Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-56/2025 18.09.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Əsgərova Rəsmiyyə Cəmil qızının katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxx 1979-cu il tarixdə Şəmkir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirli PX 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2. maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham edilmişdir ki, ona görə ki, o, dəqiq tarixi istintaq məlum olmayan vaxt və mənbədən satış məqsədilə 0,986 qram çəkidə narkotik vasitə olan heroini əldə edib 5 ədəd bükümlərə bölməklə yaşıl rəngli sellofanın içərisini qoyub üzərində saxlamış, gəzdirmiş, daşımış, 17 fevral 2024-cü il tarixdə təxminən, saat 16 radələrində Gədəbəy rayonu, Salvyanka kəndində tanışı X4 1 ədəd qara rəngli polietilen bükümdə 0,192 qram çəkidə narkotik vasitə olan heroini 50 manata satmış, 17 fevral 2024-cü il tarixdə saat 17:05 dəqiqədə Gədəbəy RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində X6 ilə birlikdə saxlanılaraq, Gədəbəy RPŞ-nin inzibati binasına gətirilən zaman üzərində olan bir ədəd yaşıl rəngli sellfona bükümün içərisinə qoyduğu 4 ədəd polietilen bükümləri əyləşdikləri KİA SPORTAGE markalı **-YP-*** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobilin arxa oturacağın qarşısında olan ayaqaltının üzərinə atmış və həmin tarixdə avtomobilə baxış keçirilən zaman yaşıl rəngli üzəri yandırılmaqla sıxılmış sellofanın içərəsindən 4 ədəd qara rəngli polietilen bükümdə, hər birinin çəkisi 0,212 qram, 0,159 qram, 0,225 qram və 0,198 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə elan edimiş ittihamda təqsirli bilmiş, ifadə verərək, bildirmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir evdar qadındır. X7 ilə nikahda olsa da faktiki ondan ayrılmışdır. Yetkinlik yaşına şaymayan bir övladı var. X6 tanışıdır, onu rayon sakini kimi tanımış, əvvəllər aralarında heç bir narazılıq və ədavət baş verməmişdir. Pərvizin narkotik vasitə istifadə etməsini bilmişdir. 2024-cü il fevral ayının əvvəllərində yaşadığı Şəmkir şəhərində küçədə gəzərkən yaşı rəngli selofan torba görmüş, içərisində qiymətli əşya olmasını düşünmüşdür. Həmin yaşıl rəngli sellofan torbanı açan zaman onun içərisində 05 ədəd qara rəngli bağlamalar olmasını görmüşdür. Televizyada narkotik vasitələri görüb tanıdığı üçün onu cibinə qoyub evə aparmışdır. Pərviz Əliyevin uzun illərdir narkotik vasitə istifadəçisi olduğunu bildiyi üçün ona zəng vuraraq bu barədə demişdir. 17 fevral 2024-cü il tarixdə səhər saatlarında yaşadığı Şəmkir şəhərindən Gədəbəy rayonunda yerləşən kafelərdə və ya su sexində iş axtarmaq üçün Gədəbəy rayonuna gəlmişdir. Gədəbəy rayonuna gələn zaman bir neçə gün əvvəl Şəmkir şəhərindən tapdığı bağlamadakı narkotik vasitə olan heroini də özülə gətirmişdir. Həmin günü təxminən saat 16 radələrində Pərviz Əliyev ona zəng vuraraq, hal-əhval tutmuşdur. Əvvəllər Pərvizin narkotik vasitələrdən istifadə etməsini bildiyi üçün bağlama barədə ona məlumat vermişdir. Pərviz ondan bağlama barədə soruşmuşdur. Pərviz ondan harda olduğunu soruşan zaman ona Gədəbəy rayonunda olduğunu bildirmişdir. Pərviz onunla görüşmək üçün Gədəbəy rayonu, Slavyanka kəndinə yolun kənarında olan “Lukoil” yanacaq doldurma məntəqəsinin yanına gəlmişdir. Orada onun idarə etdiyi VAZ-21099 minik markalı dövlət nömrə nişanını dəqiq xatırlamadığı avtomobilin arxa oturacağında əyləşmiş. Pərvizlə aralarında olan razılaşmaya əsasən bir büküm narkotik vasitəni 50 manata ona satmışdır. Həmin vaxt başı ağrıdığı üçün ondan avtomobili Gədəbəy rayonu, Slavyanka kəndinə sürməsini istəmişdir. Kənd mərkəzində düşüb orada olan aptekdən başağrı dərmanı almış, yenidən Pərvizin avtomobilinə əyləşmişdir. Gədəbəy rayonunda iş olmadığı üçün yaşadığı evə qayıtmaq qərarına gəlmişdir. Pərvizə onu da Şəmkir şəhərinə aparmasını istəmişdir. Pərvizin avtomobillə Şəmkir rayonu istiqamətində gedən zaman “Lukoil” yanacaq doldurma məntəqəsini keçdikdən sonra dövlət yol Polisi əməkdaşı avtomobilə saxla göstərişi vermişdir. Pərviz avtomobili yolun sağ kənarında saxlamışdır. Pərviz avtomobili saxlayan zaman başqa tanımadığı şəxslər avtomobili yanlarında saxlamışlar. Həmin şəxslər avtomobildən düşüb onlara yaxınlaşan zaman onların polis əməkdaşı olmalarını bilmişdir. Həmin şəxslər narkotik vasitələrin qanunsuz dövriyyəsindən şübhəli olduqlarını bildirib Pərvizi və onu dövlət yol polisinin avtomobilinin arxa oturacağına əyləşdirmişlər. Onları dövlət yol polis əməkdaşlarının avtomobili ilə Gədəbəy RPŞ-ə gətirmişlər. Şəxsi axtarış keçirilən zaman üzərindən qanunla dövriyyəsi qadağan edilmiş heç bir əşya və predmet aşkar edilməmişdir. Bundan sonra Pərvizin idarə etdiyi avtomobilə baxış keçirilmişdir. Daha sonra onun, Pərviz Əliyevin, müdafiəçilərin və iştirakçıların iştirakı ilə KİA SPORTAGE markalı polis avtomobilnə baxış keçirilmiş və içərisində narkotik vasitələr olan 4 büküm aşkar edilmişdir. Pərviz Əliyev bildirmişdir ki, bükümləri o, polis əməkdaşları tərəfindən tutulub Gədəbəy RPŞ-ə gətirilən zaman yol patrul xidmətinə məxsus avtomobilin salonuna arxa oturacağın qarşısında olan ayaqaltının üzərinə atmışdır və o, əvvəlcə etiraz etmiş, sonra bunu etiraf etmişdir. Daha sonra həmin bükümlər tərəzidə çəkilmiş və çəkisinin 0.080 qram olması müəyyən edilmişdir. Əvvəllər narkotik vasitələrin satışı və istifadəsi ilə məşğul olmamış. Sadəcə olaraq həyat şəraiti yaxşı olmadığı üçün həmin tapdığı narkotik vasitəni Pərviz Əliyevə satmaq qərarına gəlmişdir. Himayəsində yetkinlik yaşına çatmayan övladı var. Ona görə də nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirildiyi işdən ayrılmış cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirlən X6 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş, ifadə verərək, göstərmişdir ki,rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur. Birinci Qarabağ müharibəsi iştirakçısıdır. Həmin müharibə zamanı yaralanmış, həmin vaxtdan vərəm xəstəsidir. 10 may 2013-cü il tarixdə Şəmkir Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Hazırda barəsində Şəmkir Rayon Məhkəməsinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzası var. Cəzanı çəkməyə başlamamışdır. VAZ-21099 minik markalı **-SH-*** avtomobil arvadı X3 məxsusdur. Həmin avtomobili “B” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə edir. Bir necə ildir narkotik vasitə olan marixuanadan və heroindən iynə vurma yolu ilə istifadə edir. Şəmkir şəhər sakini Təqsirləndirilən şəxs tanıyır, əvvəllər aralarında heç bir narazılıq və ədavət baş verməmişdir. 16 fevral 2024-cü il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs ona zəng vuraraq “sənə kakos lazım olsa məndə var” demişdir. Ondan qiymət barədə soruşan zaman “ yarım qıramı 50 manatdı“ demişdir. Aynurədən harada olduğunu soruşan zaman ona Gədəbəy rayonu, Xarxar kəndində olduğunu bildirmişdir. Onun ilə görüşmək üçün 17 fevral 2024-cü il tarixdə saat 16 radələrində idarə etdiyi avtomobil ilə Gədəbəy rayonu, Xarxar kəndində gəlmişdir. Gədəbəy rayonunda olan zaman Aynurəyə zəng vurub harda olduğunu soruşmuş, o, yanacaq doldurma məntəqəsinin yanında olduğunu bildirmişdir. O, yanacaq doldurma məntəqəsinin yanına gəlmiş, Aynurə avtomobilin sağ arxa oturacağında əyləşmişdir. Aynurə avtomobildə əyləşən zaman əynidə olan qara rəngli qolu uzun gödəkçənin cibindən yaşıl rəngli selofan torbanı çıxarmış və onun içərisində olan bir necə qara rəngli bağlamadan birini ona vermişdir. Aynurəyə həmin narkotik vasitənin qarşılığında 01 ədəd 50 manatlıq pul əskinası vermişdir. Pulu verdikdən sonra Aynurə “xəstələnmişəm sür Slavyankaya oradan dərman alacam” demişdir. Onun sözünə əsasən avtomobili Gədəbəy rayonu, Slavyanka kəndi ərazisinə sürmüş, kənd mərkəzində yerləşən aptekdən Aynurə adını bilmədiyi baş ağrı dərmanı almışdır. Avtomobillə Şəmkir rayonu istiqamətində gələrək Aynurəni götürdüyü yerdə düşürmək üçün gəlmişdir. Yanacaq doldurma məntəqəsini keçdikdən sonra dövlət yol polisi əməkdaşı ona avtomobili saxla göstərişi vermişdir. Avtomobili yolun sağ kənarında saxladıqda başqa tanımadığı şəxs idarə etdiyi avtomobili onun yanında saxlamışlar. Həmin şəxslər avtomobildən düşüb ona yaxınlaşan zaman onların polis əməkdaşı olmaları məlum olmuşdur. Həmin şəxslər onların narkotik vasitələrin qanunsuz dövriyyəsindən şübhəli olduqlarını bildirib Aynurəni və onu dövlət yol polisin avtomobilinin arxa oturacağına əyləşdirmişlər.Yolda olan zaman Təqsirləndirilən şəxs gödərkçənin cibində olan yaşıl rəngli selofan torbanı onun cibinə qoymaq istəmiş, ancaq qapı tərəfə çəkildiyi üçün Aynurə narkotik vasitsə olan yaşıl rəngli selofan torbanı onun cibinə qoya bilməmişdir. Aynurə əlində olan yaşıl rəngli torbanı avtomobilin içərisində atmışdır. Onlar dövlət yol polis əməkdaşlarının avtomobili ilə Gədəbəy Rayon Polis Şöbəsinə gətirmişlər. Şöbədə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilən zaman sağ ayağında olan corabın başına gizlətdiyi qara rəngli politlenə bükülmüş nakotik vasitəni təqdim etmişdir. Təqdim etdiyi narkotik vasitə tərəzi vasitəsi ilə çəkilən zaman 0.01 qram olması müəyyən edilmişdir. Bundan sonra idarə etdiyi avtomobilə baxış keçirilmiş, baxış zamanı əhəmiyyət kəsb edən heç bir əşya aşkar edilməmişdir. Daha sonra KİA SPORTAGE markalı polis maşınına baxış keçirilmişdir. Baxış zamanı polis əməkdaşları tərəfindən tutulub Gədəbəy RPŞ-ə gətiriləndə Təqsirləndirilən şəxs həmin yaşıl rəngli sellofanı yol patrul xidmətinə məxsus avtomobilin salonuna arxa oturacağın qarşısında olan ayaqaltının üzərinə atmasını bildirmişdir. Baxış zamanı yaşıl rəngli üzəri yandırılmaqla sıxılmış yaşıl rəngli sellofanın içərəsindən 4 ədəd qara rəngli polietilen büküm aşkar edilmişdir. Bükümlər açıldıqda həmin bükümlərin “kakos” kimi tanına narkotik vasitə olmasını, Aynurənin həmin yaşıl sellofan bükümün içərisindən bir ədədini ona verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs isə ona şər atdığını həmin yaşıl rəngli sellofandan xəbərsiz olmasını bildirmişdir. Daha sonra həmin bükümlər tərəzidə çəkilmiş və çəkisinin 0.080 qram olması müəyyən edilmişdir. Aynurəni rayon sakini kimi tanısa da, ondan əvvəllər narkotik vasitə almamışdır. Aynurə ona zəng edənə qədər onun narkotik vasitə satması barədə heç bir məlumatı olmamışdır. O, birnci Qarabağ Müharibəsi veteranıdır, himayəsində yetkinlik yaşına çatmayan övladı var. Ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək, bildirmişduir ki, Gədəbəy RPŞ-də narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Şəmkir şəhər sakinləri X6 və Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir narazılıq və ədavət olmamışdır. 17 fevral 2024-cü il tarixdə Şəmkir şəhər sakinləri Pərviz Əliyevin və Təqsirləndirilən şəxs narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat aidiyyəti üzrə şöbə rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmidir. Bundan sonra Gədəbəy RPŞ-nin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid2, dövlət yol polisi bölməsinin inspektorları Şahid3, Şahid4 və Şahid5 ibarət əməliyyat qrupu yaradılmış, Şəmkir şəhər sakinləri Pərviz Əliyevin və Təqsirləndirilən şəxs nakotiklərinin qanunsuz dövriyyəsində şübhəli olmaları barədə məlumat əsasında əməliyyat axtarış tədbirinin keçiriləcəyi bildirilmişdir. X8 idarə etdiyi VAZ-21099 minik markalı **-SH-*** dövlət nömrə nişanlı avtomobil ilə Gədəbəy rayonu, Slavyanka kəndində hərəkətdə olduqları üçün ora getmişlər. Gədəbəy rayonu, Slavyanka kəndi ərazisində həmin şəxslərin olduğu avtomobil saxla əmri ilə saxlamış, hər ikisi YPX avtomobilin arxa oturacağında əyləşdirilərək zəruri istintaq hərəkətlərinin keçirilməsi üçün rayon polis şöbəsinin inzibati binasına gətirilmişlər. Şöbənin inzibati binasında müdafiəçinin işitrakı ilə Pərviz Əliyevin üzərində şəxsi axtarış aparılan zamanı onun sağ ayağına geyindiyi corabın yuxarı hissəsində olan qara rəngli selofan bükümdə ümumi çəkisi 0.010 qram olan nakotik vasitsə olan heroinə bənzər kütlə aşkar edilmişdir. Pərviz Əliyev həmin kütlənin heroin olduğunu bildirmiş və Təqsirləndirilən şəxs 50 manata aldığını, Təqsirləndirilən şəxs ona nakotik vasitə satdığı yaşıl rəngli torbanı yol patrul avtomobilinin arxa oturacağına atdığını bildirmişdir. Pərviz Əliyevin üzərində şəxsi axtarış keçirildikdən sonra onun ilə birlikdə polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində müdafiəçi Mahir Kazımovun işitrakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zaman Təqsirləndirilən şəxs üzərində iş üçün əhəmiyyət kəsb edən heç bir əşya və predmet aşkar edilməmişdir. Bundan sonra Pərviz Əliyevin avtomobilnə baxış keçirilmiş, daha sonra şübhəli şəxslərin, müdafiəçilərin və işitrakçıların iştirakı ilə KİA SPORTAGE markalı polis maşınına baxış keçirilmişdir. Baxış zamanı Pərviz Əliyev polis əməkdaşları tərəfindən tutulub Gədəbəy Rayon Polis Şöbəsinə gətiriləndə Təqsirləndirilən şəxs həmin yaşıl rəngli sellofanı Yol Patrul Xidmətinə məxsus avtomobilin salonuna arxa oturacağın qarşısında olan ayaqaltının üzərinə atdığnı bildirmişdir. Baxış zamanı yaşıl rəngli üzəri yandırılmaqla sıxılmış yaşıl rəngli sellofanın içərəsindən 4 ədəd qara rəngli sellofan büküm aşkarlanmış. Bükülər açıldıqda Pərviz Əliyev həmin bükümlərin “kakos” kimi tanına narkotik vasitə olmasını, Aynurənin həmin yaşıl sellofan bükümün içəirisindən bir ədədini ona verməsini bildirmişdir. Təqsirləndirilən şəxs isə Pərviz Əliyevin ona şər atmasını həmin yaşıl rəngli sellofandan xəbərsiz olmasını bildirmişdir. Daha sonra həmin bükümlər iş üçün əhəmiyyət kəsb etdiyindən tərəzidə çəkilmiş və çəkisinin 0.080 qram olması müəyyən edilmişdir. Sonradan Təqsirləndirilən şəxs həmin bükümləri avtomobilin salonuna atdığını etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək, bildirmişdir ki, Gədəbəy RPŞ-nin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. X6 və Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir narazılıq və ədavət baş verməmişdir. 17 fevral 2024-cü il tarixdə xidməti iş yerində olan zaman şöbə rəhbərliyi tərəfindən qəbul edilmiş qərar əsasından ondan şöbənin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid1, dövlət yol polisi bölməsinin inspektorları Şahid3, Şahid4 və Şahid5 ibarət əməliyyat qrupu yaradılmış, Şəmkir şəhər sakinləri Pərviz Əliyevin və Təqsirləndirilən şəxs nakotiklərinin qanunsuz dövriyyəsində şübhəli olmaları barədə məlumat əsasında əməliyyat axtarış tədbirinin keçiriləcəyi bildirilmişdir. Bundan sonra Pərviz Əliyevin idarə etdiyi avtomobil ilə Gədəbəy rayonu, Slavyanka kəndində hərəkətdə olduqları üçün ora getmişlər. Gədəbəy rayonu, Slavyanka kəndi ərazisində həmin şəxslərin olduğu avtomobil saxla əmri ilə saxlamış, hər ikisi YPX avtomobilin arxa oturacağında əyləşdirilərək zəruri istintaq hərəkətlərinin keçirilməsi üçün rayon polis şöbəsinin inzibati binasına gətirilmişlər. Şöbənin inzibati binasında müdafiəçinin işitrakı ilə Pərviz Əliyevin üzərində şəxsi axtarış aparılan zamanı onun sağ ayağına geyindiyi corabın yuxarı hissəsində olan qara rəngli selofan bükümdə ümumi çəkisi 0.010 qram olan nakotik vasitsə olan heroinə bənzər kütlə aşkar edilmişdir. Pərviz Əliyev həmin kütlənin heroin olduğunu bildirmiş və Təqsirləndirilən şəxs 50 manata aldığını, Təqsirləndirilən şəxs ona nakotik vasitə satdığı yaşıl rəngli torbanı yol patrul avtomobilinin arxa oturacağına atdığını bildirmişdir. Pərviz Əliyevin üzərində şəxsi axtarış keçirildikdən sonra onun ilə birlikdə polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində müdafiəçi Mahir Kazımovun işitrakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zaman Təqsirləndirilən şəxs üzərində iş üçün əhəmiyyət kəsb edən heç bir əşya və predmet aşkar edilməmişdir. Bundan sonra Pərviz Əliyevin idarə etdiyi avtomobilə baxış keçirilmiş, daha sonra şübhəli şəxslərin, müdafiəçilərin və işitrakçıların iştirakı ilə KİA SPORTAGE markalı polis maşınına baxış keçirilmişdir. Baxış zamanı Pərviz Əliyev polis əməkdaşları tərəfindən tutulub Gədəbəy Rayon Polis Şöbəsinə gətiriləndə Təqsirləndirilən şəxs həmin yaşıl rəngli sellofanı Yol Patrul Xidmətinə məxsus avtomobilin salonuna arxa oturacağın qarşısında olan ayaqaltının üzərinə atdığnğ bildirmişdir. Baxış zamanı yaşıl rəngli üzəri yandırılmaqla sıxılmış yaşıl rəngli sellofanın içərəsindən 4 ədəd qara rəngli sellofan büküm aşkarlanmış. Bükülər açıldıqda Pərviz Əliyev həmin bükümlərin “kakos” kimi tanına narkotik vasitə olmasını, Aynurənin həmin yaşıl sellofan bükümün içəirisindən bir ədədini ona verməsini bildirmişdir. Təqsirləndirilən şəxs isə Pərviz Əliyevin ona şər atmasını həmin yaşıl rəngli sellofandan xəbərsiz olmasını bildirmişdir. Daha sonra həmin bükümlər iş üçün əhəmiyyət kəsb etdiyindən tərəzidə çəkilmiş və çəkisinin 0.080 qram olması müəyyən edilmişdir. Sonradan Təqsirləndirilən şəxs həmin bükümləri avtomobilin salonuna atdığını etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid4 eyniməzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında elan edilmiş Şahid5 ifadəsindən görünür ki, 2004-cü ildən daxili işlər orqanlarında, 2023-cü ilin dekabr ayından isə Gədəbəy RPŞ-nin DYPB-də yol patrul xidməti inspektoru vəzifəsində işləyir. 17 fevral 2024-cü il tarixdə şöbə rəhbərliyinin göstərişi ilə əməliyyatçılar Şahid1, Şahid2, yol patrul xidməti inspektoru Şahid3la birlikdə əməliyyat tədbirində iştirak etmiş, Şəmkir rayon sakinləri Pərviz Əliyev və Təqsirləndirilən şəxs Gədəbəy rayonu, Slavyanka kəndi ərazisində Pərviz Əliyevin idarə etdiyi avtomobildə saxlamış və onları Gədəbəy RPŞ-nin inzibati binasına gətirmişlər. İşdə olan Şəxsi axtarış aparılması haqqında 17 fevral 2024-cü il tarixli protokoldan görünür ki, X1 ayağına geyindiyi corabın yuxarı hissəsində olan qara rəngli seloofan bükümü təqdim etdi. Həmin bükümdə nakotik vasitə olan “kakos” olmasını, həmin narkotik vasitəni Şəmkir rayon sakini Aynurə adlı şəxsdən Gədəbəy rayonu, Slavyanka kəndində özünə məxsus avtomobidlə almasını, Aynurənin göy rəngli sellofanı cibinə qoymasını, daha sonra polis əməkdaşları tərəfindən tutulub Gədəbəy RPŞ-ə gətiriləndə Aynurənin həmin yaşıl rəngli sellofanı Yol Patrul Xidmətinə məxsus avtomobilin salonuna arxa oturacağın qarşısında olan ayaqaltının üzərinə atmasını bildirmişdir. Həmin büküm çin istehsalı olan tərəzidə çəkildikdən sonra çəksinin 0.010 qram olması müəyyən edildi. Büküm ekspertizaya təqdim edilmək üçün götürülüb üzəri 075 nömrəli möhürlə möhürlənib götürülmüşdür.Üzərinə şəxsi axtarış keçirilən zamanı Pərviz Əliyevin üzərindən Prima markalı siqaret qutusu (7 ədəd siqaret), 3 manat miqdarında pul, alışqan və dəsmal aşkarlanmış və əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. İşdə olan Şəxsi axtarış aparılması haqqında 17 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəbgli balonka kurtkanın sağ cöl cibindən şəxsiyyətini təsdiq edən sənədi, 96 manat pul əskinası, 1 ədəd evinin qapısının acarı, 1 ədəd telefon kontoru olan kartı və əynində olan qara rəngli balonkanın sol cöl cibindən isə özünə məxsus olan Samsung markalı 1 ədəd telefon, sol cibindən kağıza yazılmış quran ayələri, 1 ədəd alışqan və dediyinə ğörə xəstəliyi ilə əlaqədar olaraq 1 ədəd spiriş, 1 paket olan sitramol dərman müəyyən edildi. Həmin 96 manat pul əskinası və ona məxsus olan Samsung markalı telefon iş ücün əhəmiyyət kəsb etdiyi ücün göütürülüb üzəri 075 nömrəli möhürlə möhürlənmişdir. Digər əşyalar özünə qaytarılmışdır. İşdə olan “Avtomobilə baxış keçirilməsi haqqında” 17 fevral 2024-cü il tarixli prtokolqdan görünür ki, avtomobil KİA SPORTAGE markalı ** YP *** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobildir. Baxış zamanı Pərviz Əliyev bildirmişdir ki, polis əməkdaşları tərəfindən tutulub Gədəbəy RPŞ-ə gətiriləndə Aynurə həmin yaşıl rəngli sellofanı Yol Patrul Xidmətinə məxsus avtomobilin salonuna arxa oturacağın qarşısında olan ayaqaltının üzərinə atmışdır. Baxış zamanı yaşıl rəngli üzəri yandırılmaqla sıxılmış yaşıl rəngli sellofanın içərəsindən 4 ədəd qara rəngli sellofan büküm aşkarlandı. Bükümlər açıldıqda Pərviz Əliyev həmin bükümlərin “kakos” kimi tanına narkotik vasitə olmasını, Aynurənin həmin yaşıl sellofan bükümün içəirisindən bir ədədini ona verməsini bildirmişdir. Təqsirləndirilən şəxs isə Pərviz Əliyevin ona şər atmasını həmin yaşıl rəngli sellofandan xəbərsiz olmasını bildirmişdir. Daha sonra həmin bükümlər iş üçün əhəmiyyət kəsb etdiyindən Çin istehsalı olan tərəzidə çəkilmış, çəkisinin 0.080 qram olması müəyyən edilmiş, həmin bükümlər iş üçün əhəmiyyət kəsb etdiyindən ekspertizaya təqdim edilməsi üçün müvafiq qaydada qablaşdırılıb üzəri 75 nömrəli möhürlə möhürlənərək götürülmüşdür. İşdə olan məhkəmə-kimyəvi ekspertizasının 18 fevral 2024-cü il tarixli 16/231 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində imzalar olan kağız paketdəki 1 (bir) ədəd yaşıl rəngli sellofan bükümdə olan 4(dörd) ədəd qara rəngli polietilen bükümlərdə ayrı-ayrılıqda təmiz çəkilər 0,212 qram, 0,159 qram, 0,225 qram, 0,198 qram ümumi təmiz çəkisi 0,794 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər. Təqdiqata təqdim olunmuş üzərində imzalar olan kağız paketdəki 1(bir) ədəd qara rəngli polietilen bükümdə, təmiz çəkisi 0,192 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim olunmuş heroinlər kimyəvi tərkiblərinə görə eynidirlər. Heroin “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” siyahısına daxildir. İşdə olan məhkəmə-narkoloji ekspertizasının 16 aprel 2024-cü il tarixli 638 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstələyinindən məcburi müəlicəyə ehtiyacı yoxdur. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilnərək 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsinə əsasən 06 ay sınaq müddəti müəyyən edilməklə həmin cəza şərti hesab edilmişdir. İşdə olan Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin 11 mart 2024-cü il tarixli məktubundan görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə məhkum olunan Təqsirləndirilən şəxs təyin olunmuş 06 ay sınaq müddəti xx.xx.2009-cu il tarixdə başa çatdığından qeydiyyatdan çıxarılmışdır. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 17 fevral 2024-cü il tarixdən hesablanmaqla ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 21 avqust 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs onun barəsində olan ev dustaqlığı qətimkan tədbirinin tələblərini pozduğu və məhkəmə istintaqından yayındığı üçün həmin tarixdə barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, barəsində axtarış elan edilmiş, iş üzrə icraat dayandırılmışdır. İş materiallarında olan Gədəbəy Rayon Məhkəməsinin 21 avqust 2025-ci il tarixli hökmünün surətindən görünür ki, həmin tarixli hökmə X6 Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək müvafiq cəzaya məhkum edilmişdir. İşdə olan Gədəbəy RPŞ-dən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs 05 sentyabr 2025-ci il tarixdə tutulmuş və PX 2 saylı İstintaq təcridxanasına yerləşdirilmişdir. İşdə olan səndələrdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan uşağı var və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona istintaq edilən cinayət əməlini törətməkdə təqsirli olması öz təsdiqini tapır. Onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalı və həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədləri ilə tətbiq edilməlidir. Məhkəmə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasıda nəzərədə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən onun tutulduğu və ev dustaqlığında saxlanıldığı 01 il 06 ay 04 gün müddət ona təyin edilən cəzadan çıxılmalı, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəzaçəkmə müddətinin əvvəli 05 sentyabr 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübutlar olan, Gədəbəy RPŞ Saxlanc anbarında saxlanılan 0,162, 0,109, 0,175, 0,148 və 0,142 qram heroin məhv edilməli, 01 ədəd 50 manatlıq pul əskinazı dövlət nəfinə müsadirə edilməli, digər pul əskinazları Təqsirləndirilən şəxs qaytarılmalı, iş üzrə məhkəmə xərci-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60,8 manat məbləğində pul Təqsirləndirilən şəxs və Pərviz Əliyevdən müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu və ev dustaqlığında saxlanıldığı cəmi 01 (bir) il 06 (altı) ay 04 (dörd) gün müddət ona təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsn. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin əvvəli 05 sentyabr 2025-ci il tarixdən hesablansın. İş üzrə maddi sübutlar olan, Gədəbəy RPŞ Saxlanc anbarında saxlanılan 0,162, 0,109, 0,175, 0,148 və 0,142 qram heroin məhv edilsin, 01 ədəd 50 manatlıq pul əskinazı dövlət nəfinə müsadirə edilsin, digər pul əskinazları Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə məhkəmə xərci-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60,8 manat məbləğində pul Təqsirləndirilən şəxs və X2 müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökm elan olunduğu andan 20 gün müddətində (həbsdə saxlanılan şəxs hökmün surətinin ona verildiyi andan 20 gün müddətində) Gədəbəy Rayon Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №1(042)-56/2025
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-56/2025
18.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver