Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-57/2024 19.12.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Salmanov Orxan Aqil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon(Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1985-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, xx.xx.2012-ci il tarixdə Gədəbəy Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 132, 221.1-ci maddələri ilə təqsirli bilinərək, 06 ay müddətinə islah işləri cəzasına məhkum edilmiş, qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilmiş, Gədəbəy rayonunun Miskinli kəndində yaşayan, barəsində 16 sentyabr 2024-cü il tarixdən başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham edilmişdir ona görə ki, 18 avqust 2024-cü il tarixdə saat 17 radələrində qızı Zərərçəkmiş şəxs ilə Gədəbəy rayonu, Plankənd kəndində “ Koroğlu” qalasına gedən yolda sonuncunun onun ünvanına nalayiq ifadələr işlətdiyinə əsəbləşib, aralarında şəxsi münasibətlərin pozulması zəmnində yaranmış mübahisə və münaqişə zamanı onun sol qolundan tutaraq, sıxıb saçını yolmuş, özünə tərəf çəkərək, yumruqla başının sol tərəfinə və bədənin müxtəlif nahiyyələrinə yumruqla zərbələr endirərək, ona sol təpə nahiyyəsinin şişkinliyi, sol gözün bayır sərhinin və qismən sol gicgah nahiyyəsini əhatə edən dərialtı hemotoma, qançır, sol mil-bilək oynağının şişkinliyi qismində sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ifadə verərək, göstərmişdir ki, Şahid ilə 2004-cü ildə ailə həyatı qurmuşdur. Ailə münasibətlərindən Aysel adlı qızları və Məhəmməd adlı oğlan övladı var. Lətafətlə 2018-ci ildə ayrılmışlar. Gədəbəy Rayon Məhkəməsinin qətnaməsinə əsasən qızı Aysel Lətafətin, oğlu Məhəmməd isə onun himayəsinə verilmişdir. Qızı Zərərçəkmiş şəxs bir müddət bundan əvvəl boşanmışdır. Bundan sonra Ayselə zəng edərək, tərbiyyəli olmasını, kənddə haqqında pis şaiyələrin olmasını bildirmişdir. Qızı Aysel mobil telefonda onun ünvanına nalayiq ifadələr işlətmişdir. Qızının onu nalayiq ifadələrlə təhqir etməsindən əsəbləşmışdir. 18 avqust 2024-cü il tarixdə saat 17 radələrində Gədəbəy rayonu, Plankənd kəndində ərazsində yerləşən “Koroğlu” qalasının yaxınlığında qızı Aysel çiçək yığan zaman ona yaxınlaşmışdır. Yaxınlaşan zaman Aysel onu söymüşdür. Buna görə də əsəbləşib onun sifətinə bir sillə vurmuşdur. Bundan sonra Aysel tərk edərək anası ilə birlikdə yaşadığı evə getmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək, bildirmişdir ki, təqsirləndirilən şəxs atasıdır. Atası və anası 2018-ci ildə ayrılmışlar. O, Gədəbəy rayonu, Miskinli kəndində anası Şahid ilə birlikdə yaşayır. Gədəbəy rayonu, Miskinli kənd sakini Təqsirləndirilən şəxs atasıdır. 18 avqust 2024-cü il tarixdə saat 17 radələrində Gədəbəy rayonu, Plankənd kəndinin yaxınlığında çiçək yığmağa gedən zaman “Koroğlu” qalası deyilən ərazidə atası Təqsirləndirilən şəxs ilə rastlaşmışdır. Atası ona yaxınlaşıb heç bir səbəb olmadan onu söyüb təhqir etmişdir. O, atasının içkili olduğunu görüb ondan kənarlaşmaq istəmiş, o, sol qolundan tutaraq, sıxıb saçını yolmuş, özünə tərəf çəkərək yumruqla başının sol tərəfinə və bədənin müxtəlif nahiyyələrinə zərbələr endirmişdir. Döydükdən sonra anası ilə birlikdə işlətdikləri çörəkbişirmə sexini yandıracağını demişdir. Atasının əlindən çıxıb kəndə evlərinə qaçmışdır. Evə gələrək anası Şahid bu barədə demiş, anası Lətafət isə onun atası tərəfindən döyülməsi barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Hadisə zamanı orada atası Sədayla, o, olmuş, hadisəni kənardan heç kəs görməmişdir. Hadisə təxminən 10-15 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxs müalicə edilməsi üçün ona maddi yardım etməmiş və barışığa cəhd göstərməmişdir. Ona ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadə verərək, bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə 2004-cü ildə ailə həyatı qurmuşdur. Ailə münasibətlərindən Aysel adlı qız və Məhəmməd adlı oğlan övladı var. Sədaydan 2018-ci ildə ayrılmışdır. Gədəbəy Rayon Məhkəməsinin qətnaməsinə əsasən qızı Aysel onun oğlu Məhəmməd isə keçmiş əri Sədayın himayəsinə verilmişdir. 18 avqust 2024-cü il tarixdə saat 17 radələrində yaşadığı evdə olan zaman qızı Aysel evə gələrək, atası Təqsirləndirilən şəxs onu Gədəbəy rayonu, Plankənd kəndi ərazisində “Koroğlu” qalası adlanan yerdə çiçək yığmağa gedən zaman içkili halda heç bir səbəb olmadan döyməsini bildirmişdir. Qızı Ayselin atası tərəfində döyülməsi ilə bağlı DİN-in 102 xidmətinə məlumat vermişdir. Qızı Ayselin atası Səday tərəfindən döyüldüyü yerdə olmamış, həmin hadisə barədə qızı dedikdən sonra məlumatı olmuşdur. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-cimaddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Məhkəmə-Tibbi Ekspertizasının 19 avqust 2024-cü il tarixli 356 nömrəli canlı şəxsin ekseperiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər- başın (sol təpə nahiyyəsinin) şişkinliyi. Sol gözün bayır sərhinin və qısmən sol gicgah nahiyyəsini əhatə edən dəri altı hemotoma, qançır, sol mil-bilək oynağının şişkinliyi küt əşyanın təsirindən, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 18 avqust 2024-cü ilə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterinə, lokalizasiyasında əsasən demək olar ki, qeyd olunan xəsarətləri onun özüözünə yetirə bilməsi inandırıcı deyildir, onun bədən səthində öz boyu səvəiyyəsində yıxılmağa xarakterik xəsarət aşkar edilmədi. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İdarəsi tərəfindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixdə Gədəbəy Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 132, 221.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. İşdə olan Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin 13 sentyabr 2024-cü il tarixli 15477-PC saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixdə Gədəbəy Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 132, 221.1-ci maddələri ilə təqsirli bilinərək 06 ay müddətinə islah işləri cəzasına məhkum edilmiş, barəsində olan hökm xx.xx.2012-ci il tarixdə icraata daxil olmuş, xx.xx.2012-ci il tarixdək cəza çəkmiş, cəzasının başa çatması ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs oğlunun barəsində olan nəzarət işi qeydiyyatdan çıxarılmışdır. İşdə olan Gədəbəy RİHB-nın Miskinli İƏD üzrə Nümayəndəliyindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Beləliklə, iş üzrə məhkəmə istintaqı ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 18 avqust 2024-cü il tarixdə saat 17 radələrində qızı Zərərçəkmiş şəxs ilə Gədəbəy rayonu, Plankənd kəndində “Koroğlu” qalasına gedən yolda sonuncunun onun ünvanına nalayiq ifadələr işlətdiyinə əsəbləşib aralarında şəxsi münasibətlərin pozulması zəmnində yaranmış mübahisə və münaqişə zamanı sol qolundan tutaraq sıxıb saçını yolmuş, özünə tərəf çəkərək yumruqla başının sol tərəfinə və bədənin müxtəlif nahiyyələrinə yumruqla zərbələr endirərək, ona sol təpə nahiyyəsinin şişkinliyi, sol gözün bayır sərhinin və qismən sol gicgah nahiyyəsini əhatə edən dəri altı hemotoma, qançır, sol mil-bilək oynağının şişkinliyi qismində sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamığa yüngül zərər vurmuş və bununla da Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirlən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir və ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. İş üzrə təqsirləndirlən şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar yoxdur. Məhkəmə iş üzrə təqsirləndirlən şəxsin Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, ona təyin ediləcək cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə işin faktiki hallarına və təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların məcmusuna qiymət verərək, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, hesab edir ki, şəxsiyyətini səciyyələndirən hallar, eləcə də, təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsiri nəzərə alınmalı, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində Təqsirləndirilən şəxs islah işləri növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübutlar, məhkəmə xərcləri və mülki iddia yoxdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona qazancının 15 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 il müddətə islah işləri cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs qazancından dövlət nəfinə pul tutulmaları aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev .
Məhkəmə qərarları › İş №1(042)-57/2024
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-57/2024
19.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver