Məhkəmə qərarları › İş №1(042)-57/2022

Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-57/2022

27.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-57/2022 27.10.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gədəbəy rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1975-ci ildə Gədəbəy rayonun, Novosaratovka kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, himayəsində bir nəfər azyaşlı uşaq olan, fərdi əməklə məşğul olan, orta təhsilli, Gədəbəy rayonu Novosaratovka kəndində pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 01 mart 2022-ci il tarixdə saat 17:30 radələrində yaşadıqları Gədəbəy rayonu Novosaratovka kəndində yerləşən evdə ondan borcunu istəməsi səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə zamanı qardaşı Zərərçəkmiş şəxs məişət əşyası olan maşa ilə qəsdən vuraraq başın əzilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, Gədəbəy rayonu Novosaratovka kəndində arvadı ƏlŞahid və azyaşlı övladı Rza Zeynalovla birlikdə yaşayır. Zərərçəkmiş şəxs qardaşıdır. Onunla heç bir düşmənçiliyi yoxdur. Ancaq qardaşı Vahidlə aralarında mülk və pul üstündə ədavət yaranmışdır. 01 mart 2022-ci il tarixdə 15 radələrində yaşadığı evdə olduğu zaman Vahidin öz otağında yüksək səslə nalayiq ifadələrlə mobil telefonda kiminləsə danışmasını eşitdiyi üçün əsəbləşərək Vahidin otağına gedib, nalayiq söyüşlər söyməsinə görə irad bildirmiş, Vahid bu dəfə onun ünvanına nalayiq söyüşlər söymüş, lakin o, Vahidə əhəmiyyət verməyib otağın qapısını çırparaq öz otağına getmişdir. Vahid bir qədər sonra onun otağına gəlib, sərxoş halda ünvanına nalayiq söyüşlər söyərək pulunu verməsini tələb etmişdir. O, əsəbləşmiş aralarında mübahisə olmuş, Vahidin hərəkətlərindən əsəbləşib, masanın üzərində olan boşqabı Vahidə tərəf atmış, boşqab Vahidə dəymədən divara çırpılaraq sınmışdır. X3 sakitləşdirib otaqdan çıxarmaq istəmiş, lakin Vahid Firəngizin də xahişinə məhəl qoymamışdır. Frəngizin huşu özündən getmiş, yerə yıxılmış, sonra Vahid otaqdan çıxmışdır. Vahid çıxarkən onun baş nahiyəsində qan izi görmüşdür. O, Vahidi vurmamışdır. Təqsirləndirilən şəxsin ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsində ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 01 mart 2022-ci il tarixdə 15 radələrində yaşadığı evdə olduğu zaman Vahidin öz otağında yüksək səslə nalayiq ifadələrlə mobil telefonda kiminləsə danışmasını eşitdiyi üçün əsəbləşərək Vahidin otağına gedib, nalayiq söyüşlər söyməsinə görə irad bildirmiş, Vahid bu dəfə onun ünvanına nalayiq söyüşlər söymüş, lakin o, Vahidə əhəmiyyət verməyib otağın qapısını çırparaq öz otağına getmişdir. Vahid bir qədər sonra onun otağına gəlib, sərxoş halda ünvanına nalayiq söyüşlər söyərək pulunu verməsini tələb etmiş, Vahidə irad bildirsə də yenə də onu söyməyə davam etmiş, Vahidin hərəkətlərindən əsəbləşib, masanın üzərində olan boşqabı Vahidə tərəf atmış, boşqab Vahidə dəymədən divara çırpılaraq sınmış, mübahisə davam edərkən X3 sakitləşdirib otaqdan çıxarmaq istəmiş, lakin Vahid Firəngizin də xahişinə məhəl qoymamış, əksinə onun ünvanına söyməkdə davam etmişdir. Vahid onu vurmaq üçün üzərinə gələrkən Firəngiz Vahidi saxlamış, həmin vaxtı Firəngiz huşunu itirib yıxıldığı üçün əsəbləşərək sobanın yanında olan dəmir maşanı götürüb Vahidin başına bir dəfə vuraraq xəsarət yetirmiş, bundan sonra Vahid otaqdan çıxıb getdiyi üçün mübahisə başa çatmışdır. Hadisə təxminən 10-15 dəqiqə ərzində baş vermiş, hadisənin şahidi arvadı olmuş, hadisəni kənar şəxslərdən heç kim görməmişdir. O, Zərərçəkmiş şəxs bıçaqla hədələməmiş, mübahisə zamanı yalnız kəsici deşici olmayan meyvə bıçağını Vahidə tərəf atmışdır. Təqsirləndirilən şəxs elan olunmuş ifadəsi ilə məhkəmə iclasında verdiyi ifadəsi arasındakı ziddiyyətə münasibət bildirərək qeyd etmişdir ki, həyat yoldaşını məhkəməyə gətirməmək üçün o etirafedici ifadə vermişdir. Məhkəmədə verdiyi ifadəsini təsdiq edir və bildirir ki, o, Vahidi vurmamışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Gədəbəy rayonu, Novosaratovka kəndində ata mülkü olan evdə özünə aid olan tikilidə yaşayır. Belarusiya Respublikası vətəndaşı olmaqla, 1984-cü ildən həmin ölkədə yaşamışdır. O, əvvəllər Gədəbəy rayonu, Novosaratovka kəndində yaşamaqla orta təhsilini Azərbaycan dilində almışdır. Rusiya Federasiyasının Perm şəhərində hərbi xidmətdə olduqdan sonra, Azərbaycana geri qayıtmış, sonralar isə yenidən Rusiya Federasiyasına oradan isə- Belarusiya Respublikasına gedib orada yaşamağa başlamış, uzun müddət Belarusiya Respublikasının Qomel şəhərində yaşamış, orada ailə quraraq həmin müddətdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. 2020-ci ildə arvadı vəfat etmiş, bundan sonra qardaşı Təqsirləndirilən şəxs ona Azərbaycana qayıtmağı və burada birlikdə yaşamağı təklif etmiş, o, qardaşının sözünə görə Azərbaycana gəlib Rövşənin yaşadığı ata mülkü olan evdə yaşamışdır. 01 mart 2022-ci il tarixdə 15 radələrində Rövşənlə birgə yaşadığı evin ona aid olan otağında olduğu zaman Rusiya Federasiyasının Rostov şəhərində yaşayan bacısı Sədaqət ona zəng etmiş, Sədaqətlə mobil telefonda Rövşənin adına sənədləşdirməli olduğu torpaq sahəsi haqqında danışmış, söhbət əsnasında Sədaqət Rövşənin onu aldatdığını əslində torpaq olmadığını bildirmişdir. Sədaqətlə telefonda danışan zaman Rövşən qəfil əlində bıçaqla içəri daxil olmuş, əsəbi halda “niyə yalan danışırsan, mən torpağı verdim, ancaq sən sənədləşdirmədin” söyləmiş, əlindəki bıçağı nümayiş etdirib, həmin bıçaqla onu tikə-tikə doğrayacağını bildirmiş, o Rövşənin üzərinə yeriyərək “məni doğra, canım qutarsın” demiş, aralarında mübahisə yaranmış, Rövşənin arvadı Şahid onları aralamışdır. Mübahisə davam edərkən onun otağından çıxıb Rövşənin yaşadığı otağa daxil olmuşlar. Mübahisə etdikdən sonra otaqdan çıxıb getmək istəmiş, lakin Rövşən masanın üzərindəki meyvə qablarını ona tərəf atmış, geri qayıtmaq üçün üzünü çevirərkən bu dəfə Rövşən maşa ilə başından vuraraq xəsarət yetirmiş, bundan sonra Rövşən geri çəkilmiş, o da öz otağına getmiş, həmin gün isə polisə gedib döyülməsi barədə ərizə vermişdir. O, şikayətçidir və qanuni qərar qəbul edilməsini xahiş edir. Şahid ifadə verərək bildirdi ki, ailə üzvləri ilə Gədəbəy rayonu Novosaratovka kəndində qeydiyyatda olmaqla yaşayır. Təqsirləndirilən şəxs əridir. 2020-ci ildə Təqsirləndirilən şəxsla rəsmi nikah olmadan evlənmişdir. Birgə nigahlarından 2020-ci il təvəllüdlü oğlu X2 doğulmuşdur. Rövşənin barəsində şikayət etmiş Zərərçəkmiş şəxs qaynıdır. Zərərçəkmiş şəxs uzun illər Belarusiya Respublikasında yaşamışdır. 01 mart 2022-ci il tarixdə saat 15 radələrində yaşadığı evdə olduğu zaman qaynı Vahidlə əri Rövşən arasında pul üstündə narazılığa görə mübahisə baş vermiş, mübahisə zamanı Vahid Rövşənin ünvanına nalayiq söyüşlər söymüş, Rövşən Vahidə nalayiq söyüş söyməməsini bildirmiş, lakin Vahid onun tələbinə məhəl qoymadığı üçün aralarında davadalaş baş vermişdir. Həmin vaxtı Rövşən masanın üzərində olan boşqabı Vahidə tərəf atmış, boşqab Vahidə dəymədən divara dəyərək sınmışdır. O, Vahidlə Rövşəni aralamış, Vahidi Rövşənlə dalaşmaması üçün otaqdan çıxartmış, özü isə həyəcanlanaraq huşunu itirmişdir. Hadisə zamanı daha sonra nələrin baş verməsindən xəbəri olmamışdır. O, Rövşənin Vahidi maşa ilə vurmasını görməmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 136 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - başın əzilmiş yarası küt əşyaların təsirindən törənmiş, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterinə, lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətləri onun özü-özünə yetirə bilməsi inandırıcı deyildir. - hadisə yerinə baxış istintaq hərəkətinin xx.xx.2022-ci il tarixli protokolundan görünür ki, hadisə xx.xx.2022-ci il tarixdə Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evində baş vermişdir. Hadisə yerinə baxış zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona xəsarət yetirdiyi 01 ədəd məişət təyinatlı maşanı və 01 ədəd bıçağı təqdim etmişdir. Baxış keçirilməsi zamanı dörd ədəd fotoşəkillər çəkilmiş və hadisə yerinə baxış protokollla rəsmilləşdirmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd 54 sm uzunluğunda maşa alətinə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş, Təqsirləndirilən şəxs həmin maşanın evində sobada istifadə edilən maşa olduğunu əlamətlərindən tanıdığını, Zərərçəkmiş şəxs həmin maşa ilə xəsarət yetirdiyini bildirmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməlliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 xx.xx.2021-ci ildə anadan olmuş, atası kimi Təqsirləndirilən şəxs göstərilmişdir. Məhkəmə tədqiq olunmuş sübutları qiymətləndirərək təqsirləndirilən şəxsin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs vurmaması və ona xəsarət yetirməməsi barədə ifadəsini əsaslandırılmayan və məhkəmə iclasında tədqiq olunmuş təkzibolunmaz sübutlarla təsdiq olunmayan şəxsi mülahizəsi hesab edərək özünü müdafiə cəhdi kimi qiymətləndirir. Belə ki, məhkəmə tədqiq olunmuş hər bir sübutu ayrılıqda və bir biri ilə müqayisəli təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla tam təsdiq olunur. Eləcə də, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsini müqayisəli təhlil edərək qeyd edir ki, onun Zərərçəkmiş şəxs vurmaması və ona xəsarət yetirməməsi barədə ifadəsi ittihamın əsası kimi qəbul edilə bilməz. Belə ki, onun ifadəsi ekspert rəyi ilə, rəylə üst-üstə düşən zərər çəkmiş şəxsin ifadəsi, şahid ifadəsi və məhkəməyədək icraat zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq tədqiq olunan təqsirləndirilən şəxsin öz etirafedici ifadəsi ilə təkzib olunur. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 01.03. 2022-ci il tarixdə saat 17.30 radələrində Gədəbəy rayonu, Novosaratovka kəndində Zərərçəkmiş şəxs vuraraq sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurma cinayət əməlini törətməsi tam sübuta yetirilir. Odur ki, onun əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilməlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən CM-nin qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri mütləq nəzərə alınmalıdır. Belə ki, bu prinsiplərə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (CM-in 5.1, 7.1 və 8.1-ci maddələri). Məhkəmə, cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Eyni zamanda, məhkəmə tərəfindən cəza təyin edilərkən, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin edilmiş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ədalətli cəza təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarda daha sonra məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. (həmin qərarın 2-ci bəndi) Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibətgöstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Təqsirləndirilən şəxs himayəsində bir nəfər az yaşlı uşaq olması onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza tədbiri seçilməsi məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, onun şəxsiyyətini səciyyələndirən hallar, eləcə də təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsiri nəzərə alınmalı, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin ediməli, cəzasını iş yeri üzrə çəkməli, cəza çəkmə müddətinin əvvəli qazancından ilk tutmalar aparıldığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CPM-in 132.1.1-ci maddəsinə əsasən, Gədəbəy rayon Polis şöbəsində saxlanılan iş üzrə maddi sübut - cinayətin törədilmə aləti bir ədəd maşa dəyəri olmadığından məhv edilməlidir. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona qazancından dövlət nəfinə 15 faiz məbləğdə pul tutulmaqla 01 il 06 ay müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin əvvəli qazancından ilk tutmalar aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qüvvəyə minənə kimi dəyişdirilməsin. Gədəbəy rayon Polis şöbəsində saxlanılan iş üzrə maddi sübut - cinayətin törədilmə aləti bir ədəd maşa dəyəri olmadığından məhv edilsin. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Gədəbəy rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar