Məhkəmə qərarları › İş №1(042)-55/2020

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №1(042)-55/2020

05.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 1(042)-55/2020 05.11.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəmkir Rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxxxx 1974-cü il tarixdə Gədəbəy rayonu, İnəkboğan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Gədəbəy rayonu, Alnabat kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xx xxxxxx 2020-ci il tarixdə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 19-30 radələrində Gədəbəy rayonu, Qasımlı kəndində yerləşən yaşadığı evin həyəində yetkinlik yaşına çatmayan həmkəndlisi Zərərçəkmiş şəxs ilə quzuların qabağında durub gözləməməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı onu boyun nahiyəsindən şillə ilə vurub, daha sonar bağazından qaldıraraq, başı üstə yerə vurmaqla ona burun şişkinliyi, qançırı, sıyrığı, burun sümüyünün sınığı, boyunun qançırı ilə nəticələnən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurduğuna görə ittiham edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ifadə verərək, göstərmişdir ki, hazırda Gədəbəy rayonu, Qasımlı kəndində yaşayır. Zərərçəkmiş şəxs həmkəndlisidir. Münasibətləri yaxşı olmuşdur. xx xxxx 2020-ci il tarixdə həmkəndliləri Akşin və Nemətin heyvanları otardıqları görmüşdür. O, Akşindən xahiş etmişdir ki, Neməti onun evinə çay içməyə çağırsın, özü isə onun heyvanlarına da baxsın. Akşin onun xahişini yerinə yetirmiş və Neməti onun evinə göndərmişdir. Lakin təxminən yarım saatdan sonra Akşin gəlib Nemətin qayıtmasını xahiş etmişdir. O, Akşinə demişdir ki, bir neçə dəqiqədən sonra Nemət gələcək. Buna baxmayaraq, Akşin bir qədər sonra yenidən gəlib Neməti çağırmışdır. O, Neməti heyvanların yanına göndərmiş, lakin Akşinin bu hərəkətindən əsəbləşmiş və həyətə düşərək, Akşnin qarşısına çıxmış, onu boynundan tutmuş, qaldırıb, yerə çırpmışdır. Törətdiyi əməldən peşmandır. Hazırda ondan və atasından üzr istəmiş, onunla barışmış, ona dəymiş zərəri aradan qaldırmışdır. Ona görə də cinayət işi üzrə cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs qanuni nümayəndəsi X1 iştiraskı ilə ifadə verərək, bildirmişdir ki, hazırda Gədəbəy rayonu, Qasımlı kəndində yaşayır. Təqsirləndirilən şəxs həmkəndlisidir. Münasibətləri yaxşı olmuşdur. xx xxxx 2020-ci il tarixdə o, özlərinə məxsus heyvanları otarmışdır. Qonşuları Nemət də quzularını otarmışdır. Bu zaman, Təqsirləndirilən şəxs ona demişdir ki, Nemətin də heyvanlarına baxsın və Nemətə desin ki, gəlib onun evində şay içsin. O, razılaşmışdır. Bir qədər sonra o, Arzunun evinə gedib, Neməti göndərməsini xahiş etmişdir. Arzu demişdir ki, bir neçə dəqiqədən sonra Nemət gələcək. Lakin Nemət bundan sonra da gəlməmiş və o, yenidən Arzunun evinə getmiş, Neməti göndərməsini xahiş etmişdir. Arzu Neməti heyvanların yanına göndərmiş, bundan sonra evin o biri tərəfindən onun qabağına çıxmış, onun boğazından tutub, qaldırmış və yerə çırpmışdır. Bu zərbədən o, xəsarətlər almış və bir qədər özünə gəldikdən sonra evə gedib bu barədə atasına demişdir. Təqsirləndirilən şəxs hazırda ondan üzr istəmişdir. O, təqsirləndirlən şəxslə barışmışdır. Ona görə də cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT X3 Şəxsinin Gədəbəy Rayon Şöbəsinin xx xxxx 2020-ci il tarixli 408 nömrəli Rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş bədən xəsarətləri sol göz ətrafı yumşaq toxumaların qançırı, burun şişkinliyi, qançırı, sıyrığı, burun sümüyünün sınığı, boyun qançırı küt əşyaların təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx xxxx 2020-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən burun şişkinliyi, qançırı, sıyrığı, burun sümüyünün sınığı sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Digər xəsarətlər isə sağlamlığa zərərvurmayan xəsarətlər qrupuna aid olduğu üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs qeyd olunan xəsaətləri özü-özünə yetirə bilməsi, eləcə də boyu səviyyəsindən yıxılma zamanı ala bilməsi inandırıcı deyildir. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İdarəsi tərəfindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 2007-ci il tarixdə ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək, 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxxx 2011-ci il tarixdə cəza müddəti başa çatdıqdan sonra azad edilmişdir. xx xxxxxx 2015-ci il tarixdə Gədəbəy Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx xxxxxx 2017-ci il tarixdə Gədəbəy RPŞ-nin qərarı ilə barəsində olan Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə cinayət işi Azərbaycan Respublikası CPM-nin 40.2.3-cü maddəsinə əsasən xitam edilmişdir. Yəni, təqsirləndirlən şəxsin məhkumluğu yoxdur və onun barəsində olmuş Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan işə xitam verilməmişdir. İşdə olan Gədəbəy RİHB-nın İnəkboğan Kənd İƏD tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilir. İşdə olan ərizədən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəхs Zərərçəkmiş şəxs ilə barışdığını bildirmiş, iş üzrə icraata хitam vеrilməsini xahiş etmişdir. İşdə olan ərizədən görünür ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs ilə barışdığını bildirmiş, iş üzrə icraata хitam vеrilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma- min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2. və 128-ci maddələrindən görünür ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Məcəllənin 73.2-ci maddəsinə əsasən CM-nin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Rеspublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Bеləliklə, məhkəmə prоsеsində zərərçəkmiş şəxsin, təqsirləndirilən şəxsin özünün еtirafеdici ifadələri, məhkəmə-tibb еkspеrtinin rəyi və işin digər halları ilə tam sübut edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. O, təqsirini еtiraf еtməklə əməlindən pеşman olmuş və zərərçəkmiş şəхslə barışıq əldə еdib, ona dəyən zərəri aradan qaldırmışdır. Onun məsuliyyətini ağırlaşdıran hallar yохdur. Ona görə də o, cinayət məsuliyyətindən azad еdilməli və barəsində оlan cinayət işi üzrə cinayət təqibinə хitam vеrilməlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsini əsaslı hesab edir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yохdur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Rеspublikası CPM-nin 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Rеspublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə zərərçəkmiş şəxslə barışdığına, vurulmuş zərəri aradan qaldırdığına görə xitam verilsin və o, cinayət məsuliyyətindən azad еdilsin. Təqsirləndirilən şəxs barəsində sеçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv еdilsin. Qərardan еlan еdildiyi andan 20 (iyirmi) gün müddətində Gədəbəy Rayоn Məhkəməsi vasitəsilə Gəncə Apеllyasiya Məhkəməsinə apеllyasiya şikayəti və prоtеsti vеrilə bilər. Sədrlik еdən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar