Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-55/2025 27.11.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Salmanov Orxan Aqil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Rayon(Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxx 1995-ci il tarixdə Gədəbəy rayonu, Yenikənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, orta təhsilli, məhkumluğu olmayan, Gədəbəy rayonu, Novosaratovka kəndində yaşayan, barəsində 06 avqust 2025-ci il tarixdən başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 25 sentyabr 2024-cü il tarixdə saat 13 radələrində Gədəbəy rayonu, Novosaratovka kəndi ərazisində olarkən qaynı Şahid Novosaratovka kənd sakini Zərərçəkmiş şəxs məxsus otlaq sahəsində heyvanları otarması səbəbindən sonuncu ilə Şahid və qaynanası X4 arasında yaranmış mübahisəni görüb, həmin mübahisəni sakitləşdirmək məqsədi ilə oraya getmiş, bu zaman Zərərçəkmiş şəxs Samirə Həsənovanı vurmaq istəməsinə həmçinin, onun da ünvanına təhqiredici sözlər deməsinə əsəbləşərək, sonuncunun boğaz nahiyyəsindən tutub yerə yıxaraq, sinəsində oturub,yerdən götürdüyü daş parçası ilə qəsdən Zərərçəkmiş şəxs baş nahiyyəsinə bir neçə zərbə vuraraq, ona boyunun, döş qəfəsinin ön səthinin qançırları, sol yanağın sıyrıqları ilə müşayiət edilən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən və başın dərialtı hematomları, geniş ölçülü qançırları qisimində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, bununla da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ifadə verərək, göstərmişdir ki, ailə üzləri ilə birlikdə Gədəbəy rayonu, Novosaratovka kəndində yaşayır. Zərərçəkmiş Zərərçəkmiş şəxs həmkəndlisidir. Əvvəllər aralarında düşmənçilikləri olmamışdır. Lakin Faiqlə bir neçə dəfə aralarında söz mübahisəsi olmuşdur. 25 sentyabr 2024-cü il tarixdə saat 09 radələrində qayınatası Əbülfət Əliyev ona zəng etmiş, Novosaratovka kəndi ərazisində ona məxsus sahədən çuğundur yığmağa kömək etməsini istəmişdir. O, həmin əraziyə getmiş, sahənin yaxınlığında olan otlaq sahəsində qaynı Şahid heyvan otamasını görmüşdür. Daha sonra Əbülfət və tanımadığı 4-5 nəfər qadınlarla birlikdə çuğundur yığmağa başlamışlar. Həmin gün saat 13 radələrində sahədə işləyərkən onlardan bir qədər aralı heyvan otaran qaynı Emin ilə Faiqin mübahisə etmələrini,Emin üçün evdən yemək gətirən Samirənin oraya gələn kimi Faiq ilə mübahisə etmələrini görmüşdür. O, dərhal oraya getmiş, hansı səbəblə mübahisə etmələrini soruşmuşdur. Faiq həmin ərazinin ona məxsus olmasını, Samirəgilin özbaşına ərazidə heyvan otarmalarını bildirmişdir. Samirə ilə Faiqin aralarında baş vermiş mübahisəni sakitləşdirməyə çalışarkən Faiq onu söymüş, o da əsəbləşərək, Faiqi itələmiş, Faiq yerə yıxılmış, o, yumruqla Faiqin baş nahiyyəsinə iki dəfə vurmuşdur. Sonra Faiq oradan uzaqlaşıb getmişdir. Törətdiyi əməldən peşmandır, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 ifadə verərək, bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Novosaratovka kəndində yaşayır. X6, onun arvadı X5, onların oğlu Şahid, onların kürəkəni Təqsirləndirilən şəxs uzun müddətdir tanımış, onlarla əvvəllər münasibətləri yaxşı olmuş, heç bir ədavət və düşmənçilikləri olmamışdır. 25 sentyabr 2024-cü il tarixdə özünə məxsus iribuynuzlu heyvanları evinin alt tərəfində olan çayın kənarında yerləşən şəxsi bağda sahibindən icazə alaraq, otarmışdır. Bu zaman Əbülfət, arvadı Samirə, Emin və onların kürəkənləri Vüqar qabaqlarında 50-60 baş iribuynuzu heyvanları gətirib həmin bağa salmışlar. O, Əbülfətdən heyvanlarını bağdan çıxarmağı tələb etmişdir. Həmin vaxt Əbülfətin yanında olan Samirə və Vüqar da onu söymüş, onunla mübahisə etməyə başlamışlar. Mübahisə zamanı Əbülfət və Vüqar üzərinə hücum etmiş, yaxasından tutub onu yerə yıxmışlar. O, yerə yıxılandan sonra Vüqar onun sinəsində oturmuş, bir əli ilə onun boğazından sıxmış, o biri əli ilə isə yerdən daş götürüb başına 2-3 zərbə endirmişdir. Həmin vaxt Samirə və Emin onun sol ayaq nahiyyələrinə zərbələr endirmişlər. O, huşunu itirmiş, oyandıqda Əbülfət, Samirə, Emin və Vüqarın birlikdə ondan xeyli aralıda olduqlarını görmüşdür. O, həmin dava-dalaş zamanı heç kimi döyməmiş və heç kimə xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxslə barışmamışdır. Ona ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadə verərək, bildirmişdir, Gədəbəy rayonu,Novosaratovka kənd sakini X2 tanıyır. Əvvəllər aralarında ədavət, düşmənçilik olmamışdır. X6 atası, X4 anası, Təqsirləndirilən şəxs isə bacısının həyat yoldaşıdır. 25 sentyabr 2024-cü il tarixdə saat 12 radələrində o, Gədəbəy rayonu, Novosaratovka kəndinin aşağı tərəfində çay kənarında iribuynuzlu heyvanlarını otararkən anası Samirəyə zəng edib ona yemək gətirməsini xahiş etmişdir. Həmin vaxt orada olan Faiq İsmayilov onu söymüş, üzərinə hücum etmiş, onu boğmağa çalışmışdır. O, Faiqin əlindən çıxıb, qaçmış, hadisə barədə anası Samirəyə xəbər vermişdir. Vüqarın Faiqi vurmasını görməmişdir. Məhkəmə iclasında əlavə şahid kimi dindirilmiş X6 ifadə verərək, bildirmişdir ki, Gədəbəy rayonu, Köhnəqışlaq kəndində yaşayır. Gədəbəy rayonu Novosaratovka kənd sakini X2 tanıyır. Əvvəllər aralarında ədavət, düşmənçilik olmamışdır. Şahid övladı, X4 həyat yoldaşı, Təqsirləndirilən şəxs isə kürəkənidir. 25 sentyabr 2024-cü il tarixdə saat 12 radələrində oğlu Emin Gədəbəy rayonu, Novosaratovka kəndinin aşağı tərəfində çay kənarında iribuynuzlu heyvanlarını otararkən anası Samirəyə zəng edib, ona yemək gətirməsini xahiş etmişdir. Həmin vaxt orada olan Faiq İsmayilov onu söymüş, heyvanlarını oradan çıxarmasını tələb etmiş, onu yerə yıxıb, boğmağa çalışmışdır. Emin onun əlindən çıxıb qaçmış, hadisəni anasına, yəni, onun həyat yoldaşına danışmışdır. Həyat yoldaşı Samirə ora getmiş, Zərərçəkmiş şəxs Səmirəni də söymüş, onun üzərinə getmiş, onu vurmaq istəmiş, lakin bu zaman Vüqar oraya gəlmiş, Samirəni kənara çəkmişdir. Lakin Zərərçəkmiş şəxs sakitləşməmiş, Təqsirləndirilən şəxs da söymüş və onların arasında mübahisə olmuşdur. Münaqişə zamanı o, ümumiyyətlə, hadisə yerində olmamış, münaqişə barədə ona Samirə məlumat vermişdir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 X8 26 sentyabr 2025-ci il tarxli 432 nömrəli canlı şəxsin Rəyindən görünür ki,Zərərçəkmiş şəxs aşkar edilmiş başın dərialtı hematomları, geniş ölçülü qançırları, boyunun,döş qəfəsinin ön səthinin, sol baldırın qançırları, sol yanağın siyriqları küt əşyaların təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən başın dəri altu hematomları, geniş ölçülü qançırları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aid olduqları üçün dərəcələri təyin edilmir. Faiq İsmaytlovun bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterina, lokalizasiyasına əsasən demək olar ki, qeyd olunan xəsarətlərin onun özü-özünə yetirə bilməsi inandırıcı deyildir. Onun öz boyu səviyyəsindən yıxılmaya xarakterik xəsarət aşkar edilməmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İdarəsi tərəfindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli material üzrə cinayət təqibinə Tovuz Rayon Pois Şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.2.2-ci maddəsinə əsasən xitam verilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli material üzrə cinayət təqibinə Gədəbəy Rayon Pois Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verilmişdir. İşdə olan Gədəbəy RİHB-nin Novosaratovka Kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Beləliklə, zərərçəkmişin və təqsirləndirlən şəxsin özünün etirafedici ifadələri, istintaq hərəkətlərinin protokolları və ekspertiza rəyi ilə sübut edilmişdir ki, Təqsirləndirilən şəxs 25 sentyabr 2024-cü il tarixdə saat 13 radələrində Gədəbəy rayonu, Novosaratovka kəndi ərazisində olarkən qaynı Şahid Novosaratovka kənd sakini Zərərçəkmiş şəxs məxsus otlaq sahəsində heyvanları otarması səbəbindən sonuncu ilə Şahid və qaynanası X4 arasında yaranmış mübahisəni görüb, həmin mübahisəni sakitləşdirmək məqsədi ilə oraya getmiş, bu zaman Zərərçəkmiş şəxs Samirə Həsənovanı vurmaq istəməsinə həmçinin, onun da ünvanına təhqiredici sözlər deməsinə əsəbləşərək, sonuncunun boğaz nahiyyəsindən tutub yerə yıxaraq, sinəsində oturub,yerdən götürdüyü daş parçası ilə qəsdən Zərərçəkmiş şəxs baş nahiyyəsinə bir neçə zərbə vuraraq, ona boyunun, döş qəfəsinin ön səthinin qançırları, sol yanağın sıyrıqları ilə müşayiət edilən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən və başın dərialtı hematomları, geniş ölçülü qançırları qisimində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, bununla da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Yəni, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir və ona görə də o, təqsirə görə məsuliyyət prinsipi baxımından cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan ağırlaşdırıcı hallar yoxdur. Məhkəmə iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.1. və 59.2-ci maddələrinə əsasən hadisələrin təsadüfi axarı nəticəsində ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, məhkumluğunun olmamasını və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini ona təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə işin faktiki hallarına və təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların məcmusuna qiymət verərək, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən hesab edir ki, şəxsiyyətini səciyyələndirən hallar, eləcə də, təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsiri nəzərə alınmalı, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməsini məqsədə müvafiq hesab edir. İş üzrə maddi sübut,məhkəmə xərci və mülki iddia yохdur. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətə azadlığın məhdulaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Gədəbəy rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alan kimi dəyişdirilməsin. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №1(042)-55/2025
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-55/2025
27.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver