Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-53/2022 03.11.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon(Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxx 2003-cü il tаriхdə Gədəbəy rayonu, Düzyurd kəndində doğulmuş, Аzərbаycаn Rеspublikаsının vətəndаşı, ailəli, himаyəsində bir azyaşlı övlаdı оlаn, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Gədəbəy rayonu, Düzyurd kəndində yаşаyаn, bаrəsində 06 avqust 2022-ci il tаriхdən bаşqа yеrə gеtməmək hаqqındа iltizаm qətimkаn tədbiri sеçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə ittiham edilmişdir ona görə ki, o, 13 noyabr 2021-ci il tarixdən Gədəbəy rayonu, Düzyurd kəndində yaşadıqları evdə 04 avqust 2006-cı ildə anadan olmaqla aralarında iki ildən çox yaş fərqi olan və onun üçün aşkar surətdə on altı yaşına çatmamış Zərərçəkmiş şəxs ilə könüllü olaraq mütəmadi cinsi əlaqədə olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş, ifadə verərək, göstərmişdir ki, Gədəbəy rayonu, Düzyurd kəndində yaşayır, fərdi əməklə məşğuldur. Zərərçəkmiş şəxs həyat yoldaşıdır. Zərərçəkmiş şəxs ilə 2019-cu ildə tanış olmuş, aralarında sevgi münasibətləri yaranmışdır. Biri-birilərini sevdikləri üçün ailə üzvləri 2021-ci ilin payız aylarında Ağdam rayonu, Quzanlı qəsəbəsinə Günaygilin evinə elçi getmişlər. Ailələrinin də razılığı olduğu üçün 13 noyabr 2021-ci il tarixdə yaşadığı Gədəbəy rayonu, Düzyurd kəndində Zərərçəkmiş şəxs ilə toy mərasimi olmuşdur. Hazırda Zərərçəkmiş şəxs ilə birlikdə Gədəbəy rayonu, Düzyurd kəndində yerləşən evlərində birlikdə ər-arvad münasibətlərində yaşayırlar. Bu ailə münaisbətlərindən 07 may 2022-ci il tarixdə bir övladları doğulmuşdur. Uşağın adını Xudayar qoymuşlar. İlk dəfə Zərərçəkmiş şəxs ilə 13 noyabr 2021-ci il tarixdə Gədəbəy rayonu, Düzyurd kəndində yaşadıqları evdə təbii yolla cinsi əlaqədə olmuşdur. Həmin vaxtdan onunla mütəmadi olaraq təbii yolla cinsi əlaqədə olmuşdur. Zərərçəkmiş şəxs ilə qarşılıqlı razılıq əsasında ailə qurmuş, ailələrinin də buna razılığı olmuşdur. Ona qarşı heç bir zorakılıq, fiziki və psixi təsir etməmişdir. Günayın 04 avqust 2022-ci il tarixdə 16 yaşı tamam olmuşdur. Onlar Günayla biri-birilərini sevirlər və Günayın 18 yaşı tamam olduqda, onunla nikah bağlayacaqdır. Günayın ondan şikayəti yoxdur. Ona görə də bu halların qərar çıxarılarkən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs ifadə verərək, bildirmişdir ki, Təqsirləndirilən şəxs həyat yoldaşıdır. Sahiblə 2019-cu ildə tanış olmuş,aralarında sevgi münasibətləri yaranmışdır. 2021-ci ilin payız aylarında Sahibin valideynləri onların Ağdam rayonu, Quzanlı qəsəbəsində yerləşən evinə elçi gəlmişlər. Valideynlərinin razılığı ilə nişan mərasimləri olmuşdur. 13 noyabr 2021-ci il tarixdə Gədəbəy rayonu, Düzyurd kəndində Təqsirləndirilən şəxslə toy mərasimləri olmuşdur. Həmin vaxt 15 yaşı olmuşdur. Həmin vaxtdan indiyədək Təqsirləndirilən şəxslə birlikdə Gədəbəy rayonu, Düzyurd kəndində Sahibin babası Şahid1 evində ər-arvad münasibətlərində yaşayırlar. Bu ailə münasibətlərindən 07 may 2022-ci il tarixdə Xudayar adlı bir oğlan övladları dünyaya gəlmişdir. Təqsirləndirilən şəxslə ilk dəfə 13 noyabr 2021-ci il tarixdə saat 23 radələrində Sahibgilin Gədəbəy rayonu, Düzyurd kəndində yerləşən evində toy gecəsi cinsi əlaqədə olmuş və həmin vaxt qızlıq bəkarəti pozulmuşdur. Təqsirləndirilən şəxslə qarşılıqlı razılıq əsasında evlənmiş və cinsi əlaqədə olmuşdur. Təqsirləndirilən şəxs ona qarşı heç bir zorakılıq, fiziki və psixi təsir etməmişdir. Valideynləri də Təqsirləndirilən şəxslə evlənməyi üçün ona qarşı heç bir təsir və ya məcburiyyət tədbiri etməmişlər. Onun təqsirləndirilən şəxsdən şikayəti yoxdur. Onlar biri-birlərini sevirlər və gələcəkdə ailə quracaqlar. Ona görə də təqsirləndirlən şəxsə cəza verilməməsini xahiş edir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Qanuni nümayəndə ifadə verərək, bildirmişdir ki, Zərərçəkmiş şəxs onun qızı, Təqsirləndirilən şəxs isə kürəkənidir. 2021-ci ilin payız aylarında Sahibin valideynləri onların Ağdam rayonu, Quzanlı qəsəbəsində yerləşən evinə elçi gəlmiş və Günayla Sahib biri-birlərini sevdikləri üçün onların evlənməyinə razılıq vermişlər. 2021-ci ilin oktyabr ayında Ağdam rayonu, Quzanlı qəsəbəsində yerləşən evlərində kiçik bir nişan mərasimi olmuşdur. 13 noyabr 2021-ci il tarixdə isə Gədəbəy rayonu, Düzyurd kəndində Təqsirləndirilən şəxslə Günayın toy mərasimi olmuşdur. Həmin gündən Günay Sahibgilin evinə gəlin köçmüş və həmin vaxtdan orada birlikdə ər-arvad münasibətlərində yaşayırlar. Həmin vaxt Günayın 15 yaşı olmuşdur. Onların ailə münasibətlərindən 07 may 2022-ci il tarixdə Xudayar adlı bir oğlan övladları doğulmuşdur. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxslə qarşılıqlı razılıq əsasında evlənmişdir və ona qarşı heç bir təzyiq, psixi təsir edilməmişdir. X6 heç bir şikayti yoxdur. Onlar gələcəkdə nikah bağlayacaqlar. O, da zərərçəkmişin qanuni nümayəndəsi kimi buna etiraz etmir. Sahibdən şikayətləri yoxdur və bunun nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şаhid qismində dindirilmiş Şahid2 ifadə verərək, bildirmişdir ki, Gədəbəy rayonu, Düzyurd kəndində yaşayır. Təqsirləndirilən şəxs onun oğlu, Zərərçəkmiş şəxs isə gəlinidir. Təqsirləndirilən şəxs kiçik yaşlarından Gədəbəy rayonu, Düzyurd kəndində babası Şahid1 və nənəsi Nazilə Cəfərovanın yanında yaşamışdır. Şahid1 səhhətində problemlər olduğu üçün, yəni ağır xəstə olduğu üçün Təqsirləndirilən şəxs 2021-ci ilin payızında tez bir zamanda toy etmək qərarına gəlmişlər ki, Şahid1 nəvə toyunu görsün. Təqsirləndirilən şəxs Ağdam rayonunda yaşayan Günay adlı bir qızla birbirini sevdiklərini bildirmişdir. Ona görə də Günaygilin Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən evinə elçi gedib ailəsindən razılıq almışlar. 13 noyabr 2021-ci il tarixdə Gədəbəy rayonu, Düzyurd kəndində yaşadıqları evin həyətində Sahiblə Günaya toy mərasimi təşkil etmişlər. Həmin vaxtdan onlar ər-arvad münasibətlərində yaşamağa başlamışdır. 07 may 2022-ci il tarixdə Sahiblə Günayın bir oğlan övladı dünyaya gəlmiş, onun adını Xudayar qoymuşlar. X7 Gədəbəy rayonu, Düzyurd kəndində Şahid1 evində yaşayırlar. Sahiblə Gübay gələcəkdə nikah bağlayıb ailə quracaqlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 оğlu ifadə verərək, bildirmişdir ki, Gədəbəy rayonu, Düzyurd kəndində yaşayır. Təqsirləndirilən şəxs nəvəsidir və onula bir evdə yaşayır. Səhhətində problemlər olduğu üçün nəvəsi Sahibin toyunu görmək ən böyük arzusu olmuşdur. Ona görə də 2021-ci ilin payız aylarında nəvəsi Sahib üçün Ağdam rayonuna Zərərçəkmiş şəxs üçün elçi getmişlər və onların ailəsi ilə razılaşıb Günayı evlərinə gəlin gətirmişlər. 13 noyabr 2021-ci il tarixdə Gədəbəy rayonu, Düzyurd kəndində yerləşən yaşadıqları evin həyətində Sahiblə Günaya toy mərasimi təşkil etmişlər və həmin vaxtdan onlar ər-arvad münasibətlərində yaşamağa başlamışlar. 07 may 2022-ci il tarixdə Sahiblə Günayın bir oğlan övladı olmuş və onun adını Xudayar qoymuşlar. Hazırda Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs Gədəbəy rayonu, Düzyurd kəndində yerləşən evində onunla birlikdə yaşayırlar. Günayın yaşı çatanda onlar nikah bağlayacaqlar. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İşdə olan X9 Keçirilməsi Haqqında 20 may 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Gədəbəy rayonu, Düzyurd kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evidir. Ev 2 yataq otağı, 1 aynabənddən ibarətdir. Aynabəndin uzunluğu 10 metr, eni 6 metr olmaqla 6 ədəd pəncərəsi vardır. Hadisənin baş verdiyi yer Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs yataq otağıdır. Həmin otağın 5 metr uzunluğu, 4 metr eni, 1 qapısı, 3 pəncərəsi vardır. Otaqda 1 ədəd stol, 6 ədəd stul, 2x1.8 metr ölçülü güzgülü şkaf, termo, 2x1.9 metr ölçülü çarpayı vardır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs ilk dəfə Zərərçəkmiş şəxs ilə həmin çarpayıda cinsi əlaqədə olduqlarını bildirmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X4 X8 Gədəbəy Rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 392 nömrəli canlı şəxsin ekspertizası Rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində hər hansı bir xəsarət aşkar edilməmişdir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti üç həftədən çoxdur. Qızlıq pərdəsinin pozulma müddətini ekspertiza keçirilən zaman dəqiq təyin etmək mümkün deyildir. Zərərçəkmiş şəxs ekspertiza keçirilən zaman hamiləlik aşkar edilməmişdir. Zərərçəkmiş şəxs adına Gəncə şəhər regional perinatal mərkəzin tərtib etdiyi ******* saylı doğum tarixçəsindən məlum olur ki, o, 07 may 2022-ci il tarixdə diri oğlan uşağı doğulması ilə nəticələnən doğuş etmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X4 X8 Gədəbəy Rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 489 nömrəli canlı şəxsin ekspertizası Rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət aşkar edilməmişdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə maneə ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilməmişdir. İşdə olan Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs 04 avqust 2006-cı il tarixdə doğulmuşdur. İşdə olan Ərizədən görünür ki, Zərərçəkmiş şəxs təqsirləndirlən şəxsdən şikayəti yoxdur, onunla ailə qurmuşdur. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İşdə olan X3 surətindən görünür ki, 07 may 2022-ci il tarixdə doğulmuş X2 atası Təqsirləndirilən şəxs, anası Zərərçəkmiş şəxsdır. İşdə olan Gədəbəy RİHB-nin Düzyurd Kənd İƏD-dən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsinə əsasən on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, təqsirləndirilən şəxsin, zərərçəkmişin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri və işdə olan digər sənədlərlə sübut edilmişdir ki, Təqsirləndirilən şəxs 13 noyabr 2021-ci il tarixdən Gədəbəy rayonu, Düzyurd kəndində yaşadıqları evdə 04 avqust 2006-cı ildə doğulmuş, aralarında iki ildən çox yaş fərqi olan və onun üçün aşkar surətdə on altı yaşına çatmamış Zərərçəkmiş şəxs ilə könüllü olaraq mütəmadi cinsi əlaqədə olmuş və bununla da Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4; 59.1.14. və 59.2-ci maddələrinə əsasən himayəsində azyaşlı uşağın olmasını, zərərçəkmişlə barışıq əldə etməsini, ailənin yeganə dolandıranı olmasını, təqsirini səmimi etiraf etməsini, əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs münasibətdə cəzanı yüngülləşdirən halların məcmusuna qiymət verərək, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən şəxsiyyətini səciyyələndirən halları, eləcə də, təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsirini, habelə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, habelə cəzanın ədalətli olması və şəxsin islah olunmasına təsirini təmin etmək məqsədilə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün sayır və hesab edir ki, onun barəsində təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəza şərti olaraq tətbiq edilməldir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məcəllənin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Azərbaycan Respublikası CM-nin 71.3-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində məhkəmə tərəfindən onun üzərinə qoyulmuş vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçırdıqda, o cümlədən elektron nəzarət vasitəsini gəzdirməkdən imtina etdikdə, onu zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmədikdə, bu Məcəllənin 71.1-ci maddəsində göstərilən dövlət orqanının təqdimatı əsasında məhkəmə şərti məhkum etmənin ləğv edilməsi və hökmlə təyin olunmuş cəzanın icra olunması haqqında qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə saat 24-00-dən saat 07-00-dək yaşayış yerini və cəzanın icrası müddətində icra və probasiya qurumuna məlumat vermədən daimi yaşadığı Gədəbəy rayonunun hüdudlarını tərk etməmək vəzifələri qoyulmalıdır. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş üzrə maddi sübut olan bir ədəd fotoşəklin cinayət işinə əlavə edilməsi və içərisində iki ədəd disk olan diskqabının təqsirləndirlən şəxsə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1 maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası şərti hesab edilsin və Təqsirləndirilən şəxs 01 (bir) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzanın icrası müddətində icra və probasiya qurumuna məlumat vermədən daimi yaşadığı Gədəbəy rayonunun hüdudlarını və iş yerini tərk etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan bir ədəd fotoşəklin cinayət işinə əlavə edilməsi və içərisində iki ədəd disk olan diskqabının təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınsın. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №1(042)-53/2022
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-53/2022
03.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver