Məhkəmə qərarları › İş №1(042)-58/2021

Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-58/2021

07.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-58/2021 07.10.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gədəbəy rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1958-ci ildə Gədəbəy rayonu, Musayal kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, təqaüdçü, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 18 iyun 2021-ci il tarixdə saat 07:30 radələrində Gədəbəy rayonu, Musayal kəndində həmkəndlisi Zərərçəkmiş şəxs həyətinə onun iribuynuzlu heyvanlarının girməsi səbəbindən aralarında qonşuluq münasibətlərinin pozulması zəminində yaranmış mübahisə zamanı yerdən götürdüyü daşıla qəsdən vuraraq ona başın təpə nahiyəsinin əzilmiş yarası ilə müşaiyət olunan xəsarət yetirərək sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Şəmkir şəhəri, Aşıq Ələsgər küçəsində yaşayır. Yay aylarında iribuynuzlu heyvanlarını saxlamaq üçün arvadı Şahid ilə birlikdə Gədəbəy rayonu, Musayal kəndində yerləşən ata yurduna gəlib orada yaşayır. 2021-ci ilin may ayının ortalarında Şahid ilə birlikdə hər il olduğu kimi iribuynuzlu heyvanlarını da götürüb Musayal kəndində olan ata yurduna gəlmişlər. İbrahimov X2 qonşusudur. 18 iyun 2021-ci il tarixdə səhər saat 07:30-da iribuynuzlu heyvanlarını otarmaq üçün çölə aparan zaman heyvanlardan biri İsanın həyətinə girmiş, lakin ona heç bir ziyan vurmamışdır. İsa inəyi həyətindən çıxarıb onun yolunu kəsmiş, “niyə malını yol ilə düz aparmırsan” demişdir. İsa onun atasını söymüş və aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Zərərçəkmiş şəxs sol əlində olan ağacla onun başının sağ tərəfinə və sağ qoluna vurmuşdur. Həmin vaxt başında olan papaq yerə düşmüşdür. Papağını götürmək istəyən zaman İsa yenidən əlində olan ağacla onun belinin ortasına vurmuşdur. Həmin vaxt çox əsəbləşmiş və yerdən götürdüyü daşı İsanın başının ortasına vurmuşdur. Sonra arvadı Şahid gəlmişdir. Ofilə gələn zaman heyvanlarını da aparıb oradan uzaqlaşmışlar. Hazırda, o, barışmaq istəyir, lakin İsa onunla ədavət saxlayır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Musayal kəndində yaşayır. Təqsirləndirilən şəxs və X1 rayonu Posanlı qəsəbəsində yaşayırlar. Yay aylarında Gədəbəy rayonu, Musayal kəndinə köçürlər. 2021ci ilin may ayının ortalarında Təqsirləndirilən şəxs və onun arvadı Ofelya Hüseynova 17 baş iribuynuzlu heyvanı ilə birlikdə Gədəbəy rayonu, Musayal kəndinə onun evinin qonşuluğunda yerləşən ata yurduna gəlmişlər. Onların iribuynuzlu heyvanları dəfələrlə onun həyətyanı sahəsinə girib çəpərini uçurub ona maddi ziyan vurmuşdur. 18 iyun 2021ci il tarixdə səhər İmranın iribuynuzlu heyvanları, onun həyətyanı sahəsinə yenidən daxil olmuşdur. O, İmranı çağırtdırmış, heyvanlara yaxın getmədən İmranın gəlməsini gözləmişdir. İmran gəlib heyvanları onun həyətyanı sahəsindən çıxartmış və “nə edim heyvandır girir də” demişdir. İmrana iradını bildirmiş, Təqsirləndirilən şəxs onun atasına söymüşdür. Aralarında mübahisə olmuş, İmran əvvəlcə ağacla onu vurmuş, sonra isə yerdən götürdüyü daşı onun başının təpə nahiyyəsindən vurub yaralamışdır. O, İmranla bu şərtlə barışa bilər ki, öz qardaşı Əşrəfə zəng vurub üzr istəsin. Yoxsa şikayətçidir və cəza verilməsini xahiş edir. Şahid ifadəsində göstərdi ki, ünvan 2 ünvanında yaşayır. Təqsirləndirilən şəxs onun əri, Zərərçəkmiş şəxs isə həmkəndlisidir. 18 iyun 2021-ci il tarixdə səhər Təqsirləndirilən şəxs heyvanları otlaq sahəsinə apararkən inəyin biri İsanın həyətyanı sahəsinə daxil olmuşdur. Həmin vaxt o öz həyətlərindən danaları çıxarıb otlaq sahəsinə aparmışdır. Zərərçəkmiş şəxs inəyi həyətindən çıxartmış və İmranı əlindəki ağacla vurmağa başlamışdır. O, yaxınlaşarkən İsa İmrandan aralaşmışdır. İmranın başında qan görməmişdir. Hadisə zamanı İmrangilin yanında olmamış, hadisə yerinə sonradan gəlmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - hadisə yerinə baxış istintaq hərəkətinə dair 30 iyun 2021-ci il tarixdə tərtib edilmiş protokoldan görünür ki, hadisə yeri Gədəbəy rayonu Musayal kəndində Zərərçəkmiş şəxs məxsus evin həyətyanı səhəsi və onun evinin qarşısından keçən yol olmaqla ensiz bir yoldur. Həmin yol yaşayış yerindən təxminən 15-20 metr kənarda yerləşir. Yola kəndə giriş hissəsindən baxdıqda yolun sol tərəfində yaşayış evləri olmaqla, sağ tərəfi sıldırım qayalıqlar olmaqla dərin bir boşluqdur. Həmin boşluqda heç bir tikinti və ya ağac yoxdur. Lakin sol tərəfdə Zərərçəkmiş şəxs məxsus yaşayış evi, həyətyanı torpaq sahəsi və ağaclarla əhatə olunmuş ərazi vardır. Həmin sahə dərə-təpə olmaqla çoxlu irili-xırdalı daşlar vardır. Hadisə yerinə baxış keçirilərkən hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur. - məhkəmə tibbi ekspertizasının 18.06.2021-ci il tarixli, 353 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - başın təpə nahiyyəsinin əzilmiş yarası, başın sol alın və sol gicgah nahiyyəsinin sıyrıqları küt əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 18 iyun 2021-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə başın təpə nahiyyəsinin əzilmiş yarası sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, başın sol alın və sol gicgah nahiyyəsinin sıyrıqları isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin özüözünə yetirə bilməsi inandırıcı deyildir, onun bədən səthində öz boyu səviyyəsindən yıxılmağa xarakterik xəsarətlər aşkar edilmir. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu məhkum olmamışdır. Belə ki, məhkəmə tədqiq olunmuş hər bir sübutu ayrılıqda və bir biri ilə müqayisəli təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CMnin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi onun öz ətirafı və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla tam təsdiq olunur. Odur ki, onun əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilməlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən CM-nin qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri mütləq nəzərə alınmalıdır. Belə ki, bu prinsiplərə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (CM-in 5.1, 7.1 və 8.1-ci maddələri). Məhkəmə, cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Eyni zamanda, məhkəmə tərəfindən cəza təyin edilərkən, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin edilmiş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ədalətli cəza təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarda daha sonra məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. (həmin qərarın 2-ci bəndi) Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibətgöstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs oğlunun barəsində cəza tədbiri seçilməsi məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, onun şəxsiyyətini səciyyələndirən hallar, eləcə də təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsiri nəzərə alınmalı, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzası təyin ediməsi cəzanın məqsədlərinə nail olunması üçün yetərlidir. Təqsirləndirilən şəxs barəsində olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1000 manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qüvvəyə minənə kimi dəyişdirilməsin. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar