Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-54/2022 20.10.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1998-ci ildə Gədəbəy rayonu, Arıxdam kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, himayəsində bir azyaşlı uşaq olan, fərdi əməklə məşğul olan, Gədəbəy rayonu Arıxdam kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 04 avqust 2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində yaşadığı Gədəbəy rayonu, Arıxdam kəndində yerləşən yaşayış evində aralarında iki ildən çox yaş fərqi olmaqla onun üçün aşkar surətdə on altı yaşına çatmamış, xx.xx.2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə mütəmadi olaraq cinsi əlaqədə olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Gədəbəy rayonu, Arıxdam kəndində yaşayır. Fərdi qaydada fəhlə işləyir. Zərərçəkmiş şəxs ilə valideynlərinin razılığı ilə ailə həyatı qurmuşdur. Belə ki, Zərərçəkmiş şəxs 2020-ci ilin yay aylarında toyda görüb bəyənmiş, bu barədə ona bildirmişdir. Onun razılığını aldıqdan sonra ailəsini Əfsanəgilə elçi göndərmişdir. Bir neçə dəfə elçilikdən sonra Əfsanənin valideynləri də evliliyə razı olmuşlar. 01 avqust 2021-ci il tarixdə Gədəbəy rayonu, Düzyurd kəndində Əfsanəgilin evində qız toyu, 04 avqust 2021-ci il tarixdə isə Gədəbəy şəhərində yerləşən “Vüsal” şadlıq sarayında onun toyu olmuşdur. Bir ildən artıqdır ki, Zərərçəkmiş şəxs ilə birlikdə Gədəbəy rayonu, Arıxdam kəndində yerləşən evlərində birlikdə ər-arvad münasibətlərində yaşayırlar. Bu evlilikdən 09 may 2022-ci il tarixdə bir oğlan uşağı da doğulmuşdur. Uşağın adı Adəmdir. İlk dəfə Zərərçəkmiş şəxs ilə 04 avqust 2021-ci il tarixdə Gədəbəy rayonu, Arıxdam kəndində yaşadıqları evdə cinsi əlaqədə olmuşdur. O, Zərərçəkmiş şəxs ilə evlənən zaman, eləcə də onunla cinsi əlaqədə olan zaman Əfsanənin 16 yaşa çatmadığını bilmiş, Əfsanənin babası ağır xəstə olduğu üçün tez evlənmişlər. Zərərçəkmiş şəxs qarşı hər hansı zorakılıq, fiziki və ya psixi təsir göstərməmişdir. Hazırda da bir ailə olaraq yaşayırlar. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Gədəbəy rayonu, Arıxdam kəndində yaşayır. Təqsirləndirilən şəxs onun əridir. Oxan Qədimovla 2019-cu ildən bir-birini tanımışdır. İlk dəfə qohumlarının toyunda Orxanı görmüş və aralarında sevgi münasibətləri yaranmışdır. Orxanın qohumları onların evinə elçi gəlmiş, Orxanı sevdiyi üçün valideynləri də onun fikrinə hörmət edərək onların evlənməyinə razılıq vermişlər. 31 iyul 2021-ci il tarixdə Orxanla onun qız toyu, 04 avqust 2021-ci il tarixdə isə oğlan toyu olmuşdur. Həmin vaxt onun 15 yaşı tamam olmuş, 16 yaşının tamam olmasına 25 gün qalmışdır. Bunu Orxanla danışan zaman ona demişdir. Həmin vaxtdan indiyədək Təqsirləndirilən şəxsla birlikdə Gədəbəy rayonu Arıxdam kəndində ailə münasibətlərində yaşayır. Bu evlilikdən 09 may 2022-ci il tarixdə Adəm adlı oğlan övladları dünyaya gəlmişdir. Təqsirləndirilən şəxsla ilk dəfə 04 avqust 2021-ci il tarixdə Orxangilin Gədəbəy rayonu, Arıxdam kəndində yerləşən evində oğlan toyunun gecəsi cinsi əlaqədə olmuşdur. Orxan ilə qarşılıqlı razılıq əsasında evlənmiş və cinsi əlaqədə olmuşdur. Orxan ona qarşı heç bir zorakılıq, fiziki və psixi təsir etməmişdir. Hazırda da Orxandan şikayəti yoxdur. O, ailəsinin saxlanması və uşaq üçün Orxanın bağışlanmasını xahiş edir. Şahid Qanuni nümayəndə ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Düzyurd kəndində yaşayır. Zərərçəkmiş şəxs onun qızıdır. Təqsirləndirilən şəxs tanıyır. O, qızı Zərərçəkmiş şəxs əridir. Belə ki, Təqsirləndirilən şəxs 2021-ci ilin iyun ayının əvvəllərində atası Yadigar və anası Yeganəni qızı Zərərçəkmiş şəxs elçi göndərmiş, Orxanla evlənməsini istəmişlər. Orxan və Əfsanə bir birini istədiklərinə görə onlar da bu evliliyə razılıq vermişlər. 2021-ci ilin iyun ayının əvvəllərində Düzyurd kəndində ailə üzvləri ilə birlikdə yaşadığı evə təxminən 10-15 nəfər yaxın qohumlarını dəvət etmiş və Orxan ilə Əfsanəyə kiçik nişan məclisi etmişlər. 01 avqust 2021-ci il tarixdə Gədəbəy rayonu, Düzyurd kəndində yaşadığı evin həyətində mağar qurub Əfsanənin qız toyunu etmişdir. xx.xx.2021-ci il tarixdə isə Gədəbəy şəhərinin mərkəzində yerləşən "Vüsal” şadlıq sarayında Orxanın toy məclisi olmuşdur. Həmin tarixdən hal-hazıra kimi Əfsanə Gədəbəy rayonu, Arıxdam kəndində Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə Orxan ilə Əfsanənin Adəm adlı oğlan uşaqları anadan olmuşdur. Orxanın valideyinləri Əfsanəyə elçi gələrkən o, qızının azyaşlı olmasını onlara bildirmiş, sadəcə Orxan və Əfsanə bir-birini sevdiyinə görə evliliyə razı olmuşdur. İndi də qızı xoşbəxtdir. Şahid ifadəsində göstərdi ki, o, əri Yadigar Qədimov, oğlu Təqsirləndirilən şəxs və onun arvadı Zərərçəkmiş şəxs ilə birlikdə Gədəbəy rayonu Arıxdam kəndində yaşayır. 2021-ci ilin iyun ayının əvvəllərində oğlu Orxan evdə ona və atası Yadigara Gədəbəy rayonu, Düzyurd kəndində yaşayan Zərərçəkmiş şəxs ilə bir-birlərini sevdiklərini və onunla evlənmək istədiyini bildirmiş, Əfsanəgilə elçi getməklərini istəmişdir. O və əri Yadigar birlikdə Düzyurd kəndinə Əfsanənin ailə üzvləri ilə birlikdə yaşadıqları evə elçi getmişlər. Bir neçə dəfə elçilikdən sonra Əfsanənin valideynləri evliliyə razı olmuşlar. 2021-ci ilin iyun ayının əvvəllərində nişan mərasimi olmuş, 01 avqust 2021-ci il tarixdə Gədəbəy rayonu, Düzyurd kəndində Xumarın ailə üzvləri ilə birlikdə yaşadığı evin həyətində çadırdan mağar qurulmuş və Əfsanə ilə Orxanın qız toyu olmuşdur. xx.xx.2021-ci il tarixdə Gədəbəy şəhərinin mərkəzində yerləşən “Vüsal” şadlıq sarayında Orxan ilə Əfsanənin oğlan toyu olmuşdur. Həmin tarixdən hal-hazıra kimi Zərərçəkmiş şəxs yaşadıqları evdə onlarla birlikdə yaşamışdır. xx.xx.2022-ci il tarixdə Gəncə şəhər Abbas Səhhət adına xəstəxanasının doğum şöbəsində gəlini Əfsanənin oğlan uşağı anadan olmuşdur. Hazırda da Orxan və Əfsanə mehriban bir ailədə yaşayırlar. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəylərini tədqiq edib sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -hadisə yerinə baxış keçirilməsi haqqında 21 may 2022-ci il tarixli istintaq hərəkəti protokolundan görünür ki, hadisə yeri Gədəbəy rayonu, Arıxdam kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evidir. Ev kürsülü, bir mərtəbəli olmaqla 3 otaqdan aynabənddən ibarətdir. Evin mətbəxindən keçdikdən sonra Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs yataq otağı sağ tərəfdə yerləşir. Otağın iki ədəd pəncərəsi və bir ədəd qapısı vardır. Otaqda yataq dəsti vardır. Təqsirləndirilən şəxs həmin yataq dəstini göstərərək Zərərçəkmiş şəxs ilə ilk dəfə xx.xx.2022-ci il tarixdə orada cinsi əlaqədə olduğunu bildirmişdir. - Əşyaya baxış keçirilməsi və götürülməsi barədə 18 may 2022-ci il tarixli istintaq hərəkəti protokolundan görünür ki, Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi xx.xx.2022ci il tarixdə çəkilmiş 1 ədəd toy zamanı çəkilmiş fotoşəkilə baxış keçirilərək götürülmüşdür. - xx.xx.2022-ci il tarixli, 409945 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs 09 may 2022-ci il tarixdə vətəndaş Zərərçəkmiş şəxs doğulmuş X1 atası hesab edilmişdir. - xx.xx.2022-ci il tarixli, 268 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X2 09 may 2022-ci il tarixdə doğulmuşdur. - məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 393 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində hər hansı bir xəsarət aşkar edilməmişdir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti üç həftədən çoxdur. Qızlıq pərdəsinin pozulma müddətini ekspertiza keçirilən zaman dəqiq təyin etmək mümkün deyildir. Zərərçəkmiş şəxs ekspertiza keçirilən zaman hamiləlik aşkar edilməmişdir. Zərərçəkmiş şəxs adına Gəncə şəhər regional perinatal mərkəzin tərtib etdiyi ******* saylı doğum tarixçəsindən məlum olur ki, o, 09 may 2022-ci il tarixdə diri oğlan uşağı doğulması ilə nəticələnən doğuş etmişdir. - məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 497 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət aşkar edilməmişdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə maneə ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilməmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs onun üçün aşkar surətdə on altı yaşına çatmamış Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olması cinayət əməlini törətməsi məhkəmə iclasında tam sübuta yetir. Odur ki, onun əməli Azərbaycan Respublikası CM-nin 152.1-ci maddələri ilə tövsif edilməli, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarda daha sonra məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. (həmin qərarın 2-ci bəndi) Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibətgöstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Əməlindən səmimi peşman olması, himayəsində bir nəfər azyaşlı uşaq olması və cinayəti evlənmək məqsədi ilə törətməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza tədbiri seçilməsi məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, onun şəxsiyyətini səciyyələndirən hallar, eləcə də, əməlində cəzanı yüngülləşdirən halın olmasını və cəzasını ağırlaşdıran halın olmamasını, təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, zərər çəkmiş şəxslə birgə yaşayışdan bir nəfər az yaşlı uşaq olmasını nəzərə alınmalı, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin edilən cəzanı çəilib-çəkməməsi məsələsini müzakirə edərək aşağıdakıların qeyd edilməsini zəruri sayır. Belə ki, Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-ci maddəsinə əsasən, şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs ilə zərər çəkmiş Zərərçəkmiş şəxs arasında sevgi münasibətləri olmuş, təqsirləndirilən şəxs valideynlərini zərər çəkmiş şəxsgilə adət-ənənə ilə elçi göndərmişdir. Hətta birinci dəfə zərər çəkmiş şəxsin valideynləri razılıq verməsə belə, təqsirləndirilən şəxs ikinci dəfə valideynlərini elçi göndərmiş, zərər çəkmiş şəxs və valideynləri onların evlənmələrinə razılıq vermişdir. Təqsirləndirilən şəxslə zərər çəkmiş şəxs arasında valideynlərinin razılığı və adət-ənənə qaydasında toy mərasimi keçirilmiş, qanunla qadağan olunsa da, könüllü, fiziki və ya psixoloji təsirlər olmadan cinsi əlaqədə olmuşlar. Həm təqsirləndirilən şəxsin valideynləri, həm də zərər çəkmiş şəxsin valideynləri bu evliliklə razılaşmışlar. Eləcə də, bir ildən artıq təqsirləndirilən şəxslə zərər çəkmiş şəxs ər-arvad münasibətlərində yaşamışlar. Bu birgə yaşayışdan bir uşaqları da doğulmuşdur. Bu sübut olunmuş hallar onu göstərir ki, təqsirləndirilən şəxs 16 yaşına çatmamış zərər çəkmiş şəxslə cinsi əlaqəyə girməsi cinayət qanunu ilə təhdid altında olsa belə, niyyəti ailə qurmaq olmuş və bununla həm zərər çəkmiş şəxs, həm də onun valideynləri razılaşmışlar. Hazırda da onlar ailə olaraq birlikdə yaşayırlar. Bu hal təqsirləndirilən şəxsin əməlinin ictimai təhlükəliyini və şəxsiyyətinin təhlükəliliyini azaldır. Qeyd olunanları əsas götürərək məhkəmə hesab edir ki, cəmiyyətdən təcrid etmədən təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti müəyyən edilməklə şərti tətbiq olunması ilə də təqsirləndirilən şəxsin islah olunması mümkündür. Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə sınaq müddətində Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsində nəzərdə tutulan onun islah olunmasına kömək edən bəzi vəzifələrin qoyulması da məqsədəmüvafiq və zəruridir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır İş üzrə maddi sübut və mülki iddia yoxdur Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344- 347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 08 ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən 20 gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №1(042)-54/2022
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-54/2022
20.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver