Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 1(042)-53/2023 14.12.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş Zərərçəkmiş şəxs, təqsirləndirilən Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, 12 avqust 1981-ci il tаriхdə Gədəbəy rayonunda doğulmuş, Аzərbаycаn Rеspublikаsının vətəndаşı, evli, fərdi əməklə məşğul olan, əvvəllər Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə məhkum edilmiş, məhkumluğu ödənilmiş və götürülmüş, Gədəbəy rayonu, Köhnəqışalq kəndində qеydiyyаtdа оlmаqlа yаşаyаn, bаrəsində 23 sentyabr 2023-cü il tаriхdən bаşqа yеrə gеtməmək hаqqındа iltizаm qətimkаn tədbiri sеçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 14 iyun 2023-cü il tarixdə saat 21 radələrində Gədəbəy rayonu, Köhnəqışlaq kəndi ərazisində arvadı Şahid1 və qızı X2 özlərinə məxsus xırdabuynuzlu heyvanları otlaq sahəsindən gətirən zaman Zərərçəkmiş şəxs məxsus xırda buynuzlu heyvanların onlara məxsus heyvanlara qarışması səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə və münaqişə zamanı Zərərçəkmiş şəxs qəsdən Şahid1 və Diləfrüz Əliyevanı döyərək onlara dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməsi barədə bilib, buna əsəbləşərək qisas almaq məqsədi ilə Zərərçəkmiş şəxs dayandığı yerə yəni, sonuncun yaşadığı evin yaxınlığına gedərək orada əlində olan ağac parçası ilə qəsdən Zərərçəkmiş şəxs vurmaqla ona sol əlin 3-cü barmağının uc falanqasının şişkinliyi qismində dərəcəsi təyin edilməyən, döş qəfəsinin arxa səthinin geniş ölçülü qançırları, sıyrığı, sol bazunun geniş ölçülü qançırı və sıyrığı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurduğuna görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ifadə verərək, göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Köhnəqışlaq kəndində yaşayır. Zərərçəkmiş şəxs tanıyır, qonşusudur. Onunla münasibətləri yaxşı olmamışdır. Əvvəllər bir neçə dəfə Zərərçəkmiş şəxsla aralarında münaqişə, dava-dalaş olmuşdur. 14 iyun 2023-cü il tarixdə saat 20-21 radələrində yaşadığı Gədəbəy rayonu, Köhnəqışlaq kəndində ailə üzvləri ilə Zərərçəkmiş şəxs arasında yaranmış mübahisəyə görə onu ağacla bir neçə dəfə vurmuş, ona xəsarət yetirmişdir. Törətdiyi əməldən peşmandır. Hazırda zərərçəkmişdən üzr istəmiş, ona vurduğu ziyanı aradan qaldırmış, onunla barışmışdır. Ona görə də barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs ifadə verərək, bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Köhnəqışlaq kəndində yaşayır. Təqsirləndirilən şəxs qonşudur. Əvvəllər Təqsirləndirilən şəxslə aralarında münaqişə, dava-dalaş olmuşdur, münasibətləri yaxşı deyil. 14 iyun 2023-cü tarixdə saat 21 radələrində yaşadığı evin həyətyanı sahəsində olan zaman Təqsirləndirilən şəxs və oğlu Emin Əliyev heyvanlarını otlaqdan gətirərkən onun xırbuynuzlu heyanları Təqsirləndirilən şəxs xırdabuynuzlu heyvanlarına qarışmışdır. Heyvanları seçərkən aralarında mübahisə baş vermiş. Təqsirləndirilən şəxs nalayiq söyüşlər söyə-söyə ona yaxınlaşıb əlində olan ağacla onun kürəyinə, sinəsinə, başına, sol əlinə bir neçə zərbə vurmuş, ona xəsarət yetirmişdir. Hadisə təxminən 3-5 dəqiqə davam etmişdir. Hazırda təqsirləndirlən şəxs ondan üzr istəmiş, ona vurduğu zərəri aradan qaldırmış, onunla barışmışdır. Ona görə də təqsirləndirlən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid1 ifadə verərək, bildirmişdir ki, Gədəbəy rayonu, Köhnəqışlaq kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun həyat yoldaşı, Zərərçəkmiş şəxs isə qonşusudur. Zərərçəkmiş şəxsla həyat yoldaşı Təqsirləndirilən şəxs arasında əvvəllər dəfələrlə münaqişə, dava-dalaş olmuşdur. Ona görə də Zərərçəkmiş şəxsla münasibətləri yaxşı deyil. 14 iyun 2023-cü il tarixdə saat 20 radələrində qızı X3 ilə birlikdə heyvanlarını otlaqdan həyətlərinə gətirərkən qonşusu Zərərçəkmiş şəxs ilə qarşılaşmışdır. Zərərçəkmiş şəxs sərxoş halda ona və qızı Diləfrüzə qarşı nalayiq söyüşlər söymüşdür. Zahirdən niyə söyüş söydüyünü soruşan zaman təpiklə qarnının sol tərəfinə vurmuş, o, yıxılmışdır. Hadisə Zahirin yaşadığı evin qarşısında olmuşdur. Səs-küyə Zahirin bacısı Şahid2, arvadı Şahid3 evdən çıxıb Zahiri tutub evə aparmışlar. Evə qayıtdıqdan sonra DİN-in 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. 14 iyun 2023-cü tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğunu görməmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid3 ifadəsindən görünür ki, Gədəbəy rayonu, Köhnəqışlaq kəndində yaşayır. Zərərçəkmiş şəxs onun əridir. Birgə nikahlarından iki övladları vardır. Şahid1 onun həmkəndlisi və qonşusudur. Təxminən, iki il əvvəl Samirənin əri Təqsirləndirilən şəxslə onun əri Zərərçəkmiş şəxsla dalaşmış və aralarında münaqişə olmuşdur. 14 iyun 2023-cü il tarixdə həyat yoldaşı Zahir evə gələn zaman Təqsirləndirilən şəxslə dalaşdıqlarını ona demişdir. 14 iyun 2023-cü il tarixdə əri Zahiri Təqsirləndirilən şəxs döyüb xəsarət yetirdiyini görməmişdir. Məhkəmə iclasında elan edilmiş şahid X4 ifadəsindən görünür ki, Gədəbəy rayonu, Köhnəqışlaq kəndində yaşayır. Zərərçəkmiş şəxs qardaşı, Təqsirləndirilən şəxs isə həmkəndlisidir. Onların arasında təxminən iki il öncə mübahisə və dava-dalaş olsa da sonra heç bir mübahisələrini eşitməmişdir. 14 iyun 2023-cü il tarixdə öz evində olmuş, qardaşı Zahirin Samirə və ailə üzvləri ilə dalaşmalarını görməmişdir. Hadisənin səhəri günü qardaşı və onun həyat yoldaşından 14 iyun 2023-cü il tarixdə qardaşı Zahiri Təqsirləndirilən şəxs və oğlu Eminin döyüb xəsarət yetirməsini eşitmişdir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Məhkəmə-tibbi ekspertizasının 15 iyun 2023-cü il tarixli 237 nömrəli canlı şəxsin ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – döş qəfəsinin arxa səthinin (sol kürək nahiyyəsinin) geniş ölçülü qançırları, sıyrığı, sol bazunun geniş ölçülü qançırı sırığı, sol əlin 3-cü barmağının uc falanqasının şişkinliyi küt əşyaların təsirindən törənmiş, törənmə müddəti 14 iyun 2023-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən döş qəfəsinin arxa səthinin (sol kürək nahiyyəsinin) geniş ölçülü qançırları, sıyrığı, sol bazunun geniş ölçülü qançırı-sırığı sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Digər xəsarət-sol əlin 3-cü barmağının uc falanqasının şişkinliyi isə sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aid olduqları üçün dərəcələri təyin edilmir. Vətəndaş Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətin xarakterinə lokalizasiyasına əsasən həmin xəsarəti onun özü-özünə yetirə bilməsi inandırıcı deyildir, onun bədən səthində öz boyu səviyyəsindən yıxılmağa xarakterik xəsarət aşkar edilməmişdir. İşdə olan Ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2023-ü il tarixli 656 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən hadisəni törədən zaman və hal-hazrda üzvi şəxsiyyət pozuntusu XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F07.0 xəstəliyindən əziyyət çəkir. Təqsirləndirilən şəxs üzvi şəxsiyyət pozuntusu XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F07.0 xəstəliyindən əziyyət çəkməsinə baxmayaraq həmin xəstəlik əlamətlərinin az ifadəli olması səbəbindən o, ona şamil qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 21-ci və ya 22-ci maddələrinin təsiri altına düşmür. Onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İdarəsi tərəfindən verilmiş Tələbnamədən görünür ki, Əliyev X6 Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli hökmü ilə Azəraycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay islah işləri cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.8-ci bəndinə əssən təyin edilmiş islah işləri cəzasından azad edilmişdir. Yəni, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada məhkumluğu olmayan şəxs hesab edilmişdir. İşdə olan Gədəbəy RİHB-nın İnəkboğan Kənd İƏD üzrə Nümayəndəsi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İşdə olan ərizədən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəхs Zərərçəkmiş şəxs ilə barışdığını bildirmiş, iş üzrə icraata хitam vеrilməsini xahiş etmişdir. İşdə olan ərizədən görünür ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs şikayətinin olmadığını, onunla barışdığını bildirmiş və onun barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sazlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma- min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlızın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2. və 128-ci maddələrindən görünür ki, X5 ittiham olunduğu əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Məcəllənin 73.2-ci maddəsinə əsasən CM-nin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Rеspublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Bеləliklə, məhkəmə prоsеsində təqsirləndirilən şəxsin özünün еtirafеdici ifadəsi, zərərçəkmişin və şahidlərin ifadələri, məhkəmə-tibb еkspеrtinin rəyi və işin digər halları ilə tam sübut edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. O, təqsirini еtiraf еtməklə əməlindən pеşman olmuş və zərərçəkmiş şəхslə barışıq əldə еdib, ona dəyən zərəri aradan qaldırmışdır. Onun məsuliyyətini ağırlaşdıran hallar yохdur. Ona görə də o, cinayət məsuliyyətindən azad еdilməli və barəsində оlan cinayət işi üzrə cinayət təqibinə хitam vеrilməlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsini əsaslı hesab edir. İş üzrə məhkəmə xərci, maddi sübut və mülki iddia yохdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Rеspublikası CPMnin 39.1.11-ci maddəsini rəhbər tutaraq, qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Rеspublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə zərərçəkmiş şəxslə barışdığına, vurulmuş zərəri aradan qaldırğına görə xitam verilsin və o, cinayət məsuliyyətindən azad еdilsin. Təqsirləndirilən şəxs barəsində sеçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv еdilsin. Qərardan еlan еdildiyi andan 20 (iyirmi) gün müddətində Gədəbəy Rayоn Məhkəməsi vasitəsilə Gəncə Apеllyasiya Məhkəməsinə apеllyasiya şikayəti və prоtеsti vеrilə bilər. Sədrlik еdən:Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №1(042)-53/2023
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №1(042)-53/2023
14.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver