Məhkəmə qərarları › İş №1(042)-55/2022

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №1(042)-55/2022

24.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 1(042)-55/2022 24.11.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1954-cü il tаriхdə Gədəbəy rayonunda doğulmuş, Аzərbаycаn Rеspubliкаsının vətəndаşı, subay, sürücü işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında yаşаyаn, bаrəsində 13 sentyabr 2022-ci il tаriхdən bаşqа yеrə gеtməmək hаqqındа iltizаm qətimkаn tədbiri sеçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 24 noyabr 2022-ci il tarixdə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 09 iyun 2022-ci il tarixdə saat 16 radələrində idarə etdiyi “X5” markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla Şəmkir-Gədəbəy avtomobil yolunun Gədəbəy rayonu, Maarif kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı və həmin tələblərə riаyət еtməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunа əməl еtməyərək sükanı qəfildən sağa-sola çəkməsinə görə mikroavtobusu aşırması nəticəsində ehtiyatsızlıqdan mikroavtobusda olan sərnişinlər Zərərçəkmiş şəxs1 sağlamlığına sağ kürək nahiyyəsinin əzilmiş-çapılmış yarası qismində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər, Zərərçəkmiş şəxs2 sağlamlığına sağ dirsək oynağının kəsilmiş yaraları qismində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər, Zərərçəkmiş şəxs3 sağlamlığına sağ saidin kəsilmiş yaraları qismində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər, Zərərçəkmiş şəxs5 sağlamlığına sağ dirsək oynağının kəsilmiş yaraları qismində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər və Zərərçəkmiş şəxs4 sağlamlığına sağ dirsək oynağının arxa səthinin kəsilmiş yaraları ilə müşaiyət olunan sağ dirsək sümüyü başının çatı (sınığı) qismində sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər yetirilməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətdiyinə görə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ittiham edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ifadə verərək, göstərmişdir ki, ünvan 1 ünvanında yaşayır. **-EV-*** dövlət nömrə nişanlı “X5” markalı mikroavtobusla hər gün Gədəbəy-Gəncə marşurutu üzrə sərnişin daşıyır. 09 iyun 2022-ci il tarixdə saat 14:30-da Gəncə şəhərindən Gədəbəy şəhərinə hərəkətə başlamışdır. Təminən saat 15:45-də Gədəbəy şəhəri istiqamətində hərəkətdə olarkən yolun Maarif kəndi ərazisindən keçən hissəsində güclü dolu yağmağa başlamış və o, idarəetməni itirmişdir. Mikroavtobus yolun hərəkət hissəsində sürüşərək, əks hərəkət istiqamətinə çıxıb Gədəbəy rayonu, Slavyanka kəndi istiqamətində sağ tərəfə aşmışdır. Həmin vaxt mikroavtobusda iki kişi, üç qadın olmaqla cəmi 5 nəfər sərnişin olmuşdur. Hadisədən sonra mikroavtobusdan düşüb arxa qapıları açmış və sərnişinlər yerə düşmüşlər. Sərnişinlərdən sonradan adının Zərərçəkmiş şəxs5 oldunu bildiyi qızın əlini şüşə kəsmiş, digər sərnişinlərin isə hansı xəsarəti aldığını həmin vaxt bilməmişdir. Sərnişinləri ətrafda olan insanların köməyi ilə mikroavtobusdan çıxarıb təcili yardım maşını və mülkü avtomobillərlə xəstəxanaya yola salmışdır. Hadisə vaxtı mikroavtobusda olan sərnişin Zərərçəkmiş şəxs3 əvvəllər tanımış, aralarında düşmənçilik və ədavət olmamışdır. Digər sərnişinlər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 isə hadisədən sonra tanımış, onların heç biri ilə düşmənçilik və ədavəti olmamışdır. Orada olan insanların köməyi ilə avtomobili yerdən qaldırmışdır. Bir qədər sonra hadisə yerinə yol patrul xidmətinin əməkdaşları gəlib müvafiq sənədlərini yoxlayaraq, sərxoşluq müayinəsindən keçirmiş, sənədlərinin qaydasında olduğunu və ayıq olduğunu görmüşlər. Hadisə zamanı mikroavtobusun mühərrikinin yağı axdığı üçün YPX əməkdaşlarına bildirərək mühərrik yağı almaq üçün Gədəbəy rayonu, Arıqdam kəndi ərazisinə mağazaya getmişdir. Hadisə baş verməzdən əvvəl mikroavtobus texniki cəhətdən saz vəziyyətdə olmuş, heç bir texniki nasazlığı olmamışdır. Hadisədən əvvəl spirtli içki qəbul etməmişdir. Sərnişin daşımaq üçün hər ay Şəmkir regional nəqliyyat departamentindən fərqlənmə nişanı alır. Hadisə zamanı da müvafiq fərqlənmə nişanı olmuşdur. Hadisə zamanı heç bir xəsarət almamışdır. Mikroavtobusu idarə etmək üçün BCD kateqoriyalı sürücülük vəsiqəsi vardır. Hadisədən əvvəl mikroavtobusu təxminən 40-50 km/saat sürətlə idarə etmişdir. Hadisənin baş verməsinə səbəb güclü dolu yağması olmuşdur. Törətdiyi əməldən peşmandır. Hazırda zərərçəkmiş X4 ilə barışmış, ona dəymiş zərəri aradan qaldırmışdır. Ona görə də cinayət işi üzrə cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs4 ifadəsindən görünür ki, ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur. El şənliklərində xidmətçi kimi fəaliyyət göstərir və bununla bağlı olaraq tez-tez Gədəbəy rayonuna gəlib gedir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamış, onun adını hadisədən sonra bilmişdir. 09 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi **-EV-*** dövlət nömrə nişanlı “X5” markalı mikroavtobusla Gəncə şəhərindən Gədəbəy rayonuna gəlmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs idarə etdiyi mikroavtobusun salonunda qabaq oturacaqda sürücünün yanında sağ qapı tərəfdə əyləşmişdir. 09 iyun 2022-ci il təxminən saat 16 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi **-EV-*** dövlət nömrə nişanlı “X5” markalı mikroavtobusla Gədəbəy rayonuna gələrkən yolun Maarif kəndi ərazisindən keçən hissəsində dolu yağmağa başlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs yuxulayaraq avtomobili üzü Gədəbəy şəhəri istiqamətində sağ ehtiyat hissəyə otluğa çıxartmışdır. Qışqıraraq “ay dayı sən nə edirsən, maşın getdi” demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs yuxudan ayılıb əyləci basmış, avtomobil sürüşərək yolun hərəkət hissəsinə çıxmış, orada da sürüşərək üzü Gədəbəy rayonu Slavyanka kəndi istiqamətində sağ tərəfi üstə aşmışdır. Hadisədən əvvəl Təqsirləndirilən şəxs avtomobili təxminən 80-90 km/saat sürətlə idarə etmişdir. Hadisədən əvvəl Təqsirləndirilən şəxs yolun Şəmkir rayonu ərazisində Yasamal aşırımları adlanan yerində və Gədəbəy rayonu Slavyanka kəndi ərazisindən keçən hissəsində 2 dəfə yuxulayaraq qəza şəraiti yaratmışdır. Onun qışqırıq səsinə Təqsirləndirilən şəxs oyanıb hadisədən yayınmışdır. Hadisə nəticəsində xəsarət alıb Gədəbəy rayon mərkəzi xəstəxanasına müraciət etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs yuxulu olmuşdur. Hesab edir ki, Təqsirləndirilən şəxs sükan arxasında bir anlıq yatıb hadisəni törətmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verərək, bildirmişdir ki, ünvan 3 ünvanında yaşayır. Gəncə Dövlət Universitetinin birinci kurs tələbəsidir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla aralarında heç bir münasibət olmamışdır. 09 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi **-EV-*** dövlət nömrə nişanlı “Mercedes-Benz Spirinter” markalı mikroavtobusda Gəncə şəhərindən Gədəbəy rayonuna gələrkən saat 16 radələrində yolun Maarif kəndi ərazisindən keçən hissəsində “Eldarado” oteli keçdikdən sonra qəflətən mikroavtobusda olan sərnişinlərin qışqırdığını eşitmiş, həmin vaxt mikroavtobusun sürücüsü idarəetməni itirmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi mikroavtobus yolun hərəkət hissəsində geriyə çevirilib Gədəbəy rayonu, Slavyanka kəndi istiqamətində sağ tərəfi üstə aşmışdır. Sonra mikroavtobusun arxa tərəfində olan qapıları açmışlar və həmin qapıdan çölə çıxmışlar. Hadisə nəticəsində qolundan xəsarət almışdır. Hadisə zamanı mikroavtobusda təxminən 5-6 nəfər sərnişin olmuşdur. Yolboyu mobil telefonu ilə yazışmağa başı qarışdığı üçün sürücü Təqsirləndirilən şəxs sükan arxasında yuxulu olması, başqa yerlərdə qəza şəraiti yaratmasını görməmişdir, bu barədə məlumatı yoxdur. Mikroavtobusun salonunun arxa hissəsində əyləşmişdir. Təqsirləndirlən şəxsdən şükayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid kimi dindirlmiş Zərərçəkmiş şəxs5 ifadə verərək, bildirmişdir ki, ailə üzvlərilə birlikdə Gədəbəy rayonu, Arıqdam kəndində yaşayır. X2 ikinci kurs tələbəsidir. Təqsirləndirilən şəxs avtobus sürücüsü kimi əvvəllər tanımışdır. Tez-tez Gəncə şəhərinə gedib gəldiyi üçün bir neçə dəfə Təqsirləndirilən şəxs idarə etdiyi mikroavtobusda sərnişin olmuşdur. Onunla heç bir düşmənçilik və ədavəti olmamışdır. 09 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi **-EV-*** dövlət nömrə nişanlı “X5” markalı mikroavtobusla Gəncə şəhərindən Gədəbəy rayonuna gəlmişdir. Mikroavtobusun salonunda ən arxa sırada əyləşmişdir. Yolun Gədəbəy rayonu, Maarif kəndi ərazisindən keçən hissəsində Gədəbəy şəhəri istiqamətində hərəkətdə olan zaman qəflətən Təqsirləndirilən şəxs idarəetməni itirərək, mikroavtobusu əvvəlcə sağ tərəfə yoldan çıxartmış, sonra idarəetməni bərpa etmək istəsə də, bu mümkün olmamış, mikroavtobus istiqaməti dəyişərək Gədəbəy rayonu, Slavyanka kəndi istiqamətində sağ tərəfi üstə aşmışdır. Həmin vaxt hava yağmurlu olmuş, hətta bir ara dolu da yağmışdır. Hadisənin baş verməsinə səbəb nə olduğunu bilməmişdir. Hadisədən sonra orada olan insanların köməyi ilə onu mikroavtobusun salonundan çölə çıxartmışlar. Hadisə nəticəsində qolundan xəsarət almışdır. Təqsirləndirilən şəxs mikroavtobusu orta sürətlə idarə etmişdir. Mikroavtobusun salonunda arxa oturacaqda əyləşmişdir. Təqsirləndirlən şəxsdən şükayət və tələbi yoxdur. Məhkəmə iclasında elan edilmiş şahid Zərərçəkmiş şəxs3 ifadəsindən görünür ki, ailə üzvləri ilə birlikdə ünvan 5 ünvanında yaşayır. Gədəbəy rayon maliyyə şöbəsində böyük mütəxəssis vəzifəsində işləyir. Təqsirləndirilən şəxs avtobus sürücüsü kimi əvvəllər tanımışdır. Tez-tez Gəncə şəhərinə gedib gəldiyi üçün bir neçə dəfə Təqsirləndirilən şəxs idarə etdiyi mikroavtobusda sərnişin olmuşdur. 09 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi **-EV-*** dövlət nömrə nişanlı “X5” markalı mikroavtobusla Gəncə şəhərindən Gədəbəy rayonuna gələrkən yolun Gədəbəy rayonu, Maarif kəndi ərazisindən keçən hissəsində qəflətən Təqsirləndirilən şəxs idarəetməni itirərək mikroavtobusu üzü Slavyanka kəndi istiqamətində sağ tərəfi üstə aşırmışdır. Həmin vaxt hava yağmurlu olmuşdur. Mikroavtobusun salonunda sağ tərəfdən üçüncü sırada əyləşmişdir. Hadisənin baş verməsinə səbəb nə olduğunu bilməmişdir. Hadisədən sonra mikroavtobusun arxa qapılarını açıb, oradan çölə çıxmışlar. Hadisə nəticəsində qolundan xəsarət almışdır. Hadisə zamanı mikroavtobusun salonunda 5-6 nəfər sərnişin olmuşdur. Təqsirləndirilən şəxs mikroavtobusu orta sürətlə sürmüşdür. Mikroavtobusun salonunda arxada üçüncü oturacaqda əyləşmiş və yolboyu yatdığı üçün Təqsirləndirilən şəxs yuxulu olması, başqa yerlərdə də qəza şəraiti yaratması barədə məlumatı olmamışdır. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs1 ifadəsindən görünür ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu,İnəkboğan kəndində yaşayır. Heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamış və onun adını hadisədən sonra bilmişdir. 09 iyun 2022-ci il tarixdə ilk dəfə Təqsirləndirilən şəxs idarə etdiyi **-EV-*** dövlət nömrə nişanlı “X5” markalı mikroavtobusla Gəncə şəhərindən Gədəbəy rayonuna gəlmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs idarə etdiyi mikroavtobusun salonunda sağ tərəfdə arxada birnəfərlik oturacaqda oturmuşdur. Yolun Şəmkir rayonu Yasamal aşırımları adlanan yerindən keçən zaman Təqsirləndirilən şəxs sükan arxasında yuxulamış və mikroavtobus bir qədər yoldan çıxmışdır. Həmin vaxt qabaq oturacaqda sürücünün yanında əyləşmiş əvvəllər tanımadığı, sonradan adının Zərərçəkmiş şəxs4 olduğunu bildiyi sərnişin qışqıraraq “ay dayı, sən nə edirsən, maşın getdi” deyib hadisənin baş verməsinə imkan verməmişdir. Təxminən saat 16 radələrində yolun Maarif kəndi ərazisindən keçən hissəsində yağış yağmağa başlamışdır. Həmin vaxt o, telefonla yazışdığı üçün hadisənin necə baş verdiyini dəqiq görməmişdir. Qəflətən mikroavtobusda olan sərnişinlərin qışqırıq səsini eşitmiş və həmin vaxt Təqsirləndirilən şəxs idarəetməni itirərək mikroavsotubusu aşırmışdır. Hadisədən əvvəl mikroavtobus üzü Gədəbəy şəhəri istiqamətində hərəkətdə olsa da, hadisə zamanı yolun ortasında sürüşərək sağ tərəfi üstünə üzü Slavyanka kəndi istiqamətində aşmışdır. Hadisədən sonra mikroavtobusun arxa hissəsində olan qapıdan çətinlikdə çölə çıxmışdır. Hadisə nəticəsində sağ qoluna şüşə batmış, qan axmışdır. Ona görə də onu təcili tibbi yardım avtomobili ilə Gədəbəy rayon mərkəzi xəstəxanasına aparmışlar. Hadisədən sonra Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs sükan arxasında yuxulu olduğunu və bunun nəticəsində hadisə baş verdiyini bildirmişdir. Hadisədən əvvəl Təqsirləndirilən şəxs avtomobili təxminən 60-70 km/saat sürətlə idarə etmişdir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Hadisə yerinə baxış keçirilməsi haqqında 09 iyun 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Gədəbəy-Şəmkir avtomobil yolunun Gədəbəy rayonu, Maarif kəndi ərazisindən keçən hissəsidir. Yolnəqliyyat hadisəsi baş vermiş avtomobil yolu asfalt örtükdən ibarət olmaqla, hadisə baş verən zaman yaş, yoxuş, hamar olmaqla hər iki istiqamətə hərəkət üçün nəzərdə tutulmuşdur. Hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, hadisə baş vermiş avtomobil yolunun ümumi eni 6.8 metrdir. Yolun hər iki tərəfindən ehtiyyat hissəsi, ehtiyyat hissəsindən sonra isə yol çiyni yerləşir. Yolun orta hissəsində bir hərəkət istiqamətini digərindən ayıran xətt düz xətt vardır. Baxış zamanı “X5” markalı **-EV-*** dövlət nömrə nişanlı mikroavtobusun aşdığı yer müəyyən olunmuşdur. Aşma yeri Şəmkir rayonu istiqamətində yolun sağ hərəkət zolağı ilə ehtiyat hissənin kəsişməsidir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 X6 Gədəbəy Rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 249 nömrəli canlı şəxsin ekspertizası Rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlər-sağ dirsək oynağının kəsilmiş yaraları avtomobilin yan qoruyucu şüşələrinin sınmış parçalarının təsirindən, ola bilsin qərarın təsviri hissəsində göstərilən 09 iyun 2022ci il tarixli avtomobil qəzası-avtomobilin aşması nəticəsində törənmişlər. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 X6 Gədəbəy Rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 250 nömrəli canlı şəxsin ekspertizası Rəyindən görünür ki, Zərərçəkmiş şəxs5 bədən səthində aşkar edilmiş xəsarətlər- sağ dirsək oynağının kəsilmiş yaraları avtomobilin yan qoruyucu şüşələrinin sınmış parçalarının təsirindən, ola bilsin qərarın təsviri hissəsində göstərilən 09 iyun 2022ci il tarixli avtomobil qəzası-avtomobilin aşması nəticəsində törənmişlər. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 X6 Gədəbəy Rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 251 nömrəli canlı şəxsin ekspertizası Rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədən səthində aşkar edilmiş xəsarətlər- sağ saidin kəsilmiş yaraları avtomobilin yan qoruyucu şüşələrinin sınmış parçalarının təsirindən, ola bilsin qərarın təsviri hissəsində göstərilən 09 iyun 2022-ci il tarixli avtomobil qəzası-avtomobilin aşması nəticəsində törənmişlər. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 X6 Gədəbəy Rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 399 nömrəli canlı şəxsin ekspertizası Rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlər- sağ kürək nahiyyəsinin əzilmiş-çapılmış yarası küt əşyanın təsirindən, ola bilsin qərarın təsviri hissəsində göstərilən 09 iyun 2022-ci il tarixli avtomobil qəzası-avtomobilin aşması nəticəsində törənmişlər. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 X6 Gədəbəy Rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 257 nömrəli canlı şəxsin ekspertizası Rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 bədən səthində aşkar edilmiş xəsarətlər- sağ dirsək oynağının arxa səthinin kəsilmiş yaraları ilə müşaiyət olunan sağ dirsək sümüyü başının çatı (sınığı) avtomobilin yan qoruyucu şüşələrinin sınmış parçalarının təsirindən, ola bilsin qərarın təsviri hissəsində göstərilən 09 iyun 2022-ci il tarixli avtomobil qəzası-avtomobilin aşması nəticəsində törənmişlər. Qeyd olunan xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyul 2022-ci il tarixli 8/1853 nömrəli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının Rəyindən görünür ki, “X5” markalı **-EV-*** dövlət nömrə nişanlı mikroavtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşdə olan nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi məqsədilə aparılan 09 iyun 2022-ci il tarixli 258 saylı sərxoşluq vəziyyətinin tibbi müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı ayıq olmuşdur. İşdə olan BC111072 seriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs avtomobili idarə etmək üçün B1,B,C1,C,D1,D dərəcəli sürücülük vəsiqəsi vardır. DİN-in BDYPİ-ə bilavasitə tabe olan Tovuz RQİ və TB şöbəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına xx.xx.2021ci il tarixdən xx.xx.2024-cü il tarixə kimi BC-111072 saylı B1,B,C1,C,D1,D dərəcəli sürücülük vəsiqəsi verilmişdir və həmin vətəndaşın adı sürücülük hüququndan məhrum olunanların siyahısında yoxdur. **-EV-*** qeydiyyat nişanlı X5 markalı mikroavtobus xx.xx.2015-ci il tarixdə Təqsirləndirilən şəxs adına qeydiyyata alınmışdır. Həmin mikroavtobus etibarnamə əsasında heç bir vətəndaşın istifadəsinə verilməmişdir. İşdə olan notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs4 təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərərin ödənildiyini, onunla barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İdarəsi tərəfindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İşdə olan Gədəbəy RİHB-nın Şəhər İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır vurulmasına səbəb olduqda-iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin maddənin Qeyd hissəsinə əsasən Bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Rеspublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Bеləliklə, məhkəmə prоsеsində təqsirləndirilən şəxsin özünün еtirafеdici ifadəsi, zərərçəkmişin və şahidlərin ifadələri, məhkəmə-tibb еkspеrtinin rəyi və işin digər halları ilə sübut edilmişdir ki, Təqsirləndirilən şəxs 09 iyun 2022-ci il tarixdə saat 16 radələrində idarə etdiyi “X5” markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla Şəmkir-Gədəbəy avtomobil yolunun Gədəbəy rayonu, Maarif kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı və həmin tələblərə riаyət еtməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunа əməl еtməyərək sükanı qəfildən sağa-sola çəkməsinə görə mikroavtobusu aşırması nəticəsində ehtiyatsızlıqdan mikroavtobusda olan sərnişinlər Zərərçəkmiş şəxs1 sağlamlığına sağ kürək nahiyyəsinin əzilmiş-çapılmış yarası qismində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər, Zərərçəkmiş şəxs2 sağlamlığına sağ dirsək oynağının kəsilmiş yaraları qismində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər, Zərərçəkmiş şəxs3 sağlamlığına sağ saidin kəsilmiş yaraları qismində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər, Zərərçəkmiş şəxs5 sağlamlığına sağ dirsək oynağının kəsilmiş yaraları qismində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər və Zərərçəkmiş şəxs4 sağlamlığına sağ dirsək oynağının arxa səthinin kəsilmiş yaraları ilə müşaiyət olunan sağ dirsək sümüyü başının çatı (sınığı) qismində sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər yetirilməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmiş və bununla da Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. O, təqsirini еtiraf еtməklə əməlindən pеşman olmuş və zərərçəkmiş şəхs Zərərçəkmiş şəxs4 ilə barışıq əldə еdib, ona dəyən zərəri aradan qaldırmışdır. Onun məsuliyyətini azırlaşdıran hallar yохdur. Ona görə də o, cinayət məsuliyyətindən azad еdilməli və barəsində оlan cinayət işi üzrə cinayət təqibinə хitam vеrilməlidir. Məhkəmə nəzərə alır ki, Gədəbəy Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli Qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5 olan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olduğuna görə onların zərərçəkmiş şəxslər qismində cinayət prosesində iştiraklarına xitam verilmişdir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsini əsaslı hesab edir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələblərinə əsasən iş üzrə maddi sübut kimi tanınmış “X5” markalı **-EV-*** dövlət nömrə nişanlı mikroavtobusun Təqsirləndirilən şəxs təhvil verilmişdir. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası CPM-nin 197.1-ci, 197.1.4-cü, 198.1-ci və 198.3-cü maddələrinə əsasən iş üzrə məhkəmə ekspertizalarının dəyəri olan 85 (səksən beş) manat məhkəmə хərci təqsirləndirlən şəxsdən alınaraq, dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yохdur. Qərarın icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbələrinə həvalə edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Rеspublikası CPM-nin 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Rеspublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə zərərçəkmiş şəxslə barışdığına, vurulmuş zərəri aradan qaldırğına görə xitam verilsin və o, cinayət məsuliyyətindən azad еdilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqında iltizam qətimkan tədbiri ləğv еdilsin. İş üzrə maddi sübut olan “X5” markalı **-EV-*** dövlət nömrə nişanlı mikroavtobusun Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə 85 (səksən beş) manat məhkəmə хərci Təqsirləndirilən şəxs alınaraq, dövlət büdcəsinə keçirilsin. Qərardan еlan еdildiyi andan 20 (iyirmi) gün müddətində Gədəbəy Rayоn Məhkəməsi vasitəsilə Gəncə Apеllyasiya Məhkəməsinə apеllyasiya şikayəti və prоtеsti vеrilə bilər. Sədrlik еdən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar