Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-54/2020 29.10.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon(şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 iştirakları ilə, xx xxxxx 1982-ci il tarixdə Gədəbəy rayonu, Qaraməmmədli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, işləməyən, məhkum olunmamış, Gədəbəy rayonu, Qaraməmmədli kəndində yaşayan, xx xxxxxx 2020-ci il tarixdən barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xx xxxxxxx 2020-ci il tarixdə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə ittiham edilmişdir ona görə ki, 2015-ci ilin iyun ayında istintaq məlum olmayan mənbədən döyüş sursatı hesab edilən zavod üsulu ilə hazırlanmış 38 ədəd 7,62X39 mm kalibrli Kalaşnikov avtomatlarında, əl pulemyotlarında, SKS karabinlərində atəş açmaq üçün nəzərdə tutulmuş və atəş üçün yararlı patronları qanunsuz olaraq əldə edib, yaşadığı Gədəbəy rayonunun Qaraməmmədli kəndində yerləşən evin yataq otağında saxlamış, xx xxx 2020ci il tarixdə Gədəbəy Rayon Polis Şöbəsinin X16 Bölməsinin əməkdaşları tərəfindən onun yaşadığı evə baxış keçirilərkən həmin döyüş sursatı olan 38 ədəd patron yataq otağında aşkar olunaraq, müvafiq qaydada qablaşdırılaraq, götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ifadə verərərək, göstərmişdir ki, Gədəbəy rayonu, Daryurd kənd sakini Şahid1 ilə rəsmi nikah olmadan ailə qurmuşdur. Ailə münasibətlərindən üç övladları, Şahid2, İsmayıllı Aysel və İsmayılzadə Coşqun doğulmuşlar. 2015-ci ilin iyun ayında evindən çıxıb ərzaq məhsulları almaq üçün Gədəbəy rayonunun Qızıltorpaq kəndinin mərkəzində yerləşən mağazaya gedərkən yaşadığı Qaraməmmədli kəndindən çıxan yolun Gədəbəy- Novosaratovka avtomobil yoluna birləşən yerinə çatanda, yolun sağ tərəfində 3-4 metr məsafədə olan söyüd ağacının dibində bağlama olduğunu görmüş, həmin bağlamanı açıb, içərisində 7,62 mm avtomat silahının patronları və həmin patonları atmaq üçün düzəldilmiş bir ədəd farsunkanın olduğunu görmüşdür. O, bağlamanı götürüb yaşadığı evə gətirmiş, heç kimin bilməməsi üçün evin zirzəmisində bağlamanı açıb diqqətlə baxaraq, 38 ədəd 7,62 mm avtomat silahının patronları və bir ədəd içərisinə patron qoyulub atılan farsunkanın olduğunu görmüş, həmin patronları və farsunkanı evin istifadəsində olan otağında bəzi əşyalar saxladığı çemodana qoyub saxlamışdır. Sursatı və forsunkanı evi Ermənistanla sərhəd kənddə yerləşdiyi üçün özünümüdafiə məqsədilə saxlamışdır. xx xxx 2020-ci il tarixdə təxminən saat 21 radələrində həyat yoldaşı Zərifənin təklifi ilə yaşadıqları otağın giriş-çıxış qapısına qıfıl düzəldərkən döşəməyə zibil tökülmüş, bununla əlaqədar aralarında mübahisə yaranmışdır. Bunu görən qızı Şahid2 102 xidmətinə zəng etmiş, həyat yoldaşı Şahid1 isə onun evdə silah saxladığı barədə məlumat vermişdir. xx xxx 2020-ci il tarixdə polis əməkdaşları bununla əlaqədar onun evinə gəlmiş, evdə baxış keçirmək isdəklərini bildirmiş, o, evində saxladığı silah-sursatı çıxarıb könüllü təqdim etmiş və bu barədə protokol təqdim etmişdir. Törətdiyi əməldən peşmandır, himayəsində azyaşlı uşaqların olmasının nəzərə alınmasını və ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Şahid1 ifadə verərək bildirmişdir ki, 2002-ci ildə Təqsirləndirilən şəxs ilə nikah olmadan ailə qurmuşdur. Üç övladları var. Gədəbəy rayonu, Qaraməmmədli kəndində Rizvanın valideynlərinin evində yaşayırlar. Son illər Rizvan spirtli içkilərə meyl etdiyinə görə tez-tez aralarında mübahisələr olur. xx xxx 2020-ci il tarixdə təxminən saat 20 radələrində Təqsirləndirilən şəxs yaşadıqları otağın qapısına qıfıl düzəldərkən aralarında mübahisə yaranmışdır. Bu zaman qızı Şahid2 102 xidmətinə zəng edərək, mübahisə barədə məlumat vermişdir. Rizvanın ona qarşı haqsız hərəkətlərindən bezərək, ondan ayrılmaq istədiyinə görə xx xxx 2020-ci il tarixdə polis əməkdaşları qızı Nuranənin 102 xidmətinə verdiyi məlumat əsasında gələndə o, da ərizə ilə müraciət edərək Rizvanın evdə silah saxlaması barədə məlumat vermişdir. Polis əməkdaşları onların yaşadıqları otağa baxış keçirmiş, çemodanın içərisindən 38 ədəd avtomat güllələri və bir ədəd gülləatan farsunka aşkar edərək götürmüşlər. Rizvanın avtomat güllələrini və gülləatan farsunkanı nə vaxt əldə etməsini dəqiq bilməmişdir. Rizvan özü bu barədə bir müddət əvvəl ona demişdir. Lakin digər ailə üzvlərinin bu barədə məlumatı olmamışdır. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid2 ifadə verərək, bildirmişdir ki,atası Təqsirləndirilən şəxs, anası Şahid1, qardaşı X4, bacısı X7, babası İsmayıl və nənəsi Zərifə ilə birlikdə Gədəbəy rayonunun Qaraməmmədli kəndində yaşayır. Qaraməmmədli kənd tam orta məktəbinin 9-cu sinfini bitib 10-cu sinfinə keçmişdir. xx xxx 2020-ci il tarixdə təxminən saat 20 radələrində atası Rizvanın işdən evə gəlib yemək yeyəndən sonra alətlərini götürüb evlərinin qapısına qıfıl qurarşdırmışdır. Bu zaman anası Zərifə ilə atası arasında mübahisə yaranmış, o, 102 xidmətinə zəng edib atası Rizvanın anası Zərifə ilə münaqişə yaratması barədə məlumat vermişdir. O, biri gün, yəni, xx xxx 2020-ci il tarixdə polis əməkdaşları gələrkən, anası atasının evdə silah saxlaması barədə polisə məlumat vermişdir. Polis əməkdaşları evlərinə baxış keçirib, atasının evdə saxladığı avtomat patronlarını və farsunkanı götürüb aparmışlar. O, atasının evdə silah-sursat saxladığını bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək, bildirmişdir ki, həyat yoldaşı X5, oğlu Təqsirləndirilən şəxs, gəlini X9 və azyaşlı nəvələri ilə birlikdə Gədəbəy rayonunun Qaraməmmədli kəndində yaşayır. xx xxx 2020-ci il tarixdə axşam Rizvan evinin otağına qıfıl düzəldərkən onunla həyat yoldaşı Zərifənin arasında mübahisə baş vermişdir. xx xxx 2020-ci il tarixdə polis əməkdaşları evlərinə gəlmiş, gəlini X1 Rizvandan yazmış olduğu şikayət ərizəsini ona təqdim etmişlər. Ərizə ilə tanış olduqda oğlu Rizvanın evində silah-sursat saxlaması məlum olmuşdur. Polis əməkdaşları onun, oğlu Rizvanın iştirakları ilə evə baxış keçirmiş, Rizvanın ailəsi ilə birlikdə yaşadığı otaqda paltar çemodanının içərisindən parçaya bükülü vəziyyətdə 38 ədəd avtomat patronu və bir ədəd farsunka aşkar etmişlər. Rizvandan bunun nə olduğunu soruşmuş, o, 2015-ci ildə söyüd ağacının dibindən tapıb gətirdiyini, evdə paltarlar olan çemodanda saxladığını bildirmişdir. Həmin günə kimi Rizvanın evdə silah-sursat saxladığını bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək, bildirmişdir ki, Gədəbəy RPŞ-də Yeni-Saratovka Polis Bölməsinin sahə rəisi vəzifəsində işləyir. Gədəbəy rayonun Qaraməmmədli kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. xx xxx 2020-ci il tarixdə xidmətdə olarkən vətəndaş Şahid2 İsmayıl qızının Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumatı, Şahid1 əri Təqsirləndirilən şəxs evdə silah-sursat saxlaması və həmin silahla onu öldürməklə hədələməsi barədə ərizəsi əsasında polis baş leytenantı Turab Rzazadə ilə birlikdə Gədəbəy rayonunun Qaraməmədli kənd sakini Şahid3 məxsus yaşayış evinə getmiş və onun razılığı ilə evə baxış keçirmişlər. Baxış zamanı Şahid3 məxsus ikimərtəbəli fərdi yaşayış evinin ikinci mərtəbəsində sağ tərəfdə yerləşən otağa daxil olub masanın üzərində palıdı rəngli paltar çemodanının içərisindən 38 ədəd 7,62 mm-lik avtomat patronlarını və bir ədəd güllə atmaq üçün istifadə olunan əldə düzəlmiş farsunkanı aşkar etmişlər. Təqsirləndirilən şəxs patronları və farsunkanı yaşadığı Qaraməmmədli kəndindən çıxan yolun Gədəbəy-Novosaratovka avtomobil yoluna birləşən yerdə söyüd ağacının altında tapdığını bildirmişdir. Bu barədə protokol tərtib edilmiş və döyüş sursatı götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək, bildirmişdir ki, 2020-ci ilin mart ayından ailə üzvləri ilə birlikdə gəlib Gədəbəy rayonun Novo-Saratovka kəndində yaşayır. Gədəbəy rayonun Qaraməmmədli kənd sakini Təqsirləndirilən şəxs və onun ailə üzvlərini əvvəllər tanımamışdır. xx xxx 2020-ci il tarixdə Novosaratovka kəndinin mərkəzində həmkəndliləri ilə söhbət edən vaxt polis əməkdaşı yaxınlaşıb hal şahidi kimi iştirak etmək üçün iki nəfər şəxsin lazım olduğunu bildirdikdə razılıq vermişdir. Polis əməkdaşı Gədəbəy rayonun Qaraməmmədli kəndində yaşayan Şahid1 əri Təqsirləndirilən şəxs evdə silah-sursat saxlaması və həmin silahla onu öldürməklə hədələməsi barədə ərizəsi əsasında Gədəbəy rayonun Qaraməmmədli kəndinə gedib baxış keçirəcəklərini bildirmişdir. O, digər hal şahidi ilə birlikdə polis əməkdaşları ilə birlikdə Qaraməmmədli kəndində yerləşən evə keçirilən baxışda iştirak etmişlər. Baxış zamanı evin ikinci mərtəbəsində sağ tərəfdə yerləşən otaqda masanın üzərində palıdı rəngli paltar çemodanın içərisində bəzəkli parçaya bükülüdə bir ədəd forsunka və 38 ədəd 7,62 mm-lik avtomat patronları aşkar edilmişdir. Təqsirləndirilən şəxs patronları və bir ədəd farsunkanı bir neçə il bundan əvvəl Qaraməmmədli kəndindən çıxan yolun Gədəbəy-Novosaratovka avtomobil yoluna birləşən yerində söyüd ağacının dibindən tapdığını, bu barədə heç kimə məlumat vermədiyini bildirmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid5 dindirmə protokolundan görünür ki,Gədəbəy rayonun Novosaratovka kəndində yaşayır. xx xxx 2020-ci il tarixdə Novosaratovka kəndinin mərkəzində həmkəndliləri ilə söhbət edən vaxt polis əməkdaşı yaxınlaşıb hal şahidi kimi iştirak etmək üçün iki nəfər şəxsin lazım olduğunu bildirdikdə onunla birlikdə X3 hal şahidi kimi iştirak etməyə razılıq vermişdir. Polis əməkdaşı Gədəbəy rayonunun Qaraməmmədli kəndində yaşayan Şahid1 əri Təqsirləndirilən şəxs evində silah-sursat saxlaması və həmin silahla onu öldürməklə hədələməsi barədə ərizəsi əsasında Gədəbəy rayonunun Qaraməmmədli kəndinə gedib müraciət edən şəxsin evinə baxış keçirəcəklərini bildirmişdir. Süleymanov Firuddin və o, polis əməkdaşları ilə birlikdə Qaraməmmədli kəndində yerləşən evin həyətinə getmiş, polis əməkdaşları ev sahibinə özlərini təqdim edib, X6 müraciəti əsasında evə baxış keçirmək üçün icazə istəmişlər. Ev sahibi Şahid3 evinə baxış keçirilməsinə razı olduğunu bildirmiş, polis əməkdaşları ona məxsus evə baxış keçirmişlər. Baxış zamanı ikimərtəbəli evin ikinci mərtəbəsində sağ tərəfdə yerləşən otaqda masanın üzərində palıdı rəngli paltar çemodanının içərisində bəzəkli parçaya bükülüdə bir ədəd silaha bənzər əşya və 38 ədəd 7,62 mm-lik avtomat patronları aşkar edilmişdir. Təqsirləndirilən şəxs evində saxladığı 38 ədəd patronları və bir ədəd silaha bənzər əşyanı, yəni, traktor farsunkasını bir neçə il bundan əvvəl Qaraməmmədli kəndindən çıxan yolun Gədəbəy-Novosaratovka avtomobil yoluna birləşən yerində söyüd ağacının dibindən tapdığını bildirmişdir. Bu barədə protokol tərtib edilmiş, silah və patronlar maddi sübut kimi götürülmüşlər. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalist Tədqiqatlar İdarəsinin xx.xx.2020-ci il tarixli, 20/224R saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd əşya, zavod üsulu ilə istehsal olunmuş dizel traktorunun farsunkasıdır və odlu silah hesab edilmir. Lakin, hal-hazırda həmin farsunka əlavə hissələri ilə birlikdə odlu silahın əlamətlərini təsvir edir və 7,62x39 mm kalibrli patron vasitəsilə atəş açmaq üçün nəzərdə tutulmuş odlu yivsiz silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 38 ədəd patronlar, zavod üsulu ilə istehsal olunmuş 7,62x39 mm kalibrli Kalaşnikov avtomatlarında, əl pulemyotlarında və SKS karabinlərində atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəşə yararlıdır. Qeyd:Tədqiqata təqdim edilmiş 38 ədəd 7,62x39mm kalibrli patronlardan 01 ədədi eksperimental atəş zamanı istifadə olunmuşdur. İşdə olan xx xxxxxx 2020-ci il tarxli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşayış evindən aşkar edilərək götürülmüş 01 ədəd odlu silah hesab edilməyən farsunka və 7,62x39 mm kalibrli 37 ədəd patronlar maddi sübut hesab edilmiş və saxlanması üçün Gədəbəy Rayon Polis Şöbəsinin silah anbarına təhvil verilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Arayış və Şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 2003-cü il tarixdə doğulmuş Şahid2, xx xxxxxx 2009-cu il tarixdə doğulmuş İsmayıllı Aysel və xx xxxxx 2011-ci il tarixə doğulmuş İsmayılzadə Coşqun adlı üç yetkinlik yaşına çatmayan övladı var. İşdə olan Gədəbəy RİHB-nın Qaraməmmədli İƏD üzrə Nümayəndəliyindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə tədqiq olunmuş sübutları qiymətləndirərək təqsirləndirilən şəxsin zərər çəkmiş şəxs X12 vurmaması və ona xəsarət yetirməməsi, əslində onun döyülüb xəsarət alması barədə ifadəsini əsaslandırılmayan və məhkəmə iclasında tədqiq olunmuş təkzibolunmaz sübutlarla təsdiq olunmayan şəxsi mülahizəsi hesab edərək özünü müdafiə cəhdi kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə-iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə iclasında təqsirləndirlən şəxsin və şahidlərin ifadələri,istintaq hərəkətlərinin protokolları və ekspertiza rəyləri ilə sübut edilmişdir ki, Təqsirləndirilən şəxs 2015-ci ilin iyun ayında istintaqa məlum olmayan mənbədən döyüş sursatı hesab edilən zavod üsulu ilə hazırlanmış 38 ədəd 7,62X39 mm kalibrli Kalaşnikov avtomatlarında, əl pulemyotlarında, SKS karabinlərində atəş açmaq üçün nəzərdə tutulmuş və atəş üçün yararlı patronları qanunsuz olaraq əldə edib, yaşadığı Gədəbəy rayonunun Qaraməmmədli kəndində yerləşən evin yataq otağında saxlamış, xx xxx 2020-ci il tarixdə Gədəbəy Rayon Polis Şöbəsinin X16 Bölməsinin əməkdaşları tərəfindən onun yaşadığı evə baxış keçirilərkən həmin döyüş sursatı olan 38 ədəd patron yataq otağında aşkar olunaraq, müvafiq qaydada qablaşdırılaraq, götürülmüşdür. Yəni, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsuirləndirilənin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. İş üzrə təqsirləndirlən şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar yoxdur. Məhkəmə iş üzrə təqsirləndirlən şəxsin Azərbaycan Respublikası CM-nin 59.1.4. və 59.2-ci maddələrinə əsasən himayəsində üç yetkinlik yaşına çatmayan övladının olmasını, təqsirini səmimi etiraf etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini ona təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə işin faktiki hallarına və təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hala qiymət verərək, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, hesab edir ki, şəxsiyyətini səciyyələndirən və cəzanı yüngülləşdirən hallar, əvvəllər məhkumluğunun olmaması, eləcə də, təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsiri nəzərə alınmalı, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək. Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələblərini nəzərə alıb, iş üzrə maddi sübutlar məsələsini həll edərək belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd forsunka hökm qanuni qüvvəsinə mindikdən sonra məhv edilməli, təhqiqatdan sonra 37 ədəd olan 7,62X39 mm kalibrli patronlar isə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə təhvil verilməlidir. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) müddətə azadlığın məhdulaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Gədəbəy rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi bir ədəd forsunka hökm qanuni qüvvəsinə mindikdən sonra məhv edilsin, 7,62X39 mm kalibrli 37 ədəd patron isə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə təhvil verilsin. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №1(042)-54/2020
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-54/2020
29.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver