Məhkəmə qərarları › İş №1(042)-58/2024

Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-58/2024

21.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-58/2024 21.11.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gədəbəy rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Gədəbəy rayonu, Kəlaman kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 14 avqust 2024-cü il tarixdə saat 13 radələrində Cədəbəy rayonu, Kəlaman kəndində onun həyətyanı torpaq sahəsindən keçən yolda həmkəndlisi və qonşusu Zərərçəkmiş şəxs ilə aralarında qonşuluq münasibətlərinin pozulması zəminində yaranmış mübahisə zamanı yerdən daş parçalarını götürüb qəsdən Zərərçəkmiş şəxs atmaqla baş nahiyyəsinə və sağ diz oynağının arxa tərəfinə vuraraq ona sağ diz oynağının arxa səthinin qançırı qismində sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən və başın tüklü hissəsində sağ təpə nahiyyəsinin əzilmiş yarası qismində xəsarətlər yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, qızı Şahid2 ilə birlikdə Gədəbəy rayonu Kəlaman kəndində yaşayır. Zərərçəkmiş şəxs onun qonşusudur, onunla əvvəllər aralarında heç bir ədavət, düşmənçilik olmamışdır. 5-6 ildir ki, Nahidə ilə aralarında torpaq mübahisəsi var. Belə ki, onun məhləsinin aşağı hissəsindən Nahidə piyada getmək üçün yol istəmiş, o, isə Nahidəyə yol verməkdən imtina etmişdir. 14 avqust 2024-cü il tarixdə saat 13 radələrində o, yaşadığı evin həyətində olarkən Nahidə yanında oğlu Elsunla birlikdə onun məhləsinin aşağı hissəsindən piyada getdiklərini görmüşdür. O, Nahidəni çağırıb, məhləsindən nə səbəblə getməsini soruşmudur. Nahidə ona “yaxşı edirəm, hardan istəsəm ordan da gedəcəm" demişdir. Buna görə də onunla aralarında mübahisə yaranmış və mübahisə zamanı Nahidə yerdən daşlar götürüb, ona atmağa başlamışdır. O da qarşılıq göstərmək üçün ona bir neçə daş atmışdır. Həmin daşlardan kiçik bir daş parçası Nahidənin başına dəymişdir. Həmin vaxt yanında qızı Lalə, Nahidənin isə yanında oğlu Elsun olmuşlar. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Kəlaman kəndində yaşayır. Təqsirləndirilən şəxs onun yaxın qonşusudur. Onunla təxminən 4-5 ildir ki, yol üstündə aralarında mübahisə vardır. 14 avqust 2024-eü il tarixdə təxminən saat 13 radələrində o, oğlu Şahid1 ilə birlikdə biçənək sahəsində ona məxsus otları biçən fəhlələrə yemək apararkən Şəhla ilə qızı Lalə onların gəldiyini görüb, qabaqlarını kəsərək yolun onlara məxsus olmasını, oradan onların keçməməsini demişlər. O, isə Şəhlaya həmin yolun el yolu olduğunu, dədə-babadan həmin yoldan hər kəsin istifadə etdiyini onların da həmin yoldan istifadə etmək haqqının olduğunu demişdir. Aralarında mübahisə yaranmışdır. Şəhlanın iti açıq vəziyyətdə olduğu üçün itə yerdən bir neçə daş atmışdır. Şəhla isə məhləsinin içindən götürdüyü daşı ona tərəf atmış və həmin daş onun sağ ayağının diz nahiyyəsinin arxasından dəymiş, Şəhla yenidən yerdən daşlar götürüb, ona atmağa başlamış, həmin daşlardan biri onun baş nahiyəsinə dəymişdir. Bundan sonra o, oğlu ilə birlikdə evlərinə qayıdıb, DİN-nin 102 xidmətinə məlumat vermişdir. O, Nahidədən şikayətçidir. Şahid X3 ifadəsində göstərdi ki, anası Təqsirləndirilən şəxs ilə birlikdə Gədəbəy rayonu, Kəlaman kəndində yaşayır. Zərərçəkmiş şəxs qonşularıdır. 14 avqust 2024-cü il tarixdə saat 13 radələrində anası Şəhla ilə birlikdə yaşadıqları evin həyətində olarkən Nahidənin yanında olan oğlu Elsunla birlikdə piyada onların məhləsindən keçdiyini görmüşlər. Bunun üstündə anası Nahidə ilə anası Şəhla arasında mübahisə olmuş, anası Nahidəyə daş atmış, daş Nahidənin başından dəymişdir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ifadəsində Şahid1 göstərmişdir ki, ailə üzvliəri ilə birlikdə Gədəbəy rayonmu Poladlı İƏDnin Kəlaman kəndində yaşayır. Zərərçəkmiş şəxs onun doğma anasıdır. Təqsirləndirilən şəxs yaxın qonşusudur. Onunla əvvəllər aralarında heç bir ədavət, düşmənçilik olmamışdır. Lakin. 5-6 ildir ki, Şəhla ilə anası Nahidənin aralarında torpaq üstündə narazılıq var. Şəhlanın həyətyanı torpaq sahəsi ilə digər qonşularının torpaq sahəsi arasında yerləşən. Şəhlaya məxsus olmayan, kənd sakinlərinin mal-qarasını apardığı, həmçinin Şəhlagilində istifadə etdiyi yoldan onların istifadə etməsinə imkan verməmişdir. Bu səbəbdən anası ilə Şəhlanın arasında dəfələrlə mübahisələri olmuş, onlar həmin yoldan keçib-gedərkən Şəhla onları görüb, ünvanlarına təhqiramiz sözlər deyərək yoldan keçməməklərini tapşırmışdır. xx.xx.2024-cü il tarixdə saat 13 radalarinda o, anası Zərərçəkmiş şəxs ila birlikdə yaşadıqları kəndin ərazisində yerləşən biçənək sahələrinə sözü gedən yoldan keçib, gedərkən Şahla onların oradan keçdiklarini görüb. ünvanlarına təhqiramiz sözlər deməyə başlamışdır. Hamçinin Şahla yolun ona məxsus həyatyanı torpağın ərazisində olması səbəbilə onların oradan keçməməyini tapşırmışdır. Anası Nahidə isə həmin yolun ona məxsus torpağa aid olmadığını, kəndin el-yolu olduğunu və həmin yoldan hər kəsin istifadə etmək haqqı olduğunu demişdir. Anasi ilə Şəhla əvvəlcə sözlə mübahisə etsələrdə Şəhla yerdən xırda daş parçaları götürərək anasına alamağa başlamışdır. Anası da yerdən daş götürüb. Şəhlaya tərəf atmışdır. Bu zaman Şəhlanın atdığı daş parçasından biri anası Nahidanin başına dəyərək ona xəsarət yetirmişdir. Buna görə də o, anası ilə birlikdə evlərinə qayıtmışdır. Həmin dava-dalaşı o, üzərində olan mobil telefonu ilə qeydə almışdır. Həmin münaqişə zamanı o və Lalə valideyinlərinin mübahisəsinə qarışmamış, onlar yalnız kənarda dayanıb, onların dava-dalaşına baxmışdır. Hamçinin Şahla ona qarşı heç bir qanunsuz hərəkat elməmiş, yalnız anası ila dalaşmışdır. Həmçinin münaqişə zamanı orada Lalədən başqa heç kim olmamış, ətrafdan oraya heç kim gəlməmiş, münaqişə təxminən 10 dəqiqə davam etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Gədəbəy rayonu Poladlı kənd inzibati ərazi dairəsinin Kəlaman kəndi ərazisində Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin qarşısından üzü aşağı kənd ərazisindən axan çaya doğru getmək üçün istifadə edilən yolun başlanğıç hissəsidir. Hadisə yerinin sağ tərəfində Təqsirləndirilən şəxs həyətyanı torpaq sahəsi yerləşir. Hadisə yerinin Təqsirləndirilən şəxs torpaq sahəsi ilə arakəsmə (çəpəri) sökülmüşdür. Aşağı tərəfində isə arakəsmə kimi ağaclar mövcuddur. - Diskə və fotoşəkilə baxış keçirilməsi və götürmə aparılması haqqında xx.xx.2024cü il tarixli protokoldan görünür ki, 01 ədəd disk və 03 ədəd fotoşəkillər baxış keçirilməklə götürülmüşdür. Diskə baxış zamanı diskin içərisində 02 ədəd video görüntünün olması aşkar edilmişdir. Birinci videogörüntüdə (VİD-20240816WA0004) 00:15 saniyəyə qədər Zərərçəkmiş şəxs ilə X1 qarşı-qarşıya bir-biri ilə sözlə mübahisə etdiyi, bundan sonra Təqsirləndirilən şəxs arxaya çəkilərək yerdən daş götürdüyü və Nahidə Cəvərovaya 4 ədəd daş atdığı, Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs bir ədəd daş atması görünür. (görüntünün sonunda Zərərçəkmiş şəxs baş nahiyyəsini əli ilə vurduğu görünür. Video ümumilikdə 40 saniyədən ibarətdir. İkinci videogörüntüdə ( VİD -20240816WA0005) Zərərçəkmiş şəxs başını tutaraq hərəkətdə olması əlini başından çəkən zaman əlində qan izinin olması görünür. Video görüntü 17 saniyədən ibarətdir. Həmçinin təqdim edilmiş 03 ədəd fotoşəkilə baxış keçirilən zaman iki şəkildə Zərərçəkmiş şəxs başı qanlı halda tək olması bir şəkildə isə xəstəxanada uzanıqlı halda olması müəyyən edilmişdir. - Məhkəmə- tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 768 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər başın tüklü hissəsində sağ ləpə nahiyyəsinin əzilmiş yarası və sağ diz oynağının arxa səthinin qançırı küt əşyaların təsirindən törənmişdir, torənmə müddətləri 14 avqust 2024- cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə başın tüklü hissəsində sağ təpə nahiyyəsinin əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, sağ diz oynağının arxa səthinin qançırı isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs bədən səthində özü-özünə yetirilməyə və oz boyu səviyyəsindən yıxılmaya xarakterik xəsarət aşkar edilməmişdir. - Azərbaycan Respublikası Daxili Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, X1 barəsində Gədəbəy rayon Polis şöbəsinin İstintaq Bölməsində Azərbaycan Respublikası CM-nin 128 -ci maddəsi ilə ********* nömrəli cinayət iş olmuş, həmin cinayət işi üzrə icraata xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası GPM-nin 72.2-ci maddəsinə əsasən xitam verilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə tədqiq olunmuş hər bir sübutu ayrılıqda və bir biri ilə müqayisəli təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz etirafı, zərər çəkmiş şəxsin, şahidlərin ifadəsi, ekspert rəyi və işdəki, məhkəmə iclasında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 14 avqust 2024-cü ildə saat 13 radələrində Gədəbəy rayonu, Kəlaman kəndində qonşusu Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Onun əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilməlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən CM-nin qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri mütləq nəzərə alınmalıdır. Belə ki, bu prinsiplərə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (CM-in 5.1, 7.1 və 8.1-ci maddələri). Məhkəmə, cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Eyni zamanda, məhkəmə tərəfindən cəza təyin edilərkən, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin edilmiş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ədalətli cəza təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarda daha sonra məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. (həmin qərarın 2-ci bəndi) Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibətgöstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Təqsirləndirilən şəxs oğlunun cəzasını yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza tədbiri seçilməsi məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, onun şəxsiyyətini səciyyələndirən hallar, eləcə də təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsiri nəzərə alınmalı, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin ediməli, cəzasını iş yeri üzrə çəkməli, cəza çəkmə müddətinin əvvəli qazancından ilk tutmalar aparıldığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona qazancından dövlət nəfinə 15 faiz məbləğdə pul tutulmaqla 01 il müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin əvvəli qazancından ilk tutmalar aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qüvvəyə minənə kimi dəyişdirilməsin. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Gədəbəy rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar