narazılıqlar başlamışdır. O, da Şükufə da Gədəbəy Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə həmin mülkü iki yerə bölmüşdür. Lakin o, sonradan apellasiya məhkəməsinə müraciət etmişdir. Hazırda da həmin mülki iddiaya Ali Məhkəmədə baxılır. Buna görə Zərərçəkmiş şəxs ilə aralarında olan ədavət davam etməkdədir. 2021-ci ilin aprel ayından Gədəbəy rayonu, Nağılar kəndində yerləşən evinə gəlib yaşamağa başlamışdır. 26 may 2021-ci il tarixdə saat 11 radələrində evdə olduğu zaman Şükufə gəlmiş, ancaq Şükufənin evə girməsinə icazə verməmişdir. O, evin balkonunda əyləşib, Şükufəni evə buraxmıyacağını demişdir. Şükufə də çıxıb getməmiş, evin 6 ədəd pəncərə şüşəsini sındırmış, ona məxsus geyim əşyalarını götürüb küçəyə atmış, sonra da evin həyətində oturub gözləmişdir. Şükufə şüşələri sındırmaqla evə təxminən 30 manat maddi ziyan vurmuşdur. Bu səbəbdən aralarında mübahisə yaranmış, Şükufə onu təhqir etmişdir. O, axşama qədər Şükufənin evinə girməsinə icazə verməmişdir. Həmin gün saat 18 radələrində evdən su götürmək üçün içəri girmək istəmiş, bu zaman Şükufə evə girmək istəyərkən ona mane olmuşdur. O, Şükufə ilə çəkişərək qapını saxlamış, Şükufə isə güc göstərib qapını açmaq üçün geri itələmişdir. Şükufə ağac götürüb ağacla qolunun üstündən, ayaqlarından və başından vurmuş, ağac ortadan ikiyə bölünmüş, ağacı çəkib Şükufənin əlindən almaq istəmiş, Şükufə isə güc göstərib ağacı onun əlindən almış və ağacla başına vurmuşdur. Şükufənin onu ağac zərbələri ilə vurması nəticəsində huşunu itirib yerə yıxılmış, sonra nələrin baş verməsindən xəbəri olmamışdır. Dava zamanı ola bilər ki, Şükufəyə zərbə endirmişdir. Törətdiyi əməldən peşmandır. Amnistiya qərarına əsasən barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilməsini xahiş edir. 28 oktyabr 2021-ci il tarixdə keçirilmiş məhkəmə baxış iclasında Zərərçəkmiş şəxs ifadə verərək, bildirmişdir ki, o, Gədəbəy rayonu, Nağılar kəndində müvəqqəti olaraq tək yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, ikinci qrup gözdən əlil olmaqla təqaüd alır. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs onun doğma əmisidir. Onunla heç bir düşmənçiliyi yoxdur. Ancaq aralarında mülk üstündə ədavət yaranmışdır. Təqsirləndirilən şəxs uzun illər Qazaxıstan Respublikasında yaşamış, gənc yaşlarından Azərbaycanı tərk edib getmiş, öz atasının və anasının dəfninə də gəlib iştirak etməmişdir. Atası Bəhram evin böyük oğlu olub, Bəhlul isə kiçik olmuşdur. Babasına məxsus evdə atası yaşamış, babası vəfat edəndən sonra Mingəçevir şəhərində yaşamış, sonra evlənib gəlin köçmüşdür. 2009-cu ildə ərindən boşandıqdan sonra valideyinləri ilə birgə yaşamış, 2018ci ildə atası və anası vəfat etmişlər. Bundan sonra o, Gədəbəy rayonuna gəlib atasına məxsus evdə yaşamağa başlamışdır. Atasının valideyinlərindən qalma mülk uçub dağılmış halda olmuşdur. Əmisi Bəhlul arvadı Nuraniyə və iki uşağı ilə birgə Azərbaycana gəldikdən sonra atası Bəhramın sağlığında Yevlax rayonu, Tanrıqulular kəndində atasının köməkliyi ilə özünə ev alıb yaşamağa başlamışdır. Lakin atası vəfat edəndən sonra Bəhlul Gədəbəy rayonu, Nağılar kəndində yerləşən evə gəlmiş, həmin evin ata mülkü olduğunu bildirərək, onun evdən çıxmasını tələb etmişdir. Bəhlul bir neçə dəfə gəlib, onu təhqir etmişdir. O, da, Bəhlul da Gədəbəy Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə həmin mülkü iki yerə bölmüşdür. Lakin bu işə Ali Məhkəmədə baxılması davam edir. 26 may 2021-ci il tarixdə saat 11 radələrində Mingəçevir şəhərindən atasına məxsus evə gəldikdə, Bəhlulun evə gəlməsini, evin kilidlərini sındıraraq evə daxil olduğunu görmüşdür. Həmin gün hava yağışlı olmuş, o, evə daxil olmaq istədikdə, Bəhlul evə girməsinə icazə verməmişdir. Bəhlul evin giriş qapısına yaxında evin balkonunda stulda əyləşib, qarşısında ağac parçası və bıçaq qoyub onu gözləmişdir. O, polisə zəng edib, Bəhlulun hərəkətləri barədə məlumat vermiş, ancaq polis əməkdaşları məsələnin mülki xarakterli olmasını bildirərək onun evə buraxılmasına kömək etməmişlər. Bəhlulla aralarında sözlə mübahisə davam etmişdir. O, saat 18 radələrinə kimi gözləmiş, artıq hava qaraldığı vaxtda evə girməyə cəhd etmiş, lakin Bəhlul əli ilə sinəsindən vurub yerə yıxmış, o, arxası üzərinə daş pilləkənin üzərinə yıxılmış, nəticədə kürəyinin sağ tərəfindən və sol qolundan xəsarət almışdır. Bir qədər sonra ayağa qalxıb, Bəhlula irad bildirmiş və yenidən qapını açmağa cəhd etmişdir. Bəhlul bıçaqla bir dəfə onun ağız nahiyyəsinə vuraraq xəsarət yetirmişdir. Bəhlulun onu vurması nəticəsində ağız nahiyyəsindən qan axmağa başlamış, ağız nahiyyəsindən axan qanı kəsmiş, sonra isə 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Hadisə cəmi 4-5 dəqiqə ərzində baş vermişdir. Həmin vaxtı ətrafdan kənar şəxslər toplaşmamışdır. Təqsirləndirilən şəxs onu bıçaqla vurub xəsarət yetirdikdən sonra hadisə yerindən uzaqlaşmışdır. Təqsirləndirlən şəxslə barışmamışdır. Məhkəmə iclasında Şahid3 elan edilmiş ifadəsinidən görünür ki, o, 1992-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Gədəbəy rayon şöbəsinin rəisi vəzifəsində işləyir. Gədəbəy rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı polis mayoru Şahin Rzayevin 27 may 2021-ci il tarixli məhkəmə-tibbi ekspertizası təyin edilməsi barədə qərarı əsasında Zərərçəkmiş şəxs həmin tarixdə məhkəmə-tibbi ekspertizası müayinəsi həyata keçirilmiş, müayinə əsasında 28 may 2021-ci il tarixli, 293 saylı rəy tərtib edilmişdir. Müəyyən edilmişdir ki, “müayinə olunan orta boylu, düzgün bədən quruluşlu, kafi qidalıdır. Müayinə zamanı üst dodağın dəri hissəsinin sağ yarsında 1,3x0,2sm ölçüdə hamar kənarlı, ağız boşluğuna açılan yara vardır, həmin proyeksiyasında selikli qişada 1x0,2sm ölçüdə üzəri ağımtıl ərpli hamar kənarlı yara vardır. Sol saidin orta üçdə birinin arxa səthində 2,6x3sm ölçüdə qırmızımtıl-göyumtul rəngli qançır vardır.Sağ kürək nahiyyəsində şişkinlik fonunda 6.5x5sm ölçüdə göyumtul-qırmızımtıl rəngli qançır vardır.Başqa xəsarət aşkar edilməmişdir. Həmin rəyin nəticə hissəsində aşkar edilmiş sol saidin qançırı, sağ kürək nahiyyəsinin şişkinliyi və geniş ölçülü qançırı küt əşyanın, üst dodağın ağız boşluğuna açılan deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın təsirindən törənmişlər. Həmin xəsarətlərin törənmə müddətləri 26 may 2021-ci il tarixinə uyğun gəlmişdir. Üst dodağın ağız boşluğuna açılan deşilmiş-kəsilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddir, sol saidin qançırı, sağ kürək nahiyyəsinin şişkinliyi və geniş ölçülü qançırı xəsarətləri isə sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün ağırlıq dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin onun özü-özünə yetirməsi inandırıcı deyildir”. Qeyd edilən üst dodağın ağız boşluğuna açılan deşilmiş-kəsilmiş yarası hamar kənarlı yaradır, həmin yara kəsici və deşici alətin təsirindən törənmişdir. Məhkəmə iclasnda Şahid4 elan edilmiş ifadəsindən görünür ki, Şəmkir rayonu, Hacallar kəndində ailə üzvləri ilə birgə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir. Zərərçəkmiş şəxs qayınanasıdır. Onun barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Şükufə ilə Bəhlul arasında mülk üstündə narazılıq olmasından xəbəri vardır. 26 may 2021-ci il tarixdə qayınanası Şükufənin Gədəbəy rayonu Nağılar kəndində yerləşən evinə gəlməsindən xəbəri olmuş, həmin gün axşam saatlarında Şükufə onun istifadəsində olan 051 ***-**-** saylı sim nömrənin “vatsap” sosial şəbəkəsinə şəkil göndərmiş, həmin fotoşəkilə baxanda Şükufənin ağız nahiyyəsində qanlı xəsarət olmasını görmüş, bundan sonra Şükufəyə zəng edib, nə baş verməsini xəbər almış, Şükufə isə həmin gün evə gələndə Bəhlulun evdə olduğunu, Bəhlulun onu evə buraxmadığını, evə girmək istədikdə isə Bəhlulun bıçaqla ağız nahiyyəsinə vuraraq xəsarət yetirdiyini bildirmişdir. O, ertəsi gün Şükufənin yanına, yəni Gədəbəy rayonu, Nağılar kəndinə getmiş, evə çatan vaxtı, polis əməkdaşları da hadisə yerinə gəlmiş, bundan sonra Şükufə ilə birlikdə, polis əməkdaşlarının iştirakı ilə evə daxil olmuş, Bəhlulla aralarında mübahisə nə də dava dalaş baş verməmiş, polis əməkdaşları gələnə kimi də evə daxil olmamışdır. Məhkəmə iclasında Şahid2 elan edilmiş ifadəsindən görünür ki, o, 1991-ci ildən DİO-da, 2021-ci il mart ayından hazıradək tutduğu vəzifədə xidmət edir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onlarla heç bir ədavəti və düşmənçiliyi yoxdur. 27 may 2021-ci il tarixdə Gədəbəy RPŞ-də istintaq-əməliyyat qrupunda xidmətdə olmuş, həmin gün səhər saatlarında şöbəyə daxil olmuş məlumat əsasında şöbənin sahə rəisi Şahid1la birgə Gədəbəy rayonu, Nağılar kəndində yerləşən hadisənin baş verdiyi ünvana getmişdir. Həmin ünvanda olan zaman ona məlum olmuşdur ki, 26 may 2021-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında hər iki şəxsin xəsarət alması ilə nəticələnən dava baş vermiş, müraciətlərinin icrası təhqiqatçı Şahin Rzayevə həvalə edilmişdir. Polis əməkdaşları həmin hadisə yerinə gedən zaman Təqsirləndirilən şəxs da evdə olmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tərəfindən ağacla döyüldüyünü bildirmişdir. Həmçinin Zərərçəkmiş şəxs da ağız nahiyyəsində olan xəsarəti göstərib, Təqsirləndirilən şəxs bıçaqla ağız nahiyyəsindən vurmasını bildirmişdir. Lakin tərəflər nə ona, nə də digər polis əməkdaşlarına maddi sübut olan ağac parçası və bıçaq təqdim etməmişlər. Həmin şəxslər arasında mülk üstündə narazılıq olmuş, tərəflərin mülki tələbləri də olmuş, həmin şəxslərə tələblərinin mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməli olduqları da izah olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs özünə məxsus geyim əşyalarını da götürüb onunla birgə polis şöbəsinə gəlmiş və döyülməsi barədə ərizə vermişdir. Həmçinin Zərərçəkmiş şəxs da daha sonra polis şöbəsinə gəlmişdir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT X3 Şəxsinin Gədəbəy Rayon Şöbəsinin 28 may 2021-ci il tarixli 293 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər: sol saidin qançırı, sağ kürək nahiyyəsinin şişkinliyi və geniş ölçülü qançırı, almacıq nahiyyəsinin dərialtı hematoması, sıyrığı ilə müşayiət olunan əzilmiş yarası, küt əşyalarını, üst dodağın ağız boşluğuna açılan deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin təsirinədn törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 26.05.2021-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən üst dodağın ağız boşluğuna açılan deşilmiş-kəsilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər, digər xəsarət isə sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aid olduğu üçün dərəcəsi təyin edilmir. - Vət. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin onun öz-özünə yetirə bilməsi inandırıcı deyildir. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İdarəsi tərəfindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barəsində məlumat aşkar edilməmişdir. İşdə olan Bakı şəhəri, Sabunçu RİHB-nın Sabunçu Qəsəbə İƏD üzrə Nümayəndəsi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilir. İşdə olan ərizədən görünür ki, Təqsirləndirilən şəxs “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Mclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci hissəsinə əsasən barəsində olan cinayət işi üzrə cinayət təqibinə хitam vеrilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sazlamlızın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sazlamlıza yüngül zərər vurma- min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlızın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2. və 128-ci maddələrindən görünür ki, X2 ittiham olunduğu əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Məcəllənin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Mclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci hissəsinə əsasən məhkəmə icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır. Bеləliklə, məhkəmə prоsеsində təqsirləndirilən şəxsin fadəsi, zərərçəkmişin və şahidin ifadələri, məhkəmə-tibb еkspеrtinin rəyi və işin digər halları ilə tam sübut edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətmiş və “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci hissəsinə əsasən cinayət işi üzrə cinayət təqibinə хitam vеrilməsini xahiş etmişdir. Ona görə də onun barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilməldir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsini əsaslı hesab edir. İş üzrə məhkəmə xərci, maddi sübut və mülki iddia yохdur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Rеspublikası CPM-nin 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Rеspublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə “08 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarına əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad еdilsin. Təqsirləndirilən şəxs barəsində sеçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv еdilsin. Qərardan еlan еdildiyi andan 20 (iyirmi) gün müddətində Gədəbəy Rayоn Məhkəməsi vasitəsilə Gəncə Apеllyasiya Məhkəməsinə apеllyasiya şikayəti və prоtеsti vеrilə bilər. Sədrlik еdən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar