Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-57/2021 16.12.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarəsinin Rayon(Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısın əməkdaşı X26, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakları ilə 1947-ci il tarixdə Gədəbəy rayonu, Çobankənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum edilməmiş, işləməyən, Gədəbəy rayonu, Novoivanovka kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.4; 145.2.5. və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 133.2.4; 145.2.5. və 179.2.4-cü maddələri ilə ittiham edilmişdir ona görə ki, o, 2018-ci ilin avqust ayından etibarən qeyri-rəsmi himayəsində saxladığı “Althseymer xəstəliyi gec başlayan demensiya (ağıl zəifliyi), ifadə olunmuş davranış pozuntuları və psixotik əlamətlərlə” xəstəliyi keçirdiyindən ona qarşı törədilən qanunazidd əməlin mahiyətini dərk etmək, öz hərəkətlərini düzgün qiymətləndirmək və hərəkətlərini idarə etmək iqtidarında olmayan, köməksiz vəziyyətdə olan doğma bibisi qızı, xx xxxxxx 1934-cü ildə Ermənistanın Krasnoselsk rayonunda doğulmuş, subay, orta təhsilli, Daşkəsən rayonu, Kəmərqaya kəndində qeydiyyatda olmaqla faktiki Gədəbəy rayonu, Novoivanovka kəndində yaşayan Zərərçəkmiş şəxs 2021-ci ilin may ayı ərzində ayrı-ayrı tarixlədə və vaxtlarda, o cümlədən 23 may 2021-ci il tarixdə, saat 19:48-də, 24 may 2021-ci il tarixdə saat 09:37də, 29 may 2021-ci il tarixdə saat 06:50-də, 31 may 2021-ci il tarixdə saat 11:32-də təpik və yumruqla, o cümlədən bel və daş ilə bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə, güclü ağrı və psixi iztirablar verməklə ona burunun sıyrıqları, sol bazu oynağının, sağ budun qançırları və sağ baldırın əzilmiş səthi yaraları ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aid olduqları üçün dərəcələri təyin olunmayan, sol bazunun və sol dirsək oynağının, döş qəfəsinin arxa səthinin və belin geniş ölçülü qançırları, sol baldırın əzilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə, eləcə də 31 may 2021-ci il tarixdə saat 11:35-dən həmin tarixdə saat 19:39-dək olan müddət ərzində Gədəbəy rayonu, Novoivanovka kəndində yaşadığı evin yaxınlığında yerləşən qardaşı X11 məxsus tövlədə qollarını və boğazını kəndirlə taxtaya bağlayıb uzun müddət ac-susuz saxlamaqla Zərərçəkmiş şəxs əzab vermişdir. Bundan başqa o, 28 may 2021-ci il tarixdə saat 06:25-dən həmin tarixdə saat 06:43- dək, 30 may 2021-ci il tarixdə saat 07:50-dən həmin tarixdə saat 10:09-dək olan müddət ərzində, habelə 31 may 2021-ci il tarixdə saat 11:32-də Zərərçəkmiş şəxs döyərək həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə onu saat 11:35-dən həmin tarixdə saat 19:39-dək olan müddət ərzində Gədəbəy rayonu, Novoivanovka kəndində yaşadığı evin yaxınlığında yerləşən qardaşı X11 məxsus tövləyə salıb qapını çöldən bağlamaqla Zərərçəkmiş şəxs adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmişdir. Bundan başqa o, yaşamaq üçün evi olmayan və küçələrdə qaldığı üçün ona sığınmış, saxlanılması, ərzaqla və paltarla təmin edilməsi üçün doğma bibisi qızı Zərərçəkmiş şəxs ona inanıb etibar etdiyi “Azərbaycan Beynəlxalq Bankına” aid 5167-5111-0330-4501 nömrəli təqaüd kartına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2018-ci ilin oktyabr ayından 2021-ci ilin 31 may 2021-ci il tarixədək olan müddət ərzində mədaxil olunmuş, 2018-ci ilin oktyabr, noyabr və dekabr ayları üzrə aylıq 192,29 manat olmaqla, cəmi, 576,87 manat, 01 yanvar 2019-cu ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr ayları üzrə aylıq 198,06 manat olmaqla, cəmi, 1782,54 manat, 2019-cu ilin oktyabr, noyabr, dekabr ayları üzrə aylıq 200 manat olmaqla, cəmi, 600 manat, 2020-ci il üzrə aylıq 233,2 manat olmaqla cəmi 2798,4 manat, 2021-ci ilin yanvar, fevral, mart, aprel və may ayları üzrə aylıq 259,78 manat olmaqla, cəmi, 1298,9 manat, ümumilikdə 7056,71 manat pulu Gədəbəy və Şəmkir rayonlarında yerləşən bankomatlardan çıxararaq mənimsəyib öz ehtiyaclarına xərcləməklə israf etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 133.2.4; 145.2.5. və 179.2.4-cü maddələri ilə verilmiş ittihamda özünü təqsirli bilməmiş, ifadə verərək, göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma bibisi Pərinin qızı, eləcə də arvadı Pürzəninin anası Nazangülün xalası qızıdır. Səkinə 1934-cü ildə Ermənistanın Krasnoselsk rayonunun Ardanış kəndində doğulmuşdur. Səkinənin Bahar və Sayalı adlı iki bacısı və Sahib adlı bir qardaşı olmuşdur. Sahib 3 və ya 4 yaşında Ardanış kəndində ölmüşdür. X28 rayonu, Novoivanovka kəndinə gəlin köçüb yaşamışdır. Səkinə hələ Ardanış kəndində yaşadığı dövrdə bir nəfərlə evlənmiş, bu nikahdan onun qızı olmuş, bir müddət sonra qızı öldüyü üçün ərindən boşanmış və bundan sonra ailə həyatı qurmamışdır. Səkinənin bacısı Bahar isə, ümumiyyətlə, heç vaxt ailə həyatı qurmamışdır.1988-1989-cu il hadisələri zamanı Səkinə bacısı Baharla birlikdə Ermənistandan qaçqın kimi Daşkəsən rayonunun Kəmərqaya kəndində məskunlaşmışdır. 1991-ci ildə bacısı Bahar ölmüş, Səkinə isə Daşkəsən rayonunun Kəmərqaya kəndində bir müddət tək yaşamışdır. 1992 və ya 1993-cü ildə Sayalı bacısı Səkinəni Gədəbəy rayonu, Novoivanovka kəndinə gətirib öz evində saxlamışdır. Səkinə gününü küçələrdə keçirmiş, yollardan boş butulka, zibil yığmış, geyiminə fikir verməmiş, bir sözlə tüfeyli həyat tərzi keçirmişdir. Sayalı belə hərəkətlərinə görə Səkinəni tez-tez evindən qovmuş və o, küçələrdə qalmışdır. Sonra Səkinəni onun arvadı Pürzənin mərhum anası Nazangül evinə aparıb bir müddət yanında saxlamışdır. Nazangül təxminən 4 il bundan əvvəl ölmüş, bundan sonra Sayalı Səkinəni öz evinə aparmışdır. Lakin Sayalı ona baxmamış, Səkinə yenə də küçələrdə qalmışdır. Sayalı öldükdən sonra isə Səkinəyə baxan olmamışdır. 2018-ci ilin payız fəslində, xatırlamadığı tarixdə Səkinənin üz-başının yaralı vəziyyətdə olduğunu görmüş və ondan nə baş verdiyini soruşduqda, Səkinə Sahibin onu döydüyünü, pul kisəsini və kəmərini əlindən aldığını demişdir. Səkinə təqaüd kartından çıxartdığı pulları kisəyə yığmış, kisədə puldan başqa Səkinənin bel kəməri də olmuşdur. Həmin kəmər qiymətli materialdan olmamış, üzərinə köhnə pullar düzülmüşdür. Amma kəmər qədimi olmuşdur. Sahibin əsl adı Elmardır və o, İİ Qarabağ müharibəsində şəhid olmuşdur. Səkinənin döyüldüyünü görən qardaşı X5 barəsində polisə şikayət etmişdir. Bu məsələ polisdə araşdırılmış və elə araşdırma gedişində o, Səkinəni öz himayəsinə götürüb yaşadığı evə aparmış və həmin gündən etibarən Səkinə onunla bir evdə yaşamağa başlamışdır. Həmin günə qədər Səkinənin təqaüd kartı ondan olmamış və eyni zamanda həmin günə qədər Səkinə bir gün də onun evində qalmamışdır. Səkinə onun evində qalan vaxtı öz təqaüd kartını ona vermişdir. O, Səkinəni himayəsinə götürsə də, bununla bağlı rəsmi sənədi olmamışdır. Səkinə onlarla bir evdə, bir otaqda yaşamağa başlamışdır. Buna baxmayaraq Səkinə yenə də gün ərzində Novoivanovka kəndində küçələri gəzmiş, yerdən tapdığı zir-zibili, boş butulkaları kisəyə doldurub onun evinə gətirmişdir. Dəfələrlə Səkinəyə küçələrdən yığışmasını desə də, Səkinə ona eşitməmişdir. Səkinənin hərəkətləri bununla da bitməmiş, nəzarətsiz qalan kimi qaçıb getmiş və kiminsə taxıl sahəsini məhv etmişdir. Buna görə də taxıl sahəsinin sahibləri ona və arvadı Pürzəyə iradlarını bildirmişlər. Səkinənin anadangəlmə bir gözü kor olmuş, digər gözünün isə görmə qabiliyyəti zəifləmişdir. Onlar kiminsə Səkinəni avtomobillə vurub öldürəcəyindən ehtiyat etmişlər. Kənd camaatı da Səkinə küçələrdə nəzarətsiz qaldığına görə ona və Pürzəyə dəfələrlə irad bildirmişlər. O özü Səkinəni bir neçə dəfə döymüşdür ki, o, küçələrdən evə yığışsın, gedib kiminsə tarlasını məhv etməsin. Bütün bunlara baxmayaraq Səkinə onu yenə eşitməmiş, nəzarətsiz qalan kimi küçələrdə gəzişmişdir. 31 may 2021-ci il tarixdə səhər saat 11-12 radələrində Səkinənin yaxınlıqda yerləşən mərhum qardaşı Cəfər Hacıyevə məxsus taxıl sahəsinə girərək taxılı əzdiyini görmüşdür. O, Səkinəyə taxıl sahəsindən çıxmasını söyləsə də, sonuncu çıxmamışdır. Həmin yerə gedəndə görmüşdür ki, Səkinə taxılın orta hissəsini tapdalayıb əzmişdir. Bu zaman o, əsəbləşərək Səkinəni oradaca döymüş və bir daha taxıl zəmisinə girməməsi üçün onu yerlə sürüyərək mərhum qardaşı Cəfər Hacıyevə məxsus tövləyə salaraq qapısını bağlamış və bir müddət sonra qapını açaraq onun əlindən tutub yaşadığı evə aparmışdır. Bundan başqa o, heç vaxt Səkinəni tövləyə salıb saxlamamışdır. 02 iyun 2021-ci il tarixdə eşitmişdir ki, Nəzakətin bacısı oğulları Rəvan və Məhərrəm Səkinənin tövlədə saxlanılması videosunu çəkib internetdə yayıb, onları biabır etmişlər. Səkinə sözə qulaq asmadığı, qonşunun tarlasına girib məhv etdiyi üçün onu tövləyə salmış, qapısını da bağlamışdır. O bir dəfə də olsun Pürzənin yanında Səkinəni döyməmiş, Pürzə də onun yanında Səkinəni döyməmişdir. Amma Pürzənin özünün deməsindən bilmişdir ki, Səkinə onu eşitmədiyi üçün onu bir-iki dəfə döymüşdür. O, Səkinəni elə də möhkəm vurmamış, vuranda ya başına, ya ayağına, ya kürəyinə, ya da əlinə astaca vurmuşdur ki, bir də onun sözündən çıxmasın. Səkinəni hansı tarixlərdə döyməsi yadında deyil. Sonuncu dəfə Səkinəni 31 may 2021-ci il tarixdə döymüşdür. Bundan əvvəl isə Səkinəni iki və ya üç dəfə döymüşdür. Səkinə çöllərdə qalanda gedib yolun qırağından ot, alaf yemişdir. Qıraqdan baxanlar elə bilmişlər ki, onlar Səkinəyə yemək vermirlər. O və arvadı Pürzə bir gün də olsun Səkinəni ac qoymamış, onu mütəmadi döyməmişlər. Yəqin ki, bədənindəki xəsarətləri Səkinə yıxılarkən almışdır. Səkinənin tövlədə əlləri və qollarını nə o, nə də arvadı Pürzə bağlamamışdır. 2018-ci ilin oktyabr ayından 2021-ci ilin may ayının sonunadək Səkinənin təqaüd kartı onda olmuş, həmin dövr ərzində o, Səkinənin təqaüd kartından çıxardığı pulları özünə xərcləmişdir. Videogörüntüdə 27 may 2021-ci il tarixdə Səkinəni sürüyərək tövlənin qarşısına gətirib orada döyən özüdür. Səkinə həmin gün yolun ortasında dayandığı üçün onu sürüyərək kənəra gətirib başına da bir şillə vurmuşdur ki, bir də maşın yoluna çıxmasın. Təqdim olunan növbəti videogörüntüdə 28 may 2021-ci il tarixdə Zərərçəkmiş şəxs tövləyə aparıb salan özüdür. Videogörüntülərdə 29 may 2021-ci il tarixdə saat Zərərçəkmiş şəxs qolundan tutaraq tövləyə aparıb salan özüdür. Həmin tarixdə tövlənin qapısını açıb içəri daxil olan və Səkinəni çölə çıxaran da özüdür. Videogörüntüdə 29 may 2021-ci il tarixdə saat tövlənin arxasındakı taxıl sahəsinin kənarında dayanan Zərərçəkmiş şəxsdır. Videogörüntüdə 29 may 2021-ci il tarixdə Zərərçəkmiş şəxsın olduğu yerə tərəf gedib, Zərərçəkmiş şəxs tutub yerə yıxaraq şillə və təpiklə onu döyən, sürüyərək qaldırıb yerə çırpan, yenidən ardıcıl təpiklə zərbələr enidirən sonra isə sürüyüb tövləyə salaraq, bir qədər sonra tövlədən çölə çıxıb qapını bağlayan şəxs də özüdür. Videogörüntüdə 30 may 2021-ci il tarixdə saat tövləyə tərəf gedib qapını açaraq Səkinəni tövlədən çıxaran da özüdür. Səkinə onun mərhum qardaşı Cəfər Hacıyevə məxsus taxıl tarlasını məhv etdiyi üçün onu döymüş və tövləyə salmışdır. Səkinəni döydüyünə və tövləyə saldığına görə çox peşmandır. O, 2021-ci ilin may ayı ərzində bir neçə dəfə, sonuncu dəfə isə 31 may 2021-ci il tarixdə Səkinə yaşadıqları evin yaxınlığında olan tövlənin arxasındakı taxıl sahəsinə girdiyi üçün onu sürüyərək başından və kürəyindən vurub gətirib tövləyə salmışdır. Lakin ona işgəncə və əzab vermək məqsədi, azadlıqdan məhrum etmək niyyəti olmamışdır. Səkinə pensiya kartını da özü vermişdir ki, ona baxsın. O, Səkinənin pensiya kartını əlindən zorla almamışdır. Səkinənin təqaüd kartından çıxardığı pulları onun özünün saxlannılması üçün xərcləmişdir. Ona görə də qərar çıxarılarkən bu halların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısının əməkdaşı X26 ifadə verərək, bildirmişdir ki, təqsirləndirilən şəxs həqiqətən ona ittiham edilən cinayət əməllərini törətmişdir. Bununla belə o, yaşlı adamdır. Ona görə də qərar çıxarılarkən bu halın nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadə verərək, bildirmişdir ki, Zərərçəkmiş şəxs onun anası X6 xalası qızıdır. Bundan əlavə Zərərçəkmiş şəxs əri Təqsirləndirilən şəxs bibisi Pərinin qızıdır. Zərərçəkmiş şəxs 1934-cü ildə Ermənistanın Krasnoselsk rayonunun Ardanış kəndində doğulmuşdur. Onun Bahar və Sayalı adlı iki bacısı və Sahib adlı bir qardaşı olmuşdur. Zərərçəkmiş şəxs qardaşı Sahib 3 və ya 4 yaşında Ardanış kəndində ölmüş, X28 rayonunun, Novoivanovka kəndinə gəlin köçüb, həmin kənddə yaşamışdır. Səkinə Hacıyeva hələ Ardanış kəndində yaşadığı dövrdə evlənmiş, bu nikahdan bir qız övladı olmuş, bir müddət sonra qızı öldüyü üçün ərindən boşanmış və bundan sonra ailə həyatı qurmamışdır. Zərərçəkmiş şəxs bacısı Bahar isə, ümumiyyətlə, heç vaxt ailə həyatı qurmamışdır. 1988-1989-cu il hadisələri zamanı Zərərçəkmiş şəxs bacısı Baharla birlikdə Ermənistandan qaçqın kimi Daşkəsən rayonuna gələrək, həmin rayonun Kəmərqaya kəndində məskunlaşmışdır. 1991-ci ildə bacısı Bahar ölmüş, Zərərçəkmiş şəxs isə Daşkəsən rayonunun Kəmərqaya kəndində bir müddət tək yaşamışdır. 1992 və ya 1993-cü ildə Sayalı bacısı Zərərçəkmiş şəxs Gədəbəy rayonu, Novoivanovka kəndinə gətirib öz evində saxlamış, Səkinə gününü küçələrdə keçirmiş, yollardan boş butulka, zibil yığmış, geyiminə fikir verməmiş, bir sözlə tüfeyli həyat tərzi keçirmişdir. Sayalı belə hərəkətlərinə görə Zərərçəkmiş şəxs tez-tez evindən qovmuş və Səkinə küçələrdə qalmışdır. Sonra onun mərhum anası Nazangül Zərərçəkmiş şəxs öz evinə aparıb bir müddət saxlamış, anası Nazangül təxminən dörd il əvvəl ölmüşdür. Anası öldükdən sonra Sayalı Zərərçəkmiş şəxs öz evinə aparmış, lakin Sayalı Zərərçəkmiş şəxs baxmamış, Səkinə yenə də küçələrdə qalmışdır. Sayalı öldükdən sonra isə Səkinəyə,ümumiyyətlə, baxan olmamış, küçələrdə yatmışdır. Ona görə də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yazığı gəlmiş, onu öz himayəsinə götürərək evlərinə gətirmişdir. Zərərçəkmiş şəxs onlarla bir evdə, bir otaqda yaşamağa başlamasına baxmayaraq yenə də gün ərzində Novoivanovka kəndində küçələri gəzmiş, yerdən tapdığı zir-zibili, boş butulkaları kisəyə doldurub evə gətirmişdir. Dəfələrlə Səkinəyə irad bildirsə də, o, yaşadıqları evi zibilxanaya döndərmişdir. Zərərçəkmiş şəxs hərəkətləri bununla da bitməmiş, nəzarətsiz buraxan kimi qaçıb gedərək kiminsə taxıl sahəsini məhv etmişdir. Zərərçəkmiş şəxs ruhi xəstə olduğu üçün yolun ortasında yatmış, onlar ehtiyat etmişlər ki, kimsə onu avtomobillə vurub öldürər. Həmçinin Zərərçəkmiş şəxs anadangəlmə sağ gözü kor olmuş, sonradan isə sol gözündə də görmə qabiliyyəti zəifləmişdir. Kənd camaatı da Zərərçəkmiş şəxs küçələrdə nəzarətsiz qaldığına görə ona və Təqsirləndirilən şəxs dəfələrlə irad bildirmişlər. Zərərçəkmiş şəxs yolun ortasında uzanıb yatdığına görə Səkinəni bir-iki dəfə döymüşdür ki, yolun ortasında yatmasın. Lakin onu möhkəm vurmamış, ya şillə ilə, ya təpiklə, ya da çubuqla vurmuşdur ki, küçələrdən evə yığışsın. Zərərçəkmiş şəxs evlərinin yaxınlığında yerləşən qayını mərhum Cəfər Hacıyevin tövləsinin arxa tərəfindəki taxıl sahəsinə girib taxılı əzdiyi üçün əri Təqsirləndirilən şəxs bir dəfə Zərərçəkmiş şəxs qolundan tutub, Cəfər Hacıyevin tövləsinə salıb orada saxlamış, sonrada çıxarıb evə gətirmişdir. Zərərçəkmiş şəxs yolun ortasında yatdığı, Cəfər Hacıyevin tövləsinin arxa tərəfindəki taxıl sahəsinə girib taxılı əzdiyi, yolun kənarında olan ot-alaf yediyinə görə Təqsirləndirilən şəxs 2021-ci ilin may ayı ərzində bir neçə dəfə Zərərçəkmiş şəxs döymüşdür. Zərərçəkmiş şəxs pensiya kartı əri Təqsirləndirilən şəxs olmuşdur. Səkinəyə onlar baxdıqları üçün, həm də bankomatdan pul çıxara bilmədiyi üçün pensiya kartını onun əri Təqsirləndirilən şəxs vermiş, Səkinə onların evində qaldığı üçün, pensiyası ilə ona yemək alıb verirmişlər. Təxminən, 2021-ci ilin may-iyun aylarında Səkinənin danışığında da qüsur yaranmış, o, danışa, fikrini ifadə edə bilməmişdir. 02 iyun 2021-ci il tarixdə əri Təqsirləndirilən şəxs Nəzakətin bacısı oğlanları Rəvan və Məhərrəmin Səkinənin tövlədə saxlanılması videosunu çəkib internetdə yaydığını bildirmişdir. Zərərçəkmiş şəxs sözə qulaq asmadığı, qonşunun tarlasına girib məhv etdiyi üçün əri Təqsirləndirilən şəxs Səkinənin belə hərəkətlərinin qarşısını almaq məqsədilə onu tövləyə salmış, qapısını da bağlamışdır. Az müddət sonra isə Təqsirləndirilən şəxs özü Zərərçəkmiş şəxs tövlədən çıxarmış və əlindən tutaraq evə gətirmişdir. Zərərçəkmiş şəxs son iki ay ərzində onun və Təqsirləndirilən şəxs sözünə baxmamış, yaşlandıqca ağlını itirmişdir. O, dəfələrlə Zərərçəkmiş şəxs küçələrdə gəzməməsini, yolun ortasında yatmamasını söyləsə də, o, dinləməmiş, gözü görmədiyi üçün küçələrdə, yollarda yatmışdır. Dəfələrlə Zərərçəkmiş şəxs yolun kənarında bitən zərərli otları yeməsini görmüş, Səkinəyə zərərli otları yeməməsini desə də, onu dinləməmiş, Səkinənin onu dinləməməsi ona qarşı əsəb yaratmışdır ki, sonda məcbur olub Zərərçəkmiş şəxs bir-iki dəfə vurmuşdur. 2021-ci ilin may ayı ərzində üç-dörd dəfə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döyməsini görmüşdür. Zərərçəkmiş şəxs küçələrdə gəzişərək yolun ortasında yatmış, yol kənarındakı zərərli otları yemiş, evlərinin yaxınlığındakı taxıl sahəsinə girib taxılı məhv etmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bu kimi hərəkətlərindən çəkindirmək üçün vurmuş, amma buna baxmayaraq Səkinə öz hərəkətlərinə davam etdirmişdir. Zərərçəkmiş şəxs tövlədə əlləri və qollarını nə o, nə də əri Təqsirləndirilən şəxs bağlamamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tövləyə salmasını Qəzənfərin özündən eşitmiş, bunun hansı tarixdə baş verməsini isə bilməmişdir. Videogörüntüdə 27 may 2021-ci il tarixdə Zərərçəkmiş şəxs sürüyərək tövlənin qarşısına gətirib orada döyən əri Təqsirləndirilən şəxsdir. Videogörüntüdə 28 may 2021-ci il tarixdə Zərərçəkmiş şəxs tövləyə aparıb salan əri Qəzənfərdir. Videogörüntülərdə 29 may 2021-ci il tarixdə Zərərçəkmiş şəxs qolundan tutaraq tövləyə aparıb salan əri Təqsirləndirilən şəxsdir, həmin tarixdə tövlənin qapısını açıb içəri daxil olan və Zərərçəkmiş şəxs çölə çıxaran da Qəzənfərdir. Videogörüntüdə 29 may 2021-ci il tarixdə tövlənin arxasındakı taxıl sahəsinin kənarında dayanan Zərərçəkmiş şəxsdır. Videogörüntüdə 29 may 2021-ci il tarixdə Zərərçəkmiş şəxsın olduğu yerə tərəf gedib, ona çatan, Zərərçəkmiş şəxs tutub yerə yıxaraq şillə və təpiklə döyən, sürüyərək qaldırıb yerə çırpan, yenidən ardıcıl təpiklə zərbələr enidirən sonra isə sürüyərək tövləyə salan, tövlədən çölə çıxıb qapını bağlayan şəxs də əri Təqsirləndirilən şəxsdir. Videogörüntüdə 30 may 2021-ci il tarixdə tövləyə tərəf gedib qapını açaraq Zərərçəkmiş şəxs tövlədən çıxaran əri Qəzənfərdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək, bildirmişdir ki, Zərərçəkmiş şəxs anası Məhluqə Hacıyevanın doğma xalasıdır. Səkinə 1934-cü ildə Göyçə mahalının Ardanış kəndində doğulmuşdur. Səkinənin Bahar və Sayalı adlı iki bacısı və Sahib adlı bir qardaşı olmuşdur. Səkinənin qardaşı Sahib cavan yaşında Ardanış kəndində ölmüşdür. Zərərçəkmiş şəxs X28 rayonu, Novoivanovka kəndinə gəlin köçüb orada yaşamışdır. Səkinə hələ Ardanış kəndində yaşadığı dövrdə evlənmiş, bu nikahından onun bir qız övladı olmuş, bir müddət sonra qızı öldüyü üçün ərindən boşanmış və bundan sonra ailə həyatı qurmamışdır. Səkinənin bacısı Bahar isə, ümumiyyətlə, heç vaxt ailə həyatı qurmamışdır. 1988-1989-cu il hadisələri zamanı Səkinə bacısı Baharla birlikdə Ermənistandan qaçqın kimi Daşkəsən rayonuna gələrək, Kəmərqaya kəndində məskunlaşmışdır. 1991-ci ildə Bahar ölmüş, Səkinə isə Daşkəsən rayonunun Kəmərqaya kəndində bir müddət tək yaşamışdır. 1993-cü ildə Sayalı bacısı Səkinəni Gədəbəy rayonu, Novoivanovka kəndinə gətirib öz evində saxlamışdır. Səkinə gününü küçələrdə keçirmiş, yollardan boş butulka, zibil yığmış, geyiminə fikir verməmişdir. Bir sözlə Səkinə tüfeyli həyat tərzi keçirmişdir. Səkinə ruhi-xəstə olmuş, onun danışığında da qüsur yaranmışdır. Novoivanovka kənd sakinlərinin hamısı Səkinənin xətrini istəmiş, ona yemək, paltar, pul vermişdir. Səkinə gününü küçələrdə keçirsə də, gecələr bacısı Sayalının, bəzi vaxtlarda isə xalası qızı Nazangülün yanında qalmışdır. Təqsirləndirilən şəxs onun atası Allahverdinin dayısı oğludur. Təqsirləndirilən şəxs arvadı X14 isə onun doğma bibisi Nazangül Xıdırovanın qızıdır. Zərərçəkmiş şəxs əvvəllər bacısı Sayalının yanında yaşamış, Sayalı öldükdən sonra Səkinə bir müddət qohumlarının evində qalmışdır. Sonra isə xalası Nazangülün şəhid olmuş oğlu X17 evinə aparmışdır. Səkinə onun xalası Nazangülün evində yaşadığı dövrdə eşitmişlər ki, Təqsirləndirilən şəxs Səkinənin pensiya kartını, təxminən altı-yeddi il bundan əvvəl əlindən almış və kartakı pulu çıxararaq öz ailəsinə xərcləmişdir. Bunu eşidib bilən xalası Nazangülün oğlu İİ Qarabağ müharibəsində şəhid olmuş X1 bağlatdırmış və yenisi ilə əvəz etdirmişdir. Bu barədə xəbər tutan Qəzənfər Səkinənin pensiya kartını ələ keçirmək üçün Elmarın barəsində Gədəbəy Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək,guya, Səkinənin küçələrdə qalmasını və Elmar tərəfindən mütəmadi olaraq döyülməsini bildirmişdir. Bundan sonra Qəzənfər Səkinəni öz evinə aparmış və yanında saxlamağa başlamışdır. Səkinə gündüzlər Novoivanovka kəndi ərazisində gəzmiş, gecələr isə Qəzənfərin evinə gecələmişdir. Bir dəfə gecə saat 23-24 radələrində Səkinənin yolda qalmasını görüb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edrək bu barədə məlumat vermişdir. Gecə saat 24 radələrində polis əməkdaşları gəlib Səkinəni avtomobilə mindirərək, Təqsirləndirilən şəxs evinə aparmışlar. Təsərrüfatlarında 100 baş xırdabuynuzlu, 4 baş iribuynuzlu heyvanları vardır ki, o, hər gün heyvanlarını “Şoraq” adlanan yaylağa aparıb orada otarmışdır. Həmin yaylağa gedən yol isə Təqsirləndirilən şəxs yaşadığı evin qarşısından keçir. O heyvanları otarmağa adətən səhər saat 08 radələrində aparır. 2021 -ci ilin aprel və may ayları ərzində ayrı-ayrı vaxtlarda o, heyvanları otarmağa apararkən Qəzənfər və Pürzənin Səkinəni döymələrinin və evdən qovmalarını görmüşdür. Belə ki, Qəzənfər və Pürzə Səkinəni ağacla, təpik və yumruqla baş və bədəninin müxtəlif nahiylərinə vurmuşlar. O, dəfələrlə Qəzənfərə Səkinəni döyməməsini, saxlaya bilmirsə onlara təhvil verməsini söyləmiş, Təqsirləndirilən şəxs isə ona işinə qarışmamağını, gedib öz işi ilə məşğul olmağını demişdir. Səkinə son vaxtlara qədər sərbəst danışa, fikrini izah edə və gəzə bilsə də sonradan danışa və sərbəst gəzə bilməmişdir. Bunun səbəbi isə Zərərçəkmiş şəxs Pürzə və Qəzənfər tərəfindən döyülməsi, əzab və işgəncə verilməsi olmuşdur. Qəzənfərin Səkinəni döyüb tövlədə saxlaması barədə o, kənd sakinlərinin danışıqlarından eşitmişdir. 31 may 2021-ci il tarixdə həmişə olduğu kimi səhər saat 08 radələrində heyvanlarını otarmaq üçün örüş sahəsinə aparmış və heyvanları Qəzənfərin yaşadığı evin yaxınlığında yerləşən örüş sahəsində otarmağa başlamışdır. Həmin tarixdə təxminən saat 10 radələrində Pürzənin Səkinəni döyməsini görmüşdür. Pürzə əlindəki ağacla Səkinənin bel və ayaq nahiyələrinə vururdu. Həmin vaxt isə Qəzənfərin evinin alt tərəfindəki tövlədən inəyi çıxarıb gətirərək mərhum qardaşı Cəfər Hacıyevə məxsus tövləninin yanındakı qaz borusunun yanına bağlamasını görmüşdür. Onun mobil telefonu video çəkmək funksiyası olmadığından belə qərara gəlmişdir ki, evə gedib xalası oğlu Şahid4 desin və onunla birlikdə gəlib Pürzənin Səkinəni döyməsini videoya çəkib bu barədə hüquq mühafizə orqanlarına məlumat versinlər. O, heyvanları qabağına qatıb yaşadığı evə doğru gedərkən, Pürzənin Səkinənin əynindəki paltarın boyun nahiyəsindən tutub yaxınlıqda yerləşən Qəzənfərin qardaşı Cəfər Hacıyevə məxsus tövləyə tərəf aparıb həmin tövləyə salmasını görmüşdür. O, bir daha əmin olmuşdur ki, kənd camaatının söylədikləri yalan deyil, Pürzə və əri Qəzənfər Səkinəyə işgəncə verir, onu tövləyə salıb orada ac-susuz saxlayırlar. Bundan sonra o heyvanları həyətlərinə salıb, xalası oğlu Şahid4la görüşərək, Şahid4 bu barədə məlumat vermiş və xahiş etmişdir ki, onunla birlikdə gedib Pürzənin Səkinəni döyməsini videoya çəksin. O, Rəvanla yolda olarkən həmkəndlisi Şahid5 istifadəsində olan mobil telefonuna zəng edib Səkinənin tövlədən səsinin gəlməsi barədə məlumat vermiş, o, isə Şahid5 bu barədə məlumatlı olduğunu və oraya gedəcəyini demişdir. Bundan sonra o və Rəvan Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında yerləşən Cəfər Hacıyevə məxsus tövlənin yaxınlığına getmişlər. Qəzənfərin onları görüb çəkiliş aparmaqlarına maneçilik törədəcəyini düşünərək, əvvəlcə tövləyə arxa tərəfdən daxil olmaq istəmişlər. Ətrafa boylanıb Qəzənfərin olmadığını görüb, tövlənin qarşısına gəlmiş, orada Rəvanın mobil telefonu ilə çəkiliş apara-apara tövlənin qapısını açaraq içəri daxil olmuşlar. Tövlənin qapısı bağlı vəziyyətdə olmuş, qapının kənarına mismarla bərkidilmiş taxtadan rəzə ilə qapı bağlanmış vəziyyətdə olmuşdur. Tövləyə daxil olarkən görmüşlər ki, qapı ilə üzbəüz divarın qarşısında yerə aşmış halda olan taxtaların yanında Səkinə yerdə oturmuş, onun boğazı və əlləri kəndirlə bağlanmış vəziyyətdədir. Səkinin boğazına dolanmış kəndir arxadan əllərinə bağlanmış halda olmuşdur. O, Rəvanla birlikdə həmin çəkilişi apardıqdan sonra tövlədən çölə çıxmışlar. Bir qədər irəlilədikdə xalası oğlu Rəvana demişdir ki, Qəzənfərin kiminsə tövləyə girməsindən şübhələnməməsi üçün geri qayıdıb tövlənin qapısını bağlasın. Rəvan da onun dediyi kimi gedib tövlənin qapısını bağlamışdır. Yolda olarkən o, Elçinə zəng edib ona Səkinənin əl və boğazından kəndirlə bağlanmış halda tövlədə saxlanılması ilə bağlı video çəkdiyini söyləmişdir. Elçin həmin videonu ona göndərməyini və öz növbəsində həmin videonu yayacağını söyləmişdir. Bundan sonra Rəvan həmin videonu Elçinə mobil relefonundakı “WhatsApp” proqramı vasitəsilə göndərmişdir. 02 iyun 2021-ci il tarixdə eşitmişdir ki, onun çəkdiyi həmin video sosial şəbəkələrdə yayılmışdır. O, Səkinənin bədəninin açıqda olan nahiyələrində, yəni sifət nahiyəsində, ayaqlarında xəsarətlər olmasını görmüşdür. Qəzənfər və Pürzə Səkinənin əllərinə, qollarına, ayaqlarına, başına, qarın nahiyəsinə, kürək nahiyəsinə ağacla, təpiklə, əlləri ilə vurub xəsarətlər yetirmişlər. Videogörüntülərdə tarix və vaxt 29-30 may 2021-ci il qeyd olunsa da görüntülər 31 may 2021-ci il tarixdə qeydə alınmışdır. Videogörüntülərdə “Şoraq” adlanan yaylağa gedən torpaq yolun kənarında otlayan atlar Şahid5 məxsusdur və o, öz atlarını gecələr mərhum Cəfər Hacıyevə məxsus tövlədə saxlamışdır. Videogrüntünün 29 may 2021-ci il tarixdə inəyi gətirərək, mərhum Cəfər Hacıyevə məxsus tövləninin yanındakı qaz borusuna bağlayan şəxs Təqsirləndirilən şəxsdir. Məhz həmin vaxt Şahid1 yaşadığı evin qarşısında Zərərçəkmiş şəxs döymüşdür. Videogrüntünün 29 may 2021-ci il tarixdə atların yanına gedən şəxs Şahid5dur. Videogörüntüdə 29 may 2021-ci il tarixdə Zərərçəkmiş şəxs qolundan tutaraq tövləyə aparıb salan Təqsirləndirilən şəxsdir. Videogörüntüdə 29 may 2021-ci il tarixdə tövlənin qapısını açıb içəri daxil olan və Səkinəni çölə çıxaran da Təqsirləndirilən şəxsdir. Videogörüntüdə 29 may 2021-ci il tarixdə tövlənin arxasındakı taxıl sahəsinin kənarında dayanan Zərərçəkmiş şəxsdır. Videogörüntüdə 29 may 2021-ci il tarixdə Zərərçəkmiş şəxsın olduğu yerə tərəf gedib, Zərərçəkmiş şəxs tutub yerə yıxaraq sillə və təpiklə onu döyən, sürüyərək qaldırıb yerə çırpan, yenidən ardıcıl təpiklə zərbələr endirəndən sonra isə sürüyərək tövləyə salan, bir müddət sonra tövlədən çölə çıxıb qapını bağlayan şəxs Təqsirləndirilən şəxsdir. Videogörüntüdə 30 may 2021-ci il tarixdə tövlənin arxasına doğru gedən iki nəfər şəxsdən biri o, digəri isə xalası oğlu Rəvandır. Videogörüntüdə 30 may 2021-ci il tarixdə tövlənin yanında dayanan şəxslər də o və Rəvandır. Həmin vaxt o, Rəvanın “Oppo A5” markalı telefonu ilə videoçəkiliş aparmışdır. O, həmin yerdə videoçəkiliş aparanda saat 17:52 olmuşdur. Eşitdiyinə görə Səkinənin pensiya kartında 260-300 manat olmuşdur. Səkinə ruhi xəstə olduğu üçün heç vaxt pensiya kartından pul çıxartmamışdır. Onun pensiya kartı həmişə Qəzənfərdə olmuş, Qəzənfər kartından çıxartdığı pulun bir manatını da Səkinəyə xərcləməmişdir. Pürzə və Qəzənfər Səkinəyə yemək belə verməmişlər. Şəxsən o, özü dəfələrlə Səkinənin tarlada, yol kənarında bitən ot, alaf yeməsini görmüşdür. Qəzənfər Səkinəyə işgəncə verdiyi üçün Səkinə danışıq qabiliyyətini itirmiş, çətinliklə yerimişdir. 2021-ci ilin aprel və may ayları ərzində, ayrı-ayrı vaxtlarda Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs döyülməsini, təhqir olunmasını və işgəncələrə məruz qalmasını, habelə Zərərçəkmiş şəxs tövləyə salınıb qapısı bağlanlmaqla orada saxlanılmasını görmüşdür. O, hüquq mühafizə orqanlarına bu barədə məlumat verməyi düşünmüşdür. Bilmişdir ki, Qəzənfər yenə də Səkinəni döyəcək və tövləyə salıb orada saxlayacaq. O, istəmişdir ki, növbəti günlərdə də belə bir video çəksin və hüquq mühafizə orqanları tam əmin olsunlar ki, Səkinəni döyən və tövlədə saxayan Qəzənfərdir. Lakin videonu Elçinə göndərməzdən əvvəl Elçinə bu barədə məlumat verəndə Elçin demişdir ki, həmin videonu internetdə yayacaqdır. Bu səbəbdən də həmin videogörüntüləri Elçinə göndərmişdir. Məhkəmə iclaısnda şahid qismində dindirlmiş Şahid4 ifadə verərək bildirmişdir ki, Zərərçəkmiş şəxs onun anasının xalasıdır. Səkinə əvvəllər bacısı Sayalının yanında yaşamış, sonuncu öldükdən sonra Səkinəni öz dayısı oğlu Təqsirləndirilən şəxs evində saxlamışdır. Zərərçəkmiş şəxs ruhi xəstə olmuşdur. Zərərçəkmiş şəxs Novoivanovka kəndində küçələrdə gəzib boş butulka və zibil yığmaqla məşğul olmuş, onu sakinlərini yazıq bir insan kimi tanıdıqlarından, ona çörək, yemək, geyim və pul vermişlər. Səkinə bir müddət küçələrdə görünməmiş, kənd camaatının danışıqlarından eşitmişdir ki, Qəzənfər və onun arvadı Pürzə Səkinəni hər gün döyür, saçlarını yolur, onu tövlədə saxlayırlar. 31 may 20201-ci il tarixdə təxminən saat 15-16 radələrində xalası oğlu Şahid2 ona zəng edib Qəzənfərin arvadı Pürzənin Səkinəni döyüb tövləyə saldığını, onun tövlədən qışqırıq səslərinin gəldiyini bildirib, bu halı videoya çəkmək üçün telefonunu ona verməsini xahiş etdikdə, o, etiraz etməmiş, telefonunu xalası oğlu Məhərrəmə vermişdir. Bundan sonra o, Məhərrəmin evinin qarşısına getmiş və onunla birlikdə Təqsirləndirilən şəxs evinin yaxınlığındakı tövlənin yanına getmişlər. Şahid2 əvvəlcə tövlənin arxa tərəfindəki pəncərədən içəri baxıb Səkinənin içəridə olduğunu görmüş, sonra o, istifadəsində olan “Oppo A5S” markalı mobil telefonumu videoçəkmək üçün hazır vəziyyətə gətirib Məhərrəmə vermişdir. Şahid2 video çəkə-çəkə tövlənin bağlı olan qapısını açaraq içəriyə daxil olub, Zərərçəkmiş şəxs çəkmiş, həmin vaxt o da tövləyə daxil olub, Səkinənin tövlənin giriş qapısı ilə üzbəüz divarın qarşısında yerdə oturmuş halda əlləri arxadan iplə bağlanmasını, həmçinin boğazına dolanmış iplə taxta dirəyə bağlanmasını görmüşdür. Onlar Qəzənfər və arvadı Pürzənin oraya gələcəklərini düşünüb, tövlədən çölə çıxıb qapının cəftəsini bağlamadan getmişlər. Amma bir qədər tövlədən aralaşdıqda Məhərrəm ona gedib qapının cəftəsini bağlamağını dedikdə o, qayıdıb qapının cəftəsini bağlamışdır. Bunu ona görə etmişlər ki, Qəzənfər və Pürzə tövləyə baxanda oraya kiminsə gəlməsini bilməsinlər. Yolda olarkən Məhərrəm həmkəndliləri olan Elçin adlı şəxsə zəng edərək bu barədə məlumat vermiş, sonuncu həmin videogörüntünü “WhatsApp” proqramı ilə ona göndərməsini xahiş etdikdə, Məhərrəm özü çəkdiyi həmin videogörüntünü onun mobil telefonunun “WhatsApp” proqramı ilə Elçinə göndərmişdir. O, Məhərrəmə bu barədə polisin 102 xidmətinə məlumat verməsini dedikdə, o, bildirmişdir ki, əgər polisə şikayət olunsa Qəzənfəri çağırıb sonra sübut olmadığı üçün buraxacaqlar. Yeni sübutlar üçün yenidən çəkiliş aparmaq lazımdır. Məhkəmə iclasında şahid qismində dindirlmiş Şahid7 ifadə verərək, bildirmişdir ki, 1996-cı ildə Gədəbəy rayonu, Novoivanovka kəndi ərazisində, Şoraq adlanan yaylağa gedən yolun sağ tərəfində ev tikmiş və həmin vaxtdan hazıradək ailəsi ilə birlikdə həmin evdə yaşayır. Təqsirləndirilən şəxs və onun arvadı Şahid1 tanıyr. Zərərçəkmiş şəxs Gədəbəy rayonu, Novoivanovka kənd sakini kimi 1996-cı ildən etibarən tanıyır. Səkinə ruhi xəstədir və o, əvvəllər bacısı Sayalı ilə birgə yaşamışdır. Sayalı öldükdən sonra təxminən, üç il olar ki, Səkinəni Qəzənfər öz yanında saxlayır. Səkinə Qəzənfərin qohumudur. Səkinəni hamı fağır, yazıq bir insan kimi tanıyır. Onun heç kimlə işi olmamışdır. Səkinə gün ərzində küçələrdə gəzişir, zibil yığır, kənd sakinlərinin qapısını döyüb onlardan yemək, çay, çörək istəyirdi. Səkinə onun həyat yoldaşı Seyidova Səmayədən də dəfələrlə çörək istəmiş, həyat yoldaşı da ona çörək vermiş və Səkinənin əynindəki paltarların köhnə və yırtılmış olduğunu görüb ona paltar və corab vermişdir. Qəzənfər Zərərçəkmiş şəxs döymüş, onu tövləyə salmışdır. Qəzənfərin Səkinəni döyməsini dəfələrlə görmüşdür. Belə ki, o, heyvandarlıqla məşğul olduğu üçün heyvanları örüşə otarmağa apararkən 2021-ci ilin may ayında müxtəlif vaxtlarda Səkinəni kənd ərazisində zibil yığarkən Qəzənfər tərəfindən döyülməsini və tövləyə salınmasını görmüşdür. Qəzənfərə Səkinəni döyməməsini, yanında saxlaya bilmirsə aparıb qocalar evinə təhvil verməsini desə də, Qəzənfər onun sözlərinə əhəmiyyət verməmişdir. Qəzənfər Zərərçəkmiş şəxs elə küçənin ortasındaca vura-vura sürüyüb aparmışdır. O, 2021-ci ilin may ayının ortalarından etibarən bir neçə dəfə yol ilə keçərkən Qəzənfərin Səkinəni döyməsini görmüşdür. Qəzənfər Səkinəni əynindəki paltarından tutub sürümüş, şillə, yumruq ilə başına, qollarına, təpiklə qarınına, ayaqlarına, kürəyinə vurmuşdur. Qəzənfər və Pürzəni kənd camaatı şər adamlar kimi tanındıqları, onlardan qorxduqları üçün hüquq mühafizə orqanına məlumat verməmişlər. Məhkəmə iclasında şahid qismində dindirılmiş Şahid8 ifadə verərək, bildirmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs yaşadığı evlə onun evi arasında məsafə təxminən 6-7 metr olar. Belə ki, “Şoraq” adlanan yaylağa gedən yolun üst tərəfindəki ev onun, alt tərəfindəki ev isə Təqsirləndirilən şəxs evidir. Qəzənfərin arvadı X14 onun sinif yoldaşı olmuşdur. Kənd sakinlərinin deməsindən bilmişdir ki, Təqsirləndirilən şəxs “Şoraq” adlanan yaylağa gedən yolun sol tərəfindəki evi təxminən, 30 il bundan əvvəl tikmişdir. Pürzə əri Qəzənfərlə birlikdə “Şoraq” adlanan yaylağa gedən yolun sol tərəfindəki evdə yaşayır. Təxminən, üç il olar ki, Təqsirləndirilən şəxs psixi xəstəlikdən əziyyət çəkən öz doğma bibisi qızı Zərərçəkmiş şəxs yaşadığı evdə yanında saxlamış, həmin vaxtdan Səkinə küçələrdə zibil yığmış, qapı-qapı gəzib kənd sakinlərindən çörək istəmiş, kənd sakinləri ona yemək və pal-paltar vermişdir. 2021-ci ilin aprel ayının əvvəllərində arvadı Anna ilə birlikdə Gədəbəy rayonunun Novoivanovka kəndində yerləşən evlərinə gəlmişlər. Zərərçəkmiş şəxs həmişə küçələrdə gəzdiyini görsə də, kəndə gəldikdən sonra onu küçələrdə görməmiş və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs nə səbəbə yollarda olmadığını soruşduqda, Qəzənfər onun xəstə olduğunu demişdir. Bundan bir müddət sonra Təqsirləndirilən şəxs günün müxtəlif saatlarında Səkinəni evdən çölə çıxardığını, Səkinənin evin yaxın ətrafında gəzişdiyini, sonra isə Qəzənfərin Səkinəni yaşadığı evə apardığını görmüşdür. 2021-ci ilin may ayının sonlarında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sürüyərək söyə-söyə, vura-vura yaşadığı evə apardığını görmüşdür. Şahid1 isə Zərərçəkmiş şəxs birdəfə döyməsini görmüşdür. Dəfələrlə Təqsirləndirilən şəxs demişdir ki, Allaha acıq gedir yazıqdır, əgər baxa bilmirsinizsə, aparın Səkinəni verin qocalar evinə qoy dövlət ona baxsın. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək, bildirmişdir ki, Təqsirləndirilən şəxs onun anası X7 doğma dayısı oğludur. Təqsirləndirilən şəxs arvadı Şahid1 isə onun xalası X6 övladıdır. Qəzənfər, arvadı Pürzə və övladları ilə onun münasibətləri həmişə yaxşı olmuş, heç vaxt aralarında düşmənçilik və ya ədavət olmamışdır. Təxminən, səkkiz ildir ki, Təqsirləndirilən şəxs Şahid1 ilə Novoivanovka kəndinin yuxarı hissəsində “Şoraq” adlanan yaylağa gedən yolun sol tərəfində yerləşən evdə yaşayır. Zərərçəkmiş şəxs onun anası Telli İbrahimovanın xalası qızıdır. Zərərçəkmiş şəxs 1934-cü ildə Göyçə mahalının Ardanış kəndində anadan olmuş, onun Bahar və Sayalı adlı iki bacısı və Sahib adlı bir qardaşı olmuşdur. Qardaşı Sahib cavan yaşında Ardanış kəndində ölmüşdür. Zərərçəkmiş şəxs X28 rayonu, Novoivanovka kəndinə gəlin köçüb həmin kənddə yaşamışdır. Zərərçəkmiş şəxs hələ Ardanış kəndində yaşadığı dövrdə evlənmiş, bu nikahdan bir qızı olmuş, bir müddət sonra qızı öldüyü üçün ərindən boşanmış, sonra isə ailə həyatı qurmamışdır. 1988-1989-cu il hadisələri zamanı Zərərçəkmiş şəxs bacısı Baharla birlikdə Ermənistandan qaçqın kimi Daşkəsən rayonuna gələrək həmin rayonun Kəmərqaya kəndində məskunlaşmışlar. 1991 -ci ildə Zərərçəkmiş şəxs bacısı Bahar ölmüş, Səkinə isə Daşkəsən rayonunun Kəmərqaya kəndində bir müddət tək yaşamışdır. 1993-cü ildə X24 rayonu, Novoivanovka kəndinə gətirib öz evində saxlamışdır. Zərərçəkmiş şəxs Gədəbəy rayonuna gəldikdən sonra, gününü küçələrdə keçirmiş, yollardan boş butulka, zibil yığmış, geyiminə fikir verməmişdir. Zərərçəkmiş şəxs ruhi xəstə olmuşdur. Novoivanovka kənd sakinlərinin hamısı Səkinənin xətrini istəmiş, ona yemək, paltar, pul vermişdir. Zərərçəkmiş şəxs gününü küçələrdə keçirsə də, gecələr bacısı Sayalının, bəzi vaxtlarda isə xalası qızı Nazangülün yanında qalmışdır. Təxminən, üç il bundan əvvəl eşitmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs pensiya kartını təxminən əlindən alıb və kartakı pulu çıxararaq xərcləyir. Bunu bilən Sayalının nəvəsi İİ Qarabağ müharibəsində şəhid olmuş X1 bağlatdırmış və yenisi ilə əvəz etdirmişdir. Bu barədə xəbər tutan Təqsirləndirilən şəxs Elmar Cəfərovun barəsində Gədəbəy Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, guya, Səkinənin küçələrdə qalmasını və Elmar Cəfərov tərəfindən mütəmadi olaraq döyülməsini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öz evinə aparmış və yanında saxlamağa başlamışdır. Təxminən, 2021-ci ilin may-iyun aylarında gecə saat 11-12 radələrində Səkinənin yolda qalmasını görüb kəndilərinin icra nümayəndəsi Bahəddin Tağıyevə və Novosaratovka polis bölməsinə məlumat verib xahiş etmişdir ki, bu barədə tədbir görsünlər. Həmin gündən sonra Zərərçəkmiş şəxs yollarda görməmişdir. Təqsirləndirilən şəxs evinin yaxınlığında yerləşən icarəyə götürdüyü bir hektar əkin sahəsində 2021-ci ilin aprel ayının sonlarında arpa əkmiş, hər gün gedib həmin əkin sahəsinə nəzarət etmişdir. Həmin sahəyə gedən yol Təqsirləndirilən şəxs evinin kənarından keçir. Dəfələrlə əkin sahəsinə gedərkən Təqsirləndirilən şəxs və arvadı Şahid1 Zərərçəkmiş şəxs döymələrini görmüşdür. Bir neçə dəfə Səkinənin döyülməsini görüb Qəzənfərə iradını bildirmişdir. O, Təqsirləndirilən şəxs və Şahid1 Səkinəni qocalar evinə vermələrini təklif etmişdir. Lakin onlar etiraz etmişlər. 01 iyun 2021-ci il tarixdə saat 11-12 radələrində Təqsirləndirilən şəxs evinin yaxınlığından keçib əkin sahəsinə gedən zaman Səkinənin qışqırıq səslərini eşidib yola tərəf baxarkən Şahid1 əlində ağacla Səkinəni döyməsinin və üstünə qışqırıb təhqir etməsini görmüş və istifadəsində olan “Samsung Galaxy A11” markalı mobil telefonu ilə Pürzənin Səkinəni döyməsini videoya çəkmişdir. Bu zaman Təqsirləndirilən şəxs gəldiyini görüb telefonu gizlətmiş, Pürzə Səkinəni döydükdən sonra Qəzənfər Səkinəni sürüyəsürüyə aparıb qardaşı Cəfər Hacıyevin tövləsinə salıb qapısını bağlamışdır. 02 iyun 2021ci il tarixdə “Facebook” sosial şəbəkəsinə baxarkən X19 məxsus tövlədə əlləri və boğazından kəndirlə bağlanmış vəziyyətdə videosunu görmüşdür. Sonradan ona məlum olmuşdur ki, Səkinənin bacısı Sayalının nəvəsi Şahid2 Zərərçəkmiş şəxs Şahid1 tərəfindən döyüldüyünü sonra isə tövləyə salındığını görmüş və həmin görüntüləri çəkmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadə verərək, bildirmişdir ki, 1980-cı ilin sonlarından Təqsirləndirilən şəxs və onun arvadı Şahid1 tanıyır. Təqsirləndirilən şəxs yaşadığı ev onun yaşadığı evdən təxminən, 150-200 metr aralıda yerləşir. Təxminən, bir il yarım, ya iki il olar ki, Qəzənfər qohumu Səkinəni yanında saxlayır. Səkinə Novoivanovka kəndi ərazisində küçələrdən zibilləri yığmış, qonşuların qapısını döyüb çay, yemək, çörək istəmişdir. Kənd sakinləri ona qayğı göstərmiş, ona paltar və yemək vermişlər. Qəzənfər və arvadı Pürzənin Zərərçəkmiş şəxs döyməsi, tövlədə saxlaması barədə qonşulardan eşitmişdir. Həmçinin o, təsərrüfat işləri görərkən və mal-qara otararkən Səkinəni Qəzənfərin evinin yanında, həmin evin yaxınlığında yerləşən tövlənin yanında və həmin tövlənin arxasındakı taxıl sahəsinin içində yerdəki otları yeyərkən görmüşdür. Müxtəlif vaxtlarda Qəzənfərin evinin yanındakı yoldan keçərəkən Səkinə ac olduğunu deyib ondan yemək istəmişdir. Qəzənfər Zərərçəkmiş şəxs yanında saxlasa da ona yemək vermədiyi üçün Səkinə ac olmuş və yerdəki otları yemişdir. Bu səbəbdən o və kənd sakinləri Səkinəni görərkən həmişə ona diqqət göstərmiş və yemək vermişlər. Səkinəni kənd sakinləri saxlamışdır. Qəzənfərin Səkinəni döyməsi barədə kənd sakinlərindən eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirlmiş Şahid5 ifadə verərək, bildirmişdir ki, təsərrüfatında olan atları saxlamağa tövləsi olmadığı üçün Təqsirləndirilən şəxs ilə razılaşıb nəzarət etdiyi qardaşı Cəfər Hacıyevə məxsus tövlədə atlarını gecələr səhərədək saxlamışdır. Səhərlər atlarını örüşə ötürüb öz təsərrüfat işləri ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs Novoivanovka kəndinə köçdükdən sonra tanımışdır. Təqsirləndirilən şəxs arvadı Şahid1 ilə birlikdə Novoivanovka kəndi ərazisində “Şoraq” adlanan yaylağa gedən yolun sol tərəfində yaşayır. Qəzənfərlə birlikdə qohumu psixi və fiziki qüsurları, xəstəliyi olan Zərərçəkmiş şəxs da yaşamışdır. Təqsirləndirilən şəxs və ailə üzvləri ilə heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Zərərçəkmiş şəxs dörd ildir ki tanıyır. Səkinə Novoivanovka kəndi ərazisində gününü küçələrdə keçirmiş, yollardan boş butulka və zibil yığmış, geyiminə fikir verməmiş, tüfeyli həyat tərzi keçirmişdir. Səkinə əvvəllər normal danışmış, qonşulardan, su və çörək istəmişdir. Lakin xatırlamadığı vaxtdan Səkinə danışıq qabiliyyətini itirmişdir. 31 may 2021-ci il tarixdə saat 13 radələrində həmkəndlisi Müşfiq Həsənovun həyətində təsərrüfat işləri gördükdən sonra günorta saat 12 radələrində oradan çıxıb yaşadığı evə gələrkən “Şoraq” adlanan yaylağa gedən yoldan bir qədər kənarda yerləşən, Qəzənfərin nəzarət etdiyi qardaşı Cəfərə məxsus tövlədən Zərərçəkmiş şəxs anlaşılmaz halda yalvarmaq səsinin gəldiyini eşitmişdir. Tövləyə tərəf dönüb baxanda görmüşdür ki, tövlənin qapısı çöldən mismardan düzəldilmiş cəftə ilə bağlanmışdır. Həmin vaxt evə gəldikdən sonra həmkəndlisi Şahid2 zəng vuraraq, Səkinənin Qəzənfərin evinin yanında olan tövlədən səsini eşitdiyini demişdir. Məhərrəm isə bildirmişdir ki, ğzü Qəzənfərin Səkinəni döyərək tövləyə saldığını görmüşdür. Məhkəmə iclasında elan edilmiş Şahid9 ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun arvadı X9 tanıyır Qəzənfər arvadı Pürzə ilə birlikdə Gədəbəy rayonu, Novoivanovka kəndi ərazisində “Şoraq” adlanan yaylağa gedən yolun sol tərəfindəki evdə yaşayır. Onlarla düşmənçiliyi, ədavəti və qohumluğu yoxdur. Təxminən, üç il olar ki, Zərərçəkmiş şəxs qohumları Təqsirləndirilən şəxs və arvadı Şahid1 yanlarında saxlayır. Səkinə qoca, ağlı başında olmayan biri olmuş, Novoivanovka kəndi ərazisində küçələrdə zibil yığmış və qapı-qapı gəzib çörək istəmişdir. Kənd sakinləri kimi o da Səkinəyə yardım etmişdir. 2021-ci ilin may ayının sonlarının xatırlamadığı günündə Novoivanovka kəndi ərazisində gəzərkən həmkəndliləri Şahid2 və Şahid4 Müşfiq oğlunun söhbət etdiklərini görüb onlara yaxınlaşmış, söhbət zamanı Məhərrəm ona Qəzənfərin Səkinəni mütəmadi döydüyünü və telefonu olmadığı üçün bunu sübut edə bilmədiyini söyləyib ondan mobil telefonunu istəmişdir. O, mobil telefonunu heç kimə vermədiyini deyərək həmin yerdən getmişdir. 31 may 2021-ci il tarixdə kimin istifadəsində oluğunu bilmədiyi nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə dəfələrlə zəng gəlmiş və həmin vaxt görmədiyi üçün zəngləri açmamışdır. Həmin gün günorta saatlarında qeyd olunan nömrəyə zəng etdikdə Şahid2 ona “Səkinə ilə bağlı çəkdiyimiz videonu sənə göndərmişəm, baxmısanmı?” demişdir. O, telefonun “Whatsapp” tətbiqinə daxil olduqda Zərərçəkmiş şəxs əlləri və ayaqları bağlanmış vəziyyətdə tövlədə saxlanıldığını görmüşdür. Həmin videoya baxdıqdan sonra telefonundan silmişdir. Məhərrəm videonu göndərdikdən sonra onunla Novoivanovka kəndi ərazisində rastlaşdıqda bu barədə “102” xidmətinə xəbər vermək istədiyini, lakin bundan qorxduğunu demiş, o, isə cavabında “özünüz bilərsiniz, sizin qohumunuzdur, məni qatmayın” demişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döydüyünü, tövləyə salıb orada saxladığını şəxsən görməsə də bu barədə kənd sakinlərindən dəfələrlə eşitmişdir. Şahid1 Zərərçəkmiş şəxs döyməsini, ona işgəncə verməsini görməmiş və bu barədə eşitməmişdir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İşdə olan Hadisə yerinə baxış keçirilməsi haqqında 02 iyun 2021-ci il tarixli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus ev torpaq yolla “Şoraq” adlı yaylağa gedən yolun sol tərəfində yerləşir. Təqsirləndirilən şəxs məxsus evlə üzbəüz “Şoraq” adlı yaylağa gedən yolun sağ tərəfində üzərində təhlükəsizlik kamerası quraşdırılmış dirək vardır. Təqsirləndirilən şəxs məxsus ev birmərtəblidir, çiy kərpiclə tikilmişdir. Evin qarşısında talvar vardır. Evin həyətyanı sahəsinin ətrafı dəmir tor, şifer və taxta ilə əhatə olunmuşdur. Təqsirləndirilən şəxs məxsus evin giriş qapısı taxta materialdan olmaqla 0,75 x 1,77 metr ölçüdədir. Qapı sağdan sola yəni çölə doğru açılır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bibisi qızı Zərərçəkmiş şəxs məhz həmin otaqda yaşadığını bildirmişdir. Qeyd olunan otaq 4,5 x 3,2 metr ölçüdədir. Otağın divarları taxta materialdandır və divarlardan xalçalar asılmışdır. Girişdən solda üzərində dəmir aftafa olan dəmir materialdan hazırlanmış qaz sobası, sobanın yuxarısında üzərində döşək, yorğan və yastıq olan dəmir çarpayı, otağın giriş qapısı ilə üzbəüz yerləşən taxta materialdan hazırlanmış üzərində şəffaf şüşə olan pəncərəsnin qarşısında bir ədəd dəmir seyf, sağ divara paralel halda üzərində döşək, yastıq və yorğan olan taxta materialdan hazırlanmış çarpayı, otağın sağ və sol divarına paralel yerləşən yuxarıda qeyd olunan hər iki çarpayının arasında, eləcə də dəmir seyfin qarşısında bir ədəd masa, sağ divara papalel yerləşən çarpayıdan giriş qapısına doğru üzərində yorğan və adyal olan dəmir çarpayı, həmin çarpayıdan aşağıda isə üzərində televizor olan televizor altlığı vardır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs otağın giriş qapısından sağda yerləşən üzərində yorğan və odeyal olan dəmir çarpayını göstərərək Zərərçəkmiş şəxs həmin çarpayıda yatdığını bildirmişdir. Qeyd olunan çarpayının üzərində olan yorğan və odeyaldan mizgək iyinin gəlməsi hiss edilir. Bundan sonra dəmir seyfə baxış keçirilən zaman oradan ümumi uzunluğu 42 sm olan 1 ədəd xəncər və qatlanmış halda uzunluğu 14,5 sm, açıldıqda isə ümumi uzunluğu 25,8 sm olan 1 ədəd açılıb-qatlanan bıçaq aşkar olunaraq müvafiq qaydada qablaşdırılıb götürüldü. Qeyd olunanlardan başqa həmin otaqdan iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya aşkar edilmədi və götürülmədi. Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsindən çıxıb sola dönərək “Şoraq” yaylağına doğru 30 metr torpaq yolla irəlilədikdə 15 x 7 metr ölçüdə üzəri şiferlə örtülü çay daşından tkilmiş tövlə kimi istifadə olunan qeyri-yaşayış sahəsi yerləşir. Tövlənin taxta materilaldan olan 2 giriş qapısı vardır. Üzbəüz dayandıqda sol tərəfdə yerləşən qapı 1 x 1,65 metr ölçüdə olmaqla sağdan sola, çölə doğru açılır. Qapının sağ çərçivəsinin mərkəz hissəsinə dəmir halqa bərkidilmişdir. Qapının eynilə həmin halqaya paralel sağ kənarına da dəmir halqa bərkidilmişdir və həmin dəmir halqaya qapını çöldən bağlamaq üçün sintetik kəndirə bərkidilmiş paz bağlanmışdır. Qapının içəri tərəfində bağlamaq üçün nəzrədə tutulan hər hansı bir cəftə yoxdur. Tövlənin digər qapısı da taxta materialdan olmaqla 1 x 1,65 metr ölçüdədir. Qapı sağdan sola çölə doğru açılır. Qapının sağ çərçivəsinin mərkəz hissəsinə mismarla əllə tərpətməklə hərəkətə gətirilə bilən və qapını bağlamaq üçün nəzərdə tutulan taxta bərkidilmişdir. Həmin qapıdan tövləyə daxil olduqda mərkəz hissədə, yəni hər iki qapının ara kəsmə hissəsində taxta məhəccər vardır və həmin məhəccər yerə aşmış haldadır. Tövlənin döşəmə hisəsi torpaqdandır və peyinlə bulaşmış vəziyyətdədir. Tövlənin tavanı taxtadan olmaqla üzəri samanla örtülüdür. Tövlənin mərkəz hissəsində yerə aşmış halda taxta məhəccər vardır ki, həmin məhəccər tövləni iki hissəyə ayırır. Tövlənin giriş qapısı ilə üzbəüz yerləşən divardan 1,2 metr məsafədə divarla paralel halda sağdan sola doğru birbirinə paralel halda məhəccərləri bərkitmək üçün nəzərdə tutulan 2 ədəd taxta dirək yerə aşmış haldadır və həmin taxta dirəyin sol aşağı hissəsinə sintetik materialdan hazırlanmış kəndir dolanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyindən həmin kəndir açılaraq götürüldü. Bundan başqa sol divara söykənmiş halda olan digər taxtanın da üzərində, taxtaya dolanmış vəziyyətdə sintetik materialdan hazırlanmış kəndir dolanmışdır. Tövlənin içərisində sol tərəfdə heyvanların saxlanılması üçün nəzərdə tutulmuş ətrafı şiferlə örtülü taxta arakəsmə vardır. Həmin arakəsmənin bir hissəsi yerə aşmış haldadır. Arakəsmənin yerə aşmış hissəsinə sintetik materialdan hazırlanmış ip dolanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyindən həmin ip açılaraq götürüldü. Tövlənin içərisində sağ tərəfdə də heyvanların saxlanılması üçün nəzərdə tutulmuş ətrafı şiferlə örtülü taxta arakəsmə vardır. Tövlənin sol divarında yerdən 1 metr hündürlükdə çöldən tatxa barmaqlıq və polietilen bərkidilmiş 1 x 1 metr ölçüdə 1 ədəd pəncərə, tövləninn giriş qapısı ilə üzbəüz yerləşən divarda sağda və solda yerdən 1,5 metr hündürlükdə 0,4 x 0,5 metr ölçüdə 2 ədəd nəfəslik, eləcə də girişdən sağda yerdən 1 metr hündürlükdə çöldən polietilen bərkidilmiş 0,8 x 1 metr ölçüdə 1 ədəd pəncərə vardır. İşdə olan Baxış keçirilməsi haqqında 02 iyun 2021-ci il tarixli Protokoldan görünür ki, Şahid9 istifadəsində olan “İphone 11 pro” markalı mobil telefonun “WhatsApp” proqramında “Rəvan qonşu” adlı şəxsin istifadəsində olan ***-***-**-** mobil nömrədən 31 may 2021-ci il tarixdə saat 18:17-də Zərərçəkmiş şəxs tövlədə saxlanılmasını əks etdirən videogörüntünün Şahid9 istifadəsində olan 050-387-07- 07 mobil nömrəsinə göndərilməsi müəyyən edilmişdir. Bundan başqa həmin mobil telefonun “WhatsApp” proqramına baxış keçirilərkən yuxarıda qeyd olunan videogörüntünün 31 may 2021-ci il tarixdə saat 18:11də Elçin adlı şəxsin istifadəsində olan ***-***-**-** mobil nömrəsinə göndərilməsi müəyyən edilmişdir. İşdə olan Götürmə aparılması və baxış keçirilməsi haqqında 07 iyun 2021-ci il tarixli Protokoldan görünür ki, Şahid4 təqdim etdiyi, “Oppo A5s” marklı mobil telefonun yaddaşında olan videogörüntü 31 may 2021-ci il tarixdə saat 17:55:02-də qeydə alınmışdır və videogörüntü bir dəqiqə müddətini əhatə edir. Videogörüntüdə üzü görünməyən bir nəfər şəxs çəkiliş aparmaqla tövlənin qapısına yaxınlaşaraq “bax budur bax ağzı qıfıllı” sözlərini deyib çöldən bağlı vəziyyətdə olan qapını açaraq içəri daxil olması, daha sonra həmin şəxsin “baxın, qoca arvadın gününə baxın, baxın görün qoca arvadı harada saxlayır, baxın da bu dövlət hara baxır” deməsi, hər iki əli yanında olmaqla boğazına kəndir dolanmış halda oturmuş vəziyyətdə əynində boz rəngdə idman şalvarı, bənövşəyi rəngdə köynək, boz rəngdə gödəkcə, eləcə də başında yaylıq olan Zərərçəkmiş şəxs və tövlənin videoya çəkilməsi, bu zaman Zərərçəkmiş şəxs “Kəmər” və başa düşülməyən sözlər deməsi, daha sonra çəkiliş aparan şəxsin “85 yaşlı arvada baxın, bax bu gün ayın 31-i günü çəkmişəm, baxın, şəraitə baxın, gejdən tulluyurlar düz axşama kimi aj susuz burada durur baxın” deyib çölə çıxaraq qapını örtməsi müəyyən edilmişdir. İşdə olan Gədəbəy Rayon Polis X20 Polis Bölməsinin 04 iyun 2021-ci il tarixli, 198- 440-1221 nömrəli məktubuna əlavə olunmuş içərisində Novoivanovka kəndi ərazisində yerləşən sərhəd nəzarət məntəqəsinin kamerası vasitəsilə 10 may 2021-ci il tarixdən 02 iyun 2021-ci il tarixədək olan dövr ərzində qeydə alınmış videogörüntülər olan 1 ədəd 500 GB həcmində “Transcent” markalı yaddaş qurğusuna 07 iyun 2021-ci il tarixdə keçirilmiş baxış Protokolundan görünür ki, Təqsirləndirilən şəxs 23 may 2021-ci il tarixdə, saat 19:48 dəqiqədə tövlənin qarşısında yerdə uzanmış halda olan Zərərçəkmiş şəxs təpiklə vurması, 24 may 2021-ci il tarixdə saat 09:27-də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əlindən tutaraq tövlənin qarşısına aparması, saat 09:37-də orada Zərərçəkmiş şəxs yerə yıxaraq döyməsi, daha sonra qeyd olunan tarixdə saat 12:07-də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əlindən tutub dartaraq aparması, 27 may 2021-ci il tarixdə, saat 08:53də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əlindən tutaraq tövləyə aparması, 08:54-də sonuncunu tövlədə qoyub geri qayıtması, daha sonra həmin tarixdə saat 10:49-da yenidən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əlindən tutub tövləyə aparması və orada qoyub geri qayıtması, 28 may 2021-ci il tarixdə saat 06:24-də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əlindən tutub dartaraq tövləyə aparması, saat 06:25-də tövlənin içərisinə salıb qapısını bağlayaraq çıxıb getməsi, saat 06:43-də Təqsirləndirilən şəxs geri qayıdaraq tövlənin qapısını açıb Zərərçəkmiş şəxs tövlədən çıxararaq özü ilə aparması, 29 may 2021-ci il tarixdə saat 06:44-də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sürüyərək tövlənin qarşısına gətirməsi, orada təpiklə Zərərçəkmiş şəxs vurması, saat 06:50-də əlində bel ilə Zərərçəkmiş şəxs olduğu yerə qayıtması və həmin bel ilə yerdə uzanıqlı vəziyyətdə olan Zərərçəkmiş şəxs 2 dəfə ardıcıl zərbə endirməsi, 30 may 2021-ci il tarixdə, saat 07:49-da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əlindən tutaraq tövləyə salıb, saat 07:50-də tövlənin qapısını çöldən bağlayaraq çıxıb getməsi, həmin tarixdə saat 10:09-da tövləyə gedib qapını açaraq çıxıb getməsi, 31 may 2021-ci il tarixdə saat 11:30-da Zərərçəkmiş şəxs tövlənin arxa tərəfində olan tarlanın kənarında olması, saat 11:31-də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs olduğu yer istiqamətində getməsi, saat 11:32-də Zərərçəkmiş şəxs çatması və bədəninə təpiklə və əlləri ilə ardıcıl zərbələr endirməklə sonuncunu döyməsi, sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sürüyərək bir qədər irəliyə gətirməsi, orada öz hərəkətlərini davam etdirərək yenidən Zərərçəkmiş şəxs təpiklə və daşla bədəninin müxtəlif nahiyyələrinə zərbələr endirməsi, daha sonra sürüyərək oradan saat 11:35-də aparıb tövləyə salması və qapını çöldən bağlayaraq çıxıb getməsi, həmin tarixdə saat 17:55-də 2 nəfər şəxsin tövləyə yaxınlaşıb qapını açaraq içəri daxil olub 17:56-da tövlədən çölə çıxıb qapını örtmələri, həmin tarixdə saat 19:37-də Təqsirləndirilən şəxs tövləyə yaxınlaşıb qapını açıb içəri daxil olması və saat 19:39-da Zərərçəkmiş şəxs tövlədən çıxararaq əlindən tutub özü ilə aparması müəyyən edilmişdir. İşdə olan Məhkəmə-tibbi ekspertizasının 04.06.2021-ci il tarixli, 325 nömrəli Rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər- burunun sıyrıqları, sol bazu oynağının bayır səthinin qançırı, sol bazunun aşağı üçdə birinin və sol dirsək oynağının, döş qəfəsinin və belin geniş ölçülü qançırları, sağ budun qançırı, sol baldırın əzilmiş yarası, sağ baldırın əzilmiş səthi yaraları küt əşyaların təsirindən törənmişlər. Qeyd olunan xəsarətlərdən sol bazunun və sol dirsəyin, döş qəfəsinin və belin geniş ölçülü qançırlarının törənmə müddətləri müayinədən 3-4 gün əvvələ, burunun sıyrıqlarının törənmə müddətləri müayinədən 4-5 gün əvvələ, sağ budun qançırının törənmə müddəti müayinədən 7-8 gün əvvələ, sol baldırın əzilmiş yarasının törənmə müddəti müayinədən 12-14 gün əvvələ, sağ baldırın əzilmiş səthi yaralarının törənmə müddətləri müayinədən 18-20 gün əvvələ uyğun gəlir. Göstərilən xəsarətlərdən sol bazunun və sol dirsək oynağının, döş qəfəsinin arxa səthinin və belin geniş ölçülü qançırları, sol baldırın əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlğa yüngül zərər vurmaya aiddirlər, burunun sıyrıqları, sol bazu oynağının, sağ budun qançırları və sağ baldırın əzilmiş səthi yaraları sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aid olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterilərini, yerləşmə nahiyyələrini və yetirilmə tarixlərinin müxtəlif olmalarını nəzərə alaraq demək olar ki, qeyd olunan xəsarətlərin onun mütamadi döyülməsi nəticəsində əmələ gəlmələri inkar olunmur. İşdə olan Ambulator məhkəmə psixiatrik ekspertizasının 05.06.2021-ci il tarixli, 288 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs “Altsheymer xəstəliyində gec başlayan demensiya (ağıl zəifliyi), ifadə olunmuş davranış pozuntuları və psixotik əlamətlərlə (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F00.1 xəstəliyi keçirdiyindən ona qarşı törədilən qanunazidd əməlin mahiyyətini dərk etmək, öz hərəkətlərini düzgün qiymətləndirmək və hərəkətlərini idarə etmək iqtidarında olmamışdır. Zərərçəkmiş şəxs ona qarşı törədilmiş qanunazidd əməlin mahiyyətini düzgün qavramaq iqtidarında olmadığından həmin hadisələr barəsində düzgün ifadə verə bilməz. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müsafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 3 saylı Psixonevroloji Sosial Xidmət X21 Şəxsinin 04.06.2021-ci il tarixli, 86 nömrəli Məktubundan görünür ki, 02.06.2021-ci il tarixdə müəssisəyə müvəqqəti məskunlaşdırılmış 1934-cü il təvəllüdlü Zərərçəkmiş şəxs 04.06.2021-ci il tarixdə Gəncə şəhəri Psixonevroloji Dispanserdə ambulator müayinə olunaraq vətəndaşa “Qocalıq ağıl zəifliyi, psixotik əlamətlərlə” diaqnozu qoyulmuş, Zərərçəkmiş şəxs psixotik əlamətlər olduğuna görə hal-hazırda onun dindirilməsi qeyrimümkündür. İşdə olan Gədəbəy Rayon İcra Hakimiyyətinin 04.06.2021-ci il tarixli, 153 nömrəli məktubundan görünür ki, Daşkəsən rayonunun Kəmərqaya kəndində qeydiyyatda olan, lakin Gədəbəy rayonunun Novoivanovka kənd sakini Təqsirləndirilən şəxs himayəsində yaşayan xx.xx.1934-cü il təvəllüdlü Zərərçəkmiş şəxs barədə Gədəbəy Rayon İcra Hakimiyyətinin Başçısı yanında Qəyyum və Himayəçilik Orqanına rəsmi müraciət daxil olmamış, ona hər hansı qəyyum və köməkçi (patronaj) təyin olunmamışdır. İşdə olan Gədəbəy RİHB-nın X13 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 04.06.2021-ci il tarixli, 44 nömrəli Məktubdan görünür ki, xx.xx.1934-cü il təvəllüdlü Daşkəsən Rayon Kəmərqaya kəndində qeydiyyatda olan Zərərçəkmiş şəxs uzun müddətdir ki, Gədəbəy Rayon Novoivanovka kəndində əvvəlcə mərhum bacısı X8 yanında, bacısı vəfat etdikdən sonra isə Novoivanovka kənd sakini Təqsirləndirilən şəxs yanında yaşamış və onun Gədəbəy Rayonu ərazisində yaxın qohumu yoxdur. İşdə olan Gədəbəy RİHB-nın X13 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 18.06.2021-ci il tarixli, 46 nömrəli Məktubdan görünür ki, 18.11 2020-ci il tarixdə vəfat etmiş mərhum X11 məxsus torpaq sahəsində tikilmiş tövlə və ətrafındakı torpaq sahəsi vəfat etdikdən sonra oğlu X10 istifadəsindədir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 01.07.2021-ci il tarixli, 4(042)-21/2021 nömrəli qərarından görünür ki, Zərərçəkmiş şəxs cinayət prosessual fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. İşdə olan 19 iyul 2021-ci il tarixli qərardan görünür ki, Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısı aparatının böyük məsləhətçisi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi, Qəyyum və himayəçilik orqanının üzvü X26 Zərərçəkmiş şəxs qanuni nümayəndəsi təyin edilmişdir. İşdə olan Dövlət Sosial Müdafiə X34 Şəxsinin 18 saylı Regional Ərazi Filialının 16.08.2021-ci il tarixli, **********5 nömrəli Məktubundan görünür ki, Zərərçəkmiş şəxs 14.11.1993-cü il tarixdən yaşa görə ömürlük əmək pensiyası təyin edilmiş, 01.01.2018-ci il tarixdən 31.12.2018-ci il tarixədək hər ay 192,29 manat, 01.01.2019-cu il tarixdən 30.09.2019-cu il tarixədək hər ay 198,06 manat, 01.10.2019-cu il tarixdən 30.12.2019-cu il tarixədək hər ay 200,00 manat, 01.01.2020-ci il tarixdən 31.12.2020-ci il tarixədək hər ay 233,20 manat, 01.01,2021-ci il tarixdən hər ay 259,78 manat hesablanaraq ödənilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İşdə olan Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının X13 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Sovxoz və kənd istehlak cəmiyyətində müəyyən vəzifərlədə işləmiş, hazırda pensiyaçıdır. Kənd ərazisində yaşadığı dövrdə dəfələrlə qonşu mübahisəsi ilə bağlı polis bölməsinə çağrılmışdır. Nümayəndəliyə dəfələrlə vətəndaşlar tərəfindən şifahi şikayətlər daxil olmuşdur. Azərbaycan Respublikası CM-nin 133.2.4-cü maddəsinə əsasən Bu Məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə-iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 145.2.5-ci maddəsinə əsasən adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məcəllənin 179.2.4-cü maddəsinə əsasən mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama, xeyli miqdarda ziyan vurmaqla törədildikdə-dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, Təqsirləndirilən şəxs ona ittiham edilən əməllərdə özünü təqsirli bilməmişdir. Bununla belə, onun özünün və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri və işdə olan digər sənədlərlə sübut edilmişdir ki, o, Azərbaycan Respublikası CM-nin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə, zorakı hərəkətlərlə güclü ağrı və psixi iztirablar verməklə, köməksiz vəziyyətdə olan şəxsə əzab vermiş, həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş və ona etibar olunmuş xeyli miqdarda özgə əmlakını talamaqla mənimsəmiş və israf etmişdir. Belə ki, o, 2018-ci ilin avqust ayından etibarən qeyri-rəsmi himayəsində saxladığı “Althseymer xəstəliyi gec başlayan demensiya (ağıl zəifliyi), ifadə olunmuş davranış pozuntuları və psixotik əlamətlərlə” xəstəliyi keçirdiyindən ona qarşı törədilən qanunazid əməlin mahiyətini dərk etmək, öz hərəkətlərini düzgün qiymətləndirmək və hərəkətlərini idarə etmək iqtidarında olmayan, köməksiz vəziyyətdə olan doğma bibisi qızı, xx xxxxxx 1934-cü ildə Ermənistanın Krasnoselsk rayonunda doğulmuş, subay, orta təhsilli, Daşkəsən rayonu, Kəmərqaya kəndində qeydiyyatda olmaqla faktiki Gədəbəy rayonu, Novoivanovka kəndində yaşayan Zərərçəkmiş şəxs 2021-ci ilin may ayı ərzində ayrı-ayrı tarixlədə və vaxtlarda, o cümlədən 23 may 2021-ci il tarixdə, saat 19:48-də, 24 may 2021-ci il tarixdə saat 09:37-də, 29 may 2021-ci il tarixdə saat 06:50-də, 31 may 2021-ci il tarixdə saat 11:32-də təpik və yumruqla, o cümlədən, bel və daş ilə bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə, güclü ağrı və psixi iztirablar verməklə ona burunun sıyrıqları, sol bazu oynağının, sağ budun qançırları və sağ baldırın əzilmiş səthi yaraları ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aid olduqları üçün dərəcələri təyin olunmayan, sol bazunun və sol dirsək oynağının, döş qəfəsinin arxa səthinin və belin geniş ölçülü qançırları, sol baldırın əzilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə, eləcə də, 31 may 2021-ci il tarixdə saat 11:35-dən həmin tarixdə saat 19:39dək olan müddət ərzində Gədəbəy rayonu, Novoivanovka kəndində yaşadığı evin yaxınlığında yerləşən qardaşı X11 məxsus tövlədə qollarını və boğazını kəndirlə taxtaya bağlayıb uzun müddət ac-susuz saxlamaqla Zərərçəkmiş şəxs əzab vermişdir. Bundan başqa o, 28 may 2021-ci il tarixdə saat 06:25-dən həmin tarixdə saat 06:43-dək, 30 may 2021-ci il tarixdə saat 07:50-dən həmin tarixdə saat 10:09-dək olan müddət ərzində, habelə 31 may 2021-ci il tarixdə saat 11:32-də Zərərçəkmiş şəxs döyərək həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə onu saat 11:35-dən həmin tarixdə saat 19:39-dək olan müddət ərzində Gədəbəy rayonu, Novoivanovka kəndində yaşadığı evin yaxınlığında yerləşən qardaşı X11 məxsus tövləyə salıb qapını çöldən bağlamaqla Zərərçəkmiş şəxs adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmişdir. Bundan başqa o, yaşamaq üçün evi olmayan və küçələrdə qaldığı üçün ona sığınmış, saxlanılması, ərzaqla və paltarla təmin edilməsi üçün doğma bibisi qızı Zərərçəkmiş şəxs ona inanıb etibar etdiyi “Azərbaycan Beynəlxalq Bankına” aid 5167- 5111-0330-4501 nömrəli təqaüd kartına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2018-ci ilin oktyabr ayından 2021-ci ilin 31 may 2021-ci il tarixədək olan müddət ərzində mədaxil olunmuş, 2018-ci ilin oktyabr, noyabr və dekabr ayları üzrə aylıq 192,29 manat olmaqla, cəmi 576,87 manat, 01 yanvar 2019-cu ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr ayları üzrə aylıq 198,06 manat olmaqla, cəmi,1782,54 manat, 2019-cu ilin oktyabr, noyabr, dekabr ayları üzrə aylıq 200 manat olmaqla, cəmi, 600 manat, 2020ci il üzrə aylıq 233,2 manat olmaqla, cəmi, 2798,4 manat, 2021-ci ilin yanvar, fevral, mart, aprel və may ayları üzrə aylıq 259,78 manat olmaqla, cəmi, 1298,9 manat, ümumilikdə, 7056,71 manat pulu Gədəbəy və Şəmkir rayonlarında yerləşən bankomatlardan çıxararaq, mənimsəyib öz ehtiyaclarına xərcləməklə israf etmişdir. Yəni, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 133.2.4; 145.2.5. və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri törətmişdir. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddələrinə əsasən ahıl yaşını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrü bəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs münasibətdə cəzanı yüngülləşdirən hala qiymət verərək, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən şəxsiyyətini səciyyələndirən halları, onun ahıl yaşını, eləcə də, təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsirini, habelə, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cəzanın ədalətli olması və şəxsin islah olunmasına təsirini təmin etmək məqsədilə hesab edir ki, onun barəsində təqsirləndirildiyi maddələrin sanksiyaları həddində qəti olaraq, azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 15.2; 15.3. və 56.1.2-ci maddələrinin tələblərinə əsasən təqsirləndirlən şəxs cəzasını ümumi reyimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, təqsirləndirlən şəxs dərhal məhkəmə iclas zalında həbs edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələblərini nəzərə alıb, iş üzrə maddi sübutlar məsələsini həll edərək belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış 04 ədəd DVD diskin cinayət işinə əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Gədəbəy Rayon Polis Şöbəsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə tapşırılmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPMnin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.5-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 16 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin, o, dərhal məhkəmə iclas zalında həbs edilsin və həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 04 ədəd DVD diskin cinayət işinə əlavə edilməsi nəzərə alınsın. Hökmün icrası Gədəbəy Rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə tapşırılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №1(042)-57/2021
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-57/2021
16.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver